Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3529/2023 12.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək pensiyasınının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “əmək pensiyasınının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair iddia tələbinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının əmək pensiyasınının yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi vəzifəsinin cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul ediilməsinin məhkəmədəm xahiş etnişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı, xx.xx.1955-ci ildə Bakı şəhərində anadan olmuş, 2007-2008-ci illər ərzində "xxxx" Açıq Səhmdar Cəmiyyətində işləmiş, xx.xx.2008-ci tarixli 358/K nömrəli əmrlə "xxxx" İstehsalat X4 Cəmiyyətin “Alov” zavodunda (bundan sonra - Cəmiyyət) frezerçi vəzifəsinə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixində ona yaşa görə pensiya təyin edilmiş və pensiyaya çıxdıqdan sonra da həmin vəzifədə işləməyə davam etmişdir. Hal-hazırda da əmək pensiyasının məbləği 223 manat təşkil edir. Lakin sonradan məlum olmuşdur ki, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF )tərəfindən pensiya kapitalı düzgün hesablanmamışdır. Ərizəyə əlavə edilmiş sənədlərdən də gördüyü kimi, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən təxminən 14,000 AZN (on dörd min manat) məbləğində məcburi dövlət sosial sığorta haqqı pensiya kapitalında nəzərə alınmamışdır. Bu da öz pensiya hüququmun məhdudlaşdırılmasına da öz təsirini göstərmişdir. Yaranmış məbləğin ödənilməsi üçün xx.xx.2021-ci il tarixində ərizə ilə DSMF-ə müraciət edilmiş, lakin 8 aydan çox vaxt keçməsinə baxmayaraq hələ də məktubuma cavab verilməmişdir. Bununla da məhkəmə qaydasında müraciət edilməsi üçün əsas yaranmışdır. “Sosial Sığorta” haqqında Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən sığortaedənlərin və sığortaolunanların məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Həmin Qanunun 14.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: a) sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; b)sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Lakin iddiaçının pensiyası hesablanarkən yuxarıda qeyd edilən normaların tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya xx.xx.2023-cü il tarixli hüquqi yardım məktubu göndərilərək qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbardar olunmuş iddiaçı məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi iddianın mümkün sayılmamasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izhatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iddia mümkün sayılmamalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə tabedir və inzibati mübahisələrlə bağlı qaldırılan iddiaların mütləq qaydada onların məhkəmə icraatının mümkün olub-olmaması məsələsi araşdırma predmeti olmalı və bu kateqoriyadan olan iddiaların İPM-in 35.1-ci maddəsinin müddəalarına uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir. Bu baxımdan iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş şərtlər ödənilmiş olmalıdır. Məhkəmə ərizədə qeyd edilənlər ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından görünür ki, X9 Fondu Sosial Ödənişlərin Mərəzi Təyinat İdarəsinin xx.xx.2020-ci il tarixli məktubunda qeyd etmişdir ki, İddiaçı xx.xx.2006-cı il tarixinədək ümumi əmək stajı 25 il 6 ay 19 gün təşkil edir. xx.xx.2006-cı il tarixindən əmək pensiyası hüququ yaranan tarixinədək 9 il 4 ay sığorta stajı və fərdi hesabının sığorta hissəsində 7034,65 manat pensiya kapitalı qeydə alınmışdır. Faktiki sığorta stajı və pensiya kapitalı əsasında ona 180,43 manat yaşa görə əmək pensiyası hesablanır ki, bu əmək pensiyasının minimum məbləğindən az olduğu üçün Qanunun 6-1-ci maddəsinin tələblərinə uyğun əmək pensiyasının minumum məbləğinə, 200,00 manata çatdırılaraq ödənilir. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyası qanunamüvafiq olaraq təyin edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat nazrliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər baş İarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində qeyd olunanlar araşdırılmış və ərizəniz üzrə "xxxx" istehsalat X3 zavoduna sorğu göndərilmişdir.Cəmiyyət tərəfindən Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə ünvanlanmış cavab məktubunda yaranmış maliyyə çətinlikləri səbəbindən əmək haqlarından hesablanmış və tutulmuş məcburi dövlət sosial sığorta haqlarının Dövlət Sosial Müdafiə Fonduna tam şəkildə ödənilmədiyi və ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının bank hesabına daxil olan vəsaitlər hesabına hissə-hissə ödəniləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 ərizə ilə müraciət edərək İddiaçı düzgün hesablanıb, lakin ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təmin edilməsi ilə bağlı xahiş etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklər ilə əlaqədar olaraq məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının toplanılması və nəzarət funksiyaları 01 yanvar 2019-cu il tarixdən vergi orqanlarına Bildiririk ki, xx.xx.2019-cu il tarixə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi məlumata əsasən “Optika Mexanika" istehsalat X4 Cəmiyyətinin "Alov" zavodunun məcburi dövlət sosial sığorta haqları üzrə 1 008 404,14 manat əsas, 35 333,34 manat faiz borcu olmaqla ümumilikdə 1 043 737,48 manat borcu mövcud olmuşdur. "xxxx" İstehsalat X4 Cəmiyyətinin "Alov" zavodunun xx.xx.2023-cü il tarixə şəxsi hesab vərəqəsinə əsasən məcburi dövlət sosial sığorta haqları üzrə 2 082 212,15 manat əsas, 508 416,83 manat faiz olmaqla ümumilikdə 2 590 628,98 manat borcu vardır. Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 65.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları üzrə borcun ödənilməsinə dair mütəmadi olaraq borc bildirişi və yaranmış borcun alınması məqsədilə Vergi Məcəlləsinin 65.2.1-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixdə vergi ödəyicisinin milli və xarici valyutada cari və digər hesablarına icra sənədi olan sərəncamlar göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehlər qismində göstərilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi və Dövlət Vergi Xidməti hazırki iddia tələbi üzrə cavab verməli olan inzibati orqan deyildir. Belə ki, iddiaçının tələbinin yerinə yetirilməsi mövcud qanunvericiliyə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyətləri daxilindədir. Bununla yanaşı, məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində göstərilən tələblə əvvəlcə cavabdeh qismində çıxış etməli olan inzibati orqana, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciətin mövcud olmasına dair müvafiq sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia iş üzrə əsl olunmayan cavabdehə qarşı yönəldiyindən, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılığının olmasına dair ərizə ilə məhkəməyə müraciət etmədiyindən, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçıya ünvanlanmış hüquqi yardım məktubunda cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilərək, iddiaçıya kifayət qədər vaxt verilsə də, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razılığının olmasına dair ərizə ilə məhkəməyə müraciət etməmiş, həmçinin xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etməmişdir. Belə ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarında qeyd edilmişdir ki, 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir... 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçıya izah edilsin ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3529/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №e-2-1(112)-3529/2023
12.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver