Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3008/2023 23.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergi borcunun və faizlərin şəxsi hesab vərəqəsindən silinməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı QSC-nin (VÖEN:610043040şəxsi hesab vərəqəsinə xx.xx.2022-ci il tarixdə yazılmış əməliyyatın adı “Əlavə dəyər vergisi” göstərilməklə 204.000,00 (iki yüz dörd min) manat vergi məbləği, eyni tarixdə əməliyyatın adı “Mənfəət vergisi” olmaqla 258.000,00 (iki yüz əlli səkkiz min) manat məbləğində vergi məbləği olmaqla, ümumilikdə 462.000,00 (dörd yüz altmış iki min) məbləğin, həmçinin ona hesablanmış faizlərin şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin (VÖEN:**********) şəxsi hesab vərəqəsi göstəricilərinə əsasən müəyyən olunur ki, verg orqanı tərəfindən xx.xx.2022-ci il tarixdə əməliyyatın adı “Əlavə dəyər vergisi” göstərilməklə 204.000,00 (iki yüz dörd min) manat vergi məbləği, eyni tarixdə əməliyyatın adı “Mənfəət vergisi” olmaqla 258.000,00 (iki yüz əlli səkkiz min) manat məbləğində əlavə vergi məbləği, ümumilikdə 462.000,00 (dörd yüz altmış iki min) manat məbləğində vergi hesablanmışdır. Lakin qeyd olunan hesablamanı apararkən cavabdeh bütün maddi və prosessual hüquq normalarını pozmuş, hesablamanı tamamilə qanunazidd şəkildə və mövcud inzibati praktikaya zidd şəkildə həyata keçirmişdir. Cavabdeh tərəfindən inzibati akt qəbul edilmədən, ümumiyyətlə aparılan hesablamanın hansı əsaslar üzrə yaranması barədə öncədən hər hansı uyğunsuzluq məktubu göndərmədən birbaşa cəmiyyətin şəxsi hesab vərəqəsinə müdaxilə olunmuşdur.
3. Cavabdeh orqan məhkəməyə etiraz (dəftərxana vasitəsilə) təqdim edərək bildirmişdir ki, vergi ödəyicisi tərəfindən riskli vergi ödəyiciləri ilə aparılmış əməliyyata görə 2019-cu il üçün təqdim olunmuş mənfəət vergisi bəyannaməsi üzrə 225800 manat mənfəət vergisi məbləği və həmin ilin dekabr ayı üçün təqdim olunmuş ƏDV bəyannaməsi üzrə 204.000 manat ƏDV məbləği xx.xx.2021-ci il tarixdə təqdim olunmuş zəmanət məktubunda qeyd olunan məlumatlara əsasən, vergi ödəyicisinin şəxsi vərəqəsinə işlənilmişdir. Mənfəət vergisi üzrə 32.200 manat (258.000-225.800) xx.xx.2022-ci il tarixdə şəxsi hesab vərəqəsindən azaldılmışdır. Vergi ödəyicisinin rəhbəri Baş İdarəyə ünvanladığı həmin zəmanət məktubunda məktuba əlavə olunmuş siyahı üzrə aparılmış riskli əməliyyatlar üzrə əldə olunmuş elektron qaiməfakturalar üzrə aparılmış əvəzləşmələrin həmin aylar üçün təqdim olunmuş ƏDV bəyannamələrində nəzərə almamağa və 2019-cu il üçün təqdim olunmuş mənfəət vergisi bəyannaməsindən 1129158,2 manat məbləğin xərc maddələrindən çıxarmağa və qeyd olunan qaimələrin əvəzləşmələrə və xərc maddələrinə aid etməyəcəyinə zəmanət vermişdir. Buna baxmayaraq, xx.xx.2022-ci ildə iddiaçı vergi orqanına müraciət edərək, İddiaçı QSC-nin şəxsi hesab vərəqəsinə xx.xx.2022-ci il tarixdə əməliyyatın adı “Əlavə dəyər vergisi" göstərilməklə yazılmış 204.000,00 manat vergi məbləği, eyni tarixdə əməliyyatın adı "Mənfəət vergisi” olmaqla yazılmış 258.000,00 manat vergi məbləği olmaqla, ümumilikdə, 462.000 manat məbləğin silinməsini xahiş etmişdir. Vergi ödəyicisinə cavab olaraq bildirilmişdir ki, onun fəaliyyəti üzrə aparılmış araşdırma zamanı ƏDV-siz dəyəri 1129158,18 manat dəyərində riskli elektron qaimə fakturalar əldə etdiyi və Vergi Məcəlləsiriin 175.11-ci maddəsinin tələbləri pozulmaqla, həmin qaimələrin 2019-cu ilin dekabr ayı ƏDV bəyannaməsində əvəzləşməyə salındığı, həmçinin 2019-cu ilin mənfəət vergisi bəyannaməsində xərc maddəsi kimi bəyan edildiyi müəyyən edilmişdir. Əlavə olaraq, vergi ödəyicisinin şəxsi hesab vərəqəsində hesablanmış vergi məbləğlərinin xx.xx.2021-ci İl tarixdə təqdim olunmuş zəmanət məktubunda qeyd olunan məlumatlara əsasən hesablandığı müəyyən edilmişdir. Müraciətin nəzərə alınması məqsədi ilə yuxarıda qeyd olunan kənarlaşmalar əsas götürülməklə riskli e-qaimələrin 2019-cu İlin dekabr ayı ƏDV bəyannaməsində əvəzləşmədən çıxarılması və 2019-cu ilin Mənfəət vergisi bəyannaməsində xərc maddəsindən çıxarılması tələb olunsa da, vergi ödəyicisi tərəfindən bununla bağlı hər hansı tədbir görülməmişdir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. Həmin Məcəllənin 94.0.-cı maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi vergi Ödəyicisinin üzərinə düşür. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
4. İddiaçı məhkəməyə ərizə ilə (elektron məhkəmə sistemi vasitəsilə) məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin baxılmadan geri götürülməsini xahiş etmişdir.
5. Cavabdehin nümayəndəsi iddia ərizəsinin geri götürülməsinə etiraz etmir.
II. İddianın geri götürülmüş sayılması
6. Məhkəmə qeyd edir ki, inzibati icraat qaydasında iddiaçının müraciəti əsasında iddia ərizəsinin iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair birbaşa norma olmasa da, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsi halını müəyyən edir.
7. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
8. Qanunun analogiya üzrə tətbiqi zamanı hüquq münasibətləri arasında əhəmiyyətli oxşarlıq olmalıdır. Məhz bu cür əhəmiyyətli oxşarlıq (eynicinslik) həmin münasibətlərdən birini tənzimləyən hüquq normasının analogiya üzrə digər münasibətlərə də tətbiqini mümkün edir. Buna görə, oxşar hüquq norması eyni hüquq institutunda, hüquq yarımsahəsində və sahəsində axtarılmalıdır (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı).
9. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir, iddia ərizəsinin baxılmamış saxlanılması və ya geri qaytarılmasına dair müraciət isə iddiaçının məhkəmə icraatından yayınmasının aktiv forması olmaqla iddiaçının iddiaya həmin ana prosessual marağının olmamasını ifadə edir. Odur ki, oxşar münasibət olduğundan həmin norma analogiya qaydasında tətbiq edilə bilər.
11. Bu səbəbdən məhkəmə hesab edir ki, oxşar münasibət İPM-lə tənzimlədiyindən Mülki Prosessual Məcəllənin iddianın baxılmamış saxlanmasına dair institutu tətbiq edilməməlidir. Belə ki, prorsessual qanunvericiliyin analogiyası ya normanın özündə göstərilmiş olduqda, ya da prosessual qanunvericilikdə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda tətbiq edilə bilər. Mülki Prosessual Məcəllənin 259-cu maddəsində nəzərdə tutulmuş iddianın baxılmamış saxlanmasına dair əsaslar inzibati icraatda bir qayda olaraq iddianın qeyri-mümkünlüyü üçün əsaslardır. İddia ərizəsinin qaytarılması MPM-in 152-ci maddəsi ilə tənzimlənir. İnzibati prosesdə isə həmin formal xətalar olduğu təqdirdə məhkəmə İPM-in 13-cü maddəsinə əsasən, hüquqi yardım göstərərək onların aradan qaldırılmasına kömək etməlidir. Belə ki, İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bu o deməkdir ki, iddia ərizəsinin qaytarılması və bu əsasla iddianın baxılmamış saxlanması inzibati icraat üzrə prosesə ziddir.
M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarından
12. ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X3 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
13. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
14. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
15. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
16. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
17. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
18. Konstitusiya məhkəməsinin plenumunun qeyd edilən qərarına əsasən ifadə edilən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edilməsini müəyyən etdiyindən iddiaçının iddia ərizəsinin geri qaytarılmasına (bu əsasla baxılmamış saxlanmasına) və ya iddianın baxılmamış saxlanmasına dair müraciəti olduqda İPM-in 55.5-ci maddəsinə istinad etmədən məhkəmə tərəfindən məhz qeyd edilən məhkəmə aktı qəbul edilməlidir.
19. Məhkəmə hesab edir ki, iddiaçının iddiaya münasibətdə artıq prosessual marağı olmadığından prosessual qənaət prinsipindən çıxış edərək iddianın əsaslılığını yoxlamaq zərurəti mövcud deyildir.
20. İddianın geri götürülmüş sayılması barədə qərardadın qəbul edilməsi ilə məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmış olur. Həmin hüquq mütləq hüquq olmadığından (yəni məhdudlaşdırıla bilər) qərardadın (məhdudlaşdırmanın) legitim məqsəd daşıması və ağlabatan mütənasiblik əlaqəsinin mövcudluğu aydınlaşdırılmalıdır. Həmin mütənasiblik əlaqəsi qəbul edilən məhkəmə aktından şikayət verilməsi və yenidən iddia qaldırmaq imkanının mümkünlüyündə ifadə olunur. Hazırki iş üzrə icraata xitam verilmədiyindən (iddiaçı məhkəmədən yayınmadığı üçün iddiadan imtina etmiş sayılmır) iddiaçının yenidən iddia qaldırma imkanı istisna edilmir.
21. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddia geri götürülmüş sayılsın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva