Məhkəmə qərarları › İş №e-2-1(112)-2999/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-2999/2025

12.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-2999/2025 12.08.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “sağlamlıq imkanlarının pozulmasının müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2-ci dərəcəli əlilliyin sonuncu müayinə tarixindən təyin edilməsi və xx.xx.2023-cü il tarixdən müavinətin hesabalanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və X3 Hüquqi Şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

2. İş üzrə xx.xx.2025-ci il tarixli qərardad ilə iddia tələbi “İddiaçı xx.xx.2025-ci il tarixdən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin müddətsiz olaraq təyin edilməsi” kimi dəyişdirilmişdir.

3. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı 2005-ci il tarixində digər oynaqların postravmatik artrozu, sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz, sağ pəncənin daraqarxası oynaqların artozu, sağ əlin 5-ci barmağının kontrakturası, xroniki xepatoxolesistit diqanozuna əsasən 2-ci dərəcəli əlillik təyin edilmiş və həmin tarixdən etibarən fasiləsiz olaraq 2021-ci ilin sentyabr ayınadək müavinət almışdır. İddiaçı müavinət təyin olunan vaxtdan hər il Tibbi Sosial Ekspert Komissiyası tərəfindən eyni xəstəlik təyin edilmişdir. Lakin sonuncu dəfə müraciət edən zaman xx.xx.2023-cü il tarixdə əlillik təyinatından imtina olunmuşdur. 2-ci dərəcəli əlilliyə görə verilən müavinətin ödənilməsi heç bir xəbərdarlıq edilmədən dayandırılımış və imtinanın hüquqi əsasları barədə heç bir məlumat verilməmişdir. xx.xx.2024-cü il tarixlərdə Dövlət Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinə ərizə ilə müraciət olunaraq İddiaçı 2-ci dərəcəli əlilliyə görə verilən müavinətin bərpa olunması və ona almadığı müavinətin hesablanaraq ona ödənilməsi xahiş olunsa da, Agentlik tərəfindən 2-ci dərəcəli əlilliyə görə verilən müavinətin bərpa olunmasından imtina olunmuşdur. Hesab edir ki, heç bir səbəb göstərmədən cavabdeh tərəfindən müavinətin dayandırılması tamamilə qanunsuz və əsassızdır.

4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubda qeyd edilmişdir ki, hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Bildirilmişdir ki, şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-cı il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qıymətləndinlməsı Qaydasfna uyğun olaraq dövlət tibb müəssisələnnin göndəhşlən əsasında qiymətləndirilir. Müəyyən olunmuşdur ki, dövlət tibb müəssisəsinin göndərişləri və müraciətləri əsasında xx.xx.2022 və 20.11 2023-cü il tarixlərində Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində hər iki halda "Diaqnoz əlillik əlaməti təyin etmir" qərarı qəbul edilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinin qiymətləndirilməsi barədə daxil olmuş müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydası"na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Nəzərə çatdırılmışdır ki, dövlət tibb müəssisəsinin göndərişi və müraciəti əsasında xx.xx.2025-ci il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və aparılmış ətraflı əyani müayinələrin nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"na müvafiq olaraq əlillik səviyyəsində hər hansı ağırlaşma və ya patofunksional dəyişikliklər aşkar olunmadığından, xx.xx.2025-ci il tarixdən əlilliyin təyin olunmaması barədə qərar qəbul edilmişdir.

6. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: **********1). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli N00109108NCR nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1- 94776/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 269 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bayır topuğun travmadan sonrakı bitişmiş sınığı, sağ aşıq-baldır oynağının artrozu İİ dərəcə, kəskin ağrı sindromu ilə, ətrafda mülayim dərəcə funksiya pozuntusu ilə. 12 barmaq bağırsaq soğanağının xroniki xora xəstəliyi, soğanağın deformasiyası. Eroziv bulbit. Qastrit. Hipertoniya xəstəliyi İ mərhələ. Astenonevrotik vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ topuq sümüyünün yerdəyişmiş sınığı izlənilsə də, aşıq-baldır oynağında hərəki məhdudiyyəti müşahidə edilməmişdir. Nevroloji statusda ocaqlı patologiya izlənilməmişdir. Yanaşı olaraq, şəkər və ürək xəstəsidir. Anamnezə əsasən mütəmadi olaraq müayinə olunur, aşağı ətraflarda corab tipli tük tökülmə, periferik nəbz, ətraflarda hərarət normal müəyyən edilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında ağrı, hərəkət məhdudluğu, şəkərli diabet xəstəliyindən şikayətlənmişdir. Hazırda medikamentoz preparatlardan “Siafor”, “Amorex” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı aşağı ətraflarda tük örtüyü saxlanılmış, dəri hərarəti dəyişiksiz, bütün ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkarlanmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiqdən, aşağı ətraflarında ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında avtoqəza keçirdiyini, aşağı ətraf nahiyəsindən yaralandığını, yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildimirşdir. Medikamentoz preparatlardan “Amaryl 4”, “Siafor”, “Captopril”, “Kardiomagnil” qəbul etdiyini söyləmişdir. Baxış zamanı sağ pəncə nahiyəsində hərəkətlərin olması izlənilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Digər oynaqların posttravmatik artrozu. Sağ aşıq-baldır oynağının 3- 4-cü dərəcəli posttravmatik deformasiyaedici artrozu. Sağ pəncənin dayaqarxası oynaqlarının 3-4-cü dərəcəli atrozu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli **********/1747 nömrəli Arayışında diaqnoz “Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı, aşıq-baldır oynağının postravmatik artrozu, açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 80 dərəcə), ağrı sindromu, sağ pəncə İİ-V barmaqlarının çəkicvari deformasiyası, sağ əlin V daraq sümüyünün bitişmiş sınığı, V barmağın distal falanqalararası oynağın kəsilmiş yaradan sonrakı fibroz ankilozu (bükmək vəziyyətində), sağ aşağı ətrafın, sağ əlin funksiya pozğunluğu” kimi qeyd edilsə də, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=58%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də Mn MÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏMAS-da xx.xx.2022-ci il tarixindən “Sürücü, taksi/üçtəkərli avtonəqliyyat vasitəsi” kimi əmək müqaviləsi aktiv olmuşdur. Aparılan anamnestik, obyektv və instrumental müayinələrin nəticlərinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək pztofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsinin X6 xx.xx.2005-ci il tarixli məktubda qeyd edilmişdir ki, alayın polis nəfəri baş serjantı İddiaçı zədəni xidmət vaxtı almışdır.

8. xx.xx.2006-cı ildə Azərbaycan Respublikası DİN-nin Bakı şəhər ÇPA-nın göndərişinə əsasən verilmiş 269 nömrəli xəstəlik haqqında şəhadətnamədə bildirilmişdir ki, diaqnoz və yaralanmaların (travmanın, xəsarətin, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında XHK-nın qərarı: Sağ bayır topuğun travmadan sonrakı bitişmiş sınığı, sağ aşıq-baldır oynağının artrozu, İİ dərəcə, kəskin ağrı sindromu ilə, ətrafda mülayim dərəcə funksiya pozuntusu ilə. 12 barmaq bağırsaq soğanağının xroniki xora xəstəliyi, soğanağın deformasiyası. Eroziv bulbit. Qastrit. Hipertoniya xəstəliyi İ mərhələ. Asteno-nevrotik vəziyyət. Travma xidməti vəzifələrini yerinə yetirərkən alınmışdır. Xəstəlik DİO-da xidmətkeçmə dövründə alınmışdır. XHK-nın xidmətə yararlılıq haqqında qərarı: DİN-nin 25 saylı xx.xx-2002 ci il tarixli əmrinin “Xəstəliklər cədvəlinin 65 b,57c,43 c maddəsinin İİ qrafasına və ƏTC-ə əsasən DİO-da xidmətə yararsızdır.

9. TSEK-Müayinələr: - xx.xx.2006-ci il tarixində “Qapalı kəllə beyin travması.baş beyin silkələnməsi travmadan sonrakı asteno nevrotik hal.Sağ aşıq baldır oynağının artrozu İİ dərəcə kəskin ağn sindromu ilə” diaqnozun mətni ilə 1 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (Digər: Qapalı kəllə beyin travması) təyin edilmişdir. - xx.xx.2014-cü il tarixində “Digər oynaqların postravmatik artrozu. Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artrozu. Sağ əlin V barmağının kontrakturası. Xroniki Xepatoxolesistit” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (Digər: Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artoruzu) təyin edilmişdir. - xx.xx.2015-ci il tarixində “Digər oynaqların postravmatik artrozu. Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artrozu. Sağ əlin V barmağının kontrakturası. Xroniki Xepatoxolesistit” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (Digər: Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artoruzu) təyin edilmişdir. - xx.xx.2016-cı il tarixində “Digər oynaqların postravmatik artrozu. Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artrozu. Sağ əlin V barmağının kontrakturası. Xroniki Xepatoxolesistit” diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (Digər: Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artoruzu) təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində “Əsas diaqnoz S82 Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu.Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları.Sağ aşıq-baldır oynağının kontrakturası,açma 112 dərəcə,bükmə 82 dərəcə.Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı.Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı.Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı,ağrı sindromu. (xx.xx.2021 tarixdə ET Travmatologiya və Ortopediya institutunun verdiyi rəyə əsasən) Ağırlaşma M24.6 Oynağın ankilozu, Sağ əlin 5-ci barmağının falanqaarası oynaqlarının fibroz ankilozu. Ağırlaşma M65.8 Digər sinovit və tenosinovitlər, Sağ aşıq-baldır oynağının tez-tez təkrarlanan sinoviti. Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu.Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları. Ağırlaşma M24.5 Oynaqların kontrakturası. Sağ aşıq-baldır oynağının kontrakturası.açma 112 dərəcə,bükmə 82 dərəcə. Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, Xroniki xolesistit. Yanaşı-xəstəliklər S62.6 Əlin digər barmağının sınığı, Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı,ağrı sindromu. Yanaşı xəstəliklər E11.9 İnsulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız, Şəkərli diabet,tip 2. Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, Arterial hipertenziya İ dərəcə. Yanaşı xəstəliklər S92.3 Ayaq daraq sümüklərinin sınığı, Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı.” diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə görə müalicə kursu yetərli deyil, ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var.) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində “Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu.Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları.Sağ aşıq- baldır oynağının kontrakturası.açma 112 dərəcə,bükmə 82 dərəcə.Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı.Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı.Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı,ağrı sindromu.(xx.xx.2021 tarixdə ET Travmatologiya və Ortopediya İnstitutunun verdiyi rəyə əsasən)” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “Bayır (lateral) topuğun sınığı, Sağ bayır topuğun travmadan sonrakı bitişmiş sınığı, sağ aşıq-baldır oynağının artrozu İİ dərəcə, kəskin ağrı sindromu ilə, ətrafda mülayim dərəcə funksiya pozuntusu ilə” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2025-ci il tarixində “Sağ bayır topuğun travmadan sonrakı bitişmiş sınığı. Sağ aşıq-baldır oynağının tez-tez kəskinləşən xroniki sinoviti. Sağ pəncənin ikinci-beşinci barmaqlarının çəkicəbənzər deformasiyaları. Sağ əlin beşinci barmağının distal falanqalararası oynağının kəsilmiş yardan sonrakı fibroz ankilozu (bükmə 15 dər.) Sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dər., bükmə 80.). Daimi ağrı. Sağ aşağı ətrafda funksiya və yerişin pozulması” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə imtina edilmişdir.

10. TSEK-ə göndəriş zamanı diaqnoz: Diaqnoz XBT 10 kodu Xəstəliyin adı Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ aşıq-baldır oynağının açıcı-bükücü Kontrakturası (açma=100 dərəcə,bükmə=80 dərəcə),

Digər sinovit və tenosinovitlər, Sağ aşıq-baldır oynağının tez-tez Ağırlaşma M65.8 kəskinləşən xroniki sinoviti Barmaq(-ların) deformasiyaları, Sağ pəncənin 2-5-ci Yanaşı xəstəliklər M20.0 barmaqlarının çəkicəbənzər deformasiyaları Oynağın ankilozu, Sağ əlin V barmağının distal falanqalararası Ağırlaşma M24.6 oynağının kəsilmiş yaradan sonrakı fibroz ankilozu (bükmə=15dərəcə)

11. Xəstəliyə görə ambulator müraciətlər: M19.1 Digər oynaqların postravmatik artrozu Müraciət tarixi: xx.xx.2022 M19.1 Digər oynaqların postravmatik artrozu Müraciət tarixi: xx.xx.2023 M19.1 Digər oynaqların postravmatik artrozu Müraciət tarixi: xx.xx.2025

12. Stasionar müalicə aldığı müəsisələr: Digər oynaqların xx.xx.2022 xx.xx.2022 18 M19.1 DİN-nin Respublika Hospitalı posttravmatik artrozu Digər oynaqların xx.xx.2021 xx.xx.2021 11 M19.1 DİN-nin Respublika Hospitalı posttravmatik artrozu Digər oynaqların xx.xx.2007 xx.xx.2007 7 M19.1 DİN-nin Respublika Hospitalı posttravmatik artrozu Digər oynaqların xx.xx.2006 xx.xx.2006 33 M19.1 DİN-nin Respublika Hospitalı posttravmatik artrozu Digər oynaqların xx.xx.2014 xx.xx.2014 6 M19.1 DİN-nin Respublika Hospitalı posttravmatik artrozu Digər oynaqların xx.xx.2015 xx.xx.2015 9 M19.1 DİN-nin Respublika Hospitalı posttravmatik artrozu Digər oynaqların xx.xx.2006 xx.xx.2006 17 M19.1 DİN-nin Respublika Hospitalı posttravmatik artrozu DİN-nin Respublika Hospitalı xx.xx.2000 xx.xx.2000 20 T90 Başın travmalarının nəticələri

13. Həkim müayinələrinin nəticələri: Müayinənin adı Müayinənin tarixi Nəticə Həkim müayinəsi S82.6 Bayır [lateral] topuğun sınığı, Sağ bayır topuğun travmadan sonrakı bitişmiş sınığı. Sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma=100 dərəcə,bükmə=80 xx.xx.2025 dərəcə), Sağ əlin V barmağının distal falanqalararası oynağının kəsilmiş yaradan sonrakı fibroz ankilozu(bükmə=15 dərəcə) Köməkçi diaqnostik müayinələr: Rentgenoqrafiya Sağ aşıq-baldır oynağının rentgen müayinəsində 3-4-cü tək anatomik dərəcəli postravmatik deformasiyaedici artroz əlamətləri nahiyə xx.xx.2025 müşahidə edilir.Sağ ayaq pəncəsinin rentgen müayinəsində sağ pəncənin daraqarxası oynaqlarının 3-4- cü dərəcəli artroz əlamətləri müşahidə olunur, null

14. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 3- 17-4/3-3-3962/2025 nömrəli Qərarında qeyd olunmuşdur ki, “Bakı şəhər sakini xx.xx.1970-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERAda xx.xx.2022-ci il tarixli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDaS: **********1). Növbəti dəfə əlillik vəziyyəti DTSERA-da xx.xx.2023-cü il tarixli N00109108NCR nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir (ESDAS: 3-17-4/3-1-94776/2023). Yenidən əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2006-cı il tarixli 269 nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sağ bayır topuğun travmadan sonrakı bitişmiş sınığı, sağ aşıq-baldır oynağının artrozu İİ dərəcə, kəskin ağrı sindromu ilə, ətrafda mülayim dərəcə funksiya pozuntusu ilə. 12 barmaq bağırsaq soğanağının xroniki xora xəstəliyi, soğanağın deformasiyası. Eroziv bulbit. Qastrit. Hipertoniya xəstəliyi İ mərhələ. Astenonevrotik vəziyyət” diaqnozlu travmanın səbəb əlaqəsi "Hərbi travmadır, Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ topuq sümüyünün yerdəyişmiş sınığı izlənilsə də, aşıq-baldır oynağında hərəki məhdudiyyəti müşahidə edilməmişdir. Nevroloii statusda ocaqlı patologiya izlənilməmişdir. Yanaşı olaraq, şəkər və ürək xəstəsidir. Anamnezə əsasən mütəmadi olaraq müayinə olunur, aşağı ətraflarda corab tipli tük tökülmə, periferik nəbz, ətraflarda hərarət normal müəyyən edilmişdir. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular aşkarlanmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş xx.xx.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı aşağı ətraflarında ağrı, hərəkət məhdudluğu, şəkərli diabet xəstəliyindən şikayətlənmişdir. Hazırda medikamentoz preparatlardan “Siafor”, “Amorex” qəbul etdiyini qeyd etmişdir. Müayinə zamanı aşağı ətraflarda tük örtüyü saxlanılmış, dəri hərarəti dəyişiksiz, bütün ətraflarda hərəkətlər sərbəst və ağrısız olmuş, şəkərli diabet xəstəliyinin ağırlaşmaları aşkarlanmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yüksək arterial təzyiqdən, aşağı ətraflarında ağrı və hərəkət məhdudluğundan şikayətlənmişdir. Anamnestik məlumatlarında avtoqəza keçirdiyini, aşağı ətraf nahiyəsindən yaralandığını, yanaşı olaraq şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildimirşdir. Medikamentoz preparatlardan “Amaryl4”, “Siafor”, “Captopril”, “KardiomagniT qəbul etdiyini söyləmişdir. Baxış zamanı sağ pəncə nahiyəsində hərəkətlərin olması izlənilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin Arif Heydərov adına Respublika Hospitalının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışında diaqnoz “Digər oynaqların posttravmatik artrozu. Sağ aşıq-baldır oynağının 3-4-cü dərəcəli posttravmatik deformasiyaedici artrozu. Sağ pəncənin dayaqarxası oynaqlarının 3-4-cü dərəcəli atrozu” kimi qeyd edilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. X4 və Ortopediya İnstitutunun xx.xx.2022-ci il tarixli **********/1747 nömrəli Arayışında diaqnoz “Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı, aşıq-baldır oynağının postravmatik artrozu, açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 80 dərəcə), ağrı sindromu, sağ pəncə İİ-V barmaqlarının çəkicvari deformasiyası, sağ əlin V daraq sümüyünün bitişmiş sınığı, V barmağın distal falanqalararası oynağın kəsilmiş yaradan sonrakı fibroz ankilozu (bükmək vəziyyətində), sağ aşağı ətrafın, sağ əlin funksiya pozğunluğu” kimi qeyd edilsə də, əyani müayinə zamanı öz təsdiqini tapmamışdır. ƏƏSMN tabeliyində DTSERA-da xx.xx.2025-ci il tarixli Transtorakal Exokardioqrafiya müayinəsinin nəticəsi “Sol mədəciyin sistola-diastolik ölçüləri böyüməyib və sistolik funksiyası (LVEF=58%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkət qüsuru qeyd edilmir. Aorta kökü və qapaqları, digər qapaq normaldır. Sol mədəciyin diastolik disfunksiyası relaksativ tip. Perikard boşluğu təmizdir. PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də Mn MÇ qeyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. ƏMAS-da xx.xx.2022-ci il tarixindən “Sürücü, taksi/üçtəkərli avtonəqliyyat vasitəsi” kimi əmək müqaviləsi aktiv olmuşdur. Aparılan anamnestik, obyektv və instrumental müayinələrin nəticlərinə əsasən hazırda əlillik təyinatına əsas verə biləcək pztofunksional pozuntular aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.”

15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.

16. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etdi. İİ. İddianın növü və mümkünlüyü

17. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.

18. Məhkəmənin hüquqi yardımına əsasən iddiaçı növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün tibbi göndərişlə cavabdeh inzibati orqana müraciət etmişdir.

19. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə xx.xx.2025-ci il tarixli göndəriş əsasında xx.xx.2025-cü il tarixdə qiymətləndirilmiş və əlillik təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 3- 17-4/3-3-3962/2025 nömrəli Qərarı ilə əlavə əyani müayinənin araşdırılması aparılaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.

20. Hazırki iddia məcburetməyə dair iddiadır.

21. İddia mümkündür.

İV. Məhkəmənin mövqeyi

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: - 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. - 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

23. TSEK-Müayinələr: - xx.xx.2006-ci il tarixində “Qapalı kəllə beyin travması.baş beyin silkələnməsi travmadan sonrakı asteno nevrotik hal.Sağ aşıq baldır oynağının artrozu İİ dərəcə kəskin ağrı sindromu ilə” diaqnozun mətni ilə 1 il müddətinə ilkin 2.2. ikinci dərəcə əlillik (Digər: Qapalı kəllə beyin travması) təyin edilmişdir. - xx.xx.2014-cü il tarixində “Digər oynaqların postravmatik artrozu. Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artrozu. Sağ əlin V barmağının kontrakturası. Xroniki Xepatoxolesistit” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (Digər: Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artoruzu) təyin edilmişdir. - xx.xx.2015-ci il tarixində “Digər oynaqların postravmatik artrozu. Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artrozu. Sağ əlin V barmağının kontrakturası. Xroniki Xepatoxolesistit” diaqnozun mətni ilə 1 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (Digər: Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artoruzu) təyin edilmişdir. - xx.xx.2016-cı il tarixində “Digər oynaqların postravmatik artrozu. Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artrozu. Sağ əlin V barmağının kontrakturası. Xroniki Xepatoxolesistit” diaqnozun mətni ilə 5 il müddətinə təkrar 2.2. ikinci dərəcə əlillik (Digər: Sağ aşıq baldır oynağının postravmatik deformasiyaedici artroz. Sağ pəncənin daraqarxası oynaqların artoruzu) təyin edilmişdir. - xx.xx.2021-ci il tarixində “Əsas diaqnoz S82 Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu.Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları.Sağ aşıq-baldır oynağının kontrakturası,açma 112 dərəcə,bükmə 82 dərəcə.Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı.Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı.Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı,ağrı sindromu. (xx.xx.2021 tarixdə ET Travmatologiya və Ortopediya institutunun verdiyi rəyə əsasən) Ağırlaşma M24.6 Oynağın ankilozu, Sağ əlin 5-ci barmağının falanqaarası oynaqlarının fibroz ankilozu. Ağırlaşma M65.8 Digər sinovit və tenosinovitlər, Sağ aşıq-baldır oynağının tez-tez təkrarlanan sinoviti. Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu.Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları. Ağırlaşma M24.5 Oynaqların kontrakturası. Sağ aşıq-baldır oynağının kontrakturası.açma 112 dərəcə,bükmə 82 dərəcə. Yanaşı xəstəliklər K81.1 Xroniki xolesistit, Xroniki xolesistit. Yanaşı-xəstəliklər S62.6 Əlin digər barmağının sınığı, Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı,ağrı sindromu. Yanaşı xəstəliklər E11.9 İnsulindən asılı olmayan şəkərli diabet, Ağırlaşmalarsız, Şəkərli diabet,tip 2. Yanaşı xəstəliklər 110 Essensial (birincili) hipertenziya, Arterial hipertenziya İ dərəcə. Yanaşı xəstəliklər S92.3 Ayaq daraq sümüklərinin sınığı, Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı.” diaqnozun mətni ilə əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Xəstədə əsas diaqnozun ağırlıq dərəcəsinə görə müalicə kursu yetərli deyil, ixtisaslaşmiş klinikada stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var.) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2022-ci il tarixində “Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı, Sağ bayır topuğun bitişmiş sınığından sonrakı aşıq-baldır oynağının postravmatik deformasiyaedici artrozu.Sağ pəncənin daraqarxası oynaqlarının postravmatik artrozları.Sağ aşıq- baldır oynağının kontrakturası.açma 112 dərəcə,bükmə 82 dərəcə.Sağ incik sümüyünün distal 1/3-nin bitişmiş sınığı.Sağ pəncənin 5-ci daraq sümüyü əsasının sınığı.Sağ əlin 5-ci daraq sümüyünün bitişmiş sınığı,ağrı sindromu.(xx.xx.2021 tarixdə ET Travmatologiya və Ortopediya İnstitutunun verdiyi rəyə əsasən)” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2023-cü il tarixində “Bayır (lateral) topuğun sınığı, Sağ bayır topuğun travmadan sonrakı bitişmiş sınığı, sağ aşıq-baldır oynağının artrozu İİ dərəcə, kəskin ağrı sindromu ilə, ətrafda mülayim dərəcə funksiya pozuntusu ilə” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə imtina edilmişdir. - xx.xx.2025-ci il tarixində “Sağ bayır topuğun travmadan sonrakı bitişmiş sınığı. Sağ aşıq-baldır oynağının tez-tez kəskinləşən xroniki sinoviti. Sağ pəncənin ikinci-beşinci barmaqlarının çəkicəbənzər deformasiyaları. Sağ əlin beşinci barmağının distal falanqalararası oynağının kəsilmiş yardan sonrakı fibroz ankilozu (bükmə 15 dər.) Sağ aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dər., bükmə 80.). Daimi ağrı. Sağ aşağı ətrafda funksiya və yerişin pozulması” diaqnozun mətni ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə imtina edilmişdir.

24. Əlilliyin təyininə dair sonuncu forma 88 arayışına əsasən: (Göndərişin tarixi: xx.xx.2025) - (status localis) Xəstə uzun illərdir özünü xəstə hesab edir. Sağ aşıq-baldır oynağı şişkindir. Dəri örtüyü hiperemiyalıdır. Bükmə və açma məhduddur.Yeriyərkən sağ aşağı ətraf üzərinə axsayır. Sağ əlin 5-ci barmağında falanqalararası oynaqları səviyyəsində bükülü vəziyyətdə fibroz ankiloz qeyd olunur. Xəstəliyin başlanma tarixi xx.xx.2000 Xəstəliyin gedişi: Xroniki Ağırlıq dərəcəsi: orta ağır M19.1 – Digər oynaqların posttravmatik artrozu

Diaqnoz XBT 10 Xəstəliyin adı Səbəb kodu Əsas diaqnoz S82.6 Bayır (lateral) topuğun sınığı, Sağ bayır Hərbi xidmət vəzifələrini topuğun travmadan sonrakı bitişmiş (xidməti vəzifələri) yerinə sınığı yetirməklə əlaqədar Ağırlaşma R52.2 Daimi ağrı Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar Ağırlaşma R26.2 Başqa rubrikalarda təsnif olunmayan Hərbi xidmət vəzifələrini yeriş çətinləşməsi. Sağ aşağı ətrafda (xidməti vəzifələri) yerinə funksiya və yeriş pozulması yetirməklə əlaqədar Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sağ aşıq-baldır Hərbi xidmət vəzifələrini oynağının açıcı-bükücü (xidməti vəzifələri) yerinə Kontrakturası (açma=100 yetirməklə əlaqədar dərəcə,bükmə=80 dərəcə),

Digər sinovit və tenosinovitlər, Sağ aşıq- Hərbi xidmət vəzifələrini Ağırlaşma M65.8 baldır oynağının tez-tez kəskinləşən (xidməti vəzifələri) yerinə xroniki sinoviti yetirməklə əlaqədar Barmaq(-ların) deformasiyaları, Sağ Hərbi xidmət vəzifələrini Yanaşı M20.0 pəncənin 2-5-ci barmaqlarının (xidməti vəzifələri) yerinə xəstəliklər çəkicəbənzər deformasiyaları yetirməklə əlaqədar Oynağın ankilozu, Sağ əlin V barmağının Hərbi xidmət vəzifələrini distal falanqalararası oynağının kəsilmiş (xidməti vəzifələri) yerinə Ağırlaşma M24.6 yaradan sonrakı fibroz ankilozu yetirməklə əlaqədar (bükmə=15dərəcə)

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 13.3. Artrоzlаr M15-M19 Qiymətləndirmə baş barmaq daxil olmaqla, iki barmağın olmaması və ya funksional 13.3.15. 40 müddətsiz yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası) baş barmaq daxil olmaqla, üç barmağın olmaması və ya əlin tutma 13.3.16. 50 müddətsiz funksiyasının pozulmasına səbəb olan qüsurlu vəziyyətlər bir əldə ardıcıl üç barmağın olmaması 13.3.17. və ya funksional yararsız vəziyyətdə 40 müddətsiz ankilozu (kəskin kontrakturası) baş barmaq daxil olmaqla, dörd barmağın olmaması və ya funksional 13.3.18. 50 müddətsiz yararsız vəziyyətdə ankilozu (kəskin kontrakturası)

sinir və sümük-əzələ sisteminə aid 6.1.10. R25-R29 olan simptomlar və nişanələr Qiymətləndirmə başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim 6.1.10.1. pozuntusu, piramid çatışmazlıq 35-60 1 il əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın 6.1.10.2. əhəmiyyətli pozuntusu, piramid 65-80 2 il çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları 26.Odur ki, iddiaçının qeyd edilən əlillik təyin edən xəstəlikdən falanqalararası oynaqları səviyyəsində bükülü vəziyyətdə fibroz ankilozdan əziyyət çəkməsi tibbi göndərişlə (forma 88) təsdiqini tapmış, həmin tibbi göndəriş həkim müayinəsinə əsaslanmışdır. İddiaçı qeyd edilən xəstəliklə bağlı illər ərzində (2000-2022) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisəsində müayinə və müalicələrdə olmuş, həmin müayinənin nəticəsi təsdiqlənmişdir. 27.Məhkəmə qeyd edir ki, təqdim edilən müayinə sənədlərinə əsasən qeyd edilən xəstəliklə bağlı illər ərzində (2000-2022) mütəmadi olaraq ixtisaslaşmış səhiyyə müəssisədə (DİNnin Respublika Hospitalı) müayinə və müalicələrdə olmasına və həmin xəstəlik qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları”na əlilliyin təyin olunmasına əsas verməsinə baxmayaraq, əlilliyin təyin olunmaması (diaqnozun əlillik təyin etməməsi barədə qərarı) iddiaçının qanunla qorunan hüquqlarını pozmuş və işin konkret halı nəzərə alınmaqla iddiaçının vəziyyətinə mütənasib olmamışdır. 28.Digər tərəfdən İddiaçı orqanizmin funksiyalarının pozulmasının müddətsiz təyin edilməsini tələb etmişdir. 29.Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əlillik təyin edən diaqnozları və xəstələlikləri (M15-M19 Artrоzlаr) Qaydaların 13.3-cü bəndinə əsasən sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsini müddətsiz olaraq müəyyən edir. 30.Məhkəmə eyni zamanda nəzərə alır ki, iddiaçıda “Əlilliyin müəyyən olunması meyarları”na əsasən əlillik təyin edən bir neçə xəstəliyin ağırlaşması (M15-M19) öz təsdiqini tapmışdır. Lakin iddiaçıda aşkar olunan ağırlaşmaların yuxarıda qeyd edilən konkret hansı bəndlərə uyğun gəldiyini müəyyən etmək inzibati məhkəmə araşdırması çərçivəsində mümkün hesab edilmir (Xəstəliklərin meyarların 5.3.1, 13.3 və 13.4-cü bəndlərinə uyğun gəldiyi müəyyən edilsə belə). Belə ki, iddiaçı digər xəstəliyin əsas diaqnozu “Bayır (lateral) topuğun sınığı, Sağ bayır topuğun travmadan sonrakı bitişmiş sınığı” olan (S82.6) diaqnozunun ağırlaşması olan əlillik təyin edən “Başqa rubrikalarda təsnif olunmayan yeriş çətinləşməsi. Sağ aşağı ətrafda funksiya və yeriş pozulması” (R26.2) diaqnozundan da əziyyət çəkir. Belə olan təqdirdə, məhkəmə konkret halda müvafiq meyarlara əsasən iddiaçının sağlamlıq imkanlarının pozulmasının faiz dərəcəsinin cavabdehin qiymətləndirmə sərbəstliyinə əsasən müəyyən edilməli olduğu qənaətindədir. 31.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasından: 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 32.“Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydasından: 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 33.Göründüyü kimi iddiaçıya münasibətdə göndəriş xx.xx.2025-ci il tarixli müvafiq dərəcə əlillik təyinatı məhz göndərişin verildiyi tarixdən aparılmalıdır. 34.Odur ki, cavabdeh iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Belə ki, İPM-in 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

35. Cavabdeh bildirir ki, diaqnoz əsasında şəxsin əlil olub-olmamasınıın (əlillik dərəcəsinin) müəyyən edilməsi cavabdehin diskresion səlahiyyətidir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz.

36. Bununla bağlı məhkəmə qeyd edir ki, əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələrinin qiymətləndirilməsi, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyət kimi nəzərdə tutulmuşdur.

37. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilmiş hər iki halda, yəni həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.

38. Belə yanaşma bu qərarın yuxarıda istinad olunan normaların mahiyyətindən və kompleks təfsirindən irəli gəlir. Belə ki, həmin normalara görə, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir (sağlamlıq vəziyyətinin qiymətləndirilməsi mərhələsi). Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir (əlilliyin təyini mərhələsi).

39. Bu mənada cavabdehin diskresion səlahiyyətə malik olması ilə bağlı dəlilləri də əsassız sayılmalı və onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.

40. Həmçinin qeyd edilməlidir ki, məcburetmə haqqında iddialar üzrə məhkəmə inzibati orqanın əvəzinə qərar qəbul etmir, əksinə inzibati orqanın üzərinə belə qərarın qəbul edilməsinə dair öhdəlik qoyur və bu yanaşma hakimiyyətlər bölgüsü prinsipinə əsaslanır.

41. Beləliklə, mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh iddiaçının xeyrinə olan və onun üçün əlverişli inzibati aktın qəbulunu şərtləndirən halları nəzərə almamış və nəticədə iddiaçının hüquqlarının əsassız məhdudlaşdırılmasına səbəb olan qərar qəbul etmişdir.

42. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

43. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

44. Odur ki, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə xx.xx.2025-ci il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır.

45. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı orqanizmin funskiyalarının pozulmasının faiz dərəcəsinin cavabdeh tərəfindən müəyyənləşdirilməklə xx.xx.2025-ci il tarixdən müddətsiz təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar