Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3505/2022 01.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı "əmrin ləğv edilməsi və iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı "əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:
1. İşin halları
İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı barəsində olan ədliyyə orqanlarından xaric edilməsi barədə №568/K nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin qanunsuz hesab edilməsi və iddiaçının işə bərpa olunması barədə müvafiq əmrin qəbul edilməsi, vurulmuş ziyana görə kompensasiyanın ödənilməsinin cavabdehə həvalə olunmasına dair qərar qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixindən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qulluğa qəbul edilmişdir. İddiaçı ədliyyə orqanlarında qulluq keçməsinə №568/K nömrəli, xx.xx.2021-ci il tarxili Əmrə əsasən Azərbaycan Respublikasının "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanununun 40.1.11-ci maddəsinə əsasən ədliyyə orqanlarından xaric edilməsi ilə xitam verilmişdir. Qeyd olunmalıdır ki, №568/K nömrəli, xx.xx.2021-ci il tarixili əmr barədə məlumat Əmək Kitabçasından götürülmüş və surəti işçiyə təqdim edilməmişdir. Aşağıda qeyd olunmuş səbəblərdən və müvafiq qanunvericiliyin tələblərindən çıxış edərək iddia edirik ki İddiaçı ədliyyə orqanlarından xaric edilməsi qanunsuzdur və bu barədə verilmiş əmr etibarsız hesab edilməli və iddiaçı iş yerinə bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikasının "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanununun (bundan sonra - Qanun) 31.1.8-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçisi barədə tətbiq olunan intizam məsuliyyəti növlərindən biri də ədliyyə orqanlarından xaric etmədir. Qanunun 31.5-ci maddəsinə əsasən həmin qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi (ədliyyə orqanlarından xaric edilmə) vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara və ya Qanunun 11-ci maddəsində nəzərdə tutulmuş qulluqla bir araya sığmayan hərəkətlərə görə tətbiq edilə bilər. Eyni zamanda həmin Qanunun 32.3-cü maddəsinə əsasən Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Həmçinin Qanunun 32.9-cu maddəsinə əsasən intizam tənbehinin verilməsi əmrlə rəsmiləşdirilir və ədliyyə orqanları işçisinin şəxsi işinə əlavə olunur (penitensiar və tibb xidmətlərinin əməkdaşları üçün intizam tənbehinin tətbiqi barədə qeydlər onların şəxsi işlərinin xidməti vərəqələrinə yazılır). Verilmiş əmr üç gün ərzində işçiyə elan olunur və əmrin surəti imza etdirilməklə ona təqdim edilir. Eləcə də nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 5.2-ci maddəsinə bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquq-mühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Həmçinin Qanunun 35.1-ci maddəsinə əsasən Penitensiar xidmətin əməkdaşlarının və mülki işçilərinin qulluq keçmə qaydası və şərtləri bu Qanunla, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarla tənzimlənir. Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qanunun 9.0.7-ci maddəsinə əsasən ədliyyə orqanı işçisinin öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək hüququ vardır. Bunları nəzərə alaraq, İddiaçının adından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət olunaraq, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində saxlanılan şəxsi işinin materiallarının, xüsusilə əmək müqaviləsinin, ona edilmiş əlavə və dəyişikliklərin (əgər varsa), əmək müqaviləsinin xitam olunması barədə əmrin, barəsində aparılmış intizam tənbehi icraatına dair sənədlərin, araşdırmanın nəticələrinin, əlaqəli raport və ya xidməti məruzələrin, işçinin izahatlarının surətinin təqdim olunamasını xahiş olunmuşdur. Qeyd olunan müraciətin məqsədi iddiaçının ədliyyə orqanlarından xaric olunmasının iddiaçıya məlum olmayan əsaslarının və məsələyə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin hüquqi mövqeynin müəyyənləşdirilməsi, hər hansı bir yanlışlığın olub-olmaması eləcə də məsələnin məhkəməyədək həll olunması istəyi olmuşdur. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xx.xx.2021-ci il tarixli № 17/3-18679B268 nömrəli məktubu ilə bildirilmişdir ki, iddiaçı barəsində xx.xx.2020-ci il tarixində "töhmət", xx.xx.2020-ci il tarixində isə "tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam məsuliyyəti tətbiq olunmuşdur. Məktubda həmçinin iddia olunur ki, iddiaçı üzürlü səbəb olmadan işə çıxmamaqla Qanunun və "Ədliyyə orqanları işçilərinin etik davranış Qaydaları"nı pozmaqda davam etdirmişdir və sanki bunun nəticəsində xx.xx.2021-ci il tarixdən ədliyyə orqanlarından xaric edilmişdir. Qeyd olunan məktubla da iddiaçı barədə ədliyyə orqanlarından xaric edilməsi barədə əmr və bu intizam məsuliyyəti ilə əlaqəli Qanunun 31.1-ci maddəsinə uyğun olaraq aparılmış araşdırma barədə hər hansı bir məlumat, əgər alınıbsa iddiaçının izahatı və ya sənədlərin surəti təqdim edilməmişdir. Ümumiyyətlə isə İddiaçı iddia edir ki, belə bir araşdırma aparılmadan, onun izahatı alınmadan onun barəsində ədliyyə orqanlarından xaric edilməsi barədə qərar qəbul edilmişdir. Əslində isə müvafiq araşdırma və izahat işləri aparılsa idi müəyyən edilərdi ki, Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanasından verilmiş xx.xx.2021-ci il tarixli "Əmək qabiliyyətinin olmaması vərəqəsi"-ndə aparılmış qeydlərdən müəyyən olunur ki, İddiaçı xroniki salpingooforitin kəskinləşməsi diaqnozu ilə müalicə almış və xx.xx.2021xx.xx.2021, xx.xx.2021-xx.xx.2021, xx.xx.2021-xx.xx.2021 tarixləri üçün işdən azad edilmiş və işə başlamalı olduğu tarix kimi isə xx.xx.2021-ci il tarixi göstərilmişdir. Qeyd etmək lazımdır ki, iddiaçının ədliyyə orqanlarından xaric edilməsi ilə bağlı verilmiş lakin iddiaçıya təqdim olunmamış №568/K nömrəli Əmrin tarixi kimi xx.xx.2021-ci il tarixi qeyd olunumuşdur. Qanunun 40.4-cü maddəsində qeyd olunur ki, ədliyyə orqanlarının işçisi əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə habelə məzuniyyətdə və ezamiyyətdə olduğu vaxt ərzində ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilə bilməz. Faktiki olaraq isə iddiaçı "Əmək qabiliyyətinin olmaması vərəqəsi"-nə əsasən işdən azad olunduğu vaxtda müvafiq əmrə əsasən o ədliyyə orqanlarından xaric edilmişdir. Göründüyü kimi, Qanunun 31.1-ci və 40.4-cü maddələrinin tələbləri pozularaq araşdırma aparılmadan, iddiaçıdan yazılı izahat alınmadan, onun əmək qabiliyyətini müvəqqəti itirdiyi dövrdə ədliyyə orqanının rəhbərinin təşəbbüsü ilə onun qulluq keçməsinə xitam verilmişdir. İddiaçı barəsində xx.xx.2020-ci il tarixində "töhmət", xx.xx.2020-ci il tarixində isə "tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam məsuliyyəti tədbirləri barəsində isə qeyd olunmalıdır ki, İddiaçı xx.xx.2020-ci ildə səhhəti ilə bağlı olaraq öz xahşi ilə tutduğu vəzifədən azad olunması üçün müraciət etmiş, lakin üstündən 6 gün keçdikdən sonra barəsində "töhmət" intizam məsuliyyəti tədbiri görülmüçdür. X3 təqdim olumuş xx.xx.2020-ci il tarixli Epikriz-ə əsasən xx.xx.2020-ci il tarixində iddiaçı ambulator müalicə üçün evə yazılmışdır. Lakin cəmi 2 gün sonra barəsində "tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq" intizam məsuliyyəti tədbiri görülmüşdür. Göründüyü kimi İddiaçı barəsində görülmüş əvvəlki tədbirlər də əslində qərəzli olmuşdur. Eyni zamanda, Qanunun 32.5.-ci maddəsinə əsasən intizam tənbehinin tətbiqinə əsas yaradan eyni bir əmələ görə yalnız bir intizam tənbehi verilə bilər. Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə ədliyyə orqanları işçisinə həvəsləndirmə tədbirləri olduqda ədliyyə orqanlarının işçisinə verilmiş intizam tənbehi vaxtından əvvəl götürülə bilər. İddiaçı isə xidməti dövründə 8 dəfə mükafatlandırılmışdır. Təəssüf ki, cavabdeh tərəfindən iddiaçı barəsində 2020-ci ildə görülmüş, əslində isə əsassız olan intizam məsuliyyəti tədbirləri xatırlanmış, lakin daha ciddi məsuliyyət tədbirinin (ədliyyə orqanlarından xaric etmə) görülməsi üçün sonradan hansı halın baş verdiyi qeyd olunmamış, bunula bağlı müvafiq araşdırma aparılmamış, iddiaçının izahatı alınmamış və əmək qabiliyyətini müvəqqəti itirdi dövrdə ədliyyə orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Eyni zamanda, Qanunun 9-cu maddəsinə əsasən ədliyyə orqanları işçilərinin əsas hüquqlarından biri də müvafiq orqanlarda və məhkəmədə öz qanuni hüquqlarını və mənafeyini müdafiə etməkdir, 32.10-ci maddəsinə əsasən isə ədliyyə orqanlarının işçisi intizam tənbehi tətbiq edilməsi barədə əmrdən qanunvericilikdə müəyyən edilmiş qaydada yuxarı orqanın rəhbərinə və ya məhkəməyə şikayət verə bilər. Həmin Qanunun 41.02-ci maddəsinə əsasən ədliyyə orqanları işçisinin xüsusi rütbəsinin, vəzifəyə və ədliyyə orqanlarına bərpa edilməsinin əsaslararından biri də məhkəmə qərarıdır. Bakı İnzibati Məhkəməsinin e-2-(112)-3505/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərardadı ilə Bakı şəhəri Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanası iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, iddia ərizəsində dəqiqləşmə apararaq, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 568/K nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3505/2022 nömrəli xx.xx.2021-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3505/2022 nömrəli xx.xx.2021-ci il tarixli qərardadına əsasən iş üzrə Bakı şəhəri Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanasının 3-cü şəxs qismində prosessual iştirakına xitam verilmişdir.
2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı məhkəmə baxışı iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddiaya dair etiraz məktubunun məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2012-ci il tarixdə Penitensiar xidmətdə orta rəis heyəti qismində qulluğa qəbul edilmişdir. 2015-ci ilin iyul ayından 2020ci ilin iyun ayınadək Penitensiar xidmətin baş idarəsində (Tərbiyə işinin təşkili idarəsi, Kadrlar idarəsi, təşkilat-nəzarət idarəsi, Tərbiyə işinin təşkili idarəsində) müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ilin iyun ayından Müalicə müəssisəsinin Qeydiyyat bölməsində böyük inspektor vəzifəsində xidmət edib. İddiaçı qulluq müddətində ona xidməti davranışında yol verdiyi nöqsanlarla əlaqədar barəsində edilmiş şifahi xəbərdarlıqdan düzgün nəticə çıxarmayaraq əvəzinə davamlı olaraq xidmətə gecikdiyinə, habelə müəyyən vaxtlarda üzürsüz səbəbdən xidmətə çıxmadığına davam etmişdir. Müalicə müəssisəsində xidmət etdiyi dövr ərzində İddiaçı xx.xx.2020-cı və xx.xx.2020-ci İl tarixlərdə müəyyən olunmuş iş vaxtını pozaraq üzürsüz səbəbdən xidmətə çıxmamış, bu barədə xidmət yerinə heç bir məlumat verməmişdir Belə ki, davamiyyət və intizam qaydalarını pozduğuna görə xx.xx.2020-ci il tarixli 27/i nömrəli əmrlə ona “Töhmət” intizam tənbehi tətbiq edilmişdir. Lakin L. Orucova yenidən davamiyyət və intizam qaydalarım pozaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xidmətə çıxmamış, bu barədə iş yerinə məlumat verməmişdir. Bununla əlaqədar xx.xx.2020-ci il tarixli 35\i nömrəli əmrlə xidməti davamiyyət qaydalarını mütəmadi olaraq pozmaqla kobud nöqsanlara yol verdiyinə və verilmiş intizam tənbehindən düzğün nəticə çıxardmadığına görə ona “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. İddiaçı onunla aparılan fərdi söhbətlərdən, tutulan iradlardan və verilən intizam tənbehlərdən düzgün nəticə çıxarmamış, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək heç bir üzrlü səbəb olmadan işə çıxmamışdır. Xidməti araşdırma zamanı iddiaçı hec bir “Əmək qabiliyyətinin olmamaması Vərəqə”sini xidmət yerinə təqdim etməmişdir. İddiaçı barəsində aparılan intizam icraatı ilə bağlı izahat verilməsi üçün İddiaçı məxsus olan mobil nömrələrinə Penitensiar xidmətin Kadrlar idarəsinin əməkdaşları tərəfindən əlaqə saxlanılmış, lakin o zənglərə cavab verməmiş, bununla da izahatın alınması mümkün olmamışdır (AKT MƏHKƏMƏYƏ TƏQDİM OLUNUB). Bununla da, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 10cu maddəsinin və “Ədliyyə orqanları etik davranış Qaydaları”mn tələblərini pozmaqda davam etmişdir. Göstərilən səbəbdən İddiaçı Penitensiar xidmətin xx.xx.2021-ci il tarixli 34/i nömrəli intizam əmri ilə ədliyyə orqanlarından xaric edilmişdir. Penitensiar xidmət üzrə xx.xx.2021-ci il tarixli 568/k saylı əmrlə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 40.1.11 -ci maddəsinə uyğun olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.5-ci maddəsinə əsasən həmin qanunun 31.1.8-ci maddəsində nəzərdə tutulmuş intizam tənbehi (ədliyyə orqanlarından xaric etmə) vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq yol verilmiş pozuntulara görə tətbiq edilə bilər. Həmin qanunun 32.3-ci maddəsinə əsasən “intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. ..İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur.” “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən “əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir”, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işə götürən tərəfindən ləğv ediləilər. Ədliyyə orqanlarında qulluqkeçmə haqqında Azərbaycan Respublikası Qanunun 10.0.1-ci maddəsinə əsasən, ədliyyə orqanları işçiləri vəzifədə olaraq qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli. 10.0.11-ci maddəyə əsasən isə “etik davranış və intizam qaydalarına əməl etməlidirlər.” Məhkəməyə təqdim olunmuş araşdırma sənədlərindən göründüyü kimi, iddiaçı xidmət dövrü ərzində yuxarıda qeyd edilən tələbləri mütamadi olaraq pozub, vəzifələrin icrası zamanı kobud və mütəmadi pozuntulara yol verib. “Ədliyyə orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 24,1-ci maddəsinə əsasən ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb xidməti tərəfindən həyata keçirilir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 24.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında Əsasnamə” Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2007-ci il tarixli 39-T №-li əmri ilə təsdiq edilmişdir. Əsasnamənin 6.1-ci bəndinə əsasən ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, ədliyyə pensiyaçılarına tibb xidmətinin göstərilməsini təmin etmək Ədliyyə Nazirliyinin Tibb baş idarəsinin əsas fəaliyyət istiqamətlərindən biridir. Buna baxmayaraq iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2021-ci il tarixli SN00007 #162612 saylı “əmək qabiliyyətinin olmaması vərəqəsi” 3 saylı Qadın Məsləhətxanası tərəfindən verilmişdir. İddiaçi Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə xəstəliyi barədə hec bir məlumat verməyib, “əmək qabiliyyətinin olmaması vərəqəsi”ni Tibb Baş İdarəsində təsdiqləməyib. Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli qərarı ilə “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında TƏLİMAT” təsdiq olunub Təlimatın 1-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. Təlimatın 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. Təlimatın 7-ci bəndinə əsasən isə həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. Təlimatın 8-ci bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkim- məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. Təlimatın 9-cu bəndinə əsasən xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş şəxslərin hamısına xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra xəstəlik vərəqəsini artırmağa icazə verilə bilər. Xəstəlik uzun çəkdikdə bu müayinələr azı hər 10 gündən bir keçirilməlidir. İddiaçi tərəfindən təqdim olunmuş əmək qabiliyyətinin itirməsi vərəqəsi qanunvericiliyə və yuxarıda göstərilən tələblərə cavab vermir. Odur ki, xx.xx.2021 -ci il tarixdən xx.xx.2021 il tarixədək verilən xəstəlik vərəqəsi birinci dəfə 3 gün, sonra 6 gün,sonra 10 gün, sonra isə 13 gün uzadılmışdır (Təlimatın 7, 8 və 9 bəndləri pozulub). Həmçinin, İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati icraat qaydasında baxılır. Hazırkı iddia mübahisələndirmə iddia növünə aiddir. İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən “Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mübahisələndirilən əmr xx.xx.2021-ci il tarixli olduğu halda, iddiaçı hazırki iddiası ilə 2021-ci ilin noyabr ayında məhkəməyə müraciət etmişdir, bununla da qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
- cavabdehin iddiaçının nümayəndəsinə (vəkilinə) ünvanladığı xx.xx.2021-ci il tarixli məktub; - iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının xx.xx.2021-ci il tarixdə təhvil alınmasını təsdiq edən qəbz; - cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli etiraz məktubu; - məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubu və əlavə edilmiş sənədlər.
ƏSASLANDİRMA HİSSƏSİ
4. İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə tərəfindən cavabdehə ünvanlanmış e-2-1(112)-3505/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubla sorğu verilərək mübahisələndirilən Əmrin iddiaçıya təqdim edilməsi ilə barədə məlumatın verilməsini tələb edilməsinə baxmayaraq cavabdeh tərəfindən əmrin iddiaçıya təqdim edilmə anı ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İnzibati prosessual qanunvericilik mübahisələndirmə haqqında iddianın müddətinin inzibati aktın təqdim olunduğu vaxtdan başlamasını müəyyən etmişdir ki, cavabdeh tərəfindən mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim və ya elan olunması iş materialları ilə öz təsdiqini tapmamışdır. Odur ki, iddia müddətinin buraxılması əsaslı sayıla bilməz. İddiaçı tərəfindən inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan prosessual müddətə əməl etmiş hesab edilməlidir. İPM-nin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-nin 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdıraraq, mübahisənin maddi hüquqi əsasını təşkil edən qanunvericilik normalarının tələblərinə uyğun hüquqi qiymət hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, mahiyyəti baxımından iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, iddiaçı üzürsüz səbəblərdən işdən yayındığına görə əvələr barəsində tətbiq edilmiş intizam tənbehlərindən, tutulan iradlardan düzgün nəticə çıxarmamış, heç bir üzürlü səbəb olmadan xidməti üzrə işə çıxmamışdır. Bu əsasla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 568/K nömrəli, xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 40.1.11-ci maddəsinə əsasən (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İddiaçı iddia tələbini cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli 568/K saylı əmrin qanunvericiliyin tələbləri pozulmaqla qəbul edilməsi ilə əsaslandırmış, qeyd etmişdir ki, onun işdən çıxarılması ilə bağlı verilmiş əmr qərəzli olmuş, ümumiyyətlə araşdırma aparılmadan, onun izahatı alınmadan barəsində ədliyyə orqanlarından xaric edilməsi ilə bağlı qanunsuz əmr vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 568/K nömrəli, xx.xx.2021-ci il tarixli əmri qanunsuz olduğundan ləğv edilməli, o, əvvəlki işinə bərpa edilməlidir. Bu səbəbdən də hazırda qeyd olunan əmri mübahisələndirmişdir. Məhkəmənin sorğusu əsasında cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixli məktubla inzibati işə dair İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2021-ci il tarixli, 568/K nömrəli əmrinin surəti, əmrin veriməsinə əsas olmuş sənədlər və iddiacıya əmrin elan edilməsi barədə məlumatlar məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2021-ci il tarixli 568/K nömrəli əmrin surətindən görünür ki, Penitensiar Xidmətin Müalicə müəssisəsinin qeydiyyat bölməsinin böyük inspektoru ədliyyə kapitanı İddiaçı “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 40.1.11-ci maddəsinə müvafiq olaraq (ədliyyə orqanlarından xaric edildikdə) ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin “Ədliyyə kapitanı İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə” xx.xx.2021-ci il tarixli, 34/İ nömrəli əmrin surətindən görünür ki, əmrin 1-ci bəndinə əsasən xidməti davamiyyət qaydalarını mütamadi pozduğuna və verilmiş intizam tənbehlərindən müsbət nəticə çıxarmadığına görə Müalicə müəssisəsinin Qeydiyyat bölməsinin böyük inspektoru ədliyyə kapitanı İddiaçı ədliyyə orqanlarından xaric edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsinin “İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə” xx.xx.2020-ci il tarixli, 27İ nömrəli əmrin surətindən görünür ki, xidməti davranışında yol verdiyi nöqsanlarla əlaqədar barəsində edilmiş şifahi xəbərdarlıqdan düzgün nəticə çıxarmaq əvəzinə davamlı olaraq xidmətə gecikdiyinə görə, habelə müəyyən vaxtlarda üzürsüz səbəblərdən xidmətə çıxmamaqla “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin və Ədliyyə Nazirliyi üzrə 29 noyabr 2007-ci il tarixli 41-T nömrəli “Ədliyyə orqanları işçilərinin etik davranış qaydaları”nın 4.1-ci bəndinin tələbini kobud şəkildə pozduğuna görə Müalicə müəssisəsinin Qeydiyyat bölməsinin böyük inspektoru ədliyyə kapitanı İddiaçı “Töhmət” elan edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin “İddiaçı intizam məsuliyyətinə cəlb olunması barədə” xx.xx.2020-ci il tarixli, 35/i nömrəli əmrin surətindən görünür ki, xidməti davamiyyət qaydalarını mütamadi olaraq pozmaqla kobud nöqsanlara yol verdiyindən və verilmiş intizam tənbeh tədbirlərindən müsbət nəticə çıxarmadığına görə Müalicə müəssisəsinin Qeydiyyat bölməsinin böyük inspektoru ədliyyə kapitanı İddiaçı tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Müalicə Müəssisəsi tərəfindən Ədliyyə nazirinin müavini Penitensiar xidmətin rəisi ədliyyə general-leytinantı cənab Ceyhun Həsənova ünvanlanmış xx.xx.2021ci il tarixli, xx/xx-1640 saylı məktubundan görünür ki, cavabdeh, Müalicə müəssisəsinin Qeydiyyat bölməsinin böyük inspektoru ədliyyə kapitanı İddiaçı barəsində müvafiq tədbirlərin görülməsi ilə bağlı rəy verilməsi üçün təqdimat (müraciət) verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixdə Müalicə müəssisəsinin xx.xx.2021-ci il tarixli məktubu əsasında aparılmış araşdırmanın nəticəsinə dair xidməti davamiyyət qaydalarını mütəmadi pozduguna və verilmiş intizam tənbehlərindən müsbət nəticə çıxarmadığına görə Müalicə müəssisəsinin Qeydiyyat bölməsinin böyük inspektoru ədliyyə kapitanı İddiaçı ciddi intizam məsuliyyətinə cəlb olunmasına dair rəy verilmişdir. İş materiallarına əlavə edilmiş Müalicə müəssisəsi tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, Qeydiyyat bölməsinin böyük inspektoru ədliyyə kapitanı İddiaçı xx.xx.2021-xx.xx.2021-ci il tarixədək üzürsüz səbəblərdən xidmətə çıxmamış, xidmət yerinə məlumat verməmişdir. Həmin aktın imzalanmasında Xidmətin 8 əməkdaşı iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Kadrlar İdarəsi tərəfindən İddiaçı məxsus ******* nömrəli əmək kitabçasının xx.xx.2021-ci il tarixində təhvil alınmasına dair qəbz imzalatmaqla iddiaçıya əmək kitabçası geri qaytarılmışdır. İş materiallarında olan məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2022-ci il tarixli 17/3-148 nömrəli arayışında qeyd edilmişdir ki, xidmətin sabiq əməkdaşı İddiaçı xidmətin Müalicə müəssisəsinin xx.xx.2020-ci il tarixli xx/xx-11656 nömrəli məktub ilə göndərilmiş raporu Kadrlar idarəsinə daxil olmamışdır. İş materiallarında olan məhkəmənin sorgusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət Müalicə Müəssisəsi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Göndərilən qeyri-məxfi sənədlərin qeydə alınması kitabı”nda 1656 saylı məktubla sabiq əməkdaş İddiaçı aid olmayan başqa bir sənəd qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş məhkəmənin müvafiq sorğusuna cavab olaraq 3 nömrəli Qadın Məsləhətxanası tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan və xəstəyə açılmış 517 nömrəli Tibbi Kitabçadan müəyyən edilir ki, vətəndaş İddiaçı xx.xx.2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu 3 X1 müraciət etmiş və müvafiq qeydiyyata götürülməklə əmək qabiliyyətinin itirilməsi kitabında qeydiyyat aparılmışdır. Belə ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1. Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının mərkəzi aparatları, müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan penitensiar xidmət, yerli, regional qurumları, tədris, elm və məhkəmə ekspertizası idarələri, tibb xidməti, mətbuat orqanları və digər təyinatlı qurumların işçilərinə şamil edilir. - 3.2. Əmək münasibətlərinə dair bu Qanunda nəzərdə tutulmayan məsələlər, həmçinin xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən şəxslərin qulluq keçməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq normaları ilə tənzimlənir. - 10.0. Ədliyyə orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər: 10.0.1. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli; 10.0.2. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; 10.0.3. başqa ədliyyə işçilərinin işini çətinləşdirən, yaxud ədliyyə orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; 10.0.4. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; 10.0.5. lazım gəldikdə, öz ixtisası hüdudunda ədliyyə orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli; 10.0.6. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı; 10.0.7. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; 10.0.8. qulluq etdiyi ədliyyə orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli; 10.0.9. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə işləməli və ya başqa vəzifələri icra etməli; 10.0.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; 10.0.11. etik davranış və intizam qaydalarına əməl etməlidirlər. - 22.1. Ədliyyə orqanlarının işçisi bu Qanunda nəzərdə tutulmuş hallardan başqa, vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla, ədliyyə orqanlarından xaric edilə bilməz və onun qulluq keçməsinə xitam verilə bilməz. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa, ədliyyə orqanları işçisinin qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir və müdaxilə edilməsi yolverilməzdir. -24.1. Ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb xidməti tərəfindən həyata keçirilir. -31.1. Ədliyyə orqanlarının işçisi bu Qanunun 10-cu və 11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, habelə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən edilmiş maliyyə xarakterli tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) onun barəsində aşağıdakı intizam tənbehlərindən biri tətbiq oluna bilər: 31.1.1. irad tutma; 31.1.2. töhmət; 31.1.3. şiddətli töhmət; 31.1.4. tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; 31.1.5. aşağı vəzifəyə keçirmə; 31.1.6. xüsusi rütbənin bir pillə aşağı salınması; 31.1.7. vəzifədən azad etmə (bu halda ədliyyə orqanlarının işçisi müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda ola bilər və həmin müddət ərzində şəxsin ədliyyə orqanlarından xaric edilməsinə əsaslar olmazsa, o, ədliyyə orqanlarında işə təyin edilir); 31.1.8. ədliyyə orqanlarından xaric etmə; 31.1.9. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada xüsusi rütbədən məhrum edilməklə ədliyyə orqanlarından xaric etmə. - 32. Bu Qanunun 31.1-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda ədliyyə orqanının rəhbəri tərəfindən araşdırma aparılır, işçidən yazılı izahat alınır. Zərurət olduqda ədliyyə orqanının rəhbəri xidməti yoxlama təyin edir. Xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İşçinin izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur. - 36.8. Xəstəliyə görə məzuniyyət penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının tibbi-həkim komissiyasının rəyi əsasında verilir. Xəstəliyə görə məzuniyyət tibb müəssisələrində stasionar müalicədə olmayan əməkdaşlara verilir. Həmin məzuniyyətin müddəti dörd aydan artıq olmamaqla xəstəlikdən asılı olaraq müəyyən edilir. Xəstəliyə və müalicəyə görə fasiləsiz məzuniyyət üçün müəyyən edilən müddət qurtardıqdan sonra penitensiar xidmətin əməkdaşı qulluğa yararlılığının yoxlanılması məqsədilə tibbi-həkim komissiyasının müayinəsindən keçməlidir. Xəstəliyə görə məzuniyyət əsas məzuniyyətə hesablanmır. - 40.1. Aşağıdakı əsaslar olduqda ədliyyə orqanları işçisinin qulluq keçməsinə xitam verilir: 40.1.1. öz arzusu ilə işdən çıxma barədə yazılı ərizə verdikdə; 40.1.2. attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun olmadıqda; 40.1.3. qanunvericilik və yerli özünüidarəetmə orqanlarına seçildikdə, hakim təyin edildikdə; 40.1.4. təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar; 40.1.5. uzunmüddətli (dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; 40.1.6. bu Qanunun 15.4-cü maddəsində nəzərdə tutulmuş halda; 40.1.7. fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edildikdə; 40.1.8. bu Qanunda ədliyyə orqanlarının vəzifələrə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar olduqda; 40.1.9. bu Qanunun 4.6-cı maddəsində göstərilən hal aşkar edildikdə; 40.1.10. qulluqda olmanın son yaş həddinə çatdıqda; 40.1.11. ədliyyə orqanlarından xaric edildikdə; 40.1.12. qanunla nəzərdə tutulmuş digər hallarda. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.5-ci bəndinə əsasən həmin Qanunun 24.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir. “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında Əsasnamə” Azərbaycan Respublikası Ədliyyə Nazirinin xx.xx.2007-ci il tarixli 39-T №-li əmri ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsi haqqında Azərbaycan Respublikası ədliyyə nazirinin xx.xx.2007-ci il tarixli 39-T №-li əmri ilə təsdiq edilmiş Əsasnaməsinin: - 3. Baş idarə fəaliyyətini dövlət orqanları, Penitensiar xidmət və Nazirliyin sisteminə daxil olan digər qurumlarla əlaqəli həyata keçirir. - 6. Baş idarənin fəaliyyət istiqamətləri aşağıdakılardır: 6.1. ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara, ədliyyə pensiyaçılarına tibb xidmətinin göstərilməsini təmin edir; - 7. Baş idarə bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: 7.1. Nazirliyin sistemində tibb xidmətini təşkil etmək; 7.2. Ədliyyə orqanlarının işçilərinin və onların ailə üzvlərinin, Nazirliyin Penitensiar xidmətində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların, ədliyyə pensiyaçılarının sağlamlığının mühafizəsi istiqamətində kompleks profilaktika, müayinə, müalicə, maarifləndirmə, bərpa-sağlamlaşdırıcı və digər tibbi tədbirləri həyata keçirmək; Azərbaycan Respublikası ədliyyə nazirinin 29 noyabr 2007-ci il tarixli 41-T nömrəli əmri ilə təsdiq edilmiş Ədliyyə orqanları işçilərinin etik davranış Qaydalarının: - 4.1. Ədliyyə işçisinin xidməti davranışı qanunvericiliklə ona verilmiş hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar fəaliyyətidir. Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalarla müəyyən edilmiş etik davranış normalarına və prinsiplərinə əsaslanmalıdır. Ədliyyə işçisinin xidməti davranışı bu Qaydalara və digər normativ hüquqi və normativ xarakterli aktlara uyğun olaraq tənzimlənir. Ədliyyə işçisi icra və əmək intizamına əməl etməli, iş vaxtını kənar işlərə sərf etməməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır. - 4.2. Ədliyyə işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur. - 5.4-3. Ədliyyə işçisi iş yerində olmadığı hallarda iş yeri ilə əlaqə saxlanılmasından üzrsüz səbəbdən yayınmamalıdır. - 7.3. Etik davranış qaydalarına əməl edilməsi ilə bağlı aşağıdakılar həyata keçirilir: etik davranış qaydalarını pozan ədliyyə işçilərinin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görülməlidir; - 7.4. Etik davranış qaydalarının pozulması ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. - 7.5. Ədliyyə işçisinin intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarı ilə “Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimatın : -1-ci bəndinə əsasən sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Sığorta haqları ödəyən şəxslərə müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi haqqında digər şəhadətnamə və arayışın verilməsi bu təlimatda göstərilmiş xüsusi hallardan başqa qadağan olunur. - 4-cü bəndinə əsasən xəstəlik, məişət zədəsi və ya şikəstlik nəticəsində əmək qabiliyyətini itirdikdə xəstəlik vərəqələri həmin gündən onları vermək hüququna malik olan tibb müəssisələrinin həkimləri tərəfindən verilir. Keçmiş tarixlə xəstəlik vərəqələrinin verilməsi qadağandır. - 7-ci bəndinə əsasən isə həkimlər hər dəfə 3 gündən artıq olmayaraq, ümumiyyətlə həmin xəstəlik və ya şikəstlik üzrə 6 gündən artıq olmayaraq xəstəlik vərəqəsi vermək hüququna malikdirlər. - 8-ci bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi başlandıqdan sonra xəstəlik vərəqəsinin 6 gün və daha çox artırılması, müalicə həkimi tərəfindən yalnız baş həkimin və ya həmin tibb müəssisəsində təşkil olunmuş həkim- məsləhət komissiyasının təsdiqindən sonra mümkündür. - 9-cu bəndinə əsasən xəstəlik vərəqəsini 6 gündən çox artırmağa ixtiyar verilmiş şəxslərin hamısına xəstəni şəxsən müayinə etdikdən və tibbi müayinələrin nəticəsini öyrəndikdən sonra xəstəlik vərəqəsini artırmağa icazə verilə bilər. Xəstəlik uzun çəkdikdə bu müayinələr azı hər 10 gündən bir keçirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona qarşı rəhbərlik tərəfindən qərəzli münasibət göstərildiyini qeyd etsə də təqdim edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı davamiyyət və intizam qaydalarını pozduğuna görə ona ilk öncə “Töhmət” intizam tənbehi tətbiq edilmiş və iddiaçı yenidən davamiyyət və intizam qaydalarını pozaraq xidmətə çıxmamış, bu barədə iş yerinə məlumat verməmiş, bununla əlaqədar xidməti davamiyyət qaydalarını mütəmadi olaraq pozmaqla kobud nöqsanlara yol verdiyinə və verilmiş intizam tənbehindən düzgün nəticə çıxarmadığına görə ona “tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq” elan edilmişdir. Belə ki, iddiaçı ona olunmuş xəbərdarlığa baxmayaraq qanunvericiliyin tələblərini pozmağa davam etmiş, barəsində tətbiq edilmiş intizam tənbehlərindən, tutulan iradlardan düzgün nəticə çıxarmamış, heç bir üzürlü səbəb olmadan xidməti üzrə işə çıxmaması əsası ilə iddiaçının ədliyyə orqanlarında qulluq keçməsinə xitam verilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sənədlərdən məlum olur ki, iddiaçının əmək qabiliyyətinin olmamasını təsdiq edən vərəqə Bakı şəhəri Nəsimi rayonu 3 saylı Qadın Məsləhətxanası tərəfindən verilmişdir. Ədliyyə Nazirliyinin Tibb baş İdarəsi tərəfindən iddiaçının əmək qabiliyyətinin olmamasını təsdiq edən hər hansı sənəd və ya məlumatın olması iş materialları ilə müəyyən olunmur. Həmçinin, iddiaçının əmək qabiliyyətinin itirməsinə dair vərəqə xx.xx.2021xx.xx.2021 (3 gün), xx.xx.2021-xx.xx.2021 (6 gün), xx.xx.2021-xx.xx.2021 (10 gün), xx.xx.2021-xx.xx.2021 (13 gün) müddətinə verilmişdir ki, bu da qanunvericiliyin və təlimatın qeyd olunan tələblərinin pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi cavabdeh inzibati orqan onun tərəfindən qəbul edilmiş inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt (xx.xx.2021-ci il tarixli 568/K nömrəli əmr) qəbul olunarkən inzibati orqan tərəfindən maddi hüquq normalarının pozulması halı baş verməmiş, qəbul olunmuş inzibati akt işin faktiki hallarına uyğun olmuşdur. Beləliklə, məhkəmənin qənaətinə görə, İddiaçı cavabdeh Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 568/K nömrəli, xx.xx.2021-ci il tarixli əmrinin ləğv edilməsi və iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 70.1-ci maddəsinə əsasən maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə,habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. İPM-in 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 gün müddətində, ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi- 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Elvin Əliyev