Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-329/2023 31.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “silinmiş məbləğin artıq ödəmə kimi şəxsi hesab vərəqəsində bərpa edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:
1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmiyyətin bank hesabından dövlət büdcəsinə silinmiş 25505 manat ödənişin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi bununla əsaslandırılmışdır ki, “AER Company" QSC-nin şəxsi hesab vərəqəsində xx.xx.2014-cü il tarixdə kameral vergi yoxlaması nəticəsində hesablanmış 25505 manat vergi borcu mövcud olmuşdur. Həmin borc üzrə 5 illik tələbetmə müddəti bitdikdən sonra silinməsi ilə bağlı vergi orqanına dəfələrlə müraciət edilsə də, hər hansı müsbət nəticə əldə edilməmişdir. Daha sonra "xxxx" QSC-nin (VÖEN **********) "xxxx" MMC-yə (**********) birləşdirilməsi nəticəsində qeyd olunan 25505 manat borc məbləği xx.xx.2020-ci il tarixdə "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə transfer edilmişdir. Bundan sonra, cavabdeh vergi orqanı cəmiyyətin bank hesabına alınma sərəncamı qoyaraq 25505 manat məbləğində pul vəsaitinin bank hesabından dövlət büdcəsinə silinməsini həyata keçirmişdir. Halbuki, həmin vergi borcu üzrə tələbetmə müddəti ötmüşdü və cavabdeh vergi orqanı həmin vergi borcunu ümdisiz borc qismində silməli idi. "xxxx" MMC-nin şəxsi hesab vərəqəsindən silinmiş 25505 manat ödənişin artıq ödəmə qismində bərpa edilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdeh vergi orqanına müraciət edilsə də, müraciət təmin edilməmişdir.
3. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizələr təqdim edərək, son olaraq iddia tələbinin “cəmiyyət tərəfindən həyata keçirilmiş və tələbetmə müddəti ötmüş maliyyə sanksiyası kimi borca silinmiş 22192.95 manat məbləğində ödənişin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbinin dəyişdirilməsi barədə ərizə bununla əsaslandırılmışdır ki, "xxxx" QSC-nin faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2015-ci il tarixə 14394.54 manat artıq ödəmə, xx.xx.2014-cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811.62 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811.52 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 466 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 1320.6 manat, qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə edilmiş 12680.98 manat ödənişlər, eləcə də xx.xx.2015-ci il tarixdə 2015-ci ilin may ayı üzrə 3633 manat, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin iyun ayı üzrə 610.75 manat, qoşulma prosesindən sonra isə xx.xx.2020-ci il tarixdə 2020-ci ilin may ayı üzrə 6333.26 manat azalma yuxarıda qeyd olunan 25505 manat maliyyə sanksiyasından silinmiş, nəticədə 25505 manat maliyyə sanksiyası üzrə hər hansı borc məbləği qalmamışdır. Qeyd olunan ödənişlərin bir qisminin 25505 manat maliyyə sanksiyasına silinməsi ilə razılaşılsa da, digər ödənişlərin və azalmaların həmin maliyyə sanksiyasına aid edilməsi qanunsuz olmuşdur. İlk öncə xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14394.54 manat artıq ödəmənin 25505 manat maliyyə sanksiyası üzrə borc ilə əvəzləşməsinə münasibətdə bildirilir ki, faiz hesablanması məqsədləri üçün şəxsi hesab vərəqəsində 25505 manat maliyyə sanksiyasından öncə 14394.54 manat artıq ödəmənin görsənməsinə baxmayaraq, yazılma tarixi üzrə şəxsi hesab vərəqəsində maliyyə sanksiyasının hesablandığı xx.xx.2014-cü il tarixdə cəmiyyətin 48.03 manat borcunun olduğu görsənir ki, bu da xx.xx.2015-ci il tarixdə (hesablamadan 7 ay əvvəlki tarixə olan) artıq ödəmənin xx.xx.2014-cü il tarixdə tətbiq edilmiş maliyyə sanksiyası üzrə borcla əvəzləşməsinin qanunsuz olduğunu göstərir. Daha sonra, xx.xx.2015-ci il tarixdə 2015-ci ilin may ayı üzrə təqdim edilmiş bəyannamə nəticəsində şəxsi hesab vərəqəsində yaranmış 3633 manat azalma məbləği maliyyə sanksiyası üzrə qalıq borcdan silindiyi halda, xx.xx.2015-ci il tarixdə kameral vergi yoxlaması nəticəsində həmin dövr üzrə azaldılmış vergi məbləğinin 291.47 manat hissəsi bərpa edilsə də, bərpa edilmiş məbləğ maliyyə sanksiyası üzrə borca deyil, vergilər üzrə borc qrafasına bərpa edilmişdir. Halbuki, silinmə maliyyə sanksiyası üzrə borcdan həyata keçirildiyinə görə, bərpa da maliyyə sanksiyası üzrə borca olmalı idi. Yuxarıdakı paraqrafda qeyd olunan səhv xx.xx.2015-ci il tarixdə 2015-ci ilin iyun ayı üzrə 610.75 manat azalma əməliyyatı zamanı da təkrarlanmışdır. Belə ki, azaldılmış vergi məbləğinin 321.59 manat hissəsi xx.xx.2015-ci il tarixdə kameral vergi yoxlaması nəticəsində əsassız hesab edilərək bərpa edilsə də, qeyd olunan məbləğ düzgün olmayaraq vergi borcu hissəsinə əlavə edilmişdir. Qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə 2020-ci ilin may ayı üzrə verilmiş dəqiqləşdirilmiş vergi bəyannaməsi nəticəsində şəxsi hesab vərəqəsində yaranmış 6333.26 manat azalma 25505 manat maliyyə sanksiyası üzrə qalıq borca silinmişdir. Halbuki, yazılma tarixi üzrə şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixdə cəmiyyətin vergilər üzrə 1.098.921,70 manat borcu mövcud olmuşdur ki, bu da azaldılmış 6333.26 manat vergi məbləğinin maliyyə sanksiyası üzrə borcdan silinməsini istisna edir. Qoşulma prosesindən sonra xx.xx.2020-ci il tarixdə edilmiş və maliyyə sanksiyası üzrə qalıq borca aid edilmiş 12680.98 manat ödənişə münasibətdə, həmin ödəniş edildiyi zaman 25505 manat maliyyə sanksiyası üzrə qalıq borcun 5 illik tələbetmə müddəti ötdüyündən, həmin ödəniş xx.xx.2020-ci il tarixdə şəxsi hesab vərəqəsində tələbetmə müddəti ötməmiş digər borclara aid edilməli idi. Belə ki, xx.xx.2014-cü il tarixdə tətbiq edilmiş 25505.0 manat maliyyə sanksiyası üzrə tələbetmə müddəti xx.xx.2019-cu il tarixdə bitdiyi halda, şəxsi hesab vərəqəsindən ümidsiz borc kimi silinməmiş və xx.xx.2020-ci il tarixdə edilmiş ödəniş düzgün olmayaraq həmin borca aid edilmişdir. Göründüyü kimi, xx.xx.2014-cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 811.62 manat, xx.xx.2014-cü il tarixdə edilmiş 211.49 manat, xx.xx.2014- cü il tarixdə edilmiş 146.09 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 173.66 manat, xx.xx.2015-ci il tarixdə edilmiş 1320.60 manat ödənişlərin, xx.xx.2015-ci il tarixdə 504.81 manat, xx.xx.2015-ci il tarixdə 610.75 manat azalmaların maliyyə sanksiyası üzrə borca silinməsi qanuni olsa da, xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14394.54 manat artıq ödəmənin, xx.xx.2020-ci il tarixli 6333.26 manat azalmanın və xx.xx.2020-ci il tarixli 12680.98 manat ödənişin maliyyə sanksiyası üzrə borcun qalıq hissəsinə silinməsi və ƏDV bəyannamələri üzrə azaldılmış vergi məbləğlərinin kameral vergi yoxlamaları nəticəsində bərpa edilmiş 613.06 manat hissəsinin vergi borcları üzrə sətrə əlavə edilməsi qanunsuz olmuşdur.
5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir.
6. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixdə iddiaya yazılı etirazı məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, "xxxx" QSC-yə 25 505,00 manat maliyyə sanksiyası tətbiq edildikdən sonra şəxsi hesab vərəqəsində 11110,46 manat borcu yaranmışdır. Maliyyə sanksiyası tətbiq edilməmişdən qabaq Cəmiyyətin şəxsi hesab vərəqəsində 14 394,54 manat artıq ödəməsi mövcud olmuşdur. "xxxx" QSC ləğv olunmamışdan əvvəl şəxsi hesab vərəqəsinə əsasən 3 925,11 manat ləğv edilmiş (ödəniş və ya azalma ilə) və 7 185,00 manat maliyyə sanksiyası İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə işlənmişdir. Göründüyü kimi, heç də iddia ərizəsində qeyd olunduğu kimi 25 505 manat məbləğin tələbetmə müddəti ötürülməmişdir. İddiaçı heç bir əsas olmadan qeyd olunan məbləğin tələbetmə müddətinin keçdiyini iddia edərək dövlət büdcəsinə ödənilmiş olan maliyyə sanksiyasını geri almaq istəmiş və beləliklə, qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin icrasından boyun qaçırmağa çalışmışdır.
7. Cavabdeh xx.xx.2022-ci il tarixdə isə etiraza əlavə təqdim edərək bildirmişdir ki, cəmiyyətdə aparılmış səyyar vergi yoxlaması nəticəsində qəbul edilmiş "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2014-cü il tarixli **********26992 nomrəli qərara əsasən 25505,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 88.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə maliyyə sanksiyası üzrə məbləğdən 7325,35 manat borc qalmış və həmin məbləğ "xxxx" MMC-nin (VOEN: **********) şəxsi hesab vərəqəsinə keçirilmişdir. Belə ki, "xxxx" QSC-nin faiz hesablanması üçün şəxsi hesab vərəqəsindən göründüyü kimi faiz hesablanmayan qrafaya əsasən birləşmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə 7325,35 manat maliyyə sanksiyasından borcu qalmışdır. Həmin borc isə yeni yaranmış İddiaçı MMC-nin şəxsi vərəqəsinə keçirilmişdir. Belə olan halda vergi ödəyicisi tərəfindən qeyd olunan ödənişlərin 22192,95 manat hissəsinin maliyyə sanksiyası üzrə vaxtı keçmiş borc məbləğinə silinməsinə dair iddiası əsassızdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
10. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır, çünki iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur, habelə iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh imtina etdikdən sonra məhkəməyə müraciət etmişdir.
11. İddianın əsaslılığına gəldikdə isə məhkəmə qeyd edir ki, iş materiallarında olan Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsinin xx.xx.2020-ci il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarından görünür ki, "xxxx" QSC-də (VÖEN; **********) cari bəyannamələr ilə 2016-cı il üzrə 9888,93 manat və 2017-ci il üzrə 7416,70 manat əmlak vergisi, eləcə də, kameral yoxlama ilə hesablanmış, 2016-cı ilin iyul-noyabr ayları üzrə 282,71 manat əlavə dəyər vergisi və 2015-ci il üzrə 4217,35 manat əmlak vergisi olmaqla, ümumilikdə, xeyli miqdar təşkil edən, 21805,6 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Həmin fakt üzrə 03 dekabr 2018-ci il tarixdə Baş İdarənin istintaq və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, kiçik ədliyyə müşaviri X3 tərəfindən Azərbaycan Respublikası CM-nin 213,1 -ci maddəsilə cinayət işi başlanmış, İcraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır... Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının xx.xx.2019-cu il tarixli, 2019-cu il tarixli, ********** saylı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdə "xxxx" QSC-nin yenidən təşkil olunaraq İddiaçı MMC-yə qoşulması barədə cəmiyyətin səhmdarlarının ümumi yığıncağı tərəfindən qəbul edilmiş qərarla əlaqədar olaraq qiymətli kağızların dövlət reyestrində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvafiq qeydlər aparılmışdır. Kommersiya qurumunun Dövlət Reyestrindən xx.xx.2019-cu il, **********841000 nömrəli çıxarışından görünür ki, "xxxx" QSC "xxxx" MMC-nə (VÖEN: **********) qoşulmuş və yenidən təşkil edilmiş "xxxx" MMC “AER Company" QSC-nin hüquqi varisidir. İstintaq zamanı müəyyən edilmişdir ki, "xxxx" QSC "AER Company Qrup” MMC-nə qoşulmuş və yenidən təşkil edilmiş "xxxx" MMC "xxxx" QSC-nin hüquqi varisidir, "xxxx" QSC-nin hüquqi sənədləri və möhürü ləğv edilməsi üçün xx.xx.2019-cu il tarixdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə təhvil verilmiş, “AER Company" QSC-nin bütün öhdəlikləri və borcları yenidən təşkil edilən "xxxx" MMC-yə ötürülmüş və vergilər nazirinin xx.xx.2014-cü il tarixli, **********162000 nömrəli əmri iiə təsdiq edilmiş “Dövlət vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının və vergi ödəyicilərinin uçotunun ləğv edilməsi Qaydaları”nn tələblərinə əsasən müəssisələrin şəxsi hesab vərəqələrinin birləşdirilməsi ilə "xxxx" QSC-nin İddiaçı MMC-nə birləşdirilməsi prosesi başa çatacaq. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixil, **********882700 nömrəli məktubundan görünür ki, şəxsi hesab vərəqələrinin birləşdirilməsi üçün "xxxx" QSC-nin şəxsi hesab vərəqəsi Bakı şəhəri Lokal Gəlrlər Baş İdarəsinə göndərilmişdir. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan AER Company Qrup” MMC-nın xx.xx.2020-ci il tarixli şəxsi hesab vərəqəsindən görünür ki, cəmiyyətin həmin tarixə 20721,77 manat artıq ödəməsi olmuş, hər iki müəssisənin şəxsi hesab vərəqələrinin birləşdirilməsi nəticəsində "xxxx" QSC-nin 21805,69 manat məbləğində vergi borcunun 20721,77 manat olan hissəsi "xxxx" MMC-nin artıq ödəmə hesabına ödənilmişdir.
12. Cavabdehin xx.xx.2022-ci il tarixli **********150300 saylı məktubundan görünür ki, cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən 25505,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi Məcəlləsinin 88.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla xx.xx.2020-ci il tarixə qeyd edilən maliyyə sanksiyası məbləğindən 7325,35 manat borc qalmış və həmin məbləğ "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilmişdir. Şəxsi hesab vərəqələri birləşdirilərkən ləğv edilən “AER Company " QSC-nin (VÖEN **********) 8657,48 manat faiz borcu "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə faiz borcu kimi deyil, maliyyə sanksiyası kimi keçirilmişdir.
13. Beləliklə, işin istinad olunan hallarından müəyyən olunur ki, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən "xxxx" QSC-yə 25505,0 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
14. İşdə olan "xxxx" QSC-yə məxsus faiz hesablanması üçün şəxsi hesab vərəqəsindən məlum olur ki, həmin maliyyə sanksiyasından ödənişlər edilmiş və xx.xx.2016-cı il tarixə 7185,35 manat maliyyə sanksiyası borcu qalmışdır. xx.xx.2016-cı il tarixdə hüquqi şəxsin əmlak vergisi ilə bağlı hesabatı təqdim etməməsinə görə "xxxx" QSC-yə 40 manat maliyyə sanksiyası tətbiq edilmiş, nəticədə "xxxx" QSC-nin xx.xx.2016cı il tarixə cəmi 7225,35 manat maliyyə sanksiyası üzrə borcu olmuşdur. xx.xx.2019-cu il tarixdə "xxxx" QSC-yə aktivlər barədə məlumatın təqdim edilməməsinə görə 100 manat maliyyə sanksiyası tətbiq edilmiş, nəticədə QSC-nin xx.xx.2019-cu il tarixə cəmi 7325,35 manat ödənilməmiş maliyyə sanksiyası üzrə borcu qalmışdır.
15. İşdən görünür ki, xx.xx.2017-ci il tarixdə "xxxx" QSC-nin yenidən təşkil olunaraq İddiaçı MMC-yə qoşulması barədə cəmiyyətin səhmdarlarının ümumi yığıncağı tərəfindən qərar qəbul edilmiş, xx.xx.2020-ci il tarixdə hər iki müəssisənin şəxsi hesab vərəqələri birləşdirilmişdir.
16. İşdə olan İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən görünür ki, onun xx.xx.2020-ci il tarixə 20721,77 manat artıq ödəməsi olmuş, şəxsi hesab vərəqələrinin birləşdirilməsi nəticəsində "xxxx" QSC-nin 21818,21 manat mənfəət vergisi, 7325,35 manat maliyyə sanksiyası və 8657,48 manat faiz üzrə borcu İddiaçı MMC-nin şəxsi hesab vərəqəsinə keçirilməsi nəticəsində həmin borc artıq ödəmə hesabına silinmiş və nəticədə onun xx.xx.2020-ci il tarixə 27079,27 manat vergi borcu yaranmışdır.
17. İddaçı hazırda "xxxx" QSC-yə hesablanmış 25505,0 manat maliyyə sanksiyasından 22192.95 manat hissəsinin tələbetmə müddətinin ötməsi və əsassız əvəzləşdirmə aparılması ilə bağlı şəxsin hesab vərəqəsinə artıq ödəmə kimi bərpa edilməsini xahiş edir.
18. Məsələnin araşdırılması məqsədilə iş üzrə məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir.
19. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/9223 saylı ekspert rəyində göstərilmişdir ki, "xxxx" QSC-nin ümumilikdə 47801,04 manat məbləğində vergi borcu (əsas vergi borcu 31818,21 manat, faiz borcu 8657,48 manat və maliyyə sanksiyası 7325,35 manat olmaqla) "AER Company Qrup” MMC-nin şəxsi hesab vərəqəsinə köçürülmüşdür. Həmin köçürülmüş məbləğin təqdim edilmiş iş materiallarında olan "xxxx" QSC-nin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2020-ci il tarixə yaranmış borcu olmuşdur. Eyni zamanda “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərarla "xxxx" QSC-yə hesablanmış 25505 manat maliyyə sanksiyasından 7325,35 manat məbləğ maliyyə sanksiyası kimi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə köçürülmüşdür. Həmçinin "xxxx" QSC və "xxxx" MMC tərəfindən “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərarla ayrı ayrı tarixlərdə edilmiş ödənişlərin ümumilikdə məbləği 25505,00 manat məbləğində olmuşdur. Yəni, həmin qərarla hesablanılmış maliyyə sanksiyasının bütün məbləği ödənilmişdir. Həmçinin qeyd edilir ki, Vergi Məcəlləsinin 85.4. və 88.1. maddələrinin tələblərinə, iş materiallarında olan şəxsi hesab vərəqəsi və digər vərəqələrə əsasən həmin ödənişlərin 7325,35 manat məbləğində olan maliyyə sanksiyası üzrə hissəsi düzgün silinməmişdir.
20. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85-ci madəsinə əsasən: - maddə 85.1. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergilərin müəyyən edilmiş ödənilmə müddətinin dəyişdirilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. - maddə 5.2. Vergilərin (o cümlədən cari vergi ödəmələrinin) ödənilmə müddətlərinin pozulmasına görə vergi ödəyicisi bu Məcəllə ilə müəyyən edilmiş qaydada və şərtlərlə faiz ödəyir. - maddə 85.3. Vergilərin ödənilməsi müddəti təqvim tarixi ilə və ya illərlə, rüblərlə, aylarla, dekadalarla, həftələrlə və günlərlə hesablanan dövrün qurtarması ilə, habelə baş verməli hadisə və yaxud edilməli olan hərəkət göstərilməklə müəyyən olunur. - maddə 85.4. Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. - maddə 85.5. Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir Həmin Məcəllənin 93.1-ci maddəsinə müvafiq olaraq vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən aşağıdakı hallarda silinir: - 93.1.1. bu Məcəllədə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda; -93.1.2. bu Məcəllədə müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə. - 93.1.3. qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təmin edilmiş vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) dövlət büdcəsinə alınması barədə məhkəmə qərarının qüvvəyə mindiyi tarixdən 5 illik müddət keçdikdə.
21. İstinad olunan maddənin tələblərindən görünür ki, Vergi Məcəlləsində müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə ümidsiz borclar vergi orqanları tərəfindən silinir.
22. Bundan əlavə, «Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında» Azərbaycan Respublikasının 30 dekabr 2016cı il tarixli 474-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən, vergi ödəyicilərinin vergilərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hesablanmış faizlər üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergi orqanları tərəfindən Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir. Həmin Qanunun 2.2-ci maddəsinə görə həmin Qanunun 2.1-ci maddəsi nəzərə alınmaqla, vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar zamanı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir: 2.2.1. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir; 2.2.2. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar – fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir; 2.2.3. vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-mart ayları ərzində həmin maliyyə sanksiyalarının 70 faizi ödənildikdə – maliyyə sanksiyalarının ödənilməmiş 30 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir.
23. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» 12 yanvar 2011-ci il tarixli qərarına əsasən, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir… Vergi ödəyiciləri tərəfindən vergi öhdəlikləri Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətlərdə yerinə yetirilmədikdə, yaranmış borcların, habelə həmin öhdəliyin yerinə yetirilməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi Vergi Məcəlləsində vergi orqanlarına bir sıra hüquqlar verilmişdir. Həmin hüquqlara müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək, vergi ödəyicisinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş sənədi) olan sərəncam vermək, qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin əmlakının siyahıya alınması üçün tədbirlər görmək və sair daxildir (Vergi Məcəlləsinin 23.1.6 – 23.1.8-ci maddələri). Lakin, vergi qanunvericiliyi vergi orqanlarının həmin hüquqların həyata keçirilməsini müəyyən müddətlə məhdudlaşdırmışdır. Vergi orqanları Vergi Məcəlləsinin 85.4-cü maddəsində göstərilən 5 illik müddət ərzində Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlardan istifadə edərək, vergi ödəyiciləri tərəfindən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etməlidir. Bu müddət bitdikdən sonra isə vergi ödəyicisinə hər hansı məcburiyyət tədbiri tətbiq edilə bilməz. Başqa sözlə, qanunverici yalnız bir halda – vergi orqanı 5 illik müddət ərzində ona verilmiş hüquqlardan istifadə edərək borcun ödənilməsi istiqamətində tədbir görmədikdə, həmin borcun ümidsiz borc kimi silinməsini nəzərdə tutur.
24. Beləliklə, istinad olunan normalardan görünür ki, vergi orqanı verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan 5 il ərzində tutmaq hüququna malikdir. Bu müddət qurtardıqdan sonra həmin məbləğ vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən ümidsiz borc kimi silinməlidir.
25. Lakin işin yuxarıda istinad olunan mübahisəsiz hallarından (cavabdeh özü də bu halı qəbul etmişdir) məlum olur ki, cavabdeh xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən "xxxx" QSC-yə tətbiq edilən 25505,0 manat maliyyə sanksiyasının 7185,35 manat hissəsini 5 il keçdikdən sonra, yəni xx.xx.2019-cu ildə silməmiş, xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirmiş, daha sonra isə artıq ödəmə və ödənişlər hesabına silmişdir.
26. Buna görə də məhkəmə hesab edir ki, həmin məbləğin, yəni xx.xx.2014-cü il tarixli **********26992 nömrəli qərara əsasən "xxxx" QSC-yə tətbiq edilən 25505,0 manat maliyyə sanksiyasının tələbetmə müddəti bitməsinə baxmayaraq ödənişlər hesabına silinmiş 7185,35 manat hissəsinin onun hüquqi varisi "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində artıq ödəmə kimi bərpa edilməsi hissəsində iddia tələbi əsaslıdır.
27. Həm cavabdehin iddiaya etirazında, həm də ekspert rəyində göstərilən, "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilən 7325,35 manat maliyyə sanksiyasının 140 manat hissəsinə gəldikdə, qeyd edilməlidir ki, "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən görünür ki, həmin 140 manat maliyyə sanksiyasının 40 manat hissəsi xx.xx.2016-cı il tarixdə hüquqi şəxsin əmlak vergisi ilə bağlı hesabatı təqdim etməməsinə görə, 100 manat hissəsi isə xx.xx.2019-cu il tarixdə aktivlər barədə məlumatın təqdim edilməməsinə görə tətbiq edilmiş maliyyə sanksiyası olmuş və silinmə aparılarkən həmin məbləğ üzrə tələbetmə müddəti keçməmişdir.
28. İddiaçının tələbində göstərdiyi xx.xx.2015-ci il tarixdə mövcud olmuş 14394.54 manat artıq ödəmənin 25505 manat maliyyə sanksiyası üzrə borc ilə əvəzləşdirilməsinin qanunsuz olmasına gəldikdə məhkəmə qeyd edir ki, yuxarıda göstərildiyi kimi Vergi Məcəlləsinin 85-ci maddəsi vergi orqanı ilə bağlı hesablanmış vergi borcunun 5 il ərzində tutulması hüququnu müəyyən etməklə yanaşı, vergi ödəyicilərinə də vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılması və ya əvəzləşdirilməsini isə vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tələb etmək hüququ vermişdir. Yəni xx.xx.2015-ci ildə vergi orqanının əvəzləşdirmə aparması və bu əvəzləşdirilmənin düzgün olmadığı güman edilsə belə, tələbetmə müddəti keçdiyindən iddiaçı hazırda (5 il keçdikdən sonra) həmin məbləğin şəxsi hesab vərəqəsinə bərpa edilməsini tələb edə bilməz.
29. xx.xx.2020-ci il tarixli 6333.26 manat azalmanın və xx.xx.2020-ci il tarixli 12680.98 manat ödənişin 2014-cü ildə hesablanmış 25505,0 manat maliyyə sanksiyası üzrə borcun qalıq hissəsinə silinməsinə gəldikdə, həm iş materialları, həm də ekspert rəyi ilə müəyyən edilir ki, həmin maliyyə sanksiyasında cəmi 7185,35 manat hissəsi xx.xx.2020-ci il tarixə mövcud olmuş və "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilmişdir. Buna görə də həmin məbləğlər "xxxx" QSC-nin xx.xx.2014-cü il tarixli vergi borcu üzrə deyil, digər vergi borcları ilə bağlı silindiyindən və həmin borclara dair tələbemə müddətinin keçməsi iş üzrə müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia qalan hissədə təmin edilməməlidir.
30. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia qismən təmin edilsin. "xxxx" QSC-nin şəxsi hesab vərəqəsindən "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinə keçirilən tələbetmə müddəti ötmüş maliyyə sanksiyası borcuna silinmiş 7185,35 manat məbləğində ödənişin iddiaçı "xxxx" MMC-nin şəxsi hesab vərəqəsində artıq ödəmə qismində bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə 200 (iki yüz) manat məhkəmə ekspertizası xərcinin 140 manat hissəsi iddiaçı "xxxx" MMC-dən, 60 manat hissəsi isə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən tutularaq dövlət büdcəsinə (X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22) ödənilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Səlma Salahova