Məhkəmə qərarları › İş №e-2-1(112)-3047/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3047/2022

03.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3047/2022 03.08.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X5 kаtibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-mühəndis, SOCAR-da işləyir), iddiaçının nümayəndəsi və vəkili Nümayəndə (Kəlbəcər rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, Bakı şəhəri 5 saylı vəkil bürosunda işləyir), cavabdehin nümayəndəsi X3 (Ağdam rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı Cavabdeh publik hüquqi şəxsə (Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı “iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya 52 yaşdan (xx.xx.1966-cı il təvəllüd) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1966-cı il tarixdə Kəlbəcər rayonunun Əlibayramlı (indiki Mollabayramlı) kəndində doğulmuşdur. xx.xx.1984-cü il tarixdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda fəhlə vəzifəsinə təyin edilmişdir. xx.xx.1984-cü il tarixdə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq xx.xx.1984-cü ildə həmin vəzifədən azad edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, yəni xx.xx.1987ci il tarixdən xx.xx.1989-cu il tarixədək yenidən Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd- Tütünçülük sovxozunda fəhlə vəzifəsində işləmişdir. Baxmayaraq ki, İddiaçı yuxarıda qeyd edilən vəzifədə işləmişdir, cavabdeh əmək kitabçasının 42-45-ci səhifəsində aparılan qeydlər həmin sovxozun kadrlar üzrə mütəxəssisi tərəfindən doldurulsa da, cavabdeh eyni imzalarla təsdiq edilməsini əsas gətirərək həmin stajı nəzərə almamışdır. Həmin zaman Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozun direktotu Şirin Abdullayev, müavini isə Zərbalı Alməmmədov olmuşdur. Hər iki şəxsin səlahiyyətli rəhbər vəzifəli şəxs olması bu imzanı atmanın legitimliyini şübhə altına almamalıdır. Bununla belə, əmək kitabçası 15 sentyabr 1987-ci il tarixində doldurulmuşdur ki, o zaman 1№ Zar Ət-Süd- Tütünçülük sovxozunun direktoru Zərbalı Alməmmədov təyin olunmuşdur. 07 avqust 1989cu il tarixində iddiaçı ərizəsinə əsasən (Ali məktəbə daxil olduğu üçün) işdən azad olunmuşdur. Həmin vaxt isə 1№ Zar Ət-Süd-Tütünçülük sovxozunun direktoru Əli Şükürov olmuşdur. Bundan başqa, İddiaçı 1989-cu il tarixdə ali məktəbə sənədlərini təqdim edən zaman əmək kitabçasından çıxarışı da təqdim etmişdir. Həmin çıxarışda olan qeydlərlə İddiaçı əmək kitabçasındakı qeydlər arasında heç bir fərq yoxdur. Yəni iddiaçının əmək kitabçasında heç bir şübhəli vəziyyət yoxdur. Eyni zamanda, həmin dövrdə iddiaçı ilə birlikdə işləmiş şəxslər də məhkəmədə ərizədə qeyd edilənləri təsdiq edə bilərlər. İddiaçı cavabdeh orqanın imtinasını əsassız hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibat Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********5 nömrəli məktubunda da qeyd edildiyi kimi iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına qeydlərin mötəbərliyi şübhə doğurduğundan onun xx.xx.1984-xx.xx.1984-ci illərdə və xx.xx.1987- xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işlədiyi illərin sosial siğorta stajına daxil edilməsi mümkün olmadığından və iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyildir. Belə ki, iddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd- Tütünçülük sovxozunda işə daxil olmuş; xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün həmin sovxozda işdən azad olunmuş; xx.xx.1987-ci il tarixli, 174 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1989-cu il tarixli 30 nömrəli əmrlə həmin sovxozda işdən azad olunmuşdur. xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəyov adına Azərbaycan neft-kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsində oxumuşdur. Göründüyü kimi işə daxilolma və işdən azad olma qeydlərində əmrlərin tarixləri və nömrələri arasında uyğunsuzluq diqqət çəkir. Belə ki. iddiaçının xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə isə daxil olması, lakin 2 ay sonra xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə işdən azad olunması, həmçinin onun xx.xx.1987-ci il tarixində 174 nömrəli əmrlə işə daxil olması və xx.xx.1989-cu il tarixində 30 nömrəli əmrlə işdən azad olması həmin qeydlərin mötəbərliyini sübhə altına alır. Əmək kitabçası ilə bağlı digər diqqətəlayiq məsələ onun xx.xx.1987-ci il tarixdə açılması ilə bağlıdır. Belə ki, əmək kitabçasında qeydlərdən də göründüyü kimi iddiaçı əmək fəaliyyətinə xx.xx.1984-cü il tarixdə başlamışdır. Bu halda onun adına əmək kitabçasının məhz xx.xx.1987-ci il tarixdə açılması və həmin sovxozda işlədiyi 3 il müddətində kitabçanın hansı səbəbdən açılmaması sual doğurur. Həmçinin, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozuna isə daxilolma və isdən azad olma qeydləri direktor Ş.Abdullayev, xx.xx.1987-ci il tarixdə həmin sovxoza isə daxil olma qeydi direktor Z.Alməmmədov tərəfindən imzalansa da, Z.Alməmmədov ilə Ş.Abdullavevin imzasının eyniliyi diqqət çəkir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1984-xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işləmişdir. Halbuki, iddiaçıya məxsus olan digər əmək kitabçası İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1994-cü il tarixli 57-K saylı əmrlə "Xəzərdənizneftgeofizika" trestinə işə daxil olmuş və işə daxil olanadək əmək stajına malik olmamışdır. Əmək kitabçasında yalnız onun xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək Sovet ordusu sıralarında hərbi xidmət keçməsi və xx.xx.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəvov adına Azərbaycan neft-kimya institunda təhsil alması ilə bağlı qeydlər mövcuddur. İddiaçıya məxsus l/İT-l ******* nömrəli əmək kitabçasındakı pozuntulara və MT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərə nəzərdən keçirdikdə, İT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərin mötəbər olmaması iddiaçının xx.xx.1984-xx.xx.1984-cü illərdə və xx.xx.1987xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işləmədiyini deməyə əsas verir. Odur ki, iddiaçının xx.xx.1984-xx.xx.1984-cü illərdə və xx.xx.1987-xx.xx.1989-cu illərdə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işlədiyini iddia etdiyi illər sosial sığorta stajı kimi nəzərə alına bilməz. İddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.2006-cı il tarixədək "Xəzərdənizneftgeofizika" trestində güzəştli iş stajı 11 il 3 ay 22 gün, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il 9 gün) Sovet ordusu sıralarında hərbi xidmət keçdiyi dövr və xx.xx.1989xx.xx.1994-cü il tarixləri (4 il 11 ay 22 gün) arasında M.Əzizbəyov adına Azərbaycan neftkimya institunda təhsil aldığı dövr nəzərə alınsa, onun ümumilikdə sosial siğorta stajı 18 il 3 ay 22 gün təşkil edir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-cü maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1–ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, iddiaçı universitetə sənəd verərkən gələcəkdə hansı problemlərin olacağını bilmirdi. Dağ yerində işləmişdir, həmin yerdə mühasibin yaxşı olmaması səbəbindən sənədləşmə düzgün aparılmayıb. Bu vətəndaşın günahı deyil. Həmin zaman hər hansı bir saxtakarlıq olsa idi, iddiaçı barədə cinayət işi açılardı. Cavabdeh orqan vətəndaşları qəsdən incidir və korrupsiya şəraiti yaradır. Cavabdehin nümayəndəsi X6 iddiaçının işə daxil olma və işdən azad olma qeydlərində əmrlərin tarixləri və nömrələrinin arasında uyğunsuzluğun olmasını, həmçinin, iddiaçının xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozuna işə daxil olma və işdən azad olma qeydlərinin direktor Ş.Abdullayev, xx.xx.1987-ci il tarixdə həmin sovxoza işə daxil olma qeydinin direktor Z.Alməmmədov tərəfindən imzalanmasına baxmayaraq, Z.Alməmmədov ilə Ş.Abdullayevin imzasının eyniliyinin diqqət çəkdiyini bildirərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, onun vəkilini və cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filianın **********5 nömrəli xx.xx.2019-cu il tarixli məktubuna əsasən bildirilmişdir ki, təqdim olunan əmək kitabçalarının arasındakı uyğunsuzluqlar onlardakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filianın **********5 nömrəli xx.xx.2020-ci il tarixli məktubuna əsasən bildirilmişdir ki, təqdim olunan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Baş Geofizika İdarəsi “Xəzərdənizneftgeofizika” Tresti tərəfindən iddiaçıya dair açılmış xx.xx.1994-cü il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasının 2-3-cü səhifələrində əmək fəaliyyətinə başlanılan dövrə qədər yalnız təhsil və hərbi xidmət dövrünün olduğu qeyd edilmişdir. Lakin 15 sentyabr 1987-ci il tarixli MT-İ ******* nömrəli əmək kitabçasının 42-45-ci səhifələrində iddiaçının xx.xx.1984-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində 1 №-li Zar ətsüdçülük sovxozunda işlədiyi qeyd edilmişdir, eyni zamanda aparılmış qeydlər müxtəlif məsul şəxslər tərəfindən doldurulmasına baxmayaraq eyni imzayla təsdiq edilmişdir. Göründüyü kimi əmək kitabçalarının arasındakı uyğunsuzluqlar onlardakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. SOCAR Geofizika və Geologiya İdarəsinin xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən, “Xəzərdənizneftgeofizika” trestinin (indiki X1) arxiv sənədlərində, iddiaçının “Səngəçal” X9 Ekspedisiyasında mühəndis, “Səngəçal” Dəniz X2 9 saylı X4 rəis) dəstə rəisi, “Bahar" X2 35 saylı kompleks mədən geofiziki dəstəsində dəstə rəisi, “Azəri" Mədəngeozika Ekspedisiyasının rəisi vəzifələrində çalışması haqqında məlumat vardır. xx.xx.1994-cü il tarixli 57-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X9 Ekspedisiyasına 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunub. xx.xx.1997-ci il tarixli 48-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X9 Ekspedisiyasına 10-cu dərəcəli mühəndis, 08.01 1998-ci il tarixli 8-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin "Səngəçal” Dəniz X2 9 savlı X7 11-ci dərəcəli rəis, Ştat cədvəlinə əsasən xx.xx.1999-cu il tarixdən 13-cü dərəcəli dəstə rəisi, “Mədəngeofizika” İdarəsinin 30.12 2007-ci il tarixli 183-k saylı əmrə əsasən “Bahar" X2 35 saylı kompleks mədən-geofiziki dəstəsinə 13-cü dərəcəli dəstə rəisi vəzifəsinə keçirilib.xx.xx.2014-cü il tarixli 463-K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 maddəsnə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixli 844-k saylı əmrə əsasən Geofizika və geologiya İdarəsinin Mədəngeofizika İstehsalat Bölümünün “Bahar" Mədəngeofizika Ekspedisiyasına 14-cü dərəcəil dəstə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli № 20/300259 -a saylı əmrə əsasən “Azəri” Mədəngeofizika Ekspedisiyasına 16-cı dərəcəli rəis vəzifəsinə keçirilmişdir. Hal-hazırda işləyir. Cəmi iş stajı xx.xx.1994-cü il tarixdən - xx.xx.2019-cu - ilə qədər - 25 il 12 gündür (iyirmi beş il on iki gün). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat" və "Azərneftgeofizika” trestləri birləşdirilərək onların maddi-texniki bazasında "xxxx" idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-01-SM-05-000033 saylı əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində olan "Kəşfiyyatgeofizika” idarəsi X1 adlandırılmışdır. SOCAR Geofizika və Geologiya İdarəsinin xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən, “Xəzərdənizneftgeofizika” trestinin (indiki X1) arxiv sənədlərində, iddiaçının “Səngəçal” X9 Ekspedisiyasında mühəndis, “Səngəçal” Dəniz X2 9 saylı X4 rəis) dəstə rəisi, “Bahar" X2 35 saylı kompleks mədən geofiziki dəstəsində dəstə rəisi, “Azəri" Mədəngeozika Ekspedisiyasının rəisi vəzifələrində çalışması haqqında məlumat vardır. xx.xx.1994-cü il tarixli 57-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X9 Ekspedisiyasına 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunub. xx.xx.1997-ci il tarixli 48-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X9 Ekspedisiyasına 10-cu dərəcəli mühəndis, 08.01 1998-ci il tarixli 8-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin "Səngəçal” Dəniz X2 9 savlı X7 11-ci dərəcəli rəis, Ştat cədvəlinə əsasən xx.xx.1999-cu il tarixdən 13-cü dərəcəli dəstə rəisi, “Mədəngeofizika” İdarəsinin 30.12 2007-ci il tarixli 183-k saylı əmrə əsasən “Bahar" X2 35 saylı kompleks mədən-geofiziki dəstəsinə 13-cü dərəcəli dəstə rəisi vəzifəsinə keçirilib.xx.xx.2014-cü il tarixli 463-K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 maddəsnə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixli 844-k saylı əmrə əsasən Geofizika və geologiya İdarəsinin Mədəngeofizika İstehsalat Bölümünün “Bahar” Mədəngeofizika Ekspedisiyasına 14-cü dərəcəil dəstə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli № 20/300259 -a saylı əmrə əsasən “Azəri” Mədəngeofizika Ekspedisiyasına 16-cı dərəcəli rəis vəzifəsinə keçirilmişdir. Hal-hazırda işləyir. Cəmi iş stajı xx.xx.1994-cü il tarixdən - xx.xx.2022-ci ilə qədər - 27 il 5 ay 17 gündür (iyirmi yeddi il beş ay on yeddi gün). İddiaçının çalışdığı mühəndis, dəstə rəisi, ekspedisiya rəisi peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”ndakı 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı, 10.1. Qazma: b) rəhbərlər və mütəxəssislər yarımbəndinin: quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəsisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları bəndində göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 saylı əmrinin 2.2 bəndinə əsasən “Xəzərdənizneftgeofizkəşfiyyat" və "Azərneftgeofizika” trestləri birləşdirilərək onların maddi-texniki bazasında "xxxx" idarəsi yaradılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-01-SM-05- 000033 saylı əmrinə əsasən Geofizika və geologiya İdarəsinin tabeliyində olan "Kəşfiyyatgeofizika” idarəsi X1 adlandırılmışdır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin xx.xx.2022-ci il tarixli 01-949 nömrəli arxiv arayışına əsasən iddiaçı 1989-cu ildə Geoloji-kəşfiyyat fakultəsinin “Geofiziki axtarış və kəşfiyyat üsulları” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuşdur (Əmr: 012/975, xx.xx.1989-cu il), 1994-cü ildə həmin ixtisas üzrə əyani şöbəsini bitirmişdir (Əmr: 02/744, xx.xx.1994-cü il), buna dair İV 853145 nömrəli seriyalı diplom verilmişdir, İnstituta qəbul üçün təqdim etdiyi İT-1534492 nömrəli əmək kitabçasından çıxarış vətəndaşın institutun arxivində şəxsi işində saxlanılmışdır. İddiaçı əmək kitabçasından çıxarışı məhkəməyə təqdim etmək üçün instituta müraciət etmişdir və çıxarışın surəti arxivdə saxlanılmaqla əsli vətəndaşa geri qaytarılmışdır. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, o, “Səngəçal” X9 Ekspedisiyasında mühəndis, “Səngəçal” Dəniz X2 9 saylı X4 rəis) dəstə rəisi, “Bahar" X2 35 saylı kompleks mədən geofiziki dəstəsində dəstə rəisi, “Azəri" Mədəngeozika Ekspedisiyasının rəisi vəzifələrində çalışmışdır. xx.xx.1994-cü il tarixli 57-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X9 Ekspedisiyasına 7-ci dərəcəli mühəndis vəzifəsinə işə qəbul olunub. xx.xx.1997-ci il tarixli 48-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin “Səngəçal" X9 Ekspedisiyasına 10-cu dərəcəli mühəndis, 08.01 1998-ci il tarixli 8-k saylı əmrə əsasən “Xəzərdənizneftgeofizika” Trestinin "Səngəçal” Dəniz X2 9 saylı X7 11-ci dərəcəli rəis, Ştat cədvəlinə əsasən xx.xx.1999-cu il tarixdən 13-cü dərəcəli dəstə rəisi, “Mədəngeofizika” İdarəsinin 30.12 2007-ci il tarixli 183k saylı əmrinə əsasən “Bahar" X2 35 saylı kompleks mədən-geofiziki dəstəsinə 13-cü dərəcəli dəstə rəisi vəzifəsinə keçirilib. xx.xx.2014-cü il tarixli 463-K saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3 maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə işdən azad edilmişdir. xx.xx.2014-cü il tarixli 844-k saylı əmrə əsasən Geofizika və geologiya İdarəsinin Mədəngeofizika İstehsalat Bölümünün “Bahar” Mədəngeofizika Ekspedisiyasına 14-cü dərəcəil dəstə rəisi vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli № 20/300259 -a saylı əmrə əsasən “Azəri” Mədəngeofizika EİT-İ ******* nömrəli ekspedisiyasına 16-cı dərəcəli rəis vəzifəsinə keçirilmişdir. Hal-hazırda işləyir. İddiaçının İT-İ ******* nömrəli əmək kitabçasının surətinə əsasən, o, xx.xx.1984-cü il tarixli 1 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd- Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1984-cü ildə tarixli 192 nömrəli əmrlə hərbi xidmətə getdiyi üçün həmin sovxozda işdən azad olunmuş, xx.xx.1987-ci il tarixli, 174 nömrəli əmrlə Kəlbəcər rayon 1 nömrəli Zar Ət-Süd-Tütünçülük sovxozunda işə daxil olmuş, xx.xx.1989-cu il tarixli 30 nömrəli əmrlə həmin sovxozda işdən azad olunmuşdur. İddiaçı əlavə sübut qismində 08.1989-xx.xx.1994-cü il tarixləri arasında M.Əzizbəyov adına Azərbaycan Neft-kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsində oxumasına dair ÇV 853145 nömrəli diplom, xx.xx.1984-xx.xx.1986-cı illərdə hərbi xidmətdə olmasına dair İZ ******* nömrəli hərbi biletin surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, tələb olunan sənədlərin təsdiq olunmuş surətlərini, o cümlədən cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli imtina məktubu, SOCAR Geofizika və Geologiya İdarəsinin xx.xx.2019-cu il tarixli arxiv arayışı, İZ ******* nömrəli hərbi bilet, və İT-İ ******* nömrəli əmək kitabçalarının surətlərini məhkəməyə təqdim etmişdir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1966-cı il təvəllüdlüdür, xx.xx.2018-ci il tarixində onun 52 yaşı tamam olmuşdur, onun həmin tarixə hərbi xidmət müddəti və əyani ali təhsil adlığı müddət də daxil olmaqla 2006-ci ilin 01 yanvar tarixinə 21 il 1 ay 26 gün ümumi və 10 ildən çox güzəştli əmək stajı vardır, iddiaçı ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmşdır ki, iddiaçının xx.xx.2006-ci il tarixinə ümumi iş stajı 25 ildən azdır, İT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlər mötəbər deyildir, eyni zamanda aparılmış qeydlərin müxtəlif məsul şəxslər tərəfindən doldurulmasına baxmayaraq eyni imzayla təsdiq edilmişdir, əmək kitançalarındakı qeydlərin arasında uyğunsuzluqlar vardır. Məhkəmə iddiaçının iddia tələbini aşağıda sadalananlara görə əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Hər kəsin pensiya hüququ konstitusion hüquq olan sosial təminat hüququnun subyektiv hüquq növü kimi çıxış edir. Vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Hazırda iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən peşədə - Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı sahəsində müxtəlif peşələrdə (mədən-geofiziki dəstəsinə müxtəlif dərəcəli dəstə rəisi) 18 ildən çox müddətdə işləməsi əmək kitabçası, SOCAR Geofizika və Geologiya İdarəsinin tarixli arxiv arayışı ilə təsdiqlənir, bu stajın 10 ildən çox bir hissəsi 2006-ci ilin 01 yanvar tarixinədək qazanılmışıdr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu bəndinin 1-ci hissəsinin b yarımbəndinə və həmin qərar qəbul edilənə qədər qüvvədə olmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli siyahısı olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 1100000b—17541 bölməyə əsasən quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəsisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları vəzifələri güzəştli şərtlərlə pensiya hüququ verən vəzifədir. İddiaçının iddia ərizəsində göstərdiyi iş stajı "SOCAR” Geofizika və Geologiya İnstitunun arxiv arayışları və İT-İ 2342028, İT-İ ******* nömrəli əmək kitabçaları ilə təsdiq edilir. Məhkəmə hesab edir ki, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 1 nömrəli siyahısında nəzərdə tutulan peşələrdə güzəştli iş stajı 10 ildən, ümumi iş stajı 21 ildən çox olduğu üçün onun 52 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə etirazını onunla əsaslandırır ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajının 25 ildən az olması, İT-İ ******* nömrəli əmək kitabçasındakı qeydlərin mötəbər olmaması, eyni zamanda aparılmış qeydlərin müxtəlif məsul şəxslər tərəfindən doldurulmasına baxmayaraq eyni imzayla təsdiq edilməsi, əmək kitabçasındakı qeydlərin arasındakı uyğunsuzluqlar güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını təyin etməyə imkan verməmişdir. Halbuki, iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərsizliyi məhkəmə araşdırılması zamanı sübuta yetirilməmişdir. Belə olan halda cavabdehin etirazında göstərilmiş dəlillər əsassız şübhələr əsasında qurulmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. İş materiallarından göründüyü kimi, 2019-cu ildə cavabdehin şübhə altına aldığı əmək kitabçasından (müvafiq illərə dair) çıxarış, iddiaçı tərəfindən 1989-cu ildə əyani təhsil aldığı təhsil müəssisəsinə təqdim edilmiş, və həmin sənəd o vaxtdan arxivdə saxlanılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1–ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin həqiqi hallarına əsasən, iddiaçının 52 yaşı 16 oktyabr 2018-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə xx.xx.2019-cu ildə müraciət etmişdir. İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir, İddiaçı 52 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə – tərəflər; dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşdan (xx.xx.2018-ci il tarixdən) güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna ( Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına) həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar