Məhkəmə qərarları › İş №e-2-1(112)-3556/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №e-2-1(112)-3556/2025

15.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № e-2-1(112)-3556/2025 15.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X10 Vahid oğlunun sədrliyi İsmayılova Fidan Səxavət qızının katibliyi, İddiaçının İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə1, Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” iddia tələbi üzrə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: I. İşin halları İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-178309/2024 nömrəli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xx.xx.2024-cü il tarixdə “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” 3- 21-2-3/2-178309/2024 nömrəli qərar qəbul etmişdir. Qərar onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə elektron qaiməfaktura məlumatlarına əsasən cəmi 235642.06 manat dəyərində “şeben (qırmadaş 16-32 mm fraksiyalı), qum, qırmadaş və s.” təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar ödəyicinin alışında və idxalında müəyyən edilməmişdir. İddiaçı Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli qərarını qanunsuz və əsassız hesab edir. İddiaçı həmin qərarla razılaşmayaraq bildirir ki, İddiaçı MMC ilə fərdi sahibkar X8 arasında bağlanmış 01 fevral 2024-cü il tarixli, SG/24 nömrəli icarə müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən 10000 kvadrat metr sahəsi, karxananın yerləşdiyi ərazi, çınqıl və qum hasilatı karxanası və bunun üçün nəzərdə tutulmuş maşınmexanizmləri 01 fevral 2024-cü il tarixdən 1 il müddətinə İddiaçı MMC-yə icarəyə verilmişdir. Bununla əlaqədar olaraq qum və çınqılın hasilat fəaliyyəti üçün 04 fevral 2024-cü il tarixli **********375400 kargüzarlıq nömrəli obyektin məlumat dəyişikliyi ərizəsi tərəfimizdən vergi orqanına göndərilmişdir. Həmin ərizəyə əsasən uçot baza məlumatlarında təsərrüfat subyektinin (obyektin) adı dəyişdirilərək “qum-çınqıl karxanası” olması, sahə və fəaliyyət növü məlumatları barədə müvafiq dəyişikliklər edilmiş, lakin qeydiyyata alınma haqqında bildiriş İddiaçı MMC-yə göndərilməmişdir. Qeydiyyata alınma ilə bağlı vergi orqanına xx.xx.2024-cü il tarixli yazılı müraciət edilərək qeydiyyata alınma ilə bağlı bildirişin verilməsinin təmin edilməsini xahiş edilmiş, yalnız bundan sonra xx.xx.2024cü il tarixli cavab məktubu ilə obyektin xx.xx.2024-cü il tarixdən qeydiyyata alındığı bildirilmişdir. Göründüyü kimi vergi orqanının hazırda mübahisələndirilən qərarı ilə xx.xx.2024-cü il tarixli məktubu arasında zidiyyət mövcuddur. Belə ki, qərarda xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə elektron qaimə-fakturalarda göstərilən malların ödəyicinin alışında və idxalında müəyyən edilmədiyi qeyd edilsə də, xx.xx.2024-cü il tarixli məktubda isə təsərrüfat obyektinin xx.xx.2024-cü il tarixdən qeydiyyata alındığı bildirilir. Beləliklə təsərrüfat fəaliyyəti üçün obyektin icarəyə götürülməsi, həmin obyektin vergi orqanında qeydiyyata alınması, malların həmin həmin obyektdə istehsal edilməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərar qəbul etməsi başadüşülən olmamaqla yanaşı, qanunsuz və əsassızdır. Buna görə də idddiaçı hesab edir ki, vergi orqanının iddiaçının riskli vergi ödəyicisi hesab edilməsi barədə qərarı ləğv edilməlidir. Cavabdeh tərəfindən təqdim edilmiş yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” təsdiq edilmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Qərarı ilə təsdiq edilmiş meyarların 2-ci bəndinə əsasən, aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: - riskli əməliyyatlar aparan şəxs olduqda; - aparılmış vergi nəzarəti tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); - vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim olunması aşkar edildikdə; - vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; - yuxarıda qeyd edilmiş meyarlar üzrə riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; - yuxarıda qeyd edilmiş meyarlar üzə riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; - beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. Həmin meyarların 3-cü bəndinə əsasən vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab edilir: - vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; - vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Vergi Məcəlləsinin 13.2.69-cu maddəsinə əsasən vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma; 13.2.70-ci maddəsinə əsasən vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat; 13.2.71-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri; 13.2.82-ci maddəsinə əsasən riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2022-ci il tarixli F-5 nömrəli əmri ilə təsdiq edilmiş “İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Əsasnaməsi”nin 3.0.3-cü bəndinə əsasən səlahiyyətləri daxilində vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək Baş idarənin vəzifəsinə aid edilmişdir. İddiaçı (VÖEN : **********) tərəfindən xx.xx.2024xx.xx.2024-cü il tarixlərdə elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 235 642,06 manat dəyərində "Şeben (qırmadaş 16-32 mm fraksiyalı), qum,qırmadaş və s." təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar ödəyicinin alışında və idxalında müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1. və 3.1.1-ci bəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur. İddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edildikdən sonra **********148100 nömrəli məktubla riskli əməliyyatların araşdırılması üçün müraciət etmişdir. Vergi ödəyicisi müraciətində qeyd edilən malların xx.xx.2024-cü il tarixində icarəyə götürdüyü Qum-çınqıl karxanasında istehsal edildiyini, bununla əlaqədar təsərrüfat subyektinin qeydiyyata alınması üçün müraciət etdiyini, lakin qeydiyyat haqqında bildirişin vergi orqanı tərəfindən göndərilmədiyini bildirmişdir. Vergi ödəyicisi riskli əməliyyatların araşdırılması barədə bildiriş daxil olduqdan sonra qeydiyyatda olduğu vergi orqanına yenidən müraciət edərək, təsərrüfat subyektinin adının dəyişdirilməsi barədə 16 Sentyabr 2024-cü il tarixli 3-21-2-10/2-Q-xx-xx/2024 nömrəli Obyektin qeydiyyata alınması ilə bağlı arayışı alaraq, müraciətində qeyd etmişdir. Müraciətdə qeyd olunan məsələlərin araşdırılması məqsədilə xx.xx.2024-cü il tarixində saat 11:00-da müəssisənin rəhbəri Baş idarəyə dəvət olunmuş,lakin görüşdə iştirak etməmişdir. Həmçinin bildiririk ki, vergi ödəyicisinin fəaliyyəti üzrə aparılan ilkin müşahidələrlə ödəyicinin riskli və ya əmtəəsiz əməliyyatlar aparması şübhəsi yarandığından vergi ödəyicisinə məxsus təsərrüfat subyektində vergi nəzarəti keçirilməsi ilə bağlı **********723200 nömrəli xidməti məktubla müraciət olunmuş, **********647700 nömrəli xidməti məktubla 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən aparılmış vergi nəzarəti tədbirinin nəticəsi olaraq, Quba rayonunda qeydiyyata qoyulmuş təsərrüfat subyektinə baxış keçirilmiş, baxış zamanı qeyd olunan obyektdə daş-doğrama aparatının göstərməlik fəaliyyətdə olduğu və mal qalığının olmadığının aşkar olunduğu bildirilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirik ki, İddiaçı MMC (VÖEN: **********) barəsində qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2178309/2024 nömrəli qərar qanuni və əsaslıdır. Odur ki, iddiaçının formal mülahizələri qərarın ləğv edilməsi üçün əsas ola bilməz. İİ. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİİ.Tədqiq edilən sübutlar və faktiki hallar: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-178309/2024 nömrəli Qərarına əsasən İddiaçı tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 235 642,06 manat dəyərində "Şeben (qırmadaş 16-32 mm fraksiyalı), qum,qırmadaş və s." təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin mallar ödəyicinin alışında və idxalında müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”-nın 2.1.1., və 3.1.1-ci bəndlərinə əsasən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “28 iyul 2020”-ci il tarixli “265” nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları”nın 2.1.1, 3.1.1 yarımbəndinə uyğun olaraq aşağıdakı risk meyarı (meyarları) müəyyən edilmişdir: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda, 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaiməfakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə. ...Vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyicisi hesab edilsin və riskli vergi ödəyiciləri siyahısına daxil edilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, vergi orqanına təqdim edilmiş xx.xx.2024-cü il tarixli müraciətə əsasən uçot baza məlumatlarında təsərrüfat subyektinin (obyektin) adı dəyişdirilərək “QUM-ÇİNQİL KARXANASİ” olması, sahə və fəaliyyət növü məlumatları barədə müvafiq dəyişikliklər edilmişdir. İş materiallarını əlavə olunmuş xx.xx.2024-cü il tarixli SG-24 nömrəli X3 Müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini İcarəyə verən (fərdi sahibkar X8) tərəfindən İcarədara (SAND and GRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyətinə) ünvan 1i ünvanında yerləşən 1000 kv.m sahəni, karxananın yerləşdiyi ərazi, çınqıl və qum hasilatı Karxanasını və bunun üçün nəzərdə tutulmuş maşın-mexanizmləri 01 fevral 2024-cü il tarixdən 1 il müddət icarəyə verilməsini təşkil edir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Quba rayonu, əlməmmədoba kəndində yerləşən 1.363 ha torpaq sahsi xx.xx.2018-ci il tarixində X5 adına qeyiyyata alınmışdır. İş materiallarını əlavə olunmuş xx.xx.2024-cü il tarixli 02/24 nömrəli İcarə Müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmetini İcarəyə verən (X4) tərəfindən İcarədara (SAND and GRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyətinə) yükünü özüboşaldan avtomaşınları və qum və çınqıl hasilatı üçün nəzərdə tutulmuş Ekkovator və X1 01 fevral 2024-cü il tarixdən 1 il müddət icarəyə verilməsini təşkil edir. X2 məxsus nəqliyyat vasitələrinə dair qeydiyyat şəhadətnamələri iş materiallarına əlavə olunmuşdur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sğorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-125482/2024 nömrəli qərara əsasən mədən vergisi üzrə iyun 2024 bəyannamə (hesabat) dövrünə münasibətdə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 6606,78 manat əlavə vergi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sğorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********515800 nömrəli qərara əsasən mədən vergisi üzrə aprel 2024 bəyannamə (hesabat) dövrünə münasibətdə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 18810,0 manat əlavə vergi hesablanmışdır. IV. İddianın növü və mümkünlüyü İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirilən akt iddiaçıya münasibətdə hüquqi nəticə yaradır. İddiaçı xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddia mümkündür. V. Məhkəmənin mövqeyi və tətbiq edilə hüquq: Qərarın ləğv edilməsi ilə bağlı mübahisələndirmə iddiaları üzrə AR İPM-nin 14-cü maddəsinin tələbinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati akt şəxsin riskli vergi ödəyicisi hesab edilməsi barədədir. Vergi Məcəlləsindən: 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən uydurma və (və ya) yalan əqd çərçivəsində aparılan əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən (21 noyabr 2024-cü il tarixədək qüvvədə olan redaksiya): 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). İddia ərizəsinin məzmunundan aydın olur ki, İddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2- 178309/2024 nömrəli qərarın ləğv edilməsini tələb etmişdir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024cü il tarixli 3-21-2-3/2-178309/2024 nömrəli qərarına əsasən İddiaçı riskli vergi ödəyiciləri siyahısına daxil edilmişir. Mübahisənin yaranmasının səbəbi İddiaçı tərəfindən xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə elektron qaimə-faktura məlumatlarına əsasən cəmi 235 642,06 manat dəyərində "Şeben (qırmadaş 16-32 mm fraksiyalı), qum,qırmadaş və s." təqdim edildiyi halda baza məlumatlarına əsasən həmin malların ödəyicinin alışında və idxalında əks etdirilməməsidir. Məhkəmə xüsusilə qeyd edir ki, vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz olması halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Belə ki, malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz olması kimi qiymətləndirilməməlidir. Başqa sözlə, elektron qaimə-fakturanın əmtəəsiz əməliyyat hesab edilməsi üçün vergi orqanı tərəfindən aparılan inzibati icraat zamanı malların faktiki olaraq təqdim edilibedilməməsi halı hərtərəfli araşdırılmalıdır. Bir sözlə, vergi orqanı tərəfindən vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması ilə bağlı bütün hallar əlavə araşdırma aparılmadan əmtəəsiz əməliyyat kimi əlavə vergi öhdəliklərinin yaradılmasına əsas olmamalıdır. İddiaçı iddia tələbi üzrə mövqeyini əsaslandırmaq üçün bildirmişdir ki, mübahisələndirilən məhsullar idxal və ya alış yolu ilə əldə edilməmiş, iddiaçının özü tərəfindən istehsal edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, xx.xx.2024-cü il tarixli SG-24 nömrəli X3 Müqaviləsinə əsasən ünvan 1i ünvanında yerləşən 1000 kv.m sahəni, karxananın yerləşdiyi ərazi, çınqıl və qum hasilatı karxanası və bunun üçün nəzərdə tutulmuş maşın-mexanizmləri fərdi sahibkar X8 tərəfindən 01 fevral 2024-cü il tarixdən 1 il müddətinə iddiaçı SAND and GRAVEL” Məhdud Məsuliyyətli Cəmiyyətinə icarəyə verilmişdir. Bununla əlaqədar olaraq “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) məlumat dəyişikliyi haqqında” Ərizə ilə vergi orqanına müraciət edilmiş və “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” Arayış təqdim edilmişdir. Göründüyü kimi, vergi orqanının qərarında xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə malların müəssisənin alışında və idxalında müəyyən edilmədiyi qeyd edilsə də, işin hallarından müəyyən edilir ki, vergi ödəyicisi malları xx.xx.2024-cü il tarixdən icarəyə götürdüyü obyektdə istehsal etmişdir və həmin obyekt vergi orqanı tərəfindən xx.xx.2024cü il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə nəzərə alır ki, xx.xx.2024-cü il tarixli X3 müqaviləsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, Torpaq sahəsinin planı və ölçüsü, xx.xx.2024-cü il tarixli avtomaşın və mexanizamlərin icarə müqaviləsi, işçilərin əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişləri, vergi ödəyicisinin (iddiaçının) təsərrüfat subyektinin qeydiyyatı haqqında məlumat iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Digər tərəfdən məhkəmə nəzərə alır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sğorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********515800 nömrəli qərar qəbul edilərək mədən vergisi üzrə aprel 2024 bəyannamə (hesabat) dövrünə münasibətdə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində 18810,0 manat əlavə vergi hesablanmışdır. Odur ki, vergi orqanı xx.xx.2024-cü il tarixli **********515800 nömrəli qərar qəbul edərək iddiaçı tərəfindən 2024-cü ilin aprel ayı üzrə 4141 kub metr həcmində tikinti qumu və 14669 kub metr həcmində çınqıl xammalının hasılatının olmasını təsdiq etmişdir və buna müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində faydalı qazıntıların çıxarılmasına görə mədən vergisi hesablamışdır. Məhkəmə qeyd edilənləri məcmu halında qiymətləndirərək hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-178309/2024 nömrəli qərarın qəbul edilməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. İPM-in 14.1-cü maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Vergi Məcəlləsinin 53.3-cü maddəsinin müvafiq hissələrinə əsasən: Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməmişdir. İPM: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli 3-21-2-3/2-178309/2024 nömrəli qərar ləğv edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar