Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-1(112)-3555/2025 11.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, Üçüncü şəxs X7 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinə (zəruri cəlbetmə qaydasında üçüncü şəxslər X10 və X11) qarşı “doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək xx.xx.2018-ci il tarixdə doğulmuş X6 xx.xx.2018-ci il tarixli 168 nömrə ilə qeydə alınmış doğum haqqında şəhadətnaməsində soyad və ata adının X12 olaraq qeyd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, X11 və İddiaçı xx.xx.2010-cu il tarixində 797 nömrə ilə Nərimanov rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. xx.xx.2017-ci il tarixində tarixdə nikahın pozulmasına və İddiaçı X10 ilə nikaha girməsinə baxmayaraq 01 sentyabr 2018-ci il tarixində dünyaya gələn X3 bioloji atası X9r. Tərəflər yuxarıda sözügedən faktın müəyyən olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X13 müraciət etmiş və “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 xx.xx.2023-cü il tarixli 01p/2023-İMTBŞ nömrəli Aktı ilə atalıq faktı təsdiq edilmişdir. Hər iki tərəf qəbul edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 xx.xx.2023-cü il tarixli 01p/2023-MTBŞ nömrəli Aktı ilə müəyyən olunmuş nəticə onlar üçün mötəbərdir və bundan sonrakı sənədləşmə prosesində həmin Aktla müəyyən olunmuş nəticələrə istinad edəcəklər. Hər iki tərəf qəbul edir ki, Aktla müəyyən olunmuş nəticə gələcəkdə heç vaxt mübahisə predmeti olmayacaqdır. Həmçinin bildirmək istərdik ki, tərəflər xx.xx.2020-ci il tarixində yenidən nikaha daxil olmuşlar və birgə nikahda ailə təsrüfatını birgə idarə edirlər. Bütün bunlardan əlavə Binəqədi rayon məhkəsinin 2(001)-3124/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə cavbdehlə aramızda mediasiya prosesində bağlanılmış atalığın müəyyən edilməsi barədə barışıq sazişi təsdiq edilmiş qətnamə öz qanuni qüvvəsini almışdır. Binəqədi Rayon Qeydiyyat şöbəsinə xx.xx.2018-ci il tarixdə doğulmuş X1 və ata adının X12 qeyd edilməsi barədə müraciət edilmişdir. Binəqədi Rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/7- 13-1656/24 nömrəli məktubu ilə imtina verilmişdir. Bütün yuxarıda göstərilənlər əsasən X2 Sara Elnur qızının əsl atasıdır bu faktı bu qəbul edir bu ekpertiza rəyində də öz təsdiqini tapmışdır.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Binəqədi rayon qeydiyyat şöbəsi xx.xx.2018-ci il doğumlu X1 və ata adının “X12”na dəyişdirmək barədə müraciətə baxılmışdır. Ərizəyə cavab olaraq bildirilmişdir ki, X15 soyad və ata adını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 saylı qərarı ilə təsdiq edlmiş “Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydalan”-na müvafiq olaraq kifayət qədər əsas olmadığı üçün və həmin qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını,ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Ailə Məcəlləsinin 54.1-ci maddəsinin müddəalarına əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun mənafeyi baxımından adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən icazə verilə bilər. Yuxarıda göstərilən əsaslara görə soyad və adın dəyişdirilməsi haqqında ərizəsi təmin edə bilməmişdir.
4. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(001)-3124/2024 nömrəli qətnaməsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi barədə ərizə təmin edilmiş və xx.xx.2023-cü il tarixdə, Bakı 2 saylı Mediasiya təşkilatı vasitəsi ilə X11 ilə İddiaçı arasında bağlanmış barışıq sazişi “ 2. Hər iki tərəf qəbul edir ki, xx.xx.2017-ci il tarixində nikahın pozulmasına və ikinci tərəf İddiaçı X10 ilə nikaha girməsinə baxmayaraq 01 sentyabr 2018-ci il tarixində dünyaya gələn X3 biyoloji atası X9r; 3. Tərəflər yuxarıda sözügedən faktın müəyyən olunması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nə müraciət etmiş və “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ- nin xx.xx.2023-cü il tarixli 01p/2023-MTŞB nömrəli Aktı ilə (bundan sonra Akt adlandırılacaq) atalıq faktı təsdiq edilmişdir; 4. Hər iki tərəf qəbul edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X5” PHŞ-nin xx.xx.2023-cü il tarixli 01p/2023-MTŞB nömrəli Aktı ilə müəyyən olunmuş nəticə onlar üçün mötəbərdir və bundan sonrakı sənədləşmə prosesində həmin Aktla müəyyən olunmuş nəticələrə istinad edəcəklər.” hissədə məcburi icra üçün təsdiq edilmişdir.
5. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən X11 və X10 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb ediməsi barədə qərardad qəbul edilmişdir.
6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı cavabdeh Binəqədi Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamədə dəyişiklik edilməsi” barədə şəxsin adının dəyişdirilməsi” tələbi üzrə e-2-1(112)-14672/2024 saylı xx.xx.2024cü il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, iddiaçının iddiasına etiraz etmiş və işin həllini məhkəmənin mülahizəsinə buraxmışdırlar.
7. Məhkəmənin hazırlıq icraatı üzrə mümkünlük iclasında iştirak edən iddiaçı və üçüncü şəxs iddia tələbinə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi.
II. İddianın mümkünlüyü
8. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7.İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 44.2. Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. 45.1. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər.
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllə: 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.10. atalığın etiraf olunması faktının.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarı:
18. Məhkəmələrə izah edilir ki, işlərin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi zamanı konkret kateqoriya işlər üzrə mübahisə predmetinə əsasən müstəsna məhkəmə aidiyyətinin müəyyən edilməsinin mümkünlüyü də nəzərə alınmalıdır. Belə ki, bir sıra kateqoriya işlərin xüsusiyyətləri hüquq münasibətinin xarakteri baxımından bu və ya digər formada işin ümumi və yaxud kommersiya məhkəməsinə aidiyyətini birbaşa olaraq müəyyənləşdirməyə imkan verir. Məsələn, ailə-nikah, mənzil, əmək, vərəsəlik, renta, istehlak münasibətlərindən, habelə müəllifliklə bağlı qeyri-əmlak hüquqlarının həyata keçirilməsi, oyun və mərclərin keçirilməsindən irəli gələn mübahisələrin xüsusiyyəti tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gəlməsini istisna etməklə, onları müstəsna qaydada ümumi məhkəməyə aid edir.
12. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Ailə-nikah münasibətlərindən irəli gələn tələblər;
13. Beləliklə, məhkəmə qeyd edir ki, yetkinlik yaşına çatmayan X3 atalığının müəyyən edilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilməlidir. Lakin, iş materiallarına əlavə edilmiş Binəqədi rayon məhkəməsinin qətnaməsi atalığın müəyyən edilməsi barədə deyil, 2 saylı Mediasiya təşkilatı vasitəsilə X11 ilə İddiaçı arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlıdır (halbuki qeyd edilən tərəflər arasında hər hansı mübahisənin olduğu müəyyən edilmir). Odur ki, doğum haqqında şəhadətnamədə uşağın atası qismində qeyd edilmiş X10 prosesə cəlb edilmədən atalığın müəyyən edilməsini məhkəmə mümkün hesab etmir.
14. Qeyd edilənlərə əsasən hazırkı iddia ailə münasibətlərindən irəli gəldiyinə görə inzibati məhkəmə icraatında baxıla bilməz və iddiaçının arzuladığı məqsədə çatmaq üçün səmərəli hüquq müdafiə vasitəsi (X10 prosesə cəlb edilməklə) atalığın etiraf olunması faktının müəyyən edilməsinə dair ərizə ilə ümumi məhkəməyə müraciətdir.
15. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən iddiaçıya səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.
16. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
17. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva