Məhkəmə qərarları › İş №e-2-1(112)-3290/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3290/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3290/2022 08.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9788 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********766 saylı Qərarı əsasında operativ nəzarət tədbiri həyata keçirilmişdir. Tədbir nəticəsində xx.xx.2021-ci il tarixli DVX 005449 nömrəli akt tərtib olunmuş və xx.xx.2021ci il tarixli **********9788 saylı “Vergi ödeyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul olunmuşdur. Vergi orqanlarının səyyar və kameral vergi yoxlamalarından fərqli olaraq, operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarəti həyata keçirmək hüququ vardır. Eyni zamanda, tərtib olunan aktda malların digər vergi ödəyicilərinə satıldığı qeyd olunsa da, bu məlumat tamamilə yanlışdır və mallar NKA vasitəsilə vətəndaşlara satılmışdır. Bununla yanaşı, hər hansı malın (işin,xidmətin) hansı həcmdə satışının topdan satış qaydasında olması meyarları qanunvericilikdə müəyyən edilməmişdir. Bu səbəbdən vergi orqanları tərəfindən öz subyektiv yanaşması ilə aparılan əməliyyatın ehtimal üzərində topdansatış qaydasında həyata keçirildiyinə görə maliyyə sanksiyasının tətbiq olunması qanunauyğun deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, uçot-baza məlumatlarına əsasən İddiaçı MMC-nin xx.xx.2021 -ci il tarixindən “İxtisaslaşdırılmamış topdansatış” (əsas) və “Geniş çeşidli malların topdan satışı üzrə agentlik” fəaliyyəti üçün vergi ödəyicisi kimi uçota alındığı, 01,03.2021-ci il tarixində “Saxlama və anbarlara yığma” fəaliyyəti üçün ilk obyekt qeydiyyatı (sahəsi 80 kv metr) barədə ərizə ilə müraciət etdiyi, xx.xx.2021-ci il tarixində “İxtisaslaşdırılmamış geniş çeşiddə olan malların topdan satışı” və “Sənaye mallarının pərakəndə satışı” fəaliyyəti üçün ikinci obyekt qeydiyyatı (sahəsi 50 kv metr) barədə ərizə ilə müraciət etdiyi, xx.xx.2021-ci il tarixində “Digər qruplara daxil edilməyən ixtisaslaşdırılmamış topdansatış” fəaliyyəti üçün ilk kassa aparatını qeydiyyata qoyduğu, xx.xx.2021-ci il tarixində “Sənaye mallarının topdan satışı” fəaliyyəti üçün üçüncü obyekt qeydiyyatı (sahəsi 120 kv metr) barədə ərizə ilə müraciət etdiyi müəyyən olunur. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin (bundan sonra - Baş idarə) “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7066, **********7067 və **********7068 nömrəli qərarları əsasında İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi oblektlərdə “Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı 428951,30 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005449 nömrəli akt tərtib edilmiş, həmin akt İddiaçı MMC-nin rəhbəri Nümayəndə tərəfindən imzalanmış və aktın bir nüsxəsi ona təqdim edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı İddiaçı MMC-nin rəhbəri Nümayəndə xx.xx.2021-ci il tarixli arayışda malların 10 % ticarət əlavəsi və ƏDV tətbiq etməklə topdan qaydada satıldığını, eyni tarixli izahatında elektron qaimə-faktura tətbiq etmədən malların satıldığını etiraf etmişdir. Tərtib edilmiş akt əsasında Baş İdarənin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9788 nömrəli qərarı ilə İddiaçı MMC-yə 42895,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar və “Vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin ödənilməsi, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə” Tələbnamə Baş İdarənin xx.xx.2021-ci il tarixli **********712000 nömrəli məktubu ilə İddiaçı MMC-nin qeydiyyatı haqqında sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvana və elektron qutuya göndərilmiş, məktub poçtdan geri qayıtmamış, elektron qutuda isə xx.xx.2021-ci il tarixdə saat 13:20-də oxunmuşdur, (elektron qutuda oxunmanı təsdiq edən sənəd qoşmaya əlavə edilib) Həmçinin Baş İdarənin xx.xx.2021-ci il tarixli **********8673, **********8675 və **********8674 nömrəli "xxxx" qərarları əsasında MMC-nin hər üç obyektində xx.xx.2021xx.xx.2021 tarix aralığında (beş gün) xronometraj metodu ilə müşahidə aparılmışdır. Xronometraj metodu ilə aparılan müşahidənin nəticəsi müvafiq aktlar (DVX000747, DVX000734, DVX000735, DVX000736, DVX000737, DVX000746, DVX000730, DVX000731, DVX000732, DVX000733, DVX000744, DVX000745, DVX000727, DVX000726, DVX000728, DVX000729, DVX000742 və DVX000743 nömrəli) ilə rəsmiləşdirilmişdir. Qeyd olunan aktlardan müəyyən olunur ki, MMC-də keçirilən xronometraj metodu ilə müşahidə zamanı 5 günlük dövr ərzində pərakəndə qaydada mal təqdim edilməmişdir. Yalnız xx.xx.2021-ci il tarixində 13944,41 manat satış dövriyyəsi olmuşdur ki, onu da topdan qaydada (elektron qaimə-faktura təqdim etməklə) həyata keçirmişdir, (aktlar qoşmaya əlavə edilib) Beləliklə, MMC-nin rəhbərinin izahatından və xronometraj metodu ilə müşahidənin nəticəsindən müəyyən olunur ki, vergi ödəyicisi malları yalnız topdan qaydada digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etmədən satmışdır. Həmçinin vergi ödəyicisi tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarix aralığında 632819,90 manat (ƏDV-siz) gömrük dəyəri ilə mal idxal edildiyi, elektron qaimə faktura tətbiq olunmaqla 11965,45 manat (ƏDV-siz) dəyərində malların (iş, xidmət) alındığı, həmin dövrdə vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrinə əsasən təqdim edilmiş malların dəyərinin 490071,52 manat (ƏDV-siz) olduğu, cəmi 279922,26 manat (ƏDV-siz) məbləğində malların elektron qaimə-faktura əsasında təqdim edildiyi və operativ vergi nəzarəti zamanı mal qalığının 45932,60 manat olduğu, qeyd olunan dövr ərzində ümumilikdə 193 çek üzrə 249579,62 manat nəzarət-kassa aparatına mədaxil olunduğu (1 çek üzrə orta hesabla 1293,15 manat), çeklərin günün eyni vaxtlarında və qısa vaxt aralığında kassaya vurulması halları aşkar olunmuşdur. Beləliklə, qeyd olunan hallar üzrə malların fiziki şəxslərə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsidir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “vergi orqanının operativ vergi nəzarəti tədbiri zamanı yalnız nəzarət tədbiri keçirilən vaxtda Məcəllənin 50.1.1-50.1.14-cü maddələrində əks olunan məsələlərə əməl olunub-olunmamasına nəzarəti həyata keçirmək hüququ vardır”. Bununla bağlı qeyd edilir ki, Vergi Məcəlləsinin 50.1-ci maddəsinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin tələblərinin (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) pozulması anından 3 il (xaricdə əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu hallarda həmin gəlirlər üzrə 5 il, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq təyin edilən vergi yoxlamalarında isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə müvafiq olaraq cinayət məsuliyyətinə cəlb etmə müddəti) keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz. Yuxarıda qeyd olunan maddədən aydın olur ki, vergi orqanı Vergi Məcəlləsinin tələblərinin pozulması anından 3 il ərzində vergi ödəyicisini həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən topdansatış - şəxsi, ailə, məişət və digər bu kimi istehlak təyinatı istisna olmaqla, sahibkarlıq fəaliyyəti məqsədi ilə malların satışını həyata keçirən ticarət fəaliyyəti, pərakəndə satış - bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyətidir. Eyni zamanda həmin Qaydaların 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin 1-ci bəndinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək, bu Məcəllə və qanunlarla müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək vergi ödəyicisinin vəzifəsidir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış - malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 13.2.63-ci maddəsinə görə topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada operativ vergi nəzarətini keçirmək hüququ vardır. Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə, vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilmişdir ki, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.2-ci və 48-ci maddələrini rəhbər tutaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş İnternet Vergi İdarəsi kommersiya qurumlarının dövlət reyestri məlumatlarından çıxarışdan görünür ki, İddiaçı MMC-nin dövət qeydiyyatına alındığı tarix xx.xx.2021-ci il, qanuni təmsilçi Nümayəndə Firidun oğlu, VÖEN **********, hüquqi ünvanı AZ1063 Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Heybət D/Y stansiyasının cənubu Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsi, 2-ci ərazi 17/18 sıra, 3-cü korpus 88/89-dur. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7066 nömrəli, **********7067 nömrəli qərarı və **********7068 nömrəli qərarlarına əsasən İddiaçı MMCyə məxsus olan obyektlərdə müvafiq olaraq AZ 1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzinin daxilində 11001 nömrəli anbar, 11002 nömrəli mağaza, Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Heybət D/Y stansiyasının cənubu Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsi 11003 nömrəli anbarda malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların elektron təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211618615 nömrəli, KY211618616, KY211618617 nömrəli çıxarışlardan görünür ki, İddiaçı MMC-yə məxsus (VÖEN: **********) AZ 1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev. Sədərək T.M m.Sədərək T.M-nin daxilində yerləşən müvafiq olaraq 11001 nömrəli anbar, 11002 nömrəli mağaza, Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Heybət D/Y stansiyasının cənubu Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsi 11003 nömrəli anbarda plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti: xx.xx.2021-xx.xx.2021-ci il, yoxlanılan dövr cari fəaliyyət, yoxlamanın predmeti və hüquqi əsasları: Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi, Vergi Məcəlləsinin 50.1.13-cü maddəsi. Yoxlamanın növü operativ vergi, yoxlamanın tipi: plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar, Vergi Məcəlləsinin 50.2.2ci maddəsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılması haqqında xx.xx.2021-ci il tarixli, **********8673 nömrəli, **********8674 nömrəli və **********8675 nömrəli qərarlarına əsasən İddiaçı (VÖEN **********) məxsus olan İddiaçı MMC-yə məxsus (VÖEN: **********) AZ 1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, ev. Sədərək T.M m.Sədərək T.M-nin daxilində yerləşən müvafiq olaraq 11001 nömrəli anbar, 11002 nömrəli mağaza, Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Heybət D/Y stansiyasının cənubu Lökbatan-Xocahəsən yolunun cənubşərq hissəsi 11003 nömrəli anbarda xx.xx.2021-ci il tarixdən 15 (on beş) iş günündən çox olmayan müddətdə xronometraj metodu ilə müşahidə aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2021-ci il tarixli, KY211634703 nömrəli, KY211634704 nömrəli və KY211634705 nömrəli çıxarışlardan görünür ki, İddiaçı MMC-yə məxsus (VÖEN: **********) AZ 1063 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Lökbatan qəsəbəsi, “Sədərək” Ticarət Mərkəzinin daxilində 11001 nömrəli anbar, 11002 nömrəli mağaza, Bakı şəhəri, Qaradağ rayonu, Xocahəsən yolu, Heybət D/Y stansiyasının cənubu Lökbatan-Xocahəsən yolunun cənub-şərq hissəsi 11003 nömrəli anbarda plandankənar (növbədənkənar) operativ vergi nəzarəti, yoxlamanın müddəti: xx.xx.2021xx.xx.2021-ci il, yoxlamanın predmeti və hüquqi əsasları: İstehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi (xronometraj metodu ilə) Vergi Məcəlləsinin 50-1-ci maddəsi, yoxlamanın növü operativ vergi, yoxlamanın tipi: plandankənar (növbədənkənar), plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas: vegi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyənin əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azalması, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcmin., satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatların olması, Vergi Məcəlləsinin 50-1.1.1-ci maddəsi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasənda təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021ci il tarixli, DVX seriyalı 005436 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heybət D/Y St-nın cənubu, Lök-Xoc. yolunun cənub-şərq hissəsi-Anbar ünvanında rəhbər Nümayəndə Firudin oğlu iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticə olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021ci il tarixdə keçirilmiş OVN zamanı saat 14:00-da vergi ödəyicisinə məxsus anbarda heç bir mal qalığı aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasənda təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021ci il tarixli, DVX seriyalı 005440 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzinin daxilində -anbar Nümayəndə Firudin oğlu iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticə olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 14:20-də anbarda keçirilmiş OVN tədbiri zamanı ümumi alış dəyəri ilə 45932.6 manat dəyərində sənədli mal aşkar olundu. Nəzarət kitabçasının obyektdə saxlanılması tövsiyyə edildi. Nəzarət kitabçası təqdim olunmadı. İş materiallarına əlavə edilmiş Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasənda təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021ci il tarixli, DVX seriyalı 005450 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzinin daxilində Nümayəndə Firudin oğlu iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticə olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixdə saat 14:00-da keçirilmiş OVN zamanı vergi ödəyicisinə məxsus təsərrüfat obyektində heç bir mal qalığı aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000726 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü ay üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi isə E-qaimə və kassaya əsasən 1783,50:12=148.62 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidə zamanı satış müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000730 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müşahidə olunmamışdır. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000734 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müşahidə olunmamışdır. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000727 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü ay üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi isə Eqaimə və kassaya əsasən 1783,50:12=148.62 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidə zamanı satış müəyyən edilmədi. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000731 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000735 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində e-qaimələrə əsasən 0 manat satış dövriyyəsi müəyyən olundu. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000728 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 01xx.xx.2021-ci il tarixdə e-qaimə və kassaya əsasən 1789,50:12=148.62 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən e-qaimə və NKA günlük “Z” hesabatlarına əsasən 13944.41 manat satış dövriyyəsi müəyyən olundu. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000732 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müəyyən edilmmişdir. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000736 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən o manat satış dövriyyəsi müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000729 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 01.09-xx.xx.2021ci il tarixdə e-qaimə və kassaya əsasən 1789,50:12=148.62 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müşahidə olunmamışdır. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000733 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən satış müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000737 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixli e-qaimələrə əsasən 0 manat satış dövriyyəsi müəyyən olundu. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000742 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 01.09-xx.xx.2021ci il tarixdə e-qaimə və kassaya əsasən 1789,50:12=148.62 manat təşkil etmişdir. xx.xx.2021-ci il tarixində aparılmış müşahidəyə əsasən e-qaimə və kassa satış dövriyyəsi müəyyən olunmamışdır. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000743 nömrəli yekun aktda göstərilir ki, İddiaçı MMC –nin rəhbəri Əliyev X1 ünvanı: ünvan 2ə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 01.09xx.xx.2021-ci il tarixdə e-qaimə və kassaya əsasən 1789,50:12=148.62 manat təşkil etmişdir. 15-xx.xx.2021-ci il tarixində aparılmış müşahidələrə əsasən e-qaimə və NKA “Z” hesabatlarına əsasən ümumi satış dövriyyəsi 13944,41 manat təşkil etmişdir. Orta günlük (0+0+13944,41+0+0/5=2788,88 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000744 nömrəli günlük aktda göstərilir ki, bundan əvvəlki xronometraj metodu ilə müşahidə keçirilməmişdir. Hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixdə aparılmış müşahidə zamanı satış müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000746 nömrəli günlük aktda göstərilir ki, hazırki müşahidədən əvvəlki hesabat dövrü avqust ayı üzrə orta günlük istehsal həcmi və ya satış dövriyyəsi E-qaimə və kassa əsasən 0 (sıfır), xronometrajın keçirildiyi hesabat dövrü üzrə müşahidənin başlandığı günədək satış dövriyyəsi və ya istehsal həcmi 0 təşkil etmişdir. xx.xx.2021-ci il tarixli e-qaimələrə əsasən 0 manat satış dövriyyəsi müəyyən olundu. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000745 nömrəli yekun aktda göstərilir ki, yekun müşahidə nəticəsində müəyəyn edilmişdir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək aparılmış müşahidə zamanı e-qaiməyə əsasən MMC-nin satış dövriyyəsi 0 manat müəyyən edildi. İş materiallarına əlavə edilmiş Xronometraj metodu ilə aparılan müşahidənin nəticə barədə xx.xx.2021-ci il tarixli DVX seriyalı 000747 nömrəli yekun aktda göstərilir ki, yekun müşahidə nəticəsində müəyəyn edilmişdir ki, xx.xx.2021-ci il tarixidə e-qaiməyə əsasən 0 manat, xx.xx.2021-ci il tarixidə e-qaiməyə əsasən 0 manat, xx.xx.2021-ci il tarixidə eqaiməyə əsasən 0 manat, xx.xx.2021-ci il tarixidə e-qaiməyə əsasən 0 manat, xx.xx.2021-ci il tarixidə e-qaiməyə əsasən 0 manat, orta günlük satış dövriyyəsi (0+0+0+0+0)/5=0 manat müəyyən olundu. İş materiallarına əlavə edilmiş vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasənda təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında xx.xx.2021ci il tarixli, DVX seriyalı 005449 nömrəli aktda göstərilir ki, İddiaçı MMC-yə (VÖEN **********) məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək ticarət mərkəzi sahibkar Nümayəndə Firudin oğlu iştirakı ilə operativ vergi nəzarəti tədbiri keçirildi və nəticəsi olaraq İddiaçı MMC (VÖEN **********) operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı xx.xx.2021-ci il tarixlə saat 16:00 radələrində 330470,96 manat dəyərində malların üzərinə 10% ticarət əlavəsi qoyulmaqla 18% ƏDV tətbiq edilməklə 428951.30 manat dəyərində olan malı topdan şəkildə E-qaimə olmadan Vergi Məcəlləsinin 58.13-cü maddəsini pozaraq digər vergi ödəyicilərə satması faktları aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 42895.13 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. Qanunvericiliyin tələblərinə riayət olunmasına tövsiyyə olundu. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9788 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 42895.13 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2021-ci il tarixədək 42895,13 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliksının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2022-ci il tarixli **********555500 nömrəli arayışda göstərilir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, **********066 nömrəli qərarına əsasən İddiaçı MMC-də (VÖEN **********0) Vergi Məcəlləsinin müvafiq maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı anbarda olan mallar sayılmış və xx.xx.2021-ci il tarixinə qeydiyyatda olan 1(bir) mağazada və 2(iki) anbarda 45932,60 manat dəyərində mal qalığı aşkar olmuşdur. Məlumat üçün bildiririk ki, **********-11002 kodla qeydiyyatda olan mağaza malların pərakəndə satışı üçün yararsız yerdə yerləşmiş, anbar kimi fəaliyyət göstərmiş və malların satışı həyata keçirilən zaman ayrı-ayrı vergi ödəyicilərinə e-qaimə təqdim etməli olduğu halda satılmış malları nəzarət kassa aparatı ilə rəsmiləşdirilmişdir. Aparılmış araşdırma zamanı xx.xx.2021-xx.xx.2021-ci il tarixdə “Alan MMC-nin ümumi idxalı 630878,10 manat, e-qaimə ilə satış isə 254474,54 (10% ticarət əlavəsiz) manat təşkil etmişdir. Yuxarıda qeyd olunanlara əsasən İddiaçıMMC-yə xx.xx.2021-ci il tarixdə 42835,13 manat maliyyə sanksiyası hesablanmış və xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. Maliyyə sanksiyasının hesablama qaydası aşağıdakı kimidir: 630878,10 manat (idxal olunan mal)-254474,54 manat (e-qaimə ilə satılan mal 10% ticarət əlavəsiz) -45932,60 manat (anbarında olan mal qalığı) =330470,96 manat x1,10 (10% ticarət əlavəsi) x 1,18 (ƏDV) =428951,30 manat x 0.10 (10% maliyyə sanksiyası)=42895,13 manat «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9788 nömrəli qərarını xx.xx.2021-ci il tarixdə məhkəmədə mübahisələndirməklə 30 günlük iddia müddətini ötürməmişdir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. İş materialları ilə müəyyən olunur ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********7066, **********7067 və **********7068 nömrəli qərarları əsasında İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti göstərdiyi 1(bir) mağazada və 2(iki) anbarda Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi” məsələləri üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək (xx.xx.2021 tarixi daxil olmaqla) operativ vergi nəzarətinin keçirilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə həyata keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi faktı aşkar edilərək xx.xx.2021-ci il tarixli DVX seriyalı 005449 nömrəli akt tərtib edilmiş, tərtib edilmiş akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********9788 nömrəli qərarı ilə İddiaçı MMC-yə 42895,13 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -50.1-ci maddəsinə görə operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və aşağıdakı məsələləri əhatə edən vergi nəzarəti formasıdır: 50.1.13. malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi. -50.2-ci maddəsinə görə operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar aşağıdakılardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. -50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. -50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Məhkəmə qeyd edir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün Vergi Məcəlləsinin 50.2-ci maddəsi ilə müəyyən olunan aşağıdakı əsaslardan birinin olması mütləq şərtdir. Cavabdehin həyata keçirdiyi operativ nəzarət tədbiri üzrə yoxlamaların vahid məlumat reyestrindən çıxarışda həmin tədbirin əsası kimi Vergi Məcəllənin 50.2.2ci maddəsi, yəni vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar göstərilsə də, iş materiallarında həmin mənbəyi bəlli məlumatı təsdiq edən hər hansı sübut yoxdur. Cavabdeh qəbul etdiyi inzibati aktda iddiaçını vergi məsuliyyətinə cəlb edərkən Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinad etmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. İş materiallarından müəyyən olunur ki, cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Sədərək ticarət mərkəzində iddiaçıya məxsus obyektlərdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 428951.30 manat dəyərində olan malların topdan şəkildə elektron qaimə-faktura təqdim edilmədən digər vergi ödəyicilərə satması faktları aşkar etdiyini bununla da Vergi Məcəlləsinin 58.13-cü maddəsinin tələbini pozduğu qənaətinə gələrək 42895,13 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir Halbuki, məhkəmə qeyd edir ki, cavabdeh qeyd olunan satış həcmini operativ vergi nəzarəti tədbiri zamanı müəyyən etməmiş, əvvəlki dövrlərdə aparılan satış əməliyyatlarının topdansatış ticarət qaydasında iddiaçı ilə ayrı-ayrı vergi ödəyiciləri arasında həyata keçirildiyini ehtimal edərək maliyyə sanksiyasını tətbiq etmişdir. Məhkəmə qeyd edir ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsi həmin Məcəllənin 50.1.13-cü maddəsinə əsasən malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi zamanı müəyyən olunan pozuntu halında tətbiq olunur. Qeyd olunan nəzarəti isə yalnız tədbir zamanı həyata keçirmək mümkündür. Operativ vergi nəzarəti tədbirinin mahiyyəti sürətli, çevik şəkildə Vergi Məcəlləsinin 50.1.1 - 50.1.14-cü maddələrində sadalanan məsələlərə cari vəziyyətdə riayət olunubolunmaması müəyyən olunmasından ibarətdir. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Vergi Məcəlləsinin 36.3-cü maddəsinə görə, bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən, vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində yenidən hesablamaq hüququ vardır. Vergi Məcəlləsinin 50.6-cı maddəsinə görə, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39- 43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Qeyd olunan normaların qarşılıqlı təhlili nəticəsində müəyyən olunur ki, vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız kameral və səyyar vergi yoxlamaları ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. Vergi Məcəlləsinin 50.6-cı maddəsi səyyar vergi yoxlamalarına aid olan müddəalardan hansıların həm də operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunduğunu əks etdirir. Səyyar vergi yoxlamasının hansı dövrü əhatə etməsini müəyyən edən Vergi Məcəlləsinin 36-cı maddəsi operativ vergi nəzarəti tədbiri zamanı tətbiq olunan müddəalara aid edilməmişdir. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəfindən operativ vergi nəzarəti tədbiri xx.xx.2021-ci il tarixdə həyata keçirilsə də, həmin vaxtda iddiaçı tərəfindən malların elektron qaimə-faktura ilə digər vergi ödəyicisinə satılması halı müəyyən olunmamışdır. İş materiallarında olan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda operativ vergi nəzarəti tədbirinin yoxlanılan dövrü vergi qanunvericiliyinə uyğun olaraq “cari fəaliyyət” kimi əks olunmuşdur. Cavabdeh isə iddaçının cari fəaliyyətini deyil, tədbirindən əvvəlki dövrü operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Bununla belə, vergi orqanının xx.xx.2021-ci il tarixli **********8673, **********8675 və **********8674 nömrəli "xxxx" qərarları əsasında MMC-nin hər üç obyektində xx.xx.2021-xx.xx.2021 tarix aralığında (beş gün) xronometraj metodu ilə müşahidə aparılmış, xronometraj metodu ilə aparılan müşahidənin nəticələrinə dair aktlarda MMCdə keçirilən xronometraj metodu ilə müşahidə zamanı 5 günlük dövr ərzində pərakəndə qaydada mal təqdim edilmədiyi, yalnız xx.xx.2021-ci il tarixində 13944,41 manat satış dövriyyəsi olduğu, onun da iddiaçı tərəfindən topdan qaydada elektron qaimə-faktura təqdim edilməklə satıldığı müəyəyn olunmuşdur. Başqa sözlə, cavabdeh operativ vergi nəzarəti gedişində iddiaçının e-qaimə olmadan mal təqdim etdiyini sübuta yetirə bilməmişdir. Cavabdeh operativ nəzarəti tədbirindən əvvəlki dövrdə həyata keçirilən satış dövriyyələrini nəzərə almaqla operativ vergi nəzarəti tədbirinin Vergi Məcəlləsi ilə müəyyən olunan mahiyyətinə zidd olan xx.xx.2021-ci il tarixli qərar qəbul etmişdir. (Oxşar hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-740/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(102)-436/2022 saylı xx.xx.2022-ci il tarixli, 2-1(102)-330/2022 saylı xx.xx.2022ci il tarixli qərarlarında da ifadə olunmuşdur.) İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd еdilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9788 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin xx.xx.2021-ci il tarixli **********9788 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar