Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3289/2025 17.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğvi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), məhkəmə iclasından kənar qaydada baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 03 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2- 107930/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının dəyişdirilməsi və artıq hesablanmış 5222.36 (beş min iki yüz iyirmi iki manat otuz altı qəpik) manat vergi məbləğinin tam şəkildə azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə elektron kabinet üzərindən təqdim etdiyi iddia tələbinin dəqiqləşməsi barədə ərizəsində 03 sentyabr 2024-cü il tarixli, 3-21-2- 3/2-107930/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi və artıq hesablanmış 5222.36 (beş min iki yüz iyirmi iki manat otuz altı qəpik) manat vergi məbləğinin tam şəkildə azaldılması barədə qərar qəbul edilməsini xahiş etmiş, iddia tələbinin dəəəqiqləşməsi icraata qəbul edilmişdir. Cavabdeh orqan xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə təqdim etdiyi vəsatətdə hazıkı işin məhkəmənin icraatında olan e-2-1(112)-3025/2025 saylı işin icraatına birləşdirilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı tərəf vəsatətində bildirmişdir ki, İddiaçı tərəfindən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 23 avqust 2024-cü il tarixli, 3-21-2-3/2-82520/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Halhazırda e-2-1(112)-13873/2024 nömrəli inzibati iş iş üzrə icraat Bakı İnzibati Məhkəməsində davam etdirilir. Eyni zamanda İddiaçı tərəfindən Cavabdehin 03 sentyabr 2024-cü il tarixli, 3-21-2-3/2-107930/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə və 03 oktyabr 2024-cü il tarixli, 3-21-2-3/2-168269/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarlarının ləğv edilməsinə dair iddia ərizələri ilə də Bakı İnzibati Məhkəməsinə müraciət olunmuşdur. Belə ki, eyni hüquqi və faktiki hallara əsaslanan e-2-1(112)-14287/2024 və e-2-1(112)- 3775/2025 nömrəli inzibati işlər də məhkəmənin icraatındadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 56-cı maddəsinə əsasən, məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 1.2-ci bəndinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 43-cü maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Birbiri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, e-2-1(112)-13873/2024, e-2- 1(112)- 14287/2024 və e-2-1(112)-3775/2025 nömrəli inzibati işlərin bir icraatda birləşdirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə təqdim edilmiş vəsatətləri və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı iş üzrə icraat məhkəmənin icraatında olan e-2-1(112)-3025/2025 saylı inzibati işlə birləşdirilməlidir. İşdən görünür ki, iddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin 23 avqust 2023-cü il tarixli, 3-21-2-3/2-82520/2024 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iş № e-2-1(112)-3025/2025) Məhkəmə qeyd edir ki, mübahisə eyni tərəflər arasında olmaqla qeyd edilən işlərin faktiki və hüquqi əsasları oxşar olduğundan, vahid qərar qəbul edilməsi məqsədilə hazırkı e-2-1(112)-3289/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı e-2-1(112)-3025/2025 nömrəli işlə inzibati iş üzrə icraata birləşdirilməlidir. İnzibati-Prosessual Məcəllənin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Həmin Məcəllənin 56.2-ci maddəsinə əsasən məhkəmə birgə baxılan bir neçə tələb üzrə icraatı ayrı-ayrı müstəqil icraata ayırmağa və hər bir tələbə dair ayrıca qərar qəbul etməyə haqlıdır. 56.3. Məhkəmə müstəqil işlər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması barədə qərardad qəbul edir. İnzibati-Prosessual Məcəllənin 83.3.4-cü maddəsinə əsasən müstəqil işlər və ya hüquqi tələblər üzrə icraatın bir icraatda birləşdirilməsi və ya bir icraatın müstəqil işlər üzrə icraata ayrılması haqqında məhkəmə qərardadlarından müstəqil qaydada şikayət verilə bilməz. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatətlər təmin edilsin. Hazırkı e-2-1(112)-3289/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatı Bakı İnzibati Məhkəməsinin icraatında olan e-2-1(112)-3025/2025 nömrəli inzibati iş üzrə məhkəmə icraatına birləşdirilsin. Qərardaddan müstəqil qaydada şikayət verilə bilməz. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3289/2025
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3289/2025
17.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver