Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3122/2025 27.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı kirayə müqaviləsinin bağlanması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç. 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Ə.F Nemanzadə küçəsi 9 № li evin 14 № li mənzilə dair onunla kirayə müqaviləsi bağlanması öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departanmentinin 19 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayışlardan da görünür ki, X2 xx.xx.1984-ci il tarixdə, X3 xx.xx.1987-ci il tarixdə və X1 xx.xx.1991-ci il tarixdə yaşayış sahəsi üzrə qeydiyyatdan çıxmışlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi Mənzil Kommunal Xidmətlər Departanmentinin 19 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş forma 2 arayışdan da görünür ki, İddiaçı qanuni şəkildə ailə üzvləri ilə birlikdə 1994-cı ildən bu günə qədər fasiləsiz olaraq Ə.F Nemanzadə küçəsi 9 № li evin 14 № li mənzildə yaşayır, mənzilin idarəsi ilə məşqul olur, adı çəkilən mənzil ərizəçinin qanuni istifadə və saibliyindədir. Ailə üzvləri də mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıqları vardır. Cavabdehin nümayəndəsi məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iddia tələbinə cavab verməli olan qurumun Cavabdeh deyil, binanın balanssaxlayıcısı Səbail rayon İcra Hakimiyyəti olmalı olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəməyə daxil olmuş elektron iddia iddia ərizəsi iddiaçının səlahiyyətli nümayəndəsi kimi Vəkil Əskər qızı tərəfindən imzalanmışdır. İnzibati Prosessual Məcəllənin 31-ci maddəsinə görə, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Normanın tələbindən göründüyü kimi, inzibati məhkəmə icraatında fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkili ola bilər. İş materiallarına Vəkil Əskər qızına iddiaçının adından iddia ərizəsini imzalmaq hüququ verən vəkil orderi əlavə edilməmişdir. Vəkil Əskər qızının iddiaçının yaxın qohum olması da müəyyən edilmir. İPM-in 13-cü maddəsinin tələblərinə görə, məhkəmə qaldırılan iddialarda yol verlən formal xətaların aradan qaldırılmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3cü bənd); Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır (3.4-cü bənd). İPM-in 13-cü maddəsinin tələbləri baxımından yuxarıda qeyd edilən halın formal xəta kimi aradan qaldırılması imkanları mövcud olduğundan daxil olmuş iddia ərizəsi ilə bağlı xx.xx.2025-ci il tarixli məktubla iddia ərizəsində yol verilən formal xətalar iddiaçının (poçt xəbərnaməsi işə əlavə edilir) və Vəkil (elektron kabinetə yüklənməklə) diqqətinə çatdırmaqla hüquqi təkliflər verilmişdir. Lakin həmin halların aradan qaldırılması üçün cəhd edilməmiş və məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, iddiaçı və ya vəkil qismində iddia ərizəsini imzalamış şəxs məhkəmədə iştirak etməmiş, eləcə də iddiaçı tərəf nümayəndəyə müvafiq səlahiyyəti verən order, nümayəndə qismində ərizəni imzalamış şəxsin iddiaçının yaxın qohumu və ya vəkili olması barədə sənədlər məhkəməyə təqdim edilməmişdir. İPM-in 1.2-ci madəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir; 74.1-ci maddəsinə görə, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir; Göründüyü kimi, iddia ərizəsi müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddia ərizəsində göstərilənlər iddiaçının iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. Bundan başqa iddia ərizəsində iddia tələbinin predmeti olan mənzilin ünvanı ünvan 1ş sənədlərdəmn müəyyən edilir ki, evin nömrəsi 9 deyil 98-dir. İddia tələbi Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə qarşı yönəldilmşdir. Lakin həmin qurumun mənzil kirayə müqaviləsi bağlanması üçün Sərəncam vermək səlahiyyətinin olub-olmaması iddia ərizəsində əsaslandırılmamışdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №e-2-1(112)-3122/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3122/2025
27.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver