Məhkəmə qərarları › İş №e-2-1(112)-3190/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3190/2025

07.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3190/2025 07.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata düzəliş edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata düzəliş edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 07 may 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı AZ 1038, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin mülkiyyətçisi kimi çıxış etdiyi xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışda və xx.xx.2005-ci il tarixli JN-20239H seriyalı 00500086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə yanlışlıqla adı mülkiyyətçi kimi qeyd edilmiş Vəli-sadə Səfuqə İlhan qızı adlı şəxsin daşınmaz əmlakın mülkiyyətçilərinin siyahısından çıxarılmasının və AZ 1038, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə İddiaçı, Vəli-zadə Ağdaşxanım Gülağa qızının, Vəli-zadə Ulduz İlham qızının və Vəli-sadə Tamamnaz İlham qızının ümumi birgə mülkiyyətçi kimi qeydə alındığı yeni dövlət reyestrindən çıxarışın verilməsinin təmin edilməsi öhdəliyinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, AZ 1038, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa (bundan sonra “Çıxarış” adlandırılacaq) əsasən İddiaçı və onun ailə üzvlərinə ümumi birgə mülkiyyət hüququ ilə məxsusdur. Çıxarışda birgə mülkiyyətçi kimi adı qeyd edilən Vəli-sadə Səfuqə İlhan qızı adlı şəxs yalnışlıqla qeyd edilmişdir. Belə ki, İddiaçı Vəli-sadə (Vəli-zadə) Səfuqə İlhan (İlham) qızı adında ailə üzvü (qızı) olmayıb. Bundan başqa, sorğular və əldə edilən sənədlər (MAPS, ailə tərkibi haqqında arayış və digər arayışlar) əsasında müəyyən edilmişdir ki, 1991-ci ildə anadan olmuş belə bir şəxs, ümumiyyətlə, mövcud deyil. Çıxarış xx.xx.2005-ci il tarixli, JN-20239H seriyalı 00500086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında verilmişdir. Həmin şəhadətnamə də Vəli-sadə Səfuqə İlhan qızı adlı şəxs birgə mülkiyyətçi kimi qeyd edilmişdir. Şəhadətnamə isə Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli, 78 nömrəli arayışı əsasında verilmişdir. Vəli-sadə Səfuqə İlhan qızının adı yalnışlıqla, ilk olaraq, məhz qeyd edilən arayışda İddiaçı qızı kimi qeyd edilmişdir. Hal-hazırda çıxarışda yanlışlıqla Vəlisadə Səfuqə İlhan qızının adı qeyd edildiyinə görə iddiaçı və əmlakın digər mülkiyyətçiləri əmlak üzərində sərəncam verə bilə bilmirlər. Qeyd edilən məsələnin həll edilməsi üçün iddiaçı tərəfindən 22 iyul 2024-cü il tarixdə cavabdehə ərizə ilə müraciət edilmiş, cavabdehin 22 avqust 2024-cü il tarixli (məktub 12 sentyabr 2024-cü il tarixdə çatdırılmışdır) məktubu ilə xx.xx.2005-ci il tarixli JN-20239H seriyalı 00500086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və çıxarışda adı qeyd edilən Vəlisadə Səfuqə İlhan qızının hüquq sahibləri siyahısından çıxarılması ilə bağlı tələbin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-20239H nömrəli şəhadətnamədə X2, Vəli-zadə Ağdasxanım Gülağa qızı, Vəli-sadə Ulduz İlham qızı, Vəlisadə Tamamnaz İlham qızı və Vəli-sadə Səfuqə İlhan qızının adları qeyd olunmuşdur. Bu səbəbdən torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli çıxarış tərtib edilmişdir. İddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavadehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışdan görünür ki, Vəli-sadə Səfuqə İlhan qızı ümumi birgə mülkiyyətçi kimi qeyd edilmişdir; xx.xx.2005-ci il tarixli JN-20239H seriyalı 00500086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, Vəli-sadə Səfuqə İlhan qızı İddiaçı ailə üzvü kimi qeyd edilmişdir; DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Vəli-sadə Səfuqə İlhan (İlham) qızı haqqında məlumat yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşin materialları ilə müəyyən edilir ki, mübahisə predmeti torpaq sahəsi xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əasən İddiaçı, Vəli-zadə Ağdaşxanım Gülağa qızı, Vəli-sadə Ulduz İlham, Vəli-sadə Tamamnaz İlham qızı və Vəli-sadə Səfuqə İlhan qızının ümumi birgə mülkiyyətindədir. İddiaçı tələbində çıxarışda birgə mülkiyyətçi kimi adı qeyd edilən Vəli-sadə Səfuqə İlhan qızı adlı şəxsın yalnışlıqla qeyd edildiyi iddia edərək, onun adının çıxarılmaqla daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyata düzəliş edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, X1 Vəli-sadə (Vəli-zadə) Səfuqə İlhan (İlham) qızı adında ailə üzvü (qızı) olmayıb. Hətta 1991-ci ildə doğulmuş belə bir şəxs, ümumiyyətlə, mövcud deyil. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat xx.xx.2005-ci il tarixli, JN- 20239H seriyalı 00500086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmışdır. Həmin şəhadətnamə də Vəli-sadə Səfuqə İlhan qızı adlı şəxs birgə mülkiyyətçi kimi qeyd edilmişdir. Həmin Şəhadətnamə isə Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2005-ci il tarixli, 78 nömrəli arayışı əsasında verilmişdir. Vəli-sadə Səfuqə İlhan qızının adının həmin arayışda qeyd edilməsinin əsası və səbəbi məlum deyildir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Vəli-sadə (Vəli-zadə) Səfuqə İlhan (İlham) qızı adlı şəxsin olması öz təsdiqini tapmadığından onun adının Daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməklə onun adı çıxarılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, xx.xx.2024-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda (çıxarışda) və xx.xx.2005-ci il tarixli JN-20239H seriyalı 00500086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Vəli-sadə Səfuqə İlhan qızı adının daşınmaz əmlakın mülkiyyətçilərinin siyahısından çıxarılması və AZ 1038, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə İddiaçı, Vəli-zadə Ağdaşxanım Gülağa qızının, Vəli-zadə Ulduz İlham qızının və Vəli-sadə Tamamnaz İlham qızının ümumi birgə mülkiyyətçi kimi qeydə alındığı yeni dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2024-cü il tarixli ********** nömrəli daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatda (çıxarışda) və xx.xx.2005-ci il tarixli JN-20239H seriyalı 00500086 kodlu “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Vəli-sadə Səfuqə İlhan qızı adının daşınmaz əmlakın mülkiyyətçilərinin siyahısından çıxarılması və AZ 1038, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə İddiaçı, Vəli-zadə Ağdaşxanım Gülağa qızının, Vəli-zadə Ulduz İlham qızının və Vəli-sadə Tamamnaz İlham qızının ümumi birgə mülkiyyətçi kimi qeydə alındığı yeni dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar