Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3053/2025 18.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı ona xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsi və xx.xx.2022-ci il tarixdən iddiaçının almalı olduğu pensiya məbləğinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı “Azərrabitəinşaat” LTB-nin 1 nömrəli Tikinti Quraşdırma İdarəsində xx.xx.1997-ci il 173/k saylı əmri ilə kabelçi peşəsinə işə qəbul edilmişdir. xx.xx.1998-ci il tarixli 1/k saylı əmrə əsasən İV dərəcəli kabelçi kimi əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1999-cu ilədək qeyd etdiyi peşədə işləmişdir. Yenidən qeyd edilən təşkilatda xx.xx.2000-ci il tarixli 21/k saylı əmr ilə İV dərəcəli kabelçi vəzifəsinə qəbul edilmişdir. xx.xx.2004-cü il tarixli əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Bu vəzifədə 5 il 10 ay 29 gün işləmişdir. xx.xx.2004cü il tarixli 8/k saylı əmrlə "xxxx" MMC-yə iş icraçısı vəzifəsinə qəbul edilmişdir. İş icraçısı vəzifəsində 12 il 1 ay 2 gün işləmişdir. xx.xx.2016-cı il tarixdə öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. "xxxx" MMC-də xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək elektrik peşəsində işləmişdir. xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. Bildirir ki, kabelçi peşəsi politilen və polixlorvinil üzlüklü kabellərin ləhimləyici işlərin yerinə yetirməklə məşğul olmaqla zərəli işlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən zərərli işə görə 23100000-14629 koduna, 1190100b-24441 koduna və 2040400a- 25404 koduna əsasən cəmi 18 il 11 ay 14 gün zərərli işə görə əmək stajı vardır. “Əmək Pensiyaları” haqqında Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, onun güzəştli şərtlərlə əmək pensiya hüququ xx.xx.2022-ci il tarixdən yaranmışdır. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə cavabdehə xx.xx.2024-cü ildə müraciət etmiş və xx.xx.2024-cü il tarixdə ərizəsi cavabdeh İdarəyə daxil olmuşdur. Müraciətinə qoşma kimi təqdim etdiyi arayışlarda işlədiyi vəzifə və sahə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarına əsasən konkret olaraq kodları ilə birlikdə göstərilmiş, həmçinin həmin vəzifənin mahiyyəti konkret olaraq izah edilmişdir. Bununla belə əmək stajının, iş yerinin, vəzifənin, ümumilikdə əmək pensiyasının müəyyən olunmasının hüquqi əsası, kök sənəd əmək kitabçasıdır ki, tərəfindən təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının 1.1-ci maddəsinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.2-ci maddəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda işçinin əmək fəaliyyəti haqqında məlumatlar əmək kitabçasında qeydə alınır. Həmin qaydaların 4.2-ci maddəsinə görə pensiya təyin edilən zaman pensiya təyin edən orqanları tərəfindən əmək kitabçasının pensiya təyin edilməsi haqqında məlumat bölməsində “Pensiya təyin edilmişdir” ştampı vurulur. Lakin, zəruri sənədlərlə birlikdə müraciət etdiyi tarixdən 2 aydan artıq müddət keçməsinə baxmayaraq nəticəsi barədə hər hansı qərar (imtina və ya təmin olunmasına dair) qəbul edilməmişdir. Yalnız, xx.xx.2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə müvafiq məlumatların dəqiqləşdirlməsindən sonra baxılacağı barədə məktub göndərilmişdir. Müraciət etdiyi tarixdən 2 aydan artıq keçmişdir. Cavabdehin bu müddət ərizdə susması isə mahiyyət etibarı ilə imtinaya bərabər tutulur. Cavabdehin mövqeyini isə həddən artıq uzun müddətə gözləmək onun konstitusion hüququ olan sosial təminat hüququnun əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarır.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək İddiaçı xx.xx.2022-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsi və xx.xx.2022-ci il tarixdən iddiaçının almalı olduğu pensiya məbləğinin hesbalanaraq iddiaçıya ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
4. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində iş icraçıları vəzifəsi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına əsasən iddiaçı xx.xx.2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 14 iyul 1983-cü il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və “Azər-Rabitə" MMC-nin xx.xx.2023-cü il tarixli 2 nömrəli arayışında xx.xx.2004-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iş icraçısı vəzifəsində işlədiyi qeyd olunub. Araşdırma zamanı “Əmək Münasibətləri və Məşğulluq altsistemin"də iddiaçının xx.xx.2004-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində mühəndis vəzifəsində işlədiyi müəyyən edilib. Göründüyü kimi, İddiaçı dair məlumatlar arasında uyğunsuzluq var. İddiaçının adıçəkilən müəssisədəki iş stajına aid məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı arayışda qeyd edilən məlumatların əmək kitabçası əsasında yazıldığı, iş stajını təsdiq edəcək hər hansı sənədin müəssisədə saxlanılmadığı müəyyən olunub. Bu fakt "xxxx" MMC tərəfindən xx.xx.2024cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Eyni zamanda, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Prokon" MMC-nin 6 mart 2023-cü il tarixli arayışında xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində elektrik vəzifəsində işlədiyi qeyd edilib. Lakin, sözügedən arayışda İddiaçı işlədiyi sahə və vəzifənin yuxarıda qeyd olunan qərarla təsdiq olunmuş Siyahıda göstərilən hansı sahə və vəzifəyə aid olması barədə hər hansı məlumat göstərilməyib. Buna görə də, həmin dövrləri iddiaçının güzəştli iş stajına daxil etmək mümkün deyil. Göstərilən səbəblərdən də, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (7 il 2 ay 15 gün (xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2004-cü il və xx.xx.2023xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilməli olması sadalanmış və həmin sənədlərə əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər də daxil edilmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə əsasən, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli is stajı 12 il 6 avdan az olduğundan ona güzəştli şərtlərlə yasa görə əmək pensiyasının təyin edilməsi Qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
7. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
8. Azərbaycan Respublikası vətəndaşının AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı Əli oğlu xx.xx.1962-ci il təvəllüdlüdür.
9. İddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub ünvanlanaraq bildirilmişdir ki, Mərkəzi Filialın mütəxəssisləri tərəfindən iş stajının dəqiqləşdirilməsi mümkün qısa müddətdə həyata keçiriləcəkdir. Ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məsələsinə müvafiq məlumatların dəqiqləşdirilməsindən sonra baxılacaqdır.
10. İş materiallarına iddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surəti, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli güzəştli arayışlar əlavə edilmişdir. Həmin arayışlara əsasən iddiaçının 18 il 11 ay 14 gün güzəştli iş stajının olması bildirilmişdir.
11. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 3-17-1/3- 1-4585/2025 nömrəli xidməti məktubla bildirilmişdir ki, İddiaçı Filiala təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 33 il 10 ay 1 gün (xx.xx.2006-cı il tarixinədək 23 il 5 ay 1 gün (xx.xx.1981-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1983-xx.xx.1986-cı, xx.xx.1986-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.1997-ci il, xx.xx.1997-xx.xx.1999-cu il, xx.xx.2000-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 11 il 10 ay) təşkil edir.
12. Məhkəmənin sorğusuna əsasən "xxxx" MMC tərəfindən verilmiş cavab məktubu ilə bildirilmişdir ki, İddiaçı xx.xx.1997-ci il tarixdən “Azərrabitəinşaat” ATSC-də müxtəlif dövrlərdə xx.xx.2004-cü ilə qədər kabelçi peşəsində işləmişdir. Cəmi 5 il 10 ay 29 gün kabelçi peşəsində əmək fəaliyəti olmuşdur. Qurğunşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərlə məşğul olan kabelçilər və ya lehimləyicilər eyni xarakterli işlər görürlər. Kabelçilərlə və lehimləyicilərin vəzifə təlimatları və gördükləri işlər eyni xarakterli işlərdir. Ona görə də, 23100000-12624 kodu ilə işarələnmişdir. İddiaçı "xxxx" MMC-də isə xx.xx.2004-cü il tarixindən xx.xx.2016-cı il tarixinədək iş icraçısı vəzifəsində işləmişdir. Tikinti işləri daimi olmadığı üçün qeyd edilən dövrdə müəyyən vaxtlarda öz hesabına məzuniyyətdə olduğu hallarda olmuşdur. İş icraçısı isə Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli qərarına əsasən 2290100b-24441 nömrəli kodla işarələnmişdir. 12 il 1 ay 2 gün iş icraçısı vəzifəsində əmək fəaliyyəti olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il 12 saylı qərarına əsasən zərərli işə görə 23100000-12624 və 2290100b-24441 kodlarına əsasən 18 il zərərli işə görə əmək fəaliyyəti olmuşdur.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1962-ci il təvəllüddür. İddiaçının xx.xx.2022-ci il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.1962-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
20. İddiaçıya məxsus əmək kitabçasına və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Bu hal, cavabdeh tərəfindən də, mübahisələndirilmir. Belə ki, bunu təsdiq edən xidməti məktub cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir.
21. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının 12 il 6 aydan çox güzəşli iş stajının olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaçının işlədiyi müəssisələr tərəfindən məhkəməyə təqdim edilmiş cavab məktubunda iddiaçının işlədiyi peşələrin bir daha güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarında nəzərdə tutulması, onun ümumilikdə güzəştli iş stajının 18 ildən çox təşkil etməsi və cavabdehin imtinasının əsasız olan xx.xx.2004-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində iş icraçısı vəzifəsində işləməsi bir daha təsdiq edilmişdir. Bununla da, cavabdehin imtinasında və etirazında göstərilən dəlillər iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təkzib edilmişdir.
22. Göründüyü kimi, məhkəmə araşdırması zamanı işin yuxarıda qeyd edilən halları ilə iddiaçının güzəştli iş stajının 12 il 6 aydan artıqdır. Belə olan təqdirdə, işə götürən tərəfindən “Əmək Münasibətləri və Məşğulluq altsistemin"də iddiaçının xx.xx.2004xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində mühəndis vəzifəsində işləməsi ilə bağı qeyd aparılması iddiaçının hüquqlarını məhdudlaşdıran hal kimi qiymətləndirilə bilməz.
23. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayış güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayış mötəbər sübut kimi qiymətləndirilməlidir.
24. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2022-ci il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir.
25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
26. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
27. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
28. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
29. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
30. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
32. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X1 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
33. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.
34. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
35. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı Əli oğluna 60 yaşından, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva