Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3487/2025 08.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı X2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “məhdudiyyətin götürülməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı X6 (bundan onra – iddiaçı) ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103, 4 saylı mənzil üzərində mövcud olan məhdudiyyətlərin götürülməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək xx.xx.2024-cü il tarixli məktubla bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 1MK-7879/2006 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K-805/2007 saylı mülki işləri ilə bağlı qeyd olunan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Qeyd olunan məsələnin ətraflı araşdırılması məqsədilə cavabdeh tərəfindən Səbail Rayon Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə sorğular ünvanlanmışdır. Sorğulara cavaba əsasən müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2004-cü il tarixli, 2-333/2004 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh X9 və qeyrilərinə qarşı yaşayış sahəsindən və pasport qeydiyyatından çıxarılması barədə iddia tələblərinin təmin edilməməsi, iddiaçı X7 cavabdeh X9 qarşı mənzilə yaşayış hüququnun itirilməsi, mənzildən və pasport qeydiyyatından çıxarılması, mənzilin əldə edilməsi faktı üzrə vicdanlı alıcı qismində tanınması barədə iddia tələblərinin təmin edilməməsi, X8 cavabdehlər X5, X10 qarşı alqısatqı müqaviləsi və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinin təmin edilməsi, X4 X14 ilə bağladığı Neftçilər prospekti, 103, 4 saylı mənzilə dair 05 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X7 adına verilmiş ÖM seriyalı, 165554 saylı, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 15 noyabr 2007-ci il tarixli, 1MK- 733/2007 saylı qətnaməsi ilə iddiaçı X7 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin bu iş üzrə olan 12 mart 2004-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, X3 39,200 (otuz doqquz min iki yüz) AZN alınaraq X10 verilməsi və qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 15 noyabr 2007-ci il tarixli, 1MK- 733/2007 saylı qətnaməsi xx.xx.2007-ci il tarixdə qanuni qüvvəyə mindiyindən müvafiq qətnamənin və ya icra vərəqəsinin icra üçün İdarəyə daxil olacağı təqdirdə mənzilə dair aparılmış qeydin nəzərə alınmasına qanunamüvafıq qaydada baxılacağı bildirilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubunda isə göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1MK(103)-733/2007 nömrəli qərardadında Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 15 noyabr 2007-ci il tarixli, 1MK 733/2007 nömrəli qətnaməsinin icraya yönəldildiyi qeyd olunsa da, müvafiq qətnamə İdarə tərəfindən icra edilməmişdir. Odur ki, müvafiq qətnamə İdarəyə icra üçün daxil olacağı təqdirdə mənzil üzərində aparılmış qeydin nəzərə alınmasına qanunamüvafiq qaydada baxılacaqdır.Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 15 noyabr 2007-ci il tarixli, 1MK 733/2007 nömrəli qətnaməsinin icra üçün İdarəyə göndərilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə **********40 nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103, 4 saylı mənzil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, ********* qeydiyyat nömrəli reyestrdən çıxarış əsasında Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103, mənzil 4 iddiaçının xüsusi mülkiyyətindədir. Bu mənzillə əlaqədar qeydiyyat hərəkətləri apararkən müəyyən edilmişdir ki, həmin mənzil üzərində müvafiq məhkəmə qərarları əsasında məhdudiyyətlər mövcuddur. Bununla əlaqədar Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuş, xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin 1MK- 7879/2006 və Ali Məhkəmənin 6K-805/2007 saylı mülki işləri ilə bağlı qeyd olunan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Bununla əlaqədar Bakı Apellyasiya Məhkəməsinə müraciət olunmuş, məhkəmənin 07 may 2024-cü il tarixli qərardadı ilə cavabdehə izah edilmişdir ki, “Bakı Apellyasiya Məhkəməsinin 1MK- 7879/2006 və Ali Məhkəmənin 6K-805/2007 saylı mülki işləri ilə bağlı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 103, 4 saylı mənzil üzərində hər hansı məhdudiyyət mövcud deyildir və iş üzrə sonuncu yekun qərar olan Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2007-ci il tarixli, 1 MK 733/2007-ci il nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq 28 dekabr 2007-ci il tarixdə icraya yönəldilmişdir.” Qeyd olunan qərardad məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, hələ də qeyd olunan mənzil üzərində məhdudiyyət qalmışdır. Yenidən iddiaçı tərəfindən cavabdehə məhdudiyyətin götürülməsi üçün müraciət olunmuş, xx.xx.2024-cü il tarixdə cavabdeh əsassız olaraq Bakı Apellyasiya Məhkəməsinin 15 noyabr 2007-ci il tarixli, 1 MK 733/2007-ci il nömrəli qətnaməsinin icra üçün idarəyə təqdim olunmasını tələb etmişdir. Cavabdeh iddia tələbinə dair etiraz edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 1MK-7879/2006 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K- 805/2007 saylı mülki işləri ilə bağlı qeyd olunan mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlər aparılmışdır. Qeyd olunan məsələnin ətraflı araşdırılması məqsədilə tərəfimizdən Səbail Rayon Məhkəməsinə, Bakı Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə sorğular ünvanlanmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2004-cü il tarixli, 2-333/2004 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh X9 və qeyrilərinə qarşı yaşayış sahəsindən və pasport qeydiyyatından çıxarılması barədə iddia tələblərinin təmin edilməməsi, iddiaçı X7 cavabdeh X9 qarşı mənzilə yaşayış hüququnun itirilməsi, mənzildən və pasport qeydiyyatından çıxarılması, mənzilin əldə edilməsi faktı üzrə vicdanlı alıcı qismində tanınması barədə iddia tələblərinin təmin edilməməsi, X8 cavabdehlər X5, X10 qarşı alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərinin təmin edilməsi, X4 X14 ilə bağladığı Neftçilər prospekti, 103, 4 saylı mənzilə dair 05 sentyabr 2003-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və X7 adına verilmiş ÖM seriyalı, 165554 saylı, xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddiasının təmin edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 15 noyabr 2007-ci il tarixli, 1MK-733/2007 saylı qətnaməsi ilə iddiaçı X7 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin bu iş üzrə olan 12 mart 2004-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, X3 39,200 (otuz doqquz min iki yüz) AZN alınaraq X10 verilməsi və qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 15 noyabr 2007-ci il tarixli, 1MK-733/2007 saylı qətnaməsi xx.xx.2007-ci il tarixdə qanuni qüvvəyə mindiyindən müvafiq qətnamənin və ya icra vərəqəsinin icra üçün İdarəyə daxil olacağı təqdirdə mənzilə dair aparılmış qeydin nəzərə alınmasına qanunamüvafiq qaydada baxılacağı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 15 noyabr 2007-ci il tarixli, 1MK 733/2007 nömrəli qətnaməsini icra üçün İdarəyə göndərilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinə **********40 nömrəli, xx.xx.2024-cü il tarixli məktub ünvanlanmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). İİİ Məhkəmənin mövqeyi: Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia mənzil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia həm də əsaslıdır. Belə ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərardadından görünür ki, Səbail Rayon Məhkəməsinin iddiaçı X4 cavabdeh X11 qarşı pul tələbinə dair mülki iş üzrə xx.xx.2002-ci il tarixli qətnaməsinin icrası məqsədi ilə borc əvəzi cavabdehə məxsus Bakı şəhəri, Nefçilər prospekti, 103 saylı evin 4 saylı mənzilinin tələbkar X4 adına rəsmiləşdirilməsi qərara alınmışdır. ÖM seriyalı 161203 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nefçilər prospekti, 103 saylı evin 4 saylı mənzilinə X4 mülkiyyət hüququ xx.xx.2003-cü ildə qeydə alınmışdır. xx.xx.2003-cü il tarixli 203844 saylı müqavilədən görünür ki, X12 ünvan 4 ünvanda yerləşən mənzili X1. ÖM seriyalı 165554 saylı qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nefçilər prospekti, 103 saylı evin 4 saylı mənzilinə X7 mülkiyyət hüququ xx.xx.2003-cü ildə qeydə alınmışdır Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2003-cü il tarixli 1mk4092/03 saylı qərardadından görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2003-cü il və xx.xx.2003-cü il tarixli qərardadları ləğv edilmiş, icraya dönüş edilmiş, tərəflərin əvvəlki vəziyyətlərinə qaytarılması qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı X12 cavabdeh X13 və qeydlərinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin yaşayış sahəsindən və pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 mart 2004-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 cavabdeh X9 və qeydlərinə qarşı yaşayış sahəsindən və pasport qeydiyyatından çıxarılması barədə iddia tələblərinin təmin edilməməsi, iddiaçı X7 cavabdeh X9 qarşı mənzilə yaşayış hüququnun itirilməsi, mənzildən və pasport qeydiyyatından çıxarılması, mənzilin əldə edilməsi faktı üzrə vicdanlı alıcı qismində tanınması barədə iddia tələblərinin təmin edilməməsi, X8 cavabdehlər X5, X10 qarşı alqısatqı müqaviləsi və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərin təmin edilməsi, X4 X20-oğlu ilə bağladığı Neftçilər prospekti, 103 evin, 4 saylı mənzilə dair 05 sentyabr 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, X7 adına verilmiş ÖM seriyalı 165554 saylı xx.xx.2003-cü il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Qətnamədən iddiaçı X14 tərəfindən apellyasiya şikayəti verilərək iş üzrə qətnamənin ləğv edilməsi və ilkin iddiaların təmin, qarşılıqlı iddiaların rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİUMK-nın xx.xx.2004-cü il tarixli 1MK-2278 saylı qətnaməsi ilə iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MÜlMK-nın xx.xx.2004-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MÜlMK-nın xx.xx.2004-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MlÜMK-nın xx.xx.2006-cı il tarixli 1MK-35 saylı qətnaməsi ilə iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qətnaməsi qismən dəyişdirilmiş, iddiaçı X4 cavabdeh X9 və qeyrilərinə qarşı yaşayış sahəsindən və və pasport qeydiyyatından çıxarılması barədə iddia tələblərinin təmin edilməməsi, iddiaçı X7 cavabdeh X9 qarşı mə nzilə yaşayış hüququnun itirilməsi, mənzildən və pasport qeydiyyatından çıxarılması, mənzilin əldə edilməsi faktı üzrə vicdanlı alıcı qismində tanınması barədə iddia tələblərinin təmin edilməməsi, X8 cavabdehlər X5,X10 qarşı alqı-satqı müqaviləsi və qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia tələblərin təmin edilməsi, X4 X14 ilə bağladığı Neftçilər prospekti, 103 evin,4 saylı mənzilə dair 05 sentyabr 2003-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Qənbərov Səxavə: Zəki oğlunun adına verilmiş ÖM seriyalı 165554 saylı 13.09 2003-cü il tarixli qeydiyyat vəsiqəsinin etibarsız hesab edilməsi, X3 196.000.000 manat alınaraq X10 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MlÜMK-mn xx.xx.2007-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasıya Məhkəməsinin MİÜMK-nın xx.xx.2006-cı il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən apellyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 15 noyabr 2007-ci il tarixli, 1 MK 733/2007-ci il nömrəli qətnaməsi ilə iddiaçı X7 apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin bu iş üzrə olan 12 mart 2004-cü il tarixli qətnaməsinin dəyişdirilməsi, X3 39200 manat alınaraq X10 verilməsi, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. 0068360 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X15 Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin Bakı səhər Ərazi idarəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş. 30/4625 nömrəli arayısa əsasən iki otaqdan ibarət yaşayış sahəsi 52.0 kv.m olan Bakı şəhəri, Səbail rayonu, Neftçilar prospekti, ev 103-da yerləşən 4 №-li mənzilini İddiaçı mülkiyyətinə vermişdir. MH seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestirindən çıxarışdan görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospektində istifadədə olan 0.04854 ha torpaq sahəsində yerləşən 103 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən - kv.m ümumi, 52 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 4 nömrəli mənzil xx.xx.2006-cı ildə tam mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyata alınmışdır. İşdə olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1MK(103)-733/2007 iş nömrəli qərardadından görünür ki, ərizəçi İddiaçı Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 103 ünvanında 4 saylı mənzil üzərinə qoyulmuş məhdudiyyətin götürülməsi barədə ərizəsi geri qaytarılmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə izah edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 1MK- 7879/2006 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 6K-805/2007 saylı mülki işlərlə bağlı Bakı şəhəri Səbail rayonu, Neftçilər prospekti 103 ünvanında yerləşən 4 saylı mənzil üzərində hər hansı bir məhdudiyyət mövcud deyildir və iş üzrə sonuncu yekun qərar olan Bakı Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 15 noyabr 2007-ci il tarixli, 1 MK 733/2007-ci il nömrəli qətnaməsi qanuni qüvvəsini alaraq 23 dekabr 2007-ci il tarixdə icraya yönəldilmişdir. Qərardad bununla əsaslandırılmışdır ki, “...hazırkı ərizəyə baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ev üzərində hər hansı bir məhdudiyyət olmadığından ərizə geri qaytarılmalı, məhdudiyyətin olmaması və iş üzrə çıxarılmış yekun qərarın qanuni qüvvəyə minməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə izah olunmalıdır”. Qeyd olunanlara istinad edən iddiaçı hazırda 4 saylı mənzilin üzərinə qoyulmuş məhdudiyyətin götürülməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.3-cü maddəsinə əsasən hüququn məhdudlaşdırılması (məhdudiyyət, yüklənmə) - qanunla və qanunda nəzərdə tutulmuş qaydada hüquq sahibinin daşınmaz əmlaka mülkiyyət və ya digər əşya hüquqlarının həyata keçirilməsini məhdudlaşdıran şərtlər və qadağalardır (servitut, uzufrukt, ipoteka, etibarlı idarəetmə, icarə, əmlakın üzərinə həbs qoyulması və sairə); - 8.0-ci maddədə daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. - 9.4-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı həmin daşınmaz əmlak üzərində əvvəl yaranmış hüquqların dövlət reyestrində qeydiyyata alındığı təqdirdə aparılır. -13.1-ci maddəsinə əsasən dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. - 14.1-ci maddəsinə əsasən Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. - 14.3-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -14.4-cü maddəsinə görə qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. - 14.5-ci maddəsinə əsasən bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Cinayət Prosessual Məcəllənin 249.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, məhkəmənin qərarı əsasında qoyulur. Həmin Məcəllənin 249.5-ci maddəsinə əsasən təxirə salına bilməyən hallarda cinayət törətmiş şəxs tərəfindən əmlakın və ya cinayət yolu ilə əldə edilmiş əşya və vasitələrin məhv edilməsini, zədələnməsini, korlanmasını, gizlədilməsini və ya verilmiş mülki iddianın təmin edilməsi hesabına özgəninkiləşdirilməsini güman etməyə əsas verən dəqiq məlumat olduqda, müstəntiq məhkəmənin qərarı olmadan bu Məcəllənin 177.2—177.5-ci maddələrində nəzərdə tutulmuş tələblər yerinə yetirildikdə əmlak üzərinə həbs qoya bilər. Həmin Məcəllənin 249.6-cı maddəsinə əsasən bu Məcəllənin 249.5-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiq əmlak üzərinə həbs qoyulması barədə əsaslandırılmış qərar çıxarır. Müstəntiqin qərarı bu Məcəllənin 249.3-cü maddəsinin tələblərinə uyğun olaraq və məhkəmənin qərarı olmadan əmlak üzərinə həbs qoyulmasının zəruriliyi və təxirə salına bilməməsi əsaslandırılmaqla tərtib edilir. Hazırkı işin hallarından müəyyən olunur ki, mübahisəli mənzilə dair məhkəmə mübahisəsi olmuş, lakin həmin mübahisə zamanı 4 saylı mənzilin üzərinə hər hansı bir məhdudiyyət qoyulmamışdır. Belə olan halda isə müəyyən olunur ki, iddiaçıya məxsus əmlak üzərinə həbs qoyulması barədə nə qanuni qüvvəsini almış məhkəmə qərarı, nə də müstəntiqin əsaslandırılmış qərarı olmamışdır. Deməli, cavabdeh daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən orqanın iddiaçının mülkiyyətində olan mənzil üzərinə məhdudiyyət (nəzarət) qoyması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. Çünki Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Belə olan halda aydındır ki, cavabdehin mübahisəli əmlaka dair məhdudiyyəti qeydə alması əsaslı olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilsin. İddiaçı X2 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 4 saylı mənzil üzərinə qoyulmuş məhdudiyyətə dair qeydin ləğv edilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Qənbərova
Məhkəmə qərarları › İş №e-2-1(112)-3487/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3487/2025
08.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver