Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2910/2025 20.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Xüsusi Şərtlərlə Təyı̇ nat üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” bаrədə iddiа tələbi üzrə işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq müəyyən etdi: TƏSVİRİ HİSSƏ Mübahisənin predmeti İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldırarq “iddiaçıya xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin qoyulması” bаrədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı – İddiaçı xx.xx.1964-cü ildə anadan olmuşdur. İddiaçı 1986-cı ildən müxtəlif müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuş, xx.xx.1998-ci il tarixindən isə “SOCAR”ın Heydər Əliyev adına X4 müxtəlif peşələrdə çalışır. O, xx.xx.1998 – xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 9 nömrəli sexdə, xx.xx.2008 – xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində tikinti sahəsində, xx.xx.2014 – xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində tikinti üzrə xidmət sahəsində sobaçı peşəsində, xx.xx.2015 – xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində isə elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. Belə ki, ümumilikdə iddiaçı fasiləsiz olaraq 18 il 1 ay 21 gün zərərli peşələrdə çalışmışdır. Hal-hazırda iddiaçı həmin zavodun təmir tikinti üzrə 18 nömrəli sahəsinin dülgəri peşəsində çalışır. “SOCAR”ın Heydər Əliyev adına X5 iddiaçıya təqdim etdiyi “Zərərli iş şəraiti haqqında arayış”da da iddiaçının yuxarıda qeyd edilən dövrlər ərzində zərərli peşələrdə çalışması əks olunmuşdur. Həmçinin arayışın qeyd hissəsində iddiaçının işlədiyi və Heydər Əliyev adına X5 ştat cədvəlində olan sobaçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarının XXXİİİ bölməsinin, 23200000-13162 kodu və xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsində qeyd olunmuş əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsi ilə eynilik təşkil etdiyi vurğulanmışdır. İddiaçı 25 iyul 2024-cü il tarixində sözügedən arayışı təqdim etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin S osial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına güzəştli şərtlərlə pensiya təyinatı üçün müraciət etmişdir. Lakin cavabdeh “SOCAR”ın Heydər Əliyev adına X5 “Zərərli iş şəraiti haqqında arayış”ının qeyd hissəsinə münasibət bildirmədən iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə imtina vermiş və əsas kimi iddiaçının işlədiyi peşənin, yəni sobaçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın ümumi peşələr bölməsində (35) əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsinə uyğun olmamasını göstərmişdir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın imtina məktubunu iddiaçı xx.xx.2024-cü il tarixində rəsmi olaraq qəbul etmişdi. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzında bildirmişdir ki, “Əmək pensiyaları haqqında" AR Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. İistinad olunan Qanunun məzmunundan göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdakı şərtlər vardır: 1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmalı; 2. Kişilər 60 yaşına, qadınlar 59 yaşına çatmalı; 3. Kişilərin azı 25 il sığorta stajı olmaqla, bu müddətin azı 12 il 6 ayı həmin işlərdə, qadınların azı 20 il sığorta stajı olmaqla, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmalı. İddiaçı qanunla müəyyən edilmiş yaş həddini xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Bundan əlavə, 28 aprel 2022-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 4.1.20-ci maddəsində yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə ış müddəti işəgötürənin bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən olunur. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyıb-işləmədiyı mötəbər qaydada müəyyən etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın ümumi peşələr bölməsində (35) əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə "SOCAR" Heydər Əliyev adına X5 iddiaçıya dair xx.xx.2024-cü il tarixli 14-2-7/2-388/2024 nömrəli arayışında 16.01 1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 9 nömrəli sexdə, xx.xx.2008xx.xx.2014-cu il tarixləri arasındakı dövr ərzində tikinti sahəsində, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində tikinti üzrə xidmət sahəsində sobaçı peşəsində işlədiyi qeyd olunmuşdur Göründüyü kimi, İddiaçı işlədiyi və sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan siyahıda nəzərdə tutulan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçıya münasibətdə hesablanmış güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 7 gün (xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi və vəkili ayrı-ayrılıqda iddia ərizəsində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Faktiki hallar və sübutlar. AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. AT-İV seriyalı ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1983xx.xx.1985-ci illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir. xx.xx.1986-xx.xx.1987-ci illərdə F.E.Dzerjinski adına Volqoqrad traktor zavodunda Qaynaq-yığma sexində 2-ci dərəcə ilə yapışdırıcı işləmiş, xx.xx.1987-xx.xx.1987-ci illərdə Ərgren vilayətarası tədris kombinatında “Montajçı-qaçnaqçı” kurslarında təhsil almış, xx.xx.1987-xx.xx.1988-ci illərdə Özbəkşaxtostroy trestinin tikinti-montaj idarəsidə 2-ci dərəcə ilə elektrik qaynaqçısı xx.xx.1988-xx.xx.1988-ci illərdə “Anqren” sovxozunda 2-ci bölmədə çilingər vəzifəsində, xx.xx.1989-xx.xx.1990-cı illərdə 26 Bakı komissarları adına sovxozda fəhlə peşəsində, xx.xx.1990-xx.xx.1991-cı illərdə Bakı Taxıl Məhsulları Kombinatından dəmirçi (1-ci və 2-ci dərəcə ilə) peşəsində, xx.xx.1991-xx.xx.1998-ci ilədək “Azərneftyağ” İB-də dəmirçi (2 ci, 3cü və 4-cü dərəcə) vəzifəsində, xx.xx.1998-xx.xx.2015-ci illərdə “Azərneftyağ” X4 (“Azərneftyağ” X5 xx.xx.2015-ci il tarixindın Heydər Əliyev adına X7 qoşulmaqla fəaliyyətinə xitam verilməsi ilə əlaqədar xx.xx.2015-ci il tarixli təhvil aktına əsasən “Azərneftyağ” net emalı zavodu işəgötürənin öhdəlikləri Heydər Əliyev adına X5 direktoruna verilmişdir) sobaçı (3-cü 4-cü və 5-ci dərəcə) vəzifəsində, xx.xx.2015xx.xx.2016-cı illərdə 5-ci dərəcəli elektrik qaz qaynaqçısı peşəsində, xx.xx.2016xx.xx.2021-ci illərdə 5-ci dərəcəli dülgər peşəsində, xx.xx.2021-xx.xx.2021-ci illərdə 5-ci dərəcəli betonçu-armaturçu peşəsində, xx.xx.2021-hal-hazırda 5-ci dərəcəli dülgər peşəsində işləyir. Heydər Əliyev adına X8 tərəfinfən verilmiş 14-2-7/2-338/2024 nömrəli 17 iyil 2024-cü il tarixli “zərərli iş şəraiti haqqında arayış”dan görünür ki, İddiaçı aşağıda göstərilən dövrlərdə qeyd olunan zərərli peşələrdə çalışmışdır:
1. xx.xx.1998-xx.xx.2008-ci illərdə 9 N-li sexdə sobaçı – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) Şifrə 23200000-13162, XXXİİİ ümumi peşələr bölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsi.
2. xx.xx.2008-xx.xx.2014-cü illərdə 9 №-li sexdə tikinti sahəsi sobaçı) - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsi
3. xx.xx.2014-xx.xx.2015-ci illərdə 9 №-li sahədə, tikinti üzrə xidmət sahəsi sobaçı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının
35. Ümumi peşələr bölməsi
4. xx.xx.2015-xx.xx.2016-cı illərdə 13 №-li sahədə, texnoloji qurğuların təmiri və quraşdırılması sahəsinin 1-ci xidmət sahəsi, elektrik qaz qaynaqçısı - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsi Qeyd: Heydər Əliyev adına X4 mövcud ştat cədvəlində olan sobaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarının XXXİİİ bölməsinin 23200000-13162 kodu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsi ilə təsdiq olunmuş əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqları peşəsi ilə eynilik təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış 15 avqust 2024-cü il tarixli 3-17-1/2-J-195432/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, "SOCAR” Heydər Əliyev adına X5 İddiaçı dair xx.xx.2024-cü il tarixli 14-2-7/2-388/2024 nömrəli arayışında xx.xx.1998-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində 9 nömrəli sexdə, xx.xx.2008xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində tikinti sahəsində, xx.xx.2014-xx.xx.2015-ci il tarixləri arasındakı dövr ərzində tikinti üzrə xidmət sahəsində sobaçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi peşə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsinə uyğun deyil. Bu səbəbdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (9 ay 7 gün (xx.xx.2015-xx.xx.2016-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmənin müvafiq sorğusuna əsasən Heydər Əliyev adına X8 tərəfinfən verilmiş 14-2-7/2-428/2025 nömrəli 28 aprel 2025-ci il tarixli “məlumatın təqdim edilməsi haqqında” məktubdan görünür ki, İddiaçı xx.xx.1998-ci ildən xx.xx.2015-ci ilədək işlədiyi sobaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarının “2-ci siyahı, şifrə 23200000-13162, XXXİİİ ümumi peşələr bölməsi” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarının “35 Ümumi peşələr bölməsi” ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır. İddiaçı sobaçı kimi aşağıdakı funksiyaları yerinə yetirmişdir: 1.1.Sobaların, ocaqların və boruların hörülməsində mürəkkəb işləri; 1.2. Mürəkkəb quruluşlu sobaların hörülməsi; 1.3. Hörgü prosesində sobalara kaşılarla üz çəkilməsi; 1.4. Sobaların qaz yanacağı ilə işləməsi üçün yenidən qurulmasının təmin edilməsi; 1.5. Su borulu və isti borulu qazanların tavanlarının və döşəmələrinin hörülməsinin təmin edilməsi; 1.6. istehsalat zərurəti ilə əlaqədar tabeliyində olduğu rəhbər şəxslərin tapşırıqlarının yerinə yetirilməsi; 1.7 iş yerlərinin təmiz saxlanması,, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl edilməklə görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi və ətraf mühitin çirklənməsinin qarşısının alınması; 1.8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10cu maddəsi ilə müəyyənedilmiş işçinin əsas vəzifələrinin icra edilməsi və məsuliyyət daşıması.
Tətbiq edilən hüquq.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Əsas anlayışlar 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"na əsasən: Bölmə 35. Ümumi peşələr - qaz qaynaqçıları - əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları - əl ilə qaynaq aparan elektrik qaynaqçıları
Məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Qanun yuxarıda qeyd olunan tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması; 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 06 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) işlərdə çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixədək 25 il ümumi, 12 il 6 ay güzəştli stajının tamam olması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verəcək həddə olması gərəkdir. Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1964-cü il təvəllüdlü iddiaçının xx.xx.2024-ci il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. İddiaçının əmək kitabçasından görünür ki, onun ümumi stajı 25 ildən çoxdur və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilməmişdir. İddiaçı ilə cavabdeh arasında mübahisənin yaranmasının səbəb olmuş hal ondan ibarətdir ki, cavabdeh iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az olmasını göstərir, (9 ay ay 07 gün (xx.xx.2015-xx.xx.2016-ci il tarixləri arasındakı dövrlər) qəbul edir. Halbuki iddiaçı xx.xx.1998-ci ildən xx.xx.2015-ci ilədək indiki Heydər Əliyev adına X4 sobaçı vəzifəsində işləmişdir ki, həmin müddət 17 il 04 ay 18 gün təşkil eidr. Həmin müddətdə iddiaçının işlədiyi sobaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsində göstərilən “əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları” peşəsi ilə eynilik təşkil edir. Belə ki, Heydər Əliyev adına X8 tərəfindən verilmiş arayışdan görünür ki, Heydər Əliyev adına X4 mövcud ştat cədvəlində olan sobaçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 35. Ümumi peşələr bölməsi ilə təsdiq olunmuş əsas fəhlələri güzəştli pensiya almaq hüququna malik olan istehsalatlarda məşğul olan texnoloji sobaların ocaqçıları peşəsi ilə eynilik təşkil edir. Əlavə olaraq iddiaçı xx.xx.2015-ci ildən xx.xx.2016-cı ilədək elektrik qaz qaynaqçısı peşəsində çalışmışdır. Həmin müddətdə də iddiaçının işlədiyi peşəsi elektrik-qaz qaynaqçısı olmaqla Azərbaycan Respublikkası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiqlənmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci bölməsində göstərilən qaz qaynaqçıları peşəyə aiddir. Cavabdeh inzibati orqan iddiaçının elektrik qaz qaynaqçısı işlədiyi dövrü güzəştli iş stajı kimi qəbul edir və bu hal mübahisələndirilməmişdir. Belə olan halda iddiaçının güzəştli stajı 18 il 01 ay 26 gün təşkil edir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Şərh olunan normaların məzmunundan da müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir. Göründüyü kimi zərərli əmək şəraitində işləməsinə dair iddiaçıya işlədiyi müəssisə tərəfindən verilmiş arayış məhkəməyə təqdim edilmiş və orada iddiaçının işlədiyi peşəsinin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğu göstərilmişdir. Beləliklə işin faktiki halları ilə təsdiq edilir ki, iddiaçının 60 yaşı xx.xx.2024-cü ildə tamam olmuşdur, həmin tarixə ümumi iş stajı 25 ildən çoxdur və güzəştli stajı isə 18 il 01 ay 26 gün təşkil edir. Yəni iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün əsaslar mövcuddur, halbuki cavabdeh qeyd edilən halları nəzərə almayaraq iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozmuşdur. Məhkəmə qeyd edir ki, müvafiq dövrlər üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda iddiaçının üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. Odur ki, cavabdehin imtinası əsassız olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, X2 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar.
NƏTİCƏVİ HİSSƏ
Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 2, 33, 34, 73, 68, 69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı X2 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər.
Hakim Miminat Hacıbəyova