Məhkəmə qərarları › İş №e-2-1(112)-3363/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3363/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3363/2025 13.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli, **********186686 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin xx.xx.2023-cü il tarixli, **********179765 nömrəli “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” Qərarına əsasən iddiaçı barəsində səyyar vergi yoxlaması keçirilmişdir. Yoxlama dövründə cəmiyyət tərəfindən malların bir qismi anbardan yerində satış olaraq nağd qaydada satılmışdır. Bunun səbəbi malın alıcılarının vergi ödəyicisi olmadıqları olmuşdur. Eyni növ malın anbarda yerində satış qiyməti ilə ünvana çatdırılmaqla olan satış qiyməti arasında nəqliyyat, yanacaq və işçi xərclərini də nəzərə almaqla təbii olaraq fərqlər mövcud olmuşdur. Bununla bağlı olaraq cəmiyyət tərəfindən vergi ödəyicisi olmayan və ya vergi ödəyicisi olmadığını bildirən şəxslərə, yəni son istehlakçıya nəzarət kassa aparatı (bundan sonra - NKA) vasitəsilə pərakəndə ticarət qaydasında satılmış mallar heç bir sübut, dəlil və ya əsas olmadan topdansatış qaydada satılmış mallar çərçivəsində dəyərləndirilməklə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə istinadən cəmiyyətə 449814,52 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi orqanında qeydiyyatdan keçirilmiş və vergi orqanının da istifadəsinə razılıq verdiyi nəzarət kassa aparatının fiskal yaddaşında ƏDV ilə birlikdə 2020-ci il ərzində - 1595428,97 manat, 2021-ci il ərzində - 1490266,85 manat, 2022-ci il ərzində - 2039461,32 manat və 2023-cü ilin 11 ayı ərzində - 2458683,91 manat vəsait vardır. Lakin aparılmış səyyar vergi yoxlaması zamanı vergi orqanının nümayəndələri həmin malların satışına qaimə qiymətlərini tətbiq etmişlər. Həmçinin, yoxlama ilə əhatə olunan dövr ərzində ümumilikdə dəyəri 125 min manatdan artıq olan istifadə vaxtı ötmüş malların mal alışını həyata keçirdiyi "xxxx" MMC-nin səlahiyyətli nümayəndələrinin də iştirakı ilə tərtib olunmuş utilizasiya aktları yoxlamaya təqdim edilmiş olsa da, həmin sənədlər vergi orqanı tərəfindən qəbul edilməmiş və ədalətsiz bir şəkildə silinmiş həmin mallar üzrə də ticarət əlavələri dövriyyələr müəyyən edilərək əlavə vergilər hesablanmışdır. Bundan başqa tərtib edilmiş səyyar vergi yoxlaması aktında bir neçə yerdə qeyd edilmişdir ki, iddiaçı tərəfindən yoxlamanın predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan sənədlər yoxlamaya qismən təqdim edilmişdir. Halbuki, bütün mallar rəsmi şəkildə e-qaimələr vasitəsilə alınmaqla, vergi ödəyicisi olan şəxslərə qanunvericiliyin də tələbinə uyğun olaraq yenə e-qaimələr ilə, vergi ödəyicisi olmayan və ya VÖEN təqdim etməyən şəxslərə isə nəzarət kassa aparatları vasitəsilə nağd qaydada satılmaqla rəsmiləşdirilmişdir. Bundan başqa mühasibatlıqda malların alınması, təqdim edilməsi və qalıqlar barədə hesabat onun alış qiyməti və ya maya dəyəri əsas götürülməklə tərtib edilir ki, iddiaçı tərəfindən malların hərəkəti – mal-material hesabatları alış qiymətləri üzərindən tərtib edilmiş və yoxlamaya təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz məhkəməyə təqdim edilmişdir. Etirazda göstərilmişdir ki, cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********179765 nömrəli qərarı ilə iddiaçıda xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2023-cü il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir. Yoxlanılan dövrdə iddiaçı faktiki olaraq alkoqollu və digər içkilərin topdan satışı ilə məşğul olmuşdur. İddiaçı yoxlanılan dövrdə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura üzrə məlumatı ilə vergi ödəyicisi tərəfindən təqdim olunan malmaterialların illik hərəkəti cədvəllərinin müqayisəsi nəticəsində həmin cədvəl məlumatların “pərakəndə satış” sütununda maya dəyəri ifadəsi ilə əks etdirilmiş mallar elektron qaiməfaktura əsasında topdan qaydada satış kimi qiymətləndirilərək ticarət əlavəsi tətbiq olunmaqla əlavə hesablamalar aparılmışdır. Belə ki, 2020-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış malların dəyəri 5377950,10 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş mal-materialların illik hərəkəti cədvəl məlumatının “pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 3040127,70 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaiməfaktura məlumatına əsasən mal sayılmayan, "xxxx" MMC-yə (VÖEN **********) “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu malların kompensasiyası” adı altında digər gəlirləri 190019,76 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 5377950,10 + 3040127,70 + 190019,76 = 8608097,56 manat olmalı halda, 6971078,81 manat, 2021-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış malların dəyəri 5078913,85 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş mal-materialların illik hərəkəti cədvəl məlumatının “pərakəndə satış" sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 2202405,31 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaimə-faktura məlumatına əsasən mal sayılmayan, "Carlsberg Azerbaijan” MMC-yə “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu malların kompensasiyası" adı altında digər gəlirləri 199702,46 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 5078913,85 + 2202405,31 + 199702,46 = 7481021,62 manat olmalı halda, 6587198,53 manat, 2022-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış mallann dəyəri 4342233,58 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş mal-materiallann illik hərəkəti cədvəl məlumatının "pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 2769774,48 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaimə- faktura məlumatına əsasən mal sayılmayan, “Carlsberg Azerbaijan" MMC-yə “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu mallann kompensasiyası” adı altında digər gəlirləri 253286,32 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardansonra ümumi gəlir” sətiri üzrə 4342233,58 + 2769774,48 + 253286,32 = 7365294,38 manat olmalı halda, 6282051,08 manat göstərildiyi müəyyən olmuşdur. Nəticədə yoxlama ilə ümumi gəlirlərin 2020-ci il üzrə 8608097,56 - 6971078,81 = 1637018,75 manat, 2021-ci il üzrə 7481021,62 - 6587198,53 = 893823,09 manat, 2022ci il üzrə isə 7365294,38- 6282051,08 = 1083243,3 manat azaldıldığı müəyyən edilmişdir. Eyni zamanda 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində 221.1-ci “Əmək haqqı və ona bərabər tutulan ödəmələr” sətiri üzrə 274018,21 olmalı halda 274018,21 manat, 221.2-ci “Sosial sığorta haqlan” sətiri üzrə 48485,16 manat olmalı halda 48485,16 manat, 221.5-ci “icarə haqlan” sətiri üzrə 18301,0 manat olmalı halda 0,0 manat, 221.11 -ci “Rabitə xərcləri" sətiri üzrə 24,00 manat olmalı halda 0,0 manat, 221.13-cü “Bank xidməti üzrə xərcləf’ sətiri üzrə 10896,53 manat olmalı halda 13484,09 manat, 221.15-ci “Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətiri üzrə 6139,24 manat olmalı halda 0,0 manat, 222.1-ci “Rezident üzrə faizlər” sətiri üzrə 9419,82 manat olmalı halda 0,0 manat, hərəkəti cədvəli, o cümlədən vergi ödəyicisinin özünün elektron qaimə-faktura üzrə satışdankənar gəlirləri barədə rəsmi məlumatlara əsasən hesablanmışdır. Yoxlama ilə əhatə olunan dövrdə vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura üzrə məlumatı ilə vergi ödəyicisi tərəfindən təqdim olunan mal-materialların illik hərəkəti cədvəllərinin müqayisəsi nəticəsində həmin cədvəl məlumatların “Pərakəndə satış” sütununda maya dəyəri ifadəsi ilə əks etdirilmiş mallar elektron qaimə-faktura əsasında topdan qaydada satış kimi qiymətləndirilərək ticarət əlavəsi tətbiq olunmaqla əlavə hesablamalar aparılmışdır. Belə ki, 2020-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış mallann dəyəri 5377950,10 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş mal-materiallann illik hərəkəti cədvəl məlumatının “pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 3040127,70 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaiməfaktura məlumatına əsasən mal sayılmayan, "xxxx" MMC-yə “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu mallann kompensasiyası” adı altında digər gəlirləri 190019,76 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 5377950,10+3040127,70+190019,76=8608097,56 manat olmalı halda, 6971078,81 manat, 2021-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış mallann dəyəri 5078913,85 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2021-ci il üçün təqdim edilmiş mal- materiallann illik hərəkəti cədvəl məlumatının “pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 2202405,31 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaimə-faktura məlumatına əsasən mal sayılmayan, "xxxx" MMC-yə “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu mallann kompensasiyası” adı altında digər gəlirləri 199702,46 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 5078913,85 + 2202405,31 + 199702,46 = 7481021,62 manat olmalı halda, 6587198,53 manat, 2022-ci il üzrə təqdim edilmiş elektron qaimə-faktura üzrə satılmış mallann dəyəri 4342233,58 manat (ƏDV-siz), vergi ödəyicisi tərəfindən 2022-ci il üçün təqdim edilmiş mal-materiallann illik hərəkəti cədvəl məlumatının “Pərakəndə satış” sütununda maya dəyəri ilə ifadə olunmuş mallar topdansatış kimi qiymətləndirilməklə tətbiq edilmiş ticarət əlavələri nəticəsində yaranmış dövriyyə fərqi 2769774,48 manat (ƏDV-siz), o cümlədən müvafiq dövrdə təqdim edilmiş elektron qaimə- faktura məlumatına əsasən mal sayılmayan, “Carlsberg Azerbaijan" MMCyə “Satış ərazilərinin inkişaf etdirilməsi” və “Qüsurlu mallann kompensasiyası” adı altında digər gəlirləri 253286,32 manat (ƏDV-siz), ümumilikdə 220-ci “Çıxılmalardan sonra ümumi gəlir” sətiri üzrə 4342233,58 + 2769774,48 + 253286,32 = 7365294,38 manat olmalı halda, 6282051,08 manat göstərildiyi müəyyən olmuşdur. Nəticədə yoxlama ilə ümumi gəlirlərin 2020-ci il üzrə 8608097,56 - 6971078,81 = 1637018,75 manat, 2021-ci il üzrə 7481021,62 - 6587198,53 = 893823,09 manat, 2022-ci il üzrə isə 7365294,38-6282051,08 = 1083243,3 manat azaldıldığı müəyyən edilmişdir. Eyni zamanda cəmiyyətin xərclərini araşdıran zaman əldə edilmiş elektron qaimə-faktura məlumatına, bank və faiz xərcləri üzrə bank çıxarışlarına, malın maya dəyərinin müəyyən edilməsi üçün vergi ödəyicisi tərəfindən təqdim edilmiş mal-materiallannm hərəkəti cədvəli, əlaqəli bəyannamə məlumatları (ÖMV, ƏDV, vahid hesabat, əmlak vergisi, mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsi) yoxlanılmışdır. Belə ki, 2020-ci il üçün təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin xərclər bölməsində 221.1-ci “Əmək haqqı və ona bərabər tutulan ödəmələr” sətiri üzrə 274018,21 olmalı halda 274018,21 manat, 221.2-ci “Sosial sığorta haqlan" sətiri üzrə 48485,16 manat olmalı halda 48485,16 manat, 221.5-ci “İcarə haqlan” sətiri üzrə 18301,0 manat olmalı halda 0,0 manat, 221.11-ci “Rabitə xərcləri” sətiri üzrə 24,00 manat olmalı halda 0,0 manat, 221.13-cü “Bank xidməti üzrə xərcləf sətiri üzrə 10896,53 manat olmalı halda 13484,09 manat, 221.15-ci “Bilavasitə mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər” sətiri üzrə 6139,24 manat olmalı halda 0,0 manat, 222.1-ci “Rezident üzrə faizlər” sətiri üzrə 9419,82 manat olmalı halda 0,0 manat, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə yoxlamanın nəticəsi olaraq Vergi Məcəlləsinin 105.1-ci maddəsinə əsasən 20 faiz tətbiq etməklə 2020-2022-ci illər üzrə (3614085,14- 869933,9)*20%=548830,24 manat mənfəət vergisi məbləğinin azaldıldığı müəyyən olunaraq müvafiq hesablamalar apanlmaqla Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50 faizi miqdarında, yəni 548830,24*50% = 274415,13 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatən edilən dövrdə təqdim edilmiş ƏDV bəyannamələri üzrə cəmi 243882,56 manat büdcəyə hesablama aparılmış və cəmi 13650,60 manat büdcədən qaytarılma istənilmişdir. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə edilən dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 305-ci sətrində əməliyyatlar üzrə cəmi19264250,78 manat dövriyyə göstərilmişdir. Yoxlama ilə əhatə olunan dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrində 0 faiz üzrə ƏDV-yə cəlb olunan, ƏDV-dən azad olunan və ƏDV bəyannamələrinin 306-cı sətiri üzrə Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyri- rezidentin göstərdiyi xidmətlər və ya gördüyü işlər üzrə əməliyyatlar müəyyən edilmədi. Vergi ödəyicisi tərəfindən yoxlama ilə əhatə edilən dövr üzrə təqdim edilmiş ƏDV bəyannamələrinin 308ci sətirində (Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən alınmış elektron qaimə fakturalar üzrə nağdsız qaydada ödənilmiş məbləğ üzrə 17985184,21 manat, ƏDV bəyannamələrinin 310-cu sətirində idxalda ƏDV-yə cəlb olunmuş mallara (işlərə, xidmətlərə) görə ödənilmiş məbləğ üzrə) cəmi ƏDV məbləğinin 0,0 manat, ƏDV bəyannamələrinin 312-ci sətirində Vergi Məcəlləsinin 169-cu maddəsinə əsasən qeyrirezidentə ödənilmiş ƏDV məbləğinin 0,0 manat və ƏDV bəyannamələrinin 317-ci sətrində əməliyyatlar üzrə cəmi ödənilmiş məbləğ üzrə əvəzləşdirilən ƏDV məbləğinin Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən 18 faiz tətbiq edilməklə 3237333,16 manat göstərilmişdir. Yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi üzrə dövriyyə məbləği düzgün göstərilməmişdir. Nəticədə, 2021-ci il üçün yaranmış 316321,41 manat əlavə dövriyyə məbləği ƏDV üzrə 2021-ci ilin dekabr ayına, 2022-ci il üçün yaranmış 409546,88 manat əlavə dövriyyə məbləği ƏDV üzrə 2022-ci ilin dekabr ayına, 2023-cü il üçün yaranmış 674588,33 manat əlavə dövriyyə məbləği 2023-cü ilin noyabr ayına hesablanmışdır. Yoxlama ilə vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 159-cu, 166-cı və 175- ci maddələrinin tələbləri pozulmaqla büdcəyə çatası ƏDV məbləğinin ayn-ayn aylarda olmaqla ümumilikdə 381648,42 manat azaldıldığı, eyni zamanda 208195,8 manat isə artıq hesablandığı müəyyən olunmuşdur. Artıq hesablanmış 208195,8 manat vergi məbləğidə nəzərə alınaraq ümumilikdə 173452,62 manat verginin əskik hesablanması müəyyən edildi və büdcəyə 173452,62 manat əlavə ƏDV məbləği hesablanmışdır. Vergi Məcəlləsinin 58.1 -ci maddəsinə əsasən əlavə dəyər vergisinin hesabatda göstərilən məbləğinin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 381648,42 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 190824,21 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cəmiyyətə məxsus AZ2008, ünvan 1 ünvanında yerləşən **********-23001 kod üzrə “anbar” adlı təsərrüfat subyektində yoxlama dövründə qeydiyyatda olan “Mini-T61” markalı zavod nömrəsi 01857 olan nəzarət kassa aparatı ilə elektron qaimə-faktura təqdim edilməli olduğu halda mallann elektron qaimə-faktura təqdim edilmədən 2022-ci il ərzində 2039461,32 manat (ƏDV-li), 2023-cü ilin yanvar-noyabr aylarında isə 2458683,91 manat (ƏDV-li) məbləğində təqdim edildiyi müəyyən olunmuşdur. Nəticədə təqdim edilmiş mallann satış qiymətinin 10 faizi miqdarında, 2022-ci il üzrə 203946,13 manat, 2023-cü ilin yanvar-noyabr ayları üzrə isə 245868,39 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan əlavə, yoxlama ilə müəyyən edilmişdir ki, vergi ödəyicisinin sahibliyində olan malların bir qisminə dair mallann alışını və ya mədaxilini təsdiq edən sənədlər mövcud olmamışdır. Belə ki, 2020-ci ildə müəssisə tərəfindən ərzində alış sənədləri olmadan məhsulların satışı həyata keçirilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən olunan qiymətlər nəzərə alınmaqla 2020-ci il üzrə alış sənədi olmadan cəmi xərclərin 87412,21 manat olması müəyyən edilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən olunan qiymətlər nəzərə alınmaqla 2021-ci il üzrə alış sənədi olmayan cəmi xərclərin 6850,73 manat olması müəyyən edilmişdir. 2022-ci ildə müəssisə tərəfindən ərzində alış sənədləri olmadan məhsulların satışı həyata keçirilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən olunan qiymətlər nəzərə alınmaqla 2022-ci il üzrə alış sənədi olmadan cəmi xərclərin 12732,97 manat olması müəyyən edilmişdir. 2023-cü ildə müəssisə tərəfindən ərzində alış sənədləri olmadan məhsulların satışı həyata keçirilmişdir. Yoxlama ilə vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarına əsasən müəyyən olunan qiymətlər nəzərə alınmaqla 2023-cü il üzrə alış sənədi olmadan cəmi xərclərin 40709,57 manat olması müəyyən edilmişdir. Beləliklə, Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən yoxlama ilə müəssisəyə 2020- ci ildə 8741,22 manat, 2021-ci ildə 685,07 manat və 2022-ci ildə 2546,59 manat, 2023-cü ildə isə 8141,91 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli **********179858 nömrəli akt əsasında “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********186686 nömrəli qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 05 noyabr 2024-cü il tarixli, KY232069002 nömrəli çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçının bütün təsərrüfat obyektlərində xx.xx.2023-xx.xx.2024-cü il tarixlərdə xx.xx.2020xx.xx.2023 dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli, **********179858 nömrəli səyyar vergi yoxlaması aktı iş materiallarına əlavə edilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli **********186686 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçıya 2020-ci il mənfəət vergisi üzrə 244779,17 manat, 2021-ci il mənfəət vergisi üzrə 150705,41 manat, 2022-ci il mənfəət vergisi üzrə 153345,66 manat, 2020-ci il əlavə dəyər vergisi üzrə 25983,14 manat, 2021-ci il əlavə dəyər vergisi üzrə 88385,95 manat, 2022-ci il əlavə dəyər vergisi üzrə 111861,11 manat, 2020-ci il muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) üzrə 0,14 manat, cəmi 775 060, 58 manat əlavə vergi, habelə həmin əlavə hesablanmış vergilərə 937 201,44 manat maliyyə sanksiyası hesablanmışdır. İddiaçıya həmin qərarla Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 440 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixdə “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********179860 nömrəli tələbnamə göndərilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Səyyar vergi yoxlaması zamanı inventarizasiyanın təyin edilməsi haqqında” **********180823 nömrəli qərar qəbul edilmişdir. Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” **********180823 nömrəli qərar qəbul edilmişdir. Yoxlama dövründə iddiaçının Gəncə şəhərində yerləşən anbarından vaxtı keçmiş pivə məhsullarının "xxxx" ASC-yə göndərilməsini sübut edən aktlar iş materiallarına əlavə edilmişdir. xx.xx.2020-xx.xx.2020-ci Dövr üzrə təqdim edilmiş qaimələrdən görünür ki, iddiaçı cəmi 275069,53 manat məbləğində mal satmış, ƏDV –nin məbləği 49512,56 manat təşkil etmişdir. xx.xx.2020-xx.xx.2020-ci Dövr üzrə əldə edilmiş qaimələrdən görünür ki, iddiaçı 435315,9 manat məbləğində mal almış, ƏDV-nin məbləği 78356,85 manat təşkil etmişdir. xx.xx.2021-xx.xx.2021-ci Dövr üzrə təqdim edilmiş qaimələrdən görünür ki, iddiaçı cəmi 5318412,52 manat məbləğində mal satmış, ƏDV –nin məbləği 957316, 59 manat təşkil etmişdir. xx.xx.2021-xx.xx.2021-ci Dövr üzrə əldə edilmiş qaimələrdən görünür ki, iddiaçı 6815349,29 manat məbləğində mal almış, ƏDV-nin məbləği 1226762,82 manat təşkil etmişdir. xx.xx.2022-xx.xx.2022-ci Dövr üzrə təqdim edilmiş qaimələrdən görünür ki, iddiaçı cəmi 4628642,53 manat məbləğində mal satmış, ƏDV –nin məbləği 833198, 28 manat təşkil etmişdir. xx.xx.2022-xx.xx.2022-ci Dövr üzrə əldə edilmiş qaimələrdən görünür ki, iddiaçı 6192713,6 manat məbləğində mal almış, ƏDV-nin məbləği 1114688,44 manat təşkil etmişdir. xx.xx.2023-xx.xx.2023-cü Dövr üzrə təqdim edilmiş qaimələrdən görünür ki, iddiaçı cəmi 4076286,63 manat məbləğində mal satmış, ƏDV –nin məbləği 734276, 44 manat təşkil etmişdir. xx.xx.2023-xx.xx.2023-cü Dövr üzrə əldə edilmiş qaimələrdən görünür ki, iddiaçı 5837304,23 manat məbləğində mal almış, ƏDV-nin məbləği 1050714,72 manat təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş kassa nəzarət aparatları üzrə yekun çıxarışlardan görünür ki, iddiaçının kassa nəzarət aparatı əsasən 2020-ci il üzrə dövriyyəsi 1 595 428,97 manat, ƏDV-si 243970 manat, 2021-ci il üzrə dövriyyəsi 1 490266,85 manat, ƏDV-si 227 328 manat, 2022-ci il üzrə dövriyyəsi 7 039 461,32 manat, ƏDV-si 311 104 manat, 2023-cü il üzrə dövriyyəsi 2 458 683 manat, ƏDV-si 375 053,48 manat olmuşdur. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində cavabdehin xx.xx.2024-cü il tarixli, **********186686 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğvini xahiş edir. Bu səbəbdən iddia mahiyyətcə mübahisələndirmə barədə iddiadır. İddiaçı məhkəməyə vaxtında müraciət etmiş və qərarın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş 30 günlük müddəti ötürməmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilmişdir ki, Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir (38.1.). Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər (38.2.). Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır (39.1.). İşin müəyən edilmiş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya məxsus təsərrüfat obyektlərində xx.xx.2020-xx.xx.2023 və xx.xx.2023-xx.xx.2024-cü il tarixlərini əhatə edən dövr üzrə növbədənkənar səyyar vergi yoxlaması keçirilmişdir. Həmin səyyar vergi yoxlaması əsasında səyyar vergi yoxlaması aktı tərtib edilmişdir. Həmin akt əsasında qəbul edilmiş qərarla iddiaçıya mənfəət vergisi və ƏDV üzrə əlavə vergi borcu və həmin borc əsasında maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı hazırda həmin qərarı mübahisələndirir. Vergi Məcəlləsinə əsasən dövlət vergilərinə aşağıdakılar aiddir: fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərin və bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi; hüquqi şəxslərin və bu Məcəllənin 206.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin torpaq vergisi; yol vergisi; mədən vergisi; sadələşdirilmiş vergi (6.1.). Həmin Məcəllədə həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyrikommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir (103.1.). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir (104.1.). Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisəsi bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirinin bu Məcəlləyə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən vergi ödəyir (104.2.). Vergi Məcəlləsində həmçinin göstərilmişdir ki, əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir (153.1.). ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir (154.1.). Malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir (159.1.). İddiaçının əsas dəlili ondan ibarət olmuşdur ki, ona məxsus olan təsərrüfat subyektlərində kassa nəzarət aparatı qoyulmuş, topdan satışla yanaşı pərakəndə satış da həyata keçirilmişdir. Malların bir qismi pərakəndə şəkildə satılmışdır. Lakin, səyyar vergi yoxlaması zamanı cavabdeh qeyd edilən halı nəzərə almamış, pərakəndə qaydada satılmış malların topdan satış formada nəzərə almış və həmin malların dəyərinin üzərinə ticarət əlavəsi hesablamışdır. Vergi Məcəlləsində göstərilmişdir ki, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir (13.2.62.). Topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir (13.2.63.). Alınmış malların (işlərin, xidmətlərin) alış qiyməti bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox yuxarıdırsa və onların dəyəri gəlirdən çıxılan xərclərə aid edilibsə, alınmış malların (işlərin, xidmətlərin) faktiki alış dəyərinin əsassız artırılması aşkar edildiyi halda həmin malların (işlərin, xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə bazar qiymətləri ilə aid edilir və vergilər yenidən hesablanır (14.6.5.). Vergi ödəyicilərinin təqdim olunan mallara (işlərə, xidmətlərə) tətbiq etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə əsasən müəyyənləşdirilən bazar qiymətlərindən topdansatış ticarət fəaliyyəti sahəsində 10 faizdən, tikinti və istehsal fəaliyyəti sahəsində 20 faizdən, digər fəaliyyət sahələrində 30 faizdən çox aşağı olduqda, vergilər bazar qiymətləri əsasında, yuxarı olduqda isə faktiki təqdimolunma qiymətləri ilə hesablanır (14.6.6.). Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması qaydası”nda göstərilmişdir ki, İstehsal sahəsində fəaliyyət göstərən vergi ödəyicisinə məxsus istehsal ehtiyatlarının təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti “İstehsal ehtiyatlarının təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır. İstehsal fəaliyyəti göstərən vergi ödəyicisinin bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə satış fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) mövcud olduqda, həmin təsərrüfat subyektlərindən (obyektlərdən) malların (hazır məhsulların) istehsal fəaliyyətində istifadə üçün götürülməsi və ya qaytarılması “Malların (hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilməklə elektron və ya kağız daşıyıcıda uçota alınır (3.5.). Topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-faktura tərtib edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (vergi ödəyicisinə) qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası ilə yanaşı, POSterminaldan çıxarış verilir (4.1.). Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektdə) mallar pərakəndə və topdansatış qaydasında təqdim edildikdə, bu fəaliyyətlər üzrə malların mədaxilinin və məxaricinin (satışının) uçotu ayrılıqda aparılır (4.2.). Qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarından görünür ki, şəxsin fəalyyətinin topdansatış fəaliyyəti olması onun pərakənda satışla da məşğul olmasına hər hansı maneı yaratmır. Bu şərtlə ki, topdansatış fəaliyyəti ilə məşğul olub, həm də pərakəndə satış həyata keçirən şəxs pərakəndə satış vasitəsilə realizə etdiyi malları qanunvericiliyin tələblərinə uyğun şəkildə rəsmiləşdirsin. Vergi Məcəlləsinin 58.13-cü maddəsində göstərilmişdir ki, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə (elektron ticarət qaydasında satılan malların sifariş edilərək pərakəndə satış ticarət obyektlərinə məxsus anbarlardan təqdim edilməsi istisna olmaqla), habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Göründüyü kimi Qanunda topdansatış fəaliyyəti həyata keçirən ticarət obyektlərindən pərakəndə satışın həyata keçirilməsi üçün satılan malların dəyərinə maliyyə sanksiyası hesablanmasını istisna etmir. Lakin, satılan malların topdan satılmış mallar kimi qiymətləndirilməsi və bu qaydada vergilərin hesablanması qanunvericilikdə öz əksini tapmamışdır. Vergi Məcəlləsinə 30 noyabr 2018-ci il taixli qanunla əlavə edilən 106.9-cu maddədə göstərilmişdir ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər tərəfindən büdcəyə ödənilməli olan mənfəət vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. İddiaçı topdansatış fəaliyyəti ilə məşğul olsa da sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə nəzarət kassa aparatının quraşdırılması və həmin nəzarət kassa aparatının vergi orqanı tərəfindən təsdiq edilməsi isə sonuncunun iddiaçının pərakəndə satış fəaliyyəti ilə məşğul olmasına razılığını ifadə edir. İddiaçının cavabdehin özünün təsdiq etdiyi kassa aparatı vasitəsi ilə həmçinin elektron qaimə faktura əsasında malların satışlarının keçirilməsi qanuna uyğun olmuş, belə ki, hər iki üsulla satışlar zamanı ƏDV-nin tutulması həyata keçirilmiş, verginin ödənilməsindən hər hansı bir yayınma faktı olmamışdır. Qanunvericilikdə pərakəndə satış zamanı təqdim edilə bilən mallar hər hansı say həddi və ya həcmi ilə məhdudlaşdırılmamışdır. Bu baxımdan, topdansatış fəaliyyətinin pərakəndə fəaliyyətdən fərqləndirilməsi zamanı yalnız malların say həddinə və ya həcminə istinad olunması qanuna ziddir. Qanunvericilik vergi ödəyicisinə eyni təsərrüfat subyektində malların həm pərakəndə, həm də topdansatış qaydasında təqdim edilməsini qadağan etmir və yalnız malların mədaxilinin və məxaricinin uçotunun ayrılıqda aparılmasını tələb edir İddiaçı tərəfindən təqdim edilmiş kassa nəzarət aparatından çıxarışlardan görünür ki, iddiaçının kassa nəzarət aparatı əsasən 2020-ci il üzrə dövriyyəsi 1 595 428,97 manat, ƏDV-si 243970 manat, 2021-ci il üzrə dövriyyəsi 1 490266,85 manat, ƏDV-si 227 328 manat, 2022-ci il üzrə dövriyyəsi 7 039 461,32 manat, ƏDV-si 311 104 manat, 2023-cü il üzrə dövriyyəsi 2 458 683 manat, ƏDV-si 375 053,48 manat olmuşdur. Yəni, iddiaçı həmin malları pərakəndə qaydada satmışdır ki, bu cavabdeh tərəfindən nəzərə alınmamışdır. Bu isə cavabdeh tərəfindən iddiaçıya əlavə vergi məblələrinin hesablanmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli, **********186686 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********186686 saylı “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ləğv edilsin. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar