Məhkəmə qərarları › İş №e-2-1(112)-3109/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3109/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3109/2022 25.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X13 Abıyevin sədrliyi, məhkəmə iclas katibi Rəşidə Paşa qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X27 üzrə Baş İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X27 üzrə Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəh. N.Vəzirov küç. 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X27 üzrə Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri KSİÜBİ) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri KSİÜBİ-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli Seriya DVX № 000715 saylı aktın ləğv olunması haqqında qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonar İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini göstərməklə, məhkəmədən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********597100 №-li xx.xx.2021-ci il tarixli qərarının ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim olunmuş İPM-nin 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizədə cavabdeh qismində Bakı şəhəri KSİÜBİ göstərilməklə Bakı şəhəri KSİÜBİ-nin tərtib etdiyi xx.xx.2021-ci il tarixli **********2287 №-li qərarın ləğv olunması barədə qərar çıxarılması xahiş olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********597100 №-li iş üzrə 6 iyul 2021-ci il tarixli Qərarı ilə onun barəsində Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2021, xx.xx.2021, xx.xx.2021, xx.xx.2021-ci il tarixli inzibati şikayəti təmin edilməmiş və xx.xx.2021-ci il tarixli DVX seriyalı 000715 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X12 nəticəsi haqqında” akt əsasında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X27 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” haqqında xx.xx.2021 -ci il tarixli **********2277 nömrəli qərarın dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilmişdir. Bunu aşağıdakı səbəblərdən əsassız hesab edir. Belə ki, o, ünvan 1 ünvanında yerləşən “Ucuzluq” mağazasını fiziki şəxs olaraq (VÖEN: **********, Masallı rayonu, Səmidxan kəndi) işlədir. Hər bir işçi ilə xidməti müqaviləsi mövcuddur. İşçilərin İqtisadiyyat Nazirliyi X34 Xidmətinin Baki Şəhəri X28 Üzrə Baş İdarəsinin rəhbərliyinə ünvanladıqları ərizələrdən də məlum olur ki, hər bir işçi ilə “xidməti” müqavilə əsasında işləmişdir. Buna baxmayaraq xx.xx.2021-ci il tarixdə özlərini Vergilər Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslər, sözügedən mağazanın içərisinə daxil olaraq, vergi qanunvericiliyini kobud şəkildə pozaraq, əsassız, qanunsuz şəkildə, yoxlama icazəsi haqqında qərarları olmadan, zor gücünə hər bir işçiyə izahat yazdırmışdır. İzahatlarında olan yanlış məlumatlar isə Vergilər Nazirliyinin əməkdaşlarının özlərinin diqtə edərək yazdırdıqları izahatlardır. Sonradan işçilər öz ərizələrində baş verənləri qeyd etmişdirlər. Yoxlamaya gələn əməkdaşlar qanuna müvafiq qaydada yoxlama aparmamışlar. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanına əsasən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında əsasənamə”də qeyd edilən yoxlama qaydalarına riyaət edilməmişdir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana təqdim edilərək, cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli **********727500 saylı iddianın mümkün sayılmaması barədə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı iddia ərizəsi mövcud qanunvericiliyin tələbləri pozulmaqla tərtib olunduğundan, hazırkı iddia mümkün hesab edilməməlidir. Belə ki, iddia tələbindən də göründüyü kimi iddiaçı “X12 Nəticəsi haqqında”-Aktı mübahisələndirməklə prosessual pozuntuya yol vermişdir. Belə ki sözügedən akt əslində iddiaçı üçün heç bir hüquqi nəticə yaratmır və özlüyündə hüquqmüəyyənedici sənəd olmamaqla sadəcə məsuliyyət müəyyən edən qərarın (“Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında”) əsasını təmin etmək məqsədi daşıyır. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, X12 nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49cu maddələrinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin **********043600 saylı xx.xx.2021-ci il tarixli əmri ilə təsdiq edilmiş “Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair” Qaydaların 2.1 -ci bəndinə əsasən “Hesablanmış vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyaları qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə dövlət büdcəsinə, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsində, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 15-11-ci maddəsində və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində nəzərdə tutulan fondlara borclar yaranır ki, onların da vergi orqanları tərəfindən alınması həyata keçirilir”. “inzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Daha sonra cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli **********485600 saylı iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, araşdırma zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X27 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********7381 nömrəli “X12 həyata keçirilməsi haqqında” Qərarına əsasən, xx.xx.2021-ci il tarixdə fiziki şəxs İddiaçı (VÖEN: **********) sahibkarlıq fəaliyyətinin həyata keçirdiyi Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ Ə.Məmmədəliyev (Sabunçu) 12 ünvanında yerləşən mağazada keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 21 (iyirmi bir) nəfər fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktı müəyyən edilmişdir. Bu barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000715 nömrəli “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə X12 nəticəsi haqqında” akt tərtib edilmişdir. Vergi ödəyicisi Bakı şəhərində olmadığından yoxlamada iştirak etməmiş, aktı imzalamamış və bir nüsxəsinin qəbul etməmişdir.Tərtib edilmiş akt əsasında Baş İdarə tərəfindən xx.xx.2021-ci il tarixli **********2277 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul olunaraq vergi ödəyicisinə 42000 (qırx iki min) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Qeyd olunan qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Təlabnamə vergi ödəyicilərinin vergi uçotu haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutusuna göndərilmiş və araşdırma zamanı elektron qutuda xx.xx.2021-ci il tarixli **********632000 nömrəli məktubun vergi ödəyicisi tərəfindən xx.xx.2021-ci il tarixdə saat 10:10-da oxunduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50.1.7-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi" OVN tədbirinin keçirilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur.Məhz bununla bağlı əsaslı şübhələr olduğundan vergi orqanı tərəfindən OVN tədbiri keçirilmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq vergi ödəyicisi məsuliyyətə cəlb edilmişdir. Qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə əmək müqaviləsinin bağlanması işəgötürənlərin başlıca vəzifələrindən biridir. Əmək haqlarının leqallaşdırılması ilk növbədə şəffaflıq prinsiplərinin və işçilərin sosial maraqlarının təmin olunmasına yönəldilmişdir. İşçilər işəgötürən tərəfindən əmək müqaviləsi bağlanmadan onlara ödənilən əmək haqları ilə razılaşmaqla özlərini gələcəkdə dövlətin sosial təminatından məhrum etmiş olurlar. Bundan əlavə, həmin işçilər məzuniyyət haqqının, xəstəlik və işdənçıxma müavinətinin tam həcmdə ödənilməməsi kimi neqativ hallarla rastlaşır və ən əsası gələcəkdə layiqli pensiya təminatından məhrum olurlar.İddiaçı iddia ərizəsində əsassız olaraq bildirmişdir ki, “Hər bir işçi ilə “xidməti müqavilə” əsasında işləmişdir”.İddiaçının bu fikrinin əksinə olaraq bildiririk ki, iddiaçı ilə işçiləri arasında münasibətlərini rəsmiləşdirən hər hansı bir müqavilə, o cümlədən xidməti müqavilə bağlanmamışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi “xəyali xidməti müqavilələrJ’ nə vergi orqanına nə də ki, məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü bəndinə əsasən aşağıdakı hallarda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir: 2-3.1. müqavilənin məzmunu Məcəllənin 43cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda; 2-3.2. Məcəllənin 48-ci maddəsinə uyğun olaraq tərəflər arasında münasibətlərin rəsmiləşdirilməsi və müvafiq qeydlərin aparılması üçün əmək kitabçası təqdim edildikdə; 2-3.3. tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifəni tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yarandıqda; 2-3.4. tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.5. tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda; 2-3.6. yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimləndikdə; 2-3.7. yerinə yetirilən işə (xidmətə) görə ödənilən haqqın tərkibi bu Məcəllənin 157-ci maddəsinin 3-cü hissəsində göstərilən aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda; 2-3.8. müqavilədə bu Məcəllənin 10-cu, 77-ci, 112-ci, 179-cu və 186-cı maddələrində nəzərdə tutulmuş məsələlərin tənzimlənməsi nəzərdə tutulduqda. 2-4. Bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Maddənin məzmunundan göründüyü kimi, konkret halda iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi obyekt - “Ucuzluq" mağazası əsas işçiləri satıcılar olmaqla tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlıdır və konkret halda işçilərlə xidməti müqavilənin bağlanması qanunvericiliyə ziddir və iddiaçı həmin işçilərlə xidməti müqavilə deyil, məhz əmək müqaviləsi bağlamalıdır. İddiaçının digər bir əsassız və qanunsuz arqumenti ondan ibarət olmuşdur ki, "Vergi orqanının əməkdaşları mağazanın içərisinə daxil olaraq, vergi qanunvericiliyini kobud şəkildə pozaraq, əsassız, qanunsuz şəkildə, yoxlama icazəsi haqqında qərarları olmadan, zor gücünə hər bir işçiyə izahat yazdırmışlar”. Göstərilənlərin əksinə operativ vergi nəzarəti Azərbaycan Respublikası Vergi Qanunvericiliyinin tələblərinə tam əməl etməklə keçirilmişdir. Obyektdə aşkar edilmiş işçilər könüllü şəkildə araşdırmaya izahat təqdim edərək bu barədə (izahatı özüm yazdım, imzamla təsdiq edirəm, əlavəm yoxdur) izahatda müvafiq qeyd aparmışlar. Bundan əlavə vergi işçiləri tərəfindən hər hansı qanunsuzluğa yol verilmədiyi obyekdə quraşdırılmış nəzarət kameraları vasitəsilə də sübuta yetirilə bilər. Vergi orqanı qanunla ona verilən hüquqlardan istifadə etməklə vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini keçirdiyi obyektdə tam qanuni əsaslarla OVN tədbiri həyata keçirmişdir. Göründüyü kimi, iddiaçı yalan ifadələrdən istifadə etməklə heç bir həqiqətə uyğun olmayan və sübutu olmayan arqumentlərlə iddia ərizəsini əsaslandırmağa çalışmışdır. İddia ərizəsinə etiraza əlavə edilmiş operativ vergi nəzarəti tədbiri çərçivəsində alınmış işçi X7 xx.xx.2022-ci il tarixli izahatında xx.xx.2021 -ci il tarixdən İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ Ə.Məmmədəliyev (Sabunçu) 12 ünvanında yerləşən “N1 Ucuzluq" mağazasında “satıcı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının aylıq 250 manat müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X14 da öz növbəsində 2 aydır ki, İddiaçı tərəfindən “satıcı" vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, əmək haqqının aylıq 250 manat müəyyən olunduğunu bildirmişdir.Digər bir işçi X21 da öz 3 aydır ki, İddiaçı tərəfindən “satıcı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, adına sabit qəbzinin olmadığını,əmək haqqının aylıq 350 manat müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X2 Cahid Müzəffər oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ Ə.Məmmədəliyev (Sabunçu) 12 ünvanında yerləşən “N1 Ucuzluq” mağazasında xx.xx.2021-ci il tarixdən “satıcı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının aylıq 250 manat müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X17 da 2 aydır ki, İddiaçı tərəfindən “satıcı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, adına sabit qəbzinin olmadığını,əmək haqqının aylıq 250 manat müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X6 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən "satıcı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, adına sabit qəbzinin olmadığını,əmək haqqının aylıq 250 manat müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X1 Cahid Müzəffər oğlu tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ Ə.Məmmədəliyev (Sabunçu) 12 ünvanında yerləşən “N1 Ucuzluq” mağazasında xx.xx.2021-ci il tarixdən “satıcı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının aylıq 250 manat müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X18 İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ Ə.Məmmədəliyev (Sabunçu) 12 ünvanında yerləşən “N1 Ucuzluq” mağazasında xx.xx.2020-ci il tarixdən “satıcı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, adına sabit qəbzinin olmadığını, əmək haqqının aylıq 250 manat müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X8 İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ Ə.Məmmədəliyev (Sabunçu) 12 ünvanında yerləşən “N1 Ucuzluq” mağazasında 2018-ci ildən “satıcı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, əmək haqqının aylıq 350-400 manat müəyyən olunduğunu bildirmişdir. Digər bir işçi X11 xx.xx.2021-ci il tarixdən İddiaçı tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ Ə.Məmmədəliyev (Sabunçu) 12 ünvanında yerləşən “N1 Ucuzluq” mağazasında “satıcı” vəzifəsinə işə cəlb edildiyini, onunla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadığını, əmək haqqının aylıq 250 manat müəyyən olunduğunu bildirmişdir. Digər 10 nəfər işçi oxşar məzmunlu izahat verərək onlarla hər hansı əmək və ya xidməti müqavilənin bağlanmadığını, vergi orqanında qeydiyyatda olmadıqlarını, adlarına sabit qəbzin olmadıqlarını bildirmişlər. Aşkar edilmiş 21nəfər işçidən yalnız bir nəfəri-X22 hər hansı bir əsaslı səbəb göstərmədən yazılı izahat verməkdən imtina etmişdir. Göründüyü kimi operativ vergi nəzarəti tədbiri hər hansı pozuntu olmadan Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun formada keçirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X16 iddia tələbinə dair yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). İş materialları ilə müəyyən edilir ki; Bakı şəhəri X27 üzrə Baş İdarəsinin X12 keçirilməsi haqqında **********7381 №li xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu ŞTQ, Ə.Məmmədəliyev (Sabunçu) 12 ünvanında 1) Nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 2) “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021-ci il tarixi daxil olmaqla) X12 həyata keçirilməsi qərara alınmışdır. Bakı şəhəri X27 üzrə Baş İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edlmiş X12 keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında **********7382 saylı tələbnamə ilə, sənədlərin və nümunələrin götürülməsi haqqında eyni tarixli **********7383 saylı qərar qəbul edilmiş, DVX-nin seriyalı 002172 saylı xx.xx.2021-ci il tarixli sənədlərin götürülməsi haqqında protokol tərtib edilərək, heç bir sənəd götürülməmişdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar olunması ilə bağlı vergi nəzarətinin nəticəsi haqqında DVX seriyalı 000715 saylı xx.xx.2021-ci il tarixli Aktdan və ona əlavədən görünür ki, 21 nəfər fiziki şəxsin (X9, X14, X23, X15, X6, X3, X18, X8 və digərləri) Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunmuşdur və qeyd edilən akt İddiaçı tərəfindən imzalanaraq qəbul edilməmişdir. Bakı şəhəri X27 üzrə Baş İdarəsi tərəfindən qəbul edilmiş Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2021-ci il tarixli **********2277 №-li qərarla vergi ödəyicisi İddiaçı tərəfindən “Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən 21 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edilməsi” faktı aşkar olunaraq, o, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 42000 (qırx iki min) manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçı vergi ödəyicisi üzrə operativ vergi nəzarəti Azərbaycan Respublikasının Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. Həmin Məcəllənin 42.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1 -ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Həmin Məcəllənin 50.1-ci maddəSinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasını (50.1.3); Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi (50.1.7) hallarının aşkar edilməsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), X12 müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Məhkəmə qeyd edir ki, 20 nəfər (1 nəfər izahat verməkdən imtina etmişdir) fiziki şəxslərin izahatlarından da görünür ki, onlar iddiaçıya məxsus obyektdə "satıcı” və “xadimə” vəzifəsində işləyirlər. Belə olan halda həmin şəxslərin vergi ödəyicisi həmin şəxslərlə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçi kimi əmək müqaviləsi bağlamalı idi. İddiaçıya məxsus obyektin "mağaza” fəaliyyəti göstərməsini, izahatları alınan fiziki şəxslərin isə "satıcı” işini icra etməsini nəzərə alaraq həmin şəxslərin müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildiyi halda, vergi ödəyicisi ilə "əmək müqaviləsi” bağlanmaması işəgötürən ilə işçi arasında olan real münasibətləri əks etdirmir və bu münasibət vergidən yayınma faktı kimi qiymətləndirilir. Qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsi). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İPM-nin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar