Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3024/2024 03.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X20 Ağa qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının “X2 və İstismarı Birliyi”nin Sulu-təpə ərazisindəki 223a/123a” nömrəli bağ xx.xx.2006-cı il tarixli 22489 saylı müqavilə ilə Binəqədi rayonu, Sulu-təpə ərazisində 0.06 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının "X2 və istismarı birliyinin” Sulu-təpə ərazisindəki "23a/123a” nömrəli bağ xx.xx.2006-cı il tarixli 22489 saylı müqavilə ilə "X2 və istismarı Birliyi” Binəqədi rayonu, Sulutəpə ərazisində 0.06 hektar torpaq sahəsini atası X6 istifadəsinə vermişdir. "X2 və istismarı birliyinin” xx.xx.2006-cı il tarixli, 111 nömrəli protokoluna əsasən, Sulu-təpə ərazisindəki "23a/123a” nömrəli bağ sahəsinin X4 adına rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2017-ci il tarixli T-76-112 nömrəli arxiv arayışına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 2006-cı ilə dair sərəncamlar kitabında 106 nömrəli sərəncamla "X2 və istismarı birliyinin” xx.xx.2006-cı il tarixli, 111 nömrəli protokolu təsdiq edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2023-cü il tarixli cavab məktubu daşınmaz əmlak üzərində mülkiyyət hüququmun qeydiyyata alınmasından imtina etmişdir. Həmin məktuba əsasən, qeyd edilən bağ sahəsi "xxxx" bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, texniki baxış keçirilən zaman sənəd üzrə bağ sahəsinin ölçüsü 600 kv.m qeyd edilsə də faktiki ölçüsünün 573 kv.m olduğu aşkar edilmişdir. Bu səbəbdən də həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Məsələ ilə bağlı AR Dövlət Neft Şirkətinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Həmin müraciətinə cavab olaraq AR Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, qeyd edilən torpaq sahəsi sənaye təyinatlı olduğundan, eləcə də istehsalatların və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə fiziki və ya hüquqi şəxslərin istifadəsinə verilə bilməz. Bununla bağlı qeyd etmək istəyir ki, həm cavabdehin ona çıxarış verilməsindən imtina məktubunda qeyd etdiyi “torpaq sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir” müddəası, həm də AR Dövlət Neft Şirkətinin xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərdiyi hallar həqiqətə uyğun deyildir. Belə ki, mübahisə predmeti olan bağ sahəsinin ətrafında qonşuları X10 xx.xx.2015-ci il tarixdə, X12 xx.xx.2015-ci il tarixdə, X7 isə xx.xx.2023-cü il tarixdə özlərinə məxsus torpaq sahəsi və fərdi yaşayış evi üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və hər üç qonşusuna çıxarış verilmişdir. Əgər həmin ərazi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidirsə, niyə digər şəxslərə torpağa mülkiyyət hüququna dair çıxarış verilir, mənə isə çıxarışın verilməsindən imtina edilir?. Nəticədə dövlət orqanı tərəfindən mülki dövriyyə iştirakçılarının hüquq bərabərliyi prinsipinin tələbləri kobud şəkildə pozulmuşdur. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin hüquqlarını qeydiyyata almaqdan imtinası tamamilə əsassızdır və torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
3. Sonuncu dəfə iddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə iddiaçının mərhum atası X11 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli 22489 saylı müqaviləyə əsasən Ə.Təhməzova ayrılmış Binəqədi rayonu, Sulutəpə ərazisindəki faktiki ölçüsü 573 kv.m olan “23a/123a” saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı **********6 nömrəli xx.xx.2021-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2021-ci il tarixli, **********53 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum olmuşdur ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi "xxxx" bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, texniki baxış keçirilən zaman sənəd üzrə bağ sahəsinin ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki ölçüsünün 573 kv.m olduğu aşkar olunmuşdur.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə və dəqiqləşmiş ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli **********53 nömrəli imtina məktubuna əsasən bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən bağ sahəsi "xxxx" bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, texniki baxış keçirilən zaman sənəd üzrə bağ sahəsinin ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki ölçüsünün 573 kv.m olduğu aşkar olunmuşdur.
9. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və X9-təpə ərazisindəki 23a/123a nömrəli bağın istifadəyə verilməsi haqqında 22489 nömrli 27 aprel 2006-cı il tarixli müqaviləyə əsasən Binəqədi rayonu, Sulu-təpə ərazisində, 0.06 ha torpaq sahəsi olan 23a/123a nömrəli bağ sahəsi müqavilədə göstərilən tikintilər, qurğular və ağaclarla birlikdə X6 istifadəsinə verilmişdir.
10. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli T-76-112 nömrəli arxiv arayışına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 106 nömrəli sərəncamına əsasən X2 və İstismarı Birliyinin 111 nömrəli xx.xx.2006-cı il tarixli protokol təsdiq edilmişdir. Protokola əsasən vətəndaşların rəsminotariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri adlarına sənədləşdirilmiş, Sulu-təpədəki 23a/123a nömrəli bağ X8 ayrılmışdır.
11. İddiaçının müraciətinə əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3- 21-3-30/2-T-01xx-xx/2023 **********80 nömrəli məktubla Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ünvanında yerləşən 23a/123a saylı torpaq sahəsinə dair döngə nöqtələrinin (X;Y) yazılı formada təqdim olunması barədə ********** nömrəli, xx.xx.2023cü il tarixli ərizəsinə baxılaraq torpaq sahəsinə dair döngə nöqtələrinin koordinatlarına (X;Y) yazılı formada təqdim edilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-41730/2023 **********30 nömrəli məktubla Bakı şəhəri, Binəqədi rayonu, Sulu-təpə bağ massivində yerləşən 23a,123a saylı 0.6 ha torpaq sahəsi olan bağ sahəsinə dair müvafiq sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
13. İddiaçı tərəfindən iş materiallarına qonşuluqda yerləşən bağ sahələrinə dair çıxarışların surətləri əlavə edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-716/2024 **********6 nömrəli məktubla iddiaçının iddia etdiyi bağ sahəsinin qonşuluğunda yerləşən bağ sahələrinə dair çıxarışların və həmin çıxarışların verilməsinə əsas olmuş bütün sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdən həmin bağ sahələrinin mülkiyyətçiləri ilə iddiaçının hüquqmüəyyənedici sənədlərinin eynilik təşkil etdiyi, yəni eyni hüquqi əsaslara söykəndiyi müəyyən edilmişdir.
15. Cavabdeh tərəfindən təqdim edilmiş ortofotodan da, iddiaçının iddia etdiyi bağ sahəsinin qonşuluğunda bağ sahələrinin yerləşməsi müəyyən edilmişdir.
16. 4 saylı Bakı “Asan xidmət” Mərkəzində notariat ofisi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 03 noyabr 2021-ci il tarixli 1954 nömrəli məktuba əsasən, X5 müraciəti miras qoyanla qohumluq əlaqəsini təsdiq edən sənəd (yaxud) vəsiyyətnamə mirasın açıldığı yer və vaxt barədə təqdim edilmiş sənədlər əsasında xx.xx.2018-ci ildə ölmüş X6 adına vərəsəlik işi açılmışdır.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
17. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
18. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
19. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
20. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
21. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
22. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
23. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir:
24. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. Həmin Qanunun 8.0-cı maddəsin əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; ... Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
25. İşin hallarından göründüyü kimi, iddiaçı “Sulu-Təpə ərazisindəki 23a/123a” nömrəli bağın istifadəyə verilməsi haqqında” 22489 nömrəli 27 aprel 2006-cı il tarixli müqaviləyə əsasən mərhum ərinə ayrılmış Ləhiş bağ massivində yerləşən 0,25 ha bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması barədə ilk öncə cavabdehə sonra isə məhkəməyə müraciət etmişdir.
26. Cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsi ayrılması barədə müvafiq müqavilə mübahisələndirilməmişdir.
27. Cavabdehin iddiaçının iddia etdiyi bağ sahəsinə dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinasının əsaslarında elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin "xxxx" bağçılıq-yoldaşlığın ayrıc aktından kənarda, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşir. Həmçinin, texniki baxış keçirilən zaman sənəd üzrə bağ sahəsinin ölçüsü 600 kv.m qeyd edilsə də, faktiki ölçüsünün 573 kv.m olduğu aşkar olunması göstərilmişdir.
28. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçının mərhum atasının "xxxx" bağçılıq-yoldaşlığın üzvü olması müəyyən edilməmiş, onun mərhum atası X8 bağ sahəsi Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 106 nömrəli sərəncamı ilə təsdiq edilmiş 111 nömrəli xx.xx.2006-cı il tarixli protokol əsasında ayrılmışdır və həmin bağ sahəsinə dair onunla 22489 saylı 27 aprel 2006-cı il tarixli bağın istifadəyə verilməsi haqqında müqavilə bağlanmışdır.
29. Məhkəmə eləcə də, qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsinin əsaslarında bağ sahəsinin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşməsinə istinad edilsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının iddia etdiyi qonşuluğunda yerləşən bağ sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə fərqli hüquqi mövqeyinin sərgilənməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbləri baxımından bərabərlik hüququnun pozulması kimi qiymətləndirilməlidir.
30. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir.
31. Cavabdehin imtinasının digər əsası bağ sahəsinin ölçüsünün 600 kv.m qeyd edilməsinə baxmayaraq, faktiki ölçüsünün 573 kv.m təşkil etməsi olmuşdur ki, iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilərək torpaq sahəsi üzərində hüquqların 573 kv.m ölçüdə hissəyə uyğun qeydə alınması xahiş edilmişdir. Belə olan təqdirdə, cavabdehin həmin dəlilinə münasibət bildirilməsinə zərurət qalmamışdır.
32. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.7-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının mərhum atasının adına sözügedən bağ sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsaslar olmuşdur.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn olmuş şəxsə məxsus olması haqqındaarayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir.
34. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7-ci bölməsinin (Hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə arayışın verilməsi) müddəalarına əsasən, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına tərtib edilmiş çıxarış verilir (7.1). Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, onlara bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış verilir (7.2). Bu Təlimatın 7.1-ci və 7.2-ci bəndlərində göstərilən qaydada çıxarış verildikdə, notariat kontorunda vərəsəliyin rəsmiləşdirilməsi üçün bu Təlimatın 1-3 nömrəli əlavələrinə uyğun olaraq tərtib edilmiş arayış tələb olunmur (7.3).
35. Məhkəmə hesab edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin ikinci cümləsində hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilməsi nəzərdə tutulduğundan, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatdan daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt olduğundan hazırki mübahisə də, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 22.2-ci maddəsinin müddəaları tətbiq edilməklə iddia tələbi təmin edilməli və İddiaçı vərəsəsi X8 bağ sahəsinə dair hüququn ölmüş şəxsə məxsus olması haqqında arayış verilməlidir.
36. Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır.
37. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
38. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
40. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
41. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
42. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. Bakı şəhər İcra Hakimiyyəti Başçısı X1 İnkişafı və İstismarı Birliyi ilə iddiaçının mərhum atası X11 arasında bağlanılmış xx.xx.2006-cı il tarixli 22489 saylı müqaviləyə əsasən Ə.Təhməzova ayrılmış Binəqədi rayonu, Sulutəpə ərazisindəki faktiki ölçüsü 573 kv.m olan “23a/123a” saylı bağ sahəsinə dair hüququn ölmüş şəxsə (X8) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva