Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2922/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (hüquqşünası) X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-57397/2024 saylı qərarın ləğv edilməsi və "xxxx" MMC-nin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. İddiaçının nümayəndəsi daha sonra məhkəməyə (təkrar) ərizə təqdim edərək xx.xx.2024cü il tarixli 3-21-2-3/2-57397/2024 saylı qərarın ləğv edilməsini tələb etmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-57397/2024 saylı qərara əsasən İddiaçı MMC riskli vergi ödəyici olaraq müəyyən edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Qəbul edilmiş qərarda müəssisənin riskli vergi ödəyicisi kimi qeydiyyata alınmasına əsas olaraq vergi ödəyicisinin əmtəəsiz əməliyyat apardığı qeyd edilmişdir. Bununla bağlı vergi orqanına müraciətlər edilmiş və bu kimi halların aradan qaldırıldığı və müəssisənin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə xahiş edilmişdir. Lakin bu zamana qədər cavabdeh vergi orqanı tərəfindən müraciətlərə hər hansı cavab verilməmişdir. İddiaçı tərəfindən vergi orqanına ünvanlanmış məktub və şikayətlərdə qeyd edilmişdir ki, müəssisə tərəfindən riskli hesab edilməsi ilə bağlı mövcud olmuş hallar aradan qaldırılmışdır. Lakin vergi orqanı tərəfindən bu kimi hallar nəzərə alınmamış və müəssisə riskli vergi ödəyicisi olaraq qalmışdır. Qeyd edirlir ki, həmin qərara nəzər yetirdikdə iddiaçının riskli vergi ödəyici hesab edilməsi üçün hansı əməliyyatın əmtəəsiz olması və ya əmtəəsiz əməliyyatların mövcud olmasının hansı qaimə fakturaya və ya sənədə uyğun müəyyən edildiyi qeyd edilməmişdir. Bu səbəbdən iddiaçı tərəfindən həmin riskli əməliyyatlar məlum olmadığından hər hansı tədbir görülməmişdir. İddiaçı tərəfindən daha əvvəl ünvanlanmış riskli vergi ödəyicisi barədə araşdırmaya da nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, həmin məktubda da hər hansı bir əsas qeyd edilməmişdir. Müəssisə bu günədək hər hansı riskli əməliyyat həyata keçirməmişdir. Qeyd edilən qərarın qəbul edilməsinə əsas hansı qaimə vəya əmliyyat olması bildirilsə idi, iddiaçı bu barədə tədbir görə bilərdi. Lakin vergi orqanı tərəfindən vergi ödəyicisinə bu barədə ətraflı məktub və ya izah məlumat verməmişdir. Bu halın baş verməsi isə müəssisənin bazarda qarşılıqlı öhdəlik daşıdığı müştərilər ilə müəyyən problemlərin yaranmasına, öz iş fəaliyyətini davam etdirməyinə maneələr yaradır. Vergi orqanı tərəfindən qəbul edilmiş qərarda yalnzıca Riskli vergi ödəyicinin ö cümlədən riskli əməliyyatların meyarlarında 2.1.2-ci bəndə istinad edilmişdir. Bu halın isə nəyə əsaslandığı iddiaçıya məlum olmamış və qeyd edilməmişdir. Göstərilənləri nəzərə alaraq Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-57397/2024 saylı Qərarın ləğv edilməsi xahiş edilmişdir. Müəssisə fəaliyyətini davam etdirməkdə riskli vergi ödəyiciləri siyahısında olduğu üçün bir çox çətinliklərlə üzləşmiş, bir çox müəssislər isə riskli vergi ödəyicisi olduğunu gördüyü üçün "xxxx" MMC ilə iş görməkdən çəkinmişdirlər. İddiaçı göstərilən səbəblərə əsasən hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli 3-21- 2-3/2-57397/2024 saylı qərar ləğv edilməli və müəssisə riskli vergi ödəyicisi siyahısından çıxarılmalıdır.
4. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: riskli əməliyyatlar aparan şəxs olduqda; aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər .] təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin meyarların 3-cü bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü - vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi -vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi - vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin Əsasnaməsi”nin 3.0.3-cü bəndinə əsasən səlahiyyətləri daxilində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək Baş idarənin vəzifəsinə aid edilmişdir. Bildirilir ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar üzrə əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Qeyd edilən hal nəzərə alınaraq müvafiq risk meyarlarının 2.1.2-ci yarımbəndinə əsasən İddiaçı MMC riskli vergi ödəyicisi hesab edilmişdir. Bununla bağlı olaraq ödəyiciyə “Riskli əməliyyatların araşdırılması barədə” bildiriş göndərilmişdir. Ödəyicinin bildirişdə qeyd olunan müddət ərzində vergi orqanına hər hansı bir müraciəti olmamış və nəticədə ödəyici riskli vergi ödəyiciləri siyahısına daxil edilmiş və ödəyiciyə xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-57397/2024 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” haqqında Qərar göndərilmişdir. Eyni zamanda vergi ödəyicisinin təsərrüfat subyekti qeyri-müəyyən ünvan üzrə qeydiyyata alınmışdır. Vergi ödəyicisinin şəxsi məlumatlarında qeyd olunan mobil nömrə ilə əlaqə saxlamaq mümkün olmamışdır. Həmçinin icarədar ilə bazada qeyd olunan mobil nömrə vasitəsilə əlaqə saxlamaq mümkün olmamışdır. Bu səbəbdən obyekti müəyyən etmək və müşahidə baxış keçirilməsi mümkün olmamışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, İddiaçı MMC barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-57397/2024 nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İnzibati Prosessual Məcəllənin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Qeyd olunanları nəzərə alaraq, İddiaçı MMC-nin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-57397/2024 nömrəli qərarın ləğv olunması və cəmiyyətin riskli vergi ödəyicilərı siyahısından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
5. Dövlət Vergi Xidmətinin riskli vergi ödəyiciləri barədə məlumat verilməsinə dair məlumat bazasından çıxarışa əsasən İddiaçı “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli **********043400 nömrəli Qərara əsasən riskli vergi ödəyicisi hesab edilmişdir.
6. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-57397/2024 nömrəli Qərarına əsasən: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.2. aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə. Vergi ödəyicisi İddiaçı (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
7. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********7 nömrəli Arayışa əsasən İddiaçı (VÖEN **********) 5002 Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilmişdir. Təsərrüfat subyektinin (obyektinin adı): Anbar Kodu: **********-29001 Uçota alınma tarixi: xx.xx.2023
8. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********3 nömrəli Arayışa əsasən İddiaçı (VÖEN **********) 5002 ünvan 2 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması təsdiq edilmişdir. Təsərrüfat subyektinin (obyektinin adı): Anbar Kodu: **********-29002 Uçota alınma tarixi: xx.xx.2024
9. "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01/05-02 nömrəli Subicarə Müqaviləsinə əsasən "xxxx" MMC Kimyaçılar qəsəbəsi, Səməd Vurğun 1 ünvanında yerləşən 600 kv.m ümumi sahəsi olan qeyri-yaşayış binalarından, 35 kv.m sahəsini müqavilədə müəyyən olunmuş müddətdə İcarəçinin ("xxxx" MMC) istifadəsinə verməyi, İcarəçi ("xxxx" MMC) isə bunun qarşılığında Müqavilə ilə müəyyən edilmiş icarə haqqını ödəməyi öhdəsinə götürür.
10. Hüquqi şəxs haqqında Məlumat (Ümumi) Dövlət qeydiyyatı məlumatı Vergi ödəyicisinin tam adı İddiaçı Vergi ödəyicisinin obyektləri barədə məlumat Adı Ünvan Əsas sahə Əlavə sahə Kodu Vəziyyəti Anbar AZ5002, Sumqayıt 25 0 **********- C şəhəri, İnşaatçılar 29001 qəs. Anbar AZ5002, Sumqayıt 35 0 **********- A şəhəri, Kimyaçılar 29002 ev Səməd Vurğun küç 1
11. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddiaçının nümayəndəsi (hüquqşünas) ərizənin təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarda vergi ödəyicisinin hansı əməliyyatlarının əmtəəsiz hesab olunduğu aydın şəkildə qeyd edilməmişdir. Cavabdeh orqan tərəfindən vergi ödəyicisinin təsərrüfat subyektinin olmamasına münasibətdə isə bildirilir ki, İddiaçı Dövlət Vergi Xidmətində qeydiyyatda olan təsərrüfat obyektləri mövcuddur və bununla bağlı arayışların surəti, icarə müqaviləsi məhkəməyə təqdim edilmişdir. Eyni zamanda vergi orqanı tərəfindən vergi ödəyicisinin təsərrüfat obyektinə baxış keçirilmədən əvvəl hər hansı rəsmi məktub ünvanlanmamış və ya onlayn kargüzarlıq qaydasında məlumat verilməmişdir. Vergi ödəyicisi fəaliyyəti ilə əlaqədar daimi olaraq xarici ölkələrə getməli olur və təsərrüfat obyektinin təyinatı anbar olduğundan həmin müddətlərdə qeyd olunan ərazidə nümayəndənin olmasını, obyektin açıq qalmasını zərurəti hesab etmir.
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi yazılı etirazın məzmununa uyğun izahat verərək bildirdi ki, vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarın qəbul edilməsi üçün əsas vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar həyata keçirməsi və qeydiyyatda olan təsərrüfat obyektinin ona məxsusluğunun müəyyən edilə bilinməməsidir. Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ünvanlanmış xidməti məktub əsasında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinin baza məlumatlarında qeyd olunan təsərrüfat subyektinə baxış keçirilmişdir. Ünvana baxış keçirilmədən əvvəl vergi ödəyicisinin telefon nömrəsinə zəng edilsə də, əlaqə saxlamaq mümkün olmamışdır. Ünvana baxış zamanı İddiaçı MMC-nin hər hansı nümayəndəsi təsərrüfat subyektində olmamışdır. Odur ki, təsərrüfat subyektinin qeyd olunan ərazidə yerləşməsi və vergi ödəyicisinə məxsusluğu müəyyən edilə bilmədiyindən həyata keçirdiyi əməliyyatların əmtəəsiz olduğu hesab edilmişdir.
İİ. İddianın növü və mümkünlüyü
13. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
14. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
15. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarın iddiaçıya nə vaxt təqdim edildiyi müəyyən edilmir. İddiaçı buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
16. İddiaçı xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir.
17. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
18. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13.2.82-ci maddənin birinci cümlədə “meyarlara” sözü “risk meyarlarına” sözləri ilə əvəz edilmişdir və həmin cümlədən “, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan” sözləri çıxarılmışdır və ikinci cümlə yeni redaksiyada verilmişdir: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
19. İddiaçı qərarın ləğvi tələbi ilə vergi orqanına, daha sonra məhkəməyə müraciət etmişdir.
20. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
21. Məhkəmə müəyyən edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-57397/2024 (**********043400) nömrəli Qərarına əsasən Vergi ödəyicisi İddiaçı (VÖEN **********) riskli vergi ödəyicisi hesab edilməsi və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır.
22. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən (21 noyabr 2024-cü il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiya): 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: ...2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla);
24. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-57397/2024 (**********043400) nömrəli Qərarda İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi üçün əsas olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.2 yarımbəndinə (aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə) istinad edilmişdir.
25. Məhkəmə müəyyən edir ki, müvafiq qərarda və yazılı etirazda İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi üçün hüquqi əsaslar göstərilsə də, faktiki hallar (əmtəəsiz əməliyyatların hesab edilməsi) qeyd edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi də izahatında bildirmişdir ki, “riskli vergi ödəyicisi hesab edilməsi barədə” qərarda vergi ödəyicisinin hansı əməliyyatlarının əmtəəsiz hesab olunduğu ümumiyyətlə qeyd edilməmişdir. Müvafiq halla əlaqədar cavabdehin nümayəndəsi bildirmişdir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən ünvanlanmış xidməti məktub əsasında 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən vergi ödəyicisinin baza məlumatlarında qeyd olunan təsərrüfat subyektinə baxış keçirilmişdir və ünvana baxış zamanı İddiaçı MMC-nin hər hansı nümayəndəsi təsərrüfat subyektində olmadığı üçün təsərrüfat subyektinin qeyd olunan ərazidə yerləşməsi və vergi ödəyicisinə məxsusluğu müəyyən edilə bilməmiş, nəticədə, vergi ödəyicisinin həyata keçirdiyi əməliyyatların əmtəəsiz olduğu hesab edilmişdir.
26. Məhkəmə qeyd edir ki, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməyən vergi ödəyicilərinin müvafiq risk amilləri nəzərə alınmaqla riskli vergi ödəyicisi olaraq qeydiyyata alınması vergidən yayınma hallarının qarşısının alınması, nəticədə isə vergi inzibatçılığının inkişaf etdirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir.
27. Məhkəmə nəzərə alır ki, hazırki iş üzrə cavabdeh vergi orqan tərəfindən vergi ödəyicisinin (iddiaçının) riskli vergi ödəyici hesab olunması üçün əsas olan faktiki hallar “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2- 57397/2024 nömrəli Qərarda (eləcə də yazılı etirazda) əsaslandırılmamışdır. Belə ki, mübahisələndirilən qərarda ödəyicinin riskli siyahıya salınması üçün əsas aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildiyi qeyd edilsə də, nə qərarda, nə də ərizəyə yazılı etirazda bunu əsaslandıran konkret (faktiki) halları hər hansı şəkildə əsaslandırmamış, normaya istinadla kifayətlənmişdir.
28. Cavabdehin nümayəndəsinin izahatından isə aydın olur ki, İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi üçün əsas müvafiq təsərrüfat subyektinin qeyd olunan ərazidə yerləşməsinin və vergi ödəyicisinə məxsusluğunun müəyyən edilə bilməməsi olmuşdur.
29. Məhkəmə qeyd edir ki, vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olan anbarının olmaması və ya digər təsərrüfat subyekti (obyekti) olmaması və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcminin uyğunluq təşkil etməməsi “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.2-ci bəndi ilə deyil, 2.1.3-cü bəndi ilə əhatə olunur (21 noyabr 2024-cü il tarixli 486 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiya).
30. Digər tərəfdən İddiaçı tərəfindən vergi orqanında qeydiyyatda olan təsərrüfat obyektinin (anbarının) olması ilə bağlı Arayışlar təqdim edilmişdir. Belə ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********7 nömrəli Arayışa əsasən İddiaçı (VÖEN **********) 5002 Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) - anbarın uçota alınması təsdiq edilmişdir (uçota alınma tarixi: xx.xx.2023); 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********3 nömrəli Arayışa əsasən İddiaçı (VÖEN **********) 5002 ünvan 2 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) - anbarın uçota alınması təsdiq edilmişdir. (uçota alınma tarixi: xx.xx.2024). ünvan 2 ünvanda yerləşən təsərrüfat subyektinə dair iddiaçı "xxxx" MMC və "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il tarixli 01/05-02 nömrəli Subicarə Müqavilə də iş materiallarına əlavə edilmişdir.
31. Məhkəmə xüsusilə qeyd edir ki, vergi orqanı tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektinə yenidən baxış keçirilməsi və vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması halının təkrar qiymətləndirilməsi məqsədilə məhkəmə iclası təxirə salınmışdır. Buna baxmayaraq, cavabdeh vergi orqanı məhkəmə tərəfindən təmin olunmuş əlavə müddət ərzində hər hansı tədbir (təsərrüfat obyektinə baxış, vergi yoxlaması) həyata keçirməmiş və etirazda qeyd olunan halları təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir.
32. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.
33. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur.
34. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir və vergi ödəyici tərəfindən aparılan əməliyyatların əmtəəsiz olmasına dair məhkəmədə hər hansı şübhə yoxdur.
35. Odur ki, iddiaçının əmtəəsiz əməliyyat apardığını və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən iddiaçının riskli vergi ödəyicisi hesab olunmasını əsaslandıran hər hansı dəlil təqdim edilməmişdir.
36. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
37. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
38. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC (VÖEN: **********) barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-57397/2024 (**********043400) nömrəli qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva