Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2798/2025 31.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1 V, 66 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı atası X6 X5 İcariyyə Komitəsi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V saylı evin 66 saylı mənzilinə dair xx.xx.1989-cu il tarixli ******* saylı dəyişmə orderi verilmişdir.Order üzrə mənzilə köçürülənlərin arasında yaşama hüququ ilə İddiaçı da adı qeyd olunmuşdur. 1989-cu ildən hal-hazıradək həmin mənzil X4 və ailəsinin istifadəsindədir və orada yaşayırlar. xx.xx.2024-cü il tarxdə X11 rəhmətə getmişdir. İddiaçının anası X2 isə xx.xx.2010-cu il tarixdə rəhmətə getmişdir. Orderdə adları göstərilən digər şəxslər X12 və X7 Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V saylı evin 66 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etməmələri barədə notarial qaydada təsdiq edilmiş ərizələr imzalamışlar. İddiaçı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1 V saylı evin 66 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət etmişdir.Lakin cavabdeh inzibati orqan tərəfindən hüquqların dövlət reyestrində qeydiyyata alınmasından əsassız imtina edilmişdir. İmtinaya əsas kimi xx.xx.1989-cu il tarixli ******* saylı dəyişmə orderinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialında saxlanılmaması və həmçinin Bakı şəhəri İcra Hakimiyyətinin Bakı şəhər Mənzildəyişmə İdarəsinin 1989-cu il tarixli sənədləri arasında orderin aşkar olunmaması göstərilir.Halbuki iddiaçı tərəfindən inzibati orqana həqiqiliyi şübhə doğurmayan mötəbər sənədlər təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsi və vəkilinin “Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 66 saylı mənzil (yaşayış sahəsi 76.18 kv.m) üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və mülkiyyət hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi icraata qəbul edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş və ona **********26 saylı xx.xx.2024-cü il tarixli məktubla cavab verilmişdir. Sərəncamın araşdırılması zamanı məlum olmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 1V saylı evin, 66 saylı mənzilinə dair verilmiş 105959 saylı, xx.xx.1989-cu il tarixli dəyişmə orderi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə və Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2- 1277/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə xx.xx.1989-cu il tarixli, 105959 saylı dəyişmə orderinin Dövlət Arxivinin Bakı filialında saxlanılmadığı qeyd olunmuşdur. Həmçinin Bakı şəhəri İcra Hakimiyyətinin 3-52/2-2665/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhər Mənzildəyişmə İdarəsinin 1989-cu il tarixli sənədləri arasında xx.xx.1989-cu il tarixli, 105959 saylı orderin aşkarlanmadığı bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşı nmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 N°-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakılara əsasən təmin edilməlidir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2- 28581/2024 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 1V, mənzil 66 ünvanında xx.xx.1968-ci il təvəllüdlü İddiaçı yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli 18/2- 29274/2024 nömrəli məktubunda qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 1V, mənzil 66 ünvanında xx.xx.1968-ci il təvəllüdlü X7 yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli, 4616 nömrəli registrdən çıxarışda qeyd olunur ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 1V ünvanında yerləşən 9 mərtəbəli yaşayış binası Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 281 kodu ilə ***-*******0 registr nömrəsi ilə balansındadır. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubu ilə göndərilmiş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2024-cü il tarixli müayinə (baxış) aktına qeyd olunur ki, daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə 5 y/otaq-76.18 kv.m, faktiki 5 y/otaq-76.19 kv.m, faktiki ümumi sahəsi 104.75 kv.m müəyyən edilmişdir. Eyni tipli mənzillərin layihəsi əsasında icra edildi. x-410017, y-4468936. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********56 nömrəli məktubunda qeyd olunur ki, İddiaçı adına Bakı şəhərində qeydiyyatdan keçmiş özəlləşdirilmiş mənzillər aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin xx.xx.2024-cü il tarixli 3- 52-13-2/2-370/2024 nömrəli məktubu ilə 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin arayışı və orderin surəti məhkəməyə göndərilmişdir. - 2 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 82 nömrəli xx.xx.2024-cü il tarixli arayışına əsasən Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 1V, 66 saylı mənzilin yerləşdiyi binanın balanssaxlayıcısı Xətai Rayon İcra Hakimiyyətidir. -SSR X5 icraiyyə komitəsinin blankında tərtib edilmiş Bakı şəhər İcrakomu Mənzil Sahəsinin uçotu və bölüşdürülməsi Şəhər Yaşayış sahə dəyişdirilməsi bürosunun möhürü ilə təsdiq edilmiş xx.xx.1989-cu il tarixli 105959 nömrəli orderə əsasən X4 E.S.Qriqoryan ilə dəyişdirilən Bakı şəhəri, Zığ Yolu küçəsi, ev 1V, 66 nömrəli mənzilinə arvadı - Məmmədova N.A., qızı-Məmmədov İ.A., oğlu-Məmədov R.A., oğlu-Məmmədov A.A. ilə birgə köçmək hüququ vardır. İş materiallarında olan 2 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli 33 nömrəli arayışına əsasən İddiaçı ünvan 2 ünvanında yaşayır. X1 qızı, qardaşı X12, bacısıoğlu X9, X3. İş materiallaında olan 6848 nömrəli Şəxsi hesab vərəqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ Yolu küçəsi, ev 1V, mənzil 66 ünvana dair şəxsi hesab vərəqəsi X4 adına açılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AZ-İİ seriyalı 401422 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. -AZ-İ seriyalı 397248 nömrəli Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. -X12 və X7 notarial qaydada müvafiq olaraq xx.xx.2024-ü il və xx.xx.2024-cü il tarixlərdə ərizələr təqdim edərək bildirmişlər ki, qeydiyyatda olduqları ünvan 3 ünvanında yerləşən 66 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmir, razıdırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, **********26 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, 1V saylı evin, 66 saylı mənzilinə dair verilmiş 105959 saylı, xx.xx.1989-cu il tarixli dəyişmə orderi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə və Dövlət Arxivinin Bakı filialına sorğu göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının 3-48-2F/2-1277/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə xx.xx.1989-cu il tarixli, 105959 saylı dəyişmə orderinin Dövlət Arxivinin Bakı filialında saxlanılmadığı qeyd olunmuşdur. Həmçinin Bakı şəhəri İcra Hakimiyyətinin 3-52/2- 2665/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubu ilə Bakı şəhər Mənzildəyişmə İdarəsinin 1989-cu il tarixli sənədləri arasında xx.xx.1989-cu il tarixli, 105959 saylı orderin aşkarlanmadığı bildirilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq çıxarışın verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0, 8.0.11-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. -2-ci maddəsinə görə bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. -4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. -5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. -8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. -9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Sadalanan normalardan müəyyən olunur ki, dövlət mənzil fondunun balansında olan mənzillərin özəlləşdirilməsi üçün mənzilə dair hüquqmüəyyənedici sənədlər aşağıdakılardan ibarətdir: mənzil fondunun mülkiyyətçisi olan yerli icra hakimiyyəti orqanının həmin mənzilə dair sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. Normaların məzmunundan da göründüyü kimi qanunverici mənzilin özəlləşdirilməsi və mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan sənədlərin siyahısını dəqiq müəyyən edib. Həm də qanunverici orderin, kirayə müqaviləsinin və onun verilməsinə dair sərəncamın – hər üç sənədin eyni vaxtda mövcudluğunu şərt kimi müəyyən etmir. Həmin sənədlərdən hər hansı birinin mövcudluğu (“Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan şəxslərin razılıq ərizələri və 2 №-li formada arayış da əlavə edilməklə) mənzilə dair hüququn qeyd alınması üçün əsasdır. Qanunda sadalanan sənədlər sırasında mənzil sahəsinin orderi də nəzərdə tutulub. Məhkəmə hesab edir ki, işin hazırkı vəziyyətində araşdırılmalı olan hal iddiaçının iddia predmeti olan mənzilə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normalarına əsasən hüquq əldə edib-etmədiyinin, buradan, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) mənzil hüquq münasibətlərinin iştirakçısı olub-olmadığının müəyyən edilməsindən ibarətdir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun qüvvəyə mindiyi 1993-cü ilədək (və bundan sonra) qüvvədə olmuş 8 iyul 1982-ci il tarixli 979-X nömrəli “Azərbaycan SSR Mənzil Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Sovet Sosialist Respublikasının Qanunu ilə təsdiq edilmiş Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, mübahisə predmeti olan mənzil xx.xx.1989-cu il tarixli 105959 nömrəli dəyişdirmə orderinə əsasən X4 özü və 4 nəfər ailə üzvü ilə birlikdə istifadələrinə verilmişdir. Mənzilin yerləşdiyi binanın balanssaxlayıcısı Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyidir. İş materiallarına əlavə edilmiş Doğum haqqında Şəhadətnamədən görünür ki, İddiaçı X4 övladıdır və onun adı xx.xx.1989-cu il tarixli 105959 nömrəli dəyişdirmə orderində qeyd edilib. Qeyd edilməlidir ki, xx.xx.1989-cu il tarixli 105959 nömrəli dəyişdirmə orderində adları qeyd edilən X11 xx.xx.2024-cü ildə, X2 isə xx.xx.2010-cu ildə vəfat etmişlər. X12 və X7 ünvan 3 ünvanında yerləşən 66 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və sənədləşdirilməsinə etiraz etmədiklərinə dair ərizə təqdim etmişlər. İddiaçı ünvan 3 ünvanında yerləşən 66 saylı mənzildə qeydiyyatda olmaqla yaşayır. Hazırkı halda iddiaçı order sahibi olmaqla həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır və orderlə istifadəsinə verilmiş mənzilin öz adına özəlləşdirilməsini xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının məhkəmə təcrübəsinin vahidliyini təmin edən 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli Qərardadında qeyd edilmişdir ki, qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi özündə qazanılmış daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirən mülkiyyət hüququnu qoruyur (İatridis Yunanıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 54; Beyeler İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 100). Bu maddə, həmçinin şəxsin mülkiyyət hüququnun əldə edilməsinə dair “qanuni gözləntisi”ni də müdafiə edir (X10 S.A. və digərləri Belçikaya qarşı işi üzrə qərarı, § 31). Şəxsin ən azından mövcud (və ya qazanılmış) mülkiyyətinin və ya əmlakının, o cümlədən iddialarının reallaşacağına dair "qanuni gözləntisi" olduğunu iddia edə bildikdə, “qanuni gözləntilər” həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər (X8-Adam İİ Almaniyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 83). Sözügedən “gözlənti” mülkiyyətə dair qanunvericilik aktına və ya normalarına əsaslandıqda “qanuni” hesab olunur (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 45-52). Mülkiyyət maraqlarına aid "gözlənti" "qanuni" hesab olunması üçün sadəcə ümidə yox, daha konkret bir xarakter daşımalı və hüquq normasına və ya məhkəmə qərarı kimi digər hüquqi akta əsaslanmalıdır (Kopecký Slovakiyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 49-50; Sentro Avropa 7 S.R.L. və di Stefano İtaliyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 173; Béláné Naqi Macarıstana qarşı işi üzrə Böyük Palatanın qərarı, § 75). Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndinə görə Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Məhkəmə hesab edir ki, xx.xx.1989-cu il tarixli 105959 nömrəli orderin, onun əsasında duran mənzilin ayrılması barədə ilkin sənədin və ya iddiaçının adının arxiv sənədlərində aşkar olunmaması iddiaçının hazırkı tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının vəzifəsi ona verilmiş orderin surətinin saxlanılmasından ibarət olmuş, o, sözügedən orderin notarial qaydada təsdiq olunan surətini məhkəməyə təqdim etmişdir. Bundan əlavə mənzilin hazırkı balansaxlayıcı da eyni orderin surətini məhkəməyə təqdim etməklə, mənzlin iddiaçıya aid olduğunu, şəxsi hesab vərəqinin onun adına açılmaqla, iddiaçının həmin ünvanda qeydiyyatda olmaqla onun istifadəsində olduğunu qəbul edir. Bununla yanaşı məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda mənzilin yerləşdiyi bina dövlət mənzil fonduna aid olmaqla Xətai Rayon İcra Hakimiyyətinin balansında olsa da sonuncu ilə əlavə olaraq kirayə müqaviləsinin bağlanmasına da hüquqi zərurət yoxdur. Yuxarıda da qeyd edildiyi kimi mənzil fondunun özəlləşməsi ilə bağlı qanunvericilikdə sadalanan sənədlər sırasında mənzil sahəsinin orderi də nəzərdə tutulmuşdur və orderdə mənzilin istifadəsinə verilən şəxslər sırasında iddiaçının adı bilavasitə göstərilmişdir. Mənzil Fondunun özəlləşməsi ilə bağlı Qanunun 6-cı maddəsində dövlət mülkiyyətində olan yataqxanalar (təhsil müəssisələrinin yataqxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında müvafiq icra hakimiyyəti orqanlarının balansına verildikdən sonra həmin yataqxanalardakı yaşayış sahələri yalnız orada faktiki yaşayan və mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi olan sakinlər tərəfindən özəlləşdirilə biləcəyi qeyd edilmişdir. Başqa sözlə, özəlləşdirilməsi istənilən mənzil yataqxana binasında olduğu halda balansa qəbul etmiş, yeni mülkiyyətçi ilə kirayə müqaviləsi bağlamış şəxslərin mənzili özəlləşdirmək hüququ nəzərdə tutulmuşdur. Hazırkı halda isə mübahisə predmeti olan mənzil yataqxana binasında yerləşmir. Mənzil dövlət mənzil fonduna aid olmaqla vaxtılə balansaxayıcı icra hakimiyyəti orqanının orderi ilə istifadəsinə verilmişdir. Belə olan halda qeyd edilən order mənzilin özəlləşdirilməsi üçün tələb olunan hüquqmüəyyənedici sənəd qismində bilavasitə çıxış edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İş üzrə müəyyən olunur ki, iddiaçı mübahisəli mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birini, yəni mənzil sahəsinin orderini, mənzilə hüququ olan şəxslər və mənzilin kommunalməişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma) təqdim etməsinə baxmayaraq cavabdeh əsassız olaraq iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 66 saylı yaşayış sahəsi 76.18 kv.m olan mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi, ev 1V, 66 saylı yaşayış sahəsi 76.18 kv.m olan mənzil üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2798/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2798/2025
31.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver