Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3390/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra mətndə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-122669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-122671/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 122670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-119482/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-122674/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 122847/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-119483/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-122861/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 119481/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-122676/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-122678/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 122673/2024 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlarının ləğv edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aparılmış araşdırma zamanı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə onlayn nəzarət kassa aparatı üzrə nağd dövriyyə və bank hesablarına daxil olan məbləğlərə əsasən vergi tutulan əməliyyatların həcminin 200000,0 manatdan artıq olduğu müəyyən edildiyindən, qeydiyyatda olduğu vergi orqanı tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli **********339900 nömrəli ƏDV məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsi barədə bildiriş göndərilmişdir. Qanunvericiliklə müəyyən edilmiş müddətdə tərəfindən müvafiq ərizə təqdim edilmədiyindən vergi orqanı tərəfindən ƏDV məqsədləri üçün xx.xx.2022-ci il tarixdən ƏDV qeydiyyatına alınaraq ona xx.xx.2023-cü il tarixli **********432600 nömrəli əlavə dəyər vergisi ödəyicisinin qeydiyyatı bildirişi göndərilmişdir. Qeyd olunanların əsassız olmasına dair aşağıdakıları bildirir. İddiaçı fəaliyyət dövründə ayaqqabıların pərakəndə satışını həyata keçirmişdir. İddiaçı satdığı malları Sədərəkdən və digər satış mərkəzlərindən alarkən, elektron qaimə-faktura tələb etməsinə baxmayaraq, həmin satıcılar iddiaçıya elektron qaimə-faktura verməkdən imtina etmişdir. Bu səbəbdən də iddiaçı aldığı malların əsas dəyərini və eləcə də ƏDV məbləğlərini satıcılara nağd şəkildə ödəmək məcburiyyətində qalmış və nəticə etibarilə ödədiyi ƏDV məbləğlərini də əvəzləşdirə bilməmişdir. İddiaçı kameral vergi yoxlaması ilə əhatə olunan dövrlərdə sadələşdirilmiş verginin ödəyicisi olmuş və satdığı malların üzərinə hər hansı ƏDV məbləği əlavə etməmişdir. Qüvvədə olan vergi qanunvericiliyə əsasən vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin məqsədləri üçün vergitutma obyektidir. ƏDV ödəyicisi topdan və ya pərakəndə qaydada mal satarkən malın dəyərinə ƏDV məbləğini də əlavə edir. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən, ƏDV-dən azad olunan və ya ƏDV- yə sıfır dərəcə ilə cəlb olunan şəxslər təqdim etdikləri malların dəyərinə ƏDV tətbiq (əlavə) edərlərsə, həmin əməliyyat ƏDV-nin məqədləri üçün vergitutma obyekti hesab edilir. Mübahisənin yaranmasının səbəbi iddiaçının vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 ay ərzində 200.000 manatı keçməsi əsası ilə cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2023-cü ilin sentyabr ayında məcburi olaraq əvvəlki – xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyatdan keçirilməsidir. Vergi Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3- cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. 157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; “İnzibati icraat haqqında” Qanunun məqsədləri baxımından hüququn tətbiqindən imtina qadağandır və normanın vergi ödəyicisinin mənafeyinə zidd tətbiqi yolverilməzdir. Qanunvericilikdə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisinin 5 iş günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi nəzərdə tutulsa da, vergi orqanının həmin vergi ödəyicilərini ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata almasına münasibətdə konkret müddət qeyd edilməmişdir. ƏDVnin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə müddətin 5 iş günü nəzərdə tutulması vergidən yayınma halının qarşısını almaqla yanaşı, vergi ödəyicisi tərəfindən ƏDVnin hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu, əvəzləşdirmə hüququnun nə vaxt yarandığını dəqiqləşdirmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən ƏDV bu məqsədlə dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinə satdığı malların dəyərinə ƏDV təbiq etmək və malları alarkən ödədikləri ƏDV-ni əvəzləşdirmək hüququ verir. İddiaçı müvafiq aylar üzrə ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmiş, apardığı əməliyyatlara (satdığı mallara) ƏDV tətbiq (əlavə) etməmiş, sadələşdirilmiş verginin ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Vergi orqanı tərəfindən vergi ödəyicinin (iddiaçının) vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi aşkar olunduğu halda iddiaçının ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınmasını 13 ay sonra həyata keçirməsi, bununla da qeyd edilən müddətdə satdığı mallara görə faktiki olaraq (ƏDV əlavəsi tətbiq etmədiyindən) əvəzləşdirmə hüququnu tətbiq etmək imkanından məhrum olması normanın məqsədlərinə uyğun hesab edilə bilməz. Məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə qeydiyyat tarixi qüvvəyə minməsinə dair normanın məzmunu aydın olsa da, hansı müddətdə tətbiq edilməsinə dair aydın göstəriş – tənzimləmə yoxdur. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə ödəyici üçün müddətin 5 iş günü nəzərdə tutulması vergi orqanı üçün hüququnun tətbiqi üçün müddətlərin tətbiq edilməsini zəruri edir. Belə ki, mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Belə ki, vergi ödəyicisinin (iddiaçının) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları, onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. xx.xx.2024-ci il tarixdə məhkəməyə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair yazılı mülahizəsi (etirazı) təqdim edilmişdir. Cavabdeh inzibati orqanın iddia tələbinə dair yazılı mülahizəsi (etirazı): Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi tərəfindən 2022-ci ilin iyul ayı üzrə NKA-nın (nağd) onlayn dövriyyə və bank hesablarına daxil olan məbləğlərə əsasən 2022-ci ilin iyul ayı üzrə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan (203300,1 manat) artıq olduğundan avqust ayından ƏDV öhdəliyinizin yarandığı müəyyən edilmiş, həmçinin onlayn kassa və bank məlumatları üzrə aparılan əməliyyatlarınızın həcminin 2022-ci ilin avqust ayı üzrə 33168,91 manat, sentyabr ayı üzrə 42252,99 manat, noyabr ayı üzrə 49230,84 manat, dekabr ayı üzrə 50025,51 manat olmasına baxmayaraq, qeyd edilən aylar üzrə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Əlavə olaraq, uçot-baza məlumatlarına əsasən onlayn kassa və bank məlumatları üzrə aparılan əməliyyatlarınızın həcminin 2023-cü ilin yanvar ayı üzrə 32605,67 manat, fevral ayı üzrə 29183,99 manat, mart ayı üzrə 41527,18 manat, aprel ayı üzrə 36957,77 manat, may ayı üzrə 25274,39 manat, iyun ayı üzrə 37532,65 manat, iyul ayı üzrə 18192,76 manat, avqust ayı üzrə 4247,68 manat, olmasına baxmayaraq, qeyd edilən aylar üzrə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli **********373600 və **********312700 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və dəqiqləşdirilmiş vergi bəyannaməsi təqdim olunmadığından 2022-ci il avqust ayı üzrə 5059.67 manat, sebtaybr ayı üzrə 6445.37 manat, noyabr ayı üzrə 7509.79, dekabr ayı üzrə 7631.01 manat, 2023-cü il yanvar ayı üzrə 4973.75 manat, fevral ayı üzrə 4451.79 manat, mart ayı üzrə 6334.65 manat, aprel ayı üzrə 5637.63 manat, may ayı üzrə 3855.41 manat, iyun ayı üzrə 5725.32 manat, iyul ayı üzrə 2775.17 manat, avqust ayı üzrə 647.95 manat əlavə vergi məbləğləri hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli **********916400 nömrəli, **********917100 nömrəli, **********913300 nömrəli və xx.xx.2024-cü il tarixli **********015900 nömrəli, **********721000 nömrəli, **********720300 nömrəli, **********730000 nömrəli, **********725800 nömrəli, **********999900 nömrəli, **********728900 nömrəli. **********719900 nömrəli, **********723400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərarlar göndərilmişdir. Vergi Məcəlləsinin: 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək, habelə Vergi Məcəlləsinin 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmus məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayısla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, məhkəməyə təqdim edilmiş iddia tələbinə dair yazılı etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə, mübahisələndirilən inzibati aktların (qərarların) təqdim olunduğu vaxtdan 30 gün müddətində yəni, xx.xx.2024-cü il tarixdə iddia ərizəsi təqdim edərək müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
İş materiallarında olan:
Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış: - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli uyğunsuzluq məktubunda göstərilmişdir ki, vergi ödəyicisi tərəfindən 2022-ci ilin iyul ayı üzrə NKA-nın (nağd) onlayn dövriyyə və bank hesablarına daxil olan məbləğlərə əsasən 2022-ci ilin iyul ayı üzrə Vergi Məcəlləsinin 155.1-ci maddəsinin müddəalarına uyğun olaraq sahibkarlıq fəaliyyətində ardıcıl 12 aylıq dövr ərzində vergi tutulan əməliyyatların həcmi 200000 manatdan (203300,1 manat) artıq olduğundan avqust ayından ƏDV öhdəliyinizin yarandığı müəyyən edilmiş, həmçinin onlayn kassa və bank məlumatları üzrə aparılan əməliyyatlarınızın həcminin 2022-ci ilin avqust ayı üzrə 33168,91 manat, sentyabr ayı üzrə 42252,99 manat, noyabr ayı üzrə 49230,84 manat, dekabr ayı üzrə 50025,51 manat olmasına baxmayaraq, qeyd edilən aylar üzrə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. - “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli uyğunsuzluq məktubunda göstərilmişdir ki, uçotbaza məlumatlarına əsasən onlayn kassa və bank məlumatları üzrə aparılan əməliyyatlarınızın həcminin 2023-cü ilin yanvar ayı üzrə 32605,67 manat, fevral ayı üzrə 29183,99 manat, mart ayı üzrə 41527,18 manat, aprel ayı üzrə 36957,77 manat, may ayı üzrə 25274,39 manat, iyun ayı üzrə 37532,65 manat, iyul ayı üzrə 18192,76 manat, avqust ayı üzrə 4247,68 manat, olmasına baxmayaraq, qeyd edilən aylar üzrə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur. Vergi ödəyicisinə xx.xx.2023-cü il tarixli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubları göndərilmiş, müvafiq dövr üzrə dəqiqləşdirilmiş vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur.
Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin:
- “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-119481/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, may 2023-cü il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən edilmiş vergi və sığorta haqqı – 3855,41 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 3855,41 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: Dövriyyənin azaldılmasına baxmayaraq təsdiqedici sənədlər təqdim edilməmişdir.
- “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-119482/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, dekabr 2022-ci il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 7631,01 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 7631,01 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: Dövriyyənin azaldılmasına baxmayaraq təsdiqedici sənədlər təqdim edilməmişdir.
- “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-119483/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, mart 2023-cü il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 6334,65 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 6334,65 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır. Dövriyyənin azaldılmasına baxmayaraq təsdiqedici sənədlər təqdim edilməmişdir.
- “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə ” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-122669/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, avqust 2022-ci il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 5057,67 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 5057,67 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: Vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşmiş ƏDV bəyannaməsində dövriyyə məbləğində kənarlaşma müəyyən edilmiş, təsdiqedici sənədlər təqdim edilməmişdir.
- “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-122670/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, noyabr 2022-ci il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 7509,79 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 7509,79 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: Vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşmiş ƏDV bəyannaməsində dövriyyə məbləğində kənarlaşma müəyyən edilmiş, təsdiqedici sənədlər təqdim edilməmişdir.
-“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə haqqında” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-122671/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, avqust 2022-ci il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 6445,37 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 6.445,37 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşmiş ƏDV bəyannaməsində dövriyyə məbləğində kənarlaşma müəyyən edilmiş, təsdiqedici sənədlər təqdim edilməmişdir.
“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-1226673/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, avqust 2023-cü il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 647,95 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 647,95 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: 2023-cü ilin avqust ayı ərzində vergi ödəyici tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (0.00 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş ƏDV-dən azad olan dövriyyənin (ƏDV-siz) (6244.00 manat) cəmi (6244.00 manat) məbləği ilə həmin hesabat ayı üzrə təqdim etdikləri bəyannamənin 307.3-cü " ƏDVdən azad olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin (0.00 manat) fərqi (6244.00 manat) " 307.3-cü " ƏDV-dən azad olunan əməliyyatlar üzrə " hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) (0,00 manat), bəyannamənin 5 nömrəli Əlavəsinin 303.34-cü sətir üzrə dövr ərzində daxil olmuş avans məbləğinin (0.00 manat) cəmi 6244.00 manat olmasına baxmayaraq 303-cü " ƏDVdən azad olunan əməliyyatlar " üzrə daxil olmuş məbləğin 0.00 manat göstərilməsi nəticəsində 6244 manat kənarlaşma müəyyən edilmişdir.
“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-122674/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, yanvar 2023-cü il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 4973,75 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 4973,75 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: Vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşmiş ƏDV bəyannaməsində dövriyyə məbləğində kənarlaşma müəyyən edilmiş, təsdiqedici sənədlər təqdim edilməmişdir.
- “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-122676/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, iyun 2023-cü il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 5725,32 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 5725,32 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşmiş ƏDV bəyannaməsində dövriyyə məbləğində kənarlaşma müəyyən edilmiş, təsdiqedici sənədlər təqdim edilməmişdir.
- “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-122678/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, iyul 2023-cü il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 2775,17 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 2775,17 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: Vergi ödəyicisi tərəfindən təqdim edilən dəqiqləşmiş ƏDV bəyannaməsində dövriyyə məbləğində kənarlaşma müəyyən edilmiş, təsdiqedici sənədlər təqdim edilməmişdir.
- “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-122847/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, fevral 2023-cü il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 4451,79 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 4451,79 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır. 2023-cü ilin fevral ayı ərzində vergi ödəyici tərəfindən təqdim edilmiş elektron qaimə-fakturaların dəyəri (ƏDV-siz) (0.00 manat) ilə onlayn kassa aparatı ilə müəyyən edilmiş ƏDV-dən azad olan dövriyyənin (ƏDV-siz) (10189.00 manat) cəmi (10189.00 manat) məbləği ilə həmin hesabat ayı üzrə təqdim etdikləri bəyannamənin 307.3-cü " ƏDV-dən azad olunan əməliyyatlar üzrə hesabat dövrü ərzində yaranmış debitor borc məbləğinin (0.00 manat) fərqi (10189.00 manat) " 307.3-cü " ƏDV-dən azad olunan əməliyyatlar üzrə " hesabat dövrü ərzində silinən debitor borc məbləğinin (hesabat dövründə dəqiqləşdirilən əməliyyatlar nəzərə alınmaqla) (0,00 manat), bəyannamənin 5 nömrəli Əlavəsinin 303.34-cü sətir üzrə dövr ərzində daxil olmuş avans məbləğinin (0.00 manat) cəmi 10189.00 manat olmasına baxmayaraq 303-cü " ƏDV-dən azad olunan əməliyyatlar " üzrə daxil olmuş məbləğin 0.00 manat göstərilməsi nəticəsində 10189.00 manat kənarlaşma müəyyən edilmişdir. Aparılan raşdırma zamanı uçot-baza məlumatlarına əsasən onlayn kassa və bank məlumatları üzrə aparılna əməliyyatlarının həcminin 2023-cü ilin fevral ayı üzrə 29183.99 manat olmasına baxmayaraq, qeyd edilən aylar üzrə əlavə dəyər vergisi bəyannamələrinin təqdim edilməməsi kənarlaşmanın yaranmasına səbəb olmuşdur.
“Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-122861/2024 nömrəli qərarının surətindən müəyyən olunur ki, aprel 2023-cü il əlavə dəyər vergisi üzrə: - Təqdim edilmiş bəyannamə, hesabat üzrə İddiaçı tərəfindən hesablanmış vergi və sığorta haqqı – 0.00 manat; - Əvvəlki kameral yoxlama ilə müəyyən edilmiş vergi və ya sığorta haqqı – 0,00 manat; - Vergi orqanı tərəfindən aparılmmış kameral vergi yoxlama nəticəsində müəyyən ediliş vergi və sığorta haqqı – 5637,63 manat. - Kameral yoxlama nəticəsində: Əlavə hesablanmış vergi və ya sığorta haqqı məbləği – 5.637,63 manat; Verginin azaldılmış məbləği və ya sığorta haqqı – 0,00 manat; Bəyannamə və hesabat təqdim edilməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı – 0,00 manat müəyyən olunmuş və qeyd olunan nəticə aşağıda göstərilənlərlə əsaslandırılmışdır: Analoji qaydada hesablama aparılmış və vergi ödəyicisi tərəfindən dəqiqləşmiş hesabat təqdim edilərək azaldılmışdır. **********373600 nömrəli məktuba əsasən azaldılmış vergi məbləği bərpa edilir.
TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikası Vergi Məcəlləsi
Maddə 153. Əlavə dəyər vergisi anlayışı. 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.
Maddə 154. Vergi ödəyiciləri. 154.1. ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir. 154.2. Qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır. 154.3. Azərbaycan Respublikasına ƏDV tutulan malları idxal edən şəxslər bu cür idxal malları üzrə ƏDV-nin ödəyiciləri sayılırlar. 154.4. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmədən iş görən və ya xidmət göstərən və bu Məcəllənin 169-cu maddəsinə müvafiq surətdə vergiyə cəlb edilməli olan qeyri-rezident şəxs həmin işlər və ya xidmətlər üzrə vergi ödəyicisi sayılır. 154.5. Bu Məcəllənin 137-ci maddəsinə uyğun olaraq hüquqi şəxs yaratmadan göstərilən birgə sahibkarlıq fəaliyyəti ƏDV-nin məqsədləri üçün ayrıca şəxs sayılır. Bu maddənin məqsədi üçün ayrıca şəxs dedikdə birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs nəzərdə tutulur. 154.6. Aksizli, məcburi nişanlama ilə nişanlanmalı malların istehsalçıları və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV-nin ödəyiciləri sayılır. 154.7. Bu Məcəllənin 33.8-1-ci maddəsində göstərilən şəxslər (bu Məcəllənin 19-cu maddəsi ilə nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) ƏDV-nin ödəyiciləri sayılır. Maddə 155. Qeydiyyata dair ərizə verilməsinin tələb edilməsi. 155.1. Sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar Bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər. 155.2. Qeyri-rezidentin mallar göndərməsi, işlər görməsi və xidmətlər göstərməsi bu Məcəllənin 155.1-ci maddəsinin məqsədləri üçün vergi tutulan əməliyyatların ümumi dəyəri müəyyən edilərkən yalnız o zaman nəzərə alınır ki, onlar Azərbaycan Respublikasındakı daimi nümayəndəlik vasitəsilə həyata keçirilmiş olsun. 155.3. Bu Məcəllənin 154.5-ci maddəsində göstərilən şəxs, bu Məcəllənin 155.1-ci maddəsində müəyyən edildiyi halda, yaxud iştirakçı ƏDV-nin məqsədləri üçün vergi ödəyicisi olduğu halda, birgə sahibkarlıq fəaliyyətinin uçotunu aparan şəxs qeydiyyata alınmaq üçün ərizə verməyə borcludur. Maddə 156. Könüllü qeydiyyat. 156.1. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər. 156.1-1. bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulan, göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) bu Məcəllənin 156-cı maddəsi ilə müəyyən edilən hüquqdan istifadə edə bilərlər. Maddə 157. Qeydiyyat. 157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir. 157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur. ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir. 157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir: 157.3.1. məcburi qeydiyyat zamanı: - ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə; - bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda - əməliyyatın aparıldığı günədək; - bu Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslərin dövlət qeydiyyatına və ya vergi orqanında uçota alındığı gündə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı gündə. 157.3.2. könüllü qeydiyyat zamanı - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə. 157.3.3. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə. Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir. Bu maddənin müddəaları bu Məcəllənin 218.4.1-ci maddəsində göstərilən şəxslərə, habelə 2024-cü il yanvarın 1-dən əvvəlki dövrə münasibətdə Azərbaycan Respublikasının ərazisində yük daşımalarını həyata keçirən şəxslərə tətbiq edilmir. 157.4. Vergi orqanı ƏDV-nin ödəyicilərinin reyestrini aparmağa borcludur. Vergi ödəyiciləri ƏDV-nin reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur. 157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir. 157.6. ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə ƏDV ödəyicilərinin dövlət reyestrində müvafiq düzəlişlər edilməlidir. Maddə 159. Vergitutma obyekti ... 159.7. Bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır. Verilmiş kreditin təminatı kimi bankın və ya digər kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və hərrac yolu ilə bankın və ya digər kredit təşkilatının mülkiyyətinə keçmiş, habelə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq əldə olunmuş əmlakın təqdim edilməsi verilmiş kreditlər üzrə ödənilməyən əsas borc dəyəri həddində vergi tutulan əməliyyat sayılmır. 159.8. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Maddə 175. Büdcəyə ödəmələr müəyyən edilərkən əvəzləşdirilən ƏDV. 175.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri alıcının bank və digər ödəniş hesabından həmin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Bu maddənin məqsədləri üçün malların (işlərin, xidmətlərin) barter edilməsi, təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyəri üzrə yaranmış maliyyə öhdəliklərinin qarşılıqlı şəkildə əvəzləşdirilməsi və ya notariusun depozit hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə əməliyyatın dəyərinin notariusun bankda açdığı depozit hesabına ödənilməsi həmin əməliyyatın ƏDV-siz dəyərinin malları (işləri, xidmətləri) təqdim edən şəxsin bank və digər ödəniş hesabına ödənilməsinə bərabər tutulur. Bu zaman əvəzləşdirilən ƏDV-nin vaxtı aşağıdakı kimi müəyyənləşdirilir: 175.1.1. hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt; 175.1.2. hesabat dövrü ərzində malların idxalı üzrə - bu Məcəllənin 170-ci maddəsinə uyğun olaraq. 175.1.3. vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə iki və ya daha çox ödəmə aparılarsa, hər ödəmə ödəniş miqdarında ayrıca əməliyyat üçün həyata keçirilmiş sayılır. Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən bir iş günü müddətində, ƏDV-nin məbləği bu Məcəllə ilə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada ödənilməlidir. Bu zaman malların (iş və xidmətlərin) dəyəri üzrə iki və ya daha çox ödəmə aparılarsa, ƏDV-nin məbləği aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməlidir. Mallar, işlər və xidmətlərlə bağlı xərclər istehsal məsrəflərinə aid edilmirsə də, belə mallar, işlər və xidmətlər vergi ödəyicisinin kommersiya fəaliyyəti üçün istifadə edilməli olduqda və ya istifadə edildikdə bu Məcəllənin 175.1-ci, 175.1.1-ci və 175.1.2-ci maddələrinin müddəaları tətbiq olunur. 175.2. Bir hissəsi vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti, digər hissəsi isə başqa məqsədlər üçün, o cümlədən ƏDV tutulmayan əməliyyatlar üçün nəzərdə tutulan vergiyə cəlb edilən əməliyyatlara görə nağdsız qaydada ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) və malların idxalı üçün vergi ödəyicisinə verilmiş elektron qaimə-fakturaları üzrə onun tərəfindən ödənilmiş ƏDV-nin məbləği sahibkarlıq fəaliyyəti üçün istifadə olunan malların (işlərin, xidmətlərin) xüsusi çəkisinə görə müəyyənləşdirilən ƏDV-nin məbləği qədər əvəzləşdirilir. 175.3. Bu Məcəllənin 109.4-cü və 119.2-ci maddələrində göstərilən xərclər istisna olmaqla, bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir. 175.4. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur. Vergi ödəyicisi tərəfindən ƏDV-yə cəlb edilən əməliyyatlarla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılarkən, bu əməliyyatlara aid olan mallar (işlər, xidmətlər) üzrə sənədləşdirilmiş məlumatlar əsasında ƏDV ödənilməklə və ƏDV-dən azad edilməklə mədaxil edilən malların (işlərin, xidmətlərin) ayrıayrılıqda uçotu aparıldığı halda, ƏDV tutulan əməliyyatlar üçün alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin 175.1-ci maddəsinə uyğun olaraq tam məbləğdə əvəzləşdirilir. 175.5. Bu Məcəllənin 163-cü maddəsində göstərilən hallarda bəyannamədə büdcəyə çatası ƏDV-nin məbləği düzgün göstərilməmişdirsə, büdcəyə ödənilməli olan ƏDV-nin məbləği həmin halların yarandığı hesabat dövrü üzrə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamədə dəqiqləşdirilir. 175.6. Bu Məcəllənin 160.4-cü maddəsində göstərilən hal istisna olmaqla, ƏDV-dən azad olunan, yaxud ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Dövlət büdcəsindən ayrılan vəsaitlər (subsidiya və geri qaytarılmalıdır vəsaitlər istisna olmaqla) hesabına mallar (işlər, xidmətlər) alınarkən, ödənilmiş ƏDV -nin məbləği əvəzləşdirilmir. 175.7. Sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank və digər ödəniş hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği bu Məcəllənin müddəalarına uyğun olaraq əvəzləşdirilir. 175.8. ƏDV ödəyiciləri, habelə ƏDV-nin məqsədləri üçün qeydiyyatda olmayan səhmlərinin və paylarının 50 faizindən çoxu dövlətə məxsus olan hüquqi şəxslər və büdcə təşkilatları tərəfindən mallar, xidmətlər (işlər) alınarkən onlara verilmiş elektron qaimə-fakturaları üzrə, habelə bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyriyaşayış sahələri alan şəxslər tərəfindən ƏDV-nin məbləği ƏDV-nin depozit hesabına köçürülməlidir. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 175.9. Qəbzlər, çeklər və nağd qaydada aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən qaydada tərtib edilməyən elektron qaimə-fakturalar bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 175.10. Gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir. Müvəqqəti idxal şəklində Azərbaycan Respublikasının ərazisinə buraxılan və müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar sonradan sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirildiyi halda idxal əməliyyatı üzrə ödənilmiş ƏDV məbləğləri malların sərbəst dövriyyəyə buraxıldığı hesabat ayında əvəzləşdirilir. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175- ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. 175.12. Kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri tərəfindən 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarına görə 5 il müddətində ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. 175.13. Bu Məcəllənin 175.12-ci maddəsinin müddəalarından asılı olmayaraq idxal edilmiş kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı ilə məşğul olan vergi ödəyiciləri idxal etdikləri kənd təsərrüfatı məhsullarına görə ödənilmiş ƏDV-ni əvəzləşdirmək və həmin məhsulların təqdim edilməsi zamanı ƏDV-ni əməliyyatın tam dəyərindən hesablamaq hüququna malikdirlər. Bu məqsədlə həmin şəxslər öz seçimləri barədə 2024-cü il yanvarın 1-dən kənd təsərrüfatı məhsullarını idxal edəcəkləri tarixədək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş məlumat formasını uçotda olduğu vergi orqanına təqdim etməlidirlər. Vergi ödəyicisi məlumat formasını qeyd edilən müddətdə təqdim etmədikdə bu Məcəllənin 175.12-ci maddəsinin müddəaları tətbiq olunur. Vergi ödəyicisinin bu maddə ilə müəyyən edilmiş seçimi il ərzində dəyişdirilmir. 175.14. Alınmış mallarla (işlərlə, xidmətlərlə) bağlı yaranmış borclar üzrə faktorinq (tələbin güzəşti) əməliyyatları çərçivəsində əməliyyatın dəyəri faktorun (tələb güzəşt edilən şəxsin) bank hesabına, ƏDV məbləği isə satıcının ƏDV depozit hesabına ödənildikdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. 59.1. Yazılı inzibati aktda aşağıdakı məlumatlar əks olunmalıdır: 59.1.1. inzibati aktı qəbul etmiş orqanın adı; 59.1.2. inzibati aktın ünvanlandığı hüquqi şəxsin adı və hüquqi ünvanı və ya fiziki şəxsin adı, atasının adı, soyadı və ünvanı; 59.1.3. inzibati aktın adı, qəbul olunma tarixi və yeri, qeydiyyat nömrəsi; 59.1.4. inzibati aktı qəbul etmiş inzibati orqanın məsul vəzifəli şəxsinin və ya kollegial inzibati orqanın üzvlərinin soyadı, adı və imzası; 59.1.5. həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat; 59.1.6. inzibati aktı qəbul etmiş inzibati orqanın möhürü. 59.2. İnzibati akt texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə, həmin aktda vəzifəli şəxsin imzasının və inzibati orqanın möhürünün olmaması mümkündür. 59.3. İnzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir. 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarından müəyyən olunur ki, mübahisənin yaranmasının səbəbi iddiaçının vergi tutulan əməliyyatlarının həcminin ardıcıl 12 ay ərzində 200.000 manatı keçməsi əsası ilə cavabdeh vergi orqanı tərəfindən iddiaçının 2023-cü ilin sentyabr ayında məcburi olaraq əvvəlki – xx.xx.2022-ci il tarixdən ƏDV məqsədləri üçün qeydiyyatdan keçirilməsidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericilikdə sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan vergi ödəyicisinin 5 iş günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyi nəzərdə tutulsa da, vergi orqanının həmin vergi ödəyicilərini ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata almasına münasibətdə konkret müddət qeyd edilməmişdir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə müddətin 5 iş günü nəzərdə tutulması vergidən yayınma halının qarşısını almaqla yanaşı, vergi ödəyicisi tərəfindən ƏDV-nin hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu, əvəzləşdirmə hüququnun nə vaxt yarandığını dəqiqləşdirmək məqsədi daşıyır. Belə ki, qanunvericiliyə əsasən ƏDV vergisi bu məqsədlə dövlət qeydiyyatına alınmış vergi ödəyicilərinə satdığı malların dəyərinə ƏDV tətbiq etmək və malları alarkən ödədikləri ƏDV-ni əvəzləşdirmək hüququ verir. İddiaçı iyul 2022-ci ildən avqust 2023-cü ilədək gəlir vergisi ödəyicisi olaraq ƏDVnin məqsədləri üçün qeydiyyatdan keçməmiş, apardığı əməliyyatlara (satdığı mallara) ƏDV tətbiq (əlavə) etməmiş, gəlir vergisi ödəyicisi olduğundan malları alarkən əvəzləşdirmə almamış və ya əvəzləşdirmə hüququna malik olmamışdır. Vergi orqanı tərəfindən vergi ödəyicinin (iddiaçının) vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi (203300,1 manat) aşkar olunduğu halda iddiaçının ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata alınmasını 13 ay sonra (qeydiyyata alınma xx.xx.2023-cü il; qeydiyyatın qüvvəyə minməsi xx.xx.2022-ci il) həyata keçirməsi, bununla da qeyd edilən müddətdə satdığı mallara görə faktiki olaraq (ƏDV əlavəsi tətbiq etmədiyindən) əvəzləşdirmə hüququnu tətbiq etmək imkanından məhrum olması normanın məqsədlərinə uyğun hesab edilə bilməz. Məcburi qeydiyyat zamanı ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda - növbəti ayın birinci günündə qeydiyyat tarixi qüvvəyə minməsinə dair normanın məzmunu aydın olsa da, hansı müddətdə tətbiq edilməsinə dair aydın göstəriş – tənzimləmə yoxdur. Belə olduğu təqdirdə, həmin norma onun məqsədinə uyğun tətbiq edilməlidir. ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizənin verilməsinə görə ödəyici üçün müddətin 5 iş günü nəzərdə tutulması vergi orqanı üçün hüququnun tətbiqi üçün müddətlərin tətbiq edilməsini zəruri edir. Məhkəmə qeyd edir ki, mövcud vəziyyətdə vergi orqanı diskresion səlahiyyətlərindən həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etməli, vergi qanunvericiliyinin “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətlərinin və aydın olmayan məqamlarının vergi ödəyicisinin xeyrinə şərh edilməsi” prinsipini pozmamalı və (vergi orqanı kimi) hüququnun (eləcə də vəzifəsinin) tətbiq edilməməsi nəticəsində iddiaçı üçün əlverişsiz şərait yaratmamalıdır. Vergi ödəyicisinin (iddiaçının) ƏDV məqsədləri üçün qeydiyyata alınmasına əsas olmuş məlumatlar (bank əməliyyatları, onlayn kassa məlumatları), eləcə də iddiaçının vergi tutulan əməliyyatlarının 200.000 manat həddini keçməsi artıq növbəti hesabat dövründə vergi orqanına məlum olduğu halda, məcburi qeydiyyatı vaxtında təmin etməmiş, nəticədə, ödəyici də satdığı mallara görə ƏDV tətbiq etmək və daha sonra əvəzləşdirmə hüququndan məhrum olmuşdur. Eyni zamanda məhkəmə bildirir ki, cavabdeh inzibati orqanın da qanunda irəli gələn məsuliyyəti mövcuddur. Belə ki, o, qanunvericiliklə ona verilmiş səlahiyyətə uyğun olaraq vergi ödəyicilərinin təqdim etdikləri hesabat və bəyannamələrə əsasən onların ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcminin 200.000 manatdan artıq olmasını hesabat və bəyannamələr təqdim olunmasını hesabat və bəyannamələr təqdim edilən vaxt məlum olmasını bilmək imkanına malik olmuş, həmin vaxt kameral vergi yoxlaması əsasında araşdırma aparmaq hüququ olmuş, lakin bu imkandan istifadə etməmişdir. Odur ki, cavabdeh Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən mübahisələndirilən “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarların qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur.
NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı barəsində qəbul etdiyi “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 122669/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-122671/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-122670/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 119482/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-122674/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-122847/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 119483/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-122861/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-119481/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 122676/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-122678/2024 nömrəli, xx.xx.2024cü il tarixli 3-21-2-3/2-122673/2024 nömrəli Qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev