Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-328/2024 15.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək cavabdehin hərəkətləri nətciəsində dəymiş ziyana görə 200 000 (iki yüz min) manat məbləğində kompensasiyanın dövlət büdcəsi hesabına cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum qaynanası X13 xx.xx.1968-ci il tarixindən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaş kimi mənzil uçotunda olmuşdur. Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1976-cı il tarixli 33 saylıqərarı və həmin qərar əsasında xx.xx.1977-ci il tarixdə X3 adına Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə verilmiş 145360 saylı order əsasında iddiaçının ailəsinə həmin evdə 25 kv.m sahəsi olan 2 otaq verilmişdir. İddiaçının qaynanası Ç.Əsgərova mənzil uçotunda qalmışdır. Həmin orderdə iddiaçının mərhum qaynatası və qaynanası, əri və iddiaçının adı yazılmışdır. İddiaçı həmin tarixdən hazıradək həmin mənzildə qeydiyyatda olmaqla yaşayır. Hazırda ailə üzvlərinin sayı 15 nəfərdir. 1980-ci ildə iddiaçının yaşadığı mənzilə bitişik olan ümumi 18 kv.m yaşayış otağı boşalmışdır. Həmin otağın iddiaçının ailəsinin istifadəsinə verilməsi ilə əlaqədar müraciət edilmişdir. Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1980-ci il tarixli qərarı ilə AR SSR Mülki Məcələsinin 318-ci maddəsinə əsasən Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdə boşalmış 18 kv.m otaq X4 ailəsinin adına qeyddiyata alınması və onun 6 nəfər ailə üzvü tərkibi ilə (özü, əri, oğlu, gəlini və iki nəvəsi) sahəsi 43 kv.m olan məznilin icarədarı hesabı olunması, Ç.H.Əsgərovanın mənzil uçotundan çıxarılması qərara alınmışdır. Oktyabr Rayon İcra Hakimiyyətinin 68/4 saylı xx.xx.1987-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evin əsas icarədarı iddiaçının əri X14 olmuşdur. Bakı şəhər Cavabdeh xx.xx.2005-cil tarixli sərancamı ilə Bakı şəhəri, İ.Səfərli (keçmiş Əzizbəyov) küçəsi, dalan 3, 3 saylı, 3 otaqlı, sahəsi 43 kv.m olan mənzilin kirayə müqaviləsi Y.A.Əsgərovun razılığı əsasənda iddiaçı X9 ilə bağlanmışdır. Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə Azərbaycan Respublikası DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X7 xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixli, ******* kitabın, 214995 səhifəsində qeyddiyat aparılmış və həmin qeydiyyat əsasında çıxarış verilmişdir. xx.xx.2021-ci il tarixdə Bakı şəhər Yasamal İcra şöbəsinin icra məmuru mənzilə gələrək iddiaçının ailəsinin qeydiyyatının ləğv olunduğunu və mənzilin boşadılması üçün son xəbərdarlığı bildirmişdir. İcra məmuru öz tələbinin əsası kimi Bakı şəhər Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş icra vərəqəsini göstərmişdir. O zaman iddiaçı bilmişdir ki, mənzillə bağlı gedən mübahisələr üzrə yekun məhkəmə aktı qüvvəyə minmiş və icraya göndərilmişdir. Məhkəməyə həmişə iddiaçının əri Yaqub Əsgərov getmiş və iddiaçı məhkəmə haqqında ondan məlumat almışdır. Yaqub Əsgərov isə iddiaçı ilə razılaşdığını və məsələnin dayandırlıdığını bildirmişdir. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli bildirişində də məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktının idarəyə daxil olmadığı bildirilmişdir. Mənzillə bağlı mübahisə 1989-cu ildən başlamışdır. Belə ki, 1989-cu ilin iyun ayında X15 məhkəməyə müraciət edərək Y.A.Əsgərovun və eləcə də S.Çernenko, Ç.Nəcəfov və A.Komenkova Yeqorovanın icarələrinə verilmiş yaşayış sahələrinin atası X1 xüsusi mülkiyyət hüququ əsasında məxsus olmasını, lakin mülkiyyət haqqında qanun və mənzil qanunverciliyinin tələbləri pozulmaqla həmin yaşayış sahələrinin onlara verilməsini əsas göstərməklə Y.A.Əsgərovun və qeyrilərinə verilmiş orderlərin etibarsız hesab olunmasını xahiş etmişdir. Həmin mübahisəyə müxtəlif məhəkəmə instansiyalarında dəfələrlə baxılmışdır. Bakı Şəhər Yamal Rayon Məhkəmsinin xx.xx.2004-cü il tarixli qətnaməsində qət edilmişdir, “X14, İddiaçı İdiris qızı, X21, X22, X17, X23və X24 bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılmaları, X14, İddiaçı İdiris qızı, X21, X22, X17, X23 və X16 Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə qeydiyyatları ləğv edilərək, Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.19976-cı il tarixli 33 saylı sərəncamı və həmin sərəncam əsasında xx.xx.1977-ci il tarixdə X3 adına Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə verilmiş 145360 saylı oredr etibarsız hesab edilsin, Oktyabr Rayon İcra Hakimiyyətinin 68/4 saylı xx.xx.1987-ci il tarixli sərəncamı ilə X14 ilə bağlanmış mənzil kirayəsi müqaviləsi etibarsız hesab edilsin”. AR Apellyasiya məhəkəməsinin qətnaməsini ləğv edərək iddia tələblərinin təmin olunmaması barədə yeni qətnamə qəbul etmişdir. Ali Məhəkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsi ilə Apelyasiyaməhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsini ləğv edərək işi AR Apellyasiya məhəkəməsinin MİÜMK-nın yeni baxışına göndərilmişdir. AR Apellyasiya məhəkəməsinin MİÜMK-nın 1MK-3734\2006 saylı 6.12.2006-cı il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X2 apellyasiya baxışında verdiyi yeni iddiası da təmin edilərək Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə AR DƏDRX-nin Bakı Ərazi İdarəsi tərəfindən X5 xüsusi mülkiyyət hüquqnu təsdiq edən daşınmaz əmlakın dövlət reyesterində xx.xx.2006-cı il tarixli, ******* kitabın, 214995 səhifəsində aparılmış qeyddiyat və həmin qeydiyyat əsasında verilmiş çıxarış etibarsız hesab edilərk ləğv edilmişdir. Ali Məhəkəməsinin MİÜMK-nın 11 iyul 2207-ci il l tarixli 6k-1484\07 saylı qətaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. İddiaçının 1977-ci ildən mənzil hüquqları əldə etdiyi mənzildən çıxarılmağı o deməkdir ki, iddiaçının mənzil hüquqlarım pozulmuşdur. Belə ki, iddiaçı qanuna uyğun şəkildə mənzil hüquqlarını realizə etmiş və heç bir qanun pozuntusuna yol verməmişdir.
3. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, ÖM seriyalı 257456 nömrəli, xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 1MK-3734 saylı, xx.xx.2006-cı il tarixli qətnaməsinə əsasən ləğv edilmişdir. Qeyd olunan əmlaka dair məhkəmə mübahisəsinin mövcudluğu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin 6k/1484 nömrəli mülki iş üzrə xx.xx.2007-ci il tarixli bildirişi daxil olmuş, lakin müvafiq məhkəmə mübahisəsinin yekunlaşması barədə qanuni qüvvəyə minmiş məhkəmə aktı İdarəyə daxil olmamışdır. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5- ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması .o ya qeydiyyata alınmal, olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası qanununun 11 1- ci maddəsinə əsasən hüquqların mövcudluğunu, eldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir.
4. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, ərizədə qeyd edilən məsələ rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricində olduğundan xahişin yerinə yetirilməsi mümkün deyildir. Eyni zamanda ərizədə qeyd edilən məsələ ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət edilməsi tövsiyə olunmuşdur.
5. Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti Başçısının “Kirayə müqaviləsinin dəyişdirilməsi haqqında” xx.xx.2005-ci il tarixli, 1100 nömrəli Sərəncamı ilə İ.Səfərli küçəsi, dalan 3 ev 3-də yaşayan X6 razılığına əsasən 3 otaqlı, sahəsi 43 kv.m olan mənzilin kirayə müqaviləsi onun arvadı İddiaçı ilə bağlanmışdır (Ailə tərkibi 7 nəfər)
6. Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM 257456 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, dalan 3, İ.Səfərli küçəsi, 3 saylı evin 39,4 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı mənzili İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2006-cı il tarixdə qeydiyyat aparılmışdır.
7. Bakı şəhəri, Yasamal rayonu, dalan 3, İ.Səfərli küçəsi, 3 saylı evə dair İddiaçı adına tərtib olunmuş Fərdi yaşayış fonduna daxil olan özəlləşdirilmiş mənzilin Texniki Pasportu iş materiallarına əlavə olunmuşdur.
8. Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qətnaməsi ilə X14, İddiaçı, X21, X22, X17, X23 və X16 bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılması qərara alınmışdır. X14, İddiaçı, X21, X22, X17, X23 və X16 Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə qeydiyyatları ləğv edilmişdir. Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1976-cı il tarixli 33 saylı sərəncamı və həmin sərəncam əsasında xx.xx.1977-ci il tarixdə X3 adına Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə verilmiş 145360 saylı order etibarsız hesab edilmişdir. Oktyabr Rayon İcra Hakimiyyətinin 68/4 saylı xx.xx.1987-ci il tarixli sərəncamı ilə X14 ilə bağlanmış mənzil kirayəsi müqaviləsi etibarsız hesab edilmişdir.
9. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli, MK № 3734/2006 nömrəli Qətnaməsi ilə X6 apellyasiya şikayəti təmin edilməmişdir. Yasamal rayon Məhkəməsinin 19 aprel 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. X2 iddiası təmin edilmişdir. Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi (hazırki İ.Səfərli) dalan 3-də yerləşən 3 saylı evə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən X7 xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixli, ******* kitabın, 214995 səhifəsində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarış etibarsız hesab edilərək ləğv edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6K-1484/07 nömrəli Qərarı ilə cavabdehlər X14 və İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 06 dekabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-789/2004 nömrəli Qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-789/2004 saylı xx.xx.2004-cü il tarixli qətnaməsi icraya yönəldilmişdir və həmin qətnaməyə dair icra vərəqəsi verilmişdir.
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-789/2004 nömrəli Qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 19 aprel 2004-cü il tarixli 2- 789/2004 nömrəli qətnaməsinin qət etdi hissəsində “X14, İddiaçı, X21, X22, X17, X23 və X24 bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılsın” dedikdə “X6, İddiaçı, X10, X11, X8, X12 və X16 əri-aravdı, valideynlərin və uşaqları ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılsınlar” kimi izah edilsin.
13. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə məhkəmə əmtəəşünaslıq ekpertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sual qoyulmuşdur: - Bakı şəhəri, İslam Səfərli küçəsi dalan 3, 3 saylı evdə sahəsi 43-49 kv.m. olan üç otaqlı təmirsiz və orta təmirli (ayrılıqda göstərilməklə) mənzilin bazar qiyməti nə qədərdir? - Həmin ərazidə üç otaqlı təmirsiz və orta təmirli (ayrılıqda göstərilməklə) mənzilin bazar qiyməti nə qədərdir? - Həmin ərazidə (köhnə tikililərdə) mənzilin 1 kv.m.-nin qiyməti nə qədərdir?
14. "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında dair tərtib olunmuş daşınmaz əmlakın ekspertizası barədə mütəxəssis rəyi iş materiallarına əlavə olunmuşdur.
15. Ədliyyə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, “Elektron notariat” informasiya sistemində aparılmış yoxlama nəticəsində aşağıdakılar müəyyən edilmişdir: ünvan 3 ünvanında yerləşən 25 saylı mənzilin 132000 manata; ünvan 4 ünvanında yerləşən 24 saylı mənzilin 61500 manata; Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ünvanında yerləşən 13 saylı mənzilin 50000 manata satılması barədə müqavilələr rəsmiləşdirilmişdir. Sözügedən müqavilələlərə dair “Elektron notariat” informasiya sistemindən çıxarışlar kağız daşıyıcıda təqdim edilmişdir.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
17. İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
18. İddianın növü kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aid olduğundan mübahisəyə cavabdehin yerləşdiyi yerin məhkəməsi, yəni Bakı İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır (İPM-in 8.1.4-cü maddəsinə uyğun olaraq).
19. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır.
20. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır.
21. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X18rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (X19rşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28).
22. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, dalan 3, İslam Səfərli küçəsində yerləşən 3 saylı mənzildən qeydiyyatdan çıxarılması nəticəsində mənzil hüququnun pozulduğunu bildirmişdir və mənzil hüququnun pozulması ilə əlaqədar olaraq dəymiş ziyana görə 200 000 (iki yüz min) manat məbləğində kompensasiyanın ödənilməsini tələb etmişdir.
23. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir: - Yasamal Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli Qətnaməsi ilə X14, İddiaçı, X21, X22, X17, X23 və X16 bütün ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evdən digər yaşayış sahəsi verilmədən çıxarılması qərara alınmışdır. X14, İddiaçı, X21, X22, X17, X23 və X16 Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə qeydiyyatları ləğv edilmişdir. Oktyabr Rayon İcra Hakimiyyətinin xx.xx.1976-cı il tarixli 33 saylı sərəncamı və həmin sərəncam əsasında xx.xx.1977-ci il tarixdə X3 adına Bakı şəhəri, Əzizbəyov küçəsi, dalan 3, 3 saylı evə verilmiş 145360 saylı order etibarsız hesab edilmişdir. Oktyabr Rayon İcra Hakimiyyətinin 68/4 saylı xx.xx.1987-ci il tarixli sərəncamı ilə X14 ilə bağlanmış mənzil kirayəsi müqaviləsi etibarsız hesab edilmişdir. - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2006-cı il tarixli, MK № 3734/2006 nömrəli Qətnaməsi ilə X6 apellyasiya şikayəti təmin edilməmişdir. Yasamal rayon Məhkəməsinin 19 aprel 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən, apellyasiya şikayəti təmin edilmədən saxlanılmışdır. X2 iddiası təmin edilmişdir. Bakı şəhəri, Ş.Əzizbəyov küçəsi (hazırki İ.Səfərli) dalan 3-də yerləşən 3 saylı evə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsi tərəfindən X7 xüsusi mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2006-cı il tarixli, ******* kitabın, 214995 səhifəsində aparılmış qeydiyyat və həmin qeydiyyat əsasında verilmiş çıxarış etibarsız hesab edilərək ləğv edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6K-1484/07 nömrəli Qərarı ilə cavabdehlər X14 və İddiaçı kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 06 dekabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Məhkəmə nəzərə alır ki, hazırkı iddia tələbinin (kompensasiyanın ödənilməsi tələbinin) qaldırılması üçün əsas iddiaçı və ailə üzvlərinin Bakı şəhəri, Yasamal rayonu, dalan 3, İslam Səfərli küçəsində yerləşən 3 saylı mənzildən çıxarılmaları, qeydiyyatlarının ləğv edilməsi olmuşdur və iş materiallarına əsasən müəyyən olunur ki, məhz Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6K-1484/07 nömrəli Qərarı ilə iddiaçı və ailə üzvləri mübahisələndirilən mənzildən çıxarılmış, qeydiyyatları ləğv edilmişdir.
25. İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu.
26. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
27. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
28. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın.
29. İddiaçı bildirir ki, qeyd edilən məhkəmə aktları mövcud olsa da, həmin aktlardan məlumatlı olmamış, ancaq 2021-2022-ci illərdə mənzildən çıxarılarkən həmin aktlardan məlumatlı olmuş, bundan sonra məhkəməyə müraciət etmişdir, ona görə də hüququnun pozulması üçün bildiyi müddət həmin vaxtdan hesablanmalıdır.
30. Lakin məhkəmə nəzərə alır ki, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6K-1484/07 nömrəli Qərarı barədə yalnız 2021-ci il tarixdə məlumat əldə etdiyini bildirsə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6K-1484/07 nömrəli Qərarının məzmunundan görünür ki, yekun məhkəmə aktı qəbul edilərkən iddiaçının əri X14 məhkəmə iclasında iştirak etmiş və məhkəmə mübahisəsinin nəticəsi ilə bağlı məlumatlı olmuşdur (həmin məhkəmə mübahisəsinin gedişində iddiaçının ərinin iştirakı iddia ərizəsi və iddiaçının nümayəndəsinin izahatı ilə də təsdiq edilmişdir), eləcə də kassator qismində həm də hazırki iş üzrə İddiaçı iştirak etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, İddiaçı 2007-ci il tarixdən etibarən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli, 6K-1484/07 nömrəli Qərarı barədə məlumatlı olmuş, lakin 2011-ci il tarixə kimi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir.
31. Odur ki, hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə məhkəməyə müraciət etməsi müəyyən olunmur. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır.
32. Məhkəməyə müraciət etmək hüququ mütləq hüquq deyil. Odur ki, məhkəmə hesab edir ki, hüquqi müəyyənlik prinsipinə uyğun olaraq iddia mümkün sayılmamalıdır.
33. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
34. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva