Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3149/2024 01.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarış və texniki pasportun verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə **********36-05101-093001 reyestr nömrəli ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən xüsusi mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında mənzil kimi qeydə alınmış evin çıxarışında düzəliş edilərək, həmin evin fərdi yaşayış evi kimi dövlət qeydiyyatına alınması və fərdi yaşayış evinin (yardımçı tikililərlə birlikdə) yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **********36-05101-093001 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyətindədir. Həmin fərdi yaşayış evi üzrə xx.xx.2023-ci il tarixində **********36-05101-093001 reyestr nömrəli texniki pasport tərtib edilmişdir. Qeyd edilən texniki pasportda görünən formada evin 137,1 kv.m zirzəmisi də mövcuddur. Eyni zamanda fərdi yaşayış evinin istifadəsində olan faktiki torpaq sahəsinin ölçüsü 0,06 hektardan çoxdur. Həmin torpaq sahəsində tikinti altı sahəsi 278,4 kv.m olan fərdi yaşayış evi, 15 kv.m (sanitar qovşağı) və 26,2 kv.m üstü örtülü çardaq, 7,1 kv.m qazanxana köməkçi tikilisi, həyətyanı torpaq sahəsini əhatə edən hasar və 2 ədəd darvaza yerləşir. Göründüyü kimi mülkiyyətində olan fərdi yaşayış evi və evə aid köməkçi tikililərin yerləşdiyi 0,06 ha-dan çox torpaq sahəsi uzun müddətdir ki, onun sahiblik və istifadəsindədir. Yasamal rayonunun 2-ci Alatava küçəsinin hüdudları daxilində yerləşən istifadəsində olan torpaq sahəsinin yerləşdiyi ərazi əvvəldən yaşayış ərazisi olmuş, həmin torpaq sahəsində 1990-cı ildə hazırkı ev inşa edilmiş, sonradan xırda işlər görülməklə evin üzərinə mərmər, daha sonra sadə üzlük vurulmuş, evi inşa etmiş sahibi evdə yaşamaqla həyətyanı sahədən, evdən, həyətdəki köməkçi - yardımçı tikililərdən istifadə etməklə həyətdə ağac və güllər əkilib yaşıllaşdırma işləri aparılmışdır. Evin, həyətyanı torpaq sahəsinin, üzərindəki tikililərin xüsusi mülkiyyət kimi qeydə alınması üçün müraciət olunmuş, həmin vaxt qüvvədə olan qanunvericiliyə görə mülkiyyət sənədlərində evlə birlikdə torpaq sahəsi göstərilmədiyinə görə Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi ilə evin mənzil fonduna aid edilib order əsasında sahibinin adına rəsmiləşdirilməsi qət olunmuşdur. Qətnamənin təsviri əsaslandırıcı hissəsində, işdə olan qonşuların iştirakı ilə tərtib edilmiş və Yasamal rayon 56 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən təsdiq edilmiş akta əsasən həqiqətən ev sahibinin həmin evdə yaşadığı və evi öz şəxsi vəsaiti hesabına tikdirdiyi, kommunal xərclərini ödədiyi, eyni zamanda həmin MKiS-nin mühəndisi tərəfindən tərtib edilmiş və MKİS tərəfindən təsdiq edilmiş Bakı şəhəri, 2-ci Alatava küçəsində yerləşən 8/4 saylı evin eskizinə əsasən evin 2 mərtəbəli, yaşayış sahəsi 98.3 kv.m, köməkçi sahəsi 320.0 kv.m olan 4 yaşayış otağından ibarət olduğu müəyyən edilmişdir. Qətnamədə həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq olaraq 4, 10 və 26-cı maddələrinə əsaslanaraq mənzil fondunu Azərbaycan Respublikası ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil etdiyi, Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativi evlərində yaşayış sahəsi almaq hüququna malik olmaları, dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri dövlət mənzil fondunu təşkil etdiyi, mənzil fondunun dövlət uçotu vahid sistem üzrə aparıldığına istinad edilmiş, nəticə hissədə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 98,3 kv.m, köməkçi sahəsi 320,0 kv.m olan 8/4 saylı evin dövlət mənzil fonduna daxil edilərək balansa götürülməklə ev sahibi ilə icarə müqaviləsinin bağlıanması barədə sərəncam verilməsi və həmin evə adına orderin verilməsi Bakı şəhər Yasmal Rayon icra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhər Yasmal rayon icra Hakimiyyəti Başçısının xx.xx.2005-ci il tarixli, 469 nömrəli sərəncamı ilə ev sahibinin yaşadığı 2-ci Alatava, 8/4 saylı evin 4 otaqlı yaşayış sahəsi 98,3 kv.m və köməkçi sahələri rayon icra Hakimiyyətinin yaşayış fonduna keçirilmiş və adına xx.xx.2006-cı il taixli, 030410 nömrəli order verilmişdir. Order qanuni əsaslarla ev sahibinin oğlunun adına dəyişdirilmiş, həmin order əsasında 278,40 kv.m yaşayış mənzinə verilmiş **********36-05101-093001 reyestr nömrəli ********** qeydiyyat nömrəli xx.xx.2023cü il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi notariat qaydasında bağlanmış alqı-satqı müqavilə əsasında alaraq xüsusi mülkiyyətinə keçirib yuxarıda qeyd etdiyi çıxarış və texniki pasportu almışdır. Göründüyü kimi həmin mənzilin 1990-cı ildə inşa edilmiş, mənzilin yerləşdiyi hasara alınmış həyətyanı sahəsində yadımçı tikililər - sanitar qovşağı (hamam-tualet), kanalizasiya sistemi və çardaq (talvar) olmamışdır. Buna görə də 1990-cu ildən mənzilin sahibləri tərəfindən həmin mənzildə insanın daimi yaşaması üçün zəruri olan şəraitin yaradılması məqsədilə hal-hazırda istifadəsində olan torpaq sahəsində maye çirkab quyusu, sanitar qovşağı (hamam-tualet) və çardaq (talvar) inşa edilmişdir. Bununla yanaşı həmin torpaq sahəsində yaşıllaşdırmaabadlaşdırma işləri tərəfimdən davam etdirilir. Fərdi yaşayış evi (mənzil) yerləşən və ondan istifadə üçün zəruri olan torpaq sahəsinin ölçüsü 0,06 ha təşkil edir. Qeyd etdiyi mülikyyətində olan mənzil kimi qeydə alınmış evin, fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və yerləşdiyi hətəyanı torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi çıxarışın verilməsi üçün cavabdehə müraciət olunmuşdur. Müraciətə xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-Ə1232-8/2023 (**********04) nömrəli cavab məktubunda göstərilmişdir ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyekti üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Ona görə "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Cavabdeh inzibati orqanının imtinası əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən evin fərdi yaşayış evi kimi qeydiyyata alınaraq həmin evin altında olan torpaq sahəsi ilə birlikdə daşınmaz əmlakın reyestrində qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı iddia tələbində qeyd olunanlar ilə bağlı xx.xx.2023-cü il tarixli, ********** nömrəli ərizə ilə İdarəyə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********04 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil - (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 278.4 kv.m olan mənzil İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçmiş mənzilin fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün fərdi yaşayış evinə və yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsinin faktiki ölçüsü 540 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci bəndinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 26 saylı xx.xx.2023-cü il tarixli sərəncamına əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən, yaşayış sahəsi 98,3 kv.metr olan 4 otaqlı 8/4 saylı evin kirayə müqaviləsi 2 nəfər ailə üzvü ilə (özü və anası) X5 adına dəyişdirilmiş və o, həmin mənzilin kirayəçisi hesab edilmişdir. Yasamal rayon MKTB-nin 56 saylı Mənzil-Kommunal İstismar Sahəsi və X7 arasında bağlanılmış 040 saylı xx.xx.2023-cü il tarixli Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava küçəsi ev 8/4 X7 və onun ailə üzvü X2 (anasının) istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) əsasən Bakı şəhəri Yasamal rayonu 2ci Alatava küçəsi ev 8/4 (Yeni qaydalarla: AZ1012, ünvan 1 İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2023-cü il) əsasən Bakı şəhəri Yasamal rayonu 2ci Alatava küçəsi ev 8/4 (Yeni qaydalarla: AZ1012, ünvan 1 X3 xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Nümayəndə ünvanlanmış 3-21-3-30/2-Ə1232-8/2023 **********04 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bu səbəbdən ərizənin icrası tərəfindən mümkün olmamışdır. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. AZ-İ seriyalı 103227 saylı xx.xx.2001-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, Nümayəndə xx.xx.2001-ci il tarixdə Ağsu rayonunda doğulmuşdur (atası İddiaçı Famil oğlu, anası X4). Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 41017/2023 **********17 saylı xx.xx.2023-cü il tarixli məktub ilə arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. X7, İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla AZ 1012, ünvan 1 ünvanında yerləşən 278.40 kv.m ümumi, 96.80 kv.m. yaşayış sahəsindən ibarət, 4 otaqlı mənzil İddiaçı mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 41017/2023 **********17 saylı xx.xx.2023-cü il tarixli məktub ilə arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-43098/2023 **********98 saylı xx.xx.2023-cü il tarixli məktub ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, İdarənin mütəxəssisləri tərəfindən ünvana baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, mənzil 2 mərtəbəli, zirzəmili olmaqla 540.0 kv.m torpaq sahəsində yerləşir. Qeydiyyatdan keçməyən zirzəmi sahəsi ilə birlikdə mənzilin ümumi sahəsi 409.6 kv.m təşkil edir. Ümumi sahə ilə faktiki sahə arasındakı fərq 137.1 kv.m olan zirzəmi hesabınadır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 10/2367 saylı xx.xx.2024-cü il tarixli məktub ilə təqdim edilmiş ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsində yerləşən 8/4 saylı fərdi yaşayış evinin (Yeni qaydalarla: AZ 1012, ünvan 1 faktiki olaraq, yerləşdiyi torpaq sahəsinin (tikintialtı sahə), mərtəbəliliyinin, ölçülərinin, tikililərinin planlı yerləşməsinin və digər texniki parametrlərinin həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli texniki pasportun məlumatlarına uyğun olduğu müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinin qarşı hissəsində İddiaçı faktiki olaraq istifadəsində olan 0.025 ha həyətyanı torpaq sahəsinin, həmin həyətyanı torpaq sahəsində də bir ədəd bir mərtəbəli sanitariya qovşağı tikilisinin olduğu, fərdi yaşayış evinin arxa hissəsində isə 82.0 kv.metr torpaq sahəsinin istifadədə olduğu müəyyən edilmişdir. Tədqiq olunan fərdi yaşayış evinin mərtəbəliliyinin, ölçülərinin, texniki parametrlərinin, planlı yerləşməsinin və digər parametrlərinin həmin fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli texniki pasportun məlumatlarına uyğun olduğundan tədqiqat aparılmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-21-3-30/2- 15067/2023 **********67 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ev 8/4 (Yeni qaydalarla: AZ 1012, ünvan 1 540,0 kv.m torpaq sahəsində yerləşən 4 otaqlı ümumi sahəsi 278.4 kv.m və 137.1 kv.m zirzəmi sahəsi olan ikimərtəbəli ayrı tikilidir. Mənzil (4 otaq ümumi sahəsi 278.4 kv.m olan) **********36- 05101-093001 reyestr nömrəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd olunan mənzilin zirzəmi sahəsi dövlət reyestrində qeydiyyata alınmamışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım edilərək iddia ərizəsinə əlavə edilmiş bütün hüquqmüəyyənedici sənədlərin və Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi ev 8/4 (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən mənzilə və altındakı torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətinin təqdim edilməsi təklif edilmişdir. Məhkəmə iclasında iştirak iddiaçının nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). İİ. İddianın növü və mümkünlüyü “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli №4 Qərarının 17-ci bəndinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış inzibati orqan tərəfindən həyata keçirilmiş faktiki xarakterli hərəkətin (hüquqların qeydiyyatının) nəticəsi olaraq, aparılmış qeydiyyatın ifadəsi olduğundan özlüyündə hüquqi nəticə yaratmır. Çıxarış qeydiyyatın (hüquqi aktın) nəticəsinin hüquq sahibinə təqdim edilməsidir. Hüquq sahibi üçün hüquqi nəticə məhz cavabdeh qurumun faktiki xarakterli hərəkəti ilə yarandığından (qeydiyyatın aparılmasına dair hüquqi akt) hazırki iddiaya öhdəliyin icrası haqqında iddia kimi baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50). Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mülkiyyətində olan mənzilin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər cavabdeh quruma təqdim edilməmişdir. Belə sənədlər məhkəmə araşdırması zamanı da iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan əlavə, X7, İddiaçı və "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı və ipoteka müqaviləsindən də göründüyü kimi, iddiaçı sözügedən 4 otaqlı mənzili alqı-satqı yolu ilə almışdır, həmin müqavilədə və digər hüquqmüəyyənedici sənədlərdə mənzilin aldtında yerləşən torpaq sahəsi ilə bağlı hər hansı bir qeyd yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava küçəsi, ev 8/4, mənzil (Yeni qaydalarla: AZ 1012, ünvan 1 ünvanında yerləşən evin fərdi yaşayış evi kimi altında olan torpaq sahəsi ilə birlikdə qeydiyyata alınaraq çıxarış və texniki pasportun verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlərin təqdim edildiyi müəyyən edilmir və məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü tələbə dair “qanuni gözləntisi“ yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3149/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3149/2024
01.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver