Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3098/2022 29.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X11 iştirakları ilə İddiaçı Nümayəndə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Nümayəndə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra İdarə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Vergi məsuliyyətinə cəlb edilməyi haqqında xx.xx.2021-ci il tarixli **********7821 nömrəli qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, fəaliyyət göstərdiyi X97 ona qarşı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə görə İdarə tərəfindən 62000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Vergi məsuliyyətinə cəlb edilməyi haqqında xx.xx.2021-ci il tarixli **********7821 nömrəli qərarda Vergi Məcəlləsinin 58.10-cu maddəsi əsas götürülərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. İdarənin bu qərarını qanunsuz hesab edir. Məsuliyyətə cəlb olunmağı üçün heç bir əsas yoxdur. Belə ki, qərarda bildirilən 31 nəfər xidmət müqaviləsi əsasında fəaliyyət göstərir. Belə olduğu halda cavabdeh orqanın onu, işçiləri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmək adı ilə maliyyə sanksiyası tətbiq etməyi əsassızdır və qanunsuzdur. Belə ki, onun hər hansı bir sənəd təqdim etmədiyi və yoxlama materiallarına baxışda iştirak etmədiyi halda, əsas da 31 nəfər işçinin xidmət müqaviləsi ilə işlədiyi təqdirdə müvafiq inzibati orqanın ətraflı və hərtərəfli araşdırma aparmadan haqqında belə qərar verməyi qanunsuzdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim etmiş və etiraz onunla əsaslandırmışıdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X116 üzrə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ərəblinski (Bakıxanov qəs) 1A yerləşən “Nilufər” şadlıq evində həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 31 (otuz bir) nəfər fiziki şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilərək, xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004760 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında” aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı 28 nəfər fiziki şəxs izahat verərək əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişdirlər. Üç nəfər şəxs isə hər hansı əsaslı səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişdirlər. Tərtib edilmiş akt əsasında İdarə tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7821 nömrəli qərar qəbul edilərək, vergi ödəyicisinə 62.000,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmiş, qəbul olunmuş qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə vergi ödəyicisinə göndərilmişdir. İddiaçı iddia ərizəsində 31 nəfərin əmək müqaviləsi bağlamadan müxtəlif işlərin yerinə yetirilməsi faktını təkzib etmir. Bu isə operativ vergi nəzarəti nəticəsində qəbul edilmiş qərarın əsaslı olduğunun daha bir göstəricisidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biri və məsuliyyəti kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsni məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X38 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X116 üzrə Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********9175 №-li operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın surətindən görünür ki, Nümayəndə (VÖEN: **********) məxsus olan AZ 1092, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ərəblinski (Bakıxanov qəs.) 1A ünvanındakı “Nilufər” şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) yoxlayıcı şəxslər X80, X126, X113, X81, X54, X39, X66, X82, X83, X55, X84, X99 tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsinə qərar verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 23 iyul 2021-ci il tarixli, KY211592607 №-li çıxarışın surətindən görünür ki, Nümayəndə (VÖEN: **********) məxsus olan AZ 1092, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ərəblinski (Bakıxanov qəs.) 1A ünvanındakı “Nilufər” şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək yoxlayıcı şəxslər X80, X126, X113, X81, X54, X39, X66, X82, X83, X55, X84, X99 tərəfindən plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qeydə alınmışdır. Plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdək əldə edilən məlumatlar, Vergi Məcəlləsinin 50.2.2-ci maddəsi qeyd edilmişdir. - Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2021-ci il tarixli, **********9177 nömrəli tələbnamənin surətindən görünür ki, Nümayəndə (VÖEN: **********) operativ vergi nəzarətinin aparılması üçün “Nəzarət kitabçası”nın, əmək müqaviləsi bildirişlərinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyatı barədə məlumatların, fiziki şəxslərin şəxsiyyət vəsiqələrinin surətlərinin, bütün elektron daşıyıcıları və elektron daşıyıcı vasitələrdəki bütün zəruri sənədlərin, məlumatları və digər zəruri sənədlərin İ iş günü müddətində vergi orqanının operativ nəzarəti həyata keçirən vəzifəli şəxslərinə və ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X116 üzrə Baş İdarəsinə təqdim edilməsi tələb olunmuşdur. - Bakı şəhəri X116 üzrə Baş İdarənin vergi əməkdaşları Y.V.Novruzov, R.A.Əsədov, A.A.Hüseynov, K.X.Həşimov, S.Z.Babayev, O.F.Abdullayev, M.G.Əliyev, N.M.Paşayev, C.S.Əhmədov, V.F.Hacıyev, A.S.Məmmədov, V.E.Qəniyev tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli, seriya DVX 004760 №-li aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri KSİBİ-nin xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli qərarına əsasən fiziki şəxs Nümayəndə (VÖEN **********) məxsus ünvan 2 ünvanında yerləşən “Nilufər” şadlıq evində sahibkar Nümayəndə iştirakı olmadan xx.xx.2021-ci il tarixdə, saat 18:10-da əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişləri və digər sənədlərə əsasən şadlıq evləri tərəfindən toy şənliklərinin təşkili və ictimai iaşə xidmətlərinin yerinə yetirilməsinə 45 fiziki şəxsdən 31 nəfəri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqailəsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, yerinə yetirilməsinə, bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən yerinə yetirilməsinə cəlb edilmişdir. Bu işçilərin siyahısı akta əlavə edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49cu maddəsinin tələbləri pozularaq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 31 (otuz bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar Nümayəndə (VÖEN **********) Vergi Məcəlləsinin 58.10-cu məddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi üçün əlavə tədbirlərin görülməsi təklif olunmuş, müəyyən edilmiş qaydada əmək müqaviləsinin bağlanılması və ƏƏSMN-nin elektron məlumat kabinetinə daxil edilməsi vergi ödəyicisinə işçilərlə əmək müqaviləsi bağladıqdan sonra işə cəlb edilməsi təklif edilmişdir. Fərdi sahibkar Nümayəndə hər hansı əsaslı səbəb göstərmədən obyektə gəlməməsi (obyektdə olmaması) səbəbindən tərtib edilmiş aktla onu tanış etdirmək, akta imza etdirmək və aktın bir nüsxəsini əlavələri ilə birlikdə ona təqdim etmək mümkün olmadı. - xx.xx.2021-ci il tarixli, 004760 saylı akta əlavədən görünür ki, 23 iyul 2021-ci il tarixdə fərdi sahibkar Nümayəndə (VÖEN **********) məxsus “Nilufər” şadlıq evində aparılmış opertiv vergi nəzarəti nəticəsində X22, X23, X12, X17, X56, X67, X24, X4, X25, Minbaşıyev Tariyel Əli oğlunun, X2, X26, X5, X40, X13, X41, X14, X18, X6, X27, X7, X42, X68, X57, X43, X19, X20, İbragimov Elgünun (Gürcüstan Respublikası vətəndaşı), X28 (Gürcüstan Respublikası vətəndaşı), X29 (Gürcüstan Respublikası vətəndaşı), X8 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. - Bakı şəhəri X116 üzrə Baş İdarənin vergi əməkdaşları tərəfindən Y.V.Novruzov, R.A.Əsədov, A.A.Hüseynov, K.X.Həşimov, S.Z.Babayev, O.F.Abdullayev, M.G.Əliyev, N.M.Paşayev, C.S.Əhmədov, V.F.Hacıyev, A.S.Məmmədov, V.E.Qəniyev tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarı əsasında fərdi sahibkar Nümayəndə (VÖEN: **********) sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu ünvan 3 ünvanda yerləşən “Nilufər” şadlıq evində tərəflərindən həyata keçirilən operativ vergi nəzarəti zamanı fərdi sahibkar Nümayəndə obyektdə olmaması səbəbindən onu B.İ-nin xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli qərarı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2021-ci il tarixli, KY211592607 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışla tanış etdirmək, eyni zamanda ona xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında qərarla onu tanış etdirmək və xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli tələbnamə ilə onu tanış etdirmək və bir nüsxəsini ona təqdim etmək mümkün olmadı. Həmçinin tərəflərindən həyata keçirilmiş operativ vergi nəzarətinin nəticəsi barədə tərtib edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021-ci il tarixli, DVX seriyalı 004760 nömrəli Aktla tanış etdirmək, akta imza etdirmək bir nüsxəsini əlavələri ilə birlikdə ona təqdim etmək və onun yazılı izahatını almaq mümkün olmadı. Həmçinin fərdi sahibkar Nümayəndə obyektə dəvət edilməsi, onun operativ vergi nəzarətinin nəticəsi barədə tərtib edilmiş aktla onu tanış etdirmək, onun yazılı izahatını almaq məqsədilə onun istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanıldı, lakin o öz növbəsinə subyektiv səbəblər gətirməklə obyektə gələ bilməyəcəyini bildirdi. Eyni zamanda şadlıq evində işlərin xidmətlərin yerinə yetirilməsinə cəlb edilmiş X85, X114 və X100 hər hansı əsaslı səbəb göstərmədən (gətirmədən) yazılı izahat verməkdən imtina etdilər. Faktiki olaraq “Nilufər” şadlıq evində inzibatçı işləyən F.Q.Edilov yazılı izahat təqdim etməsə də bunu fərdi sahibkar Nümayəndə tapşırığı əsasında etdiyini, yəni yazılı izahat təqdim etmədiyini şifahi qaydada bildirdi. Sərbəst akt 2 səhifədən ibarət olmaqla hal şahidləri X101 və X9 iştirakı ilə tərtib edildi. Aktın doğruluğunu imzalamaqla təsdiq edirlər. - X22 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, X97 çalışır. 12 gün əvvəl Nümayəndə tərəfindən anbardar vəzifəsinə təyin olunmuşdur. İşəgötürən Nümayəndə ilə aralarında heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 09:00dan axşam 23:00-dək təşkil edir. Əmək haqqı gündəlik 20 AZN təşkil edir. Əmək haqqı nağd şəkildə Nümayəndə alır. Özündən başqa obyektdə çalışan Eltonu tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz üzrə heç bir ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X23 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Sabunçu rayonu, Bakıxanov ŞTQ Ərəblinski 1A ünvanda yerləşən sahibkar Nümayəndə məxsus X136 ofisiant vəzifəsində çalışır. İşəgötürənlə aralarında əmək müqaviləsi və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 10:00-dan axşam 23:00-dək təşkil edir. Əmək haqqı gündəlik 15 AZN nağd şəkildə Bəhruz müəllim tərəfindən ödənilir. Özündən başqa obyektdə çalışan Əhməd, Məhəmməd, Asifi tanıyır. Vergi orqanında qeydiyyatı olmayıb, VÖEN almamışdır. Sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X12 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, bir gündür ki, Nümayəndə tərəfindən xadiməçi vəzifəsinə işə götürülmüşdür. Sahibkarla aralarında əmək və xidməti müqaviləsi yoxdur. Saat 18:00-dan 23:00-dək işləyir. Gündəlik əmək haqqını nəğd şəkildə 10 AZN olmaqla müdiriyyətdən almışdır. Almaz və Xuramanı tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir və sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X17 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 3 gündür ki, Nümayəndə tərəfindən xadiməçi vəzifəsində işə götürülmüşdür. Sahibkarla aralarına əmək və xidməti müqavilə yoxdur. Saat 18:00-dan 23:00-dək işləyir. Əmək haqqını gündəlik olaraq nəğd şəkildə 10 AZN olmaqla müdiriyyətdən alır. Xuraman və Sədəfi tanıyır. Vergi orqanlarında qeydiyyatdan keçməmişdir və sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X56 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən ofisant vəzifəsində işə götürülmüşdür. Sahibkarla aralarında əmək və xidmət müqaviləsi yoxdur. Gündəlik olaraq saat 10:00-dan 23:00-dək işləyir. Əmək haqqını gündəlik olaraq nağd şəkildə 15 AZN olmaqla müdiriyyətdən alır. Sadiq, Alişanı tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X67 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Sabunçu rayonu, Bakıxanov ŞTQ Ərəblinski 1A ünvanında yerləşən sahibkar Nümayəndə məxsus X97 ofisant vəzifəsində işləyir. İşəgötürən onunla əmək müqaviləsi və ya xidməti müqavilə bağlamayıb. İş saatı 10:00-dan 23:00-a kimidir. Əmək haqqı gündəlik 15 AZN sahibkar tərəfindən nağd şəkildə ödənilir. Məhəmmədi, Elşəni, Teymuru işçi kimi tanıyır. Vergi orqanında qeydiyyatda olmayıb, VÖEN almamışdır. Sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X24 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən ofisant vəzifəsində işə götürülmüşdür. Sahibkarla aralarında əmək və xidmət müqaviləsi yoxdur. Gündəlik olaraq saat 11:00-dan 23:00-dək işləyir. Əmək haqqını gündəlik olaraq nağd şəkildə 15 AZN olmaqla müdiriyyətdən alır. Kənan və Asifi tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir və sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X4 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən ofisant vəzifəsində işə qəbul edilmişdir. Sahibkarla onun arasında əmək müqaviləsi, xidmət müqaviləsi bağlanmamış və bir nüsxəsi ona verilməmişdir. Saat 15:00-dan 23:00-dək, gündəlik əmək haqqı 15 manat təşkil edir və nağd qaydada ödənilir. Tərlan, Elşən onunla işləyirlər. Vergi orqanında qeydiyyatda deyildir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X25 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, Nümayəndə tərəfindən xx.xx.2021-ci il tarixdən ofisant vəzifəsinə qəbul edilmişdir. Sahibkarla onun arasında əmək müqaviləsi, xidmət müqaviləsi bağlanmamış və nüsxəsi verilməmişdir. Saat 15:00dan 23:00-dək, gündəlik əmək haqqı 15 manat təşkil edir və nağd qaydada ödənilir. Əhmədi tanıyır, digər şəxsləri tanımır. Vergi orqanında qeydiyyatda deyildir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - Minbaşıyev Tariyel Əli oğlunun xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, Nümayəndə tərəfindən xx.xx.2021-ci il tarixdən ofisant vəzifəsinə işə qəbul edilmişdir. Sahibkarla onun arasında əmək müqaviləsi, xidmət müqaviləsi bağlanmamış və bir nüsxəsi ona verilməmişdir. Saat 10:00-dan 23:00-dək, gündəlik əmək haqqı məbləği 25 manat təşkil edir və nağd qaydada ödənilir. Elton, Elşən onunla işləyirlər. Vergidə qeydiyyata alınmamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X3 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən etibarən Nümayəndə tərəfindən təmizliyə nəzarət vəzifəsində işləyir. İşəgötürənlə aralarında əmək müqaviləsi bağlanmamışdır. İş qrafiki gündəlik olaraq saat 17:00-23:00 kimi təşkil edir. Əmək haqqını gündəlik olaraq administrator Anar bəydən 10 AZN alır. Bu obyektdə işləyən aşbaz Qəndab, xolodnı Cənnəti tanıyır. Hal-hazırda vergi orqanında qeydiyyatda deyildir. Sabir qəbz ödəniş etmir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X26 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, Nümayəndə tərəfindən xx.xx.2021-ci il tarixdən ofisant köməkçisi işləyir. Sahibkarla aralarında əmək və ya xidmət müqaviləsi bağlanmamışdır. İş vaxtı saat 10:00-dan 24:00-dək. Gündəlik əmək haqqı 12 AZN nağd şəkildə alır. Turalı tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir, sabit qəbz üzrə ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X5 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən sahibkar Nümayəndə tərəfindən X136 ofisiant köməkçisi kimi işə başlamışdır. Onunla heç bir əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 18:00-dan 23:00-dək təşkil edir. Əmək haqqı günün sonunda gördüyü işə görə 10 manat nəğd şəkildə alır. Famil və Teymuru tanıyır. VÖEN yoxdur, sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X44 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən sahibkar Nümayəndə X136 rejisor işinə qəbul olunmuşdur. Onunla heç bir əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 18:00-dan 23:00-dək təşkil edir. Əmək haqqı günün sonunda nəğd şəkildə 10 AZN alır. Famil və Mansuru tanıyır. VÖEN yoxdur, sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X13 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 2 gün əvvəl Nümayəndə tərəfindən fotoqraf köməkçisi vəzifəsinə təyin olunmuşdur. İşəgötürən Nümayəndə ilə aralarında heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş vaxtı saat 17:00-dan 21:00-dək müəyyən edilib. Əmək haqqı gündəlik 5 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə alır. Özündən başqa fotorqaf vəzifəsində çalışan Vüsalı tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz üzrə heç ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X41 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 3 gün olar ki, Nümayəndə tərəfindən fotoqraf vəzifəsində işə götürülmüşdür. Sahibkarla arasında əmək və xidməti müqavilə yoxdur. Saat 18:00-24:00 bu vaxtadək işləyir. Əmək haqqını nağd şəkildə 15 AZN olmaqla müdriyyətdən alır. Anarı tanıyır. VÖEN-ni yoxdur və sabit qəbz ödənişi etmir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X14 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən X136 qabyuyan kimi işə başlamışdır. Onunla sahibkar arasında heç bir əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş saatı 17:00-dan axşam 23:00-a qədər işləyir. Əmək haqqı günün sonunda müdir tərəfindən 10 manat alır. Qəndaf, Cənnət onunla birlikdə işləyir. VÖEN yoxdur, sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X18 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən, saat 13:00-dan Nümayəndə tərəfindən X136 ofisiant işinə qəbul olunmuşdur. Onunla heç bir əmək və ya xidməti müqavilə bağlanmamışdır. İş vaxtı saat 13:00-dan axşam saat 23:00-dək müəyyən edilmişdir. Əmək haqqını gündəlik 15 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə tərəfindən alır. Özündən başqa ofisiant vəzifəsində işləyən Bəhram, Peyman və Eyvaz tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X6 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 16 gün əvvəl Nümayəndə tərəfindən ofisiant vəzifəsinə təyin olunmuşdur. İşəgötürən Nümayəndə ilə aralarında heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş vaxtı saat 10:00-dan axşam saat 23:00-dək müəyyən olunmuşdur. Əmək haqqı gündəlik 15 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə alır. Özündən başqa ofisiant vəzifəsində çalışan Nicatı tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz üzrə heç bir ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X27 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 3 gün əvvəl Nümayəndə tərəfindən ofisiant vəzifəsinə təyin olunmuşdur. İşəgötürənlə aralarında əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş vaxtı 15:00-dan 23:00-dək təşkil edir. Əmək haqqını gündəlik 15 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə alır. Özündən başqa ofisiant vəzifəsində çalışan Eyvazı tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz üzrə heç bir ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X7 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 6 gün əvvəl Nümayəndə tərəfindən X136 ofisiant vəzifəsinə təyin olunmuşdur. İşəgötürən Nümayəndə ilə aralarında heç bir əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş saatı səhər saat 10:00-dan axşam 23:00-dək müəyyən edilib. Əmək haqqını gündəlik 12 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə alır. Özündən başqa ofisiant vəzifəsində çalışan Eyvaz və Asifi tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz üzrə heç bir ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X42 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Nümayəndə tərəfindən ofisiant vəzifəsinə işə götürülmüşdür. Sahibkarla aralarında əmək və xidməti müqavilə yoxdur. Saat 10:00-dan 23:00-a kimi işləyir. Əmək haqqını gündəlik olaraq nəğd şəkildə 15 AZN olmaqla müdriyyətdən alır. Elşən və Peymanı tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir və sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X21 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 11:00-da işə başlamışdır. Sahibkar Nümayəndə məxsus X136 işə gəlmişdir. İşə günəmuzd gəldiyi üçün onunla sahibkar arasında heç bir əmək müqaviləsi bağlanmamışdır. İş saatı 11:00 axşam saat 19:00 işləmişdir. Gördüyü işə görə günün sonunda 15 AZN əmək haqqını rəhbərlik tərəfindən alır. Əmək haqqını gündəlik 15 AZN təşkil edir. Heç kimi tanımır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz ödəyicisi deyildir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X20 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixdən Sabunçu rayonu, Bakıxanov STQ Ərəblinski 1A ünvanında yerləşən sahibkar Nümayəndə məxsus X97 ofisiant köməkçisi vəzifəsində işləyir. İşəgötürən onunla əmək müqaviləsi və yaxud xidməti müqavilə bağlanmayıb. İş saatı 10:00-dan 23:00-a kimidir. Əmək haqqını gündəlik 12 AZN nağd şəkildə Bəhruz müəllim tərəfindən ödənilir. Asif, Elşən, Coşqunu işçi kimi tanıyır. Vergi orqanında qeydiyyatı olmayıb. VÖEN almamışdır. Sabit qəbz almamışdır. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X15 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 3 gün əvvəl Nümayəndə tərəfindən ofisiant vəzifəsinə işə götürülmüşdür. İşəgötürənlə aralarında əmək və xidməti müqavilə yoxdur. İş qrafiki gündəlik olaraq saat 10:00-23:00-a kimi təşkil edir. Əmək haqqını gündəlik olaraq Nümayəndə tərəfindən 13 AZN olaraq alır. Bu obyektdə işləyən ofisant Eyvazı, Turalı tanıyır. Vergi orqanında qeydiyyatdan keçməmişdir. Sabit qəbz üzrə ödəniş etməmişdir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X28 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixindən Nümayəndə tərəfindən xadiməçi vəzifəsinə işə götürülmüşdür. Sahibkarla arasında əmək və xidməti müqavilə yoxdur. Saat 09:00-dan 21:00-dək işləyir. Əmək haqqını gündəlik olaraq nağd şəkildə 15 AZN olmaqla müdiriyyətdən alır. Cənnət və Zərgülü tanıyır. Vergi orqanlarında qeydiyyatdan keçməmişdir və sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X30 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, xx.xx.2021-ci il tarixində sahibkar Nümayəndə tərəfindən Nilufər sarayında ofisiant kimi qəbul olunmuşdur. Onunla sahibkar arasında heç bir əmək və xidməti müqavilə bağlanmamışdır. Saat 10:00-dan axşam saat 23:00-dək işləyir. Əmək haqqını günün sonunda nağd şəkildə alır. Kənanı, Bəhramı və Elşəni tanıyır. VÖEN almamışdır. Sabit qəbzi yoxdur. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - X10 xx.xx.2021-ci il tarixli izahatının surətindən görünür ki, 2 gün əvvəl Nümayəndə tərəfindən X136 ofisiant vəzifəsinə daxil olmuşdur. İşəgötürən Nümayəndə ilə aralarında əmək müqaviləsi və xidməti müqavilə bağlanmamışdır. İş vaxtı saat 16:00-da gəlir, 23:00da gedir. Əmək haqqı gündəlik 15 AZN təşkil edir. Əmək haqqını nağd şəkildə Nümayəndə alır. İsmayılov Eyvazı tanıyır. Vergi orqanında qeydiyyatı yoxdur. Sabit qəbz ödəyicisi deyildir. İzahatı özü yazmış və imzası ilə təsdiq etmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, **********7821 №-li vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan görünür ki, Nümayəndə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 62000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. - İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli nömrəsiz müqavilələrdən görünür ki, həmin müqavilələr müvafiq olaraq sifarişçi Nümayəndə ilə icraçılar Minbaşıyev Tariyel Əli oğlu, X102, X31, X114, X100, X16, X69, X58, X45, X70, X71, X115, X86, X72, X103, X59, X73 arasında X97 müvafiq xidmətlərin görülməsi ilə bağlı müqavilələr bağlanmışdır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən məhkəmə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********534600 №-li məktuba əlavə edilmiş 22200123 nömrəli materail üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 may 2022-ci il tarixli qərarın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, həmin qərara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, xeyli sayda şəxsləri, yəni 31 nəfəri işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə fərdi sahibkar Nümayəndə barəsində cinayət işinin başlanmasının bu cür əməli ilk dəfə törətməsi, işçilərlə əmək müqaviləsi bağladığı, ödənilməkdən yayındırılmış işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqlarını tamamilə ödədiyi üçün cinayət qanunu müddəalarının qüvvəsinə görə onun cinayət məsuliyyətindən azad olunduğundan, Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilməsi qərara alınmış, vətəndaş X69, X70, X46, X60, X102, X115, X74, X32, X73, Minbaşıyev Tariyel Əli oğlu, X16, X75, X33, X87, X47, X86, X48, X59, X114, X100, X34, X88, X35, X31, X76, X89, X61, X62, İbrahimov Elgun, X77 və X36 Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmələri nəticəsində ödənilməkdən yayındırılmış 604,50 manat məbləğində işsizlikdən sığorta və məcburi dövlət sosial sığorta haqlarının onların Dövlət Sosial Müdafiə Fondunda, 46,50 manat manat icbari tibbi sığorta haqlarının isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində olan hesablarına köçürülməsinin təmin olunması üçün müvafiq hesabatların alınması, habelə gələcəkdə analoji halların baş verməsinin qarşısının alınmasından ötrü vergi ödəyicisi tərəfindən təqdim olunan bəyannamələrin nəzarətdə saxlanılması və işçi sayında azalma olduğu halda, məlumatın dəqiqləşdirilməsi məqsədilə zəruri tədbirlərin görülməsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə tapşırılmışdır. - Həmin qərardan həmçinin görünür ki, fərdi sahibkar Nümayəndə məxsus “Nilufər” şadlıq evində X69, X70, X46, X63, X102, X115, X74, X32, X73, Minbaşıyev Tariyel Əli oğlu, X16, X75, X33, X87, X47, X86, X48, X59, X114, X104, X34, X88, X35, X31, X76, X89, X61, X62, İbrahimov Elgun, X77 və X78, yəni cəmi 31 nəfər Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən, müxtəlif işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Təhqiqat zamanı fərdi sahibkar Nümayəndə izahat verərək, əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən cəlb edildiyini göstərərək, 31 nəfərdən 27 nəfər ilə əmək müqaviləsi bağlayaraq müvafiq qaydada qeydiyyatdan keçirdiyini, 1 nəfər, yəni X76 işdən könüllü çıxdığına görə onun əvəzinə X49, 3 nəfər, yəni İbrahimov Elgun, X77 və X1 Respublikası vətəndaşları olduqları və iş icazələri olmadığı üçün onların əvəzinə digər şəxslərlə yəni, X79, X50 və X90 ilə əmək müqavilələri bağladığını və müvafiq qaydada qeydiyyatdan keçirdiyini göstərərək, bunu təsdiq edən bildirişlərin sürətini araşdırmaya təqdim etmişdir. - Həmin qərardan həmçinin görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(008)-3577/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş icazəsi almadan Gürcüstan Respublikasının vətəndaşları İbrahimov Elgun, X77 və X51 əmək fəaliyyətinə cəlb etdiyinə görə Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X52 verdiyi izahatından görünür ki, vergi xidmətinin əməkdaşıdır. Müvafiq qərara əsasən xx.xx.2021-ci il tarixdə “Nilufər” şadlıq evi kimi tanınan obyektdə Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin işə cəlb edilməsini yoxlamaq məqsədi ilə operativ vergi nəzarəti həyata keçirilmişdir. Operativ vergi nəzarəti həyata keçirilən zaman obyektin sahibi Nümayəndə obyektdə olmamış və onunla telefon əlaqəsi saxlanılsa da sonuncu hər hansı əsaslı səbəb gətirmədən operativ vergi nəzarətini həyata keçirilməsində iştirak etməmişdir. O və qərarda adları qeyd olunan digər əməkdaşlar tərəfindən “Nilufər” şadlıq evində işləyən şəxslər müəyyən edilmişdir. Müəyyən edilmiş 45 nəfər işçidən 31 nəfərinin əmək müqaviləsi olmamışdır. 28 nəfərin izahatı alınmış, 3 nəfər isə izahat verməkdən imtina etmişdir. 28 nəfər izahatlarını özləri yazmış, hər hansı bir etiraz etməmişlər. Həmin şəxslər VÖEN və ya sabit qəbzlərinin olmasını bildirməmişlər, həmçinin yoxlama zamanı da müəyyən edilməmişdir. Famil Edilov, Anar Musayev və Tərlan Əlizadə isə hər hansı səbəb göstərmədən izahat verməmiş, özünü şadlıq evinin inzibatiçısı kimi təqdim edən Famil Edilov bunu Nümayəndə tapşırığına əsasən etdiyini bildirmişdir. - Məhkəmə iclasında şahid qismində dindirilmiş X53 verdiyi izahatından görünür ki, vergi xidmətinin əməkdaşıdır. xx.xx.2021-ci il tarixdə “Nilufər” şadlıq evində Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin işə cəlb edilməsini yoxlamaq məqsədi ilə keçiriən operativ vergi nəzarətində iştirak etmişdir. Vergi yoxlaması həyata keçirilən zaman həmin obyektdə toy şənliyi olmuşdur. O və digər əməkdaşlar xidməti deyil, mülki formada olmuşlar. Toyun keçirilməsinə mane olmamışlar. Onlar müşahidə aparmış, işçi kimi müəyyən etdikləri şəxsləri kənar otağa dəvət edərək orada aydınlaşma aparmışlar. Əmək müqaviləsi olan şəxlərin həmin gün siyahısı çıxarılmış, üzləşmə aparılmış, 14 nəfərin həmin siyahıda olması müəyyən edilmişdir. Yoxladıqları 45 nəfərdən 14 nəfərin əmək müqaviləsi olub, 28 nəfərin isə əmək müqaviləsinin, VÖEN-nin və sabit qəbzinin olmamasımüəyyən edilmişdir. Özünü şadlıq evinin inzibatiçısı kimi təqdim edən Famil Edilov onların işina mane olmağa çalışmış, o və digər 2 nəfər izahat verməkdən imtina etmişdir. İzahat verən 28 nəfər şəxsə heç bir kənar təzyiq olmamış, onlar sərbəst izahatlarını yazaraq hansı vaxtdan işlədiklərini və əmək haqqının nə qədər olması, kimin tərəfindən ödənilməsi barədə məlumatları bildirmişlər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Nümayəndə ********** VÖEN-ə malik olan fərdi sahibkardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X116 üzrə Baş İdarəsinin Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli, **********9175 nömrəli qərarına əsasən iddiaçı Nümayəndə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Ərəblinski (Bakıxanov qəs.) 1A ünvanındakı “Nilufər” şadlıq evində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb hallarının aşkar edilməsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək plandankənar (növbədənkənar) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixli, seriya DVX 004760 №-li akta əsasən iddiaçıya məxsus olan həmin obyektdə xx.xx.2021-ci il tarixdə, saat 18:10-da operativ vergi nəzarəti həyata keçirilərkən 31 nəfər fiziki şəxsin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, əmək müqailəsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin işlərin, yerinə yetirilməsinə, bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq fəaliyyətə başlayanadək “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən yerinə yetirilməsinə cəlb edilməsi aşkar edilmişdir. Bundan sonra cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********7821 nömrəli qərarına əsasən Nümayəndə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 31 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 62000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş həmin qərarı inzibati məhkəmə icraatı qaydasında mübahisələndirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin əsaslandığı prinsiplərdən biri də əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi prinsipidir. - 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 3-cü maddəsinin 5-1-ci hissəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. - 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. - 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. - 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Göründüyü kimi, qanunvericilik əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol vermir. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə elektron sənəd, yəni əmək müqaviləsi bildirişi daxil edilir. Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Elektron informasiya sistemində əmək müqaviləsinin qeydiyyatdan keçirilməsi isə işəgötürənin əsas vəzifələrindən biridir. Hazırki iş üzrə xx.xx.2021-ci il tarixdə iddiaçıya məxsus olan obyektdə operativ vergi nəzarəti həyata keçirilərkən fiziki şəxslərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən iddiaçı tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi aşkar edilmiş, bununla əlaqədar işçi ilə bağlanmış əmək müqaviləsinin elektron informasiya sisteminə daxil edilib-edilməməsi yoxlanılmış, həmin şəxslər barəsində elektron informasiya sistemində məlumat tapılmamışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüquqları vardır. - 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. - 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi. - 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. - 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. - 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, elektron informasiya sisteminə müqavilənin daxil edilməməsi işəgötürənlə işçi arasında əmək münasibətlərinin əmək qanunvericiliyinə əsasən həyata keçirilmədiyini təsdiq edir və həmin işçinin gəlirinin gizlədilməsinə səbəb olur. Bu halın müəyyən edilməsi maliyyə sanksiyasının tətbiqi üçün əsasdır. Hazırki iş üzrə müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin tələblərinə uyğun iddiaçıya məxsus obyektdə operativ vergi nəzarəti keçirilmiş və keçirilmiş operativ vergi nəzarəti zamanı iddiaçıya məxsus obyektdə çalışan şəxslərdən 31 nəfərin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu madəsinin tələblərini pozaraq əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar olunaraq 23 iyul 2021-ci il tarixdə 004760 nömrəli aktla rəsmiləşdirilmiş və həmin işçilərin siyahısı akta əlavə edilmişdir. Operativ vergi nəzarəti zamanı izahatları alınmış 28 nəfər şəxs əmək müqaviləsi bağlamadan müxtəlif işlərinin yerinə yetirilməsinə cəlb edildiklərini etiraf etmişlər. İzahatı alınmamış 3 nəfərlə bağlı hal isə müvafiq aktla rəsmiləşdirilmişdir. Operativ vergi nəzarəti zamanı iddiaçının izahatının alınması onun obyektdə olmaması səbəbi ilə mümkün olmasa da iddiaçı Nümayəndə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin Təhqiqat şöbəsininin icraatında olmuş ******* nömrəli material üzrə verdiyi izahatında əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə işçilərin onun tərəfindən cəlb edildiyini göstərərək, 31 nəfərdən 27 nəfər ilə əmək müqaviləsi bağlayaraq müvafiq qaydada qeydiyyatdan keçirdiyini, 1 nəfər, yəni X76 işdən könüllü çıxdığına görə onun əvəzinə X49, 3 nəfər, yəni İbrahimov Elgun, X77 və X1 Respublikası vətəndaşları olduqları və iş icazələri olmadığı üçün onların əvəzinə digər şəxslərlə yəni, X79, X50 və X90 ilə əmək müqavilələri bağladığını və müvafiq qaydada qeydiyyatdan keçirdiyini bildirmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(008)- 3577/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmaqla iş icazəsi almadan Gürcüstan Respublikasının vətəndaşları İbrahimov Elgun, X77 və X51 əmək fəaliyyətinə cəlb etdiyinə görə Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 578.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə eyni zamanda iddiaçı tərəfindən iddianın əsaslı olması üçün təqdim edilmiş müqavilələrə (xidməti müqavilələrə) qiymət verərək qeyd edir ki, iddiaçının Minbaşıyev Tariyel Əli oğlu, X102, X31, X114, X100, X16, X69, X58, X45, X70, X71, X115, X86, X72, X103, X59, X73 ilə bağladığı həmin müqavilələri hazırkı vəziyyətdə əmək müqaviləsi kimi qəbul etmək və aralarındakı münasibətlərin əmək münasibətləri kimi qiymətləndirilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, əmək münasibətləri və əmək müqaviləsində müəyyən edilən əmək şəraiti şərtləri ilə bağlı məsələlər əmək qanunvericiliyi sistemi ilə tənzimləndiyi halda, mülki hüquqi müqavilələr (podrat, tapşırıq, komisyon, müəlliflik və s) əsasında yaranan fəaliyyət mülki qanunvericiliklə tənzimlənir. Əmək müqaviləsinin tərəfləri işçi və işəgötürən olduğu halda, mülki hüquqi müqavilələrin tərəfləri sifarişçi (vəkalət verən, hədiyyə verən, kirayəyə verən, icarəyə verən, borc verən, lizinq verən, satıcı, komisyonçu və s.) və icraçıdır (podratçı, vəkalət alan, hədiyyə alan və s.). Əmək müqavilələri ikitərəfli (işçi və işəgötürən) olduğu halda, mülki hüquqi müqavilələr ikitərəfli və çoxtərəfli də ola bilər. Əmək müqaviləsinin bağlanması üçün işçi əmək kitabçasını, sığorta şəhadətnaməsini işəgötürənə təqdim etməli olduğu halda, mülki hüquqi müqavilələrin bağlanması üçün əmək kitabçasının təqdim edilməsi tələb olunmur və mülki hüquqi müqavilədə görülməli işlər əmək kitabçasında göstərilmir. Əmək münasibətlərində işçi ilə işəgötürən arasında münasibətlər digər prinsiplərlə yanaşı, tabeçilik prinsipinə əsaslandığı halda, mülki hüquqi müqavilələrdə münasibətlər tərəflərin müqavilə ilə müəyyən edilmiş öhdəliklərinə uyğun olaraq bərabərlik prinsipinə uyğun qurulur. Əmək müqaviləsinin predmeti işçinin əmək fəaliyyətinin (prosesinin) özüdürsə, mülki-hüquqi müqavilələrin predmeti yerinə yetiriləcək işin və ya xidmətin nəticəsidir. Əmək müqavilələrində işəgötürən qanunvericiliklə işçiyə sağlam və təhlükəsiz əmək şəraiti yaratmalı olduğu halda, mülki-hüquqi müqavilələrdə sifarişçinin üzərinə qanunvericiliklə belə öhdəlik qoyula bilməz. Əmək müqavilələrində işçi üçün fiziki şəxslərdən gəlir vergisi işəgötürən tərəfindən ödənildiyi halda, mülki hüquqi müqavilələrdə vergi icraçı tərəfindən həyata keçirilir. Əmək müqavilələrində işçi üçün sosial sığorta haqları işəgötürən tərəfindən əmək haqqı fondundan, işçiyə hesablanmış əmək haqqından ödənildiyi halda, mülki hüquqi müqavilələr üzrə işləyənlər üçün bu ödənişlər fərqlidir və yalnız sığortaedən qismində çıxış edən tərəfindən tutulur. Göründüyü kimi iddiaçının xidmət müqaviləsi bağladığı şəxslərlə əmək münasibətlərinin yaranması üçün sadalanan şərtlərin mövcudluğu sübuta yetməmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsi qadağandır. Belə olan halda məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş müqavilələri əmək münasibətlərini tənzimləyən müqavilə kimi qəbul etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 14.1 -ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Məhkəmə işin hallarına qiymət verərək qeyd edir ki, Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən operativ vergi nəzarəti tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Cavabdehin qəbul etdiyi qərar üçün əsas olan faktiki şərtlər 31 nəfərə münasibətdə mövcud olmuş, beləliklə də, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan kimi cavabdeh tərəfindən həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən qərar qanuni və əsaslı olduğundan iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3098/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3098/2022
29.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver