Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3432/2025 02.09.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 02 sentyabr 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunvericiliyin tələblərinə uyğun olaraq 60 yaşı tamam olması ilə əlaqədar ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili xx.xx.2025-cü il tarixdə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, Azərbaycan Respublikasının 530-VİQD saylı 13 may 2022-ci il tarixli Qanununa əsasən bu qanun qanuni qüvvəyə mindiyi gündən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddia tələbinin dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1961-ci il təvəllüdlü, İddiaçı Bakı şəhərində doğulmuşdur. Əmək fəaliyyətinə 01 avqust 1979-cu il tarixdə Bakı şəhərində yerləşən 2 saylı “Bakı ayyaqqabı fabrikinin 1 saylı sexində 3-cü dərəcəli fəhlə işləməklə başlamışdır. ******* saylı əmək kitabçasına əsasən müxtəlif vəzifələrdə və peşələrdə işləmişdir. Belə ki, xx.xx.1979 - xx.xx.1979-cu illərdə Bakı şəhərində yerləşən 2 saylı “Bakı ayaqqabı fabriki”ndə 3-cü dərəcəli fəhlə kimi (07 ay 02 gün), xx.xx.1979 - xx.xx.1981-ci illər Sovet Ordusunda əsgəri xidmət (02 il), 05,01.1982 - xx.xx.1984-cü illər 2 saylı “Bakı ayaqqabı fabrikində müxtəlif peşələrdə (02 il 09 ay 08 gün), xx.xx.1985-xx.xx.1988-ci illər Azon zavodunun 44 saylı sexində germetizasiva sahəsində təmizləyici vəzifəsində (03 il 06 ay 06 gün), xx.xx.1988-xx.xx.1993-cü illərdə Azon zavodunun 55 saylı sexində ştamplayıcı vəzifəsində (04 il 06 ay 22 gün), xx.xx.1993-xx.xx.1995-cl illərdə Qala-4 Kommersiya istehsalat firmasında qalvanik vəzifəsində (02 il 02 ay 18 gün) işləmişdir. Həmin tarixdən Bakı Məişət Maşınları zavoduna köçürməyi ilə əlaqədar işdən xaric edilmişdir. xx.xx.1995- xx.xx.1998-ci İllərdə "xxxx" Açıq Səhmdar Cəmiyyətində qalvanik sexində 2-ci dərəcəli qalvanik vəzifəsində (03 il 04 ay), xx.xx.1998 - xx.xx.2003-ci illərdə Pərviz-2 Şirkətində ciüngər vəzifəsində (05 il 01 ay 20 gün), xx.xx.2003 - xx.xx.2023-cü il tarixədək və hal-hazırda Azərbaycan Dövlət Dəmir X4 Deposunda vaqonyığma sexində təmirçi çilingər, pərçimləmə çilingəri peşəsində və yük vaqonlarının təmiri peşəsində işləmişdir (22 il 11 ay). Cəmi 44 il əmək stajı var. Hal-hazırda da Azərbaycan Dövlət Dəmir X4 Deposunda işləyir. Beləlilklə, fasiləsiz olaraq 44 il əmək stajı var. Həmin stajın 13 il 7 ayı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası'’ hüququ verən istehsalat sahəsidir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Azon zavodu MMC-nin verdiyi 03/224 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən onun xx.xx.1985-xx.xx.1988-ci illərdə Azon zavodunun 44 saylı sexində germetizasiya sahəsində təmizləyici vəzifəsində işlədiyi İllər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının 16-cı bölgüsünə, şifrə 2170500a, kod 12255-ə və xx.xx.2007-ci İl tarixli 12 saylı qərarının 13.3 (a) bölməsinə daxildir (03 il 06 ay 06 gün), Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Azon zavodu MMC-nin verdiyi 03/224 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən onun xx.xx.1988-08.02,1993-cü illərdə Azon zavodunun 55 saylı sexində ştamplayıcı vəzifəsində işlədiyi illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarının 2 nömrəli siyahısının 16-cı bölgüsünə, şifrə 2160000a, kod 19700-ə və 23.01,2007-ci il tarixli 12 savlı qərarının 12 (a) bölməsinə daxildir (04 il 06 ay 22 gün), xx.xx.1993-xx.xx.1995-ci illərdə fəaliyyət göstərmiş Qala-4 Kommersiya İstehsalat firmasında 2-ci dərəcəli qalvanik vəzifəsində işlədiyi illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü İl tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş ümumi peşələr səh. 199 plassmas tökücüsü ixtisası 1 saylı siyahı üzrə 2150500a-11629 güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanır (02 il 02 ay 18 gün). Qala-4 kommersiya istehsalat firması artıq fəaliyyət göstərmədiyindən və 1995-ci ildən fəaliyyətini dayandırdığına və arxiv sənədlərinin yerini müəyyən etmək mümkün olmadığına görə və həmin firmada 2-ci dərəcəli qalvanik peşəsində işlədiyini təsdiq edən arayışı təqdim edə bilmədiyinə görə Azərbaycan Respublikası Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı həmin illəri əmək stajına hesablamamışdır. Eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin 4/1442 saylı xx.xx.2022-ci il tarixli arayışına əsasən Qala-4 kommersiya istehsalat firmasının arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməməsi ilə bağlı mənə rəsmi cavab verilmişdir. Qala-4 kommersiya İstehsalat firması fəaliyyətini dayandırdıqdan sonra həmin iş yerləri və İstehsalat sahəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tərkibinə keçirilmişdir. Bundan soııra da o, Qala-4 kommersiya istehsalat firmasında yerinə yetirdiyi əmək funksiyasını yerinə yetirməyi davam etdirmişdir. Yəni həmin sahə ona güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin verdiyi 02/06 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən onun xx.xx.1995 - xx.xx.1998-ci illərdə Bakı Məişət Maşınları” ASC-nin qalvanik sexində 2-ci dərəcəli qalvanik vəzifəsində işlədiyi illər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş ümumi peşələr səh. 199 piassmas tökücüsü ixtisası 1 saylı siyahı üzrə 2150500a-l 1629 güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanır (03 il 04 ay). Onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2021-ci il tarixdə yaranmışdır. Ancaq qanunun tələblərini bilmədiyinə görə həmin vaxt yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun müvafiq qurumuna müraciət etməmişdir. Cavabdehin etirazı: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Ş.X2 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən onun ümumi iş stajı 36 il 8 ay 20 gün (xx.xx.2006-cı il tarixinədək 18 il 6 ay 20 gün (01.08 1979-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1981-ci il, xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1993-cü il, xx.xx.1995-xx.xx.1998-ci il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 18 il 2 ay), güzəştli iş stajı isə 3 il 4 ay (xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) təşkil etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, İddiaçı “Qala-4” kommersiya firmasında xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi sahə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və vəzifəyə uyğun olması, gördüyü iş. tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) barədə məlumatların əks olunduğu iş yerinin arayışı Mərkəzi Filiala təqdim edilməyib. Həmçinin sözügedən müəssisədə adıçəkilən şəxsin işlədiyi dövrün dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)" proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Buna görə də İddiaçı həmin dövr ərzində işləməsinə dair əsaslı şübhələr yaranmışdır. Eyni zamanda bildirilir ki, yuxarıda qeyd olunmuş Qərarla təsdiq edilmiş Siyahının elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsinin (12) fəhlələr bəndində (a) izolyasiya materiallarının ştamplanması ilə məşğul olan ştamplayıcılar vəzifəsi, elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı bölməsinin (13) Radiohissələrin istehsalı (13.3) bəndinin fəhlələr yarımbəndində (a) isə təmizləyicilər vəzifəsi nəzərdə tutulmuşdur. Şirməmməd X2 təqdim etdiyi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi "xxxx" MMC-nin ona dair xx.xx.2022-ci il tarixli 03/224 nömrəli arayışında onun xx.xx.1985xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində germetizasiya sahəsində təmizləyici, xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində isə ştamplayıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçı işlədiyi germetizasiya sahəsi həmin arayışda istinad olunan, sözügedən Siyahıda nəzərdə tutulan elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı sahəsinə, çalışdığı müəssisənin fəaliyyət sahəsi isə elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri sahəsinə aid deyil. Göstərilən səbəblərdən də xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1993-cü il və xx.xx.1993- xx.xx.1995-ci il tarixləri arasındakı dövrləri onun güzəştli ış stajına daxil etmək mümkün olmamışdır. Buna görə də İddiaçı güzəştli iş stajı 3 il 4 ay (xx.xx.1995-xx.xx.1998- ci il tarixləri arasındakı dövr) təşkil etmişdir. Əlavə olaraq bildirilir ki, “AZON zavodu" MMC-nin fəaliyyət sahəsi sözügedən Siyahıda nəzərdə tutulan elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri (12) sahəsinə deyil, elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı (13) sahəsinə aiddir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, qurumun qeydiyyat qovluğuna əsasən xx.xx.1991-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Qala-4” İstehsalat kommersiya firması 11976 nömrə ilə xx.xx.1994-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən yenidən qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna İddiaçı aid arayış əlavə edilmişdir. Arayışda qeyd edilmişdir ki, "xxxx" MMC-nin sabiq işçisi İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən (Əmr №18 xx.xx.1985) xx.xx.1993-cü il tarixinədək (Əmr№107 xx.xx.1993) “Azon” zavodunda işləyib. xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixinədək 44 saylı sexin qermetizasiya sahəsində təmizləyici vəzifəsində işləyib. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, şifr: 2170500a, kod 12255-ə və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 13.3 (a) bölməsinə daxildir. Germetizasiya sahəsində daimi olaraq, müxtəlif kimyəvi maddələrdən, o cümlədən xlorid, selen, nitrat, sulfat, ftorit, fosfat turşularından, qələvilərdən, butilasetat, dimetilformamid, dibutilftalat, dəmir-xlorid, qliserin, qalay, toluol, aseton, üzvi həlledicilər və b. kimyəvi maddələrdən istifadə edilib. xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü ilədək 55 saylı sexdə ştamplayıcı vəzifəsində işləyib. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, şifr: 2160000a, kod 19700-ə və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 12 (a) bölməsinə daxildir; "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, zavodun sabiq işçisi İddiaçı aid arayışda güzəştli şərtlərlə pensiya hüququ verən peşələr və həmçinin “Azon zavodu" MMC-nin fəaliyyətinin Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri" və “Radio aparatlarının və elektron texnikası məmulatlarının istehsalı sahəsinə aid olması ilə əlaqədar nəzərinizə çatdırırıq ki, 1967-ci ildə keçmiş SSRİ Elektron Sənayesi Nazirliyinin əmri ilə, əsas məqsədi inteqral mikrosxemlərin xüsusi və texniki təyinatlı məmulatların, digər xalq istehlakı mallarının istehsal edilməsini nəzərdə tutan “Azon” zavodu yaradılmışdır. “Azon" zavodunun əsas istehsal sahələri və həmçinin bu sahələrdə çalışan işçilərin peşə və vəzifələri arayışda qeyd edilən İddiaçı peşəsi də daxil olmaqla Elektron texnikası məmulatlarının və radio aparatlarının istehsalı 13.3 (a) bölməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, şifr: 2170500a, kod 12255 bölməsinə və daxildir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. ... “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. (xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli Qanunun keçid müddəalarına əsasən Bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.) 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”: 1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; ...
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” (xx.xx.2022-dək qüvvədə olan): 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; ... 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar.
“Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element birlikdə mövcud olmalıdır: a) İddiaçının xx.xx.2022-ci ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; b) İddiaçının xx.xx.2022-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Cavabdehin imtina məktubunda, etirazında mübahisə etdiyi məsələ iddiaçının güzəştli iş stajının tamamlanmaması ilə bağlıdır. Etirazdan məlum olur ki, cavabdeh tərəfindən iddiaçının işlədiyi 3 il 4 ay (xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr) müddət güzəştli iş stajına hesablanmışdır. Beləliklə, cavabdeh tərəfindən nəzərə alınmayan iddaçının "xxxx" MMC-də xx.xx.1985-xx.xx.1988-ci il tarixləri arasındakı dövr ərzində germetizasiya sahəsində təmizləyici, xx.xx.1988-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində isə ştamplayıcı vəzifəsində, “Qala-4” kommersiya firmasında xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində qalvanik vəzifəsində işlədiyi müddətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı İcmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş arayışda qeyd edilmişdir ki, "xxxx" MMC-nin sabiq işçisi İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən (Əmr №18 xx.xx.1985) xx.xx.1993-cü il tarixinədək (Əmr№107 xx.xx.1993) “Azon” zavodunda işləyib. xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixinədək 44 saylı sexin qermetizasiya sahəsində təmizləyici vəzifəsində işləyib. Bu vəzifə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, şifr: 2170500a, kod 12255-ə və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 13.3 (a) bölməsinə daxildir. Germetizasiya sahəsində daimi olaraq, müxtəlif kimyəvi maddələrdən, o cümlədən xlorid, selen, nitrat, sulfat, ftorit, fosfat turşularından, qələvilərdən, butilasetat, dimetilformamid, dibutilftalat, dəmir-xlorid, qliserin, qalay, toluol, aseton, üzvi həlledicilər və b. kimyəvi maddələrdən istifadə edilib. xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü ilədək 55 saylı sexdə ştamplayıcı vəzifəsində işləyib. Bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarın 2№-li siyahısının XVİ bölgüsünə, şifr: 2160000a, kod 19700-ə və xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 12 (a) bölməsinə daxildir. “Qala-4” kommersiya firmasında xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövrdə işlədiyi qalvanik vəzifəsinə münasibətdə məhkəmə bunları qeyd edir. Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna əsasən qurumun qeydiyyat qovluğuna əsasən xx.xx.1991-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Qala-4” İstehsalat kommersiya firması 11976 nömrə ilə xx.xx.1994-cü il tarixdə Ədliyyə Nazirliyi tərəfindən yenidən qeydiyyata alınmışdır. İddiaçının iş stajını təsdiq edən əmək kitabçası mövcuddur, əmək kitabçası normativ sənədlərə uyğun tərtib edilmişdir, cavabdeh iddiaçıya məxsus əmək kitabçasındakı məlumatların həqiqətə uyğun olmamasına dair mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. İddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alan hər hansı hal işdə mövcud deyildir. Məhkəmə araşdırması zamanı “Qala-4” kommersiya firmasının mövcud olması və dövlət qeydiyyatına alınması öz təsdiqini tapmışdır. İddiaçının xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı işlədiyi dövr cavabdeh tərəfindən güzəştli iş stajına hesablanmışdır. Həmin dövr "xxxx" ASC-də qalvanik sexində qalvanik vəzifəsində işlədiyi dövrdür. Belə ki, iddiaçı sadəcə iş yerini dəyişdirərək eyni vəzifəni icra etmişdir. “Qala-4” kommersiya firması fəaliyyət göstərmədiyinə görə həmin dövr üzrə arayış təqdim edə bilməməsi iddiaçının təqsiri deyildir. Bir halda ki, cavabdeh tərəfindən sonrakı müəssisədə eyni vəzifədə işlədiyi dövr güzəştli staja daxil edilir, bu o deməkdir ki, xx.xx.1995-xx.xx.1998-ci il tarixləri arasındakı dövr də eyni kodlar əsasında nəzərə alınmalıdır. İşin hallarına əsasən, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun xx.xx.2022-ci ilədək ümumilikdə 25 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 12 il 6 aydan artıq müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsaslı olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olduğundan təmin edilməli, İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov