Məhkəmə qərarları › İş №e-2-1(112)-2992/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-2992/2025

10.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-2992/2025 10.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X3) qarşı “bağ sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Dübəndi qəsəbəsi, 8-ci Cənub küçəsində yerləşən 13-cü bağ sahəsinin üzərində onun mülkiyyət hüquqlarının ilkin dövlət qeydiyyatına alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X3 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Bakı Şəhəri İcra Hakimiyyətinin Mənzillərin uçotu və bölüşdürmə idarəsində çalışmışdır. 1991-1992-ci illərdə ünvan 3ndə yerləşən 13-cü bağ sahəsi iddiaçı üçün ayrılmışdır. İddiaçı xatırlamasına görə həmin dövrdə onun üçün ayrılmış torpaq sahəsi Meliorasiya və Su Təsərrüfatı idarəsi tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinə verilmiş 4 sahədən biri olmuşdur. Qeyd olunan ünvanda torpaq sahəsi ayrıldıqdan sonra valideynləri tərəfindən həmin torpaq sahəsi hasara alınmış, ətraf ərazi ilə səviyyəsinin uyğunlaşdırılması üçün əlavə torpaq tökülmüş, darvaza qoyulmuş və müxtəlif ağaclar əkilərək xidmət göstərilmişdir. Son dövrlər valideynlərinin yaş və səhhəti, eyni zamanda, mənzilindən kifayət qədər uzaq olması səbəbindən həmin torpaq sahəsinə gedə bilməmişlər. Hal-hazırda isə hasarın sökülməsi və darvazanın oğurlanmasını müşahidə etmişdir. Hazırda həmin ərazinin abadlaşdırılması, yeni hasar çəkilməsi üçün müvafiq işlər görülməkdədir. Qeyd olunan torpaq sahəsinin dövlət qeydiyyatına alınması məqsədi ilə tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, həmin idarənin mühəndisi tərəfindən iddiaçıya zəng edildiyində, ərazini tanımadığını və valideynlərinə soruşacağını bildirmişdir. İddiaçının ərazini tanımadığını əsas göstərərək, torpaq sahəsinin onun istifadəsində olmadığı qənaətinə gəlmiş və ona imtina cavabı verilmişdir. Torpaq sahəsini valideynlərindən öyrənərək təkrar müraciət etdiyində isə, ona artıq cavabın verildiyi əsası ilə şablon məktub təqdim edilmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə dair etirazını təqdim edərək bildirmişdir ki, İdarənin arxiv siyahısında İddiaçı adı aşkar olunmamışdır. Həmçinin iddiaçı torpaq sahəsinin yerini tanımadığı üçün idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilməsi mümkün olmamışdır (torpaq sahəsi iddiaçının istifadəsində deyil). Məhkəmə iclasında iştirak edən iddiaçı tələbini müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək etirazı müdafiə etdi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin qərarın 6.1 və 6.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Qərarın 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Məhkəmə qeyd olunanlara əsasən işin hallarını araşdıraraq hesab edir ki, iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitəsindən istifadə etməmişdir. Çünki iddiaçının hazırkı iddia vasitəsilə çatmaq istədiyi məqsədə nail olması mümkünsüzdür. Belə ki, iş materiallarında olan “Meliorat” bağçılıq yoldaşlıq tərəfindən vberilmiş üzvlük kitabçasından görünür ki, ünvan 3ndə yerləşən 600 kv.metr sahəsi olan 13 saylı bağ sahəsi iddiaçıya ayrılmışdır. İddiaçı həmin sənədə istinad edərək torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmişdir. Lakin işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-8420/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, şərti göstərilən torpaq sahəsi faktiki olaraq 600.0 kv.m təşkil edir. Sahənin sərhədlərinin 1 tərəfi qonşu hasar, digər tərəflər isə şərtidir. Torpaq sahəsi üzərində tikili yoxdur. Vahid elektron kadastr baza məlumatlarına əsasən mübahisələndirilən ərazi **********188 reyestr nömrəli ilə X1 mülkiyyətindədir. Belə ki, işdə olan 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2014-ci il tarixli 2- 1(82)-2748/2014 saylı qərarından görünür ki, iddiaçı X5 Bakı şəhər XDS İk-nin xx.xx.1987ci il tarixli 20/396 saylı qərarına əsasən “Meliorator” bağçılıq-yoldaşlıq kollektivinin xx.xx.1999-cu il tarixli 02 saylı protokolu ilə Bakı şəhəri, Xəzər rayonu, Dübəndi bağ massivi, 9-cu Cənub küçəsi ərazisində yerləşən 220 b saylı torpaq sahəsinin mövcud vəziyyətinə uyğun olaraq, plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı şəhər şöbəsinə həvalə olunmuşdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 2 üzrəində X4 mülkiyyət hüququ qeydə alınmışdır. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2022-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş - X4 vərəsəsi X3 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.12 ha olan torpaq sahəsindən tam hissədə pay almışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli, ********** nömrəli çıxarışdan görünür ki, ünvan 2 X1 mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-1949/2025 nömrəli sorğuya cavab məktubundan görünür ki, idarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, göstərilən torpaq (bağ) sahəsinin sərhədlərinin bir tərəfi qonşu hasar, digər tərəfləri isə şərtidir. Üzərində tikili yoxdur (bir neçə ədəd beton piltələr var). Faktiki sahəsi 600.0 kv.m təşkil edir. Meliorator bağçılıq yoldaşlığının bölgü sxemində 13 saylı bağ göstərilmədiyindən sahənin yerləşməsinin düzgünlüyünü araşdırmaq mümkün olmamışdır. Vahid elektron kadastr baza məlumatlarına əsasən qeyd olunan ərazi **********88 reyestr nömrəsi ilə X1 mülkiyyətindədir. Beləliklə, işin istinad olunan hallarından görünür ki, iddiaçı hazırda “Meliator” bağçılıq yoldaşlıq tərəfindən ayrılmış ünvan 3 ünvanında yerləşən 13 saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydə alınmasını xahiş etsə də, elektron kadastr baza məlumatlarına əsasən həmin torpaq sahəsi 220b saylı bağ sahəsi kimi ilkin olaraq N.Rəhimov adına daşınmaz əmlakın dövlət reyestrindı qeydə alınmışdır. İş materiallarından görünür ki, N.Rəhimovun adına olan həmin qeyd hazırda qüvvədədir və ləğv edilməmişdir. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır Qeyd olunan Plenum Qərarını nəzərə alaraq məhkəmə iddiaçıya izah edir ki, o, hazırda arzuladığı nəticəyə, yəni ona ayrılmış olduğunu iddia etdiyi naturada göstərdiyi torpaq sahəsinə hüququnun qeydə alınmasına yalnız həmin sahəyə N.Rəhimovun hüququna dair aparılmış qeydi mübahisələndirməklə nail ola bilər. Yalnız həmin qeyd və sonradan vərəsəliklə keçən qeyd ləğv edildikdən sonra iddiaçı, ona ayrılmış 0,06 ha torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması üçün hazırkı cavabdehə müraciət edə, tələbi təmin olunmadıqda isə həmin tələblə inzibati məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5bərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar