Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3471/2022 14.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin nümayəndəsi X3, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı inzibati aktların qanunsuz hesab olunaraq ləğv edilməsi, inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktların təqdim edilməsi, hablə inzibati aktla bağlı bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə iddiaçıya izahat və ya şərh təqdim edilməsinə dair inzibati işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 16.08.2021-ci il tarixində qəbul edilmiş **********341200 nömrəli və 14.10.2021-ci il tarixli, **********15643 nömrəli inzibati aktların qanunsuz hesab olunaraq ləğv edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin normalarına uyğun olaraq, inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktların iddiaçıya təqdim edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 47.2-ci maddəsinə əsasən, 17.05.2021-ci il tarixli, **********926400 nömrəli qərarı ilə bağlı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə iddiaçıya izahat və ya şərh təqdim edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “Cəmiyyət” adlandırılacaq) 2018-ci ildə təsis edilmişdir. Cəmiyyətin əsas fəaliyyət sahəsini kənd təsərrüfatı məhsullarının topdan satışı təşkil edir. Təsis edildiyi gündən hazırkı tarixədək, Cəmiyyət öz fəaliyyətində normativ hüquqi aktların tələblərinə əməl edərək qanunçuluq prinsipini rəhbər tutmuş və öz fəaliyyət sahələri üzrə müxtəlif dövrlərdə nüfuzlu yerli və beynəlxalq şirkətlərlə həmçinin, yerli fermer təsərrüfatları və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə əməkdaşlıq etmişdir. Bu iddia ərizəsi ilə Azərbaycan Respublikası İnzibati İcraat haqqında qanunun müddəaları nəzərə alınaraq, Cəmiyyət tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra “Vergi orqanı” adlandırılacaq) tərəfindən 16.08.2021-ci il tarixində qəbul edilmiş **********341200 nömrəli və 14.10.2021 -ci il tarixli, **********150643 nömrəli qərarların ləğv edilməsi ilə bağlı iddia qaldırılır. Nəzərə çatdırılmışdır ki, Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2020-ci il üçün mənfəət vergisi üzrə 122 590,49 AZN məbləğində vergi, əlavə olaraq ona əsasən 2021 -ci ilin mənfəət vergi bəyannaməsinin 1ci rübünə görə 29 837,09 AZN məbləğində vergi, yəni ümumi olaraq 152 427.58 AZN məbləğində vergi borcu hesablanmışdır. Məsələ ilə bağlı Vergi orqanı ilə aşağıda qeyd olunmuş danışıqlar aparılmasına baxmayaraq, məsələ 2-ci rübün sonuna qədər həll edilməmiş və 08.07.2021 tarixində cari ilin 2-ci rübünə görə də, 29 837,09 AZN məbləğində əlavə vergi borcu hesablanmışdır. Qeyd edilən məbləğlərin üzərinə hər günə uyğun olaraq artan faiz borcu da əlavə olunmuşdur. 17.05.2021 -ci il tarixli **********926400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə’' qərar qəbul olunmuş və Cəmiyyətə təqdim edilmişdir. Cəmiyyət tərəfindən 17.05.2021-ci il tarixli, **********926400 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar üzrə Vergi orqanına 18.05.2021-ci il tarixli, **********010500 nömrəli; 19.05.2021-ci il tarixli, **********070200 nömrəli; 22.05.2021-ci il tarixli, **********184700 nömrəli; 24.05.2021-ci il tarixli, **********753100 nömrəli; 24.05.2021-ci il tarixli, **********752400 nömrəli; 25.05.2021-ci il tarixli, **********238300 nömrəli; 25.05.2021-ci il tarixli, **********414300 nömrəli; 26.05.2021-ci il tarixli, **********370500 nömrəli; 08.07.2021-ci il tarixli, **********200500 nömrəli; 14.07.2021-ci il tarixli, **********067200 nömrəli; 14.07.2021-ci il tarixli, **********950600 və **********983800 nömrəli; 28.07.2021-ci il tarixli, **********149900 və **********146800 nömrəli; 29.07.2021-ci il tarixli, **********509800 və **********510200 nömrəli; 01.08.2021-ci il tarixli, **********711200 nömrəli; 05.08.2021-ci il tarixli, **********858600, **********886300, **********874200, **********895300, **********901900, **********876600, **********909500 və **********6732001 nömrəli məlumat və şikayət xarakterli müraciətlər təqdim edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 52.1ci maddəsinə görə, səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Həmin Qanunun 52.3 və 52.4-cü maddələrinə əsasən. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. Həmin qanunun 52.5-ci maddəsinə əsasən, İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. İlkin olaraq qeyd edirlər ki, Vergi orqanı öz səlahiyyətlərindən tam olaraq istifadə edərək icraatın müddətini 2 dəfə 30 gün olmaqla uzatmış və qanunvericiliyin icazə verdiyi ən gec müddət olan 90-cı gündə (16.08.2021-ci il tarixdə) icraatı bitirmişdir. Lakin, Vergi orqanı qanunvericiliklə müəyyən olunmuş müddətin uzadılmasına səbəb olan halları inzibati aktla əsaslandırmalı olduğu halda, belə bir aktı Cəmiyyətə təqdim etməmişdir. Əlavə olaraq nəzərə çatdırırlar ki, inzibati icraatın əvvəlki dövründə Vergi orqanı əməkdaşları ilə telefon danışığı zamanı Cəmiyyətin hesabatında qeyd etdiyi rəqəmlər Vergi orqanının əməkdaşları tərəfindən da şifahi olaraq təsdiqlənməsinə baxmayaq, inzibati icraatın müddəti qanunvericiliyin icazə verdiyi maksimum müddət olan 90 gün müddətinə uzadılmışdır. Həmin uzadılma nəticəsində Cəmiyyətin ƏDV sub-uçot hesabından davamlı olaraq həmin hesaba daxil olan bütün vəsaitlər silindiyinə görə Cəmiyyət tərəfindən ƏDV hesabatları verilə bilməmiş və bunun nəticəsində 06.07.2021 tarixində cari ilin aprel ayının ƏDV bəyannaməsinə görə əlavə olaraq 112.346,88 AZN məbləğində vergi borcu və ona uyğun olaraq hər gün artan faiz məbləğləri hesablanmışdır. Bunun nəticəsində, Cəmiyyətin fəaliyyətinə ciddi maneə yaradılmış, idxal imkanları məhdudlaşdırılmış, borcların ödənilməsi gecikmiş, yeni məhsulların əldə edilməsində problemlər yaranmış və müəssisənin işgüzar nüfuzuna ciddi zərbə dəymişdir. Cəmiyyət tərəfindən təqdim edilmiş müvafiq müraciətlər nəzərə alınaraq və irimiqyaslı araşdırmalar nəticəsində Vergi orqanı tərəfindən 16.08.2021-ci il tarixində qəbul edilmiş **********341200 qərara əsasən Cəmiyyətin şikayətləri qismən təmin edilmiş, 17.05.2021-ci il tarixli **********926400 nömrəli qərarda qeyd edilmiş 122 590,49 AZN məbləğində hesablanmış vergi borcu ləğv edilmiş və yalnız Cəmiyyət tərəfindən təqdim olunmuş xərclər içərisində 9814,23 AZN məbləğində olan vəsait Vergi orqanı tərəfindən xərc kimi tanınmamışdır. Bu xərcin tanınmaması ilə bağlı bildirirlər ki, həmin xərcin tanınmamasına səbəb məhsulların alındığı kənd təsərrüfatı məhsullarını təqdim edən (satan) şəxslərin Cəmiyyətin adını bilməməsi və məhsullarının “X2’adı ilə tanınan ‘‘Azərbaycan Supermarket” MMC-ə satdığını hesab etməsi olmuşdur. Faktiki olaraq isə həmin məhsullar Cəmiyyət tərəfindən fiziki şəxslərdən alınaraq (Cəmiyyətin digər bütün alış aktları ilə bağlı olduğu kimi, bu əməliyyatlarla da bağlı bütün sənədlər Vergi orqanına təqdim olunmuşdur) “Azərbaycan Supermarket" MMC-ə satılmışdır. Cəmiyyət tərəfindən Vergi orqanının müvafiq qərarında nəzərdə tutulmamasına baxmayaraq həyata keçirilən silinmələrin Cəmiyyətin maliyyə vəziyyətinin bərpa edilməsi, Cəmiyyətin öz əməkdaşları qarşısında əmək haqqı və digər vergi öhdəliklərinin vaxtlı-vaxtında həyata keçirilməsi məqsədilə dayandırılması üzrə dəfələrlə müraciətlər ünvanlanmışdır. Qeyd etdikləri kimi, Vergi orqanı tərəfindən Azərbaycan Respublikası “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin normalarına zidd olaraq, hər-hansı bir qərar və ya əsas Cəmiyyətə təqdim edilmədən Vergi orqanı tərəfindən 90 (doxsan) gün müddətində həyata keçirilmişdir. Müvafiq araşdırmanın Vergi orqanı tərəfindən 3 (üç) ay müddətində aparılması və Cəmiyyətin hesablarından tutulmuş silinmələr nəticəsində Cəmiyyətin gündəlik fəaliyyətində yaranmış maliyyə problemlərinin və itkilərinin əvvəlki il və aylara nisbətdə müqayisəli cədvəlini təqdim edirlər. Əlavə edilmiş cədvəldən də, müşahidə edildiyi kimi 2021-ci ilin ilk ayları ilə 2020-ci ilin ilk aylarının müqayisəsində Cəmiyyət ciddi dövriyyə artımı etmişdir. Vergi yoxlamasının başladığı ay olan 2021-ci ilin May ayından etibarən isə Cəmiyyətin dövriyyəsi kəskin şəkildə azalmış və hətta həmin dövr üçün 2020ci ildə olan dövriyyədən də daha az dövriyyə olmuşdur. Müqayisə nəticəsində görünür ki, 2021-ci ilin ilk 4 ayında Cəmiyyətin əldə etdiyi dövriyyə, 2020-ci ilin eyni aylar üçün olan nəticələrindən 986.659,51 AZN məbləğində artıqdır. Halbuki, vergi yoxlamasının keçirildiyi dövr olan 2021-ci ilin May-Avqust ayları ərzində edilmiş dövriyyənin isə, 2020-ci ilin eyni ayları ərzində olan dövriyyə ilə müqayisədə 184.669,62 AZN məbləğində az olduğu görünür. Nəticə olaraq, Vergi orqanı tərəfindən müvafiq yoxlamanın hər hansı bir əsas və ya qərar olmadan uzadılması nəticəsində Cəmiyyəti ciddi maliyyə itkiləri ilə üzləşmişdir. 16.08.2021-ci il tarixində qəbul edilmiş **********341200 qərarla bağlı digər qeyd olunmalı önəmli məsələ isə Cəmiyyətə səyyar vergi yoxlamasının təyin edilməsidir. Cəmiyyətin üzləşdiyi itkiləri yenidən bərpa etməsi üçün fəaliyyət göstərməyə başladığı bu dövrdə Cəmiyyətə yenidən vergi yoxlamasının təyin edilməsi Cəmiyyətin fəaliyyətinə bərpa olunmayacaq zərbə vuracağı qaçınılmazdır və Vergi orqanının təkidlə Cəmiyyətin fəaliyyətinə maneə yaratmaq cəhdi təəssüf hissi doğurur. Əlavə olaraq qeyd edirlər ki, cari ildə keçirilmiş kameral vergi yoxlaması özündə bir çox pozuntularla yanaşı faktiki olaraq səyyar vergi yoxlamasının bir çox elementlərini və kriteriyalarını özündə əks elətdirmişdir. Belə ki, Vergi orqanın 17.05.2021 -ci il tarixli **********926400 nömrəli qərarı əsasında mübahisələndirilmiş vergi məbləğinin araşdırılması çərçivəsində Vergi orqanı tərəfindən Cəmiyyətin alış aktları əsasında aldığı malların və bu kənd təsərrüfatı məhsullarını təqdim edən (satan) şəxslərin müəyyən edilməsi, məlumatların dəqiqləşdirilməsi məqsədilə tədbirlər görülmüş, müvafiq şəxslərlə imzalanmış alış aktlarının surətləri tələb edilmiş, müvafiq şəxslərlə əlaqə saxlanılmışdır. Vergi orqanının hərəkətləri bunlarla kifayətlənməmiş, Cəmiyyətin əməliyyat həyata keçirdiyi (kənd təsərrüfatı məhsullarının satışı ilə əlaqəsi olmayan şəxslərlə də) bütün şəxslərlə əlaqə saxlanılaraq Cəmiyyətin əleyhinə məlumat vermələri tələb olunmuşdur. Hətta, Cəmiyyətə məlum olmuşdur ki, Cəmiyyətin elektron alış aktları əsasında alqı-satqı münasibətləri həyata keçirdiyi vergi uçotunda qeydiyyatda olmayan, Quba, Lənkəran, Qəbələ və Şəki rayonlarında fermer təsərrüfatı ilə məşğul olan fiziki şəxslərə qanunsuz və əsassız surətdə vergi əməkdaşları tərəfindən təzyiq və təhdidlər göstərilmişdir. Belə ki, müvafiq vergi əməkdaşları tərəfindən fermerlərə zəng edilərək hər hansı bir əsas olmadan Cəmiyyət ilə əlaqələrinin olmamalarını bəyan etmələri tələb edilmiş, əks təqdirdə məcburi surətdə vergi uçotunda qeydiyyata alınacaqları (VÖEN açmaqları) bildirilmişdir. Vergi orqanı əməkdaşlarının bu tip fəaliyyətləri Cəmiyyət tərəfindən dərin məyusluq hissi ilə qarşılanmışdır. Əlavə olaraq nəzərə alınmalıdır ki, Vergi orqanı tərəfindən 17.05.2021-ci il tarixli **********926400 nömrəli qərar əsasında aparılan yoxlamalar çərçivəsində kameral vergi yoxlamaları üzrə nəzərdə tutulan səlahiyyətlər aşılaraq, müvafıq yoxlama predmetindən əlavə məlumatlar yoxlanılmışdır. Hətta, Vergi orqanı yoxlamaların nəticəsini gözləmədən Cəmiyyətin direktorunun ölkədən getmək hüququnun məhdudlaşdırılması ilə bağlı Bakı Kommersiya Məhkəməsində iddia qaldırmışdır. Bakı Kommersiya Məhkəməsi, e-2-2(113)- 4225/2021 nömrəli, 19.08.2021 -ci il tarixli qətnamə ilə vergi borcunun olmamasını əsas gətirərək Vergi orqanının iddiasını rədd etmişdir. Nəzərə çatdırırlar ki, Cəmiyyətin direktorunun ölkədən getmək hüququnun məhdudlaşdırılması, Cəmiyyətin idxal əməliyyatlarına çox ciddi zərbə vura və faktiki olaraq Cəmiyyətin fəaliyyətinin dayandırılması ilə nəticələnə bilərdi. Odur ki, miivafıq yoxlamalar üzrə həyata keçirilən fəaliyyətlər birbaşa olaraq səyyar vergi yoxlaması üzrə nəzərdə tutulan fəaliyyətlər ilə eynilik təşkil edir. Vergi orqanı tərəfindən faktiki olaraq, Cəmiyyətə təyin edilmiş kameral vergi yoxlaması zamanı səyyar vergi yoxlaması predmetinə aid olan fəaliyyət həyata keçirilmiş və nəticədə Cəmiyyətə kameral vergi yoxlaması adı ilə səyyar vergi yoxlaması tətbiq edilmişdir. Səyyar vergi yoxlaması 1 (bir) təqvim ili ərzində 1 (bir) dəfədən çox həyata keçirilməməlidir. Vergi orqanı tərəfindən hər hansı bir əsas olmadan Cəmiyyətə tətbiq edilmiş yoxlama müddəti uzadılmış, Cəmiyyətin əməkdaşlıq etdiyi şəxslərə təzyiq və təhdidlər edilmişdir. Azərbaycan Respublikasında tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində dövlət qurumlarında vətəndaşların qəbulu, həmçinin, müvafiq yoxlamalar üzrə dövlət qurumlarının əməkdaşlarının hüquqi şəxslərin yerləşdiyi ünvanlara gəlməsində məhdudiyyətlər tətbiq edilmişdir. Bütün bu halların aradan qaldırılması üçün, Cavabdehin yuxarı qurumu olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına 15.09.2021-ci il tarixdə müraciət olunmuşdur. Apellyasiya Şurası ilə müvafiq görüşün keçirilməsinə baxmayaraq bu iddia ərizəsinin yazıldığı tarix olan 28.10.2021-ci il tarixə qədər Apellyasiya Şurasından yazılı heç bir cavab alınmamış və Azərbaycan Respublikası İnzibati İcraat haqqında qanunun normaları bir daha pozulmuşdur. Əsas vurğulanmalı məsələ isə, Apellyasia Şurasından rəsmi cavab iddiaçıya təqdim olunmadan, Cavabdeh 14.10.2021-ci il tarixli, **********150643 nömrəli qərarla yenidən Səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etmiş və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və İnzibciti İcraat haqqında Qanunun yuxarıda qeyd edilən müddəalarını pozmuşdur. Odur ki, Azərbaycan Respublikası İnzibati İcraat haqqında qanunun 78-ci, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45-67-ci və 68-80-ci maddələrini rəhbər tutaraq, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3471/2022 saylı, 10.02.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi təmin edilərək, iş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti cavabdeh qismində cəlb edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Vergi Xidməti məhkəməyə etiraz təqdim edərək, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, “16.08.2021-ci il tarixli **********341200 nömrəli və 14.10.2021-ci il tarixli **********150643 nömrəli inzibati aktların qanunsuz hesab edilərək ləğv edilməsi” hissəsində 16.08.2021-ci il tarixli qərar (İnzibati şikayətin qismən təmin edilməsi haqqında) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 17.07.2021-ci il tarixli **********349100 nömrəli qərarının ləğv edilməsi ilə bağlı yuxarı vergi orqanının vergi ödəyicisinin xeyrinə qəbul etdiyi qərardır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2021-ci il tarixli qərarına əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmçinin iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Göründüyü kimi, 16.08.2021-ci il tarixli **********341200 nömrəli qərar iddiaçı üçün əlverişli inzibati akt hesab edilir (maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt). Buna görə də həmin qərardan şikayət verilə bilməz. 14.10.2021-ci il tarixli qərar (Növbəti səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar) isə ümumiyyətlə inzibati akt hesab edilə bilməz. Belə ki, iddiaçı yanlış olaraq inzibati akt kimi hesab etdiyi səyyar vergi yoxlamasının keçirilməsi barədə qərarı (növbəti) məhkəmə qaydasında mübahisələndirmişdir. Lakin həmin qərar müstəqil inzibati akt olmamaqla, iddiaçı üçün heç bir hüquqi nəticələr yaratmayıb, inzibati orqan tərəfindən qəbul edilən konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı aralıq inzibati aktdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.9-cu maddəsinə əsasən, aralıq inzibati akt - konkret icraatın təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqan tərəfindən qəbul edilən aktdır. Buna görə də, iddia tələbi mümkünsüz sayılmalıdır. Belə ki, “İnzibati İcraat haqqında” Qanunun 2.0.2-ci maddəsinin tələbinə əsasən hər hansı aktın inzibati akt hesab olunması üçün aşağıda qeyd edilən tələblərə cavab verməlidir: inzibati orqan tərəfindən qəbul edilməlidir; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilməlidir; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiri formasında olmalıdır. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar və səyyar vergi yoxlaması aktı qeyd edilən tələblərin bir neçəsinə cavab verməsinə baxmayaraq, hüquqi və fiziki şəxs üçün hüquqi nəticə yaratmaması səbəbindən inzibati akt hesab olunmur. 16.08.2021-ci il tarixli **********341200 nömrəli aktda yuxarı vergi orqanının aşağı vergi orqanına səyyar vergi yoxlamasının keçirilməsi barədə göstərişi özlüyündə vergi ödəyicisi üçün hüquqi nəticə yaratmır və həmin hissədə konkret hüquqi müdafiəyə ehtiyacı yoxdur. Belə ki, müvafiq qərar inzibati akt hesab olunsa da həmin hissədə aralıq inzibati akt qismində çıxış edir. Çünki konkret icraatın təşkili və həyata keçirilməsinə yönəldilmişdir. Burada iddiaçı arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə etməli, yəni məsuliyyətə cəlb olunma barədə qərardan şikayət verməli idi. Ona görə də, bu hissədə də, iddia tələbi mümkün hesab edilməməlidir. Bundan əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 oktyabr tarixli 845 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Fərmana əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və tabeliyindəki vergi orqanları İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu təsdiq edilmiş və Lokal Gəlirlər Baş İdarəsi nazirliyin strukturuna daxil olan qurumlar siyahısına aid edilmişdir. Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin 13.01.2022-ci il tarixli F-5 nömrəli əmri ilə Dövlət Vergi Xidmətinin bir sıra strukturlarının əsasnamələri, o cümlədən əsasən Lokal Gəlirlər Baş idarəsinin Əsasnaməsi təsdiq edilmişdir. Həmin Əsasnamənin 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (bundan sonra - Dövlət Vergi Xidməti) Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra - Baş idarə) aksizli və markalanmalı malların dövriyyəsinə nəzarət sahəsində (bundan sonra - müvafiq sahədə) həmin Əsasnamə ilə müəyyən edilmiş əsas fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələri icra edən və hüquqları həyata keçirən və yurisdiksiyası bütün ölkə ərazisinə şamil edilən Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumdur. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Baş idarə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən İqtisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələri, strukturuna daxil olan qurumları və strukturuna daxil olmayan tabeliyindəki qurumları, dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları, o cümlədən fiziki və hüquqi şəxslər ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir, habelə müstəqil qaydada məhkəmədə tərəf və digər şəxs (iştirakçı) qismində bilavasitə iştirak edir (təmsil olunur). Qeyd olunanlara görə, 14.10.2021-ci il tarixli **********150643 nömrəli qərarın ləğv edilməsi hissəsində Dövlət Vergi Xidmətinin iş üzrə cavabdeh qismində göstərilməsinin əsassız olduğuna dəlalət edir. Dövlət Vergi Xidməti tərəfindən “İnzibati icraat haqqında” Qanunun 52-ci maddəsinin normalarına uyğun olaraq, inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktların iddiaçıya təqdim edilməsi hissəsinə münasibətdə bildiririk ki, araşdırma müddətinin uzadılmasına səbəb olan hallar barədə məlumat iddiaçıya elektron qaydada təqdim edilmişdir. Vergi Məcəlləsinə əsasən elektron kabinet dedikdə vergi ödəyicisi kimi uçota alınma zamanı təqdim edilən ərizəyə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılan, gücləndirilmiş elektron imza və (və ya) vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə başa düşülür. Və həmçinin sənədlər elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra lazımi qaydada çatdırılmış sayılır. “İnzibati icraat haqqında” Qanunun 47.2-ci maddəsinə əsasən 17.05.2021-ci il tarixli **********926400 nömrəli qərar ilə bağlı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsaslar barədə iddiaçıya izahat və ya şərh təqdim edilməsi barədə qərar qəbul edilməsi hissəsində iddia tələbi mümkün hesab edilməməlidir. Belə ki, artıq **********349100 nömrəli qərar tamamilə ləğv edildiyi üçün (16.08.2021-ci il tarixli **********341200 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərar əsasında) **********926400 nömrəli qərar qüvvədən düşmüş hesab edilir. Ona görə də, konkret olaraq iddiaçının hüquqi marağı və hüquqi müdafiəyə ehtiyacının olmadığı iddia mümkün hesab edilməməlidir. Qanunun müvafiq maddəsində maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. Burada məsələ inzibati icraatın davam etdiyi müddət ərzində hələ qəbul edilməmiş (gələcəkdə ediləcək) inzibati aktla bağlıdır. Lakin, iddiaçının qeyd etdiyi inzibati akt artıq qəbul edilmişdir (həmçinin qüvvədən düşmüşdür). Eyni Məcəllənin 54.1-ci maddəsinə görə iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizsində göstərilənlər ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bildirilir ki, İddiaçı MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 16.08.2021-ci tarixli, **********341200 nömrəli inzibati aktının qanunsuz hesab edilərək ləğv edilməsi, Dövlət Vergi Xidməti tərəfindən “İnzibati icraat haqqında” Qanunun 52-ci maddəsinin normalarına uyğun olaraq, inzibati icraatın müddətinin uzadılmasına səbəb olan halların inzibati orqan tərəfindən əsaslandırılması barədə aktların iddiaçıya təqdim edilməsi və həmin Qanunun 47.2-ci maddəsinə əsasən 17.05.2021-ci il tarixli **********926400 nömrəli qərar ilə bağlı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsaslar barədə iddiaçıya izahat və ya şərh təqdim edilməsi barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia tələbi irəli sürməsi əsassızdır. Ona görə ki, iddiaçının mübahisələndirdiyi “İnzibati şikayətin qismən təmin edilməsi haqqında” 16.08.2021-ci il tarixli, **********341200 nömrəli qərar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş və tələbin digər hissələri də həmin qərar ilə əlaqəlidir. Bununla əlaqədar, 03.12.2021-ci il tarixli, **********049200 nömrəli vəsatət (sübutlar əlavə edilməklə) məhkməyə təqdim edilmiş və işin materiallarında var. İddia tələbinin 14.10.2021-ci il tarixli **********150643 nömrəli inzibati aktın qanunsuz hesab olunaraq ləğv edilməsi hissəsinə münasibətdə isə aşağıdakıları bildirirlər. Vergi Məcəlləsinin: 16.1.3-cü maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması, 16.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək vergi ödəyicisinin vəzifəsinə aid edilmişdir. 24.0.1-ci maddəsinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək, vergi qanunvericiliyinə tam və dəqiq riayət etmək vergi orqanlarının vəzifələrinə aid edilmiş, 32.1-ci maddəsinə əsasən vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini və 32.4-cü maddəsinə uyğun olaraq, vergi nəzarətini vergi ödəyicilərinin uçot və hesabat məlumatlarını yoxlamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. 23.1.1-ci maddəsinə əsasən vergi orqanlarının bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır. 38.1-ci maddəsinə əsasən səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən keçirilir. Bildirirlər ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “İnzibati şikayətin qismən təmin edilməsi haqqında’’ 16.08.2021-ci il tarixli **********341200 nömrəli qərarının 3.2-ci bəndi ilə İddiaçı MMC-nin real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi qərara alınmış və icra olunması üçün Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müvafiq tapşırıq verilmişdir. Qərarın 3.2-ci bəndinin icrasının təmin olunması üçün Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 14.10.2021-ci il tarixli, **********150643 nömrəli qərar qəbul edilmiş və İddiaçı MMC-də vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması üçün Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 14.10.2021-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilmişdir (№ KY211665372;14.10.2021-ci il). Bildirirlər ki, növbəti səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanlarının diskresion səlahiyyətidir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı tərəfindən 14.10.2021-ci il tarixli, **********150643 nömrəli qərar ilə bağlı inzibati orqanın (vergi orqanının) diskresion səlahiyyətlərinin icrasına müdaxilə olunur. Səyyar vergi yoxlaması ilə bağlı iddiaçının iddia ərizəsindəki dəlillərini əsassız hesab edərək qeyd etməyi zəruri hesab edirlər ki, yoxlamanın əsas məqsədi yoxlama zamanı vergi ödəyicisindən zəruri olan sənədləri, yəni vergi ödəyicilərinin maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron səyyar vergi yoxlamaları məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etməklə qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünü yoxlamaqdan ibarətdir. Vergi Məcəlləsinin 10.0.3-cü maddəsinə əsaəsn Azərbaycan Respublikasının dövlət vergi orqanları vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarıdırlar. Həmçinin bildirirlər ki, Azərbaycan Respublikasi Prezidentinin 2020-ci İ İ 1 2 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Əsasnamə”nin 3.0.7-ci bəndinə əsasən vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta, icbari tibbi sığorta haqlarının, habelə qanunla və Azərbaycan Respublikası Prezidentinin aktı ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin düzgün hesablanmasına, vaxtında və tam yığılmasına nəzarəti təmin edən orqanıdır. İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin yuxarıda qeyd olunan normasının məzmunundan göründüyü kimi fiziki və hüquqi şəxslər pozulmuş hüquqlarının, qanunla qorunan maraqlarının qorunması məqsədi ilə məhkəməyə müraciət edə bilər. Lakin, hazırkı iş üzrə iddiaçı qanunvericiliyə zidd olaraq, onun üçün heç bir öhdəlik yaratmayan, yəni hüquqlarına və qanunla qorunan maraqlarına toxunmayan məsələlərlə bağlı məhkəməyə müraciət etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt dedikdə, inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Qeyd etmək lazımdır ki, vergi orqanlarının səlahiyyətləri daxilində vergi yoxlamalarının nəticəsi üzrə qəbul etdiyi qərarlar (o cümlədən səyyar vergi yoxlamalarının nəticəsi üzrə qəbul edilmiş qərarlar) barəsində qərar qəbul edilmiş vergi ödəyiciləri üçün hüquqi nəticələr yaradan inzibati akt hesab olunur. Bundan əlavə, səyyar vergi yoxlamasının keçirilməsi vergi orqanının Vergi Məcəlləsinin 36-cı və 38-ci maddələri müəyyən edilmiş müstəsna səlahiyyətinə aid edilir və həmin qərarın qəbulu vergi ödəyicisi üçün hər hansı hüquqi nəticə yaratmır. Digər tərəfdən qeyd edirlər ki, səyyar vergi yoxlamasının keçirilməsi sonda müvafiq aktın tərtibi və həmin akt əsasında Vergi Məcəlləsinin 49.1-ci maddəsində nəzərdə tutulan qərarlardan (vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması və əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında) birinin qəbulu ilə nəticələnir. Göstərilənlərə əsasən hesab edirik ki, “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 14.10.2021-ci il tarixli **********150643 nömrəli qərar qəbul edilərkən vergi qanunvericiliyinin tələbləri pozulmamışdır. Həmin qərarla vergi orqanı tərəfindən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə yoxlama keçirilməsini onun fəaliyyətinə qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndələri məhkəmə iclasına gəlmiş, iddiaçının qanuni nümayəndəsi isə məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə hesab edir ki, işə iddiaçının iştirakı olmadan baxıla bilər. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, işin hallarından göründüyü kimi, iddiaçı hazırda Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 16.08.2021-ci il tarixli, **********341200 nömrəli, Azərbaycan Respublikası Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14.10.2021-ci il tarixli, **********150643 nömrəli qərarlarını mübahisələndirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 16.08.2021-ci il tarixli qərarı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17.07.2021-ci il tarixli, **********349100 nömrəli qərarının ləğv edilməsi ilə bağlı yuxarı vergi orqanının vergi ödəyicisinin xeyrinə qəbul etdiyi qərardır. Həmin qərarla İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesbalanmış vergi məbləğinin azaldılması barədə 18.05.2021-ci il, 19.05.2021-ci il, 22.05.2021-ci il, 24.05.2021-ci il, 25.05.2021-ci il, 26.05.2021-ci il, 08.07.2021-ci il, 14.07.2021-ci il, 28.07.2021-ci il, 29.07.2021-ci il, 01.08.2021-ci il və 05.08.2021-ci il tarixli şikayətləri qismən təmin edilmiş, İqtisasdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 17.07.2021-ci il tarixli, **********349100 nömrəli qərarının ləğv edilməsi, Dövlət Vergi Xidmətinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinə həmin Qərarın 2-ci bəndinin icrası ilə bağlı İddiaçı MMC-nin şəxsi hesba vərəqəsində müvafiq düzəlişlərin edilməsinin təmin edilməsi, Cəmiyyətin real vergi öhdəliklərinin müəyyən edilməsi məqsədilə Vergi Məcəlləsinin 38-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsinin, Cəmiyyət tərəfindən 2021-ci il üçün mənfəət vergisi bəyananməsi təqdim edilərkən 2021-ci ildə 2020-ci il üçün elektron alış aktları ilə alınmış 529284,57 manat məbləğində malın dəyərinin xərc kimi nəzərə alınmamasının nəzarətdə saxlanılması qərara alınmışdır. Həmin qərarın icrası ilə əlaqədar olaraq isə Azərbaycan Respublikası Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 14.10.2021-ci il tarixli, **********150643 nömrəli qərar qəbul edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015ci il tarixli 5 saylı qərarının 4.1-ci bəndinə əsasən İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Həmin Qərara əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmçinin iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Həmin Qərarın 5.1-ci və 5.2-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin 16.08.2021-ci il tarixli, **********341200 nömrəli qərarı iddiaçıya münasibətdə əlverişli inzibati akt (maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən akt) olduğundan, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14.10.2021-ci il tarixli, **********150643 nömrəli qərarı isə birbaşa Dövlət Vergi Xidmətinin 16.08.2021-ci il tarixli qərarının icrası ilə bağlı olub, yuxarıda qeyd edilən inzibati orqanın qərarı əsasında konkret icraatın təşkili ilə bağlı qəbul edilən qərar olduğundan, hazırki halda isə mübahisəli qərarlarla iddiaçının hüquqlarına müdaxilənin aşkar şəkildə baş verməsi halı müəyyən edilmədiyindən, həmçinin inzibati orqan tərəfindən aparılmış inzibati icraatın sonunda iddiaçının tələbi təmin edilməklə onun üzərinə qoyulmuş vəzifələri götürən əlverişli inzibati akt qəbul edildiyindən, cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 17.05.2021-ci il tarixli, **********926400 nömrəli qərarı da, həmin aparılmış inzibati icraatın sonunda qəbul edilmiş əlverişli inzibati akt əsasında qüvvədən düşdüyündən, iddia tələbi üzrə həmin hissədə də, iddiaçının hüquqi marağı və hüquqi müdafiəyə ehtiyacı olması müəyyən edilmədiyindən, İddiaçı MMC-nin iddia tələbləri mümkün sayılmamalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü iddia tələbləri Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslarının mövcud olması, yəni iddiaçının qanunla qorunan hansı hüquqlarının pozulması halının baş verdiyini müəyyən etmək mümkün olmadığından iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa ididaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Alki Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə prses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Yuxarıda qeyd edildiyi kimi, həmin Qərarda qeyd edilir ki, İPM-nin 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı idida ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Qeyd edilənlərdən göründüyü kimi, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Bundan əlavə “Tələbin əsaslandırılması” həm predmet baxımından, həm də subyekt baxımından təmin olunmalıdır, başqa sözlə, iddianın inzibati məhkəmə icraatında baxılması üçün iddiaçı qaldırmış olduğu iddianın inzibati məhkəmə icraatında baxılmalı olması ilə yanaşı, həmin iddianın cavab verməli olan şəxslərə qarşı irəli sürüldüyünü də əsaslandırmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsin əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərardadının elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №e-2-1(112)-3471/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3471/2022
14.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver