Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3128/2024 16.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mənə “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” Qərarının ləğv olunması və əmək pensiyamın tam şəkildə ödənilməsi öhdəliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 2016-cı ildə, 60 yaşında ona dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilmiş və pensiyanın məbləği 2023-cü ilin fevral ayından etibarən artırılaraq 761.55 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək pensiyanın yenidən hesablanması üçün etdiyi müraciətdən sonra əmək pensiyasının məbləği azaldılaraq 475.68 manata endirilmişdir. İddiaçının müraciəti “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinə 13 may 2022ci il tarixdə edilmiş dəyişikliklə bağlı olmuşdur. Belə ki, Qanunun 37.3.2-1ci maddəsinə əsasən, bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir. İddiaçı müraciət etdiyi DOST mərkəzindən ona bildirilmişdir ki, əmək pensiyasının məbləği azaldılmış və hər ay onun əmək pensiyamdan 72 manat məbləğində vəsait artıq ödənilmiş pensiya kimi tutulur. Faktiki olaraq hazırda aldığı əmək pensiyasının məbləği 403.68 manatdır. DOST mərkəzində elektron informasiya sistemindən çıxarış edilməklə iddiaçıya verilmiş sənəddə göstərilmişdir ki, əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar xx.xx.1984-cü -xx.xx.1991-ci il tarixləri arasındakı dövrlər ərzində Nizami rayon X2 statistika üzrə rəis müavini işlədiyi dövrə dair məlumatların dəqiqləşdirilməsi ilə bağlı sorğu verilib. İddiaçı bildirmişdir ki, Bakı Şəhər Statistika İdarəsinin xx.xx.2023-cü il tarixli arxiv arayışına əsasən, onun xx.xx.1984cü - xx.xx.1987-ci tarixləri arasındakı dövrlərdə Nizami rayon X2 (DSK-nin xx.xx.1987-ci tarixli 3 nömrəli əmri ilə Nizami rayon X3 adı dəyişdirilərək Nizami Rayon Statistika şöbəsi adlandırılmışdır) statistika üzrə rəis müavini, xx.xx.1987-ci - xx.xx.1991-ci il tarixinədək Bakı şəhəri Nizami Rayon Statistika şöbəsinin statistika üzrə rəis müavini vəzifəsində işləmişədir. (arxiv arayışı və əmrlərin surəti əlavə olunur). Əlavə olaraq iddiaçı bildirmişdir ki, çalışdığı vəzifə dövlət büdcəsindən maliyyələşən vəzifələr siyahısında olmuşdur. Arxiv arayışları və əmrlərin surəti sübut edir ki, xx.xx.1984-cü ildən xx.xx.1991-ci ilədək olan dövr düzgün olaraq dövlət qulluğu stajı kimi nəzərə alınmış və hazırda da nəzərə alınmalıdır. Bu səbəbdən də iddiaçının əmək pensiyanın məbləğinin 761.55 manatdan 403.68 manata endirilməsi barədə qəbul edilmiş qərar əlverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” AR Qanununun: - 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. - 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Qeyd edilməlidir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu səbədən iddiaçı inzibati icraat barədə məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilmədən, icraat bilavasitə onun iştirakı olmadan aparılaraq barəsində əlverişsiz inzibati akt qəbul edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun bu maddəsinə əsasən, pensiyaçının razılığı olmadıqda artıq ödənilmiş əmək pensiyasını tutmaq səlahiyyəti yalnız və yalnız məhkəməyə məxsusdur. Belə olan halda cavabdeh orqan öz səlahiyyət hədlərini aşaraq qanunun qadağan etdiyi hərəkət etmiş və mənim əmək pensiyamı qanunsuz olaraq dayandırmışdır. Göstərilənlərlə yanaşı, “İnzibati icraat haqqında” AR Qanununun 67.5-ci maddəsində göstərilir ki, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. İndiki, halda onun əmək pensiyası təyin edilərkən etimad hüququ qorunmuşdur. Yəni, iddiaçı dövlət orqanı tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə pensiya təyin edilməsinə inanmış, etimad göstərmişdir. Belə olan halda ona pensiya təyin edilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun əmək pensiyası təyin edən komissiyası tərəfindən qəbul edilmiş qərar ən pis halda qanunsuz əlverişli inzibati akt hesab edilə bilər. Qanunun 67.5-ci maddəsi qanunsuz əlverişli inzibati aktın ləğv edilməsini qadağan edir. Həmçinin, Qanunun 67.7-ci maddəsində göstərilir ki, bu Qanunun 67.6-cı maddəsində göstərilən hallar mövcud olduqda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Yəni, yalnız 67.6-cı maddədə göstərilən hallar mövcuddursa, qanunsuz əlverişli inzibati akt ləğv edilər bilər. Həmin hallar isə aşağıdakılardır: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar qanunsuz əlverişli inzibati akt olduğundan, yalnız Qanunun 67.6-cı maddəsində göstərilən hallar mövcud olduqda və sübuta yetirildikdə, həmin inzibati akt ləğv oluna bilər. Lakin, bu halların da heç biri sübut edilməmiş və onun pensiyasının dayandırılması ilə bağlı qanunsuz qərar qəbul edilmişdir. Beləliklə, iddiaçının razılığı və ya məhkəmə qərarı olmadan əmək pensiyasından tutulmaların həyata keçirilməsini əsassız hesab edir. Məsələ ilə bağlı ƏƏSMN-in DOST mərkəzləri vasitəsilə ümumilikdə 3 dəfə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmiş və üç müraciətdən heç biri cavabdeh orqan tərəfindən cavablandırılmamışdır. Birinci müraciət xx.xx.2023-cü il tarixdə olmuş və cavablandırılmamışdır. İkinci müraciət xx.xx.2023-cü il tarixdə olmuş və həmin müraciətimdən sonra iddiaçının pensiyası artırılmaq əvəzinə daha da azaldılaraq 475.68 manatdan 403.68 manata salınmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etməyinə və vaxtdan 3 aydan çox müddətin keçməsinə baxmayaraq, cavabdeh tərəfindən müraciətinə cavab verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında, iddiaçının “Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-7743/2023 və xx.xx.2023cü il tarixli 3-17-1/3-7-12111/2023 nömrəli qərarlarının ləğv edilməsi”nə dair iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi 2-1(112)-3128/2024 saylı qərardadı ilə icraata qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddianı müdafiə etdiyini və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəməyə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı (24 noyabr 2023cü il tarixli) etiraz məktubu təqdim edilmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının pensiya işinə aid sənədlərdə ona Fondun Nizami rayon şöbəsi tərəfindən dekabr 2016-cı il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıq ödəmə məbləği yalnız (Mərkəzi Filiala 20 fevral 2023-cü il tarixində daxil olmuş ərizəyə əsasən) son üç il üçün müəyyən edilib. Nəticədə məlum olmuşdur ki, 9 dekabr 2016-cı il tarixində iddiaçının vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 295,00 manat, qulluq stajına görə əlavə 28,26 manat olmaqla orta aylıq əmək haqqı 323,26 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11,2-ci maddəsinin 1 iyul 2017ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (323,26 manat) 47 faizi-151,93 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar iddiaçının 6 il 10 ay 12 gün dövlət qulluğu stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 22,78 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 325,00 manat, qulluq stajına görə əlavə 31,14 manat olmaqla orta aylıq əmək haqqı 356,14 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (323,26 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (356,14 manat) arasındakı fərq məbləğinin (32,88 manat) 22,78 faizi-7,49 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanın (151,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 159.42 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən iddiaçının 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 490,00 manat, qulluq stajına görə əlavə 46,94 manat olmaqla orta aylıq əmək haqqı 536,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada iddiaçının 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (356,14 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (536,94 manat) arasındakı fərq məbləğinin (180,80 manat) 22,78 faizi-41,19 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (159,42 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 200,61 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 603,59 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 9004,52 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək pensiyalarının məbləğlərinin 1 yanvar 2022-ci il tarixindən artırılması ilə əlaqədar iddiaçının pensiyası həmin tarixdən 240,00 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 603,59 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 4363,08 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 302,81 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 761,55 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 770,03 manat artıq pul vəsaiti ödənilib. Mərkəzi Filiala iddiaçının əmək pensiyasının pensiya sığorta kapitalına əsasən yenidən hesablanması ilə bağlı 20 fevral 2023-cü il tarixində müraciəti olmuşdur. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə topladığı 6226,76 manat pensiya sığorta kapitalı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (6226,76:72=86,48 manat) qanuni əmək pensiyasının (302,81 manat) üzərinə əlavə edilərək pensiya məbləği 389,29 (302,81+86,48) manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində iddiaçının müvafiq kart hesabına hər ay 761,55 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə iddiaçıya 491,92 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 14629,55 (9004,52+4363,08+770,03+491,92) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda bildirilir ki, tərəfimizdən aparılan araşdırma zamanı iddiaçıya 20 fevral 2020- ci il tarixindən sonrakı dövr üzrə ümumi əsaslarla hesablanan pensiya məbləğinin dövlət qulluqçusu kimi qanunvericiliyə uyğun hesablanmış pensiya məbləğindən yüksək olduğu müəyyən edilib. Bununla əlaqədar iddiaçının əmək pensiyasının kateqoriyası ümumi əsaslarla müəyyən edilərək əmək pensiyası 20 fevral 2020-ci il tarixindən 280,44 manat, 1 yanvar 2021-ci il tarixindən 312,41 manat, 1 yanvar 2022-ci il tarixindən 323,03 manat, 1 yanvar 2023-cü il tarixindən isə 389,63 manat məbləğində müəyyən edilib. Həmçinin iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə topladığı 6226,76 manat pensiya sığorta kapitalına əsasən pensiyası yenidən hesablanaraq pensiya məbləği 476,11 tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildiririk ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhimizə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəfimizdən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhimizə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edirik kı, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. İddiaçının müraciətinə cavabdeh inzibai orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız (Mərkəzi Filiala 20 fevral 2023-cü il tarixində daxii olmuş ərizənizə əsasən) son üç il üçün müəyyən edilib. Nəticədə məlum olmuşdur ki, 9 dekabr 2016-cı il tarixində vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 295,00 manat, qulluq stajına görə əlavəniz 28,26 manat olmaqla orta aylıq əmək haqqınız 323,26 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Əmək pensiyaları haqqında” Qanunun 20.11,2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 6 il 10 ay 12 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqınızın (323,26 manat) 47 faizi-151,93 manat məbləğində hesablanıb. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 2017-ci il iyulun 1-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydasının 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci 11 tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar 6 il 10 ay 12 gün dövlət qulluğu stajınıza görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 22,78 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 325,00 manat, qulluq stajına görə əlavəniz 31,14 manat olmaqla orta aylıq əmək haqqınız 356,14 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (323,26 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqınız (356,14 manat) arasındakı fərq məbləğinin (32,88 manat) 22,78 faizi-7,49 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyanızın (151,93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 159,42 manat məbləğində hesablanıb. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə vəzifə maaşınız 490,00 manat, qulluq stajına görə əlavəniz 46,94 manat olmaqla orta aylıq əmək haqqınız 536,94 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınız (356,14 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqınız (536,94 manat) arasındakı fərq məbləğinin (180,80 manat) 22,78 faizi-41,19 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyanızın (159,42 manat) üzərinə əlavə olunmaqla əmək pensiyanız 200,61 manat məbləğində hesablanmalı oiduğu halda, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 603,59 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 9004,52 manat artıq pul vəsaiti ödənilib. Ölkə üzrə minimum əmək pensiyalarının məbləğlərinin 1 yanvar 2022-ci il tarixindən artırılması ilə əlaqədar pensiyanız həmin tarixdən 240,00 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 603,59 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 4363,08 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən əmək pensiyanız 302,81 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 761,55 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 770,03 manat artıq pul vəsaiti ödənilib. Mərkəzi Filiala əmək pensiyanızın pensiya sığorta kapitalına əsasən yenidən hesablanması ilə bağlı 20 fevral 2023-cü il tarixində müraciət etmisiniz. Belə ki, sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə topladığınız 6226,76 manat pensiya sığorta kapitalınız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (6226,76:72=86,48 manat) qanuni əmək pensiyanızın (302,81 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz 389,29 (302,81+86,48) manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 761,55 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 491,92 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə sizə ümumilikdə 14629,55 (9004,52+4363,08+770,03+491,92) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda bildiririk ki, tərəfimizdən aparılan araşdırma zamanı sizə 20 fevral 2020-ci il tarixindən sonrakı dövr üzrə ümumi əsaslarla hesablanan pensiya məbləğinin dövlət qulluqçusu kimi qanunvericiliyə uyğun hesablanmış pensiya məbləğindən yüksək olduğu müəyyən edilib. Bununla əlaqədar əmək pensiyanızın kateqoriyası ümumi əsaslarla müəyyən edilərək əmək pensiyanız 20 fevral 2020-ci il tarixindən 280,44 manat, 1 yanvar 2021-ci il tarixindən 312,41 manat, 1 yanvar 2022-ci il tarixindən 323,03 manat, 1 yanvar 2023-cü il tarixindən isə 389,63 manat məbləğində müəyyən edilib. Həmçinin əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə topladığınız 6226,76 manat pensiya sığorta kapitalınıza əsasən pensiyanız yenidən hesablanaraq pensiya məbləğiniz 476,11 (389,63+86,48) manat müəyyən edilib. Eyni zamanda, artıqödəməniz də 14629,55 manat məbləğində deyil, 11205,30 manat təşkil edib. Həmin 11205,30 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 mart tarixli Sərəncamına əsasən əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022- ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilib. Aparılan yenidən hesablama nəticəsində pensiya məbləğiniz yalnız sığorta hissəsindən ibarət olmaqla ümumi əsaslarla müəyyən edilib. Bununla əlaqədar sizə maddi yardım üzrə 2022-ci il ərzində ödənilmiş ümumilikdə 724,31 manat artıqödəmə kimi müəyyən edilib. “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2022-ci il tarixli 3135 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş əmək pensiyaçılarına (qulluq stajına görə əlavələr alan əmək pensiyaçıları istisna olmaqla) rübdə bir dəfə olmaqla bərabər hissələrlə bölünməklə 2022-ci il üzrə ümumilikdə 200 (iki yüz) manat məbləğində maddi yardım ödənilib. Həmin 200,00 manat pul vəsaiti sizə artıq ödənilmiş 724,31 manat pul vəsaitindən çıxılaraq büdcəyə bərpa ediiib. Qalıq 524,31 manat pul vəsaiti xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində tutularaq büdcəyə bərpa edilib. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin xx.xx.2023-cü i tarixli sorğusu ilə “Pensiya işinə dair sənədlərin göndərilməsi haqqında” xx.xx.2023-cü il tarixli göndəriş məktubu ilə iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Cavabdeh inzibai orqan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsi tərəfindən 09 dekabr 2016-cı il tarixli 1780 nömrəli qərarı ilə vətəndaş İddiaçı yaşa görə dövlət qulluqçusu kimi xx.xx.2016-cı il tarixdən 428,95 manat əmək pensiyası təyin edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələri) İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. (İPM-nin 2.2.1-ci və 32.1-cü maddələri). İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdeh inzibati orqanın səlahiyyətinin birdən çox məhkəmənin yurisdiksiyasına aid olduğunu və iddiaçının ünvanı (ünvan 1aq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyərək, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materiallarında olan sənədlərə əsasən İddiaçı DSMF-nin Nizami rayon şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdən dövlət qulluqçusu kimi yaşa görə 428,99 manat əmək pensiyası təyin edilmişdir. Cavabdeh DSMF orqanı tərəfindən iddiaçıya artıq ödəmələrin aparıldığı müəyyən edilmişdir. Cavabdeh DSMF orqanı tərəfindən xx.xx.2023-cü il tarixli 3- 17-1/3-7-6591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-7743/2023 və xx.xx.2023cü il tarixli 3-17-1/3-7-12111/2023 nömrəli qərarlar əsasında təyin edilmiş pensiya məbləğində azaldılmışdır. İddiaçı məsələ ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh DSMF orqanı tərəfindən iddiaçının müraciətinə 21 noyabr 2023-cü il tarixli məktubla cavab verilmişdir. Məktubda qeyd edilmişdir ki, Sizə əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə topladığınız 6226,76 manat pensiya sığorta kapitalınız “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada 72 aya bölünməklə (6226,76:72=86,48 manat) qanuni əmək pensiyanızın (302,81 manat) üzərinə əlavə edilərək pensiya məbləğiniz 389,29 (302,81+86,48) manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabınıza hər ay 761,55 manat məbləğində köçürülüb. Bu səbəbdən də həmin dövr üzrə sizə 491,92 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə sizə ümumilikdə 14629,55 (9004,52+4363,08+770,03+491,92) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Eyni zamanda bildiririk ki, tərəfimizdən aparılan araşdırma zamanı sizə 20 fevral 2020-ci il tarixindən sonrakı dövr üzrə ümumi əsaslarla hesablanan pensiya məbləğinin dövlət qulluqçusu kimi qanunvericiliyə uyğun hesablanmış pensiya məbləğindən yüksək olduğu müəyyən edilib. Bununla əlaqədar əmək pensiyanızın kateqoriyası ümumi əsaslarla müəyyən edilərək əmək pensiyanız 20 fevral 2020-ci il tarixindən 280,44 manat, 1 yanvar 2021-ci il tarixindən 312,41 manat, 1 yanvar 2022-ci il tarixindən 323,03 manat, 1 yanvar 2023-cü il tarixindən isə 389,63 manat məbləğində müəyyən edilib. Həmçinin əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyiniz müddətdə topladığınız 6226,76 manat pensiya sığorta kapitalınıza əsasən pensiyanız yenidən hesablanaraq pensiya məbləğiniz 476,11 (389,63+86,48) manat müəyyən edilib. Eyni zamanda, artıqödəməniz də 14629,55 manat məbləğində deyil, 11205,30 manat təşkil edib. Həmin 11205,30 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyanızdan tutulmanın aparılması üçün yazılı razılığınızı qısa müddətdə Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh artıq ödənilmiş pensiya məbləğinin qaytarılması məsələsini həm “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Məhkəmə mübahisə predmeti olan inzibati aktlar qəbul edilərkən cavabdeh inzibati orqan tərəfindən maddi hüquq normalarının tələblərinin pozulması ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. ... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məhkəmə hesab edir ki, qeyd edilən normaya əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tələb edilməsi pensiyanın hüququ olmayan şəxsə təyin edilməsi halında deyil (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallara istinad edildiyi hallar istisna olmaqla), pensiyanın hesablanması zamanı yol verilmiş texniki xəta və ya yanlış riyazi hesablama zamanı mümkün hesab edilə bilər.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinin birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2021-ci il tarixli, 2-1(102)-2218/2021 №-li qərarı). Hazırkı halda, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işinə dair materiallarda, həmçinin iş materiallarından əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Belə olan halda, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyasını təyin edən orqanın qərarı əsasında deyil, məhkəmə qaydasında tutula bilərdi. Məhkəmə onu da qeyd edir ki, ümumiyyətlə, cavabdeh inzibati orqan tərəfindən əmək pensiyasının yenidən hesablanılması ilə bağlı qəbul etdiyi qərardan əmək pensiyasın hansı hisəssində tutulma və ya azaldılma aparılmasını müəyyən etmək mümkün deyil. Məhkəmə mübahisə predmeti olan inzibati aktlar qəbul edilərkən cavabdeh inzibati orqan tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması ilə bağlı aşağıdakıları qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsip 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 58. İnzibati akta dair ümumi tələblər 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.3. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. 61.4. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. ... Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... Məhkəmə qeyd edir ki, cavabdeh DSMF orqanı tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarları inzibati icraat haqqında hüquq normalarının tələblərinə zidd qəbul edilmişdir. Belə ki, pensiyadan tutulma aparılarkən inzibati icraat aparılmamış, inzibati icraat barədə iddiaçını məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilməmiş, inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş, inzibati akt əsaslandırılmamış və iddiaçının cavabdeh inzibati orqana etimad hüququ gözlənilməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, pensiyanın yenidən hesablanmasına dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələnmədən və təzələnmiş icraat çərçivəsində artıq ödənilmə ilə bağlı məsələ barədə müvafiq qərar qəbul olunmadan pensiyanın artıq ödənilməsinin iddia edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. İstinad olunan Qanunun 64.2-ci maddəsinə görə, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə həmçinin qeyd edir ki, pensiyanın yenidən hesablanması haqqında qərarın xüsusi forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda da nəzərdə tutulmamışdır. Həmin xususi forma yuxarıda qeyd edilən Qərarda göstərilmədiyindən, qəbul edilmiş yenidən hesablanma haqqında qərarlar “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib edilməli idi. Odur ki, cavabdeh inzibati orqanın mübahisə predmeti olan qərarları qəbul edərkən bilavasitə inzibati icraat haqqında qanunvericiliyin tələblərini rəhbər tutaraq, həmin qanunvericiliyə uyğun inzibati aktları tərtib edilməli olduğu halda buna riayət etmədiyi məhkəmə tərəfindən müəyyən olunmuşdur. Belə ki, mübahisə predmeti olan qərarlar əsaslandırılmamış, işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar, pensiyanın hansı hissəsindən tutulmanın hansı məqsədlə və əsasla həyata keçirilməsi, tutulmanın düstur və qaydaları açıq-aydın formada göstərilməmişdir. Həmçinin, qeyd edilən qərarlarda iddiaçıya ödənilən sonuncu məbləğin azaldılmış və ya tutulmuş məbləğ olduğu və əsasının nədən ibarət olduğu da göstərilməmişdir. Məhkəmə onu da qeyd edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən, cavabdeh inzibati orqan tərəfindən iddiaçının əmək pensiyasını yenidən hesablaması (iddiaçının əmək pensiyasından tutulmanın aparılması) qanunsuz olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırda mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, müvafiq əlverişli inzibati akt ləğv edilməsi, onun icrasının dayandırılması və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, araşdırma zamanı, iddiaçının pensiya ödənişi dayandırılarkən, daha sonra isə yenidən hesablanarkən, yuxarıda göstərilən tələblərə cavabdeh tərəfindən əməl olunması müəyyən edilməmişdir. Cavabdeh özü də bu barədə heç bir dəlil və sübut təqdim etməmiş, pensiya məbləğinin artıq ödənilməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini sübuta yetirə bilməmişdir. Məhkəmə əlavə olaraq bildirir ki, cavabdeh inzibati orqan tərəfindən qeyd edilən (xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1759/2023 nömrəli) qərar məhkəmənin 15(112)-482/2023 saylı xx.xx.2023-cü il tarixli müvəqqəti xarakterli müdafiə tədbiri barədə qəradadının icrası olaraq müvəqqəti xarakter daşıyan yeni qərar qəbul edilmiş və əvvəlki pensiya məbləği xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-1759/2023 nömrəli qərarla müvəqqəti olaraq bərpa edilmişdir. Belə ki, 16 yanvar tarixli məhkəmə iclasında cavabdeh inzibati orqanın nümayəndəsinin izahatından da müəyyən olunur ki, qeyd edilən (xx.xx.2023-cü il tarixli 3-17- 1/3-7-1759/2023 nömrəli) qərar məhkəmənin 15(112)-482/2023 saylı xx.xx.2023-cü il tarixli müvəqqəti xarakterli müdafiə tədbiri barədə qəradadının icrası nəticəsində qəbul edilmişdir, lakin buna baxmayaraq, yeni qərarın məhkəmə qərardadının icrası nəticəsində qəbul edildiyi göstərilməmişdir. Odur ki, həmin inzibati akt məhkəmə qərardadının icrasının təmin edilməsi üçün qəbul edildiyindən və müvəqqəti xarakter daşıdğından həmin qərara münasibət bildiməməyi məqsədəuyğun hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, hazırda mübahisələndirilən qərarlar qəbul edilərkən cavabdeh tərəfindən inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, müvafiq əlverişli inzibati akt ləğv edilə, onun icrasının dayandırılması və vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin tələb edilməsi qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının pensiyasının düzgün yenidən hesablanmaması nəticəsində onun qanunla qorunan hüquqları pozulmuşdur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanılması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-7743/2023 və xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 12111/2023 nömrəli qərarları ləğv edilməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının pensiyanın yenidən hesablanılması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-6591/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-7743/2023 və xx.xx.2023-cü il tarixli 3-17-1/3-7- 12111/2023 nömrəli qərarları ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev