Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3117/2025 22.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçı onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni ünvan verilməklə, fərdi yaşayış evinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. Mübahisənin predmeti İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “İddiaçı məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə yeni ünvan verilməklə, fərdi yaşayış evinə dair çıxarışın və texniki pasportun verilməsini cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni ünvan verilməklə, fərdi yaşayış evinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilməsi”ni xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli Qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair iddiaçının ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küç.,ev-51B., mənzil 3-də yaşayır və həmin mülki xx.xx.1999-cu il tarixdə X2 alqı-satqı yolu ilə əldə etmiş və xx.xx.2005-ci il tarixdə adına mülkiyyət hüququ tanınmışdır. Mülkiyyətində olan ünvan 3 ünvanında istifadəsində olan hissəsinə həmin mənzilin tikildiyi vaxtdan etibarən ondan qabaqkı sahibi və onun tərəfindən fərdi yaşayış sahəsi kimi istifadə edilib. Həmin mülkü qanunla müəyyən edilmiş qaydada əldə etmiş, aparılmış tikinti işləri hüquq verən sənəd əsasında inşa edilib və həmin tikinti şəhərsalma, tikinti normalarına və qaydalarına riayət olmaqla onun xüsusi mülkiyyətinədədir. Lakin, Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin 249067 saylı qeydiyyat vəsiqəsindən də görünür ki, eyni ünvanda iki fərqli yaşayış sahəsi qeydə alınmışdır. Belə ki, qonşusu X10 adı və istifadəsində olan sahələrin ərizəçinin adına olan qeydiyyat vəsiqəsində olması mülkiyyət hüquqlarını məhdudlaşdırır. Halbuki, Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının aparatı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli məktubu ilə yuxarıda qeyd olunan fərdi yaşayış evinin yeni layihəsi təsdiq olunmuş və AR-nın “Şəhərsalma və Tikinti” Məcəlləsinin 80-ci maddəsinə əsaslanaraq, təqdim edilmiş layihə əsasında evin tikilməsinə icazə verilmişdir. Ərizəçi öz növbəsində həmin fərdi yaşayış evini həmin layihəyə uyğun olaraq inşa etmişdir. Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İntervalaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin 249067 saylı qeydiyyat vəsiqəsindən qeyd edilir ki, barəsində hal-hazırda bildirdiyi mülk ümumi sahəsi 119.63 kv m.-dən ibarət olmaqla 3 yaşayış otağından ibarətdir. Həmin mülkün yəni, ünvan 2-ün ikinci hissəsi üçüncü şəxs olan X10 adınadır və eyni ünvanda onun istifadəsində olan hissəsi qeydiyyat vəsiqəsində göstərilmişdir. X10 istifadəsində 4 yaşayış otağından ibarət olmaqla 70.2 kv. m. yaşayış sahəsi və 55.4 kv.m. köməkçi sahədən ibarətdir. Məsələ ilə bağlı iddiaçı tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə 8 avqust 2024-cü il tarixində ərizəyə müvafiq sənədlər əlavə edilərək müraciət edilmişdir. Lakin, cavabdeh orqan tərəfindən İddiaçı ünvanlanmış 3 sentyabr 2024-cü il tarixli məktuba əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsi; müvafiq ünvana dair ünvan 4 olmuş, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktının idarəyə daxil olmaması əsas gətirilərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-cimaddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Həmçinin, alqısatqı müqaviləsindən sonra mülkiyyət hüququnu təsdiq edən Qeydiyyat vəsiqəsinin və texniki pasportunun verilməsi barədə Bakı şəhəri Tİ və MHQİ- nə müraciət edilmiş, lakin imtina cavabı alınmış və bu məsələ ilə bağlı İddiaçı tərəfindən Nərimanov rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhər Nərimanov rayon Məhkəməsinin 05 avqust 2005-ci il tarixli 2-1405/2005 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilmiş Bakı şəhəri İHBA Tİ və MHQİ-nin imtinası qeyri-hüquqi hesab edilmişdir, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küç., ev-51B nömrəlievin 3 saylı mənzilə dair X4 ilə İddiaçı arasında Bakı şəhəri 9 saylı Dövlət Notariat Konturunda bağlanmış 01 iyul 1999-cu il tarixli alqısatqı müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Bakı şəhəri, Nərimanov rayonu, Hidayətzadə küç., ev-51B nömrəli evin 3 saylı mənzilə dair mövcud vəziyyətdə İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin verilməsi və texniki pasportun tərtib edilməsi Bakı şəhəri İHBA Tİ və MHQİ-yə tapşırılmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, qeydiyyatdan keçmiş mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması üçün yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin qeydiyyatdan keçmiş mənzil üzərində 2 saylı ünvan 10lı və ünvan 5i ilə bağlı qadağa qoyulmuşdur. Bundan başqa qeydiyyat vəsiqəsinə əsasən mənzil paylı mülkiyyətdədir. Bundan əlavə, müvafiq ünvana dair ünvan 5 olmuş, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. İdarənin mütəxəssisləri tərəfindən ünvana yerli baxış keçirilən zaman məlum olmuşdur ki, ərizəçinin istifadəsində olan əmlakın ümumi sahəsinin faktiki ölçüsü 279 kv.m, torpaq sahəsinin ölçüsü 108.2 kv.m-dır. İddiaçıya aid mənzilin üzərində əlavə olaraq ikinci mərtəbə inşa edilmişdir, təqdim edilmiş layihə ilə faktiki vəziyyət arasında uyğunsuzluq mövcuddur,həmçinin birinci mərtəbə isə təyinatı üzrə istifadə edilmir (qeyri-yaşayış sahəsi kimi istifadə edilir). Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətdən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir.
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: - 2.2.inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia). - 34.1. öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur:8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və daşınmaz əmlakın yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir, onun qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Belə ki, iddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
İİİ. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti.
Azərbaycan Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə görə iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışında öz nümаyəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər.
İş materiallarında olan:
Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1153 saylı “Şəxsi evin layihəyə uyğun yenidən tikilməsinə icazə verilməsi haqqında” sərəncamdan görünür ki, Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 51 “B” saylı evin 3 saylı şəxsi mənzilində yaşayan X5 öz hesabına, layihəyə uyğun, texniki pasporta əsasən yeni iki mərtəbəli ev tikməyə icazə verilmişdir. Tikinti işləri başa çatdıqdan sonra evə yeni texniki pasport tərtib edilməsi Texniki İnventar bürosundan xahiş edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2-1405/2005 nömrəli 05 avqust 2005-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri İHBA Tİ və MHQİ-nin imtinası qeyri- hüquqi hesab edilməsi və Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə küçəsindəki 51 “b” saylı evin 3 saylı mənzilinə dair X5 ilə İddiaçı arasında Bakı şəhəri 9-cu X12 bağlanmış xx.xx.1999-cu il tarixli 3MA2-273 saylı alqı-satqı müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Bakı şəhəri İ.Hidayətzadə küçəsindəki 51 “B” saylı evin 3 saylı mənzilinə dair mövcud vəziyyətdə İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilməsi və texniki pasport tərtib edilməsi Bakı şəhər İHBA Tİ və MHQİ-nə tapşırılması qət edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsinin ÖM seriyalı 072317 nömrəli, 2005-ci ildə verilmiş “Qeydiyyat Vəsiqəsi”ndən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 51B saylı evin 3 nömrəli mənzili İddiaçı (digər pay üzrə X13 olmaqla) adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyatdan keçmişdir. ünvan 7 ünvanında dair İddiaçı adına Bakı şəhər İcra Hakimiyyəti Başçısının X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin” Texniki Pasportu xx.xx.2005-ci ildə tərtib edilmiş və həmin texniki pasportda otaqların təyini, binanın (tikilinin) texniki təsviri göstərilmişdir. X11 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli **********810 nömrəli ərizəsində göstərilmişdir ki, İddiaçı qızına məxsus olan ÖM 249067 saylı seriyalı qeydiyyat vəsiqəsində X11 adı səhvən düşüb. Adının ləğv edilməsinə və ona fərqləndirici ünvanla əlaqədar yeni çıxarış verilməsinə etiraz etmir. Həmin evin yaşayış və qeyri-yaşayış sahəsinə heç bir iddiası yoxdur. İddiaçı mülkiyyətində olan əmlakın Dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün razılığını bildirir, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 51B, 3 saylı mənzildə yerləşən əlavə tikiləcək İİ mərtəbənin eskiz layihəsi üzərində Nərimanov rayon İcra Hakimiyyətinin “razılaşdırılmışdır” qeydi ilə məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-K-0178-8/2024 **********65 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Qeydiyyatdan keçmiş mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması üçün yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Müvafiq ünvana dair ünvan 5 olmuş, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən ünvan 7 ünvanda yerləşən fərdi evin arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi
Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 4.3-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 8.0. -ci maddəsinnə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərindəA hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Həmin Qanunun 12.1 -ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 10 mart tarixli Qərarında qeyd edilmişdir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). İddiaçı hazırda daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış mənzilinin fərdi yaşayış evi kimi qeydiyyatının aparılmasını tələb edir. İddiaçı adına qeydiyyatı aparılmış daşınmaz əmlakın əslində “mənzil” deyil, “fərdi yaşayış evi” olduğunu bildirir. Belə ki, mübahisəli yaşayış sahəsində ilkin olaraq X3 iki mərtəbəli ev tikməyə icazə verilmişdir. X1 ilə İddiaçı arasında Bakı şəhəri 9-cu X12 bağlanmış xx.xx.1999-cu il tarixli 3MA2-273 saylı alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilməsi və texniki pasport tərtib edilməsi Bakı şəhər İHBA Tİ və MHQİ-nə tapşırılması Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2- 1405/2005 nömrəli 05 avqust 2005-ci il tarixli Qətnaməsi ilə qət edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1 -ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir; yaşayış evi, yaşayış evinin hissəsi (13.1.1); mənzil, mənzilin hissəsi (13.1.2); otaq (13.1.3); bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri (13.1.4). Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. Yaşayış sahəsinin keçmiş mülkiyyətçiyə ayrılması ilə bağlı arxiv sənədlərinə nəzər yetirdikdə, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1153 nömrəli sərəncamında mübahisəli ünvan mənzil kimi deyil, şəxsi ev kimi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin hüquq müəyyənedici sənədlərdə iddiaçının mülkiyyətində olan və inşa edilmiş fərdi yaşayış evi olduğuna görə cavabdehin həmin əmlakı fərdi yaşayış evi kimi qeydiyyata almasından imtina etməsi əsaslı hesab edilə bilməz və həmin əmlakın “fərdi yaşayış evi” kimi qeydiyyata alınması təmin olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, əƏrazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin adlandırılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə, daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda; Cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, mübahisəli ünvana 2 saylı ünvan 10lı və ünvan 5i ilə bağlı qadağa qoyulmuş, ümumi sahənin faktiki ölçüsü 279 kv.m, torpaq sahəsinin ölçüsü 108.2 kv.m-dir və qeydiyyat vəsiqəsinə əsasən mənzil paylı mülkiyyətdədir. Məhkəmə cavabdehin iddiaya dair etirazında göstərdiyi halları əsassız hesab edərək aşağıdakıları qeyd edir. İlkin olaraq məhkəmə qeyd edir ki, sahənin faktiki ölçüsü 279 kv.m, torpaq sahəsinin ölçüsü 108.2 kv.m olması iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas sayıla bilməz. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən: - 3.1: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. Göründüyü kimi cavabdeh mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılmasını həyata keçirməlidir Etirazın digər halı ilə bağlı məhkəmə qeyd edir ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2in(82)-1742/2012 saylı və Bakı şəhəri ünvan 11 ünvana qadağanın qoyulması da iddiaçının tələbinin təmin edilməməsi üçün əsas deyildir, belə ki, həmin mübahisədə iddiaçının tərəf olması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Yaşayış sahəsinin paylı mülkiyyətdə olması ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X11 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli **********810 nömrəli ərizəsində göstərmişdir ki, İddiaçı qızına məxsus olan ÖM 249067 saylı seriyalı qeydiyyat vəsiqəsində X11 adı səhvən düşüb. Adının ləğv edilməsinə və ona fərqləndirici ünvanla əlaqədar yeni çıxarış verilməsinə etiraz etmir. Həmin evin yaşayış və qeyri-yaşayış sahəsinə heç bir iddiası yoxdur. İddiaçı mülkiyyətində olan əmlakın Dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün razılığını bildirir, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. İş materiallarından göründüyü kimi cavabdehin etirazında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni ünvan verilməklə, fərdi yaşayış evinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni ünvan verilməklə, fərdi yaşayış evinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasıs vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova
Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli 1153 saylı “şəxsi evin layihəyə uyğun yenidən tikilməsinə icazə verilməsi haqqında” sərəncamdan görünür ki, Bakı şəhəri, İ.Hidayətzadə küçəsi 51 “B” saylı evin 3 saylı şəxsi mənzilində yaşayan X5 öz hesabına, layihəyə uyğun, texniki pasporta əsasən yeni iki mərtəbəli ev tikməyə icazə verilmişdir. Tikinti işləri başa çatdıqdan sonra evə yeni texniki pasport tərtib edilmişsəi Texniki İnventar bürosundan xahiş edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2-1405/2005 nömrəli 05 avqust 2005-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri İHBA Tİ və MHQİ-nin imtinası qeyri-hüququ hesab edilməsi və Bakı şəhəri Nərimanov rayonu Hidayətzadə küçəsindəki 51 “b” saylı evin 3 saylı mənzilinə dair X5 ilə İddiaçı arasında Bakı şəhəri 9-cu X12 bağlanmış xx.xx.1999-cu il tarixli 3MA2-273 saylı alqı-satqı müqaviləsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, Bakı şəhəri İ.Hidayətzadə küçəsindəki 51 “B” saylı evin 3 saylı mənzilinə dair mövcud vəziyyətdə İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilməsi və texniki pasport tərtib edilməsi Bakı şəhər İHBA Tİ və MHQİ-nə tapşırılması qət edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqların Qeydiyyatı İdarəsinin ÖM seriyalı 072317 nömrəli “Qeydiyyat Vəsiqəsi”ndən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi 51B saylı evin 3 nömrəli mənzili İddiaçı (digər pay üzrə X13 olmaqla) adına xüsusi mülkiyyət hüquqi ilə qeydiyyatdan keçmişdir. ünvan 7 ünvanında dair İddiaçı adına Bakı şəhər İcra Hakimiyyəti Başçısının X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən “Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin” Texniki Pasportu xx.xx.2005-ci ildə tərtib edilmiş və həmin texniki pasportda otaqların təyini, binanın (tikilinin) texniki təsviri göstərilmişdir. X11 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli **********810 nömrəli ərizəsində göstərmişdir ki, İddiaçı qızına məxsus olan ÖM 249067 saylı seriyalı qeydiyyat vəsiqəsində X11 adı səhvən düşüb. Adının ləğv edilməsinə və ona fərqləndirici ünvanla əlaqədar yeni çıxarış verilməsinə etiraz etmir. Həmin evin yaşayış və qeyri-yaşayış sahəsinə heç bir iddiası yoxdur. İddiaçı mülkiyyətində olan əmlakın Dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün razılığını bildirir, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi, 51B, 3 saylı mənzildə yerləşən əlavə tikiləcək İİ mərtəbənin eskiz layihəsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-K-0178-8/2024 **********65 nömrəli məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş sənədlər surətdir. Qeydiyyatdan keçmiş mənzilin fərdi yaşayış evi kimi qeydiyyata alınması üçün yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Müvafiq ünvana dair ünvan 5 olmuş, qanuni qüvvəyə minmiş yekun məhkəmə aktı idarəyə daxil olmamışdır. Məhkəmə sorğusu əsasında cavabdeh tərəfindən ünvan 7 ünvanına dair arxiv sənədlərinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
İV. Məhkəmənin mövqeyi
Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır.
“Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3-cü maddəsinə görə, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 4.2-ci maddəsinə uyğun olaraq, bu qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 4.3-ci maddəsinə görə, 2006-cı il iyulun 6-dək daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatını aparmış müvafiq icra hakimiyyəti orqanları bu qanuna əsasən dövlət reyestrində saxlanılmalı olan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər və müddətlər üzrə qeydiyyat orqanına verməlidirlər. Göstərilən qaydada məlumatlar verilənədək həmin müvafiq icra hakimiyyəti orqanları bu qanuna uyğun olaraq ayrı-ayrı daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün zəruri olan məlumatları hüquq sahibinin və ya qeydiyyat orqanının müraciət etdiyi gündən 5 iş günü müddətində onlara verməlidirlər. Həmin Qanunun 8.0.5-ci bəndinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Həmin Qanunun 12.1 -ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 10.2.1 -ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dai” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2020-ci il 10 mart tarixli Qərarında qeyd edilmişdir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 -ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə (15.1.1); hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericilklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə (15.1.2); hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə (15.1.3); daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda (15.1.4);daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda (15.1.5); Bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (15.1.6). İddiaçı hazırda daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata alınmış mənzilinin fərdi yaşayış evi kimi qeydiyyatının aparılmasını tələb edir. İddiaçı adına qeydiyyatı aparılmış daşınmaz əmlakın əslində “mənzil” deyil, “fərdi yaşayış evi” olduğunu bildirir. Belə ki, mübahisəli yaşayış sahəsində ilkin olaraq X3 iki mərtəbəli ev tikməyə icazə verilmişdir. X1 ilə İddiaçı arasında Bakı şəhəri 9-cu X12 bağlanmış xx.xx.1999-cu il tarixli 3MA2-273 saylı alqı-satqı müqaviləsi bağlanılmış və həmin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsi verilməsi və texniki pasport tərtib edilməsi Bakı şəhər İHBA Tİ və MHQİ-nə tapşırılması Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2- 1405/2005 nömrəli 05 avqust 2005-ci il tarixli Qətnaməsi ilə qət edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 12.1-ci maddəsinə əsasən yaşayış sahələri mənzil hüququnun obyektidir. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə yaşayış sahəsi dedikdə - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlak hesab edilən və vətəndaşların daimi yaşaması üçün yararlı olan (müəyyən edilmiş sanitariya və texniki norma və qaydalara, qanunvericiliyin digər tələblərinə (bundan sonra - tələblərə) cavab verən) ayrıca sahə başa düşülür. Həmin Məcəllənin 13.1 -ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir; yaşayış evi, yaşayış evinin hissəsi (13.1.1); mənzil, mənzilin hissəsi (13.1.2); otaq (13.1.3); bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri (13.1.4). Həmin Məcəllənin 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Həmin Məcəllənin 13.3-cü maddəsinin tələbinə görə isə bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasına görə, mənzil və fərdi yaşayış evinin hər ikisi bir və ya bir neçə otaqdan, yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət yaşayış sahəsidir, aralarındakı fərq ondan ibarətdir ki, fərdi yaşayış evi yaşayış sahəsi olaraq fərdi müəyyən edilmiş evdir, mənzil isə çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahədir. Yaşayış sahəsinin keçmiş mülkiyyətçiyə ayrılması ilə bağlı arxiv sənədlərinə nəzər yetirdikdə, Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1997-ci il tarixli 1153 nömrəli sərəncamında mübahisəli ünvan mənzil kimi deyil, şəxsi ev kimi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin hüquq müəyyənedici sənədlərdə iddiaçının mülkiyyətində olan və inşa edilmiş fərdi yaşayış evi olduğuna görə cavabdehin həmin əmlakı fərdi yaşayış evi kimi qeydiyyata almasından imtina etməsi əsaslı hesab edilə bilməz və həmin əmlakın “fərdi yaşayış evi” kimi qeydiyyata alınması təmin olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, bu qaydalar Azərbaycan Respublikasında ünvan reyestrinin aparılmasını və daşınmaz əmlak obyektlərinə ünvanın verilməsini tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən, ünvan reyestri vahiddir və Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, əƏrazi vahidinin və nəqliyyat infrastrukturu obyektinin adlandırılması qanunvericiliklə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Qaydaların 3.2-ci bəndinə görə, daşınmaz əmlak obyektinə ünvan aşağıdakı hallarda verilir və ya dəyişdirilir: 3.2.2. qanunvericiliyə uyğun olaraq daşınmaz əmlak obyektinin inşası və ya quraşdırılması aparıldıqda və ya obyekt müvafiq qaydada istismara qəbul edildikdə; 3.2.4. daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqda;
Cavabdeh iddiaya dair etirazında qeyd etmişdir ki, mübahisəli ünvana 2 saylı ünvan 10lı və ünvan 5i ilə bağlı qadağa qoyulmuş, ümumi sahənin faktiki ölçüsü 279 kv.m, torpaq sahəsinin ölçüsü 108.2 kv.m-dir və qeydiyyat vəsiqəsinə əsasən mənzil paylı mülkiyyətdədir. Məhkəmə cavabdehin iddiaya dair etirazında göstərdiyi halları əsassız hesab edərək aşağıdakıları qeyd edir. İlkin olaraq məhkəmə qeyd edir ki, sahənin faktiki ölçüsü 279 kv.m, torpaq sahəsinin ölçüsü 108.2 kv.m olması iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina üçün əsas sayıla bilməz.
Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən:
- 3.1: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq. Göründüyü kimi cavabde mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri əsasında aradan qaldırılmasını həyata keçirməlidir Etirazın digər halı ilə bağlı məhkəmə qeyd edir ki, 2 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2in(82)-1742/2012 saylı və Bakı şəhəri ünvan 11 ünvana qadağanın qoyulması da iddiaçının tələbinin təmin edilməməsi üçün əsas deyildir, belə ki, həmin mübahisədə iddiaçının tərəf olması cavabdeh tərəfindən sübuta yetirilməmişdir. Yaşayış sahəsinin paylı mülkiyyətdə olması ilə bağlı isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, X11 notarial qaydada təsdiq edilmiş xx.xx.2024-cü il tarixli **********810 nömrəli ərizəsində göstərmişdir ki, İddiaçı qızına məxsus olan ÖM 249067 saylı seriyalı qeydiyyat vəsiqəsində X11 adı səhvən düşüb. Adının ləğv edilməsinə və ona fərqləndirici ünvanla əlaqədar yeni çıxarış verilməsinə etiraz etmir. Həmin evin yaşayış və qeyri-yaşayış sahəsinə heç bir iddiası yoxdur. İddiaçı mülkiyyətində olan əmlakın Dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün razılığını bildirir, gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. İş materiallarından göründüyü kimi cavabdehin etirazında göstərilən əsasların heç biri də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsində göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni ünvan verilməklə, fərdi yaşayış evinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər, dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2,34, 68,69, 85,110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni ünvan verilməklə, fərdi yaşayış evinin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasıs vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Miminat Hacıbəyova