Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-355/2023 25.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxx 1958-ci il tarixdə doğulmuşdur. 1975-ci ildən əmək fəaliyyətinə başlamışdır. İşlədiyi müəssisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən tərtib və təsdiq edilmiş siyahıya əsasən “əmək şəraiti xüsusiilə zərərli və ağır olan müəssisələr” sırasına aiddir. 63 yaşının tamam olması ilə əlaqədar zərərli və ağır əmək şəraiti olan müəssisədə işlədiyinə görə ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə tələb olunan sənədlərlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalı 10 iyun 2021-ci il tarixli, **********7 saylı müraciətinə cavab olaraq bildirmişdir ki, “Əmək pensiyakarı haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsisilə zərərli və ağır olan işlərdə qadınlar (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin ən azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşlədiyi işlərin qarşılıqlı yoxlaması zamanı problemlər olduğunu nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün olmadığına görə ona yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. İmtinanı qəbul etmir və qeyd etdiyi hallara və əsaslara görə hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Göründüyü kimi, fərdi hesabında onun pensiya kapitalı onun günahı ucbatından yaranmamışdır. Lakin bütün bunlara baxmayaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yuxarıda göstərdiyi işin həqiqi hallarını ətraflı araşdırmamış və əsaslandıraraq nəzərə almamışdır. Ona görə də o “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının 10 iyun 2021-ci il tarixli, **********7 saylı imtina məktubundan məhkəməyə şikayət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixində iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd edildiyi kimi işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itirildikdə, yararsız hala salındıqda işçi işə yenidən bərpa edildikdə qanunvericilikdə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Sözügedən Qaydaların 7.1-ci bəndinin ikinci abzasında qeyd edildiyi kimi əmək kitabçası itirildikdə və ya yararsız hala düşdükdə işçiyə verilən əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə "Dublikat” sözü yazılır. 7.2-cı bəndinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək ştatına malik olan işçilərin əmək ştatı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd edilir. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1 -ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 2007-ci ilin yanvar-sentyabr, 2011ci ilin yanvar, 2012-ci ilin dekabr və 2014-cü ilin mart, aprel-iyun ayları üzrə məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün ("Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21 -ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrləri sığorta stajına daxil etmək mümkün deyil. Eyni zamanda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34400,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25376,02 manat təşkil edir. Həmçinin iddiaçının Mərkəzi Filiala təqdim etdiyi xx.xx.2020-ci il tarixli ******* nömrəli əmək kitabçasında aşağıdakı mövcud olan uyğunsuzluqlar ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır: -0091846 nömrəli dublikat əmək kitabçasında aparılan qeydlər yuxarıda adıçəkilən Qaydalara uyğun aparılmamışdır. Belə ki, əmək kitabçasının titul vərəqində məlumatlar tam əksini tapmamış (peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix, əmək kitabçası sahibinin imzası, əmək kitabçası verən məsul şəxsin imzası qrafalarında müvafiq qeydiyyatlar aparılmamışdır), həmiçinin onun işlədiyi dövrlərə aid məlumatlar hansı sənədlərin əsasında aparıldığı qeyd olunmamışdır. -xx.xx.1976-cı il tarixli əmək kitabçasında xx.xx.1975-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Kalinin adına üzümçülük sovxozunda fəhlə işlədiyi qeyd edilmişdir. Lakin ******* nömrəli dublikatonun əmək kitabçasında xx.xx.1975-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Rabitə şöbəsində poçtalyon işlədiyi qeyd edilmişdir. -0091846 nömrəli dublikat onun əmək kitabçasının 4-18-ci səhifələrində xx.xx.1979-xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Kimyasənayə” İstehsalat Birliyində, xx.xx.1983-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində 3 №-li Evtikmə Kombinatında, xx.xx.1991-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Bakı Baş Tikinti İdarəsində müxtəlif peşə və vəzifələrdə işlədiyi ardıcıl olaraq qeyd edilməsinə baxmayaraq 20-23-cü səhifələrdə xx.xx.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da və xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi İddiaçı 57 yaşdan, yəni xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2020-ci il tarixdən əvvəlki 3 il üçün ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1977-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1979-cu ildə xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətinə əsasən İddiaçı xx.xx.1975-ci ildə Zəngilan rayonu, Kalinin adına üzümçülük sovxozunda fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.1976-cı ildə başqa idarədə işə girdiyinə və ərazisinə əsasən Kalinin adına üçümçülük sovxozunda fəhlə vəzifəsindən azad edilmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus ******* nömrəli, xx.xx.2020-ci il tarixli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci ildə Zəngilan rabitə qovşağına poçtalyon təyin edilmişdir. xx.xx.1977-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1977-ci ildə Kalinin adına Sovxoza fəhlə qismində qəbul edilmişdir. xx.xx.1977-ci ildə Əsgərliyə getdiyinə görə fəhlə vəzifəsindən azad edilmişdir. Sovet Ordusu sıralarında xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək xidmət etmişdir. xx.xx.1979-cu il tarixində Sumqayıt İB M.Əzizbəyov adına “Kimyasənaye” Təmir-Tikinti sexinə 2-ci dərəcəli rəngsaz vəzifəsinə qəbul edilmişdir. xx.xx.1980-ci ildə Layihə Konstruktor şöbəsinə (LKS) tikinti sektoru mühəndisi keçirilmişdir. xx.xx.1983-cü ildə işdən azad edilmişdir. xx.xx.1983cü ildə “Başbakıtikinti” İripanelli evlərin tikintisi istehsalat quraşdırma birliyinin 3 saylı evlər tikintisi kombinatı. İstehsalat şöbəsinə mühəndis vəzifəsinə qəbul olmuş, Bakı şəhər icraiyyə komitəsinin xx.xx.1984-cü il tarixli, 65/1648 saylı qərarı ilə, Baş Bakı tikinti üzrə xx.xx.1984-cü il tarixli, 197 saylı əmrinə və PSLO –nun xx.xx.1984-cü il tarixli, 645 saylı Əmrinə əsasə İPET İQB-nin adı dəyişdirilmişdir. xx.xx.1984-cü ildə TİŞ-nə baş mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə Hazır məhsul anbarına usta keçirilmişdir. xx.xx.1985-ci ildə TİŞ-ə rəis müavini vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə 3 saylı Evlət tikintisi Kombinatının TİŞ-nin rəisi vəzifəsinə təyin edilmişdir. xx.xx.1991-ci ildə Azərbaycan Respublikası Əmək qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən (SKS Trestinin Tİ-19 keçməsi ilə əlaqədar) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1991-ci ildə 11 nömrəli İMT-nin 19 nömrəli Tİ TİM-nə birinci dərəcə mühəndis təyin edilmişdir. xx.xx.1992-ci ildə TİŞ-nin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci ildə 3№li ETK-nin köçürmə yolu ilə keçdiyindən azad edilmişdir. xx.xx.1992-ci ildə 11 nömrəli İMTnin 19 nömrəli Tİ-dən köçürmə yolu ilə KNŞ-nə şöbə rəisi vəzifəsinə qəbul olunub. xx.xx.1992-ci ildə 4 nömrəli ETK-na keçməsi ilə əlaqədar olaraq işdən azad olunmuşdur. xx.xx.1992-ci ildə “Bakıbaştikinti” İnşaat Konstruksiyaları zavodu 3№li ETK-dan köçürmə yolu ilə texniki-istehsalat şöbəsinə aparıcı mühəndis vəzifəsinə işə qəbul edilib. Bakı şəhər X8 Reyasət Heyətinin 8/11 saylı xx.xx.1990-cı il tarixli qərarına, Binəqədi rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli xx-xx/3672 saylı məktubuna əsaslanaraq. “Bakıbaştikinti” İnşaat Konstruksiyaları zavodu xx.xx.1996-cı il tarixdən etibarən “Bakıbaştikinti” SEİB Aydın və Fəxrəddin Quluyev qardaşlarıadına 4 saylı evtikmə kombinatı adlandırılıb. xx.xx.2002-ci ildə 3 saylı ETK-ya köçürmə yolu ilə getməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək qanunları Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2002-ci ildə SEİB 3 saylı evtikmə kombinatında TİŞ-nin rəisi vəzifəsinə köçürmə yolu ilə işə qəbul edilmişdir. xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2005-ci ildə ”Əlincə qalası” MTK-da iş icraçısı vəzifəsində işə qəbul edilmişdir. xx.xx.2007-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2007-ci ildə "xxxx" MTK-da iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2010-cu ildə işdən azad edilmişdir. xx.xx.2012-ci ildə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə işdən azad edilmişdir. xx.xx.2020-ci ildə "xxxx" MMC-də iş icraçısı vəzifəsinə təyin edilmişdir. xx.xx.2021-ci ildə işdən azad edilmişdir. xx.xx.2021-ci ildə "xxxx" MMC-də mühəndis vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə "xxxx" MTK-da Texniki nəzarət üzrə mütəxəssis vəzifəsinə təyin edilmişdir. xx.xx.2020-ci ildə "xxxx" MTKda texniki nəzarət üzrə mütəxəssis vəzifəsindən inşaat mühəndisi vəzifəsinə keçirilmişdir. xx.xx.2021-ci ildə "xxxx" MTK-da inşaat mühəndisi vəzifəsindən iş icraçısı vəzifəsinə keçirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Zəngilan Rayon İcra Hakimiyyəti Zəngilan Rayon Dövlət Arxivinin xx.xx.2020-ci il tarixli, 4 nömrəli məktubunda qeyd olunmuşdur ki, Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni silahlı birləşmələri tərəfindən işğal edilmiş Zəngilan Rayon Dövlət Arxivinin həmin olan sənədləri işğal bölgəsində qalmışdır. Qeyd edilən səbəbdən rayonun heç bir idarə müəssisəsinin o cümlədən Zəngilan Rayon “Kalinin” adına üzümçülük sovxozunun elece də Zəngilan Rayon Poçt idarəsinin sənədləri Arxivə daxil olmadığı üçün sorğunuzu cavablandıra bilmirik. İş materiallarına əlavə edilmiş X1 Birliyi 3 № ETK-nin xx.xx.2020-ci il tarixli, 01 nömrəli arayışında qeyd olunmuşdur ki, verilir İddiaçı ondan ötrü ki, o həqiqətən xx.xx.1983-cü il tarixində 458 saylı Əmrlər “Bakıbaştikinti” idarəsi 3 saylı Evtikmə kombinatına mühəndis vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.1984-cü il tarixində 278 saylı X4 şöbəsinə böyük mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü ildə 562 saylı X9 sexinə usta vəzifəsinə keçirilmişdir.xx.xx.1985-ci ildə 478 saylı X4 şöbəsinə şöbə rəisinin müavini vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu ildə 04 saylı Əmrlə 3 saylı X5 İstehsalat şöbəsinəşöbə rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1991-ci ildə 413 saylı Əmrlə “Bakıbaştikinti”MMT tresti 19 saylı Tİ-nə köçürmə yolu ilə keçməsi ilə əlaqədar işdən azad edilmişdir. xx.xx.1992-ci ildə 45k saylı Əmrlə 11 saylı MMT trestinin 19 saylı Tİ-dən köçürmə yolu ilə 3 saylı Evtikmə kombinatına KNŞ-nə şöbə rəisi vəzifəsinə qəbul olmuşdur. xx.xx.1992-ci ildə 388 saylı Əmrlə 4 saylı Evtikmə kombinatına keçməsi ilə əlaqədar olaraq (AR ƏM-nin maddə 36, 56) işdən azad olunub. xx.xx.2002-ci il tarixli 66 saylı Əmrlə İEİB 3 saylı Evtikmə Kombinatına TİŞ-nin rəisi vəzifəsinə köçürmə yolu ilə işə qəbul olub. xx.xx.2003-cü ildən iş ahenginin olmaması ilə əlaqədar öz hesabına məzuniyyətə göndərilmişdir. xx.xx.2011-ci il tarixində 14 saylı Əmrlə AR ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilib. Arayış tələb olunan yerə təqdim etmək üçün verilir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********2 nömrəli məktubu ilə göndərilmiş sənədlərdən görünür ki: -“Qranit – R” Mənzi-Tikinti Kooperativində işlədiyi müddətdə 2007-ci ilin sentyabrdekabr, 2008-ci ilin yanvar- dekabr, 2009-cu ilin yanvar-dekabr, 2010-cu ilin yanvar-dekabr ayları üçün sığorta ödənişləri edilmişdir. -"xxxx" ASC-da işlədiyi müddətdə 2011-ci ilin fevral-dekabr, 2012-ci ilin yanvar-iyun, 2013-cü ilin noyabr- dekabr ayları üçün sığorta ödənişləri edilmişdir. -“Hermes S” Mənzi-Tikinti Kooperativində işlədiyi müddətdə 2012-ci ilin iyul-dekabr, 2013-cü ilin yanvar-dekabr, 2014-cü ilin yanvar- fevral, iyul-dekabr, 2015-ci ilin yanvardekabr, 2016-cı ilin yanvar-dekabr, 2017-ci ilin yanvar-dekabr, 2018-ci ilin yanvar-dekabr, 2019-cu ilin yanvar-dekabr, 2020-ci ilin yanvar-mart, dekabr, 2021-yanvar-sentyabr ayları üçün sığorta ödənişləri edilmişdir. -"xxxx" MMC-də işlədiyi müddətdə 2016-cı ilin aprel-iyul ayları üçün sığorta ödənişləri edilmişdir. -"xxxx" MMC-də işlədiyi müddətdə 2020-ci ilin yanvar-iyun ayları üçün sığorta ödənişləri edilmişdir. -"xxxx" MTK-da işlədiyi müddətdə 2020-ci ilin aprel-dekabr, 2021-ci ilin yanvarsentyabr ayları üçün sığorta ödənişləri edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq “Azərikimya” istehsalat Birliyi “Etilenpolietilen" zavodunun xx.xx.2022-ci il tarixli 3104/AC-15-423 nömrəli məktubu ilə göndərilmiş “Azərikimya” istehsalat Birliyi “Etilen-polietilen" zavodunun xx.xx.2022-ci il tarixli 63 nömrəli Arxiv arayışında qeyd olunmuşdur ki, SOCAR “Azərikimya” İstehsalat Birliyinin “Etilen-Polietilen" zavodunun 3-cü arxiv fondunda yerləşən keçmiş “Səthi aktiv maddələr" zavodunun sənədlərinə əsasən xx.xx.1958-ci il təvəllüdlü İddiaçı əmək fəaliyyəti aşağıda qeyd olunduğu kimi göstərilir: -3822 nömrəli xx.xx.1979-cu il tarixli əmrlə xx.xx.1979-cu il tarixdən RSÇ 2-ci dərəcə malyar vəzifəsinə qəbul edilmiş, -2182 nömrəli xx.xx.1982-ci il tarixli əmrlə xx.xx.1980-ci il tarixdən PKO tikinti sektoruna mühəndis keçirilmiş, -2563 nömrəli xx.xx.1983-cü il tarixli əmrlə xx.xx.1983-cü il tarixdən öz arzusu ilə işdən azad edilmişdir. “Azərikimya” istehsalat Birliyi “Etilen-polietilen" zavodunun xx.xx.2022-ci il tarixli 64 nömrəli Əmək haqqı və digər gəlirlər haqqında Arayışında qeyd olunmuşdur ki, İddiaçı 1979-cu ilin dekabr, 1980-ci ilin yanvar-dekabr ayları, 1981-ci ilin yanvar-dekabr, 1982-ci ilin yanvar-noyabr, 1983-cü ilin yanvar-oktyabr ayları, cəmi 6810,01 (altı min səkkiz yüz on rubl bir qəpik) gəlir əldə edib. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2022-ci il tarixli, BA02201- 22 nömrəli məktubunda qeyd olunmuşdur ki, həqiqətən BBTİ 3 saylı X10 natamam arxiv sənədlərinin əmr kitablarında 1958-ci il təvəllüdlü vət. İddiaçı xx.xx.1983-cü il tarixli, 458 saylı əmrlə xx.xx.1983-cü il tarixdən mühəndis vəzifəsinə işə qəbul olunması və 1983, 1984, 1985, 1986-cı illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin arayışla təqdim olunmuş əmək haqqı cədvəlinə əsasən İddiaçı 1983-cü ilin noyabr, 1984-cü ilin yanvar- dekabr, 1985-ci ilin yanvar-dekabr, 1986-cı ilin yanvar-dekabr ayları üçün əmək haqqı ödənilmişdir. BBTİ 3 saylı X10 1986-cı ildən sonrakı dövr üçün, 4 saylı X10 və 19 saylı Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MTK-nın xx.xx.2022-ci il tarixli, 01/20 nömrəli imtiyazlı arayışında göstərilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.2005ci ildən xx.xx.2007-ci il tarixə qədər "xxxx"MTK-da iş icraçısı vəzifəsində işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə 29-cu bənddə bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası ə təmirində göstərilən iş icraçısı. İş materiallarına əlavə edilmiş Qranit-R MTK-nın xx.xx.2022-ci il tarixli, 01/20 nömrəli imtiyazlı arayışında göstərilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.2007-ci ildən xx.xx.2010-cu il tarixə qədər "xxxx" MTK-da iş icraçısı vəzifəsində işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə 29-cu bənddə bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası ə təmirində göstərilən iş icraçısı. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nın xx.xx.2022-ci il tarixli, 07/20 nömrəli imtiyazlı arayışında göstərilmişdir ki, verilir, İddiaçı ondan ötəri ki, o, həqiqətən xx.xx.2012ci il tarixdən hal-hazıra qədər "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə 29-cu bənddə bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası ə təmirində göstərilən iş icraçısı. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 8674,19 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 16247,44 manat olmaqla cəmi pensiya kapitalı 24921,63 manat təşkil edir. Əlavə olaraq bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 11 il 3 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 8674,19 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində 16247,44 manat pensiya kapitalı qeydə alınmışdır. Bundan başqa hazırda adıçəkilən şəxsin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 34560,00 manat təşkil edir. Soltan X3 təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatla əsasən, onun ümumi iş stajının 11 il 3 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1977-ci il, (xx.xx.1977- xx.xx.1979-ci il hərbi xidmət) xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1986- ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********7 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında və ona əlavə olunmuş sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajının 19 il 1 ay 20 gün (xx.xx.1975-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1977-ci il, xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1991-ci il, xx.xx.1992-11.11,1992-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) olduğu müəyyən edilmişdir. Həmçinin adıçəkilən şəxsin 1 yanvar 2006cı il tarixinədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 15080,33 manat, həmin tarixdən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı 16478,42 manat olmaqla xx.xx.2021-ci il tarixinə cəmi pensiya kapitalı 30521,03 manat təşkil edir. ”Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq, İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 19 il 1 ay 20 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 15080,33 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 16478,42 manat pensiya kapitalı qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdə yaşa görə pensiyanın təyin olunması üçün müraciət etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli, **********7 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubunda bildirilmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd edildiyi kimi işçilərin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş "İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.10-cu bəndinə əsasən əmək kitabçası oğurlandıqda, yandıqda, itirildikdə, yararsız hala salındıqda işçi işə yenidən bərpa edildikdə qanunvericilikdə müəyyən edilən qaydada işçinin xahişi ilə ona əmək kitabçasının dublikatı verilməlidir. Sözügedən Qaydaların 7.1-ci bəndinin ikinci abzasında qeyd edildiyi kimi əmək kitabçası itirildikdə və ya yararsız hala düşdükdə işçiyə verilən əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə "Dublikat” sözü yazılır. 7.2-ci bəndinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. 7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək ştatına malik olan işçilərin əmək ştatı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd edilir. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1 -ci maddəs.. əsasən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda .əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 2007-ci ilin yanvar-sentyabr, 2011-ci ilin yanvar, 2012-ci ilin dekabr və 2014-cü ilin mart, aprel-iyun ayları üzrə məcburi dövlət sosial sığorta haqları fərdi hesabınızın sığorta hissəsində öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər əmək pensiyası təyin edilərkən sığorta stajına aid edilmədiyi üçün (“Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21 -ci maddəsində qeyd edilənlər istisna olmaqla) yuxarıda qeyd edilən dövrləri sığorta stajınıza daxil etmək mümkün deyil. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 34400,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 25376,02 manat təşkil edir. X6 təqdim etdiyiniz xx.xx.2020-ci il tarixli ******* nömrəli əmək kitabçanızda aşağıdakı mövcud olan uyğunsuzluqlar ondakı məlumatların həqiqiliyinə əsaslı şübhələr yaradır: -0091846 nömrəli dublikat əmək kitabçanızda aparılan qeydlər yuxarıda adıçəkilən Qaydalara uyğun aparılmamışdır. Belə ki, əmək kitabçasının titul vərəqində məlumatlar tam əksini tapmamış (peşəsi, ixtisası, əmək kitabçasının doldurulduğu tarix, əmək kitabçası sahibinin imzası, əmək kitabçası verən məsul şəxsin imzası qrafalarında müvafiq qeydiyyatlar aparılmamışdır), həmiçinin işlədiyiniz dövrlərə aid məlumatlar hansı sənədlərin əsasında aparıldığı qeyd olunmamışdır. -xx.xx.1976-cı il tarixli əmək kitabçanızda xx.xx.1975-xx.xx.1976-cı il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Kalinin adına üzümçülük sovxozunda fəhlə işləməyiniz qeyd edilmişdir. Lakin ******* nömrəli dublikat əmək kitabçanızda xx.xx.1975-xx.xx.1977-ci il tarixləri arasındakı dövr ərzində Zəngilan rayon Rabitə şöbəsində poçtalyon işləməyiniz qeyd edilmişdir. -0091846 nömrəli dublikat əmək kitabçanızın 4-18-ci səhifələrində xx.xx.1979xx.xx.1983-cü il tarixləri arasındakı dövr ərzində Sumqayıt “Kimyasənayə” İstehsalat Birliyində, xx.xx.1983-xx.xx.1991 -ci il tarixləri arasındakı dövr ərzində 3 №-li Evtikmə Kombinatında, xx.xx.1991-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində Bakı Baş Tikinti İdarəsində müxtəlif peşə və vəzifələrdə işlədiyiniz ardıcıl olaraq qeyd edilməsinə baxmayaraq 20-23-cü səhifələrdə xx.xx.2005-xx.xx.2007-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da və xx.xx.2007-xx.xx.2010-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-da iş icraçısı vəzifəsində işlədiyiniz qeyd edilmişdir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmişdir. Cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtinasını əmək kitabçasının düzgün tərtib olunmaması, fərdi hesabda toplanmış kapitalın pensiya təyinatına əsas verməməsi ilə əsaslandırmışdır. Hazırkı iddiasında iddiaçı cavabdehin qeyd edilən imtinasını əsassız hesab edir və ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını inzibati məhkəmə icraatında mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Hüquq münasibətlərinin yarandığı dövr qüvvədə olan (iddiaçının pensiya təyinatı üçün müraciət etdiyi və imtina cavabını aldığı vaxt) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşdən görünür ki, iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, kişilərə 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsində və xx.xx.2017-ci il tarixədək qüvvədə olan ƏPQ-nin 9.1-ci maddəsində nəzərdə tutulurdu. İşin hallarını hər iki qanunvericiliyə uyğun olaraq yoxladıqda aydın olur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ yaranmamışdır. Belə ki, bunun üçün iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan az olmayan xüsusi staja və 25 ildən az olmayan ümumi staja malik olması tələb olunsa da, onun həmin tarixə nə ümumi, nə də xüsusi stajı toplanmır. Bundan əlavə, qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 1.3-cü bəndinə görə 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Beləliklə, Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasına əsasən hazırkı iddia tələbi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddiaçı 57 yaşının tamam olduğu günə 25 il ümumi iş stajı toplamalı, bunun 12 il 06 ayını zərərli işlərdə işləməlidir ki, qeyd olunan şərtlər də iddiaçıya münasibətdə ödənilmir. İddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2015-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: -1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. -3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın -1.1-ci bəndinə görə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -7.1-ci bəndinə görə bu əsasnamənin 3.10 bəndinə əsasən dublikat almaq hüququna malik olan işçi axırıncı iş yeri üzrə işəgötürənə əmək kitabçası və ona əlavə içliyin verilməsi haqqında müraciət etməlidir. İşəgötürən 15 gün ərzində bu müraciətə baxıb onu həll etməlidir. Əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə işçiyə verilən yeni əmək kitabçasının işçi haqqında məlumat səhifəsinin yuxarı sağ tərəfində iri hərflərlə “Dublikat” sözü yazılır. -7.2-ci bəndinə əsasən əmək kitabçası, yaxud əlavə içliyin dublikatı ümumi qayda üzrə doldurulur. -7.3-cü bəndinə əsasən əmək kitabçasının və onun əlavə içliyinin dublikatı verildiyi zaman həmin vaxta qədər əmək stajına malik olan işçilərin əmək stajı müvafiq əmrə (sərəncama) əsasən müəyyənləşdirilir və dublikatda qeyd olunur. Keçmişdəki iş haqqında əmək kitabçasında yuxarıda göstərilən məlumat tam dərəcədə olmadığı hallarda, əmək kitabçasının dublikatına yalnız sənəddəki məlumat daxil edilir. Qeyd edilən qanunvericiliyin tələblərindən görünür ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiq edən sənəd kimi ilk növbədə əmək kitabçası əsas götürülür. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arxiv arayışları, əmrlərdən çıxarışlar, əmək haqqı cədvəlləri və s. qəbul edilir. Eyni zamanda qanunvericilik əmək kitabçası itdikdə və ya yararsız hala düşdükdə əmək kitabçasının dublikatının tərtib edilməsini də mümkün sayır, bir halda ki, işəgötürəndə işçinin əmək stajı barədə əmrlər, sərəncamlar və s. mövcud olsun. Başqa sözlə, əmək kitabçasındakı qeydlər yalnız işçinin əmək fəaliyyəti barədə hüquqmüəyyənedici sənədlər əsasında tərtib edilir. Hazırkı iş üzrə iddiaçı xx.xx.2020-ci il tarixli əmək kitabçası təkrar tərtib olunandublikat əmək kitabçası olduğundan əmək kitabçasına işlənmiş qeydlər arxiv sənədləri-işə qəbul, işdən çıxma barədə əmrlər, əmək haqqı cədvəlləri və s. ilə təsdiq olunmalıdır. Qeyd olunanlara əsaslanaraq məhkəmə iddiaçının xx.xx.2006-cı il tarixədək olan dövr üzrə əmək faəliyyətini aşağıdakı qaydada hesablayır: -xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətinə əsasən xx.xx.1975-xx.xx.1976-cı ilədək sovxozda əmək faəliyyəti dövrü 05 ay 08 gün; - xx.xx.1977-xx.xx.1979-cu ilədək hərbi xidmət dövrü 01 il 11 ay 18 gün; -“Azərkimya” istehsalat Birliyi “Etilen-polietilen" zavodunun təqdim etdiyi əmrlərdən çıxarışlara və əmək haqqı ilə bağlı arayışa əsasən xx.xx.1979- xx.xx.1983-cü ilədək olan dövr 03 il 10 ay 20 gün; - Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Arxivinin Bakı Filialından əldə eidlmiş sorğuya cavabda və X1 Birliyi 3№li ETK-nin xx.xx.2022-ci il tarixli 01/16 nömrəli məktubu ilə göndərilmiş 3 N-li X2 Soltan Kərəm oğluna aid şəxsi vərəqələrində qeyd edilmiş dövrlər ilə eynilik təşkil edən dublikat əmək kitabçasındakı əmək fəaliyyəti dövrləri: xx.xx.1983-xx.xx.1991-ci ilədək 08 il 01 ay 14 gün, xx.xx.1992-xx.xx.1992-ci ilədək 20 gün, xx.xx.2002-xx.xx.2006-cı il tarixədək 03 il 01 ay 13 gün. İddiaçının xx.xx.2006-cı il tarixdən sonrakı əmək fəaliyyəti dövrünün yoxlanılması zamanı məhkəmənin sorğusu ilə əldə edilmiş sığortaolunanın fərdi şəxsi hesabı haqqında məlumatlardan müəyyən olunur ki, xx.xx.2006-cı il tarixdən sonra xx.xx.2007-xx.xx.2010, xx.xx.2012-xx.xx.2015-ci ilədək (57 yaşı tamam olduğu tarixə) məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra 57 yaşının tamam olduğu xx.xx.2015-ci ilədək əmək kitabçası qeydləri ilə məcburi dövlət sosial sığorta haqları ödənilmiş illəri ümumi sığorta stajına hesablanmalıdır. Belə olan halda, iddiaçının sığorta stajı xx.xx.2007-xx.xx.2010-cu ilədək 03 il 04 ay 01 gün, xx.xx.2012-xx.xx.2015-ci ilədək 03 il təşkil edir. Beləliklə, iddiaçı yuxarıda sadalanan dövlər nəzərə alınmaqla 57 yaşının tamam olduğu tarixə 23 il 11 ay 04 gün ümumi staj toplamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4 və 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində b) mütəxəssislər: iş icraçıları vəzifəsi zərərli peşə kimi nəzərdə tutulmuşdur. İddiaçının iş icraçısı işlədiyi dövr 2006-cı il tarixdən sonraya məcburi dövlət sğorta haqları ödənilən müəssisələr üzrə, yəni xx.xx.2007-xx.xx.2010-cu il tarixədək "xxxx" MTKda və xx.xx.2012-ci ildən 57 yaşının tamam olduğu xx.xx.2015-ci ilədək "xxxx" MMC-də cəmi 06 il 04 ay onun güzəştli iş stajını təşkil edir. Beləliklə, iddiaçı nə “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla xx.xx.2006-cı il tarixədək, nə də ƏPQ-nun xx.xx.2017-ci il tarixədək 9.1-ci maddəsinin redaksiyasına əsasən 57 yaşının tamam olduğu xx.xx.2015-ci il tarixədək tələb olunan ümumi və güzəştli iş stajını toplamadığından cavabdehin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsaslı olmuş və iddiaçının qanunla qorunan hüquq və mənafelərini pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilə bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №e-2-1(112)-355/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-355/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver