Məhkəmə qərarları › İş №e-2-1(112)-2897/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2897/2025

02.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2897/2025 02.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X3 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən X5 adına rəsmiləşdirilmiş 450 kv.m və X6 adına rəsmiləşdirilmiş 550 kv.m torpaq sahəsinin həmin təyinata uyğun olaraq iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən X5 adına rəsmiləşdirilmiş 450 kv.m və X6 adına rəsmiləşdirilmiş 550 kv.m torpaq sahəsinin həmin təyinata uyğun olaraq iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, ünvan 1 ünvanında yaşayan vətəndaş X12 xx.xx.2014-cü il tarixli ərizə ilə bələdiyyəyə müraciət edərək, M.Ə.Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsində uzun müddət istifadəsində olmuş 1000 kv.m. sahədən 600 kv.m. torpaq sahəsinin Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 217 saylı, 400 kv.m. torpaq sahəsinin isə xx.xx.2008-ci il tarixli 34/09 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı qolu ilə mülkiyyətinə verildiyini, mülkiyyətinə verilmiş torpaq sahəsinin alqı-satqısı üçün müvafiq olaraq xx.xx.2002-ci il tarixdə seriya AZL No 028516 saylı kassa mədaxil orderinin qəbzinə əsasən 12480000,00 (on iki milyon dörd yüz səksən min) AZM (2496,00 AZN), xx.xx.2008-ci il tarixdə seriya BƏÜ № 326404 saylı kassa mǝdaxil orderinin qəbzinə əsasən 10 000,00 (on min) AZN məbləğində vəsait ödədiyini və onunla alqı-satqı müqavilələri bağlandığını bildirərək, ailəsində yaranmış çətinliklər səbəbindən yaşadığı evin həyətyanı sahəsindən ünvan 2 ünvanında yaşayan vətəndaş X2 550 kv.m. torpaq sahəsinin onun adına sənədləşdirilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən qəbul olunmuş 2-(81) 4933/2014, xx.xx.2014-cü il tarixli qərara görə iddia təmin edilmiş və Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2002-ci il il tarixli, 217 saylı və xx.xx.2008-ci il tarixli, 34/09 saylı qərarlarına əsasən fərdi yaşayış evinin tikintisi üçün alqı-satqı yolu ilə vətəndaş X5 mülkiyyətinə verilmiş 1000 kv.m. torpaq sahəsindən 450 kv.m-i adında saxlanılmaqla, qalan 550 kv.m. torpaq sahəsinin həmin təyinata uyğun olaraq X4 adına rəsmiləşdirilməsi vəzifəsinin cavabdeh M.Ə.Rəsulzadə bələdiyyəsinə həvalə edilməsi barədə qərar qəbul olunmuşdur. 30 aprel 2024-cü il tarixli X13 ilə İddiaçı arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən Azerbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzada Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 266 nömrəli Qərarına, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 04/57 nömrəli Arayışına, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M. Rəsulzada Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli Torpaqların Alqı-Satqısına dair Akta va yerləşmə cizgisinə əsasən, X8 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən (gələcəkdə daşınmaz əmlak mülkiyyət hüququnu təsdiq edən çıxarışda olan dəyişikliyə əsasən (ünvanda, kv.mə) ümumi sahəsi 550 kv.m. torpaq sahəsinin gələcəkdə İddiaçı satılmasına dair alqı-satqı müqaviləsi ilə rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri müəyyən edilmişdir. 30 aprel 2024-cü il tarixli X12 ilə İddiaçı arasında bağlanılmış alqı-satqı müqaviləsinə əsasən Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2002-ci il tarixli 217 saylı və xx.xx.2008-ci il tarixli 34/09 saylı Qərarlarına, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-(81)-4933/2014, xx.xx.2014-cü il tarixli Qərarına Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 36/03 №-li Qərarından Çıxarışa, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 04/53 saylı Arayışına, Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli Torpaqların Alqı-Satqısına dair AKT-a və yerləşmə cizgisinə əsasən, X5 mülkiyyətinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən (galacəkdə daşınmaz əmlak mülkiyyət hüququnu təsdiq edən çıxarışda olan dəyişikliyə əsasən (ünvanda, kv.m-da)) ümumi sahəsi 450 kv.m. torpaq sahəsinin gələcəkdə İddiaçı satılmasına dair alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi üçün tərəflərin öhdəlikləri müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən Binəqədi rayonu, M.Ə.Rəsulzadə C.Cabbarlı küçəsində İddiaçı sahibliyində və qanuni istifadəsində olan fərdi yaşayış evinin yerləşdiyi 1000 kv.m-dən ibarət torpaq sahəsinin bələdiyyə tərəfindən adına rəsmiləşdirilməsi mümkün deyildir. Binəqədi rayonu, M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 217 saylıvə xx.xx.2008-ci il tarixli, 34/09 saylı qərarlarına əsasən fərdi yaşayış evinin tikintisi üçün X5 mülkiyyətində olan 450 kv.m və X6 mülkiyyətində olan 550 kv.m torpaq sahəsi M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən İddiaçı adına rəsmiləşdirilməlidir. Belə ki, halhazırda və yaxud gələcəkdə faktiki sahibliyində və istifadəsində olan əmlaka dair gözlənilən mülkiyyət hüququnun realizəsi mümkün deyildir və ya mümkün olmayacaqdır. İlkin alqı-satqı müqaviləsi üzrə əmlak faktiki sahibliyində və istifadəsində olsa da, əmlaka dair bələdiyyə tərəfindən verilmiş hüquqmüəyyənedici sənədlər hal-hazırda əmlakın əvvəlki sahiblərinin adınadır. Belə olan halda bu əmlak üzərində hüquqi əməliyyatların icrasını mümkünsüz edir ki, bu da mülki qanunvericilikdə və konstitusiyada nəzərdə tutulan mülkiyyət hüquqlarının və yaxud gözlənilən mülkiyyət hüquqlarının kobud surətdə pozulmasıdır. Gələcəkdə əvvəlki sahiblər tərəfindən əmlakın hüquqmüəyyənedici sənədlərinin alınması üçün verilən etibarnamə ləğv edildikdə və ya tərəflərdən biri vəfat etsə artıq əmlakın üzərində hüquqi əməliyyatların realizəsi mümkünsüz olacaqdır. Cavabdeh Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2024-cü il tarixli, 02/408 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2002-ci il tarixli, 217 saylı və xx.xx.2008-ci il tarixli, 34/09 saylı qərarlarına əsasən C.Cabbarlı küçəsində yerləşən 1000 kv.m. torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədilə alqı-satqı yolu ilə vətəndaş X5 mülkiyyətinə verilmişdir. Sonradan 1 saylı Bakı İnzibati -İqtisadi Məhkəməsinin İş №2- 1(81)-4933/2014, xx.xx.2014-cü il tarixli və Bakı şəhəri M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2014-cü il tarixli, 36/03 nömrəli qərarlarına uyğun olaraq, C.Cabbarlı küçəsində yerləşən həmin ərazinin 450 kv.m-i vətəndaş X5 adında saxlanılmaqla ona rəsmiləşdirilmişdir. Bununla belə sözügedən torpaq sahəsinə bitişik digər 550 kv.m. torpaq sahəsi M.Ə.Rəsulzadə bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 266 nömrəli qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə alqı-satqı yolu ilə vətəndaş X6 mülkiyyətinə verilmişdir. C.Cabbarlı küçəsində yerləşən və bələdiyyənin qərarlarına əsasən yuxarıda adları qeyd olunan şəxslərin adına rəsmiləşdirilmiş 1000 kv.m.-dən ibarət torpaq sahəsi Bakı şəhəri 4 saylı Notariat kontorunda xx.xx.2024-cü il tarixdə Reyestrdə 3M-99 və 3M- 100 nömrə ilə qeydə alınmış “İlkin alqı-satqı müqavilələrinə əsasən vətəndaş İddiaçı satılmışdır. Odur ki, C.Cabbarlı küçəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 1000 kv.m.dən ibarət həmin torpaq sahəsi hazırda İddiaçı sahibliyində və qanuni istifadəsindədir. M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 36/03 saylı və xx.xx.2006-ci il tarixli, 266 saylı qərarların, eləcə də həmin qərarların qəbul edilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsinə gəlincə isə qeyd edilmişdir ki, sözügedən sənədlər “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən daimi saxlanmalı sənəd olaraq mühafizə olunması üçün Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin - 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); -12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. [21] -12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. - 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. - 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddicca mümkün sayılır. - 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. - 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclaslarını xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərinə təyin etmiş, məhkəmə iclasları barədə iddiaçıya və nümayəndəsi və vəkilinə məhkəmə bildirişləri və SMS bildirişləri göndərmişdir. Bundan əlavə məhkəmə tərəfindən iddiaçıya 16 may 2025-ci il tarixdə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2025-ci il tarixə saat 12:20-yə təyin edilmiş məhkəmə iclasında iştirakını (və ya nümayəndəsinin iştirakı) təmin etməməsini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində göstərilən hal kimi qiymətləndiriləcəkdir. Bundan əlavə məhkəmə tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi üçün hüquqi yardım göndərilmişdir. Belə ki, M.Ə.Rəsulzadə bələdiyyəsi tərəfindən müfaviq qararlarla Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən 450 kv.m torpaq sahəsi X9 və Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən 500 kv.m torpaq sahəsi X1. Torpaq sahələri şəxslərə satıldıqdan sonra bələdiyyənin həmin torpaq sahələri üzərində mülkiyyət hüququ mövcud deyildir. Həmin torpaq sahələri X12 və X13 tərəfindən “ilkin alqı-satqı müqavilələri” əsasında İddiaçı satılmışdır. Hazırda iddiaçının bələdiyyədən torpaq sahələrinin “onun adına rəsmiləşdirilməsi” tələb etməsi hüquqi baxımdan mümkün deyil, çünki bələdiyyənin həmin torpaq sahələri üzərində sərəncamvermə sələhiyyəti qalmamışdır. Belə ki, bələdiyyənin torpaq sahələrini təkrar satması və bu barədə hər hansı qərar qəbul etməsi qanunvericiliyə ziddir. Lakin iddiaçı məhkəmə tərəfindən ona göndərilmiş hüquqi yardıma əhəmiyyət verməmiş və iddia tələbinin dəqiqləşdirilməsi üçün zəruri hərəkətləri etməmişdir. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli Qərarında aşağıdakılar qeyd edilmişdir:”İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X11 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı). Məhdudiyyətin mütənasibliyinə gəldikdə isə qeyd olunmalıdır ki, qanunverici bu meyarın tələblərini nəzərə alaraq iddianın geri götürülmüş sayılması haqqında qərardadın qəbulunu bir neçə qayda ilə şərtləndirmişdir. Belə ki, belə qərardadın çıxarılmasından öncə məhkəmə mütləq tələb irəli sürməlidir. Burada nəzərə almaq lazımdır ki, tələb xəbərdarlıq məqsədi daşıyır. Yəni məhkəmə iddiaçının davranışından artıq görür ki, iddiaçı mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır və bu davranışın hüquqa zidd olduğunu iddiaçının nəzərinə çatdırır. İddiaçının ciddi nəticələrlə üzləşə biləcəyini, habelə məhkəməyə müraciət etmək hüququnun demokratik cəmiyyətdə vacibliyini nəzərə alaraq, məhkəmə bu tələbi iddiaçıya onun davranışı haqqında tutarlı və mötəbər dəlillərə malik olduğu təqdirdə irəli sürə bilər. Bundan əlavə, öz məqsədlərinə nail olmaq üçün tələb aşağıdakı şərtlərə cavab verməlidir: - məhkəmənin iddiaçıdan konkret olaraq nə gözlədiyi göstərilməlidir (məsələn, müvafiq sənədləri və digər sübutları təqdim etmək və ya iddianı əsaslandırmaq və s.); - tələbin məhz məhkəmə (müvafiq hakim) tərəfindən irəli sürüldüyü aşkar bilinməlidir və buna görə o, hakimin imzası ilə təsdiq olunmalıdır; - tələb iddiaçıya sübut oluna biləcək qaydada çatdırılmalıdır (təqdim olunmalıdır); - tələbin iddiaçı tərəfindən yerinə yetirilməməsinin hüquqi nəticələri (iddianın geri götürülmüş sayılması və prosessual xərclərin ödənilməsi vəzifəsi) qanunun müvafiq maddələrinə istinad edilməklə aydın şəkildə ifadə olunmalıdır. Məhkəmənin bu meyarlara cavab verən tələbinin irəli sürülməsinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia məhkəmə tərəfindən geri götürülmüş sayılır. Yuxarıda göstərilən qaydaların məhkəmələr tərəfindən pozulması məhkəməyə müraciət etmək hüququnun qeyri-mütənasib şəkildə məhdudlaşdırılmasına gətirib çıxara bilər.” İş materiallarından göründüyü kimi, iddiaçı məhkəmənin xx.xx.2025-ci il, xx.xx.2025ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində keçirilmiş iclaslarına gəlməmiş, işin hallarının və mübahisənin vəziyyətinin müzakirə prosesində iştirak etməmiş, xəbərdarlıq edilməsinə baxmayaraq inzibati iş üzrə məhkəmə araşdırmanın aparılmasına imkan yaratmamışdır. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir, uzun müddətdir ki, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “fərdi yaşayış evinin tikintisi üçün Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ərazisində yerləşən X5 adına rəsmiləşdirilmiş 450 kv.m və X6 adına rəsmiləşdirilmiş 550 kv.m torpaq sahəsinin həmin təyinata uyğun olaraq iddiaçının adına rəsmiləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi geri götürülmüş hesab edilsin, iş üzrə icraata xitam verilsin. . Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4cıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar