Məhkəmə qərarları › İş №e-2-1(112)-2940/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2940/2025

07.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2940/2025 07.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka Gəlirlər Baş İdarəsinə qarşı “icarə haqqı üzrə borcun silinməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı "xxxx" MMC cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən dövlət fonduna məxsus, xx.xx.2017-ci il tarixli, 1406 №-li icarə icarə müqaviləsində qeyd olunan 6017,9 kv.m. torpaq sahəsinə görə "xxxx" MMC-yə xx.xx.2019-cu il tarixdən sonra icarə haqqının hesablanması il bağlı hərəkətinin qanunsuz hesab edilməsi və həmin müddətdən sonra hesablanmış və ödənilməsi ilə bağlı tələb irəli sürülmüş (xx.xx.2024-cü il tarixə 155.050 manat 74 qəpik məbləğində) icarə haqqı üzrə borcun silinməsi öhdəliyinin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Loka Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən "xxxx" MMC-yə dövlət torpaq sahələrinin icarəsi üzrə xx.xx.2024-cü il tarixə 131.787 manat 46 qəpik məbləğinc carə haqqı üzrə borcu hesablanmış və ödənilməsi ilə bağlı tələb irəli sürülmüşdür. Həmin borc məbləği, ünvan 1 ünvanında yerləşən dövlət fonduna məxsus, 6017,9 kv.m. torpaq sahəsinin ‘Rahatlığı Məkanı” MMC tərəfindən icarə əsasları ilə istifadə edilməsinə, icarəsində olmasına istinadən hesablanmışdır. Bunun da əsası kimi Bakı İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, 1406 №-li icarə müqaviləsi stinad edilir. Göründüyü kimi cavabdeh dövlət fonduna məxsus 6017,9 kv.m. torpaq sahəsinin "xxxx" MMC-nin icarərində olduğu qənaəti ilə icarə haq hesablayır və hesablanmaqda davam edir. Lakin cavabdehin icarə haqqının hesablanmasının əsası kimi istinad etdiyi hal çoxdan mövcud deyildir. Belə ki, "xxxx" MMC bina tikintisi fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir. Bundan bir neçə ilə əvvəl qeyd olunan ünvan 2 ünvanında bina tikintisinin layihələndirilməsi və inşaasını həyata keçirmişdir. Həmin ərazidə tikinti işlərinin aparılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Başçısının 472 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı və 13315 say xx.xx.2017-ci il tarixli inşaat pasportu verilmişdir. Bunun əsasında həmin ünvanda MMC-yə ayrılmış 6.017,9 kv.m. torpaq sahəsinin icarəsi ilə bağlı yuxarıdı qeyd edilən 1406 saylı, xx.xx.2017-ci il tarixli “Torpaq icarə müqaviləsi” bağlanmışdır. Həmin müqavilədə illik icarə haqqı 23.263 manat 28 qəpik olmaqla, ödənişin xx.xx.2017-ci il tarixdən başlandığı razılaşdırılmış, müqavilənin müddəti 49 il müəyyən edilmişdir. Bununla da qeyd olunan dövlət təyinatlı 6.017,9 kv.m. torpaq sahəsinə dair icarə münasibətlərinin xx.xx.2017-ci il tarixdən, icarə haqqının ödənilməsinin isə xx.xx.2017-ci il tarixdən başlandığı mübahisəsiz haldır. Həmçinin həmin torpaq sahəsinin icarə əsaslarla MMC-nin istifadəsində qaldığı 49 müddət ərizndə illik 23.263 manat 28 qəpik icarə haqqı ödəməli olduğ da işin mübahisə olunmayan tərəfidir. Lakin qeyd olunan torpaq sahəsi müəyyən müddətdən sonra başqasının mülkiyyətinə verilməklə MMC-nin icarəsindən çıxmışdır. Belə ki, İcarə müqaviləsindən dərhal sonra məlum olmuşdur ki, həmin torpaq sahəsindan 1.003,1 kv.m. hissəsi X3 mülkiyyətindədir və mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə DƏ Reyestrində qeydiyyata alınmışdır. Buna görə də icarə müqaviləsi əsasdan yaranmış icarə hüququnun DƏ Reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Bu bardədə icarəyə verənə məlumat verilmiş və çıxarış təqdim edilmişdir. Daha sonra X4 icarə müqaviləsində qeyd olunan 6.017,9 kv.m sahədən yerdə qalan 5.014,8 (6.017,9 - 1.003,1) kv.m. hissəsi də daxil olmaqla həmin ünvanda mövcud 6.664,7 kv.m. (0,66647 ha.) torpaq sahəsini özəlləşdirmişdir. Bun dair əldə etdiyi mülkiyyət hüququ ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə DƏ reyestrində qeyiyyata alınmış və bununl bağlı adına RX, №1491526 seriya nömrəli çıxarış verilmişdir. Həmin tarixdən də torpaq sahəsi qeyd olunan 5.014,8 kv.m. hissəsi mülkiyyətçiyə təhvil verilmiş və İcra Hakimiyyətinə məlumat, icarə müqaviləsinə xitam barədə bildirişi verilmişdir. Göründüyü kimi Bakı İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, 1406 №-li icarə müqaviləsində dövl fonduna məxsus olduğu qeyd edilmiş 6017,9 kv.m. torpaq sahəsinin 1.003,1 kv.m. hissəsində ümumiyyətlə, yerdə qalan 5.014,8 kv.m. hissəsinə isə xx.xx.2019- cu il tarixdən sonrakı müddətlərdə icarə haqqı hesablana bilməzdi. Nəticə etibarı ilə icarə müqaviləsində qeyd olunan torpaq sahəsindən dövlət torpaq fonduna aid olmuş 5.148,8 kv.m. hissəsinə, icarə müqaviləsinin şərtinə əsasən xx.xx.2017-ci il tarixdən başlayaraq, xx.xx.2019-cu il tarixə kimi icraə haqqı hesablana bilər. Bu da icarə müqaviləsində torpaq sahəsinin 1 kv.m. üçün müəyyən edilmiş 3 manat 87 qəpik (23.263, 28 : 6.017,9) nisbətdə illik 19.407 manat 28 qəpik (5.014,8 x 3,87), icraə haqqının hesablanmağa başlandığ xx.xx.2017-ci il tarixdən, torpaq sahəsinin xüsusi mülkiyyətə verildiyi xx.xx.2019-cu il tarixə kimi müddətlər üçün isə ümumilikdə 25.876 manat 37 qəpik '19.407,28 : 12 x 16 ay) təşkil edir. Həmin məbləğ də icarə münasibətlərinin davam etdiyi müddətlər ərzində vaxtında ödənilməsi təmin edilmişdir. Göründüyü kimi cavabdeh ona məlum olmuş icarə müqaviləsininin məlumatlarına söykənərək, müqavilənin məlumatlarına uyğun icarə haqqını davam hesablamışdır. Daha sonra isə aydın olmuşdur ki, icarə müqaviləsinin predmeti olan torpaq sahəsinə görə vəziyyət dəyişmişdir. İcarə haqqının torpaq sahəsinə görə hesablandığı baxımından, onunla bağlı vəziyyətin dəyişdiyi bəlli olduğu anda cavabdeh icarə haqqı ilə bağlı hesablamaları ona dəyişikliyə uyğunlaşdırmaqla yenidən hesablamalı idi. Lakin cavabdeh bununla bağlı hərəkətsizlik etmiş, əksinə qeyd olunan ünvanda xx.xx.2019-cu il tarixdən ümumiyyətlə dövlət fonduna aid torpaq sahəs olmadığını bildiyi halda, MMC-yə icarə haqqı hesablamaqda davam etmişdir. Bu da icraə münasibəti, həmçinin bu münasibəti yaranmasının predmeti olan dövlə orpaq fonduna aid torpaq sahəsi mövcud olmadığı halda cavabdeh tərəfindən MMC-yə xx.xx.2024-cü tarixə 131.787 manat 46 qəpik məbləğində icarə haqc hesablanmış və ödənilməsinə dair bildiriş verilmişdir. Daha sonra da müraciətə cavab olaraq xx.xx.2024-cü il tarixə 155.050 manat 74 qəpik borc hesablandığ bildirilmişdir. Bu da həmin məbləğin ödənilməsi ilə bağlı MMC-nin üzərinə əlavə öhdəlik qoyulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, şəxsi hesab vərəqəsində hazırkı hesablamalar hüquqi şəxs ilə Bakı şəhəri İcra Hakimiyyəti arasında ünvan 3 ünvanda yerləşən 6017,90 kv.m torpaq sahəsi üzrə illik icarə haqqı məbləği 23263,28 manat olmaqla bağlanılmış xx.xx.2017-ci il tarixli (müqavilənin başlanma tarixi xx.xx.2017-ci il) 1406 nömrəli icarə müqaviləsinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumat əsasında aparılmışdır. İddiaçı MMC-nin (VÖEN: **********) tərəfindən icarəyə götürülmüş torpaq sahələrinə görə dövlət büdcəsinə borcu 155050,74 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən dövlət torpaq sahələrinin icarəsi üzrə hesablanmış məbləğ üzrə dəyişiklik edilməsi üçün hər hansı məlumat cavabdehə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 124-cü maddəsinə əsasən: -Daşınan və daşınmaz əmlak üçün icarə haqqından, həmçinin rezidentin və ya qeyrirezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinin ödədiyi və ya onun adından ödənilən royaltidə gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14 faiz dərəcə ilə vergini özü ödəyir və bu Məcəllənin 33-cü və 149-cu maddələrinə uyğun olaraq vergi uçotuna alınıb bəyannamə verir -Azərbaycan Respublikasında daşınmaz əmlakın (sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan yaşayış fondu istisna olmaqla) vergitutma məqsədləri üçün aylıq icarə haqqının məbləği bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq, bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarınna əlavə edilmiş Bakı İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixdə bağlanmış, 1406 №-li icarə müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısının 472 saylı, xx.xx.2017-ci il tarixli sərəncamı və 13315 say xx.xx.2017-ci il tarixli inşaat pasportuna əsasən ünvan 3 ünvanda yerləşən 6017,90 m2 torpaq sahəsi 49 il müddətinə "xxxx" MMC-nin istifadəsinə verilmişdir. Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xəbərdarlıq məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə və “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasını Qanununun 7-ci maddəsinin tələblərinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərinin tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Yaranmış borcunuz dövlətə məxsus torpaqların icarəyə götürülməsi ilə əlaqədar olmuşdur. Sizin xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə 131787,46 manat məbləğində ödənilməmiş icarə haqqı üzrə borcunuz mövcuddur. Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsinin 3.0.9-cu yarımbəndinə əsasən dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək Dövlət Vergi Xidmətinin vəzifələrinə aid edilmişdir. Əsasnamənin 4.0.27-ci yarımbəndinə əsasən Xidmətə həvalə edilmiş dövlət mülkiyyətində olan torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq Dövlət Vergi Xidmətinin hüquqlarına aid edilmişdir. Nəzərinizə çatdırırıq ki, torpaq icarə haqqı üzrə borcunuzu 5 gün müddətində (Təsnifat kodu 141720, X1, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT Bik: CTREAZ22, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi, hesablaşma hesabı: AZ 17CTRE********************, VÖEN **********) qeyd olunan bu hesaba ödənilməsi təmin edilməyəcəyi təqdirdə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilməmiş icarə haqqının məcburi qaydada tutulması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Məhkəmə sorğusuna cavab olaraq Lokal Gəirlər Baş İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda bildirilmişdir ki, xx.xx.2017-ci il tarixli 1406 nörməəli torpaq icarəsi müqaviləsinə əsasən Bakı şəhər İcra Hakimiyyətinin 472 saylı xx.xx.2017-ci il tarxli sərəncamı, 13315 saylı, 0xx.xx.2017-ci il tarixli inşaat pasportuna əsasən Bakı şəhəri, Yasamal rayonu, M.Həsənov küçəsi, 129 ünvanında yerləşən 6017,9 kv.m olan torpaq sahəsi 49 il müddətinə "xxxx" MMCnin istifadəsinə verilmişdir. Torpaq sahəsi üzrə illik icarə haqqı məbləği 23263,28 manat olmaqla bağlanılmış xx.xx.2017-ci il tarixli (müqavilənin başlanma tarixi xx.xx.2017-ci il) 1406 nömrəli icarə müqaviləsinin bağlanılmasına dair Bakı şəhər İcra Hakimiyyətinin Diplomatik Korpusa və Xarici Nümayəndəliklərə Xidmət Göstərən Müdiriyyət "İnterservis" tərəfindən təqdim edilmiş məlumat əsasında aparılmışdır. İllik icarə haqqı məbləği rüblər üzrə bərabər hissələrə bölünməklə, müvafiq hesablama aparılmışdır. Eyni zamanda bildiririk ki, xx.xx.2025ci il tarixə şəxsi hesab vərəqəsinin məlumatlarına əsasən, vergi ödəyicisinin dövlət torpaq sahələrinin icarəsi üzrə borcu 155050,74 manat təşkil edir. Hazırkı iş üzrə iddiaçı cavabdeh tərəfindən ünvan 3 ünvanda yerləşən 6017,90 kv.m torpaq sahəsi üzrə hesabladığı icarə haqqı borcunun silinməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1- ci bənd). X2 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Qeyd olunan Plenum Qərarında ifadə olunmuş mövqeyi nəzərə alaraq məhkəmə iddianın mümkünlülük məsələsinə iddianın predmeti, iddiaçının hazırkı iddianı qaldırmağa hüquqi marağı, məhkəmə müdafiəsinə zərurətin olub-olmaması baxımından hüquqi qiymət verir İşin hallarından görünür ki, iddiaçı ilə Bakı şəhər İcra Hakimiyyəti arasında ünvan 4 ünvanda yerləşən 6017,90 m2 torpaq sahəsi üzrə bağlanılmış xx.xx.2017-ci il tarixli (müqavilənin başlanma tarixi xx.xx.2017-ci il) 1406 nömrəli icarə müqaviləsinə əsasən icarəyə götürülmüş torpaq sahələrinə görə İddiaçı MMC-yə 155050,74 manat dövlət büdcəsinə borc hesablanmışdır. Cavabdeh tərəfindən iddiaçının ünvanına xəbərdarlıq məktubu göndərilərək yaranmış borcun dövlət büdcəsinə ödənilməsi tələb olunmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Konstitusiya Məhkəməsinin Plenumu “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair” 13 iyun 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, inzibati akt aşağıdakı əlamətləri ilə səciyyələnir: -inzibati orqan tərəfindən qəbul edilməli; -ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; -ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; -hakimiyyət tədbiri olmalıdır. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir. Qeyd olunmalıdır ki, qanunverici tərəfindən belə aktın xüsusiyyətlərinin müəyyən edilməsi ictimai maraqlar və dövlət maraqları ilə şərtləndirilir, publik hüquq münasibətləri müstəvisində yaranan müəyyən məsələnin və ya mübahisənin həllinə yönəlir. Bununla əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” 4 aprel 2012-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Bu isə özündə inzibati orqanlar tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələlərin həllinə dair inzibati aktların qəbul edilməsini ehtiva edir. İnzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Eyni zamanda inzibati akt müxtəlif hüquq subyektlərinin hüquqi statusunu fərqli müəyyən edə bilər. Göründüyü kimi, inzibati akt konstitutiv formada hüquq və vəzifələr yaradır, ləğv edir və ya dəyişdirir, deklarativ formada isə maraqlı şəxs üçün əlavə hüquqi əsaslar yaradır Sənədin formasına görə inzibati akt, qanunvericiliklə müəyyən edilən səlahiyyətlər çərçivəsində publik idarəetmənin müvafiq subyektləri tərəfindən qəbul edilən qərar, sərəncam və ya digər növ aktdır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Lakin maddənin dispozisiyası belə nəticəyə gəlməyə imkan verir ki, adından asılı olmayaraq hər hansı bir hakimiyyət orqanının sənədi həmin maddədə sadalanan əlamətləri özündə əks etdirdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Beləliklə, Konstitusiya Məhkəməsi adı çəkilən 13 iyun 2013-cü il tarixli Qərarında bu nəticəyə gəlmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati orqanın ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul etdiyi və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan məktub və ya digər rəsmi sənəd inzibati akt hesab edilməlidir. Hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı, inzibati aktın məzmunu da nəzərə alınmalıdır”. Məhkəmə qeyd edilən normalara və Plenum Qərarındakı mövqeyə əsasən hesab edir ki, cavabdehin hazırda mübahisələndirilən borcunun ödənilməsi barədə xəbəərdarlıq məktubu iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır. Belə ki, qeyd edildiyi kimi inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. Hazırkı halda iddiaçıya ünvanlanmış xəbərdarlıq adından göründüyü kimi borcun mövcudluğu barədə məktub olub, borcun ödənilməsinin tələb edilməsini, ödənilməyəcəyi təqdirdə cavabdehin müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi barədə xəbədarlıq məzmunlu, hər hansı məcburi öhdəliklərin icra edilməsi ilə birbaşa nəticəyə səbəb olmayan məktubdur. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əsasnaməsinə əsasən Xidmətin vəzifəsinə aiddir: -3.0.9-cu bənd- dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək; -Xidmətinin hüquqlarına aiddir. 4.0.27- dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsindəki torpaqlar və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, özəlləşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlar istisna edilməklə, dövlət mülkiyyətində olan digər torpaqlardan istifadəyə görə ödənilməmiş icarə haqlarının tutulması barədə məhkəmədə iddia qaldırmaq;. Göründüyü kimi dövlət müllkiyyətində olan və hüquqi şəxslərin istifadəsinə verilmiş torpaq sahələrinə dair icarə haqları üzrə nəzarəti həyata keçirmək, bununla bağlı icarə haqqı borcunu hesablayaraq şəxsi hesab vərəqinə işləmək cavabdehin vəzifəsidir. Eyni zamanda müəyyən olunur ki, cavabdehin hesablanmış dövlət torpaq sahələrinin icarə üzrə borcun tutulması ilə bağlı Vergi Məcəlləsi ilə nəzərdə tutulmuş vergi ödəyicisinə qarşı hər hansı müvafiq tədbir görmək imkanı da tənzimlənməmişdir. Qanunvericiliklə vergi orqanının hesablanmış icarə haqqı borcu ilə bağlı ayrıca şəxsi vərəqədə qeyd etmək və həmin borcun tutulması ilə bağllı məhkəmədə iddia qaldırmaq imkanı nəzərdə tutulmuşdur ki, hazırkı halda inzibati orqanın məhkəmədə ödəyiciyə qarşı iddia irəli sürdüyü də müəyyən olunmur. Başqa sözlə, cavabehin icarə haqqı borcu barədə istər xəbərdarlıq məktubu, istərsə də ayrca şəxsi vərəqədə borcun qeyd edilməsi iddiaçı üçün bilavasitə hüquqi nəticə yaratmır, onun üzərinə əliverişsiz vəziyyətə salan vəzifə və öhdəlik qoymur. Bundan əlavə, cavabdeh tərəfindən iddiaçının sözügedən icarə haqqı borcunun məcburi qaydada tutulmasına yönəldilmiş hər hansı bir hərəkəti olmamış, əliverişsiz nəticələrə gətirib çıxaran faktiki xarakterli hərəkətlərə yol verilməmişdir. Belə olan halda, iddiaçının hazırkı iddianı qaldırması üçün hər hansı bir əsası, yaxud onun hazırkı iddiaya hüquqi marağı müəyyən olunmur, məhkəmə hüquq müdafiəsinə isə zərurət mövcud deyildir İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar