Məhkəmə qərarları › İş №e-2-1(112)-3286/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3286/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3286/2025 29.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı1, İddiaçı5, İddiaçı8, İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakmiyyətinə qarşı X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “Qərarda aparılan qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı8 və iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, iddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı1, İddiaçı5, İddiaçı8, İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakmiyyətinə qarşı X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarda aparılan qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiaları üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.B.Vəzirov küç.56) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı1, İddiaçı5, İddiaçı8, İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarının etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Sonradan iddiaçılar (nümayəndəsi və vəkili vasitəsilə) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 54-cü maddəsinin tələblərinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16 saylı Qərarda aparılan qeydin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, onlar cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı (3-cü şəxs X9 olmaqla) iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X2 Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, xx.xx.2021ci il tarixli Qərarı ilə (hakim Fərid Mədətli) iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə X2 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində hüquqların qeydiyyata alınmasına dair ilkin qeydiyyatın ləğv edilməsi qərara alınmışdır (qərar qoşma olaraq əlavə edilir). Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1944/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-574/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-133/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1944/2021 saylı Qərardadının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (qərar qoşma olaraq əlavə edilir). Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1336/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-574/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının ləğv edilməsi, iş üzrə yeni Qərarın çıxarılması, iddiaçılar İddiaçı2 və qeyrilərinin iddia ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 1336/2022 nömrəli, 29 sentyabr 2022-ci il tarixli Qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır (qərar qoşma olaraq əlavə edilir). 3 Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1938/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarı ilə üçüncü şəxs X2 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 574/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır (qərar qoşma olaraq əlavə edilir). Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(103)- 1938/2023 nömrəli Qərarının ləğv edilməsi, iş üzrə yeni Qərarın qəbul edilməsi, iddianın rədd edilməsi qərara alınmışdır (qərar qoşma olaraq əlavə edilir). Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyası qərar qəbul edərkən həmin qərarı onunla əsaslandırmışdır ki, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ hüquqmüəyyənedici sənəd – Nərimanov rayon X7 İcraiyyə Komitəsinin sözügedən qərarı əsasında dövlət qeydiyyatına alınmışdır. Həmin qərarın isə etibarsızlığının müəyyən edildiyi və ya mübahisələndirildiyi də iş üzrə materiallardan müəyyən olunmur. Göründüyü kimi, ilkin qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənəd, yəni Nərimanov rayon X7 İcraiyyə Komitəsinin qərarı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmin hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Bununla da, bizə - iddiaçılara bildirilmişdir ki, üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin qanunla müəyyən olunmuş qaydada hüquqi qüvvəsini itirdiyi (geri çağırıldığı, ləğv edildiyi, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyi) təqdirdə, iddiaçılar onların hüququnu pozduğuna istinadən həmin qeydiyyatın ləğvini tələb edə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 40-cı bəndində məhkəmə tərəfindən qeyd edilmişdir: Nəzərə almaq lazımdır ki, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ hüquqmüəyyənedici sənəd – Nərimanov rayon X7 İcraiyyə Komitəsinin sözügedən qərarı əsasında dövlət qeydiyyatına alınmışdır. Qeyd edilməlidir ki, qərarda düzəlişin edilməsi prinsip etibarı ilə mümkündür və bu səlahiyyətli dövlət orqanının məsuliyyət sferasına aiddir. (Qərarın 12-ci səhifəsi). Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 41-ci bəndində məhkəmə tərəfindən qeyd edilmişdir: Göründüyü kimi, ilkin qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənəd, yəni Nərimanov rayon X7 İcraiyyə Komitəsinin qərarı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmin hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. (Qərarın 12-ci səhifəsi). Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 42-ci bəndində məhkəmə 4 tərəfindən qeyd edilmişdir: Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquq cavabdeh tərəfindən etibarlı hüquqmüəyyənedici sənəd əsasında qeydiyyata alınır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. (Qərarın 12-ci səhifəsi). Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)- 112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 43-cü bəndində məhkəmə tərəfindən qeyd edilmişdir: Nəzərə almaq lazımdır ki, yalnız həmin evə hər hansı hüquqlarının olduğu və bunu təsdiq edən hər hansı qanuni əsasın mövcud olduğu, həmçinin üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin qanunla müəyyən olunmuş qaydada hüquqi qüvvəsini itirdiyi (geri çağırıldığı, ləğv edildiyi, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyi) təqdirdə, iddiaçılar onların hüququnu pozduğuna istinadən həmin qeydiyyatın ləğvini tələb edə bilərdilər. (Qərarın 12-ci səhifəsi). Beləliklə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-112/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarını əsas götürməklə Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 saylı Qərarı bizim – iddiaçıların hüquqlarını pozduğu üçün tərəfimizdən Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 saylı Qərarının etibarsız hesab edilməsinə dair Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə müraciət etmələrinə zəruriyyət yaranmışdır. Onlar tərəfindən Bakı şəhəri Cavabdehə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edilmiş və Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarının etibarsız hesab edilməsi xahiş edilmişdir. Lakin, Bakı şəhəri Cavabdehin xx.xx.2024-cü il tarixli, 5-14/2-1-67-016/2024 saylı cavab məktubu ilə bildirilmişdir ki, ərizəyə əlavə edilmiş məhkəmə aktlarından göründüyü kimi işin faktiki hallarına hüquqi qiymət verilmişdir və sözügedən Qərarın tərəflərindən ləğv edilməsi digər şəxslərin hüquq və mənafelərinə toxunulmasını qaçılmaz edir. Bildirilmişdir ki, bütün fiziki və hüquqi şəxslər qanunla qorunan hüquq və mənafelərinin təmini üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (cavab məktubu qoşma olaraq əlavə edilir). Bununla əlaqədar olaraq, tərəflərindən Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 saylı Qərarının etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmələrinə zəruriyyət yaranmışdır. İşlə əlaqədar bildirlər ki, 1988-ci ildə ermənilər Bakıdan köçüb gedən zaman İddiaçı7 tərəfindən ünvan 2 ünvanında 1 mərtəbəli fərdi yaşayış evi alınmış və həmin vaxtdan aliməmizlə birlikdə həmin evdə yaşayırıq. Uşaqlarımız mübahisələndirilən ünvan 2-dən orta məktətə getmiş və 5 poliklinikalara da, oradan qeydiyyata alınmışlar. İddiaçı1 bacısı X9 həmin evdə yaşamamışdır. O, əvvəllər bacı kimi mübahisəli evə gəlib-getsə də, sonradan münasibətlər pozulmuş, heç qonaq kimi də, bu evə gəlməmişdir. Yəni bu ünvana yaşayış hüququ yaranmamışdır. Məhkəmə araşdırmaları zamanı məlum olmuşdur ki, X9 mübahisələndirilən evin onun mülkiyyətində olması barədə məhkəməyə yalan məlumat vermişdir. İlk iddiasında o, özü qeyd etmişdir ki, mübahisələndirilən evdə deyil, uzun müddətdir ki, məhz ünvan 3 ünvanında yaşayır. Qeyd edim ki, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100 b saylı fərdi yaşayış evinin 18 avqust 1993-cü il tarixdə X2 adına ilkin qeydiyyatın aparılmasına əsas olmuş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, qanunsuz tikilinin mülkiləşdiriliməsi haqqında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli, 16/279 saylı Qərarında aydın qeyd edilmişdir ki, X4 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərarın surəti isə məlumat üçün X4 göndərilmişdir. Həmin qərardan göründüyü kimi vətəndaş Z.M.Səfərova vəkalətnamə vasitəsilə rayon icraiyyə komitəsinə müraciət etmişdir. Belə olan halda mübahisəli ev necə X2 adına ilkin qeydiyyatdan keçə bilərdi. Qeyd olunanlardan göründüyü kimi, X2 adına ilkin qeydiyyat saxta sənədlərlə həyata keçirilmişdir. Həmin qərardan göründüyü kimi vətəndaş Z.M.Səfərova vəkalətnamə vasitəsilə rayon icraiyyə komitəsinə müraciət etmişdir. Halbuki sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Yəni, vəkalətnamə əsasında Q.M.Quliyanın adından çıxış edən Z.M.Səfərova sonradan sözügedən əmlakın onun adına rəsmiləşdirilməsinə nail olmuşdur. Məhz bu hissə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında məhkəmə kollegiyası “Daşınmaz əmlakn dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsini qeyd etmişdir. Həmin maddəyə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmçinin, diqqətinizə çatdırmaq istərdim ki, həmin iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən X1 mübahisəli evin ona aid mülkiyyət sənədlərinin tələb edilməsinə baxmayaraq, o, həmin sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Çünki həmin şəxsin özü də bilirdi ki, məhz həmin çıxarış saxtadır və çıxarışda olan məsul şəxslərin imzası da saxtalaşdırılıb! Ona görə də həmin sənədlər üzə çıxarılmamışdır! Xüsusilə vurğulamaq lazımdır ki, çıxarış nə Ziba Səfərovada, nə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi 6 İdarəsində yoxdur. Ona görə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsi tərəfindən bugündək hər hansı apellyasiya və kassasiya şikayətləri verilməmişdir. Bu da, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin bizimlə razı olduğunu və bizim haqlı olduğumuzu bir daha sübut edir. İş üzrə Bakı İnzibati Məhkəməsi tərəfindən araşdırılmış bəzi mühüm təfərrüatları nəzərinizə çatdırmaq istərdik ki, birinci instansiya məhkəməsinin Qərarında göstərilmişdir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarından görünür ki, X4 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384.4 kv.m torpaq, 101.3kv.m tikinti, 51.1 kv.m yaşayış, 34.2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Məhkəmə araşdırması dövründə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin X2 mülkiyyətində olmasına dair sənədlərin və hüququn qeydiyyata alınmasına əsas olmuş sənədlər sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən tələb edilmiş və həmin qurumdan 29 aprel 2020- ci il tarixli **********52 saylı məktub əsasında Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarı və 35№-li MKİS tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli Arayış ünvanlanmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarında aparılan düzəliş texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqların qeydə alınması nəzərdə tutulan şəxsin yəni Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqların qeydiyyatı aparılmışdır. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq, yeni münasibətlər yarandığından, bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi bu hal baş verməmişdir, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. İnzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək Qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. Eyni zamanda, üzərində düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmişdir və beləliklə, rəsmi qeydiyyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yarandığından məhkəmə bu halın araşdırılması üçün aidiyyəti qurumlara dəfələrlə, eləcə də, Milli Arxiv İdarəsinə sorğu göndərmiş, lakin üzərində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyanın adının üzərindən Z.Səfərova adına düzəliş aparılmış sözügedən Qərarın Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Digər tərəfdən, işin bu halını təkzib edə biləcək sübut qarşı tərəfdən təqdim edilməmişdir. Belə ki, birinci instansiya məhkəmə araşdırması dövründə Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100b ünvanında yerləşən fərdi yaşayış evinin 7 X2 mülkiyyətində olmasına dair sənədlərin və hüququn qeydiyyata alınmasına əsas olmuş sənədlər sorğu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən tələb edilmişdir. Bununla yanaşı, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli 16 N2 İİ qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialından, həmçinin Bakı şəhəri Cavabdehdən dəfələrlə tələb edilmişdir. Sorğuya cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b nömrəli qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarının 1 bəndindən görünür ki, Y.Vəzirov küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir (cavab məktubu və qərar qoşma olaraq əlavə edilir). Sorğuya cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2020-ci il tarixli, 1/832 saylı cavab məktubu ilə bildirilmişdir ki, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991ci il tarixli, 16 №-li Qərarının Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən sorğunun həmin quruma göndərilməsi xahiş olunur (cavab məktubu qoşma olaraq əlavə edilir). Sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 03 dekabr 2020-ci il tarixli **********53 saylı məktubda qeydiyyat vəsiqəsi idarənin arxivində saxlanıldığı bildirilmiş, lakin Nərimanov XDS İcraiyyə Komitəsinin qərarının əslini məhkəməyə təqdim edilmədən qərarın üzərində düzəliş olunan kserosurətini məktuba əlavə etmişdir (cavab məktubu və qərar qoşma olaraq əlavə edilir). Bununla da, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarına əsasən Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Həmin qərardan göründüyü kimi vətəndaş Z.M.Səfərova vəkalətnamə vasitəsilə rayon icraiyyə komitəsinə müraciət etmişdir. Halbuki sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Yəni ki, vəkalətnamə əsasında Q.M.Quliyanın adından çıxış edən Z.M.Səfərova sonradan sözügedən əmlakın onun adına rəsmiləşdirilməsinə nail olmuşdur. Lakin, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin Qərarının üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin-Q.M.Quliyanın adına deyil, Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, Qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər 8 dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi bu hal baş verməmişdir. Eyni zamanda, üzərində düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmiş və rəsmi qeydiyyatdan keçməmişdir. Həmçinin, məhkəmə araşdırmaları zamanı Z.M.Səfərovaya verilmiş vəkalətnamə aşkar edilməmiş, 3-cü şəxs də təkrar apellyasiya baxışı zamanı vəkalətnamənin onda olmadığını bildirmiş, həmçinin, qərarın əslinin cavabdeh inzibati orqana təhvil verildiyini qeyd etmişdir. Eyni zamanda, məhkəmə bu halın araşdırılması üçün aidiyyəti qurumlara, eləcə də, Milli Arxiv İdarəsinə sorğu göndərmiş, lakin üzərində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyanın adının üzərindən Z.Səfərova adına düzəliş aparılmış sözügedən Qərarın Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Belə ki, zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını ,(inisəmnəlküy) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. zamnışaD“ əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Qeyd etmək istərdik ki, ilk növbədə yuxarıda qeyd edilən vəkalətnamənin əsli və ya surəti nə Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehdə, nə də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində yoxdur və iş materiallarında mövcud deyil. Göründüyü kimi, mübahisələndirilən ilkin qeydiyyat inzibati akt əsasında aparılmışdır. Həmin inzibati akta münasibətdə sözügedən inzibati akt qanunsuz inzibati akt olmuşdur. Həmçinin, onu da qeyd etmək lazımdır ki, iddiaçının sözügedən fərdi yaşayış evinə münasibətdə sosial-kommunal ödənişlərin edilməsi, elektrik, qaz, su və sair kommunal xidmətlərə görə müqavilələrin onların adına olması iddiaçının uzun müddət Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100b nömrəli evdə yaşamalarını və istifadə etmələrini təsdiq edir və vətəndaşın etimad hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarının 52-ci bəndində aşağıdakılar qeyd edilmişdir: 51 saylı Notariat ofisinin verdiyi akta əsasən sözügedən ünvanda İddiaçı1 ailə üzvləri ilə birlikdə yaşayırlar (Qərarın 12-ci vərəqi). 9 Bakı şəhər Baş Səhiyyə İdarəsi 14 №li Uşaq Poliklinikası tərəfindən verilən 29 noyabr 2019-cu il tarixli 232 №li Tibbi arayışdan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X14, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2010-cu il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X10, xx.xx.2017-ci il təvəllüdlü X6, xx.xx.2018-ci il təvəllüdlü İddiaçı1 Pərviz qızı, Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100 b ünvanından 14 №li uşaq poliklinikasına qeydiyyata götürülmüşlər (Qərarın 12-ci vərəqi). Beləliklə, yuxarıda göstərilən əsaslara və faktlara əsasən Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100 b saylı fərdi yaşayış evinə üzərində əlyazma aparılmaqla düzəliş edilən Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 saylı Qərarı əsasında Z.Səfərovanın mülkiyyət hüquqlarının qeydə alınmasını və həmin qərarın iddiaçıların hüquqlarını pozmasını, qeyd edilən halların həm birinci instansiya, həm apellyasiya instansiyası, həm də kassasiya instansiya məhkəmələri tərəfindən təsdiq edildiyini nəzərə alaraq, sözügedən qərarın etibarsız hesab edilməsi qanunamüvafiqdir. Bu səbəbdən də, Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarının etibarsız hesab edilməsini tələb etmək məcburiyyətindəyik. Beləliklə hesab edirik ki, tərəfinizdən Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı Qərarı etibarsız hesab edilməlidir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, xx.xx.2024-cü il tarixli qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin eyni tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdeh Nərimanov RİH-nin xx.xx.2024-cü il tarixli, 5-14/2-977/2024 №-li məktubu ilə “iddia tələbinin mümkün sayılmaması” barədə və üçüncü şəxs X2 iddiaya dair yazılı münasibətləri (etiraz) məhkəməyə təqdim olunmuşdur. Cavabdeh inzibati orqanın və üçüncü şəxsin iddia tələbinə dair yazılı mülahizəsi (etirazları): Cavabdeh Nərimanov RİH-nin iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan Nərimanov Rayon X13 İcraiyyə Komitəsinin (XDS İK) “Y.Vəzirov küçəsi, 100 b nömrəli qanunsuz tikilinin mülkiyyətləşdirilməsi haqqında” xx.xx.1991 -ci il tarixli, 16/279 nömrəli Qərarı qəbul edilmişdir. Hal-hazırda Qərarın qəbul edilməsindən 25 il keçmişdir və bu müddət ərzində iddiaçıların Qərarın mövcudluğundan məlumatsız olmaları inandırıcı görünmür. Belə ki, iş materiallarına nəzər yetirdikdə aydın olur ki, mübahisə predmeti 2019-cu il tarixdən Nərimanov rayon məhkəməsinin, 2020-ci ildən isə Bakı inzibati məhkəməsinin icraatında olmuş və iddiaçılar həmin vaxtdan Qərarın mövcudluğundan məlumatlı olmuşlar. Digər tərəfdən iddia tələbi əsassız olmaqla yanaşı, iddiaçı tərəfindən Qanunla müəyyən edilmiş iddia müddəti ötürülmüşdür. Mübahisənin prosessual hüquqi əsasları baxımından bildirmək istəyirəm kı, İPM qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Yəni iddiaçı İPM qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanlarından, həm də həmin aktla müəyyən edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, bu aktlar yeni qanuna istinadla mübahisələndirilə bilməz. Hesab edirlər ki, İPM-nin qüvvəyə mindiyi 01.01 2011-ci il tarixinədək qəbul edilmiş inzibati akta dair iddia tələbi mümkünsüz hesab edilməlidir. Qeyd edilənləri, İPMn-ın 38.1-ci maddəsini nəzərə alaraq, iddia tələbinin mümkünsüz hesab edilməsi barədə müvafiq qərar çıxarılması xahiş olunmuşdur. Üçüncü şəxs X2 iddia tələbinə dair yazılı etirazı onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 saylı Qərarı iddiaçılar tərəfindən artıq neçə illərdir məhkəmə proseslərində mübahisələndirilmişdir. Belə ki, xx.xx.2020-ci ildə “ilkin qeydiyyatın ləğv edilməsi" tələbi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edəndən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-112/2024 saylı iş üzrə məhkəmə aparşdırıhnası aparılan zaman dəfələrlə Milli Arxiv İdarəsinə, Azərbaycan Respublikası Əmlak Məsəslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış (təxminən 7-9) sorğular verilmiş və cavablandırılmış məktublarda sözügedən Qərar məhkəmələrə dəfələrlə göndərilmişdir. Bütün məhkəmə proseslərində həmin Qərar müzakirə olunmuş, qərarda edilən düzəlişin elə cavabdeh tərəfindən ikinci möhürlə təsdiq olunduğunu çıxarışın verilməsinə heç bir maneçilik törətmədiyini qəbul edərək mənzilə çıxarış verdiklərini bütün iclaslarda bildirmişlər. Dörd il müddətində çıxarılmış məhkəmə qərarlarında mübahisə predmeti olan Qərarın araşdırılmasına dair qeydləri təqdim edir: “Məhkəmə tərəfindən sözügedən qeydiyyatın aparılmasına əsas olmuş sənədlər araşdırılmış və müəyyən edilmişdir ki. Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 13 sentyabr 1991-ci il tarixli “Y.Vəzirov küçəsi 100 b №li qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16/279 saylı qərarına əsasən Y.Çəmənzəminli küçəsi, 100 b nömrəli evin 384.4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin məhz vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Halbuki sonradan sözügedən Qərarın İ bəndində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyan adının üzərindən Z.Səfərova adına düzəliş aparılmışdır. Növbəti mərhələ olaraq üzərində əlyazma aparılmaqla düzəliş edilən qərar əsasında Z.Səfərovanın qeyd olunan ünvana mülkiyyət hüquqları qeydə alınmışdır. Göründüyü kimi Qərarın üzərində aparılan düzəliş hər hansı bir texniki yanlışlığın düzəldilməsi məqsədi daşımamış, əksinə, həmin düzəliş zəminində yeni hüquqi nəticə əldə edilmiş, hüquqları qeydə alınması nəzərdə tutulan şəxsin-Q.M.Quliyanın adına deyil. Z.Səfərovanın adına mülkiyyət hüquqlarının qeydiyyatı aparılmışdır. Halbuki, qanunvericiliyin tələbinə müvafiq olaraq yeni münasibətlər yarandığından və bu münasibətlərin əsasında hüquqi şərait, öhdəliklər dəyişdiyindən, inzibati orqan tərəfindən əvvəlki qərarın hüquqi qüvvədən düşməsi barədə yeni müvafiq inzibati akt qəbul edilməklə, aparılan dəyişikliklər həmin aktda öz əksini tapmalı idi. Göründüyü kimi bu hal baş verməmiş, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək Qərarın üzərində hüquqi əhəmiyyət kəsb etməyən düzəlişlər aparılmışdır. Eyni zamanda, üzərində düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmişdir və beləliklə rəsmi qeydiyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yaratmışdır." Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli Qərarı 1.“Qeyd olunmalıdır ki, mübahisə predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100b ünvanında yerləşən fərdi yaşayış evinə dair X4 verilən vəkalətnamənin, eyni zamanda yaşayış sahəsinin Q.M.Quliyanm adına rəsmiləşdirilməsinə əsas olmuş sənədləri araşdırılmadan və işə baxılan zaman Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100b ünvanında yerləşən fərdi yaşayış evinin X2 adına, rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin və vəkalətnaməni tələb etmədən və onun mətnini araşdırmadan apellyasiya instansiyası məhkəməsi iş üzrə yanlış olaraq, inzibati aktda əlyazma ilə olan və heç bir hüquqi qüvvəyə malik olmayan düzəlişin qanuni və əsaslı olması və mübahisəli ünvanda yerləşən məxsus mübahisəli evə dair cavabdehin hüquq sələfi tərəfindən aparılan qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli Qərarı. 2. Nəzərə almaq lazımdır ki, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ hüquqmüəyyənedici sənəd - Nərimanov rayon X7 İcraiyyə Komitəsinin sözügedən qərarı əsasında dövlət qeydiyyatına alınmışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, Nərimanov rayon X7 İcraiyyə Komitəsinin sözügedən qərarında aparılmış düzəliş imza və möhürlə təsdiq olunmuş, həmin düzəliş qərarı qəbul etmiş orqan tərəfindən təkzib olunmamış, həmin düzəlişin saxta olduğuna dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qeyd edilməlidir ki, qərarda düzəlişin edilməsi prinsip etibarı ilə mümkündür və bu səlahiyyətli dövlət orqanının məsuliyyət sferasına aiddir. Bu baxımdan iddiaçıların və məhkəmənin istinad etdiyi düzəlişlə bağlı hal üçüncü şəxsin məsuliyyət sferasına aid edilə, onun ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticə doğura bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli Qərarı; Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-275/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarında mübahisələndirilən qərarın araşdırılması bir başa göstəriş olaraq qeyd edilmişdir. Qərarda məcburi xarakter daşıyan göstəriş iş Bakı Apelyasiya Məhkəməsinin icrattında olan zaman Qərar dair bütün hallar kifayət qədər araşdırılmışdır. Bu isə bir daha onu göstərir ki, iddiaçılar məhkəmələr tərəfindən qiymət verilmiş halların yenidən araşdırılmasını istəməklə qanunvericiliyin tələbinə pozmuş, eyni zamanda niyyətləri üçüncü şəxsin mülkiyyət hüquqlarını həyata keçirilməsinə, mənzilindən sahiblik və istifadə hüquqlarını həyata keçirməyə maneçilik yaradaraq süründürməçilik hallarının baş verməsi məqsədi güdür. İddiaçıların Bakı Apelyasiya Məhkəməsinin Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 15 oktyabr tarixli, 2-1(103)-1944/2021 nömrəli qərardadından verdikləri kassasiya şikayətində hazırda mübahisələndirdikləri qərarla bağlı aparılmış araşdırma barədə özləri də qeyd etmişlər: “göründüyü kimi bu hal baş verməmiş, inzibati orqan tərəfindən qanun pozuntusuna yol verilərək Qərarın üzərində hüquqi əhəmiyyət 1 kəsb etməyən düzəlişlər aparılmışdır. Eyni zamanda, üzəridə düzəlişlər aparılmış Qərar arxivə təhvil verilməmişdir və beləliklə, rəsmi qeydiyyatdan keçməsinə dair məhkəmədə əsaslı şübhələr yaranmışdır. Məhkəmə bu halın araşdırılması üçün aidiyyatı qurumlara. Eləcə də Milli Arxiv İdarəsinə sorğu göndərmiş, lakin üzərində əlyazma ilə düzəliş edilməklə Q.M.Quliyanın adının üzərindən Z.Səfərova adına düzəliş aparılmış sözügedən Qərarın Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi müəyyən edilmişdir. Buna görə də birinci instansiya məhkəməsi Z.Səfərovanın adına dəyişiklik edilmiş Qərarın və ilkin qeydiyyatın ləğv edilməsində haqlı olmuşdur”. (11 noyabr 2022-ci il tarixli kassasiya şikayəti səhfə 8) Eyni zamanada bildirir ki, mübahisəli mənzillə bağlı 2019-cu ildən Nərimanov Məhkəməsinin icraatında, 2020-ci ildən isə Bakı İnzibati Məhkəməsi, Bakı Apelyasiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında iş olmuş və iddiaçılar, iddia predmeti olan Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin 1991-ci il 13 sentyabr tarixli qərarı barədə məlumatlı olmuşlar. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş cavabdeh və üçüncü şəxs müvafiq olaraq nümayəndələrinin iştirakını təmin etməmiş və məhkəmə iclasına gəlməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı6, İddiaçı8 və onların nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdilər. FAKTİKİ HALLAR VƏ SÜBUTLAR İşin halları: Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəmənin müvafiq sorğusuna cavab olaraq xx.xx.2025-ci il tarixli 3- 21-3-30/2-5763/2025 nömrəli məktubu ilə məhkəməyə təqdim olunmuş “Y.Vəzirov küçəsi 100b nömrəli qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” Nərimanov rayon X13 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16 nömrəli qərarından görünür ki, X4 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Sonradan sözügedən qərarın 1-ci bəndində əlyazma ilə “Q.M.Quliyan” adının üzərində “Z.Səfərova” adı yazılmaqla düzəliş edilmiş və həmin orqanın vəzifəli şəxsinin müvafiq imzası və dairəvi möhürü ilə təsdiq olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: ... Maddə 2 .Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. ... 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. İnzibati Prosessual Məcəllə: .... Maddə 35. İddianın mümkünlüyü. 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. ... 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. ...

7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. ...

12. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. ... 14.1. İnzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 14.2. İnzibati orqanın daxili fəaliyyətinin həyata keçirilməsi nəticəsində qəbul edilmiş və xaricə münasibətdə hər hansı təsir gücünə malik olmayan idarədaxili aktlar inzibati akt hesab edilmədiyindən onların mübahisələndirilməsinə dair iddialar mümkün sayılmamalıdır.

İddianın növü, mümkünlüyü və buna dair məhkəmənin mövqeyi:

Məhkəmə ilk öncə iddia tələbinə münasibətdə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. Bu baxımdan, inzibati ədliyyənin əsas məqsədlərindən biri dövlət idarəçiliyi sahəsində insanın subyektiv hüquqlarının müdafiəsidir. İnzibati sahədə subyektiv hüquqlar bir qayda olaraq şəxsin hüquqi norma ilə müəyyən edilmiş çərçivədə davranış azadlığını, müəyyən sosial təzminatlardan istifadə etmək imkanını, müəyyən hərəkətləri etmək və digərlərindən müəyyən hərəkətlərin edilməsini tələb etmək səlahiyyətlərini və hüquqlarının müdafiəsi üçün inzibati orqanlara və məhkəmələrə müraciət etmək hüququnu əhatə edir. İnzibati sahədə şəxsin subyektiv hüquqları mütləq şəkildə hakimiyyət institutu ilə münasibətlə səciyyələnir. Bir tərəfdən, hakimiyyət səlahiyyətlərinin daşıyıcısının üzərinə insan və vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi vəzifəsi qoyulur, digər tərəfdən isə şəxsin hüquq və azadlıqları pozulduğu təqdirdə o, icra hakimiyyəti və ya məhkəmə orqanlarına şikayət etmək hüququnu realizə edir. Məhz bu baxımdan, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və onların həll edilməsinin prosessual prinsipləri və qaydaları İnzibati-Prosessual Məcəllənin normaları ilə müəyyən edilir (İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsi) İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, “Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.” Göründüyü kimi, iddiaçılarının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olması və cavabdeh tərəfindən həmin hüququn pozulması ehtimalının mövcudluğu mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın bununla bağlı mümkünlük şərtini yoxlamalıdır. Hazırki iş üzrə iddiaçıların hüquqi marağı Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16 saylı Qərarda aparılan qeydin etibarsız hesab edilməsinə nail olmaqdan ibarətdir. Belə ki, iddiaçıların mübahisə predmeti olan qərarda qeydin etibarsız hesab edilməsinin əsas məqsədi X2 Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi, 100 b ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş ilkin qeydiyyatın ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddiaçılar tərəfindən irəli sürülmüş Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16 saylı qərarda aparılan qeydin etibarsızlığına dair tələblə bağlı məhkəməyə qeyd edir ki, qərara nəzərə yetdirdikdə müəyyən olunur ki, X4 verilən vəkalətnamə əsasında onun müraciəti ilə Y.Çəmənzəminli küçəsi, 100b nömrəli evin 384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrinin vətəndaş Q.M.Quliyanın adına rəsmiləşdirilməsinə icazə verilmişdir. Sonradan sözügedən qərarın 1-ci bəndində əlyazma ilə “Q.M.Quliyan” adının üzərində “Z.Səfərova” adı yazılmaqla düzəliş edilmiş və həmin orqanın vəzifəli şəxsinin müvafiq imzası və dairəvi möhürü ilə təsdiq olunmuşdur. Nəzərə alınmalıdır ki, inzibati məhkəmə icraatında inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyətinin qanuniliyi (qərar, hərəkət və ya hərəkətsizliyi) yoxlanıla bilər. İnzibati orqanın inzibati hüquq sahəsindəki fəaliyyəti isə bilavasitə onun inzibati icraat çərçivəsindəki həyata keçirdiyi fəaliyyətdir. İnzibati orqanların iştirakı ilə baş verən və yaxud inzibati orqanlarla yaranmış hər bir mübahisə inzibati mübahisə kimi qiymətləndirilə bilməz. İnzibati orqanın inzibati fəaliyyəti o zaman inzibati mübahisəyə əsas olur ki, inzibati orqanın inzibati aktı, hərəkət və ya hərəkətsizliyi ilə şəxsin maddi hüquq normasında ifadə olunan hüquqları pozulmuş olsun və ya bu hüquqlara müdaxilə edilmiş olsun. İddiaçılar qərarda qeydin etibarsız hesab edilməsi barədə tələbini ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşaması ilə əsaslandırsalar da, həmin fərdi yaşayış evinə dair hüququnun olmasını təsdiq edən hər hansı sübutu - hüquqmüəyyənedici sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə bu konteksdə qeyd edir ki, daşınmaz əmlak üzərində hüquq cavabdeh tərəfindən etibarlı hüquqmüəyyənedici sənəd əsasında qeydiyyata alınır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir. Qeyd olunmalıdır ki, iddiaçılar mübahisəli qərarda qeydin etibarsızlığını, yalnız onların hüquqlarının pozulması ehtimalının mövcud olduğu halda tələb edə bilərdi. Başqa sözlə, qərarda qeydin etibarsızlığını tələb etmək üçün iddiaçılar ən azından iddia etdiyi yaşayış sahəsi üzərində qanuni istifadə hüququna malik olmalıdır. Qanuni istifadə hüququ isə qanundan, inzibati aktdan və ya müqavilədən irəli gəlməli, hüquqmüəyyənedici sənədə əsaslanmalıdır. Lakin iddiaçıların mübahisəli sahə üzərində qanuni istifadə hüququna malik olduğu mübahisəyə dair iş materialları ilə təsdiq olunmur. Belə olan halda da, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olması istisna olunur. Belə ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçılar iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə Nərimanov Rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, “Y.Vəzirov küçəsi 100 b saylı qanunsuz tikilinin mülkiləşdirilməsi haqqında” 16 saylı qərarında düzəliş edilməsi və iddiaçıların mübahisə predmenti olan fərdi yaşayış evinə dair subyektiv hüquqlarını olmaması ilə bağlı kassasiya instansiya məhkəməsinin mövqeyini də qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(102)-112/2024 saylı qərarında qeyd olunmuşdur ki; ...

36. Hazırkı mübahisəyə dair işdə iddiaçıların hüquqi marağı və məqsədi Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsi 100b ünvanında yerləşən fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs X2 adına aparılmış ilkin qeydiyyatın ləğv edilməsinə nail olmaqdan ibarətdir.

37. İddiaçılar iddia tələbinin əsası kimi 1988-ci ildən ünvan 11 ünvanında yerləşən həmin fərdi yaşayış evinin onlar tərəfindən alındığına və həmin vaxtdan ailə ilə birlikdə həmin evdə yaşadıqlarına, uşaqlarının həmin ünvandan orta məktəbə getdiyinə və poliklinikada qeydiyyata alındığına, üçüncü şəxs Ziba Səfərovanın isə həmin evdə yaşamadığı halda, üçüncü şəxsin adına həmin evə dair Nərimanov rayon X7 İcraiyyə Komitəsinin üzərində əlyazma ilə sonradan düzəliş edilmiş xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarı əsasında cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığına istinad etmişlər.

38. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, ünvan 12 ünvanında yerləşən mübahisəli yaşayış evinə üçüncü şəxsin mülkiyyət hüququna dair hazırkı cavabdehin hüquq sələfi olan Bakı şəhər İcra Hakimiyyəti Aparatının Özəlləşdirmə və Bələdiyyə Mülkiyyəti Texniki İnventarlaşdırma Bürosu tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılarmış və bu barədə xx.xx.1993-cü il tarixli, 30/3311 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh inzibati orqanın arxivində saxlanılan həmin qeydiyyat vəsiqəsi isə üzərində düzəliş edilmiş və yenə də cavabdeh inzibati orqanın arxivində saxlanılan Nərimanov rayon X7 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarı əsasında verilmişdir.

39. Belə ki, Nərimanov rayon X13 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 16/279 nömrəli qərarına əsasən, Ziba Səfərova həmin dövlət orqanına vəkalətnamə vasitəsilə müraciət edərək, ünvan 13 ünvanında yerləşən, vətəndaş Q.M.Quliyanın 1961-ci ildən yaşadığı qanunsuz tikilinin rəsmiləşdirilməsini xahiş etmiş və həmin dövlət orqanı tərəfindən mübahisəli evin (384,4 kv.m torpaq, 101,3 kv.m tikinti, 51.1 kv.m yaşayış, 34,2 kv.m köməkçi və 16 kv.m qaraj sahələrini) sonuncunun adına rəsmiləşdirilməsinə icazə verilmiş, lakin sonradan həmin orqanın özü tərəfindən sözügedən qərarın “qərara aldı” hissəsinin 1-ci bəndində, evin adına rəsmiləşdirildiyi “Q.M.Quliyanın” adının üzərində əlyazma ilə “Z.Səfərova” düzəlişi edilmiş və düzəliş həmin orqanın vəzifəli şəxsinin imzası və həmin qurumun dairəvi möhürü ilə təsdiq olunmuşdur (bax: 1-ci cild, i.v. 30). Həmçinin mübahisəli fərdi yaşayış evinə dair Z.Səfərovanın adına noyabr 1992-ci il tarixində texniki pasport tərtib olunmuşdur.

40. Nəzərə almaq lazımdır ki, üçüncü şəxsin mübahisəli fərdi yaşayış evinə mülkiyyət hüququ hüquqmüəyyənedici sənəd – Nərimanov rayon X7 İcraiyyə Komitəsinin sözügedən qərarı əsasında dövlət qeydiyyatına alınmışdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, Nərimanov rayon X7 İcraiyyə Komitəsinin sözügedən qərarında aparılmış düzəliş imza və möhürlə təsdiq olunmuş, həmin düzəliş qərarı qəbul etmiş orqan tərəfindən təkzib olunmamış, həmin düzəlişin saxta olduğuna dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qeyd edilməlidir ki, qərarda düzəlişin edilməsi prinsip etibarı ilə mümkündür və bu səlahiyyətli dövlət orqanının məsuliyyət sferasına aiddir. Bu baxımdan iddiaçıların və məhkəmənin istinad etdiyi düzəlişlə bağlı hal üçüncü şəxsin məsuliyyət sferasına aid edilə, onun ziyanına təfsir oluna və ona münasibətdə neqativ nəticə doğura bilməz.

41. Bundan əlavə, həmin qərarın etibarsızlığının müəyyən edildiyi və ya mübahisələndirildiyi də iş üzrə materiallardan müəyyən olunmur. Göründüyü kimi, ilkin qeydiyyatın əsasında duran həmin hüquqmüəyyənedici sənəd, yəni Nərimanov rayon X7 İcraiyyə Komitəsinin qərarı ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Həmin hüquqmüəyyənedici sənəd geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, daşınmaz əmlak üzərində hüquq cavabdeh tərəfindən etibarlı hüquqmüəyyənedici sənəd əsasında qeydiyyata alınır. Hüquqmüəyyənedici sənəd yalnız onu qəbul etmiş inzibati orqanın deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu, icra hakimiyyətinin vahidliyi prinsipindən və həmin orqanların səlahiyyət bölgüsündən irəli gəlir.

43. Digər tərəfdən, iş üzrə materiallardan görünür ki, iddiaçılar məhkəməyə mübahisəli evin onların qanuni istifadəsində olduğunu təsdiq edən hər hansı sənəd təqdim etməmişlər. Məhkəmə araşdırması zamanı da bununla bağlı hər hansı hüquqmüəyyənedici sənəd müəyyən edilməmişdir. Həmçinin iddiaçıların həmin evə hər hansı hüququnun dövlət reyestrində qeydə alındığı da iş üzrə materiallardan müəyyən olunmur. Nəzərə almaq lazımdır ki, yalnız həmin evə hər hansı hüquqlarının olduğu və bunu təsdiq edən hər hansı qanuni əsasın mövcud olduğu, həmçinin üçüncü şəxsin adına aparılmış qeydiyyatın əsasında duran hüquqmüəyyənedici sənədin qanunla müəyyən olunmuş qaydada hüquqi qüvvəsini itirdiyi (geri çağırıldığı, ləğv edildiyi, dəyişdirildiyi, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyi) təqdirdə, iddiaçılar onların hüququnu pozduğuna istinadən həmin qeydiyyatın ləğvini tələb edə bilərdilər. İddiaçıların istinad etdiyi hallar (mübahisəli fərdi yaşayış evində yaşama, kommunal xidmətləri ödəmə və sair) mübahisəli fərdi yaşayış evinə üçüncü şəxsin adına aparılmış qeydiyyatın ləğvi üçün yetərli əsas hesab oluna bilməz.

44. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə mübahisəli fərdi yaşayış evinə üçüncü şəxsin mülkiyyət hüququnun qeydə alınması ilə bağlı cavabdehin davranışı qanuni və əsaslı sayılmalıdır. Bu zaman bu qərarın 29-cu bəndində istinad olunan normada təsbit edilən dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası da nəzərə alınmalıdır. Belə ki, həmin normaya görə, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.

Eyni zamanda məhkəmə onu qeyd edir ki, subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti də yerinə yetirilmiş olmalıdır. Göründüyü kimi iddiaya mahiyyəti üzrə baxılması onun mümkünlük şərtlərinin ödənilməsindən asılıdır ki, iddiaçıların iddia qaldırmasına münasibətdə subyektiv hüquqa malik olması da iddianın mümkünlük şərti qismində çıxış edir. Lakin, hazırkı iş üzrə iddiaya münasibətdə ümümi mümkünlük şərti kimi iddiaçıların subyektiv hüquqa malik olmalı olması ilə bağlı şərt ödənilmir. Məhkəmə xidməti vəzifəsinə uyğun olaraq zəruri ilkin şərt kimi iddianın mümkünlüyünü yoxlamış, iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olmadığını aşkar etmişdir ki, İPM-nin 35.1-ci maddəsinin və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 1.1-1.5-ci bəndlərinin də tələbləri baxımından iddianın mümkün hesab edilməməsi barədə qərara gəlmişdir. Qeyd olunan maddə və bəndlərin mahiyyətindən aydın olur ki, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. (35.1-ci maddə) İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (1.1 - 1.5-ci bəndlər) Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər Maddə. 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və İPM-nin 23, 35, 45, 38, 81, 83 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı1, İddiaçı5, İddiaçı8, İddiaçı3, İddiaçı4 və İddiaçı6 cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakmiyyətinə qarşı X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qərarda aparılan qeydin etibarsız hesab edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar