Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3237/2025 05.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 5 saylı Bakı Cavabdehnə qarşı “doğum haqqında akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ərizə ilə cavabdeh 5 saylı Bakı Cavabdehnə (bundan sonra – Cavabdeh) müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü uşağın doğumunun qeydə alınması zamanı soyadının “Rufullayev”, adının “Muaz”, ata adının “Nihad” yazılaraq uşaq barəsində X3 atalığının müəyyən edilməsini xahiş etmişdir. Cavabdeh 6 sentyabr 2024-cü il tarixli, 3-16-5/8-10-Ə-1422/2024 nömrəli məktubla iddiaçının tələbini təmin etməkdən imtina etmiş və bildirmişdir ki, müraciətin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X4 arasında bağlanmış nikahın pozulması Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-837 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı ildə Xəzər rayon qeydiyyat şöbəsində 175 saylı aktla qeydə alınmışdır. Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarının 2.15-ci bəndinə əsasən nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. Həmçinin həmin qərarın 6.6-cı bəndinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, habelə uşaq yetkinlik yaşına çatdıqda Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsini atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi ilə məhkəmə qaydasında müəyyən edildikdən sonra Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1-1-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş atalığın müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən qeydə alır. Belə ki, müraciətdə qeyd edilən uşağın doğumu İddiaçı ilə X1 nikahının pozulduğu gündən 10 ay ərzində baş verdiyindən uşağın doğumunun qeydə alınması valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılmalıdır. Bu səbəbdən müraciətinin təmin edilməsi mümkün olmamışdır. Bundan sonra İddiaçı cavabdeh 5 saylı Bakı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı ildə dünyaya gəlmiş oğlunun doğum haqqında aktında və doğum haqqında şəhadətnaməsində soyadı “Rufullayev”, adı “Muaz”, ata adı “Nihad”, ata qrafasında “X5”nun qeyd olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ. Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, xx.xx.2016-cı il tarixdə oğlu Muza dünyaya gəlmişdir. Lakin ona doğum haqında şəhadətnamə alınmamışdır. Doğum haqqında şəhadətnamədə və vətəndaşlıq aktı qeydində oğlunun soyadının Rufullayev, adının Muaz, ata adının Nihad, ata qrafasında X3 qeyd olunmasına dair müraciətinə cavabdeh tərəfindən 06 sentyabr 2024-cü il tarixli cavab məktubunda AR Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı X2 dövlət qeydiyyatı qaydası haqqında Qərarının 2.15-ci bəndinə istinad olunraq nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılmalı olması qeyd olunur. Qeydiyyat Şöbəsi hesab etmişdir ki, xx.xx.2016-cı il təvəllüdlü oğlu Muaz dünyaya X4 ilə nikahda olduğu dövrdə və ya nikahın pozulmasından 10 ay keçmədiyi müddətdə gəlmişdir və bu səbəbdən də, doğum haqqında şəhadətnamənin ata qrafasında X3 qeyd olunması qanunvericiliklə ziddiyyət təşkil etdiyindən müraciətə imtina verilmişdir. Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi tələbi müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi) İİİ. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2007-ci il tarixli 268 nömrəli nikah haqqında akt qeydindən görünür ki, xx.xx.1986-cı il təvəllüdlü İddiaçı ilə xx.xx.1981-ci il təvəllüdlü X4 arasında nikah bağlanmışdır. xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında akt qeydindən görünür ki, X4 və İddiaçı arasında xx.xx.2007-ci il tarixdə bağlanmış nikah Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İşdən görünür ki, iddiaçı hazırda xx.xx.2016-cı ildə anad olmuş uşağına dair doğum haqqınd akt qeydinin tərtib edilməsini, bu zaman soyadının Rufullayev, adının Muaz, ata adının Nihad kimi qeyd olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən: - maddə 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. -maddə 159.1. X2 qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -maddə 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və X2 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -maddə 160.2. X2 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 dövlət qeydiyyatı Qaydası”na əsasən: - Bənd 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; - Bənd 2.8. Doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır; 2.8.4. öz aralarında nikahda olan və süni mayalanma və ya embrionun implantasiyasının tətbiqi barədə yazılı razılığı olan valideynlərin həmin metodlar nəticəsində uşağı olduqda, uşağı doğan qadının (surroqat ananın) razılığı ilə doğum haqqında akt qeydində və şəhadətnamədə onlar uşağın valideynləri kimi qeydə alınırlar; 2.8.5. öz aralarında nikaha daxil olan və başqa qadına embrionun implantasiyasına yazılı şəkildə razılıq verən şəxslər yalnız uşağı doğan qadının razılığı ilə uşağın valideynləri kimi yazıla bilərlər. -bənd 2.12. Atalıq müəyyən olunmadıqda uşağa ad, ananın göstərişi ilə, ata adı anasının göstərişi üzrə uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. -bənd 2.15. Nikah dövründə ana bətninə düşmüş, lakin nikah pozulduqdan və ya etibarsız hesab edildikdən sonra anadan olmuş uşağın doğumunun qeydiyyatı, nikahın pozulduğu və ya etibarsız hesab edildiyi gündən uşağın doğulduğu günədək 10 aydan çox keçməmişdirsə, valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında aparılır. -bənd 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. İstinad olunan normalardan görünür ki, əgər uşaq nikah pozulduqdan 10 ay keçməmiş doğulmuşsa, onun valideynləri nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında, yəni nikahı pozlumuş şəxslər ata və ana kimi qeyd olunur. İşdən görünür ki, iddiaçı T.Mustafevlə xx.xx.2007-ci ildə nikah bağlamış, nikah xx.xx.2016-cı il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş, iddiaçının bildirdiyinə əsasən uşaq xx.xx.2016-cı il tarixdə doğulmuşdur. Nikahın pozulmasından 10 aydan çox keçmədiyindən məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda istinad edilən tələbinə əsasən atalığı müəyyən edilməyən N.Rufullayevin uşağın atası kimi qeyd edilməsi, soyadının ona uyğun yazılmasından imtina barədə cavabdehin qərarı qanuni olmuşdur. Məhkəmə bu zaman onu da nəzərə alır ki, Qaydaya əsasən: - bənd 6.14. Doğum haqqında akt qeydində ata haqqında məlumat göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi atalığın müəyyən edilməsi barədə ərizəni qəbul etməmişdən əvvəl doğum haqqında akt qeydində ata haqqında məlumatın hansı əsasla yazıldığını yoxlamalıdır. Uşağın doğum haqqında akt qeydində ata haqqında məlumat nikahın bağlanması və ya atalığın müəyyən edilməsi haqqında akt qeydlərinə əsasən yazılmışdırsa, doğum haqqında akt qeydində müvafiq dəyişikliyin edilməsi barədə məhkəmənin qərarı olmadan atalığın müəyyən edilməsinin qeydə alınmasından imtina olunmalıdır. - Bənd 6.15. Uşağın doğumu Qeydiyyat şöbəsi və konsulluq idarəsində qeydə alınmamışdırsa, atalığın müəyyən edilməsinə doğum qeydə alındıqdan sonra yol verilir. Doğum haqqında akt qeydi itdiyi hallarda atalığın müəyyən edilməsinin qeydiyyatı doğum haqqında akt qeydi qanunvericiliklə müəyyən edilmiş qaydada bərpa olunduqdan sonra həyata keçirilə bilər. İstinad olunan normalardan görünür ki, uşaq nikahın pozulduğu gündən 10 aydan çox keçməmiş doğulmuşsa, ilk əvvəl onun doğumunun qeydiyyatı nikahda olan uşağın doğumunun qeydiyyatı qaydasında həyata keçirilməlidir. Daha sonra isə Qaydanın 6.14cü bəndinə əsasən məhkəmənin qərarı əsasında uşağın atalığı müəyən edilməli və həmin qərara əsasən doğum haqqında akt qeydində müvafiq dəyişiklik edilməlidir. Çünki Qayda uşağın doğum haqqında akt qeydində ata haqqında məlumatın nikahın bağlanmasına əsasən yazıldığı halda, ona dəyişikliyin yalnız atalığın müəyyən edilməsi haqqında məhkəmənin qərarı əsasında həyata keçirilməsi müəyyən edir və həmin Qayda nikahın pozulduğu gündən 10 aydan çox keçməmiş doğulan uşaqla nikahda olan valideynlərdən doğulan uşaqların doğumunun qeydiyyatını eyniləşdirir. Lakin işdən görünür ki, iddiaçı atalıq müəyyən edilmədən nikahın pozulduğu gündən 10 aydan çox keçməmiş doğulmuş uşağın atasının keçmiş əri deyil, digər şəxs göstərilməklə doğumunun qeydiyyatının həyata keçirilməsini cavabdehdən tələb etmiş, cavabdeh orqan isə əsaslı olaraq ona imtina cavabı vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin olunmasın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3237/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3237/2025
05.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver