Məhkəmə qərarları › İş №e-2-1(112)-3197/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3197/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3197/2025 30.04.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı X1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənişin birdəfəlik edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənişin birdəfəlik edilməsi”Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə verərək iddiaçının əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 16482,94 manat məbləğdən ödənilməmiş hissənin birdəfəlik qaydada ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi xahiş edilmiş, ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının İİ dərəcəli əlil olduğu üçün ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası əlillk müddətinin tarixdə bitməsi ilə əlaqədar olaraq 01iyun 2021-ci il tarixdə dayandırılmışdır. 23 noyabr 2023-cü il tarixdə İİ dərəcəli əlillik təyin edilmişdir. 2024-cü ilin fevral ayında pensiya təminat xərcliyinin 80 fizi məbləğində bərpa edilmiş, eyni zamanda xx.xx-2017-31 may 2021- ci il və 23 noyabr 2023-31 yanvar 2024-cü il tarixlər arasında dövr üzrə yenidən hesablanmış, keçmiş müddət üzrə ödənilməmiş məbləğ 16482,94 manat fərq məbləğinin ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə pensiyanın üzərinə əlavə olunması qərara alınmışdır. Bundan sonra həmin məbləğin birdəfəlik ödənilməsi xahiş edilmiş, lakin müraciət təmin edilməmişdir. İddiaçı hesab edir ki, müraciətin təmin edilməməsi əsassızdırdır. Cavabdeh nəzərə almamışdır ki, pensiya Agentliyin qanunsuz hərəkətləri nəticəsində dayandırılmış, sonradan müraciəti əsasında bərpa edilmiş, pensiya 4 ilə yaxın müddət ərzində dayandırılmasında onun hər hansı təqsiri olmamışdır. İddiaçıya ödənilməli olan pensiya 01 iyun 2021-ci il tarixdən ödənilməli olduğu halda 01 mart 2024-cü il tarixdən ödənilməyə başlanılmışdır. Qanunvericiliyin tələbinə əsasən fərq məbləğinin hissə-hissə ödənilməsindən söhbət getmir. İnzibati orqanın təqsiri səbəbindən borc məbləği 4 il sonrayadək ödənililir. Cavabdehin etirazı: İddiaçıya əlillik 25 may 2021-ci il tarixindən bitməsi ilə əlaqədar olaraq pensiya 01 iyun 2021-ci il tarixdən dayandırılmış, 23 noyabr 2023-cü il tarixdən əlillik bərpa edilmiş, 2024-cü ilin fevral ayında pensiya bərpa edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən 16482,94 manat cari aydan etibarən hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə kart hesabına köçürülür. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 19 mart 2024-cü il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçıya əlillik 25 may 2021-ci il tarixindən bitməsi ilə əlaqədar olaraq pensiya 01 iyun 2021-ci il tarixdən dayandırılmış, 23 noyabr 2023-cü il tarixdən əlillik bərpa edilmiş, 2024-cü ilin fevral ayında pensiya bərpa edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin tələbinə əsasən 16482,94 manat cari aydan etibarən hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə kart hesabına köçürülür. Əmək pensiyasının yenidən hesablanması barədə 20 fevrl 2024-cü il tarixli qərarından görünür ki, Qanunun 20.17-ci maddəsi və əlillik təkrar qiymətləndirilməsi ilə əlaqədar təminat xərcliyinin 80 faizi nəzərə alınmaqla pensiya iddiaçıya hesablanmışdır. Əlillik altsistemindən görünür ki, iddiaçının əlilliyi 23 noyabr 2023-cü il tarixdən bərpa edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. “Əmək pensiyaları haqqında” Qanunun: M a d d ə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:[60] 14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.1. 18 yaşına çatmamış; 14.1.1.2. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 32.1-2. Bu Qanunun 22-1.1-ci maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla bu Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. 32.3. Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. İşin faktiki hallarından da görünür ki, hazırkı inzibati mübahisə iddiaçıya ötən dövrlər üzrə hesablanmış 16482,94 manat pul məbləğindən ödənilməmiş hissənin Qanunun 32.- 1-1-ci maddəsindəki yox, birdəfəlik ödənilməsi ilə əlaqədardır. Cavabdehin imtina dəlilindən görünür ki, cavabdeh Qanunun 32.1-1-ci maddəsinə istinadla hesab edir ki, fərq məbləği hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olmaqla, yuxarıda adıçəkilən Qanunun 32.1-1-ci maddəsinin tələblərinə uyğundur. Belə ki, Qanunun tələbindən də göründüyü kimi ödəniş məhz hissə-hissə ötən dövrdəki ayların sayına bölünərək pensiyanın üzərinə əlavə edilməklə həyata keçirilməlidir ki, həmin məbləğin birdəfəlik və ya digər qaydada edilməsinə dair hər hansı müddəa nəzərdə tutulmamış, ödənişin edilməsinin prosedur Qaydası məhz adıçəkilən müddəa ilə tənzimlənmişdir ki, cavabdehin mövqeyi və faktiki xarakterli hərəkəti adıçəkilən müddəanın ödənişin edilməsinə dair prosedur qaydasında uyğun olduğundan iddianın təminini istisna edilməkdədir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar