Məhkəmə qərarları › İş №e-2-1(112)-308/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-308/2022

26.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-308/2022 26.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının vəkili X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı pul tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilin yekunlarına görə birdəfəlik pul mükafatı – 1157.50 AZN, əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası – 579.30 AZN, aylıq pul mükfatı – 200 AZN, xidmət vaxtından artıq xidmətə görə 2 qat ödəniş – 22912 AZNx2=45824 AZN, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 1327 AZN, əməliyyat axtarış fəaliyyəti subyektləri hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində verilən müavinət – 1980 AZN, həqiqi hərbi xidmətdə olduğu müddət ərzində və ehtiyata buraxıldıqdan sonra ona ödənilməli olan, lakin ödənilməmiş, yaxud natamam ödənilmiş bütün ödənişlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatı – 640.83 manat, əşya-geyim əmlakı əvəzinə pul kompensasiyası – 279.3 manat, xidmət vaxtından artıq xidmətə görə ödəniş – 45824 manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası 1327 manat, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinət – 1240 manat olmaqla cəmi 49311.13 manat pul məbləğinin birdəfəlik ödəmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatı – 640.83 manat; əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyası – 279.3 manat; xidmət vaxtından artıq xidmətə görə ödəniş – 11579.27 manat; ərzaq payı əvəzinə verilən pul kompensasiyası – 1327.84 manat; kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinət – 1490 manat olmaqla cəmi 15317.24 manat pul ödənişinin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatı, əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyası, xidmət vaxtından artıq xidmətə görə ödəniş, kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatı, 2018-ci il üçün əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyası, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (ezamiyyətdə, məzuniyyətdə və digər xidmətdə olmadığı vaxtlar istisna olmaqla) xidmət vaxtından artıq xidmətə görə ödəniş, 2018-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq birdəfəlik ödəmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində zabit kimi həqiqi hərbi xidmətə başlamışdır. xx.xx.2018-ci il tarixdə xidmətini davam etdirmək üçün X3 Məntəqəsinə zabit-nəzarətçi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2019-cu il tarixədək X3 Məntəqəsində zabit-nəzarətçi vəzifəsində həqiqi hərbi xidmət keçmişdir. Sözügedən Məntəqədə xidmət vaxtı həftədə 84 saat təşkil edir. Xidmətin təşkili isə sutka ərzində heç bir istirahət vaxtı verilmədən aparılır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin, habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. Xidmət həftəsinin müddəti zabitlər üçün - iki istirahət günü ilə beşgünlük müəyyən edilir. Onun xidmət etdiyi müddət ərzində ona ödənilmiş əmək haqqı həftəlik 41 saat iş vaxtı üçün nəzərdə tutulmuş miqdarda olmuşdur. Ona məlum olan DSX-nin ona ödəmədiyi, yaxud natamam ödədiyi ödənişlər aşağıdakılardır: 2018-2019-cu illər üzrə ilin yekunlarına görə birdəfəlik pul mükafatının ödənilməmiş hissəsi - 50% həcmi. Belə ki, DSX-nin xx.xx.2020-ci tarixli 10/68 nömrəli məktubundan da göründüyü kimi 2018-2019-cu illər üzrə ilin yekunlarına görə birdəfəlik pul mükafatı ona 50% həcmində olmaqla ödənilmişdir. Hesab edir ki, bu mövcud qanunvericiliyə uyğun deyildir. Belə ki, hər iki ildə ona verilmiş heç bir intizam cəzasının əsası olmamışdır. İzahatlarında da bu hal öz əksini tapır. Hətta intizam cəzaları əsaslı olsa belə DSX-nin 100-cü ildönümü ilə əlaqədar xx.xx.2019-cu il tarixdə bütün DSX hərbi qulluqçularının intizam cəzaları DSX rəisinin əmrinə əsasən götürülmüşdür. 2018-2019-cu illər üçün əşya-geyim əmlakı əvəzinə pul kompensasiyasının xx.xx.2020-ci il tarixdə ödənilmiş 279.30 AZN məbləğindən geriyə qalan ödənilməmiş hissəsi. Belə ki, Nazirlər Kabinetinin 80 nömrəli qərarına əsasən müəyyən edilmiş, lakin təmin olunmadığı təminat normaları əvəzinə pul kompesasiyası ona tam həcmdə ödənilməmişdir. Nazirlər Kabinetinin 19 may 1992-ci il tarixli, 271 nömrəli Qərarının 7-ci bəndində “maddi əmlak əvəzinə pul kompensasiyası və hərbi paltar tikdirmək üçün müəyyən olunmuş normalara əsasən pul vəsaiti” xüsusi qeyd olunmuşdur. xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərinin hər birində ödənilmiş 150 AZN aylıq pul mükafatının ödənilməmiş hissəsi olan hər ay üçün 100 AZN-cəmi 200 AZN. Belə ki, yuxarıda da qeyd etdiyi kimi araşdırılan zaman da müəyyən ediləcəkdir ki, ona verilmiş heç bir intizam cəzası əsaslı olmamış, həmçinin İntizam Nizamnaməsinə uyğun elan olunmamışdır. Verilmiş intizam cəzalarına etiraz etsə də onun izahatı alınmış, lakin intizam cəzaları üzərindən götürülməmişdir. Qeyd olunan tarixlərdəki aylıq pul mükafatları da həmin əsassız cəzalar səbəbilə tam ödənilməmişdir. Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulandan daha çox xidmət saatı üçün nəzərdə tutulmuş əlavə kompensasiya. Belə ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək həftədə 84 saat hərbi xidmətdə olmuşdur. Bu faktı "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində onun tərəfindən daxil edilmiş məlumatların daxil edilmə vaxtı da təsdiq edir. Aydın məsələdir ki, xidmətdə olmadığı vaxt onun həmin sistemə girişi mümkün deyildir. Halbuki bu müddət “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən 41 saatdan çox olmamalıdır. Deməli həmin vaxtın 41 saatdan artıq olan hissəsi istirahət vaxtına düşdüyünə görə ən azı vəzifə maaşının deyil, təminat xərcliyinin (vəzifə maaşı, rütbə maaşı, ərzaq pulu, maddi yardım, aylıq və illik pul mükafatı, məxfiçiliyə görə əlavə, xidmət illərinə görə əlavə və s.) 2 qatı məbləğində ödənilməlidir. Belə ki, 41 saat üçün sadalanan bütün ödənişlər ödənilirsə, deməli 84 saat üçün də buna müvaviq ödənişlər tam həcmdə ödənilməlidir. Ərzaq payı əvəzinə verilən pul kompensasiyasının ödənilməmiş hissəsi - 50% miqdarı. Belə ki, Nazirlər Kabinetinin 8 yanvar 2013-cü il tarixli 2 saylı qərarının 14-cü bəndində Nazirlər Kabinetinin 1992-ci il 19 may tarixli 271 nömrəli qərarının 1-ci hissəsi və 2001-ci il 19 iyul tarixli 125-6 nömrəli qərarı 2012-ci il 31 dekabr tarixindən ləğv edilməsi və ərzaq payı əvəzinə verilən pul kompensasiyasının miqdarının 2 dəfə artırılması nəzərdə tutulmuşdur. Lakin ona bütün xidmət dövrü üçün bu məbləğin 50% miqdarı - 64 AZN ödənilmişdir. "Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 20.6-cı və "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci maddəsinə əsasən hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində verilən müavinət. Bildirir ki, yuxarıda göstərilənlər ona ödənilməmiş ödənişlərin yalnız ona məlum olanlardır. Əmindir ki, ona ödənilməmiş bir neçə ödəniş növü daha mövcuddur. xx.xx.2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ona həmin qurumda xidmət etdiyi müddətdə və ehtiyata buraxıldıqdan sonra ödəməli olduğu, lakin ödəmədiyi bütün ödənişləri ödəməsini tələb etmişdir. Sözügedən ödənişləri ona ödəməsi üçün Dövlət Sərhəd Xidmətinə müraciət etmədiyi üçün xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir və həmin tarixdə ərizəsi təmin edilərək iş üzrə icraata xitam verilmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ona geri qaytarılmışdır. xx.xx.2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinə ona ödənilməmiş bütün ödənişlərin tam həcmdə ödənilməsi üçün müraciət etmişdir. xx.xx.2020-ci il tarixdə ona 234 AZN miqdarında “ezamiyyət pulu” ödənişi ödənildi. DSX xx.xx.2020-ci il tarixli müraciətinə xx.xx.2020-ci il tarixdə məktubla cavab verərək ona ödənilməli olan hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının həqiqətən ödənilmədiyini bildirmiş və xx.xx.2020-ci il tarixdə bu ödənişin bir hissəsini - 279,30 AZN ona ödəmiş, lakin digər ödənişlər barədə heç bir rəy bildirməmişdir. xx.xx.2020-ci il tarixdə yenidən Dövlət Sərhəd Xidmətinə müraciət edərək ezamiyyət pulu və hərbi geyim və əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilmiş hissəsi istisna olmaqla qalan bütün ödənişləri ödəmələrini xahiş etmişdir. Bu məktuba cavab olaraq xx.xx.2020-ci il tarixdə ona həmin tarixədək ödənilmiş məbləğlər barədə məlumat göndərməklə yanaşı yerdəyişmə müavinətinin və kirayə kompensasiyasının ödənilməsi üçün onun Sərhəd Nəzarətinə müraciət etməli olduğunu bildirdilər. Lakin artıq xidmət saatlarına görə kompensasiya barədə məktubda heç bir məlumat göstərilməmişdi. xx.xx.2020-ci il tarixdə bir daha ona xidməti dövründə və ehtiyata buraxıldıqdan sonra ödənilməmiş bütün ödənişlərin ödənilməsi barədə Dövlət Sərhəd Xidmətinə müraciət etmişdir. Lakin bu günədək ona Xidmət tərəfindən heç bir cavab gəlməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, DSX-nin sabiq hərbi qulluqçusu İddiaçı iddiası əsassızdır və təmin olunmamalıdır. Belə ki, İddiaçı 16 fevral 2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətində zabit qismində hərbi xidmətə qəbul olunaraq (Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli N №-li əmrindən çıxarış əlavə olunur), Sərhəd Nəzarətində təşkil olunmuş «Nəzarətçi heyətinin hazırlığı» kursuna cəlb edilmişdir. «Nəzarətçi heyətinin hazırlığı» kursunu bitirdikdən sonra xidmətini davam etdirmək üçün 03 may 2018-ci il tarixdə «Biləsuvar» sərhəd nəzarəti məntəqəsinə, sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi vəzifəsinə təyin olunmuşdur (Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli N №-li əmrindən çıxarış əlavə olunur). 18 avqust 2018-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə müvafiq olaraq İddiaçı baş leytenant hərbi rütbəsi verilmişdir (Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli N №-li əmrindən çıxarış əlavə olunur). Baş leytenant İddiaçı xx.xx.2019-cu il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq DSX-də həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır (Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli N №-li əmrindən çıxarış əlavə olunur). İddiaçı iddia ərizəsində qeyd etdiyi bəndlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: İddiaçı xidmət etdiyi müddət ərzində intizam məsuliyyətinə cəlb olunduğu üçün (F.X7 Xidməti rəisinin xx.xx.2014-cü il tarixli, 0166 nömrəli (“Hərbi qulluqçular tərəfindən müraciət qaydalarının pozulmasının yol verilməzliyi haqqında” əmrinin tələblərini pozaraq 10 iyun 2019-cu il tarixdə Dövlət Sərhəd Xidməti rəisinin ünvanına şikayət məzmunlu məktubla müracət etdiyi üçün Sərhəd Nəzarəti rəisinin vəzifə səlahiyyətləri çərçivəsində «Şiddətli töhmət» intizam məsuliyyətinə cəlb olunmuşdur) Sərhəd Nəzarəti rəisinin əmrinə əsasən birdəfəlik pul mükafatı 50% həcmində 2018-ci il üçün 516.67 (beş yüz on altı manat altmış yeddi qəpik) AZN, 2019-cu ildə isə, yəni Silahlı Qüvvəllərin ehtiyatına buraxılan zaman xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə qədər olan dövr üzrə isə “birdəfəlik pul mükafatı” 640.83 (altı yüz qırx manat səksən üç qəpik) manat ödənilmişdir. İddiaçı hərbi xidmət dövründə əşyageyim əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarına əsasən müəyyən edilmiş normalar əsasında hesablamalar Sərhəd Nəzarətinin MTTŞ-i tərəfindən hazırlanaraq xx.xx.2019-cu il tarixli, 10/7057 nömrəli məktubla Dövlət Sərhəd Xidmətinin Maliyyə Plan İdarəsinə göndərilmiş və xx.xx.2020-ci il tarixdə 279.30 AZN (iki yüz yetmiş doqquz manat otuz qəpik) onun bank hesab nömrəsinə köçürülmüşdür (Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarının surəti əlavə olunur). “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçularının sosial müdafiəsinin gücləndilirməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1.3-cü bəndinə əsasən 2.6.1-1-ci yarımbəndinə əlavə edilmiş hər ay 250.000 manatı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hesabına köçürülən pul vəsaiti hesabına hərbi qulluqçulara verilən aylıq pul mükafatı İddiaçı yüksək nəticəyə nail olmadığına və vəzifə borclarının icrası zamanı intizam məsuliyyətinə cəlb olunduğuna görə Sərhəd Nəzarəti rəisinin 1-ci müavini-qərargah rəisi tərəfindən yazılmış raport əsasında 2019-cu ilin iyun və iyul aylarında 250.0 (iki yüz əlli) manatdan 150.0 (yüz əllii) manata endirilmişdir (Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1358 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmamının surəti, Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli K/3213 nömrəli raporturun surəti. xx.xx.2019-cu il tarixli 3112 və xx.xx.2019-cu il tarixli R-3445 nömrəli raportlardan çıxarışlar əlavə olunur). “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanununun 23-cü maddəsinin “q” bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilmiş qaydada və Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 nömrəli əmrinə əsasən "Biləsuvar" sərhəd nəzarəti şöbəsinin şəxsi heyəti sutkalıq xidmətə cəlb olunduğu üçün sabiq hərbi qulluqçu İddiaçı da sutkalıq xidmətlərə təyin edilmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununda və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminat növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli Qararında üstəlik pul təminatının növlərinə xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır (“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun surəti, Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli Qararının surəti və Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, 13 №-li əmrindən çıxarış əlavə olunur). Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli, 2902 nömrəli sərəncamının 3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumların hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği iki dəfə artırılaraq 32 manatdan 64 manat müəyyən edilmişdir. Nazirlər Kabinetinin 08 yanvar 2013-cü il tarixli 2 saylı qərarına əsasən ərzaq payı “normalarının miqdarı artırılmış, lakin ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləğində hər hansı bir artım olmadığı üçün 64 manatdan hesablanmışdır (Nazirlər Kabinetinin 19 may 1992-ci il tarixli 271 saylı qərarının surəti, Azərbaycan Respubiikası Prezidentinin 25 iyun 2008-ci il tarixli 2902 nömrəli Sərəncamının surəti və Nazirlər Kabinetinin 08 yanvar 2013-cü il tarixli 2 saylı qərarının surəti əlavə olunur). İddiaçı "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunun 20.6-cı və "Kəşfiyyat və Əks-kəşfiyyat subyektlərinin Səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, Kəşfiyyat və Əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanının 1-ci maddəsinə əsasən fəaliyyət subyekti olmadığı üçün qeyd olunan müavinətlər İddiaçı ödənilməmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X6 iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan işə baxılıb iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada xəbərdarlıq edilmiş, lakin cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ciil tarixli, N №-li nizami hərbi hissə üzrə əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən Dövlət Sərhəd Xidmətində Sərhəd Nəzarətində 3 (üç) ay müddətinə “Nəzarətçi heyətinin hazırlanması kursu” təşkil edilərək Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan leytenant İddiaçı N fevral 2018-ci il tarixdən həmin kursa cəlb edilmişdir. Əsas: DSX rəisinin xx.xx.2018-ci il tarixli, 167ş/h nömrəli əmri. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən Sərhəd Nəzarətinin bazasında “Nəzarətçi heyətinin hazırlanması” kursunu bitirmiş və Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olan leytenant İddiaçı “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin zabit-nəzarətçisi (“Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin baş nəzarətçisi hesabına) təyin edilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Əsas: DSX rəisinin xx.xx.2018-ci il tarixli, 618 ş/h nömrəli əmri. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən Dövlət Sərhəd Xidməti rəisinin “Silahlı birləşmə rəhbərlərinin kadrlarla iş sahəsində vəzifələrinin müəyyən edilməsi haqqında” 24 iyul 2017-ci il tarixli, 0235 №-li əmrinin 1.1.1-ci bəndini rəhbər tutaraq “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə müvafiq olaraq “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi sərhəd nəzarəti bölməsini zabitnəzarətçisi leytenant İddiaçı baş leytenant növbəti hərbi rütbəsi verilmişdir. Əsas: Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, 84 ş/h nömrəli əmri. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi sərhəd nəzarəti bölməsini zabit-nəzarətçisi baş leytenant İddiaçı vəzifəsindən azad olunmaqla xx.xx.2019-cu il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə göndərilmiş, baş leytenant İddiaçı 2019-cu ilin növbəti məzuniyyətindən 45 (qırx beş) gün istifadə etmiş, məzuniyyət müavinəti və maddi yardım almışdır, baş leytenant İddiaçı xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan xidmət dövrünə görə birdəfəlik pul mükafatının 50%-ni almağa layiqdir, baş leytenant İddiaçı xx.xx.2019-cu il tarixə xidmət illəri: Təqvimi: 03 il 06 ay 05 gün. Əsas: Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 1557ş/h nömrəli əmri. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İddiaçı məxsus xidmət dəftərçəsinin lazımi qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası MN xx.xx.2016-cı il tarixli, 0315 №-li əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”-nin 156-cı maddəsinin “a” bəndinə əsasən SQ-də həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 163 ş/h №-li əmrinə əsasən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək zabit-taqım komandiri vəzifəsi ilə DSX rəisinin sərəncamında olmuş, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 618 ş/h №-li əmrinə əsasən xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə kimi “Biləsuvar” SNM 1-ci bölmənin zabit nəzarətçisi, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 0079 №-li əmrinə əsasən xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilə kimi təşkilat-ştat dəyişiklikərinə müvafiq olaraq Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli, 1131 ş/h №-li əmrinə əsasən xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilə kimi “Biləsuvar” SNM sərhəd nəzarəti bölməsinin zabit nəzarətçisi işləmiş, Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli, 1557 ş/h №-li əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılıb. Hərbi qeydiyyata götürülmək üçün Səfərbərlik və Hərbi Xidmət Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Nizami rayon İdarəsinə göndərilib. xx.xx.2019-cu il tarixə xidmət illəri 03 il 06 ay 05 gün. xx.xx.2018-ci il tarixdən (DSX rəisinin xx.xx.2018-ci il tarixli, 618ş/h əmri) xx.xx.2019-cu il tarixədək (DSX rəisinin xx.xx.2019-cu il tarixli, 1557ş/h əmri) DSX Sərhəd Nəzarəti “Biləsuvar” SNM “zabit nəzarətçisi” vəzifəsi Azərbaycan Respublikası NKnın xx.xx.1992-ci il tarixli, 631 saylı qərarının 2-ci maddəsinə əsasən xidmət illəri üçün əmsal 1.5 hesablanmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, 092 №-li sərhəd nəzarəti rəisinin birdəfəlik pul mükafatının verilməsi haqqında əmrindən çıxarışın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin əmrə əsasən 2018-ci il ərzində xidmət fəaliyyətində yüksək nəticələrə nail ola bilməyən və vəzifə borclarının icrası zamanı müəyyən nöqsanlara yol verən baş leytenant İddiaçı vəzifə və rütbə maaşının 1 misli, 50%-i həcmində birdəfəlik pul mükafatı verilmişdir. - Sərhəd Nəzarəti rəisinin 1-ci müavini tərəfindən Sərhəd nəzarəti rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, 3112 №-li və xx.xx.2019-cu il tarixli, 3445 №-li raportlardan çıxarışların lazımi qaydada təsdiq edilmiş surətlərindən görünür ki, ay ərzində xidmət fəaliyyətində yüksək nəticələrə nail ola bilməyən və vəzifə borclarının icrası zamanı müəyyən nöqsanlara yol verən baş leytenant İddiaçı 150 manat həcmində aylıq pul mükafatının verilməsi təklif edilmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin xx.xx.2019cu il tarixli, 13 №-li “Dövlət sərhədindən buraxılış məntəqələrində xidmətin təşkil edilməsi haqqında” əmrinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak üzərində etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti Dəniz limanlarında sərhəd nəzarəti şöbəsi, “Biləsuvar”, “Yalama”, “Xanoba”, “Mazımqara” – 24 saatlıq iş rejimində, “Astara”, “Samur”, “Şirvanlı”, “Muğanlı”, “Qırmızı Körpü”, “Böyükkəsik”, “Sadıxlı”, “Gəncə”, “Lənkəran” və “Qəbələ” dövlət sərhədindən buraxılış məntəqələrində - 12 saatlıq iş rejimində təşkil edilməsinə, X4 Aeroportu sərhəd nəzarəti şöbəsinin kişi hərbi qulluqçuların xidmət vaxtı 24 saat (xidmət yükü nəzərə alınmaqla), qadın hərbi qulluqçularına 12 saatlıq iş rejimi müəyyən edilməsinə əmr edilmişdir. - İddiaçıya məxsus şəxsi işin xidmət vərəqəsinin surətinin görünür ki, İddiaçı Sərhəd Nəzarətinin rəisinin xx.xx.2018-ci il (Q-3902, xx.xx.2018) tarixli əmrinə əsasən funksional vəzifələrinin icrasına səhlənkar yanaşdığı üçün, saxta sənədlə keçən TSP-ni aşkar edə bilmədiyi üçün şiddətli töhmət, xx.xx.2019-cu il tarixli əmrinə əsasən günün nizam qaydalarını pozduğu üçün töhmət, xx.xx.2019-cu il tarixli əmrinə əsasən verilmiş göstərişin icrasına məsuliyyətsiz yanaşdığına görə şiddətli töhmət, xx.xx.2019-cu il tarixli əmrinə əsasən xidməti vəzifələrinin icrasına zəif münasibət bəsləməsini, izahedici söhbətlər aparılmasına baxmayaraq göstərilən iraddan vaxtında nəticə çıxarmamasını, günün nizam və subordinasiya qaydalarını pozmasını, xidmət zamanı mobil telefondan istifadə edərək nöqsana yol verməsini nəzərə alınaraq vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq cəzaları verilmişdir. SN-ni rəisinin xx.xx.2019-cu il tarixli əmrinə əsasən Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü münasibəti ilə İddiaçı xx.xx.2019-cu il tarixli “töhmət”, xx.xx.2019-cu il tarixli “şiddətli töhmət” intizam cəzaları, DSX rəisinin xx.xx.2019-cu il tarixli, 0233 №-li əmrinə əsasən Azərbaycan Sərhəd Mühafizəsinin 100-cü ildönümü münasibəti ilə xx.xx.2018-ci il tarixli “şiddətli töhmət”, xx.xx.2019-cu il tarixli “VTUOBX” intizam cəzaları üzərində götürülmüşdür. - “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi rəisi tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq olunmuş “Biləsuvar” SNM-in şəxsi heyətinin 46 №-li paylama cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd uzunqol köynək almışdır. - 2018-ci ilin 1-ci rübü üçün 4 №-li paylama cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd y/xəz.göd., 1 ədəd y/üçbucaq köynək, 1 ədəd istiləşdirilmiş səhra göd., 1 ədəd qış səhra dəsti, 2 ədəd uzunqol köynək, 1 ədəd qış çəkməsi, 1 ədəd yay çəkməsi, 1 ədəd səhra botinkası, 1 ədəd əşya kisəsi, 1 ədəd zabit çantası, 2 ədəd günd. paqon, 1 ədəd qazança, 1 ədəd kakarda, 1 ədəd bel kəməri, plaş, 2 ədəd paqon səhra, 1 ədəd qan qrup, 1 ədəd məktub kiş. alımışdır. - 2018-ci ilin 2-ci rübü üçün 11 №-li paylama cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd qısaqol köynək, 1 ədəd yay səhra dəsti almışdır. - 2018-ci ilin 4-ci rübü üçün 36 №-li paylama cədvəlinin surətindən görünür ki, İddiaçı 1 ədəd uzunqol köynək, 1 ədəd gündəlik paqon, 1 ədəd səhra şevronu almışdır. - Sərhəd Nəzarətinin rəisi tərəfindən xx.xx.2019-cu ildə təsdiq edilmiş “Sərhəd Nəzarətinin təxris olunmuş hərbi qulluqçularının əşya geyim əvəzinə verilən pul kompensasiyasının 8 №-li cədvəli”nin surətindən görünür ki, X1 279,30 manat məbləğində pulun ödənilməsi qeyd edilmişdir. - Ehtiyatda olan Sərhəd Nəzarətinin hərbi qulluqçusu baş leytenant İddiaçı xx.xx.2018ci il tarixdən xx.xx.2019-cu il tarixədək ödənilən vəsaitlərin açıqlaması barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2018-ci ildə aylıq əmək haqqı 318,37 manat, ərzaq 44,34 manat olmaqla cəmi 362,71 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 436,02 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 498,1 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 436,02 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 498,1 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 776,17 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 838,25 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 1119,36 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 1181,44 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 881,95 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 944,03 manat, xx.xx.2018-ci ildə 617,00 manat maddi yardım, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 881,95 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 944,03 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 937,11 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 999,19 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 922,29 manat, ərzaq pulu 62,08 manat, məzuniyyət pulu 495,00 manat olmaqla cəmi 1479,37 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 798,22 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 860,30 manat, xx.xx.2018-ci ildə aylıq əmək haqqı 798,22 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 860,30 manat, xx.xx.2018-ci ildə mükafat pulu 500,00 manat, xx.xx.2018-ci ildə BPM (birdəfəlik pul mükafatı) pulu 516,67 manat, xx.xx.2018-ci ildə mükafat pulu 250,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 500,00 manat, xx.xx.2019-cu ildə məzuniyyət pulu 495,00 manat, maddi yardım 620,00 manat, xx.xx.2019-cu ildə mükafat pulu 250,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 250,00 manat, xx.xx.2019-cu ildə ezam pulu 18,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 250,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 150,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 150,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 250,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 802,01 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 864,09 manat, xx.xx.2019-cu ildə mükafat pulu 250,00 manat, 14.010.2019-cu ildə aylıq əmək haqqı 1182,92 manat, ərzaq pulu 62,08 manat olmaqla cəmi 1245,00 manat, xx.xx.2019-cu ildə mükafata görə 250,00 manat, xx.xx.2019-cu ildə aylıq əmək haqqı 35,38 manat, ərzaq pulu 2,07 manat, BPM (birdəfəlik pul mükafatı) pulu 640,83 manat, işdən çıxma pulu 1538,00 manat, cəmi 2216,28 manat ödənilmişdir. - Cavabdeh tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.2018-ci il tarixdə saat 20:00-dan xx.xx.2018-ci il tarixdə saat 09:00-dək baş leytenant İddiaçı tərəfindən 328 nəfər, xx.xx.2019-cu il tarixdə saat 09:-dan xx.xx.2019-cu il tarixdə saat 20:00-dək 257 nəfər şəxs rəsmiləşdirilərək dövlət sərhədindən buraxılmışdır. -“21-22” dekabr 2018-ci il tarix üçün -“Biləsuvar” sərhəd nəzarəti məntəqəsinin sərhəd nəzarəti bölməsinin sərhədin mühafizə kitabının 3.b) bölməsindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı sənədlərin yoxlanışı xidmət sahəsində 20:00-09:00-da xidmətdə olmuşdur. -“01-02” may 2019-cu il tarix üçün -“Biləsuvar” sərhəd nəzarəti məntəqəsinin sərhəd nəzarəti bölməsinin sərhədin mühafizə kitabının 3.b) bölməsindən çıxarışdan görünür ki, baş leytenant İddiaçı sənədlərin yoxlanışı xidmət sahəsində 20:00-09:00-da xidmətdə olmuşdur. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 16/6060 №-li məktuba əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı xx.xx.2018-ci ildən xx.xx.2019-cu il tarixədək olan dövr üzrə xidməti barədə “Biləsuvar” sərhəd nəzarəti şöbəsinin sərhəd nəzarəti bölməsinin “sərhədin mühafizə kitabı”nın 4.ç bölməsindən çıxarışlar təqdim edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 2/1982 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2013-cü il tarixli 2 nömrəli Qərarı ilə təsdiq edilmiş ümumqoşun ərzaq payı normasının əvəzinə verilən pul kompensasiyasının məbləği 64 (altmış dörd) manat müəyyən olunmuşdur. Həmçinin əşya əmlakı əvəzinə pul kompensasiyasının ödənilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 200 nömrəli Qərarına əsasən zabit heyətindən olan şəxslər, gizirlər (miçmanlar), qadın hərbi qulluqçular və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyası almaq hüququna malikdirlər. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 16/6103 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2008-ci il tarixli 2991 nömrəli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının ərzaq payı əvəzinə verilən pul kompensasiyasının məbləği 2 dəfə artırılaraq 64,00 manat müəyyən edilmişdir. Bundan başqa, DSX-nin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları Nazirlər Kabinetinin 31 may 2004-cü il tarixli 80 nömrəli qərarı ilə tənzimlənir. Həmçinin İddiaçı Abdusalam oğlunun xidmət etdiyi N nömrəli hərbi hissəyə şamil edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti əlavələri DSX rəisinin xx.xx.2019-cu il tarixli tam məxfi 0016 nömrəli əmrinə əsasən xx.xx.2019-cu il tarixdən tam qüvvədən düşmüşdür. Məhkəmə işdə iştirak edən iddiaçının vəkilini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrinə əsasən N fevral 2018-ci il tarixdən Dövlət Sərhəd Xİmdətində Sərhəd Nəzarətində 3 (üç) ay müddətinə “Nəzarətçi heyətinin hazırlanması kursu”na cəlb edilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2018-ci il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrinə əsasən Abdulsalam oğlu “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin zabit-nəzarətçisi (“Biləsuvar” sərhəd nəzarəti məntəqəsi 1-ci bölmənin baş nəzarətçisi hesabına) təyin edilərək şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmiş, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti rəisinin xx.xx.2019-cu il tarixli, N №-li nizami hərbi hissə üzrə əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.1-ci maddəsinə (xidmət müddəti başa çatdığına görə) müvafiq olaraq “Biləsuvar” sərhəd nəzarəti məntəqəsi sərhəd nəzarəti bölməsini zabit-nəzarətçisi vəzifəsindən azad olunmaqla xx.xx.2019-cu il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hazırda iddiaçı Fariz X7 Xidmətinə qarşı iddia qaldıraraq 2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatının, 2018-ci il üçün əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyasının, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (ezamiyyətdə, məzuniyyətdə və digər xidmətdə olmadığı vaxtlar istisna olmaqla) xidmət xidmət vaxtından artıq xidmətə görə ödənişin, 2018-ci il üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq birdəfəlik ödənilməsi tələbini inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Məhkəmə iddiaçı tərəfindən mübahisələndirilən hallara ayrı-ayrılıqda hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iddiaçının “2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatının ödənilməsi ilə” bağlı iddia tələbinə münasibətdə qeyd edir ki, cavabdehin müvafiq əmrinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək olan xidmət dövrünə görə birdəfəlik pul mükafatının 50%-i ödənilsə də iddiaçı həmin məbləğin 100% ödənilməli olmasını iddia edir və iddiasını intizam cəzalarının xx.xx.2019-cu ildən götürülməsi ilə əsaslandırır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli, 0251 nörməli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin: -1.1-ci bəndinə görə pul təminatı haqqında Əsasnamə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nin hərbi qulluqçularının pul təminatı aşağıdalkılardan ibarətdir: 1.1.1. hərbi rütbə və vəzifə maaşlarından; 1.1.2. pul təminatının əlavə növlərindən və yol təminatından. - 1.2-ci bəndinə əsasən bu Əsasnaməyə görə pul təminatı aşağıdakı hərbi qulluqçulara ödənilir: 1.2.1. Dövlət Sərhəd Xidmətinin aparatında, hərbi birləşmələrində, habelə digər struktur bölmələrində vəzifədə olanlara; 1.2.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına; 1.2.3. DSX-nin hərbi hissələrində sərəncamda olanalara. - 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası DSX-də xidmət edən zabitlərin hərbi rütbələrinə görə maaşları Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının rütbə maaşları məbləğlərinin təsdiq edilməsi haqqında” Qərarı ilə təsdiq edilmiş məbləğdə ödənilir. - 2.2-ci bəndinə əsasən hərbi qulluqçulara hərbi rütbəyə görə maaşlar hərbi rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən ödənilir. - 2.4-cü bəndinə görə zabitlərə vəzifə maaşları DSX-nin hərbi hissələrinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin və digər struktur qurumların ştatında tutduqları vəzifələrə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş məbləğdə ödənilir. - 3.12-ci bəndinə görə sərəncamda olma dövründə tutduqları vəzifədən azad olunmuş, o cümlədən hərbi hissənin yeni ştata keçməsi və ya ştatların qismən dəyişməsi zamanı zabitlərə, gizirlərə, miçmanlara və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına vəzifədən azad edilmə günündən pul təminatı aşağıdakı qaydada ödənilir: 3.12.1. birinci iki ay üçün - vəzifə, rütbə maaşları, ximdət illərinə görə faiz əlavəsi və ərzaq kompensasiyasına görə; 3.12.2. sonrakı iki ay üçün - yalnız hərbi rütbə maaşı, hərbi rütbə maaşından hesablanmış xidmət illərinə görə əlavə və ərzaq kompensasiyası; 3.12.3. sərəncam dövründə vəzifələrin icrası ilə bağlı digər vəzifə maşına əlavələr dayandırılır. - 44.81-ci bəndinə görə qoşunlarda yüksək döyüş hazırlığının saxlanılmasında nailiyyətlər əldə etmiş, xidməti vəzifələrini vicdanla yerinə yetirilmiş və nöqsansız xidmət etmiş zabit, gizir, miçman və müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularına ilin yekunlarına görə əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ödənilir. Birdəfəlik pul mükafatının ödənişi barədə əmrin imzalandığı gün sərəncamda olan, o cümlədən sərəncamda olduqları dövrdə vəzifələrin müvəqqəti icrasına buraxılmış, yaxud uzun müddət sərəncamda (uşağa qulluq üçün verilən məzuniyyət dövründən başqa) olması ilə əlaqədar pul təminatını almaq hüququnu qismən və ya tam şəkildə itirmiş hərbi qulluqçulara birdəfəlik pul mükafatına layiq görüldüyü halda tutduqları sonuncu əsas vəzifə maaşı nəzərə alınır və pul mükafatının ödənişi faktiki xidmət etmiş tam aylara proporsional olaraq (xidmətin hər bir tam təqvim ayı üçün 1/12-i qədər) həyata keçirilir. Göründüyü kimi əsas vəzifə və hərbi rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı ilin yekunlarına görə nöqsansız xidmət etmiş hərbi qulluqçuya birdəfəlik pul mükafatına layiq görüldüyü halda müvafiq əmrlə verilir. Məhkəmə qeyd edir ki, il ərzində verilən məzuniyyət müavinəti və yaxud maddi yardım hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olmayaraq qanunun birbaşa göstərişindən irəli gəlməklə ödənildiyi halda, birdəfəlik pul mükafatı adından da göründüyü kimi qoşunların yüksək döyüş hazırlığının saxlanılması, xidməti vəzifələrin vicdanla yerinə yetirilməsi və nöqsansız intizama görə verilir. Yəni, bidrəfəlik pul mükafatı hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq verilən pul təminatıdır. Hərbi qulluqçunun hərbi hissə rəhbərliyinin mülahizəsindən asılı olaraq alınan əlavələrinə münasibətdə isə nəzərə alınmalıdır ki, hərbi qulluqçunun həmin mükafata layiq görüləcəyi qənaətinə gəlmək inzibati orqanın diskresion səlahiyyətinə müdaxilə təşkil etmiş olar. Başqa sözlə, yalnız hərbi hissə rəhbərliyinin qiymətləndirməsi ilə hərbi qulluqçu birdəfəlik pul mükafatına layiq olduğu qənaətinə gəlindikdə müvafiq əmrlə pul mükafatı verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hazırkı işdən müəyyən olunur ki, iddiaçı hərbi hissənin rəhbərliyinin müvafiq əmrinə əsasən xidmət dövrünə görə birdəfəlik pul mükafatının 50%-ni almağa layiq görülmüşdür. Hərbi qulluqçunun birdəfəlik pul mükafatına layiq olması hərbi hissə rəhbərliyinin qiymətləndirməsindən irəli gəldiyindən, iddiaçıya birdəfəlik pul mükafatının 50%-nin ödənilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsi zamanı cavabdeh inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi halları müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbinin 2019-cu ilin yekunlarına görə birdəfəlik pul mükafatının ödənilməsi ilə bağlı hissəsi təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “2018-ci il üçün əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçıya 2019-cu ildə ehtiyata buraxılan zaman əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyası ödənilmişdir. Məhkəmə araşdırılması zamanı iddiaçıya cavabdeh inzibati orqan tərəfindən 2018-2019-cu illər ərzində əşya-geyimin verildiyi müəyyən edilmişdir. İddiaçının özü də 2018-ci il ərzində ona əşya-geyimin verildiyini qəbul etsə də ona verilməli olan, lakin verilməyən əşya-geyim əmlakı əvəzinə verilən pul kompensasiyasının ödənilməsini tələb edir. “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları"nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları" təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 200 nömrəli Qərarına əsasən zabit heyətindən olan şəxslər, gizirlər (miçmanlar), qadın hərbi qulluqçular və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyası almaq hüququna malikdirlər. Göründüyü kimi hərbi qulluqçular ehtiyata və istefaya buraxılarkən axırıncı 36 ayda təminat normalarına əsasən alınmamış geyim əşyaları əvəzinə pul kompensasiyası almaq hüququna malikdirlər və hazırki iş üzrə İddiaçı da ehtiyata buraxılan zaman xidmət dövründə təminat normalarına əsasən almadığı geyim əşyaları əvəzinə pul kompensasiyası ödənilmişdir. Belə olan halda məhkəmə iddia tələbinin həmin hissəsinin əsassız olması nəticəsinə gəlir. Məhkəmə iddia tələbinin “xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (ezamiyyətdə, məzuniyyətdə və digər xidmətdə olmadığı vaxtlar istisna olmaqla) xidmət vaxtından artıq xidmətə görə ödəniş edilməsi” ilə bağlı hissəsi ilə bağlı qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun: - 4-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların hüquqlarının, vəzifələrinin və məsuliyyətinin məzmunu və həcmi onların hərbi xidmət başında olub-olmadığından asılıdır. - 10-cu maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. - 11-ci maddəsinin 1-ci hissəsinə əsasən hərbi qulluqçuların istirahət hüququ həftədə 41 saatdan çox olmayan xidmət vaxtının müəyyən edilməsi, həftəlik istirahət günlərinin, iş günü hesab edilməyən bayram günlərinin, illik məzuniyyətlərin və başqa ödənişli məzuniyyətlərin (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), habelə dincəlmək və qidalanmaq üçün gündəlik fasilələrin verilməsi yolu ilə təmin edilir. - 23-cü maddəsinin 1-ci hissəsinə əsasən hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır: a) hərbi qulluqçuların tətil hüququ yoxdur; b) hərbi qulluqçular həmkarlar ittifaqlarının üzvü ola bilməzlər; v) hərbi qulluqçuların xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olması, istehsal və vasitəçilik fəaliyyəti göstərən kooperativlərdə maaşlı ştat vəzifələri tutması qadağandır; q) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada hərbi qulluqçuların istirahət müddəti məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər; ğ) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mülki ali və orta ixtisas təhsil müəssisələrində təhsil almasına icazə verilmir; d) hərbi qulluqçuların daimi yaşamaq üçün xaricə getməsi qadağandır; e) hərbi hissələrin yerləşməsi şərtlərinə uyğun olaraq hərbi qulluqçuların yaşayış yeri seçməsi və hərəkət sərbəstliyi məhdudlaşdırılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi hərbi qulluqçuların istirahət müddəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə müəyyən edilən qaydada məhdudlaşdırıla (xidmət vaxtı artırıla) bilər. Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçını hərbi qulluqçu kimi xidmət etdiyi “Biləsuvar” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin müvafiq əmrləri ilə Dövlət sərhədindən buraxılış məntəqələrində şəxslər, nəqliyyat vasitələri, yüklər və digər əmlak üzərində etibarlı sərhəd nəzarətinin təmin edilməsi məqsədilə mövcud əməliyyat şəraitindən irəli gələrək sərhəd naryadlarının xidməti 24 saatlıq iş rejimində müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 562 nömrəli “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları üçün aylıq maaşlara nisbətən 1992-ci il yanvarın 1-də olan faiz miqdarı ilə müəyyən edilmiş normaları məbləğində üstəlik verilən pul təminatı növləri təsdiq edilmiş, o cümlədən zabit vəzifəli heyətə, gizirlərə, miçmanlara və müddətindən artıq xidməti hərbi qulluqçulara uzun müddət xidmətə görə verilən faiz əlavəsi; bəzi kateqoriyalı hərbi qulluqçuların xüsusi xidmət şəraitinə görə üstəlik əlavə; elmi ad və elmi dərəcə üçün faiz əlavəsi; kursant vəzifəsi üçün əlavə; paraşütlə tullanmaq üçün pul mükafatı; dalğıc işləri üçün pul mükafatı; hərbi gəmilərdə, gəmilərdə və gəmi birləşmələri idarələrində uzun müddət və fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hava-desant qoşunlarında fasiləsiz xidmətə görə birdəfəlik verilən pul mükafatı; hərbi təhsil müəssisələrini bitirən məzunlara birdəfəlik verilən pul mükafatı; dənizçilər üçün pul təminatı; döyüş növbətçiliyində olanlar üçün pul mükafatı; qoşunların yüksək döyüş hazırlığının təmin edilməsi və qüsursuz əsgəri intizam üçün birdəfəlik verilən pul mükafatı; müddətli xidmət hərbi qulluqçuları üçün tütün məmulatı əvəzinə verilən pul təminatı; şifrləmə işində fasiləsiz xidmət etməyə görə üstəlik verilən pul əlavəsi; xarici dilləri bildiyi üçün üstəlik verilən pul əlavəsi; gizirlərə, miçmanlara və müddətindən artıq xidmətli hərbi qulluqçulara ilkin ailə şəraiti yaratmaq üçün birdəfəlik pul müavinəti; hərbi qulluqçulara birdəfəlik verilən maddi yardım; Azərbaycan Respublikasının yüksək dağ yerlərində xüsusi iqlim şəraitində qulluq edənlər üçün üstəlik verilən pul əlavəsi; hərbi xidmətdən buraxılarkən birdəfəlik və işdən çıxma müavinətləri; xidmətlə əlaqədar yerdəyişmələr vaxtı yol xərcləri; gündəlik və mənzildə yaşamaq xərcləri; səhrada (çöldə) xidmətetmə pulu; ev kirayəetmə pulu. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Ordusunda və başqa silahlı birləşmələrdə, həmçinin digər dövlət orqanlarında xidmət edən hərbi qulluqçuların pul təminatı onların vəzifə maaşları və bu qərarın 1-ci hissəsində nəzərdə tutulmuş pul təminatları nəzərə alınmaqla, həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir. Qeyd olunan qərar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərini müəyyən edir və həmin qərarda xidmət saatlarından artıq xidmətə görə əlavə ödənişlər nəzərdə tutulmamışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli 0251 nörməli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”yə əsasən DSX-nin hərbi qulluqçularının pul təminatı hərbi rütbə və vəzifə maaşlarından; pul təminatının əlavə növlərindən və yol təminatından ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək (ezamiyyətdə, məzuniyyətdə və digər xidmətdə olmadığı vaxtlar istisna olmaqla) xidmət vaxtından artıq xidmətə görə ödəniş edilməsi” ilə bağlı tələbinin təmin edilməməsindən cavabdeh inzibati orqanının imtinası qanuni və əsaslı olmuşdur. Ona görə də iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “2018-ci il üçün kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq birdəfəlik ödəmək vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə iddia tələbi əsaslıdır. Belə ki, “Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun: - 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. - 14.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. - 20.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçularının sosial müdafiəsi "Hərbi qulluqçuların statusu haqqında", "Əmək pensiyaları haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunları, bu qanunla və digər qanunvericilik aktları ilə müəyyən edilir. - 20.6-cı maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektinin hərbi qulluqçularına hər il məzuniyyətə çıxarkən iki aylıq pul təminatı məbləğində müavinət verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin səlahiyyət dairəsinin, vəzifə və hüquqlarının bölgüsünün, kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin həyata keçirilməsi səlahiyyətlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 186 №-li, 28 yanvar 2005-ci il tarixli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin dövlət sərhədinin mühafizəsi ilə əlaqədar kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı aylıq əmək haqqısı hesablanarakən 2018-ci il üzrə may-oktyabr ayları ərzində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti kimi əlavələr ödənilmişdir. Bundan əlavə İddiaçı Abdusalam oğlunun xidmət etdiyi N nömrəli hərbi hissəyə şamil edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti əlavələri DSX rəisinin xx.xx.2019-cu il tarixli tam məxfi 0016 nömrəli əmrinə əsasən xx.xx.2019-cu il tarixdən tam qüvvədən düşmüşdür. Göründüyü kimi İddiaçı Abdusalam oğlunun xidmət etdiyi N nömrəli hərbi hissəyə şamil edilmiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti əlavələri 2018-ci ildə qüvvədə olduğundan və İddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti kimi əlavələr ödənildiyindən ona 2018ci ildə məzuniyyətə çıxan zaman iki aylıq pul təminatı məbləğində müavinət cavabdeh inzibati orqan tərəfindən ödənilməli olsa da ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməli və 2018-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq İddiaçı birdəfəlik ödəmək vəzifəsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 2018-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq İddiaçı birdəfəlik ödəmək vəzifəsi cavabdehə həvalə edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. 2018-ci il üçün kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə hər il məzuniyyətə çıxarkən 2 aylıq pul təminatı məbləğində verilən müavinətin müvafiq qaydada hesablanaraq İddiaçı birdəfəlik ödəmək vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar