Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3009/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödənilmiş məbləğin geri qaytarılması barədə rəyin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsiə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 110510.79 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, fərdi sahibkarın xx.xx.2022-ci il tarixə vergilər üzrə 110510.79 manat artıq ödəməsi mövcuddur. Qeyd edilən artıq ödəmənin qaytarılması barədə rəy verilməsi üçün cavabdeh vergi orqanına xx.xx.2022-ci il tarixli ərizə ilə müraciət edilsə də, cavabdeh vergi orqanı qeyd olunan artıq ödəmənin qaytarılması üçün rəy verməkdən imtina edir. İddiaçı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə xx.xx.2022ci il tarixli ərizə ilə cavabdeh vergi orqanına müraciət etməsinə və müraciətin üzərindən qanunla müəyyən edilmiş 4 aylıq müddətin ötməsinə baxmayaraq, sonuncu Vergi Məcəlləsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının tələblərini pozaraq qanunla müəyyən edilmiş rəyi bügunki tarixədək tərtib etməmişdir. Beləliklə, iddiaçının şəxsi hesab vərəqəsində mövcud olan 110510.79 manat artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə rəyin verilməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmalıdır. İddia ərizəsinə əlavəyə əsasən, İddiaçı şəxsi hesab vərəqəsindən görünür ki, fərdi sahibkarın xx.xx.2022-ci il tarixə vergilər üzrə 110,510.79 manat artıq ödəməsi mövcuddur. Artıq ödənilmiş vergi məbləğinin yaranma tarixi ilə bağlı bildirir ki, fərdi sahibkarın şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdə 60,937.47 manat artıq ödəməsi olmuşdur. Lakin daha sonra fərdi sahibkarda həyata keçirilmiş səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********194822 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən 1,388,856.50 manat əlavə vergi məbləği və 694,508.25 manat maliyyə sanksiyası hesablanmış və həmin qərarın şəxsi hesab vərəqəsinə işlənməsi nəticəsində fərdi sahibkarın xx.xx.2019-cu il tarixə 2,022,427.28 manat vergi borcu yaranmışdır. Qeyd olunan xx.xx.2019-cu il tarixli məsuliyyətə cəlb etmə haqqında qərar Bakı İnzibati Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli 2-1(112)- 2400/2020 nömrəli qərarına əsasən ləğv edilmiş və hesablanmış əlavə vergi məbləği xx.xx.2021-ci il tarixdə silindikdən sonra fərdi sahibkarın şəxsi hesab vərəqəsində 101,482.19 manat artıq vergi ödəməsi yaranmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə 2020-ci ilin gəlir vergisi üzrə hesablanmış 9,028.60 manat vergi məbləği silindikdən sonra şəxsi hesab vərəqəsində həmin tarixə 110,510.79 manat artıq vergi ödəməsi yaranmışdır. Göründüyü kimi, hazırda məhkəmə qaydasında mübahisələndirilən 110,510,79 manat artıq vergi ödəməsi fərdi sahibkarın şəxsi hesab vərəqəsində xx.xx.2021-ci il tarixdən sonra yaranmışdır. Artıq ödənilmiş vergi məbləğinin tərkibi ilə bağlı isə bildirir ki, qeyd olunan artıq ödəmə məhz xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək ödənilmiş məbləğlərdən təşkil olunur. Beləliklə, əlavə olunan cədvəldən və şəxsi hesab vərəqəsindən də göründüyü kimi fərdi sahibkarın hazırda şəxsi hesab vərəqəsində 110,510.79 manat artıq ödəməsi var, həmin artıq ödəmə şəxsi hesab vərəqəsində xx.xx.2021-ci il tarixdə yaranmış və tərkibi də xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həyata keçirilmiş ödənişlərdən təşkil olunur. Lakin buna baxmayaraq cavabdeh vergi orqanı artıq ödəmənin qaytarılması barədə rəyin verilməsindən qanunsuz olaraq imtina etmişdir. Bunlara əsasən iddiaçı şəxsi hesab vərəqəsində mövcud olan vergilər üzrə 110,510.79 manat artıq ödəmənin qaytarılması barədə rəyin verilməsi öhdəliyinin cavabdeh vergi orqanının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********235800 nömrəli etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı vergi orqanına artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi orqanına xx.xx.2022-ci il tarixində müraciət etmiş, həmin müraciət xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə ərizənin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmanın aparılması barədə məlumat verilmişdir, iddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə hər hansı cavab verilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında idd a n mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarına əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında göstərilir: məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Əlavə olaraq bildirilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixli artıq ödəmə məbləği ilə əlaqədar müraciətə baxılmasının nəticəsi olan xx.xx.2022-ci il tarixli **********566800 nömrəli cavab məktubunda iddiaçı tərəfindən təqdim olunmuş 2019-cu il üzrə gəlir vergisi bəyənnaməsində ümumi gəlirlər 1537195,76 manat, 2020-ci il üzrə gəlir vergisi bəyənnaməsində ümumi gəlirlər 38286,60 manat təşkil etməsinə baxmayaraq, təqdim edilmiş ƏDV bəyənnamələrində ümumi dövriyyə 2019-cu il üzrə 1385027,23 manat, 2020ci il üzrə 0,0 manat göstərilməsi dövriyyənin yayındırılması riskini yaradığı bildirilməklə yanaşı, həmçinin təqdim edilmiş e-VHF əsasında 2019-cu ildə 2641,21 ton (1167148,0 manatlıq) metal külçənin və 57,73 ton (51200,0 manatlıq) hazır məhsulun alındığı və həmin dövrdə 1751,67 ton (1385027,21 manatlıq) məhsulun e-VHF ilə satıldığı müəyyən edilmişdir. Nağd satılmış 160 ton mal və 2019-cu ilin əvvəlinə olan 48 ton mal qalığı nəzərə alınmaqla 2019-cu ilin sonuna 835,27 ton və ya 368235,0 manatlıq metal külçə qalığının olması bildirilmişdir. Baza məlumatlarında aktiv təsərrüfat subyektinin (obyektinin) olmaması, qeyd edilən mal qalığının təqdim edilərək dövriyyə göstərilməməklə vergidən yayındırılması riskini formalaşdırır. Yuxarıda qeyd olunanalarla əlaqədar olaraq aşağıdakı sənədlərin təqdim olunması iddiaçıdan tələb olunmuşdur. Sənədlər: 1. Müvafiq hesabat dövrü üçün könüllü bəyanetmə və ya cari (dəqiqləşmiş) bəyənnamələr; 2. Ətraflı izahat məktubu; 3. Araşdırmaya təqdim edilməsi üçün (aktivlərin açıqlaması və təsdiqedici sənədləri, bank çıxarışlarınız, alınmış və satılmış malların hərəkət cədvəli) zəruri hesab etdiyiniz digər sənədlər. 4. Malların saxlanc yerləri barədə sənədlər (müqavilələr, anbar uçot sənədləri, fotoşəkillər). Lakin yuxarıda qeyd olunan sənədlər iddiaçı tərəfindən vergi orqanına təqdim edilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən İddiaçıun iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin, cavabdeh iddiaya etiraza əlavə təqdim etmiş və əlavədə bildirilmişdir ki, İddiaçı Rəşad oğlu barəsində xx.xx.2019-cu ildə sonuncu səyyar vergi yolaması başlamış və 2017-ci ilin yanvar ayından 2018-ci ilin dekabr ayınadək olan dövrü əhatə etmişdir. xx.xx.2019-cu il tarixdə səyyar vergi yoxlaması ilə bağlı akt tərtib olunmuşdur. xx.xx.2021ci il tarixdə zərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən səyyar vergi yoxlamasının ləğv edilməsi nəticəsində vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 133607, 97 manat azalma yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2009-cu il tarixdə VÖEN ********** qeydiyyat nömrəsi ilə vergi ödəyicisi qismində uçota alınmışdır. Çap tarixi xx.xx.2022-ci il tarixə olan iddiaçıya aid şəxsi hesab vərəqəsinə əsasən əhatə etdiyi dövr xx.xx.2021-xx.xx.2022-ci il, hesablanan məbləğ 3.434,94 manat, azaldılan məbləğ 2.092.393,35 manat, çap tarixinə saldo 110.510,79 manat və cəmi ödənilməli borc 0,00 manatdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixə tərtib edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəyə əsasən artıq ödəmənin adı əlavə dəyər vergisi, artıq ödəmənin ödənilmə tarixi xx.xx.2020-ci il, artıq ödəmənin yaranma səbəbi xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək edilmiş ümumilikdə 115651,68 manat artıq ödəniş, artıq ödəmənin məbləği 110.510,79 manat. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli müraciətə cavab məktubunda bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması" Qaydaları ilə tənzimlənir. Qeyd edək ki, Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Aparılmış araşdırma zamanı, tərəfinizdən təqdim olunmuş 2019-cu il üzrə gəlir vergisi bəyannaməsində ümumi gəlirlər 1537195,76 manat, 2020-ci il üzrə gəlir vergisi bəyannaməsində ümumi gəlirlər 38286,60 manat təşkil etməsinə baxmayaraq, təqdim edilmiş ƏDV bəyannamələrində ümumi dövriyyə 2019-cu il üzrə 1385027,23 manat, 2020-ci il üzrə 0,0 manat göstərilməsi dövriyyənin yayındırılması riskini yaratmışdır. Həmçinin, təqdim etdiyiniz e-VHF əsasında 2019-cu ildə 2641,21 ton (1167148,0 manatlıq) metal külçənin və 57,73 ton (51200,0 manatlıq) hazır məhsulun alındığı və həmin dövrdə 1751,67 ton (1385027,21 manatlıq) məhsulun e-VHF ilə satıldığı müəyyən edilmişdir. Nağd satılmış 160 ton mal və 2019-cu ilin əvvəlinə olan 48 ton mal qalığı nəzərə alınmaqla 2019-cu ilin sonuna 835,27 ton və ya 368235,0 manatlıq metal külçə qalığınızın olması ehtimal olunur. Baza məlumatlarında aktiv təsərrüfat subyektinizin (obyektinizin) olmaması, qeyd edilən mai qalığının təqdim edilərək dövriyyə göstərilməməklə vergidən yayındırılması riskini formalaşdırır. Yuxarıda qeyd olunanlarla əlaqədar olaraq aşağıdakı sənədlərin təqdim olunması tələb olunur. Sənədlər: 1.Müvafiq hesabat dövrü üçün könüllü bəyanetmə və ya cari (dəqiqləşmiş) bəyannamələr; 2.Ətraflı izahat məktubu; 3.Araşdırmaya təqdim edilməsi üçün (aktivlərin açıqlaması və təsdiqedici sənədləri, bank çıxarışlarınız, alınmış və satılmış malların hərəkət cədvəli) zəruri hesab etdiyiniz digər sənədlər. 4.Malların saxlanc yerləri barədə sənədlər (müqavilələr, anbar uçot sənədləri, fotoşəkillər). Bildiririk ki, Vergi Məcəlləsinin 38.3.1-ci və 38.3.5-ci maddələri əsas götürülməklə vergi orqanı tərəfindən növbədən kənar səyyar vergi yoxlaması təyin edilə bilər. Nəticədə yayınma məbləğləri aşkarlanarsa, həmin məbləğlərin 50 faizi həcmində maliyyə sanksiyaları tətbiq edilə bilər. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanladığı müraciətə cavab məktubunda bildirilmişdir ki, artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin müddəalarına və Azərbaycan Respublikası Naziriər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydaları ilə tənzimlənir. Vergi Məcəlləsinin 38.3.4cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. Qeyd edilənlərə əsasən, artıq ödənilmiş vergi məbləğinin geri qaytarılması barədə daxil olmuş müraciətləriniz hal-hazırda araşdırılır və nəticəsi barədə Sizə əlavə məlumat veriləcəkdir. Vergi qanunvericiliyi və inzibatçılığı, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı əlavə məlumat almaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytına (www.taxes.gov.az), Çağrı Mərkəzinə (195) və ya əvvəlcədən onlayn növbəyə yazılmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, **********7697500 nömrəli məktubunda bildirilmişdir ki, Məhkəmə tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış sorğu ilə bağlı bildiririk ki, aparılmış araşdırma zamanı İddiaçı barəsində (VÖEN: **********) xx.xx.2019-cu ildə sonuncu səyyar vergi yoxlaması başlamış və 2017-ci ilin yanvar ayından 2018-ci ilin dekabr ayınadək olan dövrü əhatə etmişdir. xx.xx.2019-cu il tarixdə səyyar vergi yoxlaması ilə bağlı akt tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı Ali Məhkəməsinin qərarına əsasən səyyar vergi yoxlamasının ləğv edilməsi nəticəsində vergi ödəyicisinin şəxsi hesab vərəqəsində 133607,97 manat azalma yaranmışdır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2009-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. Hazırda şəxsi hesab vərəqəsində artıq ödəmə məbləği yaranmışdır. İddiaçı qeyd edilən məbləğin geri qaytarılması ilə bağlı cavabdeh orqana xx.xx.2022 və 28.08.202-ci il tarixlərdə müraciəti etmiş, lakin tələb etdiyi artıq ödənilmiş məbləğin geri qaytarılması təmin edilməmişdir. Hazırkı iddiasında iddiaçı xx.xx.2020-ci il tarixə 110.510,79 manat artıq ödəmə məbləğinin geri ödənilməsinə dair rəyin verilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -15.1-ci maddəsinə görə vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.4. artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək. -24.0-cı maddəsinə görə vergi orqanları: 24.0.10. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə. -85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. -87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 fevral 2001-ci il tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın: -3.1-ci bəndinə əsasən vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. -4.1-ci bəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar Vergi Məcəlləsinin 191.5-ci maddəsinə əsasən hesablanmış aksiz vergisinin icbari tibbi sığorta fonduna ödənilən hissəsi istisna olmaqla, artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.1.3-1. Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.2-ci bəndinə əsasən vergi orqanları artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.2.4. büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin sığortaedənin yazılı ərizəsinə əsasən 45 gün ərzində qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş qaydada rəy tərtib edirlər. -4.5-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün müəyyən edilmiş 45 günlük və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndində və 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş 20 günlük müddət vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının bu barədə ərizə verdiyi gündən və bu Qaydaların 4.8-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddət vergi ödəyicisinin bu barədə elektron ərizə verdiyi gündən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların xəzinə hesabından (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə müvafiq olaraq dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun və icbari tibbi sığorta fondunun xəzinə hesabından) çıxdığı günədək olan dövrü əhatə edir. -6.2-ci bəndinə görə vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.1.3-1-ci yarımbəndinin və 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə, sığortaedənə və ya sığortalıya faiz ödənilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. -15.2-ci maddəsinə görə qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. -52.1-ci maddəsinə görə səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. -52.5-ci maddəsinə görə inzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Cavabdehin hazırkı ididaya etirazının əsas dəlillərindən biri iddianın mümkünlüyü ilə bağlı olmuşdur. Belə ki, cavabdehin mövqeyinə görə iddiaçı vergi orqanına artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi orqanına bir neçə dəfə müraciət etmişdir. İddiaçının ən son müraciəti xx.xx.2022-ci il tarixində daxil olmuş, həmin müraciət xx.xx.2022-ci il tarixli məktubla cavablandırılaraq artıq ödənilmiş vergi məbləğinin qaytarılması barədə ərizənin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırmanın aparılması barədə məlumat verilmişdir, iddiaçıya artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair rəyin verilməsindən imtina barədə hər hansı cavab verilməmişdir. Məhkəmə cavabdehin qeyd edilən iddianın mümkün sayılmaması ilə bağlı dəlili ilə razılaşmır. Belə ki, qeyd edildiyi kimi iddiaçı artıq ödəmənin geri qaytarılması ilə bağlı cavabdehə xx.xx.2022-ci il tarixdən başlayaraq müraciət etmiş, sonuncu dəfə xx.xx.2022ci il tarixdə yuxarıda adıçəkilən Qaydaların tələblərinə uyğun olaraq artıq ödənilmiş verginin büdcədən qaytarılması üçün elektron formada ərizə göndərməklə cavabdehə müraciət etmişdir. Cavabdeh nə Qaydalarda göstərilən müddət, nə də “İnzibati icraat haqqında” Qanunla icraat üçün nəzərdə tutulmuş müddət çərçivəsində iddiaçının müraciətini təmin etməmişdir. Belə olan halda hesab olunur ki, cavabdehin iddiaçının müraciətlərinə verdiyi cavab məktubları müraciətin təmin edilməsindən bilavasitə imtina hesab olunur. Hazırkı iş üzrə iddiaçının şəxsi hesab vərəqəsinə əsasən 110.510,79 manat artıq ödənilmiş məbləğ xx.xx.2018-xx.xx.2020-ci il tarixədək həyata keçirilmiş ödənişlərdən ibarət olmaqla Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən 5 illik tələb etmə müddəti keçməmiş artıq ödəmələrdir. Belə ki, iddiaçının şəxsi hesab vərəqəsinə əsasən vergi ödəyicisinin xx.xx.2021-ci il tarixdə 133607,97 manat +80 manat azalması olmuş, bu zaman 101482,19 manat artq ödəməsi, xx.xx.2021-ci il tarixdə cəmi 9028,60 manat (0,01+3009.53+3009.53+3009.53) azalması olduqdan sonra 110.510,79 manat artıq ödəməsi yaranmışdır. Beləliklə, hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasından yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçı tərəfindən artıq ödənilmiş 110.510,79 manat məbləğin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı tərəfindən artıq ödənilmiş 110.510,79 manat məbləğin geri qaytarılması barədə rəyin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3009/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3009/2023
29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver