Məhkəmə qərarları › İş №e-2-1(112)-3380/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3380/2025

24.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3380/2025 24.10.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi və s.” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, barəsində 2021-ci il üzrə iyul-dekabr ayların ƏDV bəyannamələri üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 4 iyul 2024-cü il tarixli **********829300 nömrəli, **********823100 nömrəli, **********851800 nömrəli, **********617800 nömrəli, **********863900 nömrəli və **********748300 nömrəli qərarların ləğv edilməsi, 16 may 2024-cü il tarixdə təqdim edilən 2021-ci ilin may-iyun ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrin nəzərə alınması və müvafiq azalmaların təsdiq edilməsi öhdəliyinin cavabdeh vergi orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və əsas fəaliyyət növü “xəstəxanaların fəaliyyəti: müalicə, qalmaq, qidalanmaq və sair”dən ibarət olmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdən ƏDV qeydiyyatına alınmış və Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 116A ünvanında yerləşən ümumi sahəsi 1663 kv.m olan “Qeyri-yaşayış binası” adlı təsərrüfat subyekti (obyekti) xx.xx.2019-cu il tarixdən vergi orqanında qeydiyyata alınmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (VÖEN **********) satılmış və qeydiyyat sənədlərində bununla bağlı müvafiq dəyişikliklər edilmişdir. İddiaçının fəaliyyətinin araşdırılması zamanı 2021-ci il üçün mənfəət vergisi bəyannaməsinin düzgün təqdim edilmədiyi və artıq mənfəət vergisinin hesablandığı müəyyən edilmiş, bununla əlaqədar dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi təqdim edilməsinə baxmayaraq, cavabdeh vergi orqanı tərəfindən nəzərə alınmamışdır. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (bu Məcəllənin 38.3.3-cü və 38.3.4-cü maddələrinə uyğun olaraq həyata keçirilən səyyar vergi yoxlamasının nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçı bununla bağlı dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsini təqdim etmiş, lakin vergi orqanı tərəfindən nəzərə alınmayaraq 2021-ci il üçün mənfəət vergisi üzrə 472.961,66 manat vergi məbləği hesablanaraq xx.xx.2024-cü il tarixli **********431000 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və iddiaçıya göndərilmişdir. Bildirilir ki, iddiaçının 2021-ci il üzrə maliyyətəsərrüfat əməliyyatlarının araşdırılması zamanı dövriyyə məbləğinin 36.099.464,15 manat müəyyən edilməsinə baxmayaraq, əvvəlki bəyannamədə 38.919.287,86 manat dövriyyə bəyan edilmişdir. İddiaçının əvvəlki təsisçisi X1 məxsus əsas vəsaitlər "xxxx" MMC tərəfindən qiymətləndirilmiş və dəyəri 3.948.845,00 manat müəyyən edilmiş, təsisçi tərəfindən nizamnamə kapitalına əmlak şəklində ümumi dəyəri 3.948.845,00 manat olan tibbi avandanlıqlar qoyulmuş, "xxxx" MMC-nin auditor hesabatı və "xxxx" MMC-nin müvafiq rəyi əsasında nizamnamə kapitalına qoyuluş üçün hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə müraciət edilmiş, xx.xx.2021-ci il tarixdə nizamnamə kapitalında dəyişiklik edilmişdir. İddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 36.087.931,54 manat məbləğində elektron qaimə-fakturalar təqdim edilmiş, nəzarət kassa aparatı məlumatlarına əsasən pərakəndə satış üzrə dövriyyəsi 11.532,61 manat təşkil etmişdir. İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergi bəyannaməsində 38.904.816,71 manat çıxılmalardan sonra ümumi gəlir məbləği göstərilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində 37.016.338,93 manat çıxılmalardan sonra ümumi gəlir məbləği göstərilmiş, dövriyyə məbləği 1.888.477,78 manat azaldılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli, **********348200 nömrəli inzibati şikayətlə müraciət edərək təqdim etdiyi 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi üzrə hesablanmış vergi məbləğinin ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda, inzibati şikayətə baxıldığı müddət ərzində iddiaçı 2021-ci il üzrə dövriyyəsinin dəqiqləşdirilməsi ilə bağlı 2 may 2024-cü il tarixdə 2021-ci ilin may – dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim etmiş və müvafiq olaraq may ayı üzrə 23 027,24 manat, iyun ayı üzrə 6 050,04 manat, iyul ayı üzrə 29 739,31 manat, avqust ayı üzrə 45 592,73 manat, sentyabr ayı üzrə 48 745,99 manat, oktyabr ayı üzrə 68 620,35 manat, noyabr ayı üzrə 51 300,20 manat və dekabr ayı üzrə 61 205,79 manat, ümumilikdə 334 281,65 manat ƏDV üzrə azalma baş vermişdir. Qeyd edilən azalma iddiaçının şəxsi hesab vərəqəsində belə öz əksini tapmışdır. Lakin vergi orqanı tərəfindən iddiaçının dövriyyəsinin dəqiqləşdirilməsi ilə bağlı ƏDV bəyannamələri nəzərə alınmamış və 15 may 2024-cü il tarixdə həmin məbləğlər kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilmiş qərarlarla yenidən bərpa edilmişdir. Dövlət Vergi Xidməti iddiaçının inzibati şikayəti üzrə 16 may 2024-cü il tarixli **********309300 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” Qərar qəbul edilmişdir. Qərarın nəticə hissəsində göstərilmişdir ki, İddiaçı kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilir, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********431000 nömrəli qərarı ləğv edilir və Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə tapşırılır ki, bu Qərarın 2-ci bəndinin icrası ilə bağlı İddiaçı şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsini və İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2021-ci il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi, o cümlədən xx.xx.2024-cü il tarixdə 2021-ci ilin may-dekabr ayları üçün dövriyyə azaldılmaqla təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələri üzrə qərarda qeyd olunan kənarlaşmalar araşdırılmaqla yenidən kameral vergi yoxlamasının keçirilməsini və nəticəsi üzrə qanunamüvafiq tədbirlərin görülməsini təmin etsin. Başqa sözlə, qərardan görünür ki, 2021-ci il üzrə dövriyyə vergi orqanında olan uçot baza məlumatlarına uyğun olduğu üçün hesablanmış mənfəət vergisi ləğv edilmiş və iddiaçının şəxsi hesab vərəqəsində elə həmin 16 may 2024-cü il tarixdə müvafiq azalmalar verilmişdir. Qərardan həmçinin o da görünür ki, iddiaçı eyni 16 may 2024-cü il tarixdə Dövlət Vergi Xidməti tərəfindən 2021-ci ilin dövriyyəsinin azaldıldığı təsdiq edildiyi üçün 2021-ci ilin müvafiq olaraq may – dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim edərək həmin dövriyyəni azaltmış və mənfəət vergisi bəyannaməsinə uyğunlaşdırmışdır. Cavabdeh vergi orqanı 4 iyul 2024-cü il tarixdə 2021-ci ilin iyul – dekabr ayları üzrə təqdim edilən ƏDV bəyannamələrinə münasibət bildirirək verilmiş dövriyyə azalmaları qəbul etməmiş və yeni qərarlarla müvafiq olaraq yenidən iyul ayı üzrə 29 739,31 manat, avqust ayı üzrə 45 592,73 manat, sentyabr ayı üzrə 48 745,99 manat, oktyabr ayı üzrə 68 620,35 manat, noyabr ayı üzrə 51 300,20 manat və dekabr ayı üzrə 61 205,79 manat ƏDV bərpa edilmişdir. İddiaçı tərəfindən təqdim edilən 2021-ci ilin may-iyun ayları üzrə ƏDV bəyannamələrinə isə ümumiyyətlə cavabdeh vergi orqanı bu günədək münasibət bildirməmişdir. Halbuki, Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. Eyni Məcəllənin 37.2-1ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Sözügedən Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. Vergi Məcəlləsinin 37.4-ci maddəsinə görə kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Sadalanan normalardan göründüyü kimi, vergi ödəyicisi tərəfindən təqdim edilən bəyannamələrə 30 iş günü müddəti ərzində vergi orqanı münasibət birdirməli, vergilərin düzgün hesablanmaması aşkar edildikdə isə buna dair sənədlər və izahat tələb etməli və bu müddət başa çatana qədər vergilərin hesablanmasını düzgün olmadığı qənaətinə gəlsə bu barədə vergilərin yenidən hesablanması barədə qərar qəbul edərək vergi ödəyicisinə göndərməlidir. Lakin sözügedən normaların tələblərinə zidd olaraq cavabdeh vergi orqanı bu günədək 16 may 2024-cü il tarixdə təqdim edilən 2021-ci ilin may– iyun ayları üzrə ƏDV bəyannamələrinə ümumiyyətlə münasibət bildirməmişdir. Beləliklə, hesab edilir ki, cavabdeh vergi orqanı DVX-nin “İnzibati şikayətin təmin edilməsi haqqında” 16 may 2024-cü il tarixli Qərar üzrə tapşırığı düzgün yerinə yetirməmiş və yuxarı inzibati orqan iddiaçının sonuncu mənfəət vergisi bəyannaməsi üzrə 2021-ci il üzrə göstərilən dövriyyənin uçot baza məlumatlarına uyğun olduğunu (azaldığını) təsdiq etdiyi halda cavabdeh vergi orqanı heç bir əsas olmadan və düzgün araşdırma aparmadan yenidən həmin dövriyyənin azalmasını ƏDV üzrə təqdim edilən 2021-ci ilin may-dekabr ayları üzrə qəbul etməmişdir. Halbuki, VM-nin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmçinin cavabdeh vergi orqanı tərəfindən 2021-ci ilin may-dekabr ayları üzrə ƏDV bəyannamələri ilə bağlı keçirdiyi kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergilər ilə razı olmadığı üçün iddiaçı ona yenidən hesablanmış ƏDVnin ləğv edilməsi ilə bağlı 31 may, 8 və 19 iyul 2024-cü il tarixlərdə inzibati şikayətlər vermiş, lakin həmin şikayətlərin nəticəsi üzrə bu günədək hər hansı inzibati qərar qəbul edilməmişdir. Yalnız 4 sentyabr 2024-cü il tarixdə cavabdeh vergi orqanı iddiaçıya cavab məktubu təqdim edərək iş üzrə araşdırma apardığını və nəticəsi barəsində qanunamüvafiq tədbirlər görüləcəyini bildirmişdir. Başqa sözlə, cavabdeh vergi orqanı və yuxarı vergi orqanı bu günədək iddiaçının 2021-ci ilin may-dekabr ayları üzrə ƏDV bəyannamələri üzrə keçirilmiş kameral vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilmiş qərarlardan edilən şikayətlər ilə bağlı hər hansı inzibati icraat aparmamış və şikayətlərin nəticəsi barəsində qərarlar qəbul etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 78.1-ci maddəsinə görə qanunda başqa müddət nəzərdə tutulmamışdırsa, şikayət instansiyası daxil olduğu gündən 1 ay müddətində inzibati şikayətə baxmağa və mahiyyəti üzrə qərar qəbul etməyə borcludur. “İnzibati icraat haqqında” Qanunun 78.2-ci maddəsinəəsasən şikayət instansiyası tərəfindən bu Qanunun 78.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şikayət instansiyası tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görəmübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdimolunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi, sadalanan normalardan aydın olur ki, yuxarı şikayət instansiyaya şikayət daxil olduqda ona baxılıb müvafiq qərar çıxarılmalı, qərar qəbul edilmədikdə isə şikayətçi məhkəməyə müraciət edə bilər. Şikayət üzrə inzibati akt qəbul edilmədiyindən şikayətçinin məhkəməyə müraciət etmək hüququ üçün nəzərdə tutulmuş müddət buraxılmış sayılmır. Başqa sözlə, hazırkı iş üzrə iddiaçı mübahisələndirdiyi qərarlardan şikayətlər verdiyi və şikayətlər üzrə yuxarı vergi orqanı hər hansı qərar qəbul etmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş iddia müddətini ötürmür. İddiaçı hesab etmişdir ki, vergi orqanı iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını sübuta yetirə bilmədiyindən, habelə kameral vergi yoxlamasının nəticəsi üzrə qəbul edilən qərarlar qanunsuz və əsassız olduğundan ləğv edilməli və cavabdeh vergi orqanın üzərinə iddiaçının 16 may 2024-cü il tarixdə 2021-ci il üzrə may-iyun ayları üzrə təqdim edilən ƏDV bəyannamələrri nəzərə alınaraq müvafiq azalmalar verilməlidir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi icraata qəbul edildikdən sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və bu məqsədlə məhkəmə iclası təyin edilərək tərəflərə bildiriş, eyni zamanda iddiaya yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surəti cavabdehə göndərilmişdir. Cavabdeh vergi orqanı tərəfindən iddiaya dair yazılı münasibət (etiraz) təqdim edilmişdir. Etirazda bildirilmişdir ki, uçot baza məlumatlarına əsasən İddiaçı MMC xx.xx.2017-ci il tarixdən vergi orqanında qeydiyyata alınmış və əsas fəaliyyət növü “Xəstəxanaların fəaliyyəti: müalicə, qalmaq, qidalanmaq və sair” olmuşdur. Bildirilmişdir ki, 2021-ci il iyul ayı üzrə ƏDV bəyannaməsində kameral vergi yoxlamasından sonra təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergi məbləği azaldılmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********989600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, Cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü il iyun ayı ƏDV bəyannaməsi üzrə üzrə 29739,31 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********829300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, 2021-ci il avqust ayı üzrə ƏDV bəyannaməsində kameral vergi yoxlamasından sonra təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergi məbləği azaldılmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********993100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü il iyun ayı ƏDV bəyannaməsi üzrə üzrə 29739,31 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, **********823100 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilmişdir ki, 2021-ci il sentyabr ayı üzrə ƏDV bəyannaməsində kameral vergi yoxlamasından sonra təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergi məbləği azaldılmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********998600 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, Cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü il iyun ayı ƏDV bəyannaməsi üzrə üzrə 29739,31 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********851800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, 2021-ci il oktyabr ayı üzrə ƏDV bəyannaməsində kameral vergi yoxlamasından sonra təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergi məbləği azaldılmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********004900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, Cəmiyyətin hesablama hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü il iyun ayı ƏDV bəyannaməsi üzrə üzrə 29739,31 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024- cü il tarixli **********617800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Bildirilir ki, 2021-ci il noyabr ayı üzrə ƏDV bəyannaməsində kameral vergi yoxlamasından sonra təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergi məbləği azaldılmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********010800 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, Cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü il iyun ayı ƏDV bəyannaməsi üzrə üzrə 29739,31 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********863900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Həmçinin 2021-ci il dekabr ayı üzrə ƏDV bəyannaməsində kameral vergi yoxlamasından sonra təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsində vergi məbləği azaldılmışdır. Qeyd olunan uyğunsuzluqla əlaqədar, xx.xx.2024-cü il tarixli **********016000 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi məktubda qeyd olunan müddət ərzində yaranmış uyğunsuzluğun səbəbi ilə bağlı əsaslandırılmış izahat, Cəmiyyətin hesablaşma hesabında apardığı əməliyyatlar, mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş sənədləri təqdim etmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci, 83-cü və 166.1-ci maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2024-cü il iyun ayı ƏDV bəyannaməsi üzrə üzrə 29739,31 manat məbləğində əlavə vergi məbləği hesablanmış, bu barədə vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli **********748300 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia mübahisələndirmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə iddia müddətinin ötürülməsi səbəbindən iddia tələbinin mümkün sayılmaması ilə bağlı cavabdehin vəsatətinə münasibətdə qeyd edir ki, mübahisələndirilən qərarlar elektron üsulla iddiaçıya çatdırılmış olsa da, qərarın gücləndirilmiş elektron imza vasitələrindən istifadə edilməklə imzalanması, həmçinin kriptoqrafik kod olmasına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı dəlil təqdim edilmədiyindən, vergi orqanının mübahisələndirilən inzibati aktlarının qanunla nəzərdə tutulmuş qaydada iddiaçıya təqdim edilməsi sübuta yetirilmir (Bax: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 15(102)-108/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı). Hazırkı iş üzrə də qərarlar elektron imza ilə təsdiq edilməmiş və elektron sənədin həqiqiliyinin yoxlanması imkanına malik olmamışdır. Mübahisələndirilən qərarların elektron imza ilə təsdiq edilmədiyindən və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin bir çox qərarlarında həmin mövqedən elektron kabinetə göndərilən qərarın çatdırılmamış hesab edilməsi barədə mövqe nümayiş etdirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2159/20 saylı iş üzrə qəbul etdiyi 04 noyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, ““Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasinin Qanununa əsasən informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş sənəd elektron sənəd hesab olunur (maddə 1.1.15) Həmin Qanunun 27-ci maddəsinə əsasən Alan aşağıdakı hallarda elektron sənədi Göndərən tərəfindən göndərilməmiş hesab etməlidir: 35. elektron sənədin göndərilməməsi barədə bildiriş almışdırsa (maddə 27.3.1.), elektron sənədin həqiqiliyi təsdiqlənməmişdirsə (maddə 27.3.2.) 36. elektron sənədin həqiqiliyinin yoxlanması nəticəsində Alana bəlli olmuşdur və ya bəlli olmalı idi ki, qəbul edilmiş elektron sənəd başqa sənədin avtomatik təkrarıdır. 37. Lakin iş materiallarında olan və mübahisələndirilən qərarlar nə qədər ki elektron imza ilə təsdiq edilmədiyində və elektron sənədin həqiqiliyinin yoxlanılması mümkün olmadığından həmin qərarlar iddiaçıya çatdırılmamış hesab edilməlidir. Bununla yanaşı, vergi yoxlamasının materiallarına baxılmasının nəticələri üzrə qərarın vergi ödəyicisinə çatdırılması Vergi Məcəlləsinin «Vergi ödəyiciləri ilə yazışma» adlanan 70-ci maddəsi ilə deyil, Vergi Məcəlləsinin 49.4-cü maddəsi ilə tənzimlənir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin iddiaçının iddiası üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi barədə nəticəyə gəlməsi yanlışdır, belə ki, iddiaçı hazırkı iddiası üzrə iddia müddətini ötürməmişdir.” Göründüyü kimi, istər elektron kabinetə yerləşdirilən qərarların gücləndirilmiş elektron imza ilə təsdiq edilmədən göndərilməsi, istərsə də 49.4-cü maddənin tətbiq edilməli olmasına münasibətdə məhkəmə hesab edir ki, qərarlar iddiaçıya çatdırılmamış hesab edildiyindən müddətin bərpasından söhbət gedə bilməz. Odur ki, məhkəmə iddia müddətinin ötürülmədiyi qənaətinə gəlir və hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş cavabdehin nümayəndəsi etirazın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli, **********309300 nömrəli “İnzibati şikayətin təmin edilməsi haqqında” qərarından görünür ki, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilmiş, LGBİ-nin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********431000 nömrəli qərarı ləğv edilmiş və cavabdehə bu Qərarın 2-ci bəndinin icrası ilə bağlı İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin edilməsi, iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2021ci il üçün hesablama metodu tətbiq edilməklə təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsi, o cümlədən xx.xx.2024-cü il tarixdə 2021-ci ilin may-dekabr ayları üçün dövriyyə azaldılmaqla təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələri üzrə qərarda qeyd olunan kənarlaşmalar araşdırılmaqla yenidən kameral vergi yoxlamasının keçirilməsinin və nəticəsi üzrə qanunamüvafiq tədbirlərin görülməsinin, iddiaçının fəaliyyəti üzrə səyyar vergi yoxlamasının keçirilməsinin təmin edilməsi tapşırılmışdır. -İddiaçı MMC tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayət məktubda bildirilmişdir ki, 2021-ci il üzrə müəyyən edilmiş dövriyyə fərqləri ilə əlaqədar iddiaçı tərəfindən 2021-ci il üçün dəqiqləşmiş MV bəyannaməsi və 2021-ci ilin may-dekabr ayları üzrə dəqiqləşmiş ƏDV bəyannamələri vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən inzibati şikayətin təmin edilməsi haqqında 16 may 2024-cü il **********309300 saylı qərar çıxarılmışdır. Lakin tərəfindən 2021-ci ilin may-dekabr ayları üzrə (azaldılmış dövriyyə ilə) təqdim edilmiş dəqiqləşmiş ƏDV bəyannamələrinə əlavə kameral məbləğ hesablanaraq müəsissənin ŞHV-də əks etdirilmidir. Qeyd edilənləri nəzərə alaraq 2021-ci ilin may-dekabr ayları üçün hesablanmış ƏDV bəyənnamələrinə əlavə kameral hesablamaların ləğv edilərək ŞHV-də düzəliş edilməsi xahiş edilmişdir. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********829300 nömrəli qərara əsasən iddiaçıya 2021-ci il iyul ayı (ƏDV) üzrə 29.739,31 manat əlavə vergi hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********823100 nömrəli qərarına əsasən iddiaçıya 2021-ci il avqust ayı (ƏDV) üzrə 45.592,73 manat əlavə vergi hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********851800 nömrəli qərarına əsasən iddiaçıya 2021-ci il sentyabr ayı (ƏDV) üzrə 48.745,99 manat əlavə vergi hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********617800 nömrəli qərarına əsasən iddiaçıya 2021-ci il oktyabr ayı (ƏDV) üzrə 68.950,90 manat əlavə vergi hesablanmışdır. Qərar onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən (VÖEN: **********) təqdim olunmuş EBBC seriyalı 276368 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür. "xxxx" MMC tərəfindən (VÖEN: **********) təqdim olunmuş EBBC seriyalı 838648 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür. "xxxx" MMC tərəfindən (VÖEN: **********) təqdim olunmuş EBBC seriyalı 276368 nömrəli elektron qaimə-faktura (e-VHF) üzrə əvvəlki ödənişlər ilə birlikdə ödəniş məbləği faktura məbləğindən böyükdür. 2021-ci ilin oktyabr ayı ərzində iddiaçı tərəfindən 18% dərəcə ilə ƏDV tətbiq edilən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (2885098.28 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş 18 faiz dərəcə ilə veriyə cəlb edilən dövriyyənin (ƏDV-siz) (1117.61 manat) cəmi məbləği 2886215.89 manat olmasına baxmayaraq həmin hesabat dövrü üzrə təqdim edilmiş bəyannamənin 301.1-ci sətrinin “Təqdim edilmiş mal, iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütunundakı 2764036.38 manat ilə bəyannamənin 2 nömrəli Əlavəsinin “Cari hesabat dövründə satılmış mallara görə ticarət əlavəsi” sütunundakı məbləğ 0.00 manat, cəmi 2764036.38 manat göstərildiyindən 122179.51 manat kənarlaşma yaranmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********863900 nömrəli qərarına əsasən iddiaçıya 2021-ci il noyabr ayı (ƏDV) üzrə 51.340,27 manat əlavə vergi hesablanmışdır. -“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə xx.xx.2024-cü il tarixli, **********748300 nömrəli qərarına əsasən iddiaçıya 2021-ci il dekabr ayı (ƏDV) üzrə 61.205,79 manat əlavə vergi hesablanmışdır. -İddiaçı MMC tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayətdə bildirilmişdir ki, 2021-ci il üzrə müəyyən edilmiş dövriyyə fərqləri ilə əlaqədar tərəfimizdən 2021-ci il üçün dəqiqləşmiş MV bəyənnaməsi və 2021-ci ilin may-dekabr ayları üzrə dəqiqləşmiş ƏDV bəyənnamələri vergi orqanına təqdim edilmişdir. Vergi orqanı tərəfindən inzibati şikayətin təmin edilməsi haqqında 16 may 2024-cü il **********309300 saylı qərar çıxarılmışdır. Lakin tərəfimizdən 2021-ci ilin may-dekabr ayları üzrə (azaldılmış dövriyyə ilə) təqdim edilmiş dəqiqləşmiş ƏDV bəyannamələrinə əlavə kameral məbləğ hesablanaraq müəsissənin ŞHV-də əks etdirilmişdir. Qeyd edilənləri nəzərə alaraq 2021-ci ilin may-dekabr ayları üçün hesablanmış ƏDV bəyannamələrinə əlavə kameral hesablamaların ləğv edilərək ŞHV-də düzəliş edilməsini Sizdən xahiş edirik. -İddiaçı MMC tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlan xx.xx.2024-cü il tarixli şikayət məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin təsisçiləri dəyişdirilmişdir və bu əməliyyat rəsmi qaydada notariusda təsdiq edilmiş və vergi orqanında dəyişiklik qeydə alınmışdır. Şirkətin yeni təsisçilərinin təşəbbüsü ilə daxili audit keçirilmişdir. Audit yoxlamasının nəticəsində müəyyən olmuşdur ki, Şirkətin keçmiş baş mühasibi İskəndərova Şəhla tərəfindən 2021-ci il üzrə təqdim edilmiş ƏDV-si və mənfəət vergisi bəyənnamələrində dövriyyələri düzgün əks etdirilməmiş və bunun nəticəsində artıq vergi məbləğləri hesablanmışdır. Qeyd edilən mexaniki səhvin aradan qaldırılması üçün tərəfimizdən 2021-ci il üçün mənfəət vergisi və ƏDV-si bəyənnamələri (2021-ci il üzrə faktiki mövcud dövriyyəsi nəzərə alınaraq) vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən kameral qaydada əlavə mənfəət vergisi hesablanmışdır. Tərəfimizdən kameral qaydada hesablanmış mənfəət vergisinin azaldılması üçün vergi orqanına müraciət edilmişdir. Müraciətimiz Vergi xidmətinin İnzibati şıkayətlərə baxılması idarəsi tərəfindən baxılmış, 2021-ci il üzrə dövriyyəsinin faktiki olaraq az olduğunun, təqdim edilimiş mənfəət vergisi bəyənnaməsində müəssisənin keçmiş mühasibi tərəfindən əsassız olaraq (mexaniki səhv nəticəsində) artıq göstərildiyi müəyyən edilmişdir. Buna görə də, Vergi xidmətinin İnzibati şıkayətlərə baxılması idarəsinin 16 may 2021-ci il **********309300 saylı Qərarı cıxarılaraq müəssisənin şikayəti təmin edilmiş və şəxsi vərəqədə azalma aparılmışdır. Həmin Qərarda 2021-ci ilin may-dekabr ayları dövriyyənin azaldılması ilə əlaqədar təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV-si bəyənnamələrin kameral yoxlanılması aidiyyatı üzrə BŞLGB-nə tapşırılmışdır. BŞLGBİ-də 2021-ci ilin may-dekabr ayları üzrə ƏDV-nin araşdırılması ilə əlaqədar idarənin məsul şəxsləri (Tahir Salmanov və Zaur Əkbərli) ilə görüşdə 2021-ci il üzrə dövriyyə fərqinin yaranma səbəbləri onlara izah edilmiş və bununla əlaqədar ilkin sənədlərin rəsmi qaydada Vergi xidmətinin İnzibati şıkayətlərə baxılması idarəsinə təqdim olunduğunu və zərurət yaranarsa qeyd edilən məsələ ilə əlaqədar hər hansı digər təsdiqedici sənədləri təqdim etməyə hazır olduğumuz bildirilmişdir. Lakin yuxarıda adlarını qeyd etdiyimiz vergi əməkdaşları əlavə heç bir sənəd tələb etmədilər. Bundan sonra BŞLGBİ-nin 04 iyul 2024-cü il tarixli Qərarına əsasən 2021ci ilin may-dekabr ayları üçün kameral qaydada əlavə ƏDV-si hesablanmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, İnzibati şıkayətlərə baxılması idarəsi tərəfindən 2021-ci il üzrə şirkətin dövriyyəsinin araşdırılaraq real faktiki dövriyyəsinin (şirkətin keçmiş baş mühasibi İskəndərova Şəhla tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannaməsindəki mexaniki səhvin nəticəsindəki mövcud olmayan dövriyyəyə nisbətən) az olması səbəbindən şirkətin şikayəti təmin olaraq həqiqi mənfəət vergisi bərpa edilmişdir. Lakin eyni dövr üzrə (2021-ci il) BŞLGBİ-nin 04 iyul 2024-cü il tarixli Qərarına əsasən 2021-ci ilin may -dekabr ayları üçün kameral qaydada ƏDV-si hesablanmasının əsassız olmasını nəzərə alaraq kameral qaydada hesablanmış ƏDV-si məbləğlərinin ləğv edilməsini Sizdən xahiş edirik -İddiaçı MMC tərəfindən Dövlət Vergi Xidmətinə ünvanlan xx.xx.2024-cü il tarixli şikayət məktubunda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixində "xxxx" MMC-nin təsisçilərinin dəyişdirilmişdir və bu əməliyyat rəsmi qaydada notariusda təsdiq edilmişdir. Şirkətin yeni təsisçilərinin təşəbbüsü ilə daxili audit keçirilmişdir. Audit yoxlamasının nəticəsində müəyyən olmuşdur ki, Şirkətin keçmiş baş mühasibi İskəndərova Şəhla tərəfindən 2021-ci il üzrə təqdim edilmiş ƏDV-si və mənfəət vergisi bəyənnamələrində dövriyyələri düzgün əks etdirilməmiş və bunun nəticəsində artıq vergi məbləğləri hesablanmışdır. Qeyd edilən mexaniki səhvin aradan qaldırılması üçün tərəfimizdən 2021-ci il üçün mənfəət vergisi və ƏDV-si bəyənnamələri (2021-ci il üzrə faktiki mövcud dövriyyəsi nəzərə alınaraq) vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən kameral qaydada əlavə mənfəət vergisi hesablanmışdır. Tərəfimizdən kameral qaydada hesablanmış mənfəət vergisinin azaldılması üçün vergi orqanına müraciət edilmişdir. Müraciətimiz Vergi xidmətinin İnzibati şıkayətlərə baxılması idarəsi tərəfindən baxılmış, 2021-ci il üzrə dövriyyəsinin faktiki olaraq az olduğunun, təqdim edilimiş mənfəət vergisi bəyənnaməsində müəssisənin keçmiş mühasibi tərəfindən əsassız olaraq (mexaniki səhv nəticəsində) artıq göstərildiyi müəyyən edilmişdir. Buna görə də, Vergi xidmətinin İnzibati şıkayətlərə baxılması idarəsinin 16 may 2021-ci il **********309300 saylı Qərarı cıxarılaraq müəssisənin şikayəti təmin edilmiş və şəxsi vərəqədə azalma aparılmışdır. Həmin Qərarda 2021-ci ilin maydekabr ayları dövriyyənin azaldılması ilə əlaqədar təqdim edilmiş dəqiqləşdirilmiş bəyənnamələrin kameral yoxlanılması aidiyyatı üzrə BŞLGBİ-nə tapşırılmışdır. BŞLGBİ-də 2.21-ci ilin may-dekabr ayları BŞLGBİ-nin 04 iyul 2024-cü il tarixli Qərarına əsasən 2021-ci ilin may-dekabr ayları üçün kameral qaydada əlavə ƏDV-si hesablanmışdır. Yuxarıda qeyd etdiyimiz kimi, İnzibati şıkayətlərə baxılması idarəsi tərəfindən 2021-ci il üzrə şirkətin dövriyyəsinin araşdırılaraq real faktiki dövriyyəsinin (şirkətin keçmiş baş mühasibi İskəndərova Şəhla tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyənnaməsindəki mexaniki səhvin nəticəsindəki mövcud olmayan dövriyyəyə nisbətən) az olması səbəbindən şirkətin şikayəti təmin olaraq həqiqi mənfəət vergisi bərpa edilmişdir. Lakin eyni dövr üzrə (2021-ci il) BŞLGBİ-nin 04 iyul 2024-cü il tarixli Qərarına əsasən 2021-ci ilin may -dekabr ayları üçün kameral qaydada ƏDV-si hesablanmasının əsassız olmasını nəzərə alaraq kameral qaydada hesablanmış ƏDV-si məbləğlərinin ləğv edilməsinin araşdırılmasının Vergi Ambudsmanı Xidmətinə həvalə edilməsini Sizdən xahiş edirik. -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, tərəfinizdən 2021-ci il üçün təqdim olunmuş dəqiqləşmiş mənfəət vergi bəyənnaməsi və 2021-ci ilin may-dekabr ayları üzrə dəqiqləşmiş ƏDV bəyənnamələri üzrə qeyd edilən bütün sənədlər araşdırmaya təqdim edilmişdir. Əlavə olaraq bildiririk ki, müraciətinizdə qeyd olunanlar və araşdırmaya təqdim edilmiş sənədlər tərəfimizdən araşdırılaraq Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlər görüləcəkdir. -İddiaçı MMC tərəfindən Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanan xx.xx.2025-ci il tarixli şikayət məktubunda 2021-ci ilin may və iyun ayları üzrə 16 may 2024-cü ildə təqdim edilən dəqiqləşdirilmiş ƏDV bəyannamələrinə kameral qaydada münasibət bildirilməsi xahiş edilmişdir. -cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilən xx.xx.2025-ci il tarixli məktubda izahat məktubunda qeyd olunanların nəzərə alınaraq kameral vergi yoxlamaları araşdırılması zamanı Vergi Məcəlləsinin tələblərinə uyğun qanunamüvafiq tədbirlərin görüləcəyi bildirilmişdir. Beləliklə, işin faktiki hallarından görünən odur ki, İddiaçı MMC-nin 2021-ci il üçün xx.xx.2023-cü il tarixdə təqdim etdiyi 2021-ci il üzrə dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində çıxılmalardan sonra ümumi gəliri 38.904.816,71 manat göstərmiş, lakin xx.xx.2024-cü il tarixli növbəti dəqiqləşdirilmiş bəyannamə ilə həmin məbləği 37.016.338,93 manatadək azaltmış və nəticədə dövriyyə 1.888.477,78 manat məbləğində azaldılmışdır. Bununla əlaqədar iddiaçı xx.xx.2024-cü il tarixdə inzibati şikayətlə müraciət edərək 2021-ci il üzrə kameral vergi yoxlaması nəticəsində hesablanmış mənfəət vergisinin ləğv edilməsini xahiş etmişdir. İnzibati şikayətə baxılan dövrdə, yəni xx.xx.2024cü il tarixdə iddiaçı MMC 2021-ci ilin may–dekabr ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələri təqdim etmiş və nəticədə ümumilikdə 334.281,65 manat ƏDV məbləğində azalma yaranmış, bu azalma şəxsi hesab vərəqəsində əks etdirilmişdir. Lakin vergi orqanı tərəfindən həmin dəqiqləşdirilmiş ƏDV bəyannamələri nəzərə alınmamış və xx.xx.2024-cü il tarixli kameral vergi yoxlaması qərarları ilə azaldılmış məbləğlər bərpa edilmişdir. Dövlət Vergi Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş qərarla iddiaçının inzibati şikayəti təmin edilmiş, kameral vergi yoxlaması üzrə əvvəlki qərar ləğv edilmiş, iddiaçının şəxsi hesab vərəqəsində müvafiq düzəlişlərin aparılması, habelə xx.xx.2024-cü il tarixli dəqiqləşdirilmiş mənfəət vergisi və xx.xx.2024-cü il tarixli dəqiqləşdirilmiş ƏDV bəyannamələri nəzərə alınmaqla yenidən kameral vergi yoxlamasının keçirilməsi tapşırılmışdır. Nəticədə 2021-ci il üzrə iddiaçının dövriyyəsinin vergi orqanının uçot bazası məlumatlarına uyğunluğu təsdiq edilmiş, bu əsasla hesablanmış mənfəət vergisi ləğv edilmiş və müvafiq azalmalar xx.xx.2024-cü il tarixdə iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bununla belə, cavabdeh vergi orqanı 2021-ci ilin iyul–dekabr ayları üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələri üzrə dövriyyə azalmalarını qəbul etməmiş və xx.xx.2024-cü il tarixli yeni kameral qərarlarla müvafiq aylar üzrə azaldılmış ƏDV məbləğlərini yenidən bərpa etmişdir. Hazırda iddiaçının hüquqi marağı və məqsədi cavabdeh vergi orqanı tərəfindən 2021-ci ilin iyul–dekabr ayları üzrə əlavə vergi məbləğinin (ƏDV üzrə) hesablanması ilə bağlı kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarların ləğv edilməsindən, habelə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 2021-ci ilin may–iyun ayları üzrə təqdim edilmiş dəqiqləşdirilmiş ƏDV bəyannamələri nəzərə alınaraq şəxsi hesab vərəqəsində müvafiq azalmaların təsdiq edilməsi öhdəliyi cavabdeh vergi orqanının üzərinə qoyulmasından ibarətdir. İddiaçı hesab edir ki, vergi orqanı müvafiq hesabat ili üzrə (2021-ci il) mənfəət vergisi üzrə dəqiqləşdirilmiş vergi bəyannaməsini təsdiqləyərək MMC-nin mənfəət vergisini azaltdığı halda, ƏDV üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannaməni nəzərə almayaraq əvvəlki bəyannamə üzrə ƏDV hesablamaqla, eləcə də 2021-ci ilin may-iyun ayları üzrə kameral vergi yoxlamasının keçirilməsi üçün qanunla nəzərdə tutulan müddəti ötürməklə vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Məhkəmə gəldiyi nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsindən: -3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. -16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -23.1.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -24.1. Vergi orqanları: 24.1.1. Vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; 24.1.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə; 24.1.12. bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. -36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. -36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. -37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. -37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə bəyannamə, xüsusi notariusun və xüsusi icra məmurunun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. -37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisi tərəfindən əlavə məlumat, sənəd və izahat tələb edir. -37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. -72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. -72.5. Bu Məcəllənin 163-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla əvvəlki hesabat dövrləri üzrə təqdim edilmiş hesabatlardakı məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlara uyğun olmadığı hallarda vergi ödəyiciləri tərəfindən həmin hesabat dövrü üçün dəqiqləşdirilmiş hesabat təqdim edilməlidir. Dəqiqləşdirilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləği əvvəl təqdim edilmiş hesabat üzrə büdcəyə ödənilməli vergi məbləğindən çox olduqda, əlavə hesablanmış vergi məbləği faizlərlə birlikdə büdcəyə ödənilir, az olduqda isə hesablanmış vergi və faiz məbləğləri azaldılır. Vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş və ya vaxtında təqdim edilməmiş hesabatlar vergi ödəyicisində səyyar vergi yoxlamasının başlandığı günədək təqdim edilə bilər. Məhkəmə mübahisələndirilən xx.xx.2024-cü il tarixli qərarlarla hesablanan əlavə dəyər vergisi üzrə qeyd edir ki, işin mübahisəsiz hallarına əsasən, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 2021-ci il üçün təqdim edilmiş dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 38.904.816,71 manat göstərilmiş, lakin sonradan xx.xx.2024-cü il tarixdə təqdim edilmiş növbəti dəqiqləşdirilmiş mənfəət vergisi bəyannaməsində bu məbləğ 37.016.338,93 manatadək azaldılmışdır. Cavabdeh vergi orqanı 2021-ci il üzrə iddiaçı MMC-nin mənfəət vergisi üzrə təqdim etdiyi dəqiqləşdirilmiş bəyannaməni qəbul edərək həmin azalma əsasında əlavə hesablanmış mənfəət vergisini ləğv etdiyi halda, eyni dövr üzrə əlavə dəyər vergisi üzrə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamələri nəzərə almamış və əvvəlki bəyannamə üzrə ƏDV hesablamasını saxlamışdır. Bununla belə, cavabdeh vergi orqanı bu mövqeyini əsaslandıran tutarlı dəlillər, habelə iddiaçının 2021-ci il üzrə 1.888.477,78 manat məbləğində dövriyyəni faktiki olaraq həyata keçirdiyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə razılaşır ki, mənfəət vergisi üzrə ümumi gəlirin azalması özlüyündə avtomatik olaraq əlavə dəyər vergisi üzrə vergi tutulan dövriyyənin azalmasına səbəb olmur. Belə ki, Vergi Məcəlləsinin 153.1-ci maddəsinə əsasən, əlavə dəyər vergisi vergi tutulan dövriyyə üzrə hesablanır və bu dövriyyə vergi ödəyicisinin mal, iş və xidmətlərin təqdim edilməsindən əldə etdiyi, ƏDV-yə cəlb olunan gəliri ifadə edir. Lakin iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən 2021-ci il üzrə ümumi gəlirin 1.888.477,78 manat məbləğində azalması vergi orqanının öz uçot bazası məlumatları ilə uyğun hesab edilmiş və bu azalma əsasında mənfəət vergisi üzrə əlavə hesablanmış vergi ləğv edilmişdir. Bu hal mübahisəli dövr üzrə təqdim edilmiş malların (işlərin, xidmətlərin) həcminin azalmasının vergi orqanı tərəfindən faktiki olaraq tanındığını göstərir. Bununla belə, cavabdeh vergi orqanı eyni hesabat dövrü üzrə dövriyyənin həcmini mənfəət vergisi baxımından qəbul etdiyi halda, iddiaçının 2021-ci ilin iyul–dekabr ayları üzrə təqdim etdiyi dəqiqləşdirilmiş əlavə dəyər vergisi bəyannamələri üzrə dövriyyə azalmalarının hansı konkret əməliyyatlara görə əsassız hesab edildiyini, habelə bu azalmaların hansı hüquqi və faktiki səbəblərlə qəbul edilmədiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Bu isə vergi orqanı tərəfindən iddiaçıya əlavə hesablanan əlavə dəyər vergisinin iqtisadi cəhətdən əsaslandırılmadığını, habelə vergi yoxlaması zamanı düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halların, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halların araşdırılmadığını deməyə əsas verir. Cavabdeh tərəfindən iddiaçının xx.xx.2024-cü ildə 2021-ci ilin may–iyun ayları üzrə təqdim edilmiş əlavə dəyər vergisi üzrə dəqiqləşdirilmiş bəyannaməsinə hər hansı münasibət bildirilməmiş, bununla bağlı inzibati aktın qəbul edildiyi müəyyən edilməmişdir. Halbuki, VM-in 37.2-ci maddəsinə görə, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin təqdim edildiyi tarixdən digər bəyannamələr üzrə, o cümlədən əlavə dəyər vergisi bəyannamələrinə münasibətdə 30 iş günü müddətində aparılmalıdır. Bu müddət başa çatdıqdan sonra həmin bəyannamələr üzrə, habelə təqdim edilmiş dəqiqləşdirilmiş bəyannamələr üzrə yenidən kameral vergi yoxlamasının aparılmasına yol verilmir. Həmin Məcəllənin 37.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, kameral yoxlama nəticəsində vergilərin düzgün hesablanmaması müəyyən edildikdə, vergi orqanı bu barədə əsaslandırılmış qərar qəbul etməli və həmin qərarı müəyyən edilmiş müddətdə vergi ödəyicisinə göndərməlidir. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən təqdim edilmiş əlavə dəyər vergisi üzrə bəyannamələrə vergi orqanı tərəfindən qanunla müəyyən edilmiş 30 iş günü müddətində münasibət bildirilməli, aşkar edilmiş uyğunsuzluqlar olduqda isə müvafiq prosessual hərəkətlər – əlavə sənəd və izahatın tələb edilməsi və ya vergilərin yenidən hesablanması barədə əsaslandırılmış qərarın qəbul edilməsi həyata keçirilməli idi. Lakin cavabdeh vergi orqanı tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş 2021-ci ilin may–iyun ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinə nəinki qanunla nəzərdə tutulmuş müddətlərdə, həmin tarixdən hazıradək ötən təxminən 1 il 6 ay ərzində hər hansı münasibət bildirilməmiş, bununla da Vergi Məcəlləsinin 37-ci maddəsinin tələblərinə əməl edilməmişdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə, məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia təmin edilməli və cavabdeh vergi orqanı tərəfindən İddiaçı MMC-yə dair 2021-ci il üzrə iyul-dekabr aylarının ƏDV bəyannamələri üzrə qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 4 iyul 2024-cü il tarixli **********829300 nömrəli, **********823100 nömrəli, **********851800 nömrəli, **********617800 nömrəli, **********863900 nömrəli və **********748300 nömrəli qərarları ləğv edilməli, iddiaçı tərəfindən 16 may 2024-cü il tarixdə təqdim edilən 2021-ci ilin may-iyun ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrin nəzərə alınması və müvafiq azalmaların təsdiq edilməsi öhdəliyi cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilməlidir. İPM-in: -58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. -70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı MMC barəsində qəbul edilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 4 iyul 2024-cü il tarixli **********829300 nömrəli, **********823100 nömrəli, **********851800 nömrəli, **********617800 nömrəli, **********863900 nömrəli və **********748300 nömrəli qərarlar ləğv edilsin. İddiaçı MMC tərəfindən 16 may 2024-cü il tarixdə təqdim edilən 2021-ci ilin mayiyun ayları üzrə dəqiqləşdirilmiş ƏDV bəyannamələrinin nəzərə alınması və müvafiq azalmaların təsdiq edilməsi öhdəliyi cavabdeh Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar