Məhkəmə qərarları › İş №e-2-1(112)-3095/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3095/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3095/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X6 kаtibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvandakı iddiaçının daşınmaz əmlakı ilə bağlı cavabdeh tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə verilmiş qanunsuz və əsassız çıxarışın ləğv olunması” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan 1 ünvandakı iddiaçının daşınmaz əmlakı ilə bağlı cavabdeh tərəfindən ləğv prosesində olan "xxxx" ASC-yə verilmiş qanunsuz və əsassız çıxarışın ləğv olunması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi" 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edilərək, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 487/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Səbail rayon İcra şöbəsi tərəfindən mülkiyyətində olan ünvan 2 ünvanla bağlı icra hərəkətləri nəticəsində mülkiyyətçiyə heç bir məlumat verilmədən gizli hərrac keçirilmiş və "xxxx"- nin 177/22 saylı, 16 noyabr 2023-cü il tarixli hərrac protokoluna əsasən həmin əmlakın ilkin satış qiyməti 397.100 manat müəyyən edilmiş, əmlakın satılaraq son qiyməti 253.151.25 manat qeyd edilmiş və ödənilməli olan borcun əvəzi olaraq ipoteka saxlayan, ləğv prosesində olan "xxxx" ASC-yə müvəqqəti saxlanca verilmişdir. Bundan sonra qiymətləndirmə, hərracın protokolunun ləğvi ilə əlaqədar məhkəmə müraciət etməli idi. Səbəb isə ondan ibarətdir ki, qeyd edilən mülkiyyətinin qiymətləndirilməsi ilə bağlı məhkəməyə müraciət etməklə ilkin qiymətləndirmə 2015-ci ildə olduğunu, 3-dəfə ekspertiza keçirildiyini, ilk rəy 397.100 manat müəyyən edilmiş, sonra əlavə və təkrar qiymətləndirmə keçirilmiş və son üç qiymətləndirmə qiymətləri 1.300.000 min manatdan aşağı olmamışdır. Lakin, məhkəmə əmlakın 397.000 manat dəyərinə dair qətnamə qəbul etmişdir. Məhkəmədən nə iddiaçının, nədə ki ailə üzvlərinin xəbəri olmamışdır. Nəticədə məhkəmə mənzilinin dəyərini çox aşağı məbləğdə qiymətləndirilməsinə dair yekun qətnamə qəbul etmişdir. Məhkəmə çəkişmələrindən bir neçə illər qabaq mənzili əsaslı təmir olmuşdur, ona görə də dəyəri təbii ki, dəfələrlə artmışdır. Lakin bu halların heç biri məhkəmə tərəfindən nəzərə alınmamış və qiymətləndirilməmişdir. xx.xx.2023-cü il tarixdə mülkiyyətində olan və Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi ilə bağlı hərrac protokolu ilə razı olmadığımdan məhkəmə qaydasında mübahisələndirəcəyi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi" 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etdi ki, Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən mülkiyyətinin üzərinə həbs qoyulsun, hər hansı bir sənədləşmə, özgəninkiləşdirmə işləri aparılmasın. Çünki bankın əməkdaşları dəyəri dəfələrlə çox olan mənzilini cüzi bir məbləğdə (su qiymətinə) rəsmiləşdirilməsinə və çıxarışın alınmasına tələsirdilər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi" 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-21330/2-A1108-8/**********3446673 saylı məktubda cavab olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov küçəsi, ev 28A, mənzil 30 üzərinə "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 14.3-cü maddəsinə əsasən 30 gün müddətində müvəqqəti məhdudiyyət qoyulmuşdur. Maraqlıdır, bu kimin mənzilidir və bunların marağı nə idi ki, iddiaçının mənzilinə yox başqa bir mənzilə həbs qoysunlar. Yəqin bankdan çəkinirlər. Həmin ərəfədə səhhətində problemlər yaranmışdır və əmin oldu ki, hər kəs üzərinə düşən vəzifəsini layiqincə yerinə yetirəcək. Göründüyü kimi məhdudiyyət qoyulan mənzil ərizədə göstərilən ünvana uyğun deyil və məsələyə heç bir aidiyyatı olmayan başqa bir ünvandakı mənzillə bağlı tətbiq edilmişdir. Bundan iddiaçı gec xəbər tutdu. Eyni zamanda bir neçə gün sonra Bakı Kommersiya Məhkəməsinə ünvan 4 ünvamndakı mənzilin özgəninkiləşdirilməsinin qarşısını almaq məqsədi ilə mənzilinin üzərinə həbsin qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(113)- 564/2023 saylı qərardadı ilə ərizəsi təmin edilmiş, ünvan 4 ünvanındakı mənzili üzərinə 1 ay müddətinə həbs qoyulması qərara alınmışdır. Qərardad xx.xx.2024-cü il tarixədək qüvvədə olmuşdur. Qərardad dərhal icra edilmişdir. Bunların heç birinə məhəl qoyulmayıb, nəticədə icra şöbəsindən ona gələn zəngdən bəlli olmuşdur ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi" 1 saylı Bakı Ərazi idarəsi hansısa yollarla banka əmlakla bağlı çıxarış vermişlər və mənzilini mülkiyyətindən qeyri-qanuni çıxarmışlar. Dərhal bu barədə xx.xx.2024- cü il tarixli ərizə ilə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi" 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdi və ona təbii ki öz maraqlarına uyğun cavab verdilər ki, mövcud qanunvericiliyin tələbinə uyğun qeyd olunan müddətdə əmlak üzərinə həbsin qoyulması barədə müvafiq məhkəmə qərardadının təqdim edilməməsi səbəbindən məhdudiyyət bir tərəfli olaraq götürülmüşdür. Yəni, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi" 1 saylı Bakı Ərazi İdarəsi öz səhvlərini, nöqsanlarını məhkəmənin üzərinə ataraq məhkəməni təqsirkar bilirlər. Belə ki, məhkəmələr qəbul etdikləri məhkəmə aktlarını dövlət qurumlarına göndərdikdən sonra nəzarəti, o cümlədən onların Qanunamüvafiq qaydada icrasını həyata keçirmirlər. Buna sübut kimi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi" 1 saylı Bakı Ərazi İdarəsinin müraciətimə cavab olaraq xx.xx.2024-cü il tarixdə ona ünvanladıqları bəhanə məzmunlu məktublarıdır. Bu məsələdə korrupsiya halının olubolmaması prokurorluq, korrupsiya idarəsi tərəfindən tam araşdırılmalıdır. Qanunvericiliyin tələblərini pozmağa meyilli olan bu maraqlı şəxslər ifşa olunaraq məhkəmənin qərardadını saymadıqlarına görə ciddi cəzalandırılmalıdırlar. Çünki onların məqsədləri (tamahları) mülkiyyətində olan mənzilini müxtəlif üsullardan istifadə edərək qeyri- qanuni başqalarının adlarına keçirməkdir. Azərbaycan Respublikasının Konstitusiyası və mülki qanunvericiliyi ilə qorunan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Qeyd edilən mülkiyyət hüquqlarına dair çıxarışın iddiaçının mülkiyyət hüquqlarını pozduğunu nəzərə alaraq düşünürük ki, məhkəmə hazırki iddia ərizəni araşdıraraq iddiaçının pozulan hüquqlarını bərpa etmək üçün cavabdeh X1 adma olan Çıxarışın iddiaçıya aid hissədə ləğv edərək iddiaçının mülkiyyət hüquqlarının tam bərpa edilməsinə dair qərar çıxaracaqdır. Cavabdeh iddiaya dair etirazında bildirmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Bundan başqa, ünvan 4 ünvanında yerləşən mənzil İddiaçı ilə X2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına özgəninkiləşdirilmişdir. Daha sonra "xxxx" MMC-nin 177/22 saylı, xx.xx.2023-cü il tarixli protokolu əsasında daşınmaz əmlakın dövlət reyestrində Ləğv prosesində olan "xxxx" ASC-nin adına **********10-05101-093005 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixli protokoldan çıxarışına və 85 nömrəli xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən xx.xx.2023-cü il tarixdə X3 adına qeydiyyata alınmışdır, lakin Bakı şəhəri 14 saylı notariat kontorunun 4Ə-1958 reyestr nömrəli xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə X4 adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə "xxxx" ASC məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişldir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 1.1. bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 2.2. inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); -35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir Hazırda iddiaçının hüquqi maragı və ondan irəli gələn iddia tələbi - Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi, ev 3, 10 nömrəli mənzilin cavabdeh tərəfindən ləğv prosesində olan "xxxx" ASC- nin adına mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrindən verilmiş çıxarışın ləğv olunması tələbindən ibarətdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddiası qanunvericilik normaları baxımından mümkünlük tələblərinə cavab vermədiyi üçün inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol; “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 3.1. Bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

20. Hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 28.1. İnzibati icraat fiziki və ya hüquqi şəxsin ərizəsi əsasında başlanılır. 52.1. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir.

“İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Həmin Qanunda inzibati orqanların fiziki və ya hüquqi şəxslərlə münasibətlərindəki fəaliyyət formaları, eləcə də inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı fəaliyyəti həyata keçirərkən nəzərə almalı olduqları ümumi və prosedur prinsiplər, həmçinin inzibati orqanların qanunun tələblərinə ciddi şəkildə bağlı olduqları öz əksini tapmışdır. Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Bundan başqa, “İnzibati icraat haqqında” Qanunda inzibati orqanların hüquqazidd qərarlarının yoxlanılması, onların ləğv edilməsi və ya onlara dəyişiklik edilməsi məqsədi ilə maraqlı şəxslər üçün hüquqi müdafiə imkanları müəyyən edilmişdir. Həmin Qanunun 72-ci maddəsinin müddəalarına əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. İnzibati aktlardan məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyən olunmuş qaydada verilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.2. iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur 2.3. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.

9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli mənzil ilkin olaraq İddiaçı ilə X2 arasında bağlanılmış xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına mülkiyyətinə verilmişdir; daha sonra "xxxx" MMC-nin 177/22 saylı, xx.xx.2023-cü il tarixli hərrac protokolu əsasında daşınmaz əmlakın dövlət reyestrində Ləğv prosesində olan "xxxx" ASC-nin adına **********10-05101-093005 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada keçirilən hərracın nəticələri haqqında protokol;

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Məcəllənin 146.2-ci maddəsi və bu maddənin birinci abzası ipoteka kreditindən istifadə etməklə əldə olunan yaşayış sahəsinin üzərində alıcının mülkiyyət hüququ, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınanadək həmin yaşayış sahəsinin alqı-satqısı və ipotekaya qoyulmasına dair qarışıq müqavilənin notariat qaydasında təsdiq edilməsi hallarına şamil edilmir. 146.5. Daşınmaz əmlakı və ya ona dair hüquqları əldə edən şəxs məhkəmə qərarına və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərara istinad edirsə, bu halda ərizəyə həmin qərarın notariat qaydasında təsdiqlənmiş surəti və daşınmaz əmlakın texniki göstəricilərini əks etdirən sənədlər qoşulur. 146.7. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlakın və ya ona dair hüquqların qeydiyyatı ərizənin daxil olduğu tarix üzrə aparılır. 146.8. Daşınmaz əmlaka dair müqavilələrin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına görə daşınmaz əmlaka dair müqaviləni təsdiqləyən notarius, qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər və müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi məhkəmə məsuliyyəti daşıyırlar. Daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlaka dair müqavilələrin qeydiyyatının aparılmaması və ya qeydiyyatın düzgün olmaması, qeydiyyatın natamam olması ilə bağlı iddialara görə dövlət reqressant qismində çıxış edir. 415.5. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. İş materiallarına əlavə edilmiş "xxxx"MMC-nin “İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair” 177/22 nömrəli protokoluna əsasən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-487//2021, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən İddiaçı məxsus olan ünvan 4 ipoteka saxlayan ləğv prosesində olan "xxxx" ASC-yə 253151,25 manata satılmışdır. Göründüyü kimi, iddiaçı ona məxsus olması iddia etdiyi mənzil hərrac protokolu əsasında üçüncü şəxs "xxxx" ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmənin qənaətinə görə, nə qədər ki, hərracın nəticələri – hərrac protokolu qüvvədədir, üçüncü şəxsin adına olan dövlət qeydiyyatı ləğv edilməsi tələbi əsassızdır. Hərrac protokolunun qüvvədə olduğu müddətdə iddiaçının üçüncü şəxsin adına verilmiş mənzilin qeydiyyatı barədə çıxarışın ləğvini tələb hüququ mövcud deyildir. İddiaçının mübahisəli əmlakın mülkiyyətinə verilməsinə dair aktın ləğvinə nail olduğu, məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə dəlilləri iddia ərizəsində göstərməmiş və əsaslandırmamışdır. Cavabdeh tərəfindən iddiaçının hüquqları qanunvericiliyi ilə təsbit edilmiş onun qorunma sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır. Belə olan halda, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması müəyyən edilmir, cavabdeh tərəfindən iddiaçının hüquqları sferasına müdaxilə aşkar şəkildə baş vermir və birmənalı nəzərə çarpmır.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” xx.xx.2015ci il tarixli 4 nömrəli Qərarına əsasən:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə olan halda, yuxarıda sadalanan işin xüsusatlarına görə, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmamalıdır. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab vermir və mümkün sayılmamalıdır Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7 Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar