Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3361/2021 28.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə (mütəxəssis, ünvan 1 ünvanında qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyinə qarşı pensiyanın azaldılmasının qanunsuz hesab edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X8 Şəxsin Bakı şəhəri Binəqədi rayon Xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun pensiyasının 508 manatdan 310 manata azaldılması üzrə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı həmçinin müvəqqəti xarakterli müdafiə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin yekun qərarı qanuni qüvvəyə minənədək pensiyanın 508 manatdan 310 manata azaldılması və ödənilməsi üzrə cavabdehin hərəkətlərinin dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 29 dekabr 2020-ci il tarixli, e-2-1(112)-8465/2020 saylı qərardadına əsasən ərizə təmin edilməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 1996-cı ildə əmək pensiyası təyin edilmişdir. 2014-cü ildə ona elmlər namizədi (fəlsəfə doktoru) əlavəsi 120 manat pensiyasına əlavə edilmişdir. Əlavə tam qanuni şəkildə təyin edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Əmək kitabçasından da göründüyü kimi onun elmi müəssisələrində 25 il stajı vardır. Lakin ona heç bir açıqlama vermədən bu ilin oktyabr ayından pensiyası azaldılmışdır. Əvvəl 508 manat alırdı, azaldıqdan sonra 310 alır. Bununla bağlı DSMF-na müraciət etmiş və cavab olaraq bildirilmişdir ki, işi “nöqsanlı” hesab olunmuş, onun guya 25 il stajı yoxdur, pensiyası azaldılmış, həmçinin əvvəllər guya artıq aldığı məbləğ ondan tutulur. Onun pensiyası qanunu hesablanaraq ödənilirdi və azaldılması qanunsuzdur. Belə ki, onun 25 il müvafiq işlərdə stajı olmuşdur və buna görə də ona qanuni olaraq 120 manat əlavə ödənilirdi. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə iddiaçı iddia ərizəsində 1996-cı ildən yaşa görə əmək pensiyası aldığını, 2014-cü ildən “Əmək pensiyaları haqqında” qanunun 19.2-ci maddəsinə əsasən elmi dərəcəsinə görə 120 manat pensiyasına əlavə olunduğunu qeyd edərək, 2020-ci ilin oktyabr ayından pensiyanın azaldılmasının qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 1.2-ci və Mülki Prosessual Məcəlləsinin 154-cü maddələrini rəhbər tutaraq işə dair etirazımızı təqdim edir və hesab edirik ki, iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: "Əmək pensiyaları haqqında” Qanunun 19.2-ci maddəsinə əsasən, əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Qanunun müddəasının məzmunundan göründüyü kimi əmək pensiyasının sığorta hissəsinə Qanunun 19.2-ci maddəsində nəzərdə tutulan qaydada əlavənin ödənilməsi üçün aşağıdakı tələblər məcmu halında qiymətləndirilməlidir: Əmək pensiyaçısı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində əsas iş yeri üzrə (əmək kitabçasında qeyd olunmaqla) 25 il xüsusi staja (pedoqoji fəaliyyət) malik olmalı; elmi dərəcəsi olmalı (fəlsəfə doktoru və ya elmlər doktoru); əmək pensiyaçısı pensiya aldığı müddətdə işləməyən statusda olmalıdır. Bu üç şərtlərdən ən azı birinin mövcud olmaması halında əmək pensiyasının sığorta hissəsinə əlavənin ödənilməsi istisna olunur. Qanunun 37.8-ci maddəsinə əsasən, bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı gündən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Yuxarıda qeyd edilən Qanunun müddəalarına uyğun olaraq Binəqədi xidmət nümayəndəliyində aparılmış seçmə üsulla araşdırılma nəticəsində İddiaçı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində əsas iş yeri üzrə 25 il xüsusi staja malik olmadığı müəyyən olunmuşdur. Belə ki, iddiaçının əmək kitabçasında 01.06.2009- 03.02.2014-cü illərdə Azərbaycan Milli Elmlər X4 X5 X6 emalı üzrə təcrübə istehsalatı xüsusi konstruktor texnoloji bürosunda işlədiyi qeyd olunmuşdur. Lakin 01.06.2009- 01.01.2012-ci illərdə müəssisə tərəfindən B.H. Əliyevin hesabına məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarf’nın 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydalara əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı əsas götürülür. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göründüyü kimi məcburi dövlət sosial sığorta haqları ödənilmədiyinə görə iddiaçı elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində əsas iş yeri üzrə 25 il xüsusi staja malik deyil. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq cavabdeh məhkəmədən İddiaçı 2-1(112)- 3361/2021 saylı inzibati iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında İddiaçı iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsini, hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus ИТ-İ ******* saylı əmək kitabçasının surətindən görünür ki, 01.06.2009-cu il tarixdən 03.02.2014-cü il tarixədək Azərbaycan Respublikası Milli Elmlər Akademiyası MXKETİ Xüsusi Konstruktor Texnoloji Bürosunda 1 saylı laboratoriyada bölmə müdiri vəzifəsində işləmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 27 noyabr 2020-ci il tarixli, **********9 saylı məktubdan görünür ki, iddiaçının müraciətinə aidiyyatı üzrə baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmitədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablanır. Fondun Bakı şəhəri Binəqədi rayon filialında (indiki xidmət nümayəndəliyində) audit araşdırması zamanı müəyyən edilmişdir ki, elmi tədqiqat və ya təhsil müəssisələrində 25 il sığorta stajının olmaması səbəbindən pensiya işi nöqsanlı hesab edilmişdir. Nəticədə pensiyası qanunvericiliklə müəyyən olunandan artıq məbləğdə hesablanmışdır. Artıq ödənilmiş vəsaitin bərpası sözügedən Qanunun 39.1-ci maddəsinə əsasən pensiyasından tutulacaqdır. Cavabdeh tərəfindən iddiaçının pensiya işi məhkəməyə təqdim edilmiş və məhkəmə tərəfindən tədqiq edilmişdir. Həmin pensiya işinə əlavə edilmiş: əmək pensiyasının yenidən hesablanması barədə 12 noyabr 2020-ci il tarixli qərardan görünür ki, iddiaçının pensiyası 01.01.2020-ci il tarixdən 391,37 manat müəyyən edilmişdir. Həmçinin qeyd olaraq ərizədə göstərilən məbləğdə 06.02.2014-cü ildən 01.10.2020-ci il tarixədək artıq alınmış məbləğin pensiyadan tutulması qərara alınmışdır. İddiaçı tərəfindən verilmiş 12.10.2020-ci il tarixli ərizədən görünür ki, təftiş zamanı aşkar olunmuş ödəmənin aylıq pensiyasından 50 manat tutulmasını xahiş etmişdir. Pensiya miqdarının dəyişdirilməsi haqqında sərəncamdan görünür ki, 03.02.2014cü ildən yaşa görə əmək pensiyasına elmlər namizədliyi əlavəsi əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli, **********2 saylı məktub əsasında iddiaçı barəsində qəbul olunmuş inzibati aktın və onun əsasını təsdiq edən inzibati icraat materialları məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş Daxili nəzarət və audit şöbəsi tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış məktubdan görünür ki, daxil olmuş müraciətə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsində baxılmış və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən əmək kitabçalarında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəci olan işləməyən əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinə elmi doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklə əlaqədar Qanunun 19-cu maddəsi 01.01.2021-ci il tarixdən ləğv edilmiş, lakin həmin tarixdən Prezident təqaüdü təsis edilmişdir. Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsində 01.07.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası ilə bağlı audit yoxlaması zamanı aşkarlanmış nöqsanlar müvafiq qaydada rəsmiləşdirilmiş, İddiaçı Həbil oğluna pensiya təyin edilərkən pensiyanın üzərinə 25 il elmi-pedoqoji stajı olmadığı halda elmi dərəcəsinə görə əlavənin düzgün hesablanmadığı aşkar olunmuş, nəticədə 03.02.2014-cü il tarixdən 01.10.2020-ci il tarixədək 9591,43 manat artıq pensiya məbləği ödənildiyi müəyyən edilmişdir. İddiaçı artıq ödənilmiş vəsait barədə məlumat akta əlavə olunmuş cədvəldə qeyd olunmuşdur. Həmin cədvəldən görünür ki, İddiaçı Həbil oğluna 02.2014-cü il tarixdən 01.10.2020-ci il tarixədək olan dövr üzrə 387,62 manat məbləğində pensiya hesablanmalı olduğu halda 507,62 manat məbləğində pensiya hesablanmışdır. Bununla da 9591,43 manat artıq pensiya məbləği ödənilmişdir. DSMF tərəfindən Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialına ünvanlanmış məktubdan görünür ki, müraciətə Fərdi uçota nəzarət və sosial sığorta departamentində baxılmış və qeyd edilmişdir ki, Azərbaycan Respublikası Elmlər X4 X5 X6 Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu tərəfindən 2021-2014-cü illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”lara (Forma B3) əsasən Nazirliyin “X1 Sistemi”nin (MEİS) “Sığorta” (Hesabat) altsistemində “Sığortaolunanların hesabları” bölümündə sığortaolunan İddiaçı **********179 nömrəli fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirlərini, eləcə də hesbalanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları təqdim edilmiş və əlavə olaraq bildirilmişdir ki, sığortaedən Azərbaycan Respublikası Elmlər X4 X5 X6 Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu tərəfindən 2009-2011-ci illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda İddiaçı adı sığortaolunan kimi qeyd edilmədiyi üçün Nazirliyin “MEİS”in “Sığorta” (Hesabat) altsistemində fərdi şəxsi hesabında 1 iyun 2009-cu il tarixdən 1 yanvar 2012-ci il tarixədək olan dövr ərzində sığortaedən tərəfindən xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmamışdır. Həmin məktuba əlavə edilmiş sığortaolunanın hesabından görünür ki, İddiaçı adına 2012 yanvar-2014 yanvar ayınadək olan dövr üzrə sosial sığorta haqqı ödənilmişdir. Məhkəmə araşdırması dövründə sorğu göndərilərək iddiaçının 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək işləyib-işləməsi, işlədiyi təqdirdə məcburi dövlət sosial sığorta ödənişlərinin olub-olmaması barədə məlumat və ödəməni sübut edən sənədlər sorğu əsasında Azərbaycan Respublikası Elmlər Akademiyasından tələb edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Elmlər X2 tərəfindən verilmiş 08-35/2021 saylı, 02 avqust 2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Həbil oğlu AMEA-nın X6 Emalı üzrə Təcrübə İstehsalatı Xüsusi Konstruktor Texnoloji Bürosuna (AMEA MXKETİ XKTB) 01.06.2009-cu il tarixli 5 nömrəli əmrlə işə qəbul edilmiş və 03.02.2014-cü il tarixli 04 nömrəli əmrlə işdən azad edilmişdir. 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək müəssisə tərəfindən İddiaçı Həbil oğlunun məcburi dövlət sosial sığorta ödənişləri olunmamışdır. AMEA-nın X6 Emalı üzrə Təcrübə İstehsalatı Xüsusi Konstruktor Texnoloji Bürosu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.12.2015-ci il tarixli, 379 nömrəli qərarı ilə ləğv edilmişdir. Həmin məktuba əlavə edilmiş AMEA MXKE Tİ XKTB üzrə 05 saylı, 01.06.2009-cu il tarixli əmrindən görünür ki, İddiaçı 01.06.2009-cu il tarixdən aylıq əmək haqqı 150 (yüz əlli) manat olmaqla 1 saylı laboratoriyaya bölmə müdiri vəzifəsinə işə qəbul edilmişdir. Həmin məktuba əlavə edilmiş AMEA MXKE Tİ XKTB üzrə 04 saylı, 03 fevral 2014cü il tarixli əmrindən görünür ki, 1 saylı laboratoriyanın bölmə müdiri İddiaçı 03.02.2014-cü il tarixdən ƏQM-nin 69-cu maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Həmin əmrin 2-ci və 3-cü bəndlərindən görünür ki, təşkilatın mövcud təsərrüfat müqavilələrinin başa çatması və yeni müqavilənin bağlanmaması səbəbindən yaranmış maliyyə vəziyyətinin çətinliyini nəzərə alaraq 03.02.2014-cü il tarixdən büronun bir sıra əməkdaşları qısaldılmış iş gününə keçirilmiş və öz hesablarına pulu ödənilməyən məzuniyyətə göndərilmişlər. Həmin məktuba əlavə edilmiş AMEA-nın X6 Emalı üzrə Təcrübə İstehsalatı Xüsusi Konstruktor Texnoloji Bürosu tərəfindən verilmiş 29 iyul 2021-ci il tarixli, 92/2-41 saylı arayışdan görünür ki, İddiaçı Həbil oğlunun əmək haqqı 2011 və 2012-ci il, 2013-cü ilin yanvar, fevral, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları üzrə 150 manat, mart, aprel, may, iyun ayları üzrə 100 manat əmək haqqı, 2013-cü ilin yanvar ayı üzrə 300 manat mükafat, 2014-cü il üzrə isə cəmi 200 manat məbləğində əmək haqqı 200 manat məbləğində mükafat olmaqla, ümumilikdə 3600 manat məbləğində əmək haqqı ödənilmişdir. Beləliklə məhkəmə araşdırması nəticəsində, həmçinin iş materiallarında olan sənədlər əsasında müəyyən edildi ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir və hazırda əmək pensiyaçısıdır. Ona təyin edilmiş əmək pensiyası məbləği 06.02.2014-cü ildən yenidən hesablanmış və pensiyanın sığorta hissəsinə həmin dövr qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 19.2-ci maddəsinin tələblərinə əsasən fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablanmışdır. Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının Daxili nəzarət və audit şöbəsi tərəfindən Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsində 01.07.2017-ci il tarixdən 01.07.2020-ci il tarixədək dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası ilə bağlı aparılmış audit yoxlaması zamanı İddiaçı Həbil oğluna pensiya təyin edilərkən pensiyanın üzərinə 25 il elmi-pedoqoji stajı olmadığı halda elmi dərəcəsinə görə əlavənin düzgün hesablanmadığı aşkar olunmuş, nəticədə 03.02.2014-cü il tarixdən 01.10.2020-ci il tarixədək 9591,43 manat artıq pensiya məbləği ödənildiyi müəyyən edilmişdir. Bundan sonra iddiaçının pensiyası yenidən hesablanmış və ona həmin əlavə nəzərə alınmamaqla 12.11.2020-ci il tarixli qərar əsasında ömürlük 391,37 manat pensiya məbləği hesablanmışdır. Həmçinin onun ərizəsi nəzərə alınmaqla 06.02.2014-cü ildən 01.10.2020ci il tarixinədək artıq hesablanmış məbləğdə pensiyasından tutulması qərara alınmışdır. Hazırki mübahisə üzrə iddiaçı əmək kitabçasına əsasən onun elm müəssisələrində 25 il stajı olduğuna əsaslanaraq, ona təyin edilmiş pensiya məbləğinin əsassız olaraq azaldılmasını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə tərəfindən ətraflı araşdırma aparılmış və cavabdehin pensiyanın azaldılması barədə gəldiyi nəticənin əsaslı olması müəyyən edilmişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçası əsasında onun 01.06.2009-cu il tarixdən 03.02.2014-cü il tarixədək Azərbaycan Respublikası Milli Elmlər Akademiyası MXKETİ Xüsusi Konstruktor Texnoloji Bürosunda 1 saylı laboratoriyada bölmə müdiri vəzifəsində işləməsi öz təsdiqini tapsa da, lakin məhkəmə araşdırması dövründə məhkəmə tərəfindən verilmiş sorğular üzrə təqdim edilmiş sənədlər üzrə müəyyən edilmişdir ki, iddiaçı həmin dövr üzrə AMEA-nın X6 Emalı üzrə Təcrübə İstehsalatı Xüsusi Konstruktor Texnoloji Bürosu 1 saylı laboratoriyasında bölmə müdiri vəzifəsində işləsə də, lakin 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövr üzrə müəssisə tərəfindən İddiaçı Həbil oğlu barəsində məcburi dövlət sosial sığorta ödənişləri olunmadığı müəyyən edilmişdir. Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim edilmiş İddiaçı fərdi şəxsi hesabında əks olunmuş məcburi dövlət sosial sığortaya cəlb olunan gəlirləri barədə məlumat əsasında sığortaedən Azərbaycan Respublikası Elmlər X4 X5 X6 Emalı üzrə Təcrübi İstehsalatlı Xüsusi Konstruktor Texnoloji Bürosu tərəfindən 2009-2011-ci illər üzrə təqdim edilmiş illik “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat”larda İddiaçı adı sığortaolunan kimi qeyd edilmədiyi üçün Nazirliyin “MEİS”in “Sığorta” (Hesabat) altsistemində fərdi şəxsi hesabında 1 iyun 2009-cu il tarixdən 1 yanvar 2012-ci il tarixədək olan dövr ərzində sığortaedən tərəfindən xeyrinə məcburi dövlət sosial sığorta haqlarının hesablanması və ödənilməsi qeydə alınmadığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Elmlər X2 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək müəssisə tərəfindən İddiaçı Həbil oğlunun məcburi dövlət sosial sığorta ödənişlərinin olunmadığı təsdiq etmişdir. O cümlədən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təqdim edilmiş 29 iyul 2021-ci il tarixli Arayışdan müəyyən edilir ki, İddiaçı Həbil oğlunun 01 iyun 2009-cu il tarixdə AMEA X6 Emalı üzrə Təcrübə İstehsalı Xüsusi Konstruktor Texnoloji Bürosunun 1 saylı laborotoriyasının bölmə müdiri vəzifəsinə işə qəbul edilməsi qeyd olunsa da, lakin arayışda əks olunan əmək haqqı cədvəlinə əsasən İddiaçı 2011-ci ilin yanvar ayından başlayaraq əmək haqqının ödənilməsinə başlanılmışdır. Məhkəmə qeyd edir ki, məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövr sosial sığorta stajı nəzərə alına bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. İddiaçının pensiyanın yenidən hesablanaraq, pensiyanın sığorta hissəsinə fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablandığı dövr qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 19.2-ci maddəsinə əsasən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) pensiyalarının sığorta hissəsinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavə hesablanır. Qanunun həmin dövrdə qüvvədə olan tələbinə əsasən sözügedən əlavənin işləməyən əmək pensiyaçılarına ödənilməsi nəzərdə tutulmuşdur. Həmin əlavənin ödənilməsi şəxsin elmi dərəcəsini olması ilə yanaşı, həmçinin əmək kitabçasında qeyd olunmaqla 25 il elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sosial sığorta stajına malik olması ilə şərtləndirilmişdir. Hazırki halda iddiaçının işləməyən əmək pensiyaçısı olmaqla elmi dərəcəyə malik olması müəyyən edilsə də, lakin onun elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sosial sığorta stajının 25 ildən az müddəti təşkil etdiyi müəyyən edildiyindən məhkəmə hesab edir, cavabdeh tərəfindən ona həmin əlavənin hesablanmasının dayandırılması əsaslı olmuşdur. Məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarındakı mövqeyi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarından görünür ki, Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, göstərilənlərdən aydın olur ki, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir. Məsələyə “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələbləri nəzərə alınmadan yanaşma pensiya sisteminin aşağıdakı iki əsas təməl prinsipinə uyğun deyil: - əmək pensiyasının hesablanmasının şəxsin sığorta stajının əhatə etdiyi dövrdə yalnız aldığı vəsaitlər əsasında həyata keçirilməsi; - əmək haqqının və ya təminat xərcliyinin məcburi dövlət sosial sığorta haqqı ödənməyən hissəsinin pensiya hesablanması zamanı nəzərə alınmaması. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.3 bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının AMEA-nın X6 Emalı üzrə Təcrübə İstehsalatı Xüsusi Konstruktor Texnoloji Bürosunda 01.06.2009-cu il tarixdən 03.02.2014cü il tarixədək olan işlədiyi dövr üzrə məcburi dövlət sosial sığortası haqları ödənilmədiyi 01.06.2009-cu il tarixdən 01.01.2012-ci il tarixədək olan dövrün sosial sığorta stajına hesablanmaması barədə cavabdehin mövqeyi əsaslı olmuşdur. İddiaçının elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində sosial sığorta stajının 25 ildən az müddəti təşkil etdiyi müəyyən edildiyindən, ona elmi dərəcəyə görə hesablanmış əlavənin dayandırılması əsaslı olmuşdur və iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəmə araşdırması zamanı qanunvericilklə təsdiqini tapmadığından məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68-69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №e-2-1(112)-3361/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3361/2021
28.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver