Məhkəmə qərarları › İş №e-2-1(112)-2912/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2912/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2912/2025 21.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il və xx.xx.1990-cı il tarixli əmrlərinə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 2, dalan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın, həmçinin plan-ölçü sənədoinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçı tərəfin təqdim etdiyi ərizəsi nəzərə alınaraq, məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi “Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il tarixli əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 2, dalan 1 ünvanındakı 8 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə müvafiq reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 2, dalan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən iddiaçıya ********** saylı xx.xx.2024-cü il tarixli çıxarış verilmişdir. İddiaçı həmin əmlakı X3 xx.xx.2020-ci ildə vəfat etdikdən sonra vərəsəlik yolu ilə qəbul etmişdir. X3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 2, dalan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evini həmin evin ilk mülkiyyətçisi X5 xx.xx.2005-ci ildə Abşeron Rayon 2 saylı Notariat Kontorunda aparılmış 4ə-4-496 saylı alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi. döngə 2, dalan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ilk sahibi X11 olmuş və həmin şəxs həmin torpaq sahəsini Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il və xx.xx.1990-cı il tarixli əmrlərinə əsasən əldə etmişdir. X13Əvəz oğlu qeyd olunan torpaq sahəsindən istifadəyə görə vaxtlı-vaxtında dövlət rüsumlarını ödəmişdir. Sonradan atasından vərəsəlik yolu ilə ona keçmiş fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsini özəlləşdirmək məqsədilə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh 3-213-30/2-23936/2024 qeydiyyat nömrəli, xx.xx.2024-cü il tarixli məktubla xahişini təmin etməkdən imtina etmiş, imtinasına səbəb olaraq tərəflərindən Abşeron Rayon Dövlət Arxivinə sorğu verildiyini, həmin sorğuya cavab olaraq T-382/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda Abşeron Rayon Dövlət Arxivində mövud olan Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il tarixli əmrində vətəndaş X6 adının aşkar edilməməsinin göstərildiyini, buna görə də hüquqların qeydiyyata alınmasından imtina etdiyini göstərmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh inzibati orqan məhkəməyə iddiaya dair yazılı münasibət (etiraz) təqdim etmişdir. Etirazda bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İdarənin arxivində sahənin ilkin mülkiyyətçisi X6 adına Abşeron Rayon Donuzkökəltmə sovxozunun 135 saylı xx.xx.1990-cı il tarixli və xx.xx.1990-cı il tarixli əmrdən çıxarışlar mövcuddur. Odur ki, yaranmış zərurətlə əlaqədar Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı əmri ilə X6 adına fərdi evin tikintisi üçün torpaq sahəsinin ayrılıbayrılmaması və əmrin qüvvədə olub-olmaması barədə Abşeron Rayon Dövlət Arxivinə sorğu göndərilmiş, həmin sorğuya cavab olaraq T-382/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Abşeron Rayon Dövlət Arxivinin arxiv fondunda mövcud olan Abşeron Rayon Donuzkökəltmə sovxozunun 135 saylı xx.xx.1990-cı il tarixli əmrində vətəndaş X6 adı aşkar edilməmişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növündə iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Məhkəmə hesab edir ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, subyektiv hüququnun olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtinə (ilkin müraciətin olması) də cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -Müayinə aktından görünür ki, texniki pasportdakı 1 literli tikili sökülüb. Ərazidə əlavə həyət tikililəri inşa edilib. Torpaqayırma sənədlərində torpaq sahəsi 800 kv.m və 700 kv.m kimi göstərilib. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 2, dalan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin arxiv qovluğundakı sənədlərdən görünür ki: -Abşeron Rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il tarixli, 135 nömrəli əmrdən çıxarışa əsasən 10 iyul 1990-cı il tarixli, 23 nömrəli qərarın tələbinə uyğun olaraq X8 0,07 ha torpaq sahəsi ayrılmışdır. -Abşeron Rayon Donuzkökəltmə Sovxozu tərəfindən verilmiş arayışdan görünür ki, X8 0,07 ha torpaq sahəsi ayrılmışdır. -246071 nömrəli müqaviləyə əsasən X11 ünvan 2 ünvanında 770 kv.m torpaq sahəsində yerləşən fərdi yaşayış evini X1. -Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Əsas: xx.xx.2005-ci il tarixli, 4Ə-4- 496 nömrəli müqavilə. -Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin xx.xx.2005-ci il tarixdə verilən texniki pasportundan görünür ki, X7 mülkiyyətində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 770 kv.m təşkil edir. -Çıxarışdan görünür ki, ünvan 2 (Yeni qaydalarla: Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 4-cü Binə, 9-cu döngə giriş 11) ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı mülkiyyət hüququ qeydiyyata alınmışdır. Torpaq sahəsinin faktiki ölçüsü 0.011880 ha təşkil edir. Beləliklə, işin faktiki hallarından görünən odur ki, hazırda iddiaçının məqsədi Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il tarixli əmr əsasında ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına nail olmaqdan ibarətdir. Bununla bağlı onun cavabdeh inzibati orqana müraciəti təmin edilməmişdir. Məhkəmə aşağıda göstərilən qanunvericiliyin tələblərinə əsasən iddia tələbinin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 139-1.8-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.8-ci maddəsinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın sovxoz və ya dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış (2.5-1) da daxildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Eyni Qanunun 10.2-ci maddəsinə əsasən, qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri və torpaq sahəsinin planı və ölçüsü əlavə olunmalıdır (10.2.1, 10.2.2.). Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 88-ci maddəsinə görə tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Mövcud qanunvericilik daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən edir və qanunverici “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hər hansı sənədlərdən birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət sayır. Məhkəmə hesab edir ki, iddiaçının torpaq sahəsinə dair təqdim etdiyi hüquqmüəyyənedici sənədlər yuxarıda istinad olunan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.5-1-ci bəndindəki aktlara uyğun gəlir. Məhkəmə, hazırki iddia tələbinə münasibətdə ilkin növbədə qeyd edir ki, Abşeron Rayon Donuzkökəltmə Sovxozunun əmrinə əsasən X8 fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində onun tərəfindən fərdi yaşayış evi inşa olunmuşdur. Daha sonra, X11 tərəfindən bu torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi alqı-satqı müqaviləsi ilə X2 və beləliklə, əmlaka dair hüquqlarından könüllü imtina edilmişdir. Niyaz Rəhimovun vəfatından sonra həmin fərdi yaşayış evinin mülkiyyət hüquqları iddiaçıya keçmiş və bu hüquqlar müvafiq qaydada qeydiyyata alınmışdır. Məhkəmə qeyd edir ki, bu hüquqi vəziyyətin əsasını Torpaq Məcəlləsinin 88-ci maddəsi təşkil edir. Həmin maddənin müddəalarına əsasən, hər hansı tikilinin satışı həyata keçirildiyi təqdirdə, bu tikilinin yerləşdiyi torpaq sahəsinə dair hüquqda avtomatik olaraq alıcıya keçir və bu norma həm əmlak hüquqlarının vahidliyini, həm də torpaq üzərindəki hüquqların tikiliyə bağlılığını təmin edir. Göründüyü kimi torpaq sahəsi iddiaçının qanuni əsaslarla faktiki istifadəsindədir. Cavabdeh tərəfindən irəli sürülən mübahisəli məsələ, Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 135 saylı, xx.xx.1990-cı il və xx.xx.1990-cı il tarixli əmrlərindən çıxarışların mövcudluğu və həmçinin Abşeron Rayon Dövlət Arxivində saxlanılan xx.xx.1990-cı il tarixli əmrində X6 adının qeyd olunmaması ilə bağlıdır. Cavabdehin irəli sürdüyü dəlillər üzrə müvafiq araşdırmanın aparılması məqsədilə aidiyyəti üzrə müvafiq sorğular göndərilmiş, sorğulara cavab məktubları ilə müəyyən olunmuşdur ki, İdarənin arxivində Abşeron Rayon Donuzkökəltmə Sovxozunun xx.xx.1990-cı il və əmrindən çıxarış mövcuddur və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin üzərində X6 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona qeydiyyat vəsiqəsi verilmişdir. Göründüyü kimi, həmin evin üzərində mülkiyyət hüququnu qeydiyyata almaqla onun yerləşdiyi torpaq sahəsinin qanuni istifadədə olması cavabdeh qeydiyyat orqanı tərəfindən də qəbul edilmişdir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 135 saylı xx.xx.1990-cı il tarixli əmrdə X6 adının aşkar edilməməsi səbəbindən, torpaq sahəsinin ayrılması barədə əsas əmrin 135 saylı xx.xx.1990-cı il tarixli olduğu qəbul edilməlidir. Torpaq sahəsinin ölçüsü məsələsinə gəldikdə isə cavabdeh İdarənin arxivində saxlanılan sənədlərdə mərhum Əkbər Mövsümova fərdi yaşayış evinin tikintisi üçün ayrılan sahənin ölçüsünün dəqiqliklə 0,07 ha olduğu göstərilmişdir. Bu arayış və əmr birgə qiymətləndirildikdə, həmçinin iddiaçının tələbi nəzərə alınaraq, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüquqlarının məhz 0,07 ha sahəsi üzərində qeydiyyata alınması üçün əsas yaranır. Məhkəmə həmçinin vurğulayır ki, Abşeron Rayon Donuzkökəltmə Sovxozunun 135 saylı xx.xx.1990-cı il tarixli əmr əsasında ayrılan torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim olunmasa da, bu hal hazırkı iddianın təmin edilməsinə maneə yaratmır. Belə ki, cavabdehin arxivində mövcud olan fərdi yaşayış evinə dair pasportda torpaq sahəsinin ölçüsü, yeri və digər texniki parametrləri barədə məlumatlar dəqiq şəkildə göstərildiyindən hazırki halda yerləşmə cizgisinin olmamasını iddiaçının ziyanına şərh etmir. Qeyd olunmalıdır ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1 – dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2 – hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3 – hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 – daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5 – daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6 – bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı iş üzrə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, inzibati aktın qəbulunu istisna edən halların mövcudluğunu sübut etmək vəzifəsi isə inzibati orqanın üzərinə düşür. Beləliklə, qeyd olunanları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, qeyd olunan dəlillər qanunvericiliklə torpaq sahəsinə dair hüquqların müvafiq qaydada qeydiyyatının aparılmasından imtina əsası kimi nəzərdə tutulmadığından, iddiaçının arzuladığı məqsədə nail olmaq üçün maneə hesab edilməməlidir. Odur ki, cavabdehin imtinası iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il tarixli əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 2, dalan 1 ünvanında yerləşən 8 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən, təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İPM-in: -52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Donuzkökəltmə sovxozunun 135 saylı, xx.xx.1990-cı il tarixli əmrinə əsasən fərdi yaşayış evinin tikintisi üçün ayrılmış və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 2, dalan 1 ünvanındakı 8 saylı fərdi yaşayış evinin yerləşdiyi 0,07 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və müvafiq reyestrdən çıxarışın və planölçünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar