Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-350/2024 11.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona pensiya hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və cari pensiya ilə birlikdə onun cavabdehə müraciət etdiyi tarixdən əvvəlki 3 il də daxil olmaqla əmək pensiyasının ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci ildə anadan olmuş, xx.xx.1975-ci ildən xx.xx.1976-ci ilədək 81 saylı texniki peşə məktəbində əyani təhsil almışdır. İddiaçı xx.xx.1976-cı ildən xx.xx.1978-ci ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən o, xx.xx.1979-cu il tarixdə ildə əmək fəaliyyətinə başlamış xx.xx.2021-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının ümumi və güzəştli iş stajı 29 il 10 ay təşkil edir ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün yetərlidir. Belə ki, əmək qanunvericiliyinə əsasən xx.xx.2006-ci il tarixədək 25 ildən artıq ümumi, 12 il altı aydan artıq güzəştli iş stajı olan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işlədiyi vəzifələrin kod və adları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”ndan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilmişdir. Bundan əlavə qanunvericiliyin iddiaçının təhsil aldığı və hərbi xidmətdə olduğu müddətdə qüvvədə olan normalarına əsasən onun təhsil və hərbi xidmətdə olduğu müddəti iş stajına daxil edilməlidir. Bu müddəalar. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-ci maddəsinin müvafiq olaraq “v” və “ğ” bəndlərində qeyd edilmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli **********4 saylı məktubundan görünür ki, iddiaçının cavabdehə pensiya təyin edilməsi haqqında ilk müraciəti xx.xx.2020-ci il tarixdə olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun tələbinə görə, iddiaçıya əmək pensiyası onun müraciət etdiyi tarixdən əvvəlki 3 il ərzində, yəni xx.xx.2017- ci il tarxidən ödənilməlidir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya verilmiş cavab məktubunda iddiaçının güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də, məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apellyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirlər. Xüsusi Şərtlərlə Təyinat üzrə X5 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısTnın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İş materiallarında olan 13 avqust 1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək Lay təzyiqinin saxlanması sexində çilingər, xx.xx.2014cü il tarixdən xx.xx.2021-ci il tarixədək isə "xxxx" şirkətində nasos qurğusunun maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan təmirçi- çilingərlər və texnoloji nasosların maşinistləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 13 gün (xx.xx.2007- xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2010-cu il və xx.xx.2010-xx.xx.2014-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. Cavabdeh iddiaya dair yazılı etiraza əlavə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh inzibati orqana müraciət edərək təqdim etdiyi sənədlər əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi sənədlərə əsasən onun qanunvericiliklə tələb edilən güzəştli iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində. həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydalan”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı") 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair ış yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 18 noyabr tarixli icmal məktubuna əsasən məcbuetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən cavabdeh inzibati orqanın imtinasının qanuni və əsaslı olub-olmadığının müəyyən edilməsi ilə yanaşı, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsini (arzuladığı inzbati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğu müəyyən edilir. Buna görə də. məhkəmələr işə baxarkən cavabdehin imtina, etiraz və apelyasiya şikayətlərinin dəlillərinə münasibət bildirməli olsalar da, yalnız həmin dəlillərin araşdırılması və qiymətləndirilməsi ilə məhdudlaşmayaraq, işin mahiyyəti üzrə həll edilməsinə təsir edən hissədə, yəni iddiaçıya arzuladığı pensiyanın təyin edilməsinə və ya yenidən hesablanmasına imkan verən bütün zəruri faktiki halların mövcudluğunu müəyyən etməli və onlara tətbiq edilməli hüquq normaları əsasında məsələyə qiymət verməlidirilər. Xüsusi Şərtlərlə Təyinat üzrə X5 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını. Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İş materiallarında olan 13 avqust 1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı xx.xx.2008-ci il tarixdən 01,07.2008-ci il tarixədək Lay təzyiqinin saxlanması sexində çilingər, xx.xx.2014cü il tarixdən 31 05.2021-ci il tarixədək isə "xxxx" şirkətində nasos qurğusunun maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi vəzifələr yuxarıda qeyd olunan təmirçi- çilingərlər və texnoloji nasosların maşinistləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 13 gün (xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2010-cu il və xx.xx.2010-xx.xx.2014-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışını Mərkəzi Filiala təqdim etməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun ümumi iş stajı 43 il 5 ay 17 gün (xx.xx.2006-ci il tarixədək 29 il 1 ay 17 gün əmək stajı (xx.xx.1976-xx.xx.1976-cı il, xx.xx.1976-xx.xx.1978-ci il (hərbi xidmət dövrü), xx.xx.1979-xx.xx.2003-cü il, xx.xx.2003xx.xx.2004-ci il, xx.xx.2004-xx.xx.2005-ci tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 14 il 4 ay sığorta stajı) təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 73140,86 manat təşkil edir. Belə olan halda İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələblərinə uyğun olmadığından iddia tələbi təmin edilə bilməz. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1976-cı il tarixli əmək kitabçasından görünür ki, xx.xx.1976-cı il tarixdə 169 saylı xx.xx.1976-cı il tarixli əmrə əsasən Bakı Təcrübə X10 mexaniki yığma sexinə üçüncü dərəcəli tornaçı kimi qəbul edilmişdir. xx.xx.1976-cı il tarixdə 241 saylı xx.xx.1976-cı il tarixli əmrə əsasən ordu sıralarına çağırıldığı üçün işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdə 57 saylı xx.xx.1979-cu il tarixli əmrə əsasən mexaniki yığma sexinə üçüncü dərəcəli tornaçı kimi qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə 37 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən öz işində dördüncü dərəcə təqdim olunmuşdur. Azərbaycan Respublikası DƏK-nin 1438 №-li xx.xx.1998-ci il tarixli sərəncamı ilə Bakı Təcrübəvi X10 "xxxx" X12 Cəmiyyətinə çevrilmişdir. xx.xx.2003cü il tarixdə 88-şh/k saylı xx.xx.2003-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2003-cü il tarixdə 83/k saylı xx.xx.2003-cü il tarixli əmrə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti 1 saylı sexə 4-cü dərəcəli tornaçı qəbul edilmişdir. xx.xx.2004-cü il tarixdə 28 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə 32-şh/k saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən "xxxx" ATSC mexaniki yığma sexinə 4-cü dərəcəli tornaçı qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 03aşh/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən 5-ci dərəcəli tornaçı ixtisas dərəcəsi verilmişdir. xx.xx.2006-cı il tarixdə 09a-şh/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən 6-cı dərəcəli tornaçı ixtisas dərəcəsi verilmişdir. xx.xx.2006-cı il tarixdə 35-şh/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2006-cı il tarixdə 41/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti mexanizasiya sahəsinə 6-cı dərəcəli tornaçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə 05/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə 29/k saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən “Qum adası” Neftqazçıxarma İdarəsinə xüsusi texnika sexinə 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə 35/lk saylı xx.xx.2007-ci il tarixli əmrə əsasən həmin sexdə 5-ci dərəcəli təmirçi çilingər peşəsinə keçirilmişdir. xx.xx.2008-ci il tarixdə 47/k saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən LTSS-də yeni texnikanın tətbiqi briqadasında 5a dərəcəli mədən avadanlıqlarının təmiri və xidməti üzrə çilingər peşəsinə keçirilmişdir. xx.xx.2008-ci il tarixdə 405 saylı xx.xx.2008-ci il tarixli əmrə əsasən həmin sexə 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixdə 894/k saylı xx.xx.2010-cu il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən "xxxx" Limited Şirkəti ilə əmək müqaviləsi bağladığı üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2010-cu il tarixdə 01 saylı xx.xx.2010-cu il tarixli əmrə əsasən "xxxx" Şirkətinin Azərbaycan Nümayəndəliyinin lay təzyiqinin saxlanması sexinə təmirçi çilingər peşəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixdə 226 saylı xx.xx.2011-ci il tarixli əmrə əsasən 1 saylı NQÇ sexinə çilingər peşəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixdə 01/110 saylı xx.xx.2014-cü il tarixli əmrə əsasən əməliyyat departamentinin HST və LTS sahəsinə maşinist-operator peşəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə 196 saylı xx.xx.2015-ci il tarixli əmrə əsasən əməliyyat departamentinin neftin kompleks hazırlanması və nəqliyyat sahəsinə maşinistoperator vəzifəsinə keçirilmişdir. xx.xx.2020-ci il tarixdə 08 saylı xx.xx.2020-ci il tarixli əmrə əsasən struktur dəyişikliyinə əsasən maşinist-operator nasos qurğusunun maşinisti adlandırılmışdır. xx.xx.2021-ci il tarixdə 99 saylı xx.xx.2021-ci il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsi öz xahişi ilə ləğv edilmişdir. İddiaçı dair H3 saylı ******* saylı xx.xx.1976-cı il tarixli hərbi biletin surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********0 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə X5 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X7 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X8 qərarlarını, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilmiş 13 avqust 1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində lay təzyiqinin saxlanması sexində çilingər, xx.xx.2020-31.05 2021-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" şirkətində nasos qurğusunun maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifələr qeyd olunan təmirçi-çilingərlər və texnoloji nasosların maşinistləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (12 il 2 ay 26 gün (xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2010-cu il və xx.xx.2010xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış **********8 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayıru həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə X5 uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və X7 Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X8 qərarlannı, X8 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 13 avqust 1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində Lay təzyiqinin saxlanması sexində çilingər, xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" şirkətində nasos qurğusunun maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr yuxarıda qeyd olunan təmirçi-çilingərlər və texnoloji nasosların maşinistləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 13 gün (xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2010-cu il və xx.xx.2010xx.xx.2014-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********4 saylı xx.xx.2020-ci il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim edilən 13 avqust 1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2014-cü il tarixindən bugünədək "xxxx" Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində Əməliyyat departamentinin HST və LTS sahəsində işlədiyi maşinist-operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsində (10) nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təqdim edilmiş SOCAR**********80020123X00042 saylı xx.xx.2020-ci il tarixli arxiv arayışından görünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2007-ci ildə (əmr № 29/k, xx.xx.2007-ci il) “Qum adası” NQÇİ-nin Xüsusi texnika sexinə 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə işə qəbul edilmişdir. xx.xx.2007-ci ildə (əmr № 35/k, xx.xx.2007-ci il) həmin sexin təmir briqadasına 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə (əmr № 47/k, xx.xx.2008-ci il) lay təzyiqinin saxlanması sexinin yeni texnikanın tətbiqi briqadasına mədən avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə (əmr № 405, xx.xx.2008-ci il) 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə (əmr № 894/k, xx.xx.2010-cu il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğundur. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışa əsasən SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1957-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.2007-ci ildə (əmr № 29/k, xx.xx.2007-ci il) “Qum adası” NQÇİ-nin Xüsusi texnika sexinə 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə işə qəbul edilmişdir. xx.xx.2007-ci ildə (əmr № 35/k, xx.xx.2007-ci il) həmin sexin təmir briqadasına 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə (əmr № 47/k, xx.xx.2008-ci il) lay təzyiqinin saxlanması sexinin yeni texnikanın tətbiqi briqadasına mədən avadanlıqlarının təmiri və xidməti üzrə 5-ci dərəcəli çilingər peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə (əmr № 405, xx.xx.2008-ci il) 5-ci dərəcəli təmirçi-çilingər peşəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə (əmr № 894/k, xx.xx.2010-cu il) Azərbaycan Respublikası ƏM-nin 69.3-cü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Yuxarıda göstərilənlər nəzərə alınaraq, həmçinin Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən, DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət etməyinizi məqsədəuyğundur. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli arayışa əsasən İddiaçı həqiqətən xx.xx.2010-cu il tarixdən hal-hazıra kimi "X9 Company Limited" Şirkətinin Azərbaycan Respublikasında Nümyəndəliyində əməliyyat departamentinin hasilat şöbəsinin NKH və N sahəsində maşinist- operator peşəsində işləyir və 12 % zərərli iş əmsalı ödənilir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq SOCAR**********30490075X00440 saylı xx.xx.2022-ci il tarixli məktub ilə bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 10 fevral 2020-ci il tarixli SOCAR**********80020123X00042 nömrəli arxiv arayışına əsasən 30.01 1957-ci il təvəllüdlü İddiaçı “Qum adası” Neft və Qazçıxarma İdarəsinin Xüsusi texnika sexində xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək qaldırıcının maşinisti, xx.xx.2007-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək həmin sexin təmir briqadasında təmirçi-çilingər, xx.xx.2008-ci il tarixindən xx.xx.2008-ci il tarixinədək lay təzyiqinin saxlanması sexinin yeni texnikanın tətbiqi briqadasında mədən avadanlıqlarının təmiri və xidməti üzrə çilingər, 01 07.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək təmirçi- çilingər peşəsində işləmişdir. İddiaçı “Qum Adası” Neft və Qazçıxarma İdarəsinin Xususı texnika sexində xx.xx.2007-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək (9 gün) işlədiyi qaldırıcının maşınisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cu il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya huququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Sıyahısı»nın 10-cu «Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı» bölməsinin 2-cı «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbolməsində 1100000а—14012 kodu ilə qeyd edilən «qaldırıcıların maşınistləri» peşəsi ilə lay təzyiqinin saxlanması sexinin yeni texnikanın tətbiqi briqadasında 03.03 2008-cı il tarixindən 01 07.2008-ci il tarixinədək (3 ay 21 gün) işlədiyi mədən avadanlıqlarının təmin və xidməti üzrə çilingər peşəsi və xx.xx.2008-ci il tarixindən xx.xx.2010-cu il tarixinədək (2 il 3 ay) təmirçi-çilingər peşəsi həmin yarımbölmədə 1100000а—18559 kodu ilə qeyd edilən «neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər» peşəsi ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” NQÇİ-nin 29/k saylı xx.xx.2007-ci il tarixli əmrinə əsasən xx.xx.2007-ci ildə İddiaçı ilə bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq xx.xx.2007-ci il tarixdən qeyri müəyyən müddətə kimi XT sexinə 5-ci dərəcəli qaldırıcı maşinist peşəsinə işə qəbul edilmişdir. Ona 1 həftəlik sınaq müddəti təyin edilmiş və 4 iş günü istehsalat təcrübəsi keçdikdən sonra yoxlanılaraq sərbəst işə buraxılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” NQÇİ-nin 35/k saylı xx.xx.2007-ci il tarixli əmrinə əsasən XT sexinin 5-ci dərəcəli qaldırıcı maşinisti İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2007-cı il tarixdən ləğv edilmiş və onunla yenidən bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq xx.xx.2007-ci il tarixdən qeyri-müəyyən müddətə kimi həmin sexin təmir briqadasına 5-ci dərəcəli təmirçi çilingər peşəsinə keçirilmişdir. 4 iş günü istehsalat təcrübəsi keçdikdən sonra yoxlanılaraq sərbəst işə buraxılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi “Qum adası” NQÇİ-nin 47/k saylı xx.xx.2008-ci il tarixli əmrinə əsasən XT sexinin 5-ci dərəcəli təmirçiçilingəri İddiaçı ilə bağlanmış əmək müqaviləsi xx.xx.2008-ci il tarixdən ləğv edilmiş və onunla yenidən bağlanmış əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq xx.xx.2008-ci il tarixdən LTS sexinin yeni texnikanın tətbiqi briqadasına 5-ci dərəcəli mədən avadanlıqlarının təmiri və xidməti üzrə çilingər peşəsinə keçirilmişdir. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş BE/-06-81 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi "təmirçi-çilingər və nasos qurğusunun maşinisti" peşəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi işlədiyi dövr ərzində güzəştli iş stajı barədə arayış təqdim edilmişdir. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən təqdim edilmiş BE/-81 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən 1957-ci ildə anadan olmuş İddiaçı həqiqətən "BEOCL” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyində xx.xx.2010-cu il tarixdən (Əmr 01.xx.xx.2010) xx.xx.2011-ci il tarixə kimi lay təzyiqinin saxlanması sexində, xx.xx.2011-ci il tarixdən 07.01 2014-ci il tarixə kimi 1 saylı NQÇ sexində təmirçi-çilingər, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi əməliyyat departamentinin HST və LTS sahəsində maşinist-operator (nasos qurğusunun maşinisti) və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi əməliyyat departamentinin neftin kompleks hazırlanması və nəqli sahəsində maşinist-operator (nasos qurğusunun maşinisti) və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi nasos qurğusunun maşinisti peşəsində işləyib. xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilib. İddiaçı tam iş günü ərzində bu peşədə işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş 10.2 bəndinin “a” yarımbəndinin 10 və 23-cü abzasına əsasən onun güzəştli iş stajı xx.xx.2021-ci il tarixə kimi 10 il 08 ay təşkil edir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, həmçinin Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli. 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası DSMF-nin əsasnaməsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan güzəştli şərtlə pensiyaya çıxmaqla əlaqədar həmin icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğundur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14-2/2-3788/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, Bakı Təcrübəvi X10 (“Bakı Mexaniki Tökmə" ASC) hər hansı bir dövrdə SOCAR-ın strukturuna daxil olmadığından İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək Bakı Təcrübəvi X10nda hansı vəzifələrdə işləməsi barədə məlumat, o cümlədən, İddiaçı əmək şəraiti xüsusi ilə zərərli və ağır olan iş dövrünü qeyd etməklə (kodlar göstərilməklə) bu barədə məlumat (güzəştli iş stajı barədə arayış) ilə əlaqədar məlumat vermək mümkün deyil. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş BE/-12-470 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı 01. 10.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi “təmirçi-çilingər və nasos qurğusunun maşinisti” peşəsində işləmişdir. xx.xx.2021-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi işlədiyi dövr ərzində güzəştli iş stajı barədə arayış təqdim edilmişdir. “X9 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyi tərəfindən təqdim edilmiş BE/-101 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən 1957-ci ildə anadan olmuş İddiaçı həqiqətən "xxxx" Şirkətinin Azərbaycan Respublikasında Nümayəndəliyində xx.xx.2010-cu il tarixdən (Əmr 01. xx.xx.2010) xx.xx.2011-ci il tarixə kimi lay təzyiqinin saxlanması sexində. xx.xx.2011-ci il tarixdən 07.01 2014-ci il tarixə kimi İ sayh NQÇ sexində təmirçi-çilingər, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixinə kimi əməliyyat departamentinin HST və LTS sahəsində maşinist-operator (nasos qurğusunun maşinisti) və xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi əməliyyat departamentinin neftin kompleks hazırlanması və nəqli sahəsində maşinist-operator (nasos qurğusunun maşinisti) və xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixinə kimi nasos qurğusunun maşinisti peşəsində işləyib. 3 1.05.2021-ci il tarixdə oz xahişi ilə işdən azad edilib. İddiaçı tam iş günü ərzində bu peşədə işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş 10.2-ci bəndinin “a” yarımbəndinin 10 və 23-cü abzasına əsasən onun güzəştli iş stajı xx.xx.2021-ci il tarixə kimi 10 il 08 ay təşkil edir. Yuxarıda göstərilənlər nəzərə alınaraq, həmçinin Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2002-ci il tarixli, 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan güzəştli şərtlə pensiyaya çıxmaqla əlaqədar həmin icra hakimiyyəti orqanına müraciət etmək məqsədəuyğundur (Qeyd: xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixinə kimi işlədiyi “nasos qurğularının maşinisti” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 35-ci "Ümumi peşələr" bölməsində qeyd edilmiş "qaz kompressorları (hava kompressorlarından başqa) xidməti ilə məşğul olan texnoloji kompressorların maşinistləri" peşəsi ilə və "Təmirçi- çilingər" peşəsi isə neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlərlə eynilik təşkil edir). Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-43281/2024 saylı xx.xx.2024-cü il tarixli məktub ilə bildirilmişdir ki, İddiaçı xx.xx.2020-ci il tarixinə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 77053,83 manat təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış “keçmiş dövr üzrə hesablanmış pensiya məbləği haqqında” məktubda bildirilmişdir ki, 09 fevral 2024-cü il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə əsasən ötən dövr üçün hesablanmıış pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq əmək pensiyası üzrə keçmiş müddət üçün ödənilməli olan 34,76 manat pul vəsaiti hesablanıb. Həmin 34,76 manat pul vəsaiti cari ilin may və iyun aylarında Qanunun 32.1- 1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 17,38 manat) əmək pensiyasının (551,76 manat) üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülür. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 00/15 saylı xx.xx.2020-ci il tarixli izahlı arayışa əsasən İddiaçı müvafiq illərdə əvvəllər Bakı X3, sonradan Azərbaycan Respublikası DƏK-nin xx.xx.1998-ci il tarixli 1438 №-li sərəncamı ilə, "xxxx" X12 Cəmiyyətə çevrilmiş tornaçı kimi çalışmışdır: xx.xx.1976-cı il tarixdə 169 saylı xx.xx.1976cı il tarixli əmrə əsasən mexaniki yığma sexinə üçüncü dərəcəli tornaçı kimi qəbul edilmişdir. xx.xx.1976-cı il tarixdə 241 saylı xx.xx.1976-cı il tarixli əmrə əsasən ordu sıralarına çağırıldığı üçün işdən azad edilmişdir. xx.xx.1979-cu il tarixdə 57 saylı xx.xx.1979-cu il tarixli əmrə əsasən mexaniki yığma sexinə üçüncü dərəcəli tornaçı kimi qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə 37 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən öz işində dördüncü dərəcə təqdim olunmuşdur. xx.xx.2003-cü il tarixdə 88-şh/k saylı xx.xx.2003-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə 28 saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə 32-şh/k saylı xx.xx.2004-cü il tarixli əmrə əsasən "xxxx" ATSC mexaniki yığma sexinə 4-cü dərəcəli tornaçı qəbul edilmişdir. xx.xx.2005-ci il tarixdə 03aşh/k saylı xx.xx.2005-ci il tarixli əmrə əsasən 5-ci dərəcəli tornaçı ixtisas dərəcəsi verilmişdir. xx.xx.2006-cı il tarixdə 09a-şh/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən 6-cı dərəcəli tornaçı ixtisas dərəcəsi verilmişdir. xx.xx.2006-cı il tarixdə 35-şh/k saylı xx.xx.2006-cı il tarixli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/3-3-6043/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı xx.xx.2024-cü il tarixdən 551,76 manat yenidən pensiya məbləği (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası) hesablanmışdır. İddiaçı dair pensiya təyinatı alt sistemindən görünür ki, pensiyanın növü “yaşa görə”, müddəti “müddətsiz”, əllə daxil edilmiş pensiyanın məbləği 551,76 manat, müraciət tarixi xx.xx.2022-ci il, qərarın tarixi xx.xx.2024, güzəştli iş stajı 13 il 01 ay 05 gün, aylıq pensiya məbləği 551,76 manat, keçmiş dövr məbləği 17,38 manat, ödəniş məbləği 569,14 manatdır (ödənişdədir). İddia tələbi xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi və vəkilinin ərizəsinə əsasən “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” kimi dəqiqləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazların məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Hazırkı iddia öhdəliyin icrası haqqqında iddiadır. İddia mümkündür. III. Məhkəmənin mövqeyi Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. - Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər — istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin d) bəndinə əsasən: hava gəmilərində bələdçi işləyən şəxslər: kişilər—55 yaşına çatdıqda və azı 25 il-ümumi iş stajı olduqda bu müddətin azı 15 ilini bələdçi vəzifəsində çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il ümumi iş stajı olduqda bu müddətin azı 10 ilini bələdçi vəzifəsində çalışarsa; “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; xx.xx.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-cı ildən sonra (qanun xx.xx.2017-ci il tarixdə qüvvəyə minib) axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.2017-ci il təvəllüdlüdür. İddiaçının ümumi iş stajının xx.xx.2006-cı il tarixədək ən azı 25 il (29 il 1 ay 17 gün ) olması mübahisələndirilmir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının güzəştli iş stajı xx.xx.2017-ci il tarixədək güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 13 gün (xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2010-cu il və xx.xx.2010-xx.xx.2014-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən 13 avqust 1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2008-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində Lay təzyiqinin saxlanması sexində çilingər, xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində isə "xxxx" şirkətində nasos qurğusunun maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr yuxarıda qeyd olunan təmirçi-çilingərlər və texnoloji nasosların maşinistləri vəzifələrinə uyğun deyil. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (5 il 6 ay 13 gün (xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008-xx.xx.2010-cu il və xx.xx.2010-xx.xx.2014-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün onun xx.xx.2017-ci il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) işləməlidir. Məhkəmə ilkin olaraq qeyd edir ki, iddiaçı xx.xx.1976-cı il tarixdən - xx.xx.2007-ci il tarixədək müxtəlif zavod və müəssisələrdə müxtəlif dərəcəli tornaçı vəzifəsində çalışmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin dövrə dair güzəştli arayış təqdim edilməməklə bərabər, iddiaçının həmin illərdə çalışdığı tornaçı vəzifəsi nə “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993‐cü il 21 iyun tarixli, 320 saylı qərarında nə də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1976-cı il tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövrü güzəştli iş dövrü kimi nəzərə almamaqda cavabdeh qurum haqlı olmuşdur. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının xx.xx.2007-xx.xx.2007-ci il, xx.xx.2008xx.xx.2010-cu il və xx.xx.2010-xx.xx.2014-ci il tarixləri arasındakı cəmi 5 il 6 ay 13 gün güzəştli iş stajı cavabdeh qurum tərəfindən mübahisələndirilmir. Məhkəmə iddiaçının xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək işlədiyi 5-ci dərəcəli təmirçi çilingər vəzifəsinin cavabdeh tərəfindən güzəştli iş dövrü kimi nəzərə alınmamasına münasibətdə cabvabdehin mövqeyini haqlı hesab etmir və qeyd edir ki, həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər vəzifəsinə uyğundur. Lakin bununla belə, məhəkəmə qeyd edir ki, iddiaçının 5-ci dərəcəli təmirçi çilingər vəzifəsində işlədiyi xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək olan dövr güzəştli iş dövrü kimi hesablandıqda belə, iddiaçının 57 yaşı tamam olduğu xx.xx.2014-cü il tarixədək güzəştli iş dövrü 12 il 6 aydan azdır. Məhkəmə iddianın təmin edilməsi üçün daxili qanunvericilikdə kifayət qədər əsasın və müəyyən edilmiş hüquqi şərtlərin ödəndiyini müəyyən etmir. Məhkəmə xüsusilə qeyd edir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2024-cü il tarixli 81 nömrəli Qərarının 1.2.1.1.4-cü bəndinə əsasən “kompressor qurğularının maşinistləri” sətrindən sonra aşağıdakı məzmunda yeni sətirlər əlavə edilmişdir: .. nasos qurğularının maşinistləri... Həmin Qərarın 1.2.1.1.3-cü bəndinə əsasən “neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçiçilingərlər” sətri aşağıdakı redaksiyada verilmişdir: “əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər”. Müvafiq dəyişiklik nəzərə alınaraq iddiaçıya hüququnun yarandığı xx.xx.2024cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçının 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “qanuni gözləntisi” yoxdur. Belə ki, X11 Məhkəməsinin presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. X11 Məhkəməsi qərarlarında dəfələrlə qeyd etmişdir ki, pensiya hüququ 1 saylı Protokolun 1-ci maddəsinin təsir dairəsinə düşsə də, həmin maddə konkret məbləğdə pensiya almaq hüququna təminat vermir. AHİM təcrübəsi: -Baxmayaraq ki, 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə şamil edilir və əmlak əldə etmək hüququ yaratmır (bax. Stummer Avstriyaya qarşı [GC], № 37452/02, § 82, AİHM 2011), müəyyən hallarda aktivin əldə edilməsi ilə bağlı “qanuni gözlənti” 1 saylı Protokolun 1-ci maddəsinin müdafiəsindən də istifadə edə bilər (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 37; Anheuser-Busch İnc. Portuqaliyaya qarşı [GC], № 73049/01, § 65, AİHM 2007-İ). -Beləliklə, maddi maraq tələb xarakteri daşıdıqda, milli qanunvericilikdə maraq üçün kifayət qədər əsas olduqda, məsələn, həll edildiyi halda, onun verildiyi şəxs “qanuni gözlənti” sahibi hesab edilə bilər, məsələn, mövcudluğunu təsdiq edən yerli məhkəmələrin formalaşmış təcrübəsi (bax: Kopecký Slovakiyaya qarşı [GC], № 44912/98, § 52, AİHM 2004-İX). Bununla belə, daxili qanunvericiliyin düzgün təfsiri və tətbiqi ilə bağlı mübahisə olduqda və ərizəçinin təqdimatları sonradan milli məhkəmələr tərəfindən rədd edildikdə heç bir qanuni gözləntinin yarandığını söyləmək olmaz (yenə orada, § 50). Bundan əlavə, qüvvədə olan qanunun ərizəçinin xeyrinə dəyişdiriləcəyinə inam 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün legitim gözlənti kimi qəbul edilə bilməz. Sadəcə ümid arasında fərq var, belə ki, başa düşüləndir ki, ümid və qanuni gözlənti ola bilər ki, hansı ki bu, sadəcə ümiddən daha konkret xarakter daşımalı və hüquqi müddəa və ya məhkəmə qərarı kimi hüquqi akta əsaslanmalıdır (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 38; Qratzinger və Qratzingerova Çexiyaya qarşı (dek. ) [GC], № 39794/98, § 73, AİHM 2002-Vİİ). -Məhkəmə eyni zamanda bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi beləliklə, müəyyən məbləğdə pensiya hüququna təminat vermir (bax: Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 84 və § 113 və Yavaş və başqaları Türkiyəyə qarşı, №-li, heç 36366/06, § 40, 5 mart 2019-cu il). Bundan əlavə, müavinətin məbləği azaldıqda və ya dayandırıldıqda, bu, əsaslandırılmalı olan mülkiyyətə müdaxilə ola bilər (bax. Rasmussen Polşaya qarşı, № 38886/05, § 71, 28 aprel 2009-cu il). Bununla belə, maraqlı şəxs bu cür güzəştlərin verilməsi üçün daxili qanunvericilikdə müəyyən edilmiş hüquqi şərtləri təmin etmədikdə və ya təmin etməyi dayandırdıqda, 1 saylı Protokolun 1-ci maddəsində nəzərdə tutulmuş hüquqlara heç bir müdaxilə olunmur (bax: Ramiz Cəfərov Azərbaycana qarşı iş № 40424/12, § 39; Bellet, Huertas və Vialatte Fransaya qarşı (dek.), № 40832/98 27 aprel 1999-cu il; X2rşı (dek.), № 26252/08, § 17, 10 aprel 2012-ci il; və Damjanac Xorvatiyaya qarşı, № 52943/10, § 86, 24 oktyabr 2013-cü il). -Hazırkı işin hallarına gəldikdə, Məhkəmə qeyd edir ki, onun üçün əsas məsələ ərizəçinin xüsusi pensiya tələb etməsi üçün daxili məhkəmələrin şərh etdiyi kimi, müvafiq daxili qanunvericilikdə kifayət qədər əsasın olub-olmadığını müəyyən etməkdir. (yuxarıda göstərilən Kopecký, § 54 və Damjanac, § 87, müqayisə edin). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №e-2-1(112)-350/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-350/2024
11.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver