Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2957/2025 25.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin sövdələşmə qiymətinə uyğun olaraq hesablanması” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı “malların gömrük rüsumunun və digər gömrük ödənişlərinin sövdələşmə qiymətinə uyğun olaraq hesablanması” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: AZ-1008 ünvan 1sında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə xx.xx.2024-cü il tarixli **********1268 və **********1322 nömrəli yük gömrük bəyannamələri ilə İddiaçı MMC-nin ünvanına gələn malların gömrük dəyərinin sövdələşmə qiymətinin invoys ixrac bəyannaməsi, müqavilə və müqaviləyə əlavələrə əsasən **********1268 nömrəli bəyannamə üzrə 45000 ABŞ dolları, **********1322 nömrəli bəyannamə üzrə isə 25000 ABŞ dolları olaraq qəbul edilərək və malların qeyd olunan gömrük dəyərinə uyğun rəsmiləşdirilməsi, həmçinin müəssisəyə hazırki günə 1200 dollar dəyərində dəymiş ziyanın İddiaçı MMC-nin bank hesabına ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli **********1268 və **********1322 nömrəli yük gömrük bəyannamələri ilə İddiaçı MMC-nin ünvanına gələn mallar Bakı Baş Gömrük İdarəsinə bəyan olunmuşdur. Mallar bəyan olunarkən malların sövdələşmə qiyməti (müqavilə və invoys dəyəri) əsas götürülərək bəyan edilmişdir və həmin sövdələşmə qiyməti müvafiq olaraq **********1268 nömrəli bəyannamə üzrə 45000 ABŞ dolları, **********1322 nömrəli bəyannamə üzrə isə 25000 ABŞ dollarıdır. Mallar bəyan edildikdən sonra gömrük orqanı malların dəyərinə düzəliş edilməsi ilə bağlı bildirişlər vermişdir. Bununla razılaşmayaraq müəssisə məktubla müraciət edərək cavabdeh bildirmişdir ki, bu tələbləri tamamilə qanunsuz və əsassızdır. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərinə əsasən malların gömrük dəyərinin müəyyənləşdirilməsinin əsas üsulu malların sövdələşmə qiymətidir. Bu ixrac bəyannamələrində öz əksini tapmış, bank köçürməsi və müqaviləyə əlavələrdə göstərilmişdir. Həmçinin, növbəti üsulla malların gömrük dəyərini müəyyən etməyə o halda icazə verilir ki, ilkin üsuldan istifadə oluna bilməsin. Cavabdehin gömrük dəyərinə düzəliş edilmsəi barədə bildirişində malların dəyərinin hansı üsulla müəyyən olunması aydın deyildir. Həmçinin, malların rəsmi müqavilə və bank ödənişi əsasında alınan dəyərini tərəflərndən sbüut edəcək dəlillər sistemə əlavə olunduğundan cavabdeh tərəfindən digər üsullar üzrə hər hansı hesablama aparması qanunsuzdur və yuxarıda qeyd etdikləri Qanunun ciddi pozuntusudur. Bunun da, nəticəsində maşınların boş dayanmasına görə müəssisələri hər saxlanılan gün üçün 100 ABŞ dolları əlavə cərimə ödənişi etmək məcburiyyətində qalmışlar. Hazırki günəisə artıq ziyanları 1200 dollardır. Tərəflərindən verilmiş malların dəyərinə düzəliş edilməsi il bağlı bildirişlərlə qətiyyən razı deyillər. Dəfələrlə qəbula gələrək şifahi müraciətlərinin cavabsız qaldığını görmüşlər. Lakin, bu halın tərəflərindən onların xeyrinə aradan qaldırımadığnı və bu qanunsuz hərəkət və hərəkətsizliyi davam etdikcə ziyan məbləğinin daha da, çoxalacağını nəzərə alaraq gömrük ödənişlərinə bank qarantiyası təqdim edərək malların gömrük nəzarətindən xx.xx.2024-cü il tarixində çıxartmışlar. Mübahisə ilə bağlı məhkəmə müstəvisində ədalətli qərar qəbul ediləyəyindən əmindirlər.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edilərək cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, GDD********** və GDD********** nömrəli gömrük dəyərinə əlavə düzəliş edilməsi üçün verilmiş bildirişləri ləğv edərək xx.xx.2024-cü il tarixli, **********1268 və **********1322 nömrəli yük gömrük bəyannamələrində qeyd olunan malların dəyərinin müəssisənin təqdim etdiyi dəyərə uyğun rəsmiləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Özbəkistan Respublikasından İddiaçı MMC-nin ünvanına idxal edilmiş “tibbi avadanlıqlar” yükünə dair təqdim edilmiş **********1268 və **********1322 nömrəli gömrük bəyannamələri və onlarla birgə təqdim olunan sənədlərin qanunvericilik aktlarında müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmış və məlumatların eyniləşdirilməsi aparılmışdır. Qeyd olunan gömrük bəyannamələrin 31-ci qrafasında malların təsviri bölməsində əmtəələrin fiziki, texniki və ticarət xüsusiyyətlərinə aid (malın markası, istehsalçısı, unikal eyniləşdirmə nömrəsi və s.) göstərilən məlumatlarda uyğunsuzluqlar aşkar edilmişdir. **********1268 nömrəli gömrük bəyannməsinə əlavə edilmiş fotoşəkillərdə malın üzərində olan markirovkada istehsalçı qismində Yaponiyanın “GE X2” şirkəti göstərilsə də, gömrük bəyannaməsiin 31-ci qrafasında istehsalı kimi Özbəkistanın “TİBBİY İMPLANTLAR” LLC şirkəti bəyan edilmişdir. Eynilə, **********1322 nömrəli gömrük bəyannaməsinə əlavə edilmiş fotoşəkillərdə malın üzərində olan markirovkada istehsalçı qismində Almaniyanın “Siemens AG, Muenchen” LLC şirkəti göstərilsə də, gömrük bəyannaməsinin 31-ci qrafasında istehsalçı kimi Özbəkistanın “TİBBİY İMPLANTLAR” LLC şirkəti bəyan edilmişdir. Eyni zamanda bildirilmişdir ki, təqdim edilmiş fotoşəkillər və sənədlər idxal edilmiş “tibbi avadanlıq” yükünün istismarı zamanı müəyyən təmir proseslərinə və tərkib hissələrinin dəyişdirilməsi kimi əməliyyatlara məruz qalması barədə məlumatlara işarə edir. Buna əsas kimi fooşəkillərdə “focal spots” adlı avadanlıq hisəssinin istehsal ilinin “2018-ci il” və istehsalısının Hindistanın “X4 LTD” Şirkəti kimi göstərilməsidir. Əlavə olaraq nəzərə çatdırılmışdır ki, avadanlıqların istehsal ilinin “2012”-ci il kimi bəyan olunduğunu, həmçinin istismar edildiyini nəzərə alaraq Dövlət Gömrük Komitəsinin “Gömrük bəyannamələrinin doldurulması qaydalarının metodikalarının və metodiki tövsiyələrinin təsdiqi haqqında” 31 oktyabr 2014-cü il tarixli 100/143 nömrəli Sərəncamının tələblərinə əsasən təqdim olunan gömrük bəyannamələrinin 37-ci qrafasının 2-ci yarımbölməsində 47 kodu (malların keçirilmə xüsusiyyətinin adı “köhnəlmiş və ya istismar edilmiş malların keçirilməsi”) qeyd olunmamışdır. Aparılmış araşdırma nəticəsində xx.xx.2024-cü il tarixli **********1322 və **********1268 sorğu nömrəli gömrük bəyannamələri ilə birgə təqdim edilmiş sənədlərdə malların ticarət nişanı, markası, artikulu, standartı, istehsalçı barədə məlumat, şəkilləri və malın digər texniki xüsusiyyətləri haqqında məlumatların göstərilməməsi və daşınma xərcinin müşaiət sənədlərində ayrıca qeyd edilməməsi, daşınmaz xərclərinin sövdələşmə qiymətinə daxil edilmədiyi və ya sövdələşmə qiymətindən bu xərclərin çıxılması qeyd edildiyi hallarda daşınma xərclərinin hesablanması üçün hesab-fakturanın təqdim edilməməsi malın sövdələşməsi qiymətində əsaslı uyğunsuzluqlar yaratmışdır. Çatışmayan sənədlərin siyahısı aşağıdakı kimi olmuşdur: 1. Malın ticarət nişanı, markası, artikulu, standartı, istehsalçı barədə məlumat, şəkilləri və malın digər texniki xüsusiyyətləri haqqında məlumatların olduğu sənəd. 2. Mənşə sertifikatı 3. Proforma-invoya 4. Sığorta sənədi 5. Daşınma xərclərinin sövdələşmə qiymətinə daxil edilmədiyi və ya sövdələşmə qiymətindən bu xərclərin çıxılması qeyd edildiyi hallarda daşınma və ya daşınma xərclərinin hesablanması üçün hesab-faktura. 6. İstehsalçının kataloqları, spesifikasiyalar, qiymət siyahıları (preyskurant və s.) 7. Bəyan edilmiş gömrük dərəcini təsdiqləmək üçün digər sənədlər (Azərbaycan Respublikasının gömrük ərazisinə konkret malların tədarükü üçün qiymət təklifləri). Məhkəmənin nəzərinə bir daha çatdırırlar ki, qeyd edilənlərlə bağlı, rəsmiləşdirmə zamanı iddiaçıya yazılı qaydada “Uyğunsuzluq və çatışmazlıqlara dair” məktub və xx.xx.2024-cü il tarixli müraciət məktubuna cavab olaraq ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-33-1100/2-005942/2024 nömrəi məktubda qeyd edilən nüanslar bildirilsə də, nə rəsmiləşdirmə prosesində, nə də, artıq 1 ildir ki, davam edən məhkəmə proseslərində iclaslarında zəruri məlumatlar və təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Nəticə olaraq, tərəflərindən daha öncəki məhkəmə iclaslaırnda digər idxalatçılar tərəfindən istifadə edilmiş və mənşə ölkəsi də, eynilik təşkil edən eyni malların sövdələşmə qiymətlərinin əsas götürülərək gömrük dəyərinə düzəliş bildirişi təqdim edilən gömrük bəyananmələrinin də, təqdim edildiyini, həmçinin, cavabdeh orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun bütün tələblərinə əməl olunaraq aparılmış icraatın düzgünlüyü və təqdim edilmiş gömrük dəyərinə düzəliş bildirişinin hüquqi və faktiki baxımdan əsaslılığını nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. İş materiallarına invoys ixrac bəyannaməsi, **********1268, **********1322 nömrəli bəyannamələr, hesab fakturalar, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024cü il tarixli, GDD********** və GDD********** nömrəli gömrük dəyərinə əlavə düzəliş edilməsi üçün verilmiş bildirişlər, xx.xx.2024-cü il tarixli **********1268 və **********1322 nömrəli yük gömrük bəyannamələri, malların fotoşəkilləri və digər sənədlər əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
9. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
10. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
11. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
12. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
13. Öhdəliyin haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
14. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
15. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır:
16. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi: Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar 1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi; 1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs; Maddə 40.4 Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər. Maddə 157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması 157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər. Maddə 224. Gömrük ödənişləri 224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır:i 224.1.1. gömrük rüsumları; 224.1.2. əlavə dəyər vergisi ; 224.1.3. aksizlər; 224.1.4. yol vergisi; 224.1.5. gömrük yığımları; 224.1.6. haqq; 224.1.7. dövlət rüsumu. 224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir. 224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür. 224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir. Maddə 225. Gömrük rüsumları 225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur. Maddə 226. Gömrük rüsumlarının növləri 226.0. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir: 226.0.1. advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan; 226.0.2. spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan; 226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan. Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları 242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür. 242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür. 242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür. 242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır. 242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır. Maddə 266. Ümumi müddəalar 266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir 266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər. Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar 267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır: 267.1.1. mallar qüsurlu olduqda; 267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. 267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır. 267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur. 267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır. Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır. Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət 270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər. 270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır. 270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.
18. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. gömrük tarifi - gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu; ... 1.1.5. malların gömrük dəyəri - advalor gömrük rüsumu dərəcəsinin tətbiqi məqsədi ilə malların dəyərinin müəyyən edilməsi; Maddə 7. Gömrük dəyərinin müəyyən edilməsi 7.1. Malın gömrük dəyərinin müəyyən edilməsi (gömrük dəyərləndirilməsi) sistemi beynəlxalq təcrübədə qəbul olunmuş ümumi prinsiplərə (1994-cü il Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) Vİİ maddəsinə, GATT-ın Vİİ maddəsinin Tətbiq edilməsinə dair Razılaşmaya və onun əlavələrinə) əsaslanır və gömrük ərazisinə gətirilən mallara şamil edilir. 7.2. Gömrük tarifinin tətbiqi məqsədi ilə malların gömrük dəyərləndirilməsi qaydaları Gömrük Məcəlləsinə uyğun olaraq bu Qanunla müəyyən edilir. 7.3. Məlumat daşıyıcısı vasitələrinin gömrük dəyərləndirilməsi qaydalarını bu Qanunun müddəaları nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 7.4. Malların gömrük dəyərinin müəyyən edilməsi sadə və ədalətli meyarlara əsaslanmalı və gömrük dəyərləndirilməsinin prosedurları malların təchizat mənbələrindən asılı olaraq fərqlənməməlidir. Maddə 8. Malın gömrük dəyərinin bəyan edilməsi 8.1. Mal gömrük sərhədindən keçirilərkən, gömrük dəyəri bəyannaməçi tərəfindən Azərbaycan Respublikasının gömrük orqanına (bundan sonra - gömrük orqanı) bəyan edilir. 8.2. Gömrük sərhədindən keçirilən malların bəyan edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 8.3. Gömrük dəyərinin bəyannaməçi tərəfindən müəyyən edilməsi bu Qanunun 7.1-ci maddəsi nəzərə alınmaqla bu Qanunda nəzərdə tutulmuş üsullara uyğun həyata keçirilir. 8.4. Gömrük dəyərinin müəyyən edilməsinin düzgünlüyünə gömrük orqanı nəzarət edir. Maddə 10. Bəyannaməçinin hüquq və vəzifələri 10.1. Bəyannaməçi tərəfindən bəyan edilmiş gömrük dəyəri və onun müəyyən edilməsi ilə bağlı məlumatlar dəqiq, kəmiyyəti müəyyən oluna bilən və sənədlərlə təsdiq edilmiş məlumatlara əsaslanmalıdır. 10.2. Bəyannaməçinin gömrük orqanına təqdim etdiyi gömrük bəyannaməsi təqdim edildiyi tarixdən 1 (bir) gün müddətində gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyərini dəqiqləşdirmək zərurəti ilə əlaqədar olaraq təsdiq edilmədikdə, bəyannaməçi malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciətə Gömrük Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. Maddə 11. Gömrük orqanının hüquq və vəzifələri 11.1. Gömrük orqanının gömrük dəyərləndirilməsi məqsədi ilə ona təqdim edilən hər hansı məlumatın, sənədin və ya bəyannamənin düzgünlüyünü araşdırmaq hüququ vardır. 11.2. Aparılmış yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin bu Qanuna uyğun olmadığı, yaxud digər səbəblərdən düzgün olmadığı qənaətinə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi bu Qanunun tələbləri nəzərə alınmaqla gömrük dəyərinə müvafiq düzəlişlər edilməsi üçün bəyannaməçiyə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Həmin bildirişdə gömrük dəyərinə təklif olunan düzəlişlər göstərilməli və onların edilməsi zərurəti əsaslandırılmalıdır. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim edildiyi andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir. Maddə 12. Gömrük dəyərinin müəyyən edilməsi üsulları 12.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri aşağıdakı üsullarla müəyyən edilir: 12.1.1. malların sövdələşmə qiyməti ilə; 12.1.2. eyni malların sövdələşmə qiyməti ilə; 12.1.3. eynicinsli malların sövdələşmə qiyməti ilə; 12.1.4. dəyərin çıxılması üsulu ilə; 12.1.5. dəyərin toplanması üsulu ilə; 12.1.6. ehtiyat üsulu ilə. 12.2. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. 12.3. Bəyannaməçinin seçimi əsasında dəyərin çıxılması üsulu və dəyərin toplanması üsulu istənilən ardıcıllıqla tətbiq edilir. Maddə 13. Malların sövdələşmə qiyməti üsulu 13.1. Gömrük ərazisinə gətirilən malların gömrük dəyəri, bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsi aparılmaqla, Azərbaycan Respublikasına ixrac məqsədi ilə satılan mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymət sövdələşmə qiyməti hesab olunur, bu şərtlə ki: 13.1.1. alıcının dəyərləndirilən mallara dair sərəncam və ya istifadə hüququna məhdudiyyətlər nəzərdə tutulmasın (qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlər, malların təkrar satıla biləcəyi coğrafi ərazi məhdudiyyətləri, malların dəyərinə əhəmiyyətli dərəcədə təsir etməyən məhdudiyyətlər istisna olmaqla); 13.1.2. satış və ya malların qiyməti həmin mallara münasibətdə dəyəri müəyyən edilə bilməyən hər hansı şərt və öhdəliklərdən asılı olmasın; 13.1.3. alıcı tərəfindən mallara dair sərəncam verilməsindən və ya onların istifadəsindən satıcı birbaşa və ya dolayı yolla mənfəət əldə etməsin, əgər bu Qanunun 13.2-ci maddəsinə müvafiq qiymət tənzimlənməsinin aparılması mümkün deyilsə; 13.1.4. bu Qanunun 13.1.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, malların alıcısı və satıcısı əlaqəli şəxslər olmasınlar; 13.1.5. alıcı ilə satıcı əlaqəli şəxslər olduğu halda, onlar arasındakı münasibətlər mallar üçün faktiki ödənilmiş və ya ödənilməli olan qiymətə təsir etməsin və ya idxalatçı malların sövdələşmə qiymətinin bu Qanunun 13.7-ci maddəsinin tələblərinə cavab verdiyini sübut etsin. Maddə 18. Ehtiyat üsul 18.1. İdxal olunan malların gömrük dəyərini bu Qanunun 13–17-ci maddələrinə əsasən müəyyənləşdirmək mümkün olmadıqda, gömrük dəyəri bu Qanunun 7.1-ci maddəsinə uyğun olaraq, beynəlxalq təcrübədə qəbul edilmiş ümumi prinsiplərə, habelə bu Qanunun gömrük dəyərləndirilməsinə dair müddəalarına uyğun vasitələrdən istifadə etməklə və gömrük ərazisində mövcud olan məlumatlar əsasında müəyyən edilir. 18.2. Bu Qanunun 18.1-ci maddəsinə müvafiq olaraq malların gömrük dəyəri aşağıdakılar əsasında müəyyən edilə bilməz: 18.2.1. gömrük ərazisində istehsal edilən malların həmin ərazidəki satış qiyməti; 18.2.2. müqayisə üçün seçilən iki alternativ dəyərdən gömrük məqsədləri üçün ən yüksək olanının qəbul edilməsini nəzərdə tutan sistem; 18.2.3. malların ixrac ölkəsinin daxili bazarındakı qiyməti;
19. “Gömrük ödənişlərinin qaytarılması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 fevral tarixli 25 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük ödənişlərinin qaytarılması” Qaydaları Bənd 1. Ümumi müddəalar 1.1. Bu Qaydalar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 266-270-ci maddələrinə əsasən hazırlanmışdır və gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması qaydalarını müəyyən edir. Bənd 2. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması halları 2.1. Gömrük borcu üzrə ödənilmiş gömrük rüsumu aşağıdakı hallarda qaytarılır: 2.1.1. mallar qüsurlu olduqda; 2.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə; 2.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda. Bənd 4. Gömrük rüsumlarının, gömrük yığımlarının və haqqın (bundan sonra gömrük ödənişləri) hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda və ya gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə geri qaytarılır. Bənd 5.1. Gömrük ödənişlərinin qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il müddətində onu tətbiq edən gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.
17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
18. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-1ci maddəsinin 1-ci və 2-ci hissələrinin tələblərinə əsasən vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji faktlara əsaslanan oxşar iş üzrə (xx.xx.2025-ci il tarixli, 2-1(102)-696/2025 nömrəli) qəbul etdiyi qərardadında qeyd edilir ki:
23. “9. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, gömrük dəyərinin müəyyən edilməsi üsulları “Gömrük tarifi haqqında” Qanunun 12-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə, gömrük ərazisinə gətirilən malların gömrük dəyəri ilk növbədə malların sövdələşmə qiyməti ilə müəyyən edilir. Malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. İş materialları ilə müəyyən edilir ki, qanunvericilikdə təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər açıqlanmadan və əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir. Buna baxmayaraq cavabdeh digər üsul seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcıllığına riayət etməmiş, ehtiyat üsulundan əvvəlki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını açıqlamamış, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. Bundan əlavə, qeyd etmək lazımdır ki, hətta, iddiaçı gömrük dəyərinin müəyyən edilməsinin üsulu olaraq ehtiyat üsulunu sərbəst iradə ilə seçsə belə, inzibati orqan öz xidməti vəzifəsinə uyğun olaraq iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməlidir. Hətta bəyannamənin məzmunu bəyannaməçinin iradəsinə uyğun olduğu halda belə, bu, gömrük orqanını (onun vəzifəli şəxsini) “İnzibati icraat haqqında” Qanunun 23.2, 24.1, 24.2-ci maddələrində və Gömrük Məcəlləsinin 40.4-cü maddəsində təsbit olunmuş xidməti vəzifələrini icra etmək öhdəliyindən azad etmir. Beləliklə, istinad edilən qanun normalarının tələbləri nəzərə alındıqda, cavabdeh inzibati orqan iddiaçı üçün əlverişli olan, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində təsbit olunmuş ilkin üsulun (malın sövdələşmə qiymətinin) iddiaçı barəsində tətbiqi üçün xidməti vəzifəsindən irəli gələn hərəkətləri (yardım etmə, məlumatlandırma, məsləhət vermə) etməli olduğu halda, bunu etməmişdir (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-2486/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-689/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-732/2024 nömrəli qərarları).
10. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe çoxsaylı məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda davamlı təkrarlandığına, eləcə də cavabdeh kassasiya şikayəti verərkən vəkillə təmsil olunduğuna görə onun üçün əlçatan və bəlli olmuşdur.
11. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir, mübahisənin həlli ilə bağlı əlavə faktiki halların müəyyənləşdirilməsinə dair araşdırmanın aparılması da tələb olunmur. Kassasiya şikayətinin dəlilləri nəzərə alındıqda tərəflər arasındakı mübahisə hüququn tətbiqinə dair məsələyə aiddir, yuxarıda istinad olunan mövcud məhkəmə təcrübəsi hüququn tətbiqi ilə bağlı məsələni həll etmişdir, hazırkı işin hallarına münasibətdə fərqli qaydada davranmaq üçün əsaslar yoxdur. Bundan başqa, iş üzrə İnzibati Prosessual Məcəllənin 92-ci maddəsində təsbit olunmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv olunması üçün mütləq əsaslardan hər hansı birinin (və ya bir neçəsinin) mövcudluğu da müəyyən olunmur.”
40. Beləliklə məhkəmə, yuxarıda sadalanan qanunvericiliyin normalarına və artıq kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsinə istinad etməklə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, hazırki işin hallarından müəyyən edilmişdir ki, malların sövdələşmə qiyməti ilə dəyərləndirilməsi gömrük dəyərinin müəyyən edilməsinin əsas üsuludur. Gömrük Məcəlləsinin 221.1-ci maddəsinə görə, apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Qanuna uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı bildiriş təqdim edir. İş materialları ilə müəyyən edilir ki, qanunvericilikdə təsbit edilmiş qaydalara cavabdeh tərəfindən əməl olunmamış, “Gömrük tarifi haqqında” Qanunun 12.1.1-ci maddəsində nəzərdə tutulmuş ilkin və əsas üsulun, yəni malın sövdələşmə qiymətinin tətbiqini istisna edən səbəblər cavabdeh tərəfindən əsaslandırılmadan digər üsul tətbiq edilmişdir. Halbuki, yalnız əsas üsuldan istifadə etmək mümkün olmadıqda, bu Qanunun 12.1-ci maddəsində göstərilən üsullardan hər biri ardıcıl olaraq tətbiq edilir. Bu zaman hər bir sonrakı üsul gömrük dəyərini əvvəlki üsulla təyin etmək mümkün olmadıqda tətbiq edilir.Buna baxmayaraq cavabdeh digər üsul seçərək, “Gömrük tarifi haqqında” Qanunun 12.1-ci maddəsində göstərilən üsulların ardıcıllığına riayət etməmiş, ehtiyat üsulundan əvvəlki üsulla gömrük dəyərinin müəyyən edilməsini istisna edən halların nədən ibarət olmasını əsaslandıra bilməmiş,, bununla da gömrük dəyərini ilkin olaraq malın sövdələşmə qiyməti əsasında müəyyən etməli olduğu halda, ən son üsuldan, yəni ehtiyat üsulundan istifadə edərək malın dəyərini müəyyən etmişdir. Beləliklə də, inzibati orqan tərəfindən inzibati icraat aparılması zamanı həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır.
41. Bundan əlavə cavabdehin digər dəlillərinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, malların istehsalçı ölkələri ilə bağlı iddiaçı tərəfindən təqdim edilmiş əvvəlki bəyannamələrdəki uyğunsuzluqlar xx.xx.2024-cü il tarixli bəyannamələr ilə aradan qaldırılmışdır və bu uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra da, malların gömrük dəyərində əvvəlki bəyannamələrlə sonrakı bəyannamələr arasında hər hansı bir fərq məbləği yaranmamışdır.
42. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
43. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
44. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
45. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Cavabdehin xx.xx.2024-cü il tarixli, GDD********** və GDD********** nömrəli gömrük dəyərinə əlavə düzəliş edilməsi üçün verilmiş bildirişləri ləğv edərək xx.xx.2024-cü il tarixli, **********1268 və **********1322 nömrəli yük gömrük bəyannamələrində qeyd olunan malların dəyərinin müəssisənin təqdim etdiyi dəyərə uyğun rəsmiləşdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva