Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3088/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 7 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Nəsimi rayon X2 İcraiyyə Komitəsinin 23 aprel 1971-ci il tarixli, 68/3 №-li Qərarına əsasən Həsən-zadə Rüşti Ələskər oğluna üç nəfərdən ibarət ailəsi birlikdə (özü, arvadı və oğlu) yaşayış sahəsi 30,14 kv.metr 8-ci mikrorayon, Binəqədi şossesi, ev 29, məhəllə 5, mərtəbə 8-də 2 otaqdan ibarət 27 nömrəli mənzil verilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 06 may 2025-ci il tarixli arayışına əsasən mərhum Həsən-zadə Rüşti Ələsgər oğlu 8-ci mikrorayon, Azadlıq prospekti 20 saylı evin 97 №-li mənzil xx.xx.1971-ci il tarixdə verilmiş sərəncama əsasən onun adına olub və ölümündən sonra oğlu X11 (xx.xx.1965-ci il təvəllüdlü) oğlu yaşayıb. xx.xx.2021-ci il tarixdə X8 ölüb. Həmin tarixdən hal-hazıra kimi mənzildə heç kim yaşamır. 16 fevral 2021-ci il tarixli Vəsiyyətnaməyə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan X8 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından aıslı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını ünvan 2 ünvanında qeydiyyata olan İddiaçı vəsiyət etmişdir. X8 24 fevral 2021-ci il tarixdə ölmüşdür. ünvan 3 ünvanlanmış 06 noyabr 2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, X5 adında qalmış miras əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri 27 saylı notariat ofisinə İddiaçı tərəfindən müraciət olunmuşdur. X5 24 fevral 2021-ci il tarixdə vəfatı ilə əlaqədar olaraq vərəsə İddiaçı ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən olunmuşdur. ünvan 4 ünvanındakı mənzilə vəsiyyətnamə üzrə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün reyestrdən çıxarış verilməsi xahiş olunmuşdur. İddiaçı həmin mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…aparılan araşdırma zamanı ərizəyə əlavə olunmuş Nəsimi rayon ZDS İK-nin 68/3 saylı, xx.xx.1971-ci il tarixli qərarında qeyd olunan mənzilin nömrəsi 27 saylı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə baxış zamanı qeyd olunan mənzilin nömrəsinin faktiki 97 saylı olduğu müəyyən olunmuşdur. Mənzil nömrəsində olan uyğunsuzluq aradan qaldırıldıqdan sonra mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər ilə müraciət ediləcəyi təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Nəsimi rayon ZDS İK-nin 68/3 saylı, xx.xx.1971-ci il tarixli qərarı ilə qeyd olunan mənzil X3 verilsə də, müraciətə əlavə olunan Bakı şəhəri 27 saylı notariat ofisinin 1011 saylı, xx.xx.2021-ci il tarixli məktubu X4 miras qalmış əmlaka dair verilmişdir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş,həmçinin müvəqqəti olaraq bşqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal –məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvanda yerləşən 97 saylı mənzilin mülkiyyət hüququ əsasında Həsən-zadə Rüşti Ələsgər oğluna məxsus olması barədə” arayışın verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Binqədi rayonu, 8-ci mkrn, 20 saylı evin 97 saylı mənzili Həsənzadə Rüşti Ələskər oğlunun istifadəsi və sahibliyində olmuşdur. Həmin mənzil Nəsimi rayon ZDS İK-nin 68/3 saylı xx.xx.1971-ci il tarixli Qərarı ilə X10 oğluna və onun ailə üzvlərinə verilmişdir. X10 oğlunun ölümündən sonra həmin mənzildə onun oğlu X8 yaşamışdır. Ərizəçi Xənifəyeva Gülnara Ravilyevna onun qonşusu olmuşdur, aralarında daim xoş münasibətlər olmuşdur. Həsənzadə Samir Rüşti oğlu ömrünün son illərini xərçəng və digər xəstəliklərdən əziyyət çəkmiş, heç bir yerdə işləməmişdir. Onun ömrünün son illərində bütün şəxsi və müalicə xərclərini ərizəçi çəkmişdir, ölümündən sonra dəfnini təşkil etmişdir. Həsənzadə Samirin heç bir qohumu olmamışdır, hər halda nə sağlığında nə ölümündən sonra heç kim onunla maraqlanmamışdır. X8 xx.xx.2021-ci il tarixdə miokardın kəskin infarktından vəfat etmişdir. Ölümündən sonra məlum olmuşdur ki, ölməmişdən öncə istifadəsi və sahibliyində olan Bakı şəhəri, Binqədi rayonu, 8-ci mkrn, 20 saylı evin 97 saylı mənzili yeganə yaxın adamı olan İddiaçı vəsiyyət etmişdir. Tərəflərindən aidiyyəti üzrə 27 saylı Notarial Kontora müraciət edilərək, vərəsəlik işi açılmış və vəsiyyət üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmişdir. Bundan sonra 27 saylı Notarial Kontor DƏDKRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə 0.11.2021-ci il tarixli məktub göndərərək, həmin mənzil üzərində mülkiyyət hüququnun tanınması və reyestrdən çıxarışın verilməsini xahiş etmişdir. Müraciətin icrası zamanı müəyyən olmuşdur ki, Nəsimi rayon ZDS İK-nin 68/3 saylı, xx.xx.1971-ci il tarixli qərarında qeyd olunan mənzilin nömrəsi 27 saylı göstərilsə də, faktiki olaraq 97 saylı olduğu müəyyən edilmişdir. Qərarın 1971-ci il tarixdə manual çap vasitəsi ilə yazıldığını nəzərə alaraq, anlaşılır ki, həmin qərarı yazan şəxs fiziki olaraq texniki səhvə yol verib, 9 əvəzinə 2 rəqəmini çap etmişdir və son 50 ildə bu səhvə heç kim fikir verməmişdir. Çünki həmin qərarın icrasına məhz icra hakimiyyəti tərəfindən nəzarət edilmiş, mərhumun atası və ailə üzvləri dövlət xətti ilə həmin mənzilə köçürülmüşlər, oraya qeydiyyata alınmaqla 50 ilə yaxın yaşamışlar. Bu texniki səhvin düzəldilməsi üçün Bakı şəhəri İcra Hakimiyyətinə müraciət etsələr də, icra hakimiyyəti “ilkin hüquqmüəyənedici sənədlərin təqdim edilmədiyini” bildirməklə imtina etmişdir. Halbuki hazırkı ərizəyə əlavə edilən bütün sənədlər (Qərarın sürəti, Milli Arxivin məktubu, vəsiyyatnamənin surəti, DƏDKRX-nin məktubu və sair) ərizələrinə əlavə edilmişdir. Arxiv sənədlərə düzəliş etmək BŞİH səlahiyyətindən xaricdir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri, imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə Nəsimi rayon X2 İcraiyyə Komitəsinin 23 aprel 1971-ci il tarixli, 68/3 №-li Qərarına əsasən Həsən-zadə Rüşti Ələskər oğluna üç nəfərdən ibarət ailəsi birlikdə (özü, arvadı və oğlu) yaşayış sahəsi 30,14 kv.metr 8-ci mikrorayon, Binəqədi şossesi, ev 29, məhəllə 5, mərtəbə 8-də 2 otaqdan ibarət mənzil verilmişdir. Sonuncu mənzilə dair mülkiyyət hüququnu qeydə aldırmadan ölmüşdür. İddiaçı həmin mənzilin mərhum Həsən-zadə Rüşti Ələskər oğluna məxsus olması barədə arayış verilməsini xahiş edir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; 8.0-cı maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; ... 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Qeyd edilən normaların məzmununa əsasən, mərhum Rüşti Həsən-zadə mübahisələndirilən mənzil sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir; 2) Nəsimi rayon ZDS İK-nin 68/3 saylı, xx.xx.1971-ci il tarixli qərarında qeyd olunan mənzilin nömrəsi 27 saylı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə baxış zamanı qeyd olunan mənzilin nömrəsinin faktiki 97 saylı olduğu müəyyən olunmuşdur; 3) Nəsimi rayon ZDS İK-nin 68/3 saylı, xx.xx.1971-ci il tarixli qərarı ilə qeyd olunan mənzil X3 verilsə də, müraciətə əlavə olunan Bakı şəhəri 27 saylı notariat ofisinin 1011 saylı, xx.xx.2021-ci il tarixli məktubu X4 miras qalmış əmlaka dair verilmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Məhkəmə cavabdehin ilk dəlili bağlı qeyd edir ki, iddiaçı hüquqmüəyyənedici sənəd kimi Nəsimi rayon ZDS İK-nın qərarına istinad edir ki, həmin sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Qeyd edilən qərar ləğv edilməmiş, dəyişdirilməmiş, etibarsız hesab edilməmiş, geri çağırılmamış və heç bir şəxs və orqan tərəfindən mübahisələndirilməyərək qanuni qüvvəsini saxlayır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə cavabdehin 2-ci dəlili ilə bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi hüquqmüəyyənedici sənəddə mənzilin nömrəsi 27 kimi göstərilmişdir. Lakin iş materiallarında olan sənədlərdən müəyyən edilir ki, həmin inibati akt qəbul edilərkən məqsəd, 27 nömrəli mənzilin deyil, 97 nömrəli mənzilin ayrılmasına yönəlmiş və həmin inzibati aktda icra edilərkən 97 nömrəli mənzil R.Həsən-zadənin sahiblik və istifadəsinə verilmişdir. Belə ki, iılk növbədə cavabdehin müayinə aktından və imtina məktubunda da görünür ki, Nəsimi rayon ZDS İK-nin 68/3 saylı, xx.xx.1971-ci il tarixli qərarında qeyd olunan mənzilin nömrəsi 27 saylı göstərilsə də, İdarənin mütəxəssisləri tərəfindən mənzilə baxış zamanı qeyd olunan faktiki olaraq 97 nömrəli mənzil olması müəyyən edilmişdir. Bundan əlavə iş materialında olan Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 06 may 2025-ci il tarixli 181 №-li Arayışından müəyyən edilir ki, 8-ci mkr., Azadlıq prospekti, 20 saylı evin 27 №-li mənzili xx.xx.1993-cü il tarixli 30/7599 saylı çıxarışa əsasən X1 adınadır. Mənzildə hal-hazırda qeydiyyatda heç kim yoxdur. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 06 may 2025-ci il tarixli 182 №-li Arayışından müəyyən edilir ki, mərhum Həsən-zadə Rüşti Ələsgər oğlu 8-ci mikrorayon, Azadlıq prospekti 20 saylı evin 97 №-li mənzil xx.xx.1971-ci il tarixdə verilmiş sərəncama əsasən onun adına olub və ölümündən sonra oğlu X11 (xx.xx.1965-ci il təvəllüdlü) oğlu yaşayıb. xx.xx.2021-ci il tarixdə X8 ölüb. Həmin tarixdən hal-hazıra kimi mənzildə heç kim yaşamır. Göründüyü kimi, 27 nömrəli mənzil 1993-cü il tarixli çıxarışa əsasən başqa adamın mülkiyyətindədir. Məhkəmə Nəsimi rayon ZDS İK-nin 68/3 saylı, xx.xx.1971-ci il tarixli qərarında mənzilin nömrəsinin 27 kimi qeyd edilməsini texniki səhv olaraq qiymətləndir. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir (Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı). İddiaçının təqdim etdiyi inzibati aktın məqsədi əslində 97 nömrəli mənzilin Həsənzadə Rüşti Ələsgər oğluna verilməsinə yönəlmiş və həmin inzibati akt da 97 saylı mənzilə uyğun olaraq icra edilərək R.Həsən-zadəyə verilmişdir. Həmin qərar (inzibati akt) forma, məzmun, səbəb və məqsəd baxımından Qanunun yuxarıda istinad edilən normasının (8.0.11) tələbləri baxımından mənzilə 97 saylı mənzilə dair hüququn qeydə alınması üçün əsas hesab edilən sənəd hesab edilməlidir. Məhkəmə cavabdehin 3-cü dəlili ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmçinin Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. X8 tərəfindən faktik sahiblik əsasında mərhum atası Həsən-zadə Rüşti Ələsgər oğlundan miras qalmış hazırkı mənzilin qəbul edilməsini təsdiq edir. Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 06 may 2025-ci il tarixli arayışınfsn müəyyən edilir ki, mərhum Həsən-zadə Rüşti Ələsgər oğlu 8-ci mikrorayon, Azadlıq prospekti 20 saylı evin 97 №-li mənzil xx.xx.1971-ci il tarixdə verilmiş sərəncama əsasən onun adına olub və ölümündən sonra oğlu X11 (xx.xx.1965-ci il təvəllüdlü) oğlu yaşayıb. X9 16 fevral 2021-ci il tarixli Vəsiyyətnamə ilə ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından aıslı olmayaraq ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını ünvan 2 ünvanında qeydiyyata olan İddiaçı vəsiyət etmişdir. Qeyd edilən mənzilin ilkin hüquqmüəyyənedici sənədi Həsən-zadə Rüşti Ələsgər oğluna məxsus olmuş, onun ölümündən sonra sonuncunun qanun üzrə birinci növbəli vərəsəsi, həmçinin orderdə ailə üzvü kimi qeyd edilmiş oğlu X8 miras əmlaka faktiki sahiblik edərək əmlakı qəbul etmiş, S.Həsənzadə isə ölümündən əvvəl özünə məxsus bütün əmlakını iddiaçıya vəsiyyət vetmişdir. İddiaçı vəsiyyət üzrə vərəsə kimi hazırkı tələbi irəli sürməkdə subyektiv hüquqa malikdir. Həmçinin məhkəmə qeyd edir ki, hazırkı tələb mənzilə mülkiyyət hüquququn ölmüş şəxsə, yəni mənzilin hüquqmüəyyənedici sənəd üzrə ilkin sahibi Həsən-zadə Rüşti Ələsgər oğluna məxsus olmasına dair reyestrdən elektron arayışın verilməsi barədədir. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, iddiaçının sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. ünvan 5 ünvanda yerləşən 97 saylı mənzilin mülkiyyət hüququ əsasında Həsən-zadə Rüşti Ələsgər oğluna məxsus olması barədə” arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3088/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3088/2025
07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver