Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2998/2025 29.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiya məbləğinin yenidən hesablanmaqla 5213.19 manata çatdırılması və ödənişə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı 23 iyul 2024-cü il tarixdə əmək pensiyasının yenidən hesablanması tələbi ilə caavbdehə müraciət etmişdir. Cavabdehin 17 avqust 2024-cü il tarixli 3-17-1/2-H-197379/8/2024 nömrəli məktubu ilə iddiaçının ərizəsinə cavab verilmişdir. Həmin məktuba əlavə edilmiş pensiya kapitalının hesablanması üzrə çıxarışa (cədvələ) əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2009cu il tarixədək cəmi hesablanmış pensiya kapitalı 9084.6475 manat, cəmi ödənilmiş pensiya kapitalı 9101.1175 manat, indeksləşdirilmiş pensiya kapitalı 22141.51943 manat olmuşdur. Qeyd edilən çıxarışa (cədvələ) əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək cəmi hesablanmış pensiya kapitalı 40367.14 manat, cəmi ödənilmiş pensiya kapitalı 40371.14 manat, indeksləşdirilmiş pensiya kapitalı 67213.71 manat olmuşdur. Qeyd edilən çıxarışa (cədvələ) əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəmi hesablanmış pensiya kapitalı 35481.74363 manat, cəmi ödənilmiş pensiya kapitalı 35481.74363 manat, indeksləşdirilmiş pensiya kapitalı 42674.15787 manat olmuşdur. Verilmiş 17 avqust 2024-cü il tarixli 3-17-1/2-H-197379/8/2024 nömrəli cavab məktubunda xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək indeksləşdirilmiş pensiya kapitalı 38564,62 manat olaraq göstərilmiş və bu məbləğ məktuba əlavə edilmiş çıxarışla uyğunsuzluq təşkil edir. İddiaçı professor İddiaçı pensiya kapitalını özü yenidən hesablayaraq cədvəl tərtib etmişdir. İddiaçının tərtib etdiyi 1 nömrəli cədvələ əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək indeksləşdirilmiş pensiya kapitalı 10534.66 manat olmaqla, artım hissəsi 146.31 manat olaraq hesablanmalıdır. Həmin cədvələ əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək indeksləşdirilmiş pensiya kapitalı 100705.09 manat olmaqla artım hissəsi 1398.69 manat olaraq hesablanmalıdır. 2 nömrəli cədvələ əsasən xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək indeksləşdirilmiş pensiya kapitalı 42395.48 manat olmaqla artım hissəsi 588.83 manat olaraq hesablanmalıdır. İddiaçı tərtib etdiyi cədvələ əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış (istifadə olunmamış) yekun pensiya kapitalının həcmi 153635.24 manat olaraq müəyyən edilmişdir. Həmin kapital 72-yə bölündükdə alınan 2133.82 manat məbləğ cavabdehin müəyyən etdiyi cari 3079.37 manat məbləğə əlavə olunmalı və pensiyanın məbləğinin 5213.19 manata çatdırılmalıdır. Cavabdeh iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, M.Həsəni əmək pensiyasının yenidən hesablanması üçün Mərkəzi Filiala müraciət etmiş, lakin Mərkəzi Filial tərəfindən aparılmış hesablama ilə razılaşmayaraq məhkəməyə müraciət etmiş pensiya məbləğinin yenidən hesablanmaqla 5213,19 manata çatdırılması və ödənişə göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı hesab edir ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış yekun pensiya kapitalının həcmi 153635,24 manat olmalı və həmin kapital 72-ə bölünməklə alınan 2133,82 manat cavabdehin müəyyən etdiyi 3079.37 manat məbləğə əlavə olunmaqla 5213,19 manata çatdırılmalıdır. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2009-cu il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya" altsistemində qeyd olunan məlumatlara əsasən iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək 38564,55 manat pensiya kapitalı (2019-cu il vəziyyətinə) qeydə alınmışdır. İddiaçının xx.xx.2023-cü il tarixində yaşa görə əmək pensiyasının məbləği aşağıdakı qaydada yenidən hesablanmışdır: Vətəndaşın xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləği 20350,86 manat (2019-cu il vəziyyətinə) təşkil edir: 2019-cu il üzrə PSK-nın məbləği: 20350,86/113,9%/106,7%/102,8%/102,6%/1,8=8820 SH - PSK/T=8820/144=61,25 manat İddiaçı işdən çıxması ilə əlaqədar əmək pensiyasının məbləği xx.xx.2009-cu il tarixindən 01 10.2017-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 63811 31 manat pensiya kapitalına əsasən yenidən hesablanmışdır: 2019-cu il üzrə PSK-nın məbləği; 63811,317113,9%/106,7%102,8%102,6%=49781,62 SH-49731,62/72=691,41 manat iddiaçının əmək pensiyasının məbləği xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 38564,55 manat pensiya kapitalına əsasən yenidən hesablanmışdır: 38564,55/72 = 535,62 manat. Vətəndaşın əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixindən 1635,69 manat müəyyən edilmişdir: 119,76 (110 - baza hissənin 2019-cu il üzrə indekləşdirilmiş məbləği) + 61,25 +691,41 +763,27 = 1635,69 manat; xx.xx.2020 - 1635,69 +1635,69 x16,6% = 1907,21; xx.xx.2021 - 1907,21+1907,21x11,4% = 2124,64; xx.xx.2022- 2124,64+2124,64x3,4%=2196,87; xx.xx.2023 - 2196,87 + 2196,87 + 14,7% = 2538,92. İddiaçı əmək pensiyasının məbləği müraciəti əsasında xx.xx.2024-cü il tarixində yenidən hesablanmışdır. Belə ki, iddiaçının xx.xx.2006-cı il tarixindən xx.xx.2009-cu il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 5703,13 manat (2009-cu il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı və Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiya təyin olunduqdan sonra 6 il işlədiyi üçün xx.xx.2009-cu il tarixindən xx.xx.2017-ci il tarixinədək 45725,36 manat (2017-ci il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2020-ci il tarixindən xx.xx.2023-cü il tarixli müraciətindən əvvəlki 3 il nəzərə alınmaqla) 1907,37 manat müəyyən olunmuşdur. Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir. Qeyd olunan maddənin tələblərinə əsasən iddiaçının əmək pensiyasının məbləği indeksləşdirilərək xx.xx.2021-ci il tarixindən 2124,81 manata, xx.xx.2022-ci il tarixindən 2197,05 manata çatdırılmışdır. Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə uyğun olaraq 2022-ci il üzrə əmək pensiyaçılarına münasibətdə müəyyən edilmiş maddi yardım 200 manat) 2023cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunanlara əsasən iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 2213,71 manata (2197,05+16,66=2213,71), eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək həmin tarixdən 2539,12 manata çatdırılmışdır. Həmçinin pensiyanın yenidən hesablandığı tarixdən sonra iddiaçı 6 il işlədiyi üçün xx.xx.2017-ci iİ tarixindən xx.xx.2023-cü il tarixinədək 38564,62 manat (2023-cü il tarixinə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2023-cü il tarixindən 3079,37 manat müəyyən olunmuşdur. Eyni zamanda iddiaçının əmək pensiyasının məbləği Qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək xx.xx.2024cü il tarixindən 3424,26 manata çatdırılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-5433/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyiratı üzrə mərkəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)-522/2023 nömrəli qərarı ilə iddiaçıya tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Lakin Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(1021-2364/2023 nömrəli qərarı ilə cavabdeh tərəindən verilmiş kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(103)- 522/2023 nömrəli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə məckəzi filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddia tələbi təmin edilməmişdir. Müvafiq qərarlar nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək toplanmış pensiya kapitalına münasibətdə məhkəmə hüquqi mövqeyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, işin hallarından müəyyən olunur ki, iddiaçıya xx.xx.2009-cu il tarixdən 39 il 11 ay ümumi iş stajı nəzərə alınmaqla 2004-2005-ci illərin orta aylıq əməkhaqqının 85% məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırkı iddia ərizəsindən görünür ki, iddiaçı cavabdeh tərəfindən ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanmaqla 5213.19 manata çatdırılmasını xahiş edir. İddiaçı həmin məbləği aşağıdakı hesablama üsülü ilə əldə etmişdir: - xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək indeksləşdirilmiş pensiya kapitalı 10534.66 manat olmaqla, artım hissəsi 146.31 manat olaraq hesablanmalıdır; - xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək indeksləşdirilmiş pensiya kapitalı 100705.09 manat olmaqla artım hissəsi 1398.69 manat olaraq hesablanmalıdır; - xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək indeksləşdirilmiş pensiya kapitalı 42395.48 manat olmaqla artım hissəsi 588.83 manat olaraq hesablanmalıdır; -xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək və xx.xx.2017-ci il tarixdən xx.xx.2023-cü il tarixədək fərdi hesabın sığorta hissəsində toplanmış (istifadə olunmamış) yekun pensiya kapitalının həcmi 153635.24 manat olaraq müəyyən edilmişdir; -Həmin kapital 72-yə bölündükdə alınan 2133.82 manat məbləğ cavabdehin müəyyən etdiyi cari 3079.37 manat məbləğə əlavə olunmalı və pensiyanın məbləğinin 5213.19 manata çatdırılmalıdır. Məhkəmə iddiaçının apardığı bu hesablama ilə bağlı qeyd edir ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2364/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və istifadə olunmamış 99152,42 manat pensiya kapitalının 72-yə (144-72=72) bölünərək alınmış 1377,12 manatın 1005,94 manat pensiyasının üzərinə əlavə olunaraq əmək pensiyasının yenidən hesablanıb pensiya məbləğinin xx.xx.2017-ci il tarixdən 2383,06 manata çatdırılması və ödənişə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmiş, Bakı İnzibati Məhkəməsinin 29 iyul 2022-ci il tarixli, 2- 1(112)-5433/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2- 1(103)-522/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddiaçının 2006-cı il 1 yanvar tarixdən 2017-ci il 1 iyul tarixədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış pensiya kapitalının yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2364/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2023-cü il tarixli, 2- 1(103)-522/2023 nömrəli qərarı ləğv edilmiş və iddia rədd edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “...İddiaçının istinad etdiyi xx.xx.2006-cı il tarixədək olan dövrün pensiya kapitalının hesablanma qaydası qanunvericiliyə ziddir. Belə ki, həmin hesablanma “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin hazırkı dövrdə qüvvədə olan tələbinə əsasən ümumi iş stajının hər ili 306 manata vurulmaqla aparılmışdır. Halbuki, iddiaçının xx.xx.2006-cı il tarixədək pensiya kapitalı onun həmin dövrün qanunvericiliyinə uyğun olaraq təqdim etdiyi 2004-2005-ci illərin orta əməkhaqqından hesablanmışdır. Həmçinin iddiaçı 2009-cu ildə pensiya təyin edilmiş şəxs olduğundan onun xx.xx.2006-cı il tarixədək pensiya kapitalının Qanunun qüvvədə olan 27.1-ci maddəsinin 1 və 2-ci cümlələrinin tələbləri əsasında yenidən hesablanması nəzərdə tutulmamışdır. Eləcə də, işdən görünür ki, iddiaçının xx.xx.2006-cı il tarixdən pensiya hüququ yaranan tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı xx.xx.2009-cu il tarixdə ona pensiya təyin edilərkən hesablanaraq ödənilmişdir. Başqa sözlə, iddiaçıya xx.xx.2009-cu il tarixdə pensiya təyin edilərkən məcburi dövlət sosial sığorta haqlarının 50% hissəsi nəzərə alınmaqla hesablanmış pensiya kapitalı artıq istifadə olunduğundan, yenidən həmin istifadə olunmuş pensiya kapitalının 80% artırılaraq pensiya məbləğində nəzərə alınması qanunvericiliyin tələbinə ziddir. İddiaçının istinad etdiyi ekspert rəyində göstərilmiş xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək pensiya kapitalının hesablanma qaydasına münasibətdə isə qeyd edilməlidir ki, yuxarıda istinad edilən qanunvericilik normalarına əsasən, xx.xx.2006cı il tarixdən xx.xx.2017-ci il tarixədək məcburi dövlət sosial sığorta haqlarının 50%-i fərdi hesabın sığorta hissəsində qeydə alınmaqla pensiya kapitalının hesablanması aparılırdısa, xx.xx.2017-ci il tarixdən edilmiş dəyişikliyə əsasən pensiyanın hesablanması üçün fərdi hesabın sığorta hissəsində ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90%-i nəzərə alınmaqla qeydə alınmış pensiya kapitalından pensiya məbləği hesablanır. xx.xx.2017-ci ildən qüvvəyə minməklə əlavə edilmiş Qanunun yuxarıda adı çəkilən son redaksiyada 27.1-ci maddəsinə əsasən sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə pensiya kapitalı 80% artırılmaqla (yəni Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq 90%-ə çatdırılması üçün) 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır bir şərtlə ki, pensiya kapitalı xx.xx.2006-xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış və eyni zamanda, əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış, yəni istifadə olunmamış olsun. İddiaçının istinad etdiyi ekspert rəyində isə xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək istifadə olunmamış pensiya kapitalının həcmi “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə əsasən 90% hissədə götürülmüş, eyni zamanda, həmin kapital “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinin 3-cü cümləsinə əsasən 80% artırılmaqla cəmi pensiya kapitalına hesablanmışdır. Başqa sözlə, iddiaçının istinad etdiyi ekspert rəyində xx.xx.2017-ci il tarixədək qeydə alınmış pensiya kapitalı 1 dəfə 90%lə götürülmüş, daha sonra həmin kapital ikinci dəfə 80% artırılmaqla eyni məbləğ 2 dəfə süni şəkildə artırılmaqla hesablanmışdır. Bu növ hesablama metodu qanunun məqsədinə və tələbinə cavab vermir. İddiaçı həmçinin onun xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək toplanmış pensiya kapitalının təqdim etdiyi sosial arayışda olduğu kimi nəzərə alınmaqla bölünərək ona verilməsini xahiş etmişdir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, sosial arayışda göstərilən 99092,05 manat kapital xx.xx.2006-xx.xx.2021-ci illəri əhatə edir. İddiaçıya 2009-cu ildə pensiya təyin olunub və onun işləyən əmək pensiyaçısı kimi növbəti 6 ili 2017-ci ildə tamam olub. Deməli, 2006-2009-cu illər artıq istifadə olunduğundan həmin dövr üzrə kapital, eləcə də 2017-2021-ci illər üzrə kapital nəzərə alına bilməz. Həmçinin təqdim olunan arayışda illik gəlirdən 25% məcburi dövlət sosial sığorta haqqı hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 100% məbləğində göstərilmişdir. Halbuki, pensiya kapitalı “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinin tələbinə uyğun olaraq gəlirdən 25% çıxıldıqdan sonra həmin məbləğin 100%-i həcmində deyil, 90%-i həcmində fərdi hesabın sığorta hissəsində kapital olaraq qeydə alınır. Qalan 10%-i digər xərclərə sərf olunur. Üstəlik kapital ödənilərkən xx.xx.2009xx.xx.2017-ci ilədək olan kapitalın 2022-ci il vəziyyətinə deyil, 2022-ci ildən geriyə 2017-ci il tarixə qədər iflyasiya faizləri nəzərə alınmaqla 2017-ci il vəziyyətinə uyğun hesablanaraq ödənilməlidir. Qeyd edilənlər nəzərə alındıqda müəyyən olunur ki, iddiaçının təqdim etdiyi sosial arayışda hər il üzrə ödənilmiş kapital məcburi dövlət sosial sığorta haqlarının 100%i həcmində göstərilmiş, cavabdehin pensiya kapitalını hesablayarkən əsas götürdüyü PASdan çıxarışda isə qeydə alınmış pensiya kapitalı məcburi dövlət sosial sığorta haqlarının 90%-i həcmində əks etdirilmişdir. İddiaçının təqdim etdiyi sosial arayışdakı məbləğlə pensiya alt sistemində qeyd olunan məbləğ arasında uyğunsuzluq yoxdur. Cavabdeh düzgün olaraq PAS-da təqdim edilmiş 2022-ci il vəziyyətinə qeydə alınmış pensiya kapitalını 2017-ci il vəziyyətinə infllyasiya faizlərinə uyğun 90%-lə hesablamaqla düzgün nəticəyə gəlmişdir.” Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2009-cu il tarixədək və xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək pensiya kapitalı barədə hesablamasının düzgün olmadığı, bunun əksinə, cavabdehin həmin məbləği düzgün müəyyən edərək, iddiaçıya ödənilən pensiyanın hesablanmasında hər hansı bir səhvə yol vermədiyi qənaətinə gəlinmişdir. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bu norma məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Məhz qeyd olunan normanın tələbini nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, qanuni qüvvəsini almış məhkəmə qərarı olduğundan, iddiaçı 2006-2017-ci illərdə ona ödənilmiş pensiya məbləğini pensiya kapitalının düzgün hesablanmaması əsası ilə yenidən mübahisələndirə bilməz. Bu isə o deməkdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci il tarixədək toplanmış pensiya kapitalı onun hesabladığı kimi 111239,75 manat təşkil etmir və bu səbəbdən İddiaçı təyin edilmiş əmək pensiyasının həmin kapital nəzərə alınmaqla yenidən hesablanaraq 5213.19 manata çatdırılması mümkünsüzdür. Məhkəmə həmçinin, iddiaçının xx.xx.2017-xx.xx.2023-cü il tarixlərdə topladığı pensiya kapitalı ilə bağlı qeyd edir ki, iddiaçı həmin məbləğin 42395.48 manat təşkil etdiyini bildirsə də, iş materiallarından görünür ki, həmin məbləğ 2023-cü il tarixinə indeksləşdirildikdə 38564,62 manat təşkil etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Qeyd olunanlardan aydın olur ki, hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu, yəni ona 5213.19 manat məbləğində pensiya təyin edilməsini istisna edən faktiki şərtlər mövcud olduğundan cavabdehin onun tələbinin təmin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-2998/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2998/2025
29.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver