Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3534/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” haqqında iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşı tamam olduğu vaxtdan (xx.xx.2018-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın 3 il əvvələ yəni, xx.xx.2018-ci ildən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildən 1979-cu ilədək Azərbaycan SSR Bakı şəhər 56 saylı orta texniki-peşə məktəbində elektrik-qaz qaynaqçısı ixtisası üzrə təhsil almışdır. Daha sonra 1980-ci ildən 1983-cü ilədək hərbi xidmətdə olmuşdur. 1983-cü ildə 45 saylı əmrlə “AzərBaşqidasənayekoop” TTİ 4-cü dərəcə ilə elektrik-qaz qaynaqçısı işinə qəbul olmuş, xx.xx.1983-cü ildə 103 k saylı əmrlə 5-ci elektrik qaz qaynaqçısı dərəcəsi verilmişdir. xx.xx.1984-cü ildə 2 saylı əmrlə “AzərBaşqidasənayekoop” TTİ trest üzrə xx.xx.1984-cü il tarixli 2 saylı əmrə əsasən adı dəyişdirilərək “Azkoospetsmontaj” TTİ olmuşdur. xx.xx.1985-ci il tarixli 35 k saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1984-cü ildə 73k saylı əmrlə “Saratovdomstroymaterial” İB-də mexanikləşdirilmə sahəsinə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.1984-cü ildə 156-k saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1985-ci ildə 5/q saylı əmrlə “Azkoopspetsmontaj” tresttinin TTMİ 5-ci dərəcə ilə elektrik-qaz qaynaqçısı vəzifəsinə qəbul olmuş, xx.xx.1986-cı ildə 5-ci dərəcəli çilingər-quraşdırıcı peşəsinə verilmiş, xx.xx.1989-cu ildə 195/k saylı əmrlə işdən azad edilmişdir. xx.xx.2014-cü ildə 779/k saylı əmrlə Neftqaztikinti elektrik qaz qaynaqçısı vəzifəsinə qəbul olmuş xx.xx.2015ci ildə 176/k saylı əmrlə işdən azad edilmişdir. Hal-hazırda da əmək fəaliyyəti ilə məşğul olur. 25 ildən artıq müddətə çalışmış, çalışdığı müddətin isə xeyli hissəsini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşələrdə işləmişdir. Artıq 57 yaşı tamam olduğundan, eyni zamanda qanunla müəyyən edilmiş ümumi 25 il staja malik olduğundan və həmin stajın 12 il 6 ayını güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən peşədə çalışdığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Bununla bağlı olaraq Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etsə də cavabdeh orqan tərəfindən ona 60 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Halbuki bütün qanunvericilik onun 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini şərtləndirir. Bundan narazı qalaraq ona təyin olunmuş pensiyanın yenidən hesablanması və ona 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tərəfindən ərizə ilə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət olunmuşdur. Lakin **********63 saylı xx.xx.2022-ci il tarixli məktub ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, ona 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından əsassız yerə imtina olunmuşdur. Halbuki, “Əmək Pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə pensiya hüququ vardır. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarının birbaşa olaraq onun vəzifəsi də qeyd olunmuşdur. Bütün bu faktorlar onun 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını şərtləndirir. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının adından DSMF Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş 01 fevral 2023-cü il tarixli 3-17-1/2-19969/2023 №li iddiaya dair yazılı etirazda göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Lakin iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilərək hesablanması tələbi ilə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. İdddiaçının təqdim etdiyi 18 iyun 1980-ci il tarixli ******* nömrəli əmək kitabçasında xx.xx.1992-ci il tarixdən -xx.xx.1994-cü il tarixədək və xx.xx.1994-cü il tarixdən xx.xx.1997ci il tarixədək olan dövr ərzində "xxxx"ın X2 Birliyinin Təsərrüfat hesablı təmir-tikinti idarəsində işlədiyi qeyd olunub. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "xxxx"ın 18 avqust 2022-ci il tarixli AAŞ- 41/52 nömrəli arayışında sözügedən müəssisəyə dair yuxarıda göstərilən dövrlər üzrə məlumatların Azərittifaqın arxivinə təhvil verilmədiyi qeyd edilib. Bu səbəbdən də, iddiaçının həmin dövrlər ərzində işləyib-işləməməyi, ödənişsiz məzuniyyətdə olub- olmadığı və işlədiyi təqdirdə müəssisə tərəfindən məcburi dövlət sosial sığorta haqlarınının ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmadığı üçün həmin dövrləri ümumi iş stajına daxil etmək mümkün olmamışdır. Belə ki, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 21 il 2 ay 25 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü İl, xx.xx.1985-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.1992-ci il, xx.xx.1997-xx.xx.2003-cü il, xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinə və 45-ci maddəsinin 29 iyun 2022-ci il tarixədək qüvvədə olmuş ikinci cümləsinə əsasən iddiaçının pensiyasının sığorta hissəsi 31,86 manat (21,24 il x 306 manat : 204 ay (65 yaş-60 yaş=60 ay+144 ay) xx.xx.2006-cı il tarixdən xx.xx.2021-ci il tarixədək illər üzrə indeksləşdirilərək 79,32 manat)) müəyyən edilmiş, xx.xx.2006-xx.xx.2021-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 70980,07 manat sığorta kapitalına uyğun 347,94 manat (70980,07:204 ay) sığorta hissəsinin üzərinə əlavə edilərək 427,26 (79,32+347,94) manat əmək pensiyası təyin edilib. Həmçinin, “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əmək haqqının müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar əmək pensiyası xx.xx.2022-ci il tarixdən etibarən 441,79 manat təşkil edir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X8 tərəflərindən verilmiş yazılı etiraza uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan hərəkətlər nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. xx.xx.1961-ci il təvəllüdlü İddiaçı konstitsion hüquqlarından istifadə edərək hazırki tələb üzrə məhkəmədə iddia qaldırmaq üçün mülki hüquq normalarına uyğun olaraq tam fəaliyyət qabiliyyətlidir. Məhkəmə hesab edir ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ vardır. İddia ona cavab verməli olan orqana qarşı qaldırılmışdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır. İddia mümkündür. İşin halları. İş materiallarında olan: iddiaçıya məxsus AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1961-ci ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. НЗ seriyalı ******* №-li hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1980-ci ildən xx.xx.1983-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan SSR X15 Təhsil Komitəsi tərəfindən verilmiş B seriyalı 045948 №-li Diplomun notarial qaydada təsdiq (tərcümə) olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 1976-cı ildə 56 №li orta texniki peşə məktəbinə daxil olmuş, 1979-cu ildə elektrikqaz qaynaqçısı peşəsi üzrə məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş M-129/25 №-li, xx.xx.2021-ci il tarixli arayışda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1976-cı il tarixində Bakı şəhəri 56 nömrəli Texniki Peşə Məktəbinə “Elektrik qaz qaynaqçısı” ixtisas qrupuna daxil olmuş, 27 iyun 1979-cu il tarixində həmin məktəbi əyani formada bitirmiş və onun adına yazılmış 780688 nömrəli diplom Təhsil Nazirliyi tərəfindən təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. ИТ-İ seriyalı ******* №li xx.xx.1980-ci il tarixli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq olunmuş surətində qeyd olunmuş məlumatlara əsasən, İddiaçı 1976-cı ildən 1979-cu ilə qədər 56 saylı ŞTPM-də 4-cü dərəcəli elektrik-qaz qaynaqçısı ixtisası üzrə təhsil almışdır; xx.xx.1979-cu ildə “AzərBaşqidasənayekoop” TTİ-də 3-cü dərəcə ilə qaynaqçı işinə qəbul olunmuşdur (Əmr № 48, xx.xx.1979-cu il); xx.xx.1980-ci ildə ordu sıralarına xidmətə getməsi ilə əlaqədar işdən azad edilmişdir (Əmr № 19, xx.xx.1980-ci il); xx.xx.1980-ci ildən xx.xx.1983-cü ilədək ordu sıralarında xidmət etmişdir (Hərbi Bilet НЗ seriyalı ******* №-li); xx.xx.1983-cü ildə “AzərBaşqidasənayekoop” TTİ-də 4-cü dərəcə ilə elektrik-qaz qaynaqçısı işinə qəbul olunmuşdur (Əmr № 45, xx.xx.1983-cü il); xx.xx.1983cü ildə 5-ci elektrik-qaz qaynaqçısı dərəcəsi verilmişdir (Əmr №103 k, xx.xx.1983-cü il); xx.xx.1984-cü ildə “Azərbaşqidasənayekoop” TTİ trest üzrə xx.xx.1984-cü il tarixli 2 saylı əmrə əsasən adı dəyişdirilərək, “Azkoopxüsusiquraşdırma” TT olub (Əmr № 2, xx.xx.1984cü il); xx.xx.1984-cü ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 35 k, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə “Saratovdomstroymaterial” İB Mexanikləşdirmə sahəsinə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı qəbul edilmişdir (Əmr № 73, xx.xx.1984-cü il); xx.xx.1984-cü ildə işdən azad edilmişdir (Əmr № 156-k, 11.12.84-cü il) xx.xx.1985-ci ildə “Azkoopxüsusiquraşdırma” trestinin TTMİ-yə 5-ci dərəcə ilə elektrik-qaz qaynaqçısı qəbul edilmişdir (Əmr 5/q, xx.xx.1985-ci il); xx.xx.1986-cı ildə 5-ci dərəcəli çilingər-quraşdırıcı peşəsinə qəbul edilmişdir (Əmr № 28/q, xx.xx.1986-cı il); xx.xx.1988-ci ildə TTMİ-nin adı “Azkoopxüsusiquraşdırma” trestinin TTMİ adına dəyişdirilmişdir (Əmr № 12/a, xx.xx.1988ci il); xx.xx.1989-cu ildə işdən azad edilmişdir (Əmr № 195/k, xx.xx.1989-cu il); xx.xx.1989cu ildə “Abadlıq-2” Kooperativinə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı qəbul edilmişdir (Əmr 19, xx.xx.1989-cu il); xx.xx.1991-ci ildə öz istəyi ilə işdən azad edilmişdir (Əmr № 48, xx.xx.1981-ci il); xx.xx.1991-ci ildə Azərbaycan Dəmir Yolları X7 Deposuna Vaqonyığma sexinə 5-ci dərəcəli elektrik-qaz qaynaqçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 1452, xx.xx.1991-ci il); xx.xx.1992-ci ildə işdən azad edilmişdir (Əmr № 273, xx.xx.1992-ci il); xx.xx.1992-ci ildə POPP Təsərrüfat hesablı TTİ Elektrik-qaz qaynaqçısı qəbul edilmişdir (Əmr № 029/k, xx.xx.1992-ci il); xx.xx.1994-cü ildə işdən azad edilmişdir (Əmr № 23-k b.3, xx.xx.1994-cü il); xx.xx.1994-cü ildə POPP Təsərrüfat Hesablı TTİ Elektrik-qaz qaynaqçısı qəbul edilmişdir ( Əmr № 127-k, xx.xx.1994-cü il); xx.xx.1997-ci ildə işdən azad edilmişdir (Əmr № 23 k, xx.xx.1997-ci il); xx.xx.1997-ci ildə 4 №-li TQ-nin 1 №-li sahəsinə 5-ci dərəcəli əllə elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuşdur (Əmr № 90 k, xx.xx.1997-ci il); xx.xx.2000-ci il tarixdə 6-cı dərəcəli qaynaqçı peşəsi verilmişdir (Əmr № 98 k, xx.xx.2000-ci il); xx.xx.2001-ci ildə işdən azad edilmişdir (Əmr № 39 k, xx.xx.2001-ci il); xx.xx.2001-ci ildə “XDNQT” tresti 4 saylı İTQT-nin 3 saylı sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul edilmişdir (Əmr № 02 k, xx.xx.2001-ci il); xx.xx.2003-cü ildə işdən azad edilmişdir (Əmr 78 k, xx.xx.2003-cü il); xx.xx.2003-cü ildə “X9 LTD” şirkətinin Azərbaycan Nümayəndəliyinə Zığ İstehsalat sahəsinə qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdir (Əmr № 210 saylı, xx.xx.2003-cü il); xx.xx.2006-cı il tarixdə işdən azad olmuşdur (Əmr № 081-06, xx.xx.2006-cı il); xx.xx.2006-cı ildə “Xəzərdənizneftqaztikinti” tresti 4 saylı İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialına 6 saylı sahəyə 6-cı dərəcəli elektrik qaynaqçısı qəbul edilmişdir (Əmr № 29/k, xx.xx.2006-cı il); xx.xx.2007-ci il tarixdə “Elektrik qaynaqçısı peşəsi-əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsi adlandırılmışdır (Əmr № 72, xx.xx.2007-ci il); xx.xx.2014-cü ildən işdən azad edilmişdir (Əmr № 693/r, xx.xx.2014-cü il); xx.xx.2014-cü ildə “Neftqaztikinti” trestinə 3 saylı Tikinti Quraşdırma İdarəsi onunla bağlanmış əmək müqaviləsinə əsasən əl ilə qaynaqçı-elektrik peşəsinə işə qəbul olunmuşdur (Əmr 779/k, xx.xx.2014-cü il); xx.xx.2015-ci ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr 176/k, xx.xx.2015-ci il); xx.xx.2015-ci ildə 3 saylı Tikinti Quraşdırma sahəsinə əl ilə qaynaqda elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (Əmr SOCAR **********-10-00253, xx.xx.2015-ci il); xx.xx.2019-cu ildən hal-hazıradək SOCAR-ın Neftqaztikinti Trestində qeyd edilən peşədə işləyir. Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "xxxx" X14 tərəfindən verilmiş AAŞ-41/52 №-li xx.xx.2022-ci il tarixli arayışda qeyd olunmuşdur ki, xx xxxxxx 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdən (əmr № 29/k xx.xx.1992 il) xx.xx.1994-cü il (əmr № 23-k k- 3, xx.xx.1994 il) tarixədək, xx.xx.1994-cü il (əmr № 27-k, xx.xx.1994 il) tarixdən xx.xx.1997-ci il (əmr № 3-k, xx.xx.1997 il) tarixədək X3’ X4 hesablı təmir-tikinti idarəsində elektrik qaynaqçısı vəzifəsində işləmişdir. X1 X4 hesablı təmir-tikinti idarəsi Azərittifaqın arxivinə heç bir sənəd təhvil vermədiyi üçün onun haqda məlumat verə bilmirlər. X5 xx.xx.2004-cü il tarixli 366 saylı qərarı ilə X2 Birliyinin Təsərrüfat hesablı təmir-tikinti idarəsi özəlləşdirilmişdir. İddiaçı əmək kitabçasında işə qəbul edilməsi və işdən azad olunması ilə bağlı qeyd edilən müəssisə tərəfindən vurulan möhürlərin həqiqiliyini təsdiq edilrər. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş BA-04508- 2021 saylı xx.xx.2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan “X10 LTD” Şirkətinin natamam arxiv sənədlərinin 2006-cı ilə dair əmək haqqı cədvəllərində vətəndaş İddiaçı əmək haqqı hesablanması barədə bəzi məlumatlar mövcuddur. 2006-cı ilin yanvar ayı 2198.88 manat, fevral ayı 1699.65 manat, mart ayı 3106.32 manat, aprel ayı üzrə 1102.65 manat. “X10 LTD” Şirkətinin 2006-cı ilə dair əmr kitabında vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. “X10 LTD” Şirkətinin 2003cü ilə dair əmr kitabı və 2003-2005-ci illərə dair əmək haqqı cədvəlləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Məhkəmə tərəfindən verilmiş sorğulara cavab olaraq verilmiş: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-21-3/2-3592/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, X1 X4 hesablı təmir-tikinti idarəsi Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı "xxxx"ın tabeliyində olmaqla dövlət müəssisəsi hesab edilmir və onunla bağlı Əmlak Məsələləri Dövlət Xidmətində hər-hansı məlumat yoxdur. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 1999-cu il tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3-17-1/2-68571/2023 saylı xx.xx.2023-cü il tarixli cavab məktubu ilə məhkəməyə təqdim olunmuş (027519 №-li pensiya işi) DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X11 pensiyasının yenidən hesablanması haqqında **********3 №-li, xx.xx.2021-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2021-ci il tarixdə yaşa görə 427.26 manat məbləğində pensiya təyin olunmuşdur. Qərarın 9-cu bəndində ümumi iş stajı 36 il 1 ay 11 gün, güzəştli iş stajı 27 il 4 ay 21 gün; 12 saylı qərar: Ümumi peşələr-elektrik qaynaqçısı, qaz qaynaqçısı qeyd olunmuşdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş: - xx.xx.2022-ci il tarixli **********7 saylı cavab məktubunda bildirilmişdir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 28 dekabr 2021-ci il tarixində daxil olmuş ərizəyə aidiyyəti üzrə baxılmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 14 iyul 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnun yarandığı 8 fevral 2021-ci il tarixindən hesablanmışdır. “Əmək 'pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun” 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 6 gün (xx.xx.1976-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980xx.xx.1983-сü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984, xx.xx.1985xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1991-ci il, xx.xx.1991 -xx.xx.1992-ei il, xx.xx.1997xx.xx.2003-cü il və xx.xx.2003-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir.Qeyd olunanları nəzərə alaraq, sizə 60 yaşdan güzəştli şərtlərlə yaşa görə ödənilən əmək pensiyasının 57 yaşdan yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. - xx.xx.2022-ci il tarixli **********3 saylı məktubda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X12 Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 24 avqust 2022-ci il tarixində daxil olmuş ərizəyə və ona əiavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona 14 iyul 2021-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya hüququnuzun yarandığı 8 fevral 2021-ci il tarixindən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən as.; olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərəri və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında’ Qanunun hazırda qüvvədə olan 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.“Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Ona 60 yaşının tamam olduğu tarixdən təyin edilən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu tarixdən yenidən hesablanması məsələsinə 18 iyun 1980-cı il tarixli ******* nömrəli əmək kitabçasında qeyd olunan xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlərə dair əmək haqqı arayışı tərəfindən Mərkəzi Filiala təqdim olunduqdan sonra baxıla bilər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyada) 2.1.8-ci bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunla dəyişiklik edilənə qədər xx.xx.1997-ci il tarixədək qüvvədə olan redaksiyada 13-cü maddəsinin: a) bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 1 nömrəli əlavə kimi “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarına 2 nömrəli əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanununun 1-ci maddəsi ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, 3 beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmışdır. Qanunun İ bölməsinin 1, 3, 7, 15, 17, 21 və 23-cü maddələri 1 avqust 1997-ci ildən, qalan maddələri isə 1 avqust 1998-ci ildən qüvvəyə minmişdir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, kişi cinsindən şəxsin 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı xx.xx.2006cı il tarixədək mövcud olmalıdır. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü olmaqla qanunla müəyyən olunmuş yaş həddinə (57 yaş) xx.xx.2018-ci il tarixdə çatmışdır. İddiaçının ümumi iş stajı ilə bağlı mübahisəli əmək fəaliyyəti illəri (xx.xx.1992 xx.xx.1994-cü il; xx.xx.1994 - xx.xx.1997-ci il) nəzərə alınmaqla, bu müddətlərə uyğun olaraq zamana görə qüvvədə olmuş: - Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 29-cu maddəsinə əsasən, əmək kitabçası, işçinin əmək stajını təsdiq edən əmək fəaliyyəti haqqında əsas sənəddir. (...) İşəgötürən tərəfindən əmək kitabçasına işçi haqqında, onun işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, fərdi əmək müqaviləsinin (kontraktının) xitam olunması barədə məlumatlar yazılır. - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Normalardan göründüyü kimi, işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəd onun əmək kitabçası hesab edilir və həmin sənəddə aparılmış qeydlər əmək stajı haqqında məlumat kimi qəbul edilməlidir. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinə əsasən ....g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmənin mövqeyi. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının qanunvericilikdə nəzərdə tutulan hüquqlarını pozur. Belə ki, iddiaçının 57 yaşına çatması (xx.xx.2019) və 12 il 06 ay güzəştli iş stajının olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, onun 57 yaşı tamam olana kimi 12 il 06 ay güzəştli əmək stajının olması onun əmək kitabçası və iş materiallarında olan müvafiq arayışlarla təsdiq olunur və iddiaçının qanunla tələb olunan güzəştli iş stajının tam olaraq toplaması cavabdeh tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №li Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr: ümumi peşələr adlanan 35-ci fəslində “Qaz qaynaqçıları” və “Əl ilə qaynaq aparan elektrik qaynaqçıları” nəzərdə tutulmuşdur. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş və buna əsas kimi iddiaçının xx.xx.1992-xx.xx.1992-ci il və xx.xx.1994-xx.xx.1997-ci il tarixləri arasındakı dövr üzrə əmək haqqı arayışının təqdim edilməmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi istər indiki dövr qanunvericiliyi, istərsə də mübahisəli əmək fəaliyyəti illəri dövründə qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Bununla bağlı olaraq məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya əvəzsiz məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Belə olan halda məhkəmənin qənaətinə görə iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 08 fevral 2018-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə müvafiq olaraq ona həmin tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunmalıdır. Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 31.1-ci maddəsinə görə əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Bununla yanaşı, həm də nəzərə alınmalıdır ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə müvafiq olaraq keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) illə məhdudlaşdırılmışdır. Məhkəmə, nəzərə alır ki, hazırkı işin halları ilə oxşarlıq təşkil edən mübahisələrlə bağlı əvvəllər Ali Məhkəmənin icraatında olmuş işlərdə Ali Məhkəmənin İnzibati Kollegiyasının hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, 1 iyul 2017-ci il tarixədək pensiya hüququ yaranmış şəxslərin barəsində “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi (əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir) tətbiq edilməməlidir. Bununla yanaşı, məhkəmə təcrübəsinin vahidliyini təmin edən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8 oktyabr tarixli Qərardadına əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərardadında ifadə olunmuş mövqeyə görə, keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən geriyə 3 il ərzində ödənilməsi mümkün sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, həmçinin qeyd edilməlidir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, Kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya dair yazılı etirazdan müəyyən olunur ki, iddiaçı hazırki tələblə inzibati orqana ilk dəfə 28 dekabr 2021-ci il tarixdə müraciət etmişdir. Qanunvericliyin yuxarıda qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçıya təyin olunacaq pensiya 28 dekabr 2018-ci il tarixdən hesablanıb ona ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə sabit olmuşdur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunmur (AR İPM 14.3); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamış və iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşdan yəni, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlətlə yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2018-ci il tarixdən (xx.xx.2021-ci il tarixədək) ödənilməmiş pensiya məbləğinin ödənlməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı 57 yaşdan yəni, xx.xx.2018-ci il tarixdən güzəştli şərtlətlə yaşa görə əmək pensiyasının təyin olunması və xx.xx.2018-ci il tarixdən (xx.xx.2021-ci il tarixədək) ödənilməmiş pensiya məbləğinin ödənlməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №e-2-1(112)-3534/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3534/2023
18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver