Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2804/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkili Nümayəndə (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüququşünasdır), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüququşünasdır) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi” bаrədə iddiа ərizəsi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı məhkəmədə iddia qaldıraraq, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması haqqında qərar çıxarılmasını xahiş etmişdir İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1958-ci il təvəllüdlüdür. 01 sentyabr 1973-cü il tarixdən 17 iyul 1975-ci il tarixə qədər peşə təhsili məktəbində oxumuşdur. 29 iyul 1975-ci ildən 02 sentyabr 2002-ci il tarixə qədər müxtəlif sahələrdə əmək fəaliyyəti göstərmişdir. 03 sentyabr 2002-ci il tarixdən hazırkı vaxta qədər “Caspian W1RF.İ.İNE Senices” LTD-də sürücü-operator vəzifəsində çalışır. 29 noyabr 2015-ci il tarixə qədər onun 57 yaşını, 40 ildən çox ümumi əmək stajı və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən-əmək stajı 29 noyabr 2015-ci il tarixə qədər 13 il təşkil etmişdir. Sürücü–operator peşəsi kimi hansı əmək funksiyanı yerinə yetirməyi ilə əlaqədar “Caspian WİRELİNE Services" LTD tərəfindən verilmiş arayışda-"neft quyularında istifadə olunan partlayış və radioaktiv təhlükəli maddələrinin sürücü olaraq daşınma və quyuların tədqiqatı üzrə (perforasiya və karotaj işləri) operator işi" icra etdiyi qeyd olunur. İddiaçı hesab edir ki, cavabdeh təşkilata müraciətləri əsassız olaraq müsbət cavablandırılmamışdır. 19 noyabr 2018-ci il tarixdə onun 60 yaşı və zərərli sahə hesab edilən “operator" peşəsini, yəni güzəştli pensiya hüququ verən əmək funksiyası üzrə 16 il iş stajı olmuşdur. İşlədiyi müəssisə özəl qurum olmaqla, işləri BP (“British Petroleum") şirkəti ilə əməkdaşlıq qaydasında icra edirlər. O, görüləcək operator, karotajçı işlərin icrası zamanı lazım olan radioaktiv və partlayış xarakterli malları avtomaşın sürməklə, sürücü olaraq mədənə apardıqdan sonra digər işçilərlə bərabər əsas funksiyanı yerinə yetirir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı iddiаyа dаir etirazını təqdim etmiş və etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum) məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. İddiaçının, Mərkəzi Filiala təqdim etdiyi 3 mart 1976-cı il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında 3 sentyabr 2002-ci il tarixindən bugünədək “Caspian Wireline Services LTD” şirkətində sürücü-operator vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi sürücü-operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 7-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək siyasi hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.2 inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə Ağaməmməd oğlu iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddianın təmin edilməsini məhkəmədən xahis etmişdir. Cavabdehin nümayəndəsi Kərimov Timur Yusif oğlu cavabdehin etirazında göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, işdə iştirak edən şəxslərin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri və iddia tələbini nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1958-ci ildə doğulmuşdur. İddiaçının 03.06.2021-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının direktoru Ş.İ.Əliyevə ünvanladığı ərizəyə əsasən, iddiaçı təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə sərəncam verilməsini xahiş etmişdir. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı 01.09.1973-cü ildən əmək fəaliyyətinə başlamışdır, 03.09.2002-ci il tarixdə “Caspian Wirelina Services” LTD-nin Azərbaycan Respublikasındakı filialında “sürücü-operator” işinə qəbul edilmişdir. Əmək kitabçasının 31-ci qeyddə göstərilmişdir ki, o, neft quyularında istifadə olunan partlayış və radioaktiv təhlükkəli maddələrindaşıması və quyuların tədqiqatı üzrə operatorişini (perforasiya karotaj işləri) icra edəcək. “Xəzərdənizneftgeofizika” trestinin 021 nömrəli şəhadətnaməyə əsasən İddiaçı 23.06.2003-cü ildən 23.08.2003-cü ilə qədər “XDNY” tresti üzrə mədən-geofiziki dəstələri və doldurma emalatxanaları üçün partladıcı şəxslərin və atma-perforasiya işlərinə rəhbərlik etməyə kadrların hazırlanması ixtisaslaşdırma kursunu bitirmişdir. İddiaçının hərbi biletinin surətinə əsasən, iddiaçı 24.10.1978-ci ildən 26.11.1980-ci il ilə qədər SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. “Caspian Wirelina Services” LTD-nin Azərbaycan Respublikasındakı filialı tərəfindən verilmiş 24.05.2021-ci ildə CWS/L-024 nömrəli arayışında göstərilmişdir ki, iddiaçı “Caspian Wirelina Services” LTD şirkətində Azərbaycan Respublikasındakı filialında 03.09.2002-ci il tarixdən hal-hazırki tarixə qədər “sürücü-operator” peşəsində işində işləyir. Həmin vaxtdan etibarən o, neft quyularında istifadə olunan partlayış və radioaktiv təhlükəli maddələrinin daşınması və quyuların tədqiqatı üzrə operator işini (perforasiya və karotaj işləri) icra edir. Bu əmək funksiyası və işçinin peşəsi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” nın 10.1.(a) bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası huququ verir. Əmək Şəraitinə görə güzəştli şərtlərlə əmək staji: 18 il, 1 ay, 4 gün təşkil edir. İddiaçı hazırki aylıq hesablanmış əmək haqqı 814.55 azn (səkkiz yüz on dörd manat 55 qəpik) təşkil edir. BLO1920 nömrəli Partladıcı şəxsin vahid kitabçasına əsasən, "xxxx" MMC tərəfindən İddiaçı verilmişdir ondan ötrü ki, o, neft-qaz quyularında atma partlayış işlərinin aparılmasını yerinə yetirməyə hüququ vardır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasınının təsiri altına düşən iş və peşələri icra etdiyini təsdiq edən sübutlar qismində “Caspian Wirelina Services” LTD tərəfindən İddiaçı verilmiş sertifikatları təqdim etmişdir. "xxxx" MMC tərəfindən 17.04.2007-ci ildə APİA seriyalı 032 nömrəli sertifikata əsasən, iddiaçı 26.02.2007-ci ildən 11.04.2007-ci ilə qədər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X8 Dövlət Agentliyinin təsdiq etdiyi 152 saatlıq tədris proqramı əsasında təşkil edilmiş “Neft-qaz və su quyularında atma perforasiya işlərinin aparılması” ixtisası üzrə kursu müvəffəqiyyətlə bitirmişdir. Texniks Qrup tərəfindən verilmiş 13.02.2010-cu il tarixli APİA seriyalı 014 nömrəli sertifikata əsasən İddiaçı 15.01.2010-cu ildən 12.02.2010-cu ilə qədər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X8 Dövlət Agentliyinin təsdiq etdiyi 152 saatlıq tədris proqramı əsasında təşkil edilmiş “Neft-qaz və su quyularında atma perforasiya işlərinin aparılması” ixtisası üzrə attestasiyadan keçmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X2 və X8 Dövlət Agentliyi Azərbaycan X4 və Təhlükəsizliyi Texnikası Elmi-Tədqiqat İnstitutu tərəfindən verilmiş 10.05.2012-ci il tarixli T seriyalı 0837 nömrəli şəhadətnaməyə əsasən Azərbaycan X4 və Təhlükəsizliyi Texnikası Elmi-Tədqiqat İnstitutunda “təhlükəli yüklərin daşınması da texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydaları və normalarının öyrənilməsi” üzrə iddiaçı təlim keçmiş, imtahan komissiyasında bilikləri yoxlanılmışdır. Cavabdehin 30.08.2021-ci il tarixli **********3 nömrəli Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubuna əsasən sürücü-operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft qaz kondensantı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx xxxxxx 1958-ci il təvəllüdlüdür, 01 iyul 2015ci ildə 57 yaşı tamam olmuşdur, 2015-il tarixə 40 ildən çox ümumi iş stajı vardır, iddiaçı iddia ərizəsində həmin işlədiyi müddətin 12 il 6 aydan artıq müddətini əmək şəraiti sağlamlıq üçün təhlükəli və ağır olan işlərdə - neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı istehsalat sahəsində peşələrini icra etdiyini göstərərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir.Odur ki, iddiaçı hazırki iddiası ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin 03.05.2017-ci il tarixinə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının “sürücü operator” peşəsində iş stajı 2015-ci il tarixinə 13 ildən çox olsa da həmin peşədə iş stajı ona güzəştli şərtlərlə pensiya almaq hüququ vermir. İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında 10-cu “neftin qazılması və hasilatı, neft, qaz kondensantı, kömür və şistin emalı” qrafası üzrə 10.1 bölməsində göstərilən quyuların tədqiqatı üzrə operatorlar və quyuların yoxlanılması (sınaması) üzrə operatorlar peşəsi iddiaçının işlədiyi peşəsinə (sürücüoperator) uyğun gəlmir. İş materiallarında olan sənədlərin təhlili, qanunvericiliyin normalarının tədbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 2015-ci il tarixinə ümumi iş stajı 25 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti dövründə işlədiyi peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmaması təsdiq edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Göstərilənlərə əsasən, məhkəmə qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2,33,34, 68,69, 85, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilməsi üçün müraciət etdiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi” vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №e-2-1(112)-2804/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2804/2022
03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver