Məhkəmə qərarları › İş №e-2-1(112)-2845/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2845/2024

22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2845/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X12, üçüncü şəxs X8 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X15 və X21 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmaqla “məxsusluq barədə arayışın verilməsi” öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1 May küçəsi 23 saylı evin üzərində xüsusi mülkiyyət hüququnun məhrum X4 məxsus olmasına dair arayış verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə (iddianın dəyişdirilməsi) barədə ərizə təqdim edərək məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1 May küçəsində yerləşən 23 saylı evin mərhum X4 məxsusluğu haqqında arayışın (çıxarış) iddiaçıya verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X6 onun nənəsi, yəni anası Rəfiqənin anası olub. Nənəsi 05 iyul 2007-ci ildə ölmüşdür. Onların yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1 May küçəsi, 23 saylı ev nənəsi X4 məxsus olub, həmin evə dair 1962-ci ildə Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport” tərtib edilmiş, həmin pasporta əsasən qeyd edilən evin ünvanı ünvan 1əsində 1962-ci ildə texniki pasport tərtib edilmiş, həmin texniki pasporta əsasən evin ünvanı ünvan 2ı sovetində saxlanılmışdır. Sonradan isə həmin evin Nərimanov küçəsinə olan tərəfində yerləşən torpaq sahəsi başqa şəxsin istifadəsinə verildiyinə görə həmin evin qapısı 1 May küçəsinə açılmış və evin ünvanı dəyişilərək, 1 May küçəsi 23 olmuşdur. Evin ünvanı dəyişilsə də, həmin ünvan onun texniki pasportunda dəyişdirilməmiş, ünvan yalnız evin ev dəftərində dəyişilmişdir. Bundan sonra evin bütün göstəriciləri, ölçüləri evə dair 1962-ci ildə tərtib edilmiş texniki pasporta əsasən qeyd edilsə də, 1980-ci illərdə həmin evdə müxtəlif tikililər tikilmiş, evin və torpaq sahəsinin forması dəyişilmişdir. Nənəsi həmin evə dair Qeydiyyat vəsiqəsi almaq üçün müraciət etmiş, bununla əlaqədar 2002-ci ildə evə dair “Texniki İnventarlaşma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi” tərəfindən 02 iyun 2002-ci il tarixdə “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasport”u tərtib edilmişdir. Həmin Texniki pasportdan görünür ki, texniki pasportun reyestr nömrəsi 30/1907, tarixi isə 20 iyun 2002-ci il kimi göstərilmişdir. O, DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək həmin evin özəlləşdirilib Dövlət Reyestrində qeydə alınmasını xahiş etmiş, lakin adıçəkilən İdarənin məktubu ilə ona cavab verilərək, müraciətindən imtina edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X15 və X21 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 09 oktyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2023-cü il tarixdə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim olunmuş iddia ərizəsinə dair etirazda göstərilmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********38 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, təqdim edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” barədə İdarənin arxivində məlumat aşkar edilmədi. Həmçinin təqdim edilən pasportda ad qeyd edilən hissədə təsdiqlənməmiş düzəliş edilmişdir. ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq özgəninkiləşdirilmişdir. Hal-hazırda X8 və X13 paylı mülkiyyətindədir. Həmçinin həmin ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, texniki inventarlaşdırma işləri aparılan zaman iddiaçı tərəfindən göstərilən ünvan 4 ünvanında olan fərdi yaşayış evinə dair idarənin arxivində X3 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixli texniki pasport mövcud olsa da, bu sənəd fərdi yaşayış evi üzərində hüquqarın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüquqmüəyyənedici sənəd hesab olunur. Texniki inventarlaşdırma işləri aparılan zaman iddiaçı tərəfindən göstərilən ünvan 4 ünvanında olan fərdi yaşayış evində rekonstruksiya işləri aparılmışdır. Belə ki, bağlı eyvan bir neçə hissəyə bölünüb və tikiliyə bitişik əlavə köməkçi tikililər inşa edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.11-ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar; 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) əsas hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1 -ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, üçüncü şəxs X21 məhkəmə iclasında iştirak etməmiş və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən üçüncü şəxs X13 iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X22 məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Üçüncü şəxs X15 məhkəmə iclasında izahat verərək, onlara məxsus mülklərlə (fərdi yaşayış evi) iddiaçı tərəfindən məxsusluq arayışı verilməsi tələb olunan mülkün (fərdi yaşayış evi) babalarından qalmış paylı miras əmlak olmaqla, ayrı-ayrı evlər olduğunun nəzərə alınmaqla, iddianın təmin olunmasına etiraz etmədiyini bildirdi. İddianın növü və mümkünlüyü. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 2.2.3-cü və 34.1-ci maddələrinə əsasən cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb etmək hüququnu müəyyən edən öhdəliyin icrası haqqında iddia üzrə ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə-iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddiaçı hazırki tələblə cavabdeh orqana müraciət etmiş, sonuncu tərəfindən müraciəti təmin olunmadığından, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia mümkündür. İşin halları: İş materiallarında olan: Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X3 adına 1962-ci ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 məxsus 1958-ci ildə inşa olunmuş Bakı şəhəri, Bül-Bülə qəsəbəsi Nərimanov küçəsi 18 saylı evin ümumi sahəsi 48,3 kv.m., torpaq sahəsi isə 563,0 kv. m. təşkil etmişdir. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X7 adına 1974-cü ildə tərtib olunmuş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X10 məxsus 1910-cu ildə inşa olunmuş Bakı şəhəri, Bül-Bülə qəsəbəsi Nərimanov küçəsi 18 saylı evin ümumi sahəsi 118,5 kv.m., torpaq sahəsi isə 1762,9 kv. m. təşkil etmişdir. Bakı şəhər İcra Hakimiyyətinin Aparatı Özəlləşdirmə və Bələdiyyə Əmlakının İdarə olunması Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 5 ünvanında yerləşən özbaşına tikili X7 adına xüsusi mülkiyyət hüququ ilə xx.xx.1993-cü ildə 21 №-li reyestr kitabının 3185-ci səhifəsində 30/3185 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Suraxanı Rayonu Bül-Bülə qəsəbəsi İcra Hakimiyyəti tərəfindən xx.xx.1998-ci ildə verilmiş 267 №-li arayışda (2 №-11 Forma) qeyd olunmuşdur ki, X1-Bülə qəsəbəsi 1 May küçəsi, ev 23 -də yaşayır. Həmin ev 38,12 kv.m., 2 yaşayış otağından 42,01 kv.m., köməkçi tikilidən 56,3 kv.m., torpaq sahəsindən ibarətdir. Mənzilin qaz, su, işıq şəraiti vardır və xüsusidir. Ev qeydiyyat vəsiqəsinə və ya texniki pasporta əsasən X4 məxsusdur. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən ünvan 18 evə dair X3 adına tərtib olunmuş Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2002-ci il tarixli texniki pasportunun surətindən müəyyən olunur ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 802,7 kv.m, tikinti altındakı sahə 195,4 kv.m, o cümlədən 607,3 kv.m., yaşayış otağının sayı 2, ümumi sahəsi 163,5 kv.m., yaşayış sahəsi 38,9 kv.m., köməkçi sahəsi 124,6 kv.m., qeyd olunmuşdur. Bakı şəhəri 246 saylı Notariat ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış X/481 №-li, xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, 05 iyul 2007-ci il tarixdə ünvan 4 (əvvəlki ünvan 7 ünvanında yaşamış X6 vəfat etmişdir. Nəcəf-X16 ərizəsi əsasında xx.xx.2021-ci il tarixdə X3 adına vərəsəlik işi açılmışdır. xx.xx.2022-ci il tarixdə X3 vərəsəsi ünvan 8 ünvanında yaşamış qızı X20 qızı vəfat etmişdir. İddiaçı X2 miras qalmış əmlaka dair irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmişdir. İrsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar ünvan 4 (əvvəlki ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinə dair X3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir. ƏMDK yanında DƏDRX Bakı Ərazi İdarəsi tərəfindən X13 adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* №li Çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən 104,0 kv. metrdən ibarət fərdi yaşayış evi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə ¾ hissədə xüsusi mülkiyyət hüququ ilə X13 (1/4 hissə X8) adına qeydə alınmışdır. Məhkəmə tərəfindən verilmiş müvafiq sorğulara əsasən: DƏDKR publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin **********83 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda ünvan 10 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilmədiyi qeyd olunmuşdur. Məktuba əlavə olunmuş Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktında (surəti) qeyd olunmuşdur ki, ünvan 11 ünvanında yerləşən daşınmaz əmlakın 20.Vİ.02-ci il tarixli texniki pasportda torpaq sahəsi 0,008027 ha; A fərdi yaşayış evi İ mərtəbəli kürsülü ev 1968- 2 otaq-38,9, köməkçi 57,7 kv.m; kürsü 41,9 kv.m, ümumi -138.5 kv.m, açıq eyvan 25,0 kv.m; Faktiki sahəsi-torpaq sahəsi 0,08537 ha, 2 otaq 38,9 kv.m., köməkçi-57,7 kv.m.,, kürsü 41,9 kv.m., ümumi sahəsi 138.5 kv.m., açıq eyvan-25,0 kv.m,+əlavə köməkçi sahələr inşa edilib. Eyni zamanda torpaq sahəsi mişar daşı ilə hasarlanıb. İdarəyə təqdim olunmuş sənədlər toplusunun sürətlərində iki ədəd fərdi yaşayış evinin texniki pasportları mövcuddur və ikisi də X5 adınadır. İX.1962-ci ilin texniki pasportunda ünvan Bülbülə qəsəbəsi Nərimanov 18 qeyd olunub, digər texniki pasportda 20.Vİ.02 ünvan Bülbülə qəsəbəsi 1 May küçəsi kimi qeyd olunub. Vətəndaşın nümayəndəsi 20.Vİ.02-ci ilin texniki pasportundakı ünvanı göstərmiş və göstərilən sahəyə texniki baxış keçirildikdən sonra məlumat üçün baş plan tərtib edilmişdir. Göstərilən evdə rekonstruksiya işləri aparılıb bağlı eyvan bir neçə hissəyə bölünüb həmçinin tikiliyə bitişik əlavə köməkçi tikililər inşa edilmişdir. Fərdi yaşayış evində təmir tikinti işləri gedir. Sahədə kanalizasiya quyusu mövcuddur və müayinə zamanı məlum oldu ki, kanalizasiya quyusu tamamilə dolub və işlək vəziyyətdə deyil. Digər texniki pasportdakı ünvana baxış keçirtmək istədikdə (Nərimanov 18) nümayəndənin şifahi məlimatına əsasən, o ünvanda digər vətəndaş yaşayır və bunlara aid olmadığı qeyd olunmuşdur. Baxış keçirilən ünvanda hal hazırda digər vətəndaş yaşayır və təmir işləri aparır. İddiaçının (nümayəndəsi və vəkili Vəkil) sifarişi əsasında X14 tərəfindən tərtib olunmuş 07 №-li, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində qeyd olunanları, o cümlədən təqdim olunmuş sənədləri və baxış zamanı aşkar olunmuş faktiki vəziyyəti nəzərə alaraq, X3 adına 1962-ci il tarixdə tərtib edilmiş texniki pasporta əsasən ünvan 14 ünvanında yerləşən, 563,0 kv.m-lik həyətyanı sahəyə malik olan fərdi yaşayış evinin X3 adına 02 iyun 2002-ci il tarixdə tərtib edilmiş texniki pasport üzrə ünvan 15 ünvanında yerləşən 802,7 kv.m-lik həyətyanı sahəyə malik olan fərdi yaşayış evi olduğu və texniki pasportlar üzrə fərdi yaşayış evlərinin ünvan baxımdan (N.ünvan 16lir. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş **********38 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciətinə baxılmışdır. Təqdim edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” barədə idarənin arxivində məlumat aşkar edilməmişdir. Həmçinin təqdim edilən pasportda ad qeyd edilən hissədə təsdiqlənməmiş düzəliş edilmişdir. Bununla yanaşı, qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, özgəninkiləşdirilmişdir. Həmçinin həmin ünvana texniki baxış keçirmək və inventarlaşdırma işlərinin aparılması üçün idarənin mütəxəssislərinə şərait yaradılmamışdır. Bundan əlavə, texniki inventarlaşdırma işləri aparılan zaman tərəfləridən göstərilən ünvan 4 ünvanında olan fərdi yaşayış evinə dair idarənin arxivində X3 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixili texniki pasport mövcud olsa da, bu sənəd fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz*əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda hüquqmüəyyənedici sənəd hesab olunur. Tətbiq edilən hüquq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Maddə. 22. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”.

1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.

2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat” (2 nömrəli əlavə)

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. 7.2. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. 21 iyun 2023-cü il tarixli 202 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə 2 nömrəli əlavə - “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci hissəsi yeni redaksiyada verilmişdir:

7. Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi 7.1. Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 №li Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0.18-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək; 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq; 3.0.26-cı bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasını, ünvan reyestri, daşınmaz əmlakın vahid dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların dövlət idarəetməsinin və torpaq bazarının təşkili sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək Xidmətin vəzifəsidir.

Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar nəzərdə tutulmuşdur. Göründüyü kimi, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İlkin olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən X3 adına 1958-ci ildə inşa olunmuş ünvan 17 ünvanında yerləşən fərdi yaşayış evinə dair 1962-ci ildə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport tərtib olunmuş, daha sonra həmin evə dair Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat idarəsi tərəfindən ünvan 18 ünvan qeyd olunmaqla X3 adına Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2002-ci il tarixli texniki pasportu tərtib olunmuşdur. İddiaçının mərhum nənəsinə məxsus mübahisəli fərdi yaşayış evi hazırda onun faktiki istifadəsindədir. Daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatının həyata keçirilməsi ilə bağlı torpaq sahələrinin inventarlaşdırma işlərinin aparılması və texniki sənədlərin, torpaq sahələrinin planının və ölçüsünün tərtib edilməsi cavabdeh inzibati orqanın vəzifələrinə aiddir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki: 1) Təqdim edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir; 2) Təqdim edilən pasportda ad qeyd edilən hissədə təsdiqlənməmiş düzəliş edilmişdir. 3) ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilkin olaraq X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, özgəninkiləşdirilmişdir. Hal-hazırda X8 və X13 paylı mülkiyyətindədir. 4) İddiaçı tərəfindən göstərilən ünvan 4 ünvanında olan fərdi yaşayış evinə dair idarənin arxivində X3 adına tərtib edilmiş xx.xx.2002-ci il tarixli texniki pasport mövcud olsa da, bu sənəd fərdi yaşayış evi üzərində hüquqarın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilmir. Cavabdehin qeyd olunan əsasları ilə bağlı məhkəmə aşağıda göstərilənləri qeyd etməyi zəruri hesab edir ki: - İddiaçı tərəfindən əsli və notarial qaydada təsdiq olunmuş surəti təqdim edilən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” barədə İdarənin arxivində məlumat olmaması şəxsin mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas ola bilməz. Belə ki, daşınmaz əmlaka dair sənədlərin nüsxəsinin İdarənin arxivində saxlanılmasına nəzarət mülkiyyətçiyə deyil, cavabdeh inzibati orqana aid bir səlahiyyətdir. - “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport”a baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin pasport İX ay 1962-ci ildə tərtib olunduğu halda, pasportun ad qeyd edilən hissədə edilmiş düzəliş (İlk öncə “Həmidov Müzəffər”, düzəlişdən sonra isə “Həmidova Böyük-Xanım Müzəffər”) 6.Vİ.66-cı il tarixdə imza edilməklə təsdiqlənmişdir. - Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, eyni ünvanda X11 və X17 paylı mülkiyyət hüququ ilə məxsus olan fərdi yaşayış evi ilə iddiaçının iddia etdiyi fərdi yaşayış evi ayrı-ayrı mülklərdir. - İş üzrə verilmiş mütəxəssis rəyi ilə X3 adına 1962-ci il tarixdə tərtib edilmiş texniki pasportla onun adına 02 iyun 2002-ci il tarixdə tərtib edilmiş texniki pasport üzrə üzrə fərdi yaşayış evlərinin ünvan baxımdan (N.ünvan 16lir. Beləliklə cavabdehin imtinasından və iddiaya dair etirazından görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, iş materialları ilə sübuta yetirilməyən, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 15.3-cü maddəsinə əsasən inzibati orqanlar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunmuş sənədlərdə yazı və hesab zamanı yol verilmiş aşkar və düzəldilməsi mümkün olan səhvlərə görə həmin sənədləri qəbul etməkdən imtina edə bilməz. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 1 May küçəsində yerləşən 23 saylı fərdi yaşayış evinin mərhum X4 məxsusluğu barədə arayışın (elektron çıxarış) İddiaçı verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar