Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3027/2025 06.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “şəhid statusunun verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 18 noyabr N-ci ildə vəzifə borcunu yerinə yetirərkən N saylı hərbi hissədə qəzada həlak olan X6 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının həyat yoldaşı X8 25 aprel 1965-ci ildə Ağstafa rayonu Köhnəqışlağ kəndində anadan olub. 1993-cü ilin mart ayından N saylı hərbi hissədə kiçik leytenant rütbəsində çalışıb. Mərhum həyat yoldaşı, kiçik leytenant X8 16 noyabr N-ci ildə N saylı hərbi hissədə döyüş şəraitində xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı ağır yaralanmış və hərbi hospitalda vəfat etmişdir. İddiaçının mərhum həyat yoldaşının öz xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı zədələnməsini və sonradan 056 nömrəli hərbi hospitalda vəfat etməsini N nömrəli hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarış da sübut edir. 14 May 2024cü il tarixində cavabdeh inzibati orqana müraciət edərək mərhum həyat yoldaşının şəhid hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ancaq inzibati orqan indiyə kimi ona cavab verməyib. İddiaçı hesab edir ki, bu hal əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin inzibati aktını almadan, ona imtina olunmadığı halda, həmin inzibati orqanı cavabdeh qismində cəlb edərək məhkəməyə müraciət etmişdir. İddiaçının mərhum həyat yoldaşı X5 şəhid statusu 2007-ci ildə ləğv olunmuşdur (Yasamal rayon Hərbi Komissarlığının xx.xx.2007-ci il tarixli məktubu) (iş nömrə 2-1(112)-12337/2022, hakim Nəriman Abıyev), Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (xx.xx.2007-ci il tarixli məktubuna) məktubuna əsasən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları”nın müddəalarının pozulması halları ilə bağlı araşdırma aparılıb və hərbi qulluqçularln sənədlərin vermədiyi hallarda müavinətlərin dayandırılması barədə müraciət olunub. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həmçinin keçmiş komissarlıqların əsasında yaradılmış Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq idarələri ayrı qurumlardır. Odur ki, bu səbəbdən onların səlahiyyətlərinə aid məsələlərlə bağlı Müdafiə Nazirliyi cavabdeh ola bilməz. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.N-ci il tarixdə “ağır açıq kəllə beyin” travması nəticəsində vəfat etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N-ci il tarixli, 0169 №-li əmrində xx.xx.Nci il tarixdən xx.xx.N-ci il tarixədək N №-li hərbi hissənin döyüş əməliyyatlarında iştirak etmiş hesab edilməsi barədə məlumat yoxdur. N №-li hərbi hissə komandirinin N nömrəli xx.xx.1993-cü il tarixli əmrinə əsasən X8 1-ci tabora keçirilmişdir. N №-li hərbi hissə komandirinin N nömrəli xx.xx.1993-cü il tarixli əmrinə əsasən xx.xx.1993-cü il tarixdə Kəlbəcər bölgəsinə göndərilmiş zabit, serjant və əsgər heyəti (X8 daxil olmaqla) aprel ayı – 30 gün döyüş pulu ödənilmişdir. N №-li hərbi hissə komandirinin N nömrəli xx.xx.N-ci il tarixli əmrinə əsasən 4-cü MAT-ın tağ.koman. k/ı-t X8 ərzaq təminatından azad edilmişdir. N №-li hərbi hissə komandirinin N nömrəli xx.xx.N-ci il tarixli əmrinə əsasən Nərimanov RHK-da hərbi qeydiyyatda olan 4-cü MAT-ın İİİ bölüyünün İ tağımının komandiri kiçik leytenant X8 xx.xx.N-ci il tarixdə öz xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı zədələndiyinə görə N №-li hərbi hospitala göndərilmiş və hərbi hospitalda həlak olduğu üçün hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, bütün növ təminatlarından azad edilmişdir. MN Hüquq İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, N nömrəli hərbi hissə komandirinin N nömrəli 13 noyabr N-ci il tarixli nizami hissə üzrə əmrindən çıxarışdan, mərhum E.Abbasovun xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı zədələndiyinə görə 056 nömrəli hərbi hospitala göndərilməsi və 7 dekabr N-ci il tarixdə “Ağır açıq kəllə-beyin travması” diaqnozundan orada vəfat etməsi görünür. Lakin, E.Abbasovun avtomobil qəzasına düşməsinin şəraitini, yəni nəqliyyat vasitəsinin hərəkətdə olduğu istiqaməti, habelə hadisənin baş verdiyi zaman mərhumun döyüş tapşırığı və ya döyüş təminatı ilə tapşırıqların icrasında olmasını əks etdirən zəruri sənədlər məktuba əlavə olunmadığından, ona şəhid adının verilməsi məsələsinə hüquqi rəyin bildirilməsi mümkün olmamışdır. Bakı şəhəri Nərimanov Rayon Hərbi Komissarı tərəfindən verilmiş 2007-ci il tarixli arayışdan görünür ki,mərhum X8 Azərbaycan Respublikasının suverenliyi, torpaqlarının ərazi bütövlüyü və azadlığı uğrunda gedən müharibədə Tər-tər rayonu ərazisində xx.xx.Nci il tarixdə şəhid olmuşdur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal Rayon İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətininYasamal rayon idarəsində xx.xx.1965-ci il təvəllüdlü X5 həlak olmuş səxslərin siyahısından keçmir və onun şəhidlik statusunun ləğv edilməsinə dair heçbir məlumataşkar olunmamışdır. Cavabdeh tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Nərimanov RHK-nın çağırışçısı, 1962-ci il təvəllüdlü, 3-cü taborun əsgəri X8 N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 85 №-li əmrilə (əsas: §-4, səh-24, sıra-1, əmrdə vəzifəsi qeyd olunmamışdır) 1-ci tabora keçirilərək bütün təminatlarla təmin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 86 №-li əmrində (əsas: §-2, səh-25, sıra-1) Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən xx.xx.1993-cü il tarixdə Kəlbəcər bölgəsinə göndərilmiş və aprel ayı üçün (30 gün) döyüş pulu ödənilən hərbi qulluqçuların siyahısında tağım komandiri vəzifəsində, starşina X5 adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 301 №-li əmrində (əsas: §-4, səh-57, sıra-3, əmrdə hərbi rütbəsi “kiçik leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) hərbi hissə komandirinin sərəncamında olan kiçik leytenant X5 “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N-ci il tarixli müvafiq nömrəli əmrinə əsasən, 4-cü MAT-da tağım komandiri vəzifəsinə təyin olunması qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 310 №-li əmrində (əsas: §-8, səh-72, sıra-7, əmrdə adı və atasının adı tam yazılmamışdır hərbi rütbəsi “leytenant” yazılmışdır, adının qarşısında “Bakı-Qazax” qeyd olunmuşdur, əmr olduğu kimi köçürülmüşdür) 4-cü MAT-ın hərbi qulluqçusu, leytenant E.H.Abbasovun xx.xx.N-ci il tarixdən xx.xx.N-ci il tarixədək qısamüddətli məzuniyyətə getmiş hesab edilərək ərzaq təminatından çıxarılması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 318 №-li əmrində (əsas: §-9, səh-12, sıra-3, əmrdə adı və atasının adı tam yazılmamışdır hərbi rütbəsi “leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) 4-cü MAT-ın hərbi qulluqçusu, leytenant E.H.Abbasovun xx.xx.N-ci il tarixdə qısamüddətli məzuniyyətdən qayıtmış hesab edilərək ərzaq təminatına qoyulması və vəzifəsinin icrasına başlaması qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 321 №-li əmrilə (əsas: §-8, səh-19, əmrdə hərbi rütbəsi “kiçik leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) 4-cü MAT-ın hərbi qulluqçusu, tağım komandiri, kiçik leytenant X8 N №-li hərbi hissəyə müalicəyə getmiş hesab edilərək ərzaq təminatından azad edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 322 №-li əmrilə (əsas: §-4, səh-21, sıra-2, əmrdə hərbi rütbəsi “kiçik leytenant” yazılmışdır, əmr olduğu kimi köçürülmüşdür) Nərimanov RHK-da hərbi qeydiyyatda olan 4-cü MAT-ın 3-cü bölüyünün 1-ci tağımının komandiri, kiçik leytenant X5 xx.xx.N-ci il tarixdə öz xidməti vəzifəsini yerinə yetirərkən avtomobil qəzası zamanı zədələndiyinə görə, N №-li hospitala göndərilməsi və hərbi hospitalda həlak olduğu üçün hərbi hissənin həxsi heyətinin siyahısından çıxarılması, bütün növ təminatlardan azad edilməsi yazılmışdır. Qeyd olunmalıdır ki, N №-li hərbi hissə komandirinin noyabr N-ci il tarixli nizami hissə üzrə əmrlərində X5 döyüş təminatı üzrə xidməti vəzifəsinin nədən ibarət olması, avtomobil qəzası baş verərkən hansı döyüş təminatı üzrə hansı xidməti vəzifəni yerinə yetirməsi, hara və hansı tapşırığı yerinə yetirmək üçün getməsi, döyüş tapşırığının nədən ibarət olması barədə məlumat qeyd olunmamışdır. X6 şəhidlik statusunun verilməsinə, şəhidlik statusunun ləğv edilməsinə dair aktin (qərarın), Yasamal Rayon Hərbi Komissarlığının bu barədə xx.xx.2007-ci il tarixli statusunun ləğvinə dair məktubu, şəhid statusunun halhazırda verilməsindən imtinaya dair sənədlər Müdafiə Nazirliyinin Mərkəzi Arxivində yoxdur. X5 xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunun: Maddə 1. Şəhid və şəhid ailəsi anlayışı Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 2. Şəhid və şəhid ailəsi statusu verilməsinin qaydası Bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın: 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; https://e-qanun.az/framework/12184 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 2.1. Şəhid ailə üzvləri aşağıdakılar hesab olunurlar; 2.1.1. arvadı (əri); 2.1.2. valideynləri; 2.1.3. 18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları; https://e-qanun.az/framework/12184 2.1.4. qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar; 2.1.5. babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa; 2.1.6. 2.1.3 və 2.1.4 bəndlərində göstərilənlər əyani təhsil müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər. 4.1. Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 8N nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli baş idarə, idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və X1 Xidməti, X2 Dövlət Agentliyi və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Müdafiə Nazirliyinin zabit və gizir heyətinə münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi, habelə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən digər hərbi qulluqçulara (əsgər, matros və çavuş heyəti) münasibətdə şəhid və şəhid ailəsi hesab edilməsi üçün arayışların verilməsi məqsədilə maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi və yerli icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edirlər. 4.2. Şəhid ailələrinə vəsiqə bu Qaydaların 4.1. bəndində göstərilən arayışlara əsasən yaşadıqları ərazi üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları tərəfindən verilir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi mərhum əri X5 xidməti vəzifəsini yerinə yetirərkən, verilmiş tapşırığın icrası zamanı aldığı xəsarətdən vəfat etdiyi üçün ona “şəhid” statusunun verilməsinə və “şəhid” adının əbədiləşdirilməsinə nail olmaqdan ibarətdir Məhkəmə hesab edir ki, AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən cavabdeh tərəfindən iddianın təminini istisna edən faktiki şərtlərin mövcudluğu sübut edilmişdir. Belə ki, yuxarıda adıçəkilən qanunvericiliyin tələbindən də göründüyü kimi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxs şəhid hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab edilir. İşin faktiki hallarından isə görünür ki, iddiaçının mərhum əri xidməti vəzifəsini yerinə yetirərkən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətlərdən xx.xx.N-ci il tarixdə vəfat etmişdir. İddiaçının ərinin vəfat etməsinə səbəb olan hal xidməti vəzifələrin icrası zamanı olsa da, Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə, həmçinin də Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi ilə bağlı olmamışdır. Qeyd edilməlidir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair” Konstitusiya Məhkəməsinin 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tərkibində olan (bundan sonra – «Müdafiə Nazirliyi») Gədəbəy rayonunda yerləşən hərbi hissədə hərbi xidmətini yerinə yetirən əri X4 N yanvar 2006-cı ildə, hərbi hissənin düşmənlə üzbəüz olan postu ilə kəsilmiş rabitə əlaqəsinin bərpasına dair komandirdən verilmiş göstərişi icra edərkən qəflətən dağdan qopan qar uçqunu altında qalıb həlak olmuşdur. Mərhum ərinin adının əbədiləşdirilməsi barədə müraciətinə Müdafiə Nazirliyinin Kadrlar və Hərbi Təhsil İdarəsinin Hərbi Rütbələr və Təltiflər Şöbəsi rəisinin 23 avqust 2007-ci il tarixli məktubu ilə imtina cavabı verilmişdir. Həmin məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – «Nazirlər Kabineti») 15 yanvar 1994-cü il tarixli Qərarı ilə təsdiq edilmiş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları»nın (bundan sonra – «Qaydalar») 1.2.6-cı bəndinə istinadən göstərilir ki, onun əri nə güllə yarasından, nə də minaya düşüb həlak olmadığından ona şəhid statusunun verilməsi mümkün deyildir. Bununla razılaşmayan K.Vəliyeva yuxarıda qeyd olunan məktubun qanunsuz hesab edilməsini və ərinə şəhid statusunun verilməsi vəzifəsinin Müdafiə Nazirliyinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Konstitusiya Məhkəməsi hesab etmişdir ki, «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Konstitusiya Məhkəməsinin həmin Qərarında əks olunmuş hüquqi mövqeyindən də aydın olur ki, təkcə hərbi hissələrdə və daxili işlər orqanlarında xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfindən açılan atəşlər nəticəsində, habelə minaya düşərək həlak olan şəxslər yox, üsul, şərait və vəziyyətdən asılı olmayaraq digər həlak olma halları da şəhid statusunun verilməsini istisna etmir. Əsas həlak olmasının üsul, şərait və vəziyyəti yox, məhz vəfat etmə halının Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlılığıdır ki, iddiaçının həyat yoldaşına münasibətdə məhkəmə hesab edir ki, onun vəfat etməsinə səbəb olan hallar şəhid statusunun verilməsinə əsas kriteriyası kimi Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqəsinin mövcudluğu müəyyən edilmir. Bununla bağlı qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Ali Məhkəmənin: 2-1(102)-1110/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “hazırkı qərarın 19-cu bəndində qeyd olunan müddəlarının mənasından göründüyü kimi, döyüş şəraitində olan hərbi hissələrdə xidmət edən hərbi qulluqçunun həlak olması, məhz, döyüş tapşırığının icrası zamanı və anında baş verməli və bu həlak olma hərbi hissənin arayışı ilə öz təsdiqini tapmalıdır ki, “şəhid” adı verilsin. Konkret halda isə yuxarıda qeyd olunanlardan göründüyü kimi, qanunvericiliklə müəyyən edilən belə həlak olma faktı baş verməmişdir“ 2-1(102)-1096/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “mərhum X7 müddətdən artıq həqiqi hərbi xidmətdə olmaqla hərbi qulluqçu hesab edildiyindən onun ölüm səbəbi kimi “hərbi xidmət vəzifələrinin icrası” göstərilmişdir. Lakin yuxarıda qeyd edilən qanunvericilik normalarının tələbləri baxımından şəxsin şəhid hesab edilməsi üçün onun ölümü ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması (yəni döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi) arasında səbəbli əlaqə mövcud olmalıdır.” 2-1(102)-2414/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, “Normaların məzmunundan göründüyü kimi, qanunvericilik şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq, göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının mərhum qızı bilavasitə xidməti vəzifələrinin icrası zamanı həlak olmuşdur. Lakin onun həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməmişdir. Beləliklə, yuxarıda istinad edilən normalarda təsbit edilmiş “Şəhid” anlayışını təmin edən şərt hazırkı işdə müəyyən edilmədiyindən cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz” 2-1(102)-209/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “apellyasiya instansiyası məhkəməsi iş materiallarının ətraflı araşdırılması nəticəsində düzgün olaraq belə qənaətə gəlmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə mövcud olmalıdır. Qeyd olunan səbəbli əlaqə iddiaçının mərhum oğluna münasibətdə müəyyən edilməmişdir. İş materiallarından da müəyyən olunduğu kimi, mərhum X9 döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifələrinin icrası zamanı deyil, hərbi hissəyə avtomobilə su doldurub aparan zaman avtomobilin uçuruma düşərək aşması nəticəsində almış olduğu xəsarət nəticəsində vəfat etmişdir.” 2-1(102)-1386/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “işin məhkəmələr tərəfindən müəyyən olunmuş hallarına görə, iddiaçının mərhum oğlu Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması səbəbindən deyil, xidməti vəzifəsinin icrası ilə bağlı yol-nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir.” Göründüyü kimi iddiaçının həyat yoldaşına şəhid statusunun verilməsinə əsas olan hallar müəyyən edilmir. Nə qədər ki, iddiaçının həyat yoldaşına şəhid statusunun verilməsini məhkəmə istisna edir, iddiaçıya şəhid ailəsi statusunun verilməsinə dair tələb də məhkəmə hesab edir ki, rədd edilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bütövlükdə rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3027/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3027/2025
06.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver