Məhkəmə qərarları › İş №e-2-1(112)-3327/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3327/2024

22.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3327/2024 22.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ iddiaçı “X25” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı X8 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə “yeni çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, iddiaçının nümayəndəsi X13, cavabdehin nümayəndəsi X15 iştirakı ilə, iddiaçı “X25” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X8 və digərləri üçüncü şəxs qismində cəlb edilməklə “yeni çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 22 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı “X25” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 883,50 kv.m ibarət qeyri-yaşayış sahəsinin 115,8 kv.m hissəsinə dair paylı mülkiyyət hüququnun "xxxx" KB ASC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 883.50 kv.m qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ ilə X3 (33.2 kv.m), X16 (33 kv.m), X9 (30.6 kv.m), X4 (33.2 kv.m), X10 (56.0 kv.m), X17 (96.9 kv.m), X5 (62 kv.m.), "xxxx" Kommersiya Bankı ASC-nin (172.2 kv.m.), X18 (56.0 kv.m), X20 (193.2 kv.m), X7 (24.0 kv.m) və X19 (60 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyini bildirmiş və onların üçüncü şəxs qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, vəsatət təmin edilərək, X8, X28, X21, X11, X22, X29, X12, X30, X33, X14 və X31 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 883,50 kv.m ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ "xxxx" KB ASC-yə məxsus olmuşdur. Daha sonra "xxxx" KB ASC sözügdən əmlakı müəyyən hissələrlə alqı-satqı müqaviləsi əsasında müxtəlif şəxslərə satmış və əmlak üzərində hər bir alıcının payı müəyyən edilərək dövlət qeydiyyatına alınmışdır. Bununla da xx.xx.2021-ci il tarixində çıxarış verilərək əmlakın 232,2 kv.m sahəsinə "xxxx" KB ASC-nm, əmlakın qalan hissələrinə isə digər mülkiyyətçilərin paylı mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2022ci il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində "xxxx" KB ASC ilə X8 arasında bağlanmış 4Ə-329 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" KB ASC paylı mülkiyyət hüququ ilə ona məxsus 232,2 kv sahənin 56,4 kv.m hissəsini X6, X31 ilə bağlanmış 4Ə-335 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 232,2 kv sahənin 60 kv.m hissəsini isə X2. X8 ilə "xxxx" KB ASC arasında bağlanmış 4Ə-329 reyestr nömrəli alqı-satqı 5-ci bəndinə əsasən, X8 ilkin olaraq 28200 AZN məbləğində pulu notariusun depozit hesabı vasitəsilə ödəmiş, qalan 36700 AZN məbləği isə xx.xx.2025-ci il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra "xxxx" ASC qalan 115,8 kv.m sahəyə paylı mülkiyyət hüququn dövlət qeydiyyatına alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin xx.xx.2023-cü il tarixli məktubla 4Ə-329 reyestr nömrəli alqı-satqı müqaviləsində göstərilən qalıq məbləğin, yəni 36700 AZN pulun alıcı tərəfindən tam ödənilməməsi əsas götürülərək hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Dövlət qeydiyyatından imtina edilməsi tamamilə qanunsuzdur. "xxxx" ASC-nin payının qeydiyyata alınmasından imtina edilməsi onun konstitusion hüququ olan mülkiyyət hüququnu da kobud şəkildə pozur. Cavabdehin etirazı: Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəmə müraciət edərək bildirmişdir ki, "xxxx" KB ASC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 4Ə-329 reyestr nömrəli alqı-satqı müqaviləsi üzrə qalıq məbləğin tam ödənilməsi barədə notariusun məktubu 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilməmişdir. Bu səbəbdən X3 qeyri-yaşayış sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından yerdə qalan hissəyə (115.8 kv.m) dair "xxxx" KB ASC-nin hüquqları qeydə alınması mümkün olmamışdır. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 883.50 kv.m qeyri-yaşayış sahəsi paylı mülkiyyət hüququ ilə X3 (33.2 kv.m), X16 (33 kv.m), X9 (30.6 kv.m), X4 (33.2 kv.m), X10 (56.0 kv.m), X17 (96.9 kv.m), X5 (62 kv.m.), "xxxx" Kommersiya Bankı ASC-nin (172.2 kv.m.), X18 (56.0 kv.m), X20 (193.2 kv.m), X7 (24.0 kv.m) və X19 (60 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 49-cu maddəsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklər tam icra olunduqdan sonra tərəflərin müraciəti əsasında notarius bu barədə hüquqların dövlət qeydiyyatı orqanına təqdim edilməsi üçün arayış verir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İşin faktiki hallarından görünür ki, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 883,50 kv.m ibarət qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ "xxxx" KB ASC-yə məxsus olmuşdur. Daha sonra "xxxx" KB ASC sözügdən əmlakı müəyyən hissələrlə alqı-satqı müqaviləsi əsasında müxtəlif şəxslərə satmış və əmlak üzərində hər bir alıcının payı müəyyən edilərək dövlət qeydiyyatına alınmışdır. Bununla da xx.xx.2021-ci il tarixində çıxarış verilərək əmlakın 232,2 kv.m sahəsinə "xxxx" KB ASC-nm, əmlakın qalan hissələrinə isə digər mülkiyyətçilərin paylı mülkiyyət hüququ təsdiq edilmişdir. xx.xx.2022-ci il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində "xxxx" KB ASC ilə X8 arasında bağlanmış 4Ə-329 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" KB ASC paylı mülkiyyət hüququ ilə ona məxsus 232,2 kv sahənin 56,4 kv.m hissəsini X6, X31 ilə bağlanmış 4Ə-335 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 232,2 kv sahənin 60 kv.m hissəsini isə X2. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 883.50 kv.m qeyri-yaşayış sahəsi hazırda paylı mülkiyyət hüququ ilə X3 (33.2 kv.m), X16 (33 kv.m), X9 (30.6 kv.m), X4 (33.2 kv.m), X10 (56.0 kv.m), X17 (96.9 kv.m), X5 (62 kv.m.), "xxxx" Kommersiya Bankı ASC-nin (172.2 kv.m.), X18 (56.0 kv.m), X20 (193.2 kv.m), X7 (24.0 kv.m) və X19 (60 kv.m) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. İddiaçı "xxxx" ASC qalan 115,8 kv.m sahəyə paylı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbini irəli sürmüşdür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət I.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ... “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativhüquqi aktlardan ibarətdir. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. ... Azərbaycan Respublikası Mülki Məcəlləsi: 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 606.1. Əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. Onlardan biri də daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələrdir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixində Bakı şəhəri 29 saylı notariat ofisində "xxxx" KB ASC ilə X8 arasında bağlanmış 4Ə-329 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən "xxxx" KB ASC paylı mülkiyyət hüququ ilə ona məxsus 232,2 kv sahənin 56,4 kv.m hissəsini X6, X31 ilə bağlanmış 4Ə-335 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 232,2 kv sahənin 60 kv.m hissəsini isə X2. Məhkəmə icraatı zamanı cavabdeh tərəfindən təqdim edilmiş çıxarışın surətindən müəyyən edilir ki, X31 ilə bağlanmış 4Ə-335 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən 60 kv.m hissəsinə sonuncunun paylı mülkiyyət hüququ qeydiyyata alınmış, iddiaçının sahəsi 172,2 kv.m. təşkil etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin qalan 115,8 (172,2-56,4 (X1 hissə)) kv.m sahəyə paylı mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbində haqlıdır. Belə ki, mülki qanunvericiliyin yuxarıda sadalanan müddəlarından göründüyü kimi, nisyə alqı-satqı müqaviləsi əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (və ya hissə-hissə ödənilməsinin) nəzərdə tutulduğu müqavilədir. Əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir. Göründüyü kimi, müqavilədə mülkiyyət hüququnun satıcıda saxlanması haqqında qeyd-şərt olduğu halda, mülkiyyətin verilməsi əşya ödənilədək təxirə salınır. O da qeyd edilməldiir ki, Mülki Məcəllənin 646.2-ci maddəsi qeyd edilən müddəaların daşınmaz əşyaların alqı-satqısına tətbiq edilməsinə imkan verir. Hazırkı iş üzrə isə mübahisə predmeti payın nisyə alqı-satqısına dair müqavilədə mülkiyyət hüququnun satıcıda saxlanması haqqında qeyd-şərt mövcud deyildir. Belə olan halda, yəni iddiaçının tələbi Mülki Məcəlləyə uyğun olduğu halda, nə Mülki Məcəllədə, nə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda bunu qadağan edən norma olmadığı halda, cavabdehin “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a istinad etməklə iddiaçının müraciətini təmin etməməsi əsassız və qanunsuz olmuşdur. Belə ki, həmin təlimat dövlət notariusları və xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılması qaydasını müəyyən edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi isə daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericiliyə daxil olan və qeyd edilən təlimatdan daha yüksək hüquqi qüvvəyə malik normativ hüquqi aktdır. Həmçinin qeyd edilməlidir ki, hazırkı iddianı mübahisə predmeti payı alan şəxs deyil, satan şəxs qaldırmışdır. Müqavilə üzrə öhdəliklərin alıcı tərəfindən icra edilməməsinə görə hüquqi müdafiə vasitələrinin seçilməsi satıcıya aid olan məsələdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 883,50 kv.m ibarət qeyriyaşayış sahəsinin 115,8 kv.m hissəsinə dair paylı mülkiyyət hüququnun "xxxx" KB ASC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 883,50 kv.m ibarət qeyri-yaşayış sahəsinin 115,8 kv.m hissəsinə dair paylı mülkiyyət hüququnun "xxxx" KB ASC adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar